Məhkəmə qərarları › İş №1(012)-252/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-252/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-252/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında giriş qapısının qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əli ilə sinəsindən itələmiş və zərbə nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılaraq, ona sağ əlin ovuc və üst səthini əhatə edən geniş sahəli qançırı, sağ əlin 1 barmağının daraq falanqa oynağının hemartrozu, sağ sağrı sağ çiyin qurşağı nahiyyələrinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində verdiyi şikayət ərizəsi ilə tanış olduğunu bildirmişdir. Barəsində şikayət edən şəxsinonunla bir binada qonşuluqda yaşayan Solmaz adlı şəxsin olduğunu bildirmişdir. Bir müddətdir ki, Solmaz ilə münasibətlərinin normal olmadığını buna səbəb Solmazın onun yaşadığı evin 4-cü mərtəbəsində yaşaya yaşaya onlar tərəfindən heç bir səs-küy olmadığı halda onu və ailəsini narahat etməsi olduğunu qeyd etmişdir. Bu barədə o və arvadı dəfələrlə Solmazın ailəsinə bildirsədə o düz etdiyini qeyd edərək onlarla mübahisə etdiyi barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o evdə olarkən yenədə Solmazın onun yaşadığı evə gələrək guya onların səs küy saldığlarını əsas gətirərək ondan sakitlik yaratmağlarını tələb etdiyini bildirmişdir. Həmin vaxt o qapını açaraq səs küy olmadığını ona dediyini lakin Solmazın düz edib onlara gəldiyini bildirərək, onunla mübahisə etdiyi üçün o Solmazın qolundan vuraraq kənara itələdiyini və həmin zaman Solmazın yerə yıxıldığını, lakin onun xəsarət aldığını görmədiyini qeyd etmişdir. Bundan sonra anasının Solmazın onu söyüb təhqir etdiyi üçün aşağıya düşərək Solmazı söyüb təhqir etmişdir. Bundan sonra Solmaz DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermiş, Solmaz ilə aralarında olan mübahisə 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı o və anasının Solmaza qarşı heç bir müqavimət göstərməmiş və onu vuraraq heç bir xəsarət yetirməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsQiyas oğlu onunla qonşuluqda yaşayır. Bir müddətdir ki, Rəbbil ilə münasibətlərinin normal olmamış, buna səbəb Rəbbilin və ailəsinin onun yaşadığı evin 5-ci mərtəbəsində yaşaya-yaşaya səs-küy salmaları və onu narahat etmələrinin olmuşdur. Bu barədə o dəfələrlə Rəbbilə bildirsədə o düz etdiyini qeyd edərək onunla mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o evdə olarkən yenədə Rəbbilin və ailəsi yaşadıqları evdə səs küy salır və həmin vaxt onların mənzilinə gedərək qapını döyüb onlardan sakitlik yaratmalarını xahiş etmişdir. Lakin həmin vaxt Rəbbilin qapını açaraq düz etdiyini bildirərək, onun üzərinə gələrək onun qolundan yapışaraq kənara itələmiş, həmin zaman yerə yıxılmış və sağ əlindən xəsarət almışdır. Bundan sonra Rəbbilin qohumu kimi tanıdığı qadın aşağıya düşərək onu söyüb təhqir etməyə başlamış və buna görə də o DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Rəbbil ilə aralarında olan mübahisə 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı o Rəbbilə və həmin qadına qarşı heç bir müqavimət göstərməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 2934 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ əlin ovuc və üst səthini əhatə edən geniş sahəli qançırı, sağ əlin 1 barmağının daraq falanqa oynağının hemartrozu, sağ sağrı sağ çiyin qurşağı nahiyyələrinin qançırları-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2022-ci il tarixdədava dalaş zamanı əl zərbələri təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görəümumilikdəsağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar