Məhkəmə qərarları › İş №1(012)-253/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-253/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-253/2020 28.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi Şahid1 və onun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Neftçala rayonu, Kürdqarabucaq Kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Kürdqarabucaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində kirayə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək niyyətilə xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Abşeron rayonu Masazır qəsəbəsi «Baxçalı Evlər” yaşayış kompleksi İstiqlaliyyət küçəsi 37, bina 5, mənzil 3 ünvanında xx xxxxxxxx 2005-ci il təvəllüdlü aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs1 qarşı əxlaqsız hərəkətlərə yol verdiyini dərk edərək mənzilin qonaq otağında sonuncuya qarşı fiziki zor və psixi təsir tətbiq etmədən dodağından, boynundan, sinəsindən öpməklə və cinsiyyət orqanını nümayiş etdirib arxa nahiyyəsinə toxundurmaqla cinsi ehtirasını təmin edib əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, daimi olaraq heç bir yerdə işləmir, lakin tikintidə fəhləlilik edir. 2019-cu ilin yanvar ayından 2019-cu ilin dekabr ayına kimi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Qurtuluş-93 yaşayış kompleksində inşa edilən yeni binalarda fəhlə kimi işləmiş, təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində axşam saatlarında işdən çıxıb evə gedərkən, əvvəllər tanımadığı sonradan adının Zərərçəkmiş şəxs1 bildiyi şəxs ona küçədə yaxınlaşaraq zəng vurmaq üçün telefon lazım olduğunu bildirmiş, o da istifadəsində olan mobil telefonu həmin şəxsə vermiş, bundan sonra Günay onun telefonu ilə kiməsə zəng vurub təxminən 2-3 dəqiqə danışmış, Günay telefonla danışıb qurtardıqdan sonra ona anasının hazırda xəstəxanada olduğunu, evdə tək qaldığını və evlərinin işıqlarının yanmadığını bildirərək ondan işıqları düzəltməsini xahiş etmiş, bundan sonra o, Zərərçəkmiş şəxs1 ilə birlikdə sonuncunun yaşadığı Abşeron rayonu, Baxçalı yaşayış kompleksində üç mərtəbəli binanın birinci mərtəbəsində yerləşən evə getmiş, Zərərçəkmiş şəxs1 mənzilin giriş qapısını açarla açmış və onlar içəriyə daxil olmuşlar. Həmin vaxt Günay mətbəxə gedərək oradan şam yandırıb dəhlizə tərəf gətirmiş, o, isə işıqları düzəltmək istəmiş, lakin düzəldə bilməmiş, təxminən beş dəqiqə keçdikdən sonra evin qapısı döyülmüş o, qapını açmaq istəyərkən, Zərərçəkmiş şəxs1 ona qapını döyən şəxsin anasının olduğunu görüb ondan qaçıb gizlənməsini tələb etmiş, bu sözlərdən sonra o, qorxmuş və həmin hadisənin qurma olduğunu başa düşüb evdən çıxmağa yer axtarmış, həmin vaxt evin qapısı açılmış və o, kiminsə içəriyə girdiyini hiss etdikdən sonra qorxusundan evin eyvanında olan plastik pəncərədən küçəyə tullanıb qaçaraq getmiş, təxminən 5-6 gün keçdikdən sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona yadında qalmayan mobil telefon nömrəsindən özünü Zərərçəkmiş şəxs1 anası kimi təqdim edən qadın zəng vuraraq o, evdə olmayan vaxt Günayın yaşadığı evə zorla keçərək evdə olan az yaşlı qızı ilə cinsi əlaqədə olduğunu bildirmiş və polisə şikayət etməməyi müqabilində ondan pul istəmiş, o, Günayın anasına qızını əvvəllər tanımadığını və Günayla heç bir münasibəti olmadığını, heç bir vaxt Günaya qarşı seksual hərəkətlər etmədiyini və cinsi əlaqədə olmadığını bildirmiş, Günayın anasından onu şərləməməsini xahiş etmiş, buna baxmayaraq özünü Günayın anası kimi təqdim edən şəxs onun ünvanına nalayiq söyüşlər söyərək tutduracağını bildirmiş, bundan sonra o, Zərərçəkmiş şəxs1 ailəsi ilə maraqlandıqda ona Günayın və anası Rühəngizin bir neçə dəfə adlarını bilmədiyi şəxsləri onu şərlədikləri kimi tutdurduqları məlum olmuş, hətta bir nəfər şəxsin onların əlindən Rusiyaya qaçıb getmişdir. Ona zərərçəkmiş şəxs tərəfindən şər böhtan atıldığını əsas gətirərək məhkəmədən onu cinayət məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə baxışında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Şahid1 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs ilə heç bir yaxınlığı olmamışdır. X1 təhriki ilə polis idarəsində ona qarşı şikayət edib, izahat vermişdir. Həmin hadisədən sonra ona mənəvi cəhətdən dayaq duran İlqarın evində yaşayır, o, avtobus sürücüsüdür, hər problemi ilə məşğul olur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Təxminən bir il öncə əvvəl oxuduğu məktəbdən evə gələrkən və dayanacaqda sinif yoldaşları ilə söhbət edərkən adını bilmədiyi 20-25 yaşlı bir kişi ona yaxınlaşaraq onunla tanış və dost olmaq istədiyini bildirmiş, həmin vaxt o, həmin şəxsə etiraz etmiş və tanımadığı adamla tanış olmadığını bildirib yaşadığı evə getmiş, həmin gündən sonra həmin şəxs 2-3 dəfə onun dalınca düşmüş və israrla onunla tanış olmaq istədiyini bildirmiş, o da həmin şəxsə inanıb tanış olmuş, həmin şəxs adının Taleh olduğunu demiş, o, da ona yalandan adının Sara olduğunu bildirmiş, bundan sonra Taleh bir neçə dəfə onu məktəbdən evə, evdən də məktəbə kimi avtobusla ötürüb yol boyunca onunla söhbət etmişdir. Söhbət vaxtı Taleh ondan neçə yaşının olduğunu soruşanda, o, sonuncuya yaşını deməmiş, lakin 8-ci sinifdə oxuduğunu bildirmişdir. Həmin gündən sonra Taleh onun arxasınca düşüb yaşadığı evin ünvanını bilmişdir. Bir dəfə də Taleh onun arxasınca düşən zaman ona evində oturub dost kimi söhbət etməsini xahiş etmişdir. Birinci dəfə evə gələndə onunla oturub söhbət etmiş və subay olduğunu, Bakı şəhərində qaldığını bildirmişdir. Həmin vaxt Taleh ondan xoşu gəldiyini demiş və ona qarşı heç bir hərəkətlər etməmişdir. Təxminən bir həftə sonra Taleh yenidən onun arxası ilə düşüb onlara gələcəyini, qapını açıq saxlamasını bildirmişdir. Səhər saatlarında o, yaşadığı evə gəlmiş, onunla bir az söhbət etmiş və ona qarşı heç bir hərəkət etməmiş, təxminən bir həftə sonra Taleh yenidən eyni qaydada onun yaşadığı evə gəlmiş, onunla söhbət etmiş, həmin vaxt evin hər tərəfini gözdən keçirmiş, köynəyini əynindən çıxarıb onu tərifləməyə başlamış və ona yaxınlaşıb yataq otağında boynundan və sinəsindən öpmüş, əynini soyunmağını istəmiş, o, isə əynini soyunmamış və əynini geyinib çıxıb getmişdir. Bir həftə sonra o, məktəbdən qayıdanda Talehi məhlədə dayandığını görmüş və Talehin onun arxasınca evə gəlməsi üçün qapını açıq saxlamış, bundan sonra Taleh onun arxası ilə evə keçmiş, bir az onunla söhbət etmiş, Taleh yataq otağında onun boynundan və sinəsindən öpmüş və «gəl sənə 20 manat pul verib səninlə arxadan cinsi əlaqədə olaq» sözlərini dedikdə o, Talehə «sənin pulun lazım deyil» sözlərini demiş, sonuncu da onun üstünə gəlməmiş, əynini geyinib çıxıb getmişdir. Bir həftə sonra o, yenidən yaşadığı evə gəlmiş, evdə sinəsindən, boyunundan öpmüş, şalvarını və alt paltarını çıxarmış, Talehi əli ilə itələmiş sonuncu onun əlindən tutub əynində olan şalvarını və alt paltarını çıxardıb yataq otağında olan divanın üzərinə uzatmış və öz cinsiyyət orqanını arxasına sürtmüş və onun cinsiyyət orqanından sperma belinə və yorğan üzlüyünə tökülmüşdür. O, hamama girəndə Taleh əynini geyinib evdən çıxıb getmişdir. Təxminən bir həftə sonra səhər saatlarında anası evdə olmayanda Taleh yaşadığı evin qapısının açıq olmasını görüb içəriyə daxil olmuş, həmin vaxt Taleh onun boynundan və sinəsindən öpmüş, əynini soyundurub şalvarını çıxartmış və öz cinsiyyət orqanını çıxardıb onun arxasına sürtmüş, təxminən 5 dəqiqəyə yaxın belə hərəkət etmiş və öz spermasmı yorğan üzlüyünün üzərinə və kürəyinə tökmüşdür. Taleh bir həftədən bir 2018ci ilin oktyabr ayından sonuncu dəfə, yəni 2019-cu ilin oktyabr ayının 2-si daxil olmaqla anası onu evdən tutana qədər onun yanına gələrək sinəsindən və boynundan öpüb və öz cinsiyyət orqanını arxasına sürtərək spermasını belinə və yorğanın üzərinə tökmüş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə günorta saat 14 radələrində məktəbdən evə gələrkən Taleh yaşadığı binanın blokunun qarşısında dayanıb, blokun qabağında çoxlu sayda adam olduğunu görüb qapını açıq saxlamamış, anasının işdən zəng vurmadığını görüb ***-***-**-** saylı ev telefonundan anasının istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vurmuş, anasının telefonunun səsinin evdən gəldiyini eşitmiş, telefonun səsi gəldiyi yerə getdikdə telefonun yataq otağında çarpayının üzərində olduğunu görmüşdür. O, telefonu götürüb anasının iş yoldaşı Firəngizin istifadəsində olan mobil telefona zəng vurmuş və sonuncudan anasının harada olduğunu soruşmuş, Firəngiz anasının halının pis olduğunu və işlədikləri institutda həkimin yanına düşdüyünü bildirmiş, təxminən 10-15 dəqiqə keçdikdən sonra Firəngizin nömrəsinə təkrarən zəng vuraraq sonuncudan anasının gəlib-gəlmədiyini soruşmuş, Firəngizdə ona anasının vəziyyəti pis olduğundan təcili tibbi yardım avtomobili ilə Respublika Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə apardıqlarını bildirmişdir. Daha sonra xalası Nəzakət ona zəng vuraraq, hal-əhval soruşmuş, o, sonuncuya anasının işdə halının pis olduğunu, Respublika Mərkəzi xəstəxanada olduğunu bildirmişdir. O, anasının yanına getmək üçün paltarlarını dəyişib evdən çölə çıxarkən Talehin blokun qarşısında olduğunu görmüş, sonuncu ondan hara gedəcəyini soruşduqda o, anasının Respublika xəstəxanasının reanimasiya şöbəsində olduğunu və anasının yanına getdiyini bildirmişdir. Taleh ondan xəstəxananın yerinin tanıyıb-tanımadığını soruşmuş, o, da sonuncuya oranı tanımasa da adamlardan soruşub gedəcəyini bildirmişdir. Taleh də ona xəstəxananın yerini tanıdığını, ona göstərə biləcəyini bildirmiş, onların bir yerdə olduqlarını kimsə bilməməsi üçün Taleh ona arxası ilə gəlməsini xahiş etmişdir. Taleh evin yaxınlığından keçən 525 saylı sərnişin avtobusuna əyləşmiş və o, Talehdən kənarda oturmuş və Bakı şəhəri, Şamaxinka adlanan yerdə birlikdə avtobusdan düşmüş, oradan da 69 saylı sərnişin avtobusuna əyləşib 20 Yanvar metrostansiyasına gedib oradanda xəstəxanaya anasının yatdığı reanimasiya şöbəsinə getmişdir. Taleh isə onu xəstəxananın həyətində gözləmiş, o, anası ilə görüşmüş və sonuncu ona evə getməsini və səhəri gün yanına gəlməsini xahiş etmişdir. O, anası ilə sağollaşıb xəstəxanadan çölə çıxmış, onu orada gözləyən Talehi görmüşdür. Onlar 20 yanvar metrosundan 69 saylı sərnişin avtobusuna əyləşib Şamaxinka adlanan yerə getmiş, Taleh ona «sən get avtobusla, mən sonrakı avtobusla gələcəm, evin qapısını açıq saxlayarsan» sözlərini demişdir. O, 525 saylı sərnişin avtobusuna minib saat təxminən 20 radələrində yaşadığı evə çatmış, evin giriş qapısını özündə olan açarla açmış, evə daxil olduqda evdə işıqlarının yanmadığını görmüşdür. Daha sonra bloka çıxmış və anasına zəng vurmaq istəmiş, Talehin yaxınlıqda dayandığını görüb anasına zəng vurmaq üçün onun telefonunu almış, Taleh ona telefonunu verdikdən sonra, o, anasına zəng vurub evə çatdığını, evin işıqlarının isə sönmüş olduğunu bildirmişdir. Anası da ona kimin nömrəsindən zəng vurduğunu soruşmuş, o, yalandan tanımadığı xalanın telefonundan zəng vurduğunu bildirmişdir. Anası ilə telefonla danışarkən uzaqdan Səbuhənin onun yaşadığı evin qapısını döydüyünü görmüş, qapını açan olmadığından sonuncu blokdan çölə çıxıb ondan həyətdə neynədiyini soruşmuşdur. O, Səbuhəyə anası ilə telefonla danışdığını bildirmiş, Səbuhə ondan kimin telefonu ilə danışdığını soruşmuş, o, sonuncuya dayısının telefonu ilə danışdığını bildirmişdir. Bundan sonra Səbuhə ona telefonla danışdıqdan sonra evə getməsini tələb etmişdir. O, Talehə telefonu qaytarıb onunla sağollaşmış və Taleh ona «evdə təksənsə gəlim» sözlərini demiş, o, Talehlə razılaşmamış, lakin evin qapısını açıb içəriyə girəndə Taleh arxası ilə gəlmiş, evin qapısını bağlayıb açarları yerə atmış, ev qaranlıq olduğundan o, şam axtarıb tapmış, şamları yandırıb yataq otağında masanın üzərinə qoymuşdur. Bundan sonra Taleh onun paltarlarını soyundurub «heç kəsə heç bir söz demə» sözlərini demiş və onun sinəsindən, dodağından, boynundan öpüb bir əli ilə döşlərini oynadıb bir əli ilə cinsiyyət orqanını onun arxasına keçən zaman evin qapısı döyülmüş, o, qapıya tərəf getmiş və kim olduğunu soruşmuş qapının o, biri tərəfindən Səbuhə səsini çıxartdıqda o, qapını açmaq istəmiş, Taleh isə onun əlindən tutaraq qapını açmamağını tələb etmişdir. Bundan sonra Taleh əynini geyinmiş və o, paltarını tapa bilmədiyindən qapıya tərəf getmiş, Taleh isə ayaqqabılarını əlinə götürüb evin yataq otağına tərəf keçib dolabın içərisinə keçmişdir. O, qapını kim döydüyünü soruşmuş, Səbuhə də ona «mənəm sənə yemək gətirmişəm» sözlərini demiş, o, qapını açdıqdan sonra Səbuhə ona sürpriz olduğunu demiş və qapının arxasından onun anası çıxmış, anası da qışqıraraq «o, haradadır» sözlərini işlətmişdir. Səbuhə ilə anası tualetə tərəf baxmışlar, tualetdə heç kimin olmadığını görüb onun yatdığı otağa keçmişlər, orada da heç kimin olmadığını görüb, anası yataq otağının qapısını açmış, həmin vaxt Talehin ayaq üstə dayandığını görmüş, Taleh qorxusundan mətbəxə tərəf qaçmış, mətbəxdə olan əşyaları dağıdıb eyvanın setkasını cırıb küçəyə tullanmış, lakin ayaqqabıları isə evdə qalmışdır. Taleh onun boynundan və sinəsindən öpüb, öz cinsiyyət orqanın arxasına sürtərək spermasmı kürəyinə tökməmişdən əvvəl ona qarşı zor tədbiq etməmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi X7 ifadəsində göstərdi ki, yuxarıda göstərilən ünvanda qızı xx xxxxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. 2018-ci ilin yanvar ayında o, anasını itirdikdən sonra ürək xəstəliyinə tutulmuşdur. xx.xx.2019-cu il tarixdə səhər saat 08 radələrində yaşadığı evin yaxınlığından 525 saylı sərnişinin avtobusuna minib işə getmiş, qızı Günay isə evdə qalmış və bir qədər sonra məktəbə getməli idi. İşdə olan zaman özünü yaxşı hiss etmədiyi üçün işlədiyi universitetin poliklinikasına müraciət etmiş, həkimlər onun halının pis olduğunu görüb təcili tibbi yardıma zəng vurmuşlar. Təcili tibbi yardımın həkimləri onu Respublika Klinik Xəstəxasına aparmış, onu reanimasiyaya yerləşdirmiş, həkimlər onu müayinə etdikdən sonra xəstəxanada yatmalı olduğunu bildirmişlər. Təxminən axşam saat 19 radələrində qızı Zərərçəkmiş şəxs1 müalicə olunduğu xəstəxanaya gəlmiş, o, tibb bacılarından qızı Zərərçəkmiş şəxs1 onun yanında reanimasiyada qalmağını xahiş etmiş, sonuncular isə ona buna görə icazə verməmiş, daha sonra o, qızına evə getməsini məsləhət görmüş, qızı yanından gedəndən sonra o, qonşusu Səbuhəyə Günayın evə gəlib gəlmədiyini soruşmaq üçün zəng vurmuş, Səbuhə də Günayın evə çatmadığını bildirmiş, həmin gün saat 21:22-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, telefona cavab verdikdə qızı Günayın səsini eşitmiş, sonuncu ona bir xalanın telefonundan zəng vurduğunu bildirmiş, o, Günaya telefonu söndürüb tez evə getməsini qapını bağlayıb yatmasını tələb etmiş, təxminən 20-30 dəqiqə keçdikdən sonra Səbuhi ona zəng vuraraq, tez evə gəlməsini və evinə naməlum kişi cinsli şəxsin girdiyini bildirmiş, bu sözlərdən sonra o, özünü pis hiss etmiş və evə getmək üçün əynini dəyişdirmiş, daha sonra o, taksi sifariş verib, yaşadığı ünvana getmişdir. İlk öncə o, Səbuhənin qapısını döymüş, sonuncu qapını açıb Günayın qapını açması və evdə olan kişi cinsli şəxsin onun qapıda olduğunu bilməməsi üçün plan qurmaq lazım olduğunu ona demiş, İnci, yəni Səbuhə qapını döyüb Günaya yemək gətirdiyini deyib qapını açmasını xahiş etdikdə Günay qapını açmış və onu görən kimi zala qaçmış, həmin vaxt evin işıqları sönmüş vəziyyətdə olmuş, o, Günayın arxası ilə zala keçmiş, həmin vaxt zalda stolun üstündə iki ədəd şam yandığını, qızının əynində qırmızı rəngli lifçiyinin olduğunu görmüş və qışqıraraq «bu nə vəziyyətdir kim səni soyundurub, evin işığı niyə yanmır, hanı kopək oğlu, kim girib evə» sözlərini demişdir. Evin ayaq yoluna keçmiş, orada heç kimin olmadığını, yataq otağının qapısının bağlı olduğunu görmüş, qapını açıb içəriyə girmiş, evə girəndə küçədən otağa işıq düşdüyündən, dolabın qapısının açıq olduğunu, dolaba tərəf baxanda bir nəfər orta bədən quruluşlu, orta boylu kişinin mətbəxə tərəf qaçdığını görmüş, o, həmin şəxsi tutmaq istəmiş, lakin sonuncu qaz plitəsinin üstünə çıxıb pəncərənin torunu çırıb küçəyə tullanmış, evindən qaçan şəxs, qaçarkən mətbəxdə olan serviz qablarından su qədəhnii, qaz plitəsinin bir gözünü qırmış, pəncərənin torunu cırıb Günayın yatdığı otağın pəncərəsini, qış üçün yığdığı 3 balon turşunu ayağı ilə vurub sındırmışdır. Hadisə baş verən gecə o, qorxduğundan heç kimə məlumat verməmiş, səhəri gün halı pis olduğundan təcili tibbi yardıma zəng vurmuş, onu qızı Günayla birlikdə Respublika Kliniki Xəstəxanasına aparıb orada onu reanimasiya şöbəsinə yerləşdirmişlər. xx.xx.2019-cu il tarixdə xəstəxanadan yaşadığı evə buraxılmışdır. xx.xx.2019-cu il tarixdə DİN-nin 102-xidmətinə zəng vurub naməlum şəxs tərəfindən yaşadığı evdə tək olarkən qızına qarşı seksual hərəkətlərin edildiyini bildirmiş, hər ikisindən hadisə ilə bağlı izahatlar alınışdır. Qızı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin tanışı İlqar adlı avtobus sürücüsünün ona ata kimi himayədarlıq edərək məsləhət verdiyini bəhanə edib onun evinə köçdüyünü, onun təsiri altında izahatını dəyişdiyini, ondan şikayətçi olmadığını, İlqarın bunun müqabilində təqsirləndirilən şəxsdən pul aldığını, onu yanında saxlayıb seksual məqsədləri üçün istifadə etdiyini, onun təsiri ilə azyaşlı qızının təhsildən uzaqlaşdığını və hazırda İlqarın qızı ilə yaşadığını, qızını onun yanına buraxmadığını, onun şikayəti əsasında azyaşlı qızının məhkəmə tibb müayinəsindən keçirildiyinin və qızının qızlıq pərdəsinin tamlığının pozulduğunun müəyyən edildiyini, fakt üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi İlkin Kərimov tərəfindən xx xxxx 2020ci il tarixli qərarla cinayət işinin başlandığını, hazırda azyaşlı qızının İlqar adlı avtobus sürücüsünün əlində oyuncağa çevrildiyini bildirmişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cinayət məsuliyyətinə cəlb olunmaqla cəza verilməsinı məhkəmədən xahiş etdi İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onunla qonşuluqda yaşayan Rühəngiz Zalzadə xx.xx.2019-cu il tarixdə onun mobil nömrəsinə zəng vuraraq Respublika Xəstəxanasında olduğunu bildirmiş və qızı Zərərçəkmiş şəxs1 evə gəlib çıxıb-çıxmadığını soruşmuş, daha sonra o, Günaygilin qapısını döymüş və Günay qapını açdıqda, sonuncuya anası Rühəngizin narahat olduğünü bildirib nə səbəbdən telefon zənginə cavab vermədiyini soruşmuş, Günay ona işıqların söndüyünü və telefonun işləmədiyini bildirmiş, Günayla sağollaşandan sonra o, telefonuna internet vasitəsi ilə kino yükləmək üçün blokun ikinci mərtəbəsinə qalxmış, blokun pəncərəsindən Günayın binanın qarşısında bir nəfər 25-30 yaşlı şəxsin yanında mobil telefonla danışdığını görüb həyətə düşmüş, Günaydan anası ilə danışıb-danışmadığını soruşmuş, Günay ona anası ilə danışdığını bildirmiş, daha sonra o, yenidən blokun ikinci mərtəbəsinə qalxmış və telefonu ilə məşğul olmuş, bir az keçdikdən sonra o, Günaygilin qapısının açılıb bağlandığını eşitmiş, daha sonra isə o, yaşadığı evə düşmüş və evdə olan zaman evin divarının o biri tərəfindən, yəni Rühəngizgil tərəfdən ayaq səslərini eşitmiş, bu səbəbdən də o, qonşusu Rühəngizə zəng edib evinə qayıtmasını xahiş edərək, evində kişi cinsli şəxsin Günayla birlikdə olduğunu bildirmiş, bundan sonra Rühəngiz gəlmiş və o, sonuncu ilə birlikdə Günaygilin qapısını döyərək onun üçün yemək gətirdiyini bildirib qapını açmasını tələb etmiş, Günay qapını açdıqdan sonra onlar evə daxil olmuş və evin mətbəx otağından bir nəfər orta yaşlı şəxsin pəncərənin torunu cırıb pəncərədən tullandığını görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, «Baxçalı evlər» yaşayış kompleksində yerləşən kişi salonunda bərbər işləyir. Zalzadə Rühəngizi və onun qızı Günayı beş ilə yaxındır tanıyır və sonuncularla əvvəllər həmişə yaxşı münasibətdə olmuşdur. Rühəngiz daimi işdə olduğu üçün qızı Günaya nəzərət etməyi ona tapşırırmışdır. Onun son üç il ərzində onun Günaydan xəbəri və sonuncularla münasibəti olmamışdır. Onun işlədiyi salon Günaygilin yaşadığı ünvanla üzbəüz yerləşdiyi üçün dəfələrlə Günayı dərs vaxtı küçədə ora-bura gəzdiyini, özünü yaşından artıq apardığını, makiyaj etdiyini görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır kəndi, «Baxçalı evlər» yaşayış kompleksində 5-ci bina ilə üzbəüz yerləşən «Qadın geyimləri» mağazasını işlədir. Zalzadə Rühəngiz və Günayı tanımır, sonuncularla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o avtobusda sürücü işləyir, bir gün Günay onun yanına gələrək anasıyla yola gedə bilmədiyi üçün həyatından bezdiyini bildirmiş, o, Günayı yaşadığı evə gətirmiş, Günay onun anasının yanında bir neçə gün qalmış, daha sonra Günayın anası Rühəngiz Zalzadəyə zəng vuraraq qızının onlarda olmasını bildirmiş, Rühəngiz qızını gəlib götürəcəyini desə də, gəlməmiş, Günay Talehlə bağlı münasibətindən ona danışmış, şiakyətçi olmadığını bildirdikdə o, Günayı Talehlə birlikdə Abşeron Rayon prokurorluğuna gətirmişdir. X14 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X14 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 617 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla qeyri-təbii yolla əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs1 onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Tək-tək hallarda qeyri-təbii yolla arxa keçəcək vasitəsilə cinsi əlaqədə olduqdan sonra hər hansı bir xəsarət və xəsarət izi qalmırsa, bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 872 saylı, xx.xx.2020-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28774 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafına görə ona qarşı edilən hərəkətləri qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmaq əlamətləri müşahidə olunmur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2432 saylı, xx.xx.2020-ci il tarixli əlavə məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafına görə qarşılaşdığı şəraitdə onunla edilən hərkətləri qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meylillik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində qarşıladığı şəraitdən asılı olaraq informasiyanı təhrif etməyə meyllilik əlamətləri müşahidə olunur. Müayinə olunan Zərərçəkmiş şəxs1 avtobioqrafik göstəriciləri, özü haqda məlumatlar ilkin - xx.xx.2019-cu il tarixli, 28774№-li məhkəmə-psixoloji rəyində öz əksini tapmışdır. Əlavə məhkəmə-psixoloji ekspertizası zamanı müayinə olunan Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “... istintaqa verdiyim izahat və ifadəmdəki bəzi fikirlərimi təsdiq etmirəm. Amma xahiş edirəm hal-hazırda sizə deyəcəklərimdən anamın xəbəri olmasın. Mən anamdan qorxduğum üçün belə demişəm. İndi hər şeyi düz demək istəyirəm. Vicdanım qəbul etmir, mən istintaqa yalan dediyim üçün çox peşimanam. Mən indi düz danışmaq istəyirəm. Anama deyirəm ki, istəyirsən bax, tibb ekspertizası göstərib ki, mən cinsi əlaqədə olmamışam. Anam deyir ki, olmusan. İstəmirəm indi dediklərimi anam oxusun. Mən Talehlə öz razılığımla bir yerdə olmuşam. Taleh mənimlə heç vaxt nə təbii, nə də ki, qeyri-təbii əlaqədə olmayıb. Ancaq cinsiyyət orqanını arxama sürtüb. Onu da zorla eləməyib, öz istəyimlə olub. Taleh mənə hədə-qorxu gəlməyib. Özüm qapını açmışam, gəlib bizə edib, qorxumdan demişəm ki, Qorxumdan anama demişəm ki, zorla eləyib...(psixol. müsahibə- xx.xx.2020-ci il). Göründüyü kimi Zərərçəkmiş şəxs1 ekspertiza zamanı heç bir kənar təsir olmadan səmimi olaraq Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməsini bir daha təsdiq etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla barışdığı üçün sonuncunun cinayət məsuliyyətindən yayınmasından ötrü məhkəmə baxışında ona qarşı əxlaqsız hərəkətlər edilməməsi barədə ifadə vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerindən götürülmüş «bir cüt 44 ölçülü üzərində “Samba” sözləri və üç ədəd ağ rəngli xətlər olan göy rəngli kişi idman ayaqqabıları» Təqsirləndirilən şəxs tanımaya təqdim edilmiş və keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmin ayaqqabıların özünə məxsus olduğunu bildirmiş, bu xüsusat Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndi, «Baxçalı evlər» yaşayış kompleksi İstiqlaliyyət küçəsi 37, bina 5, mənzil 3 ünvanında olmasını bir daha təsdiq edir. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi İlkin Kərimovun xx.xx.2020ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Bağçalı Evlər adlanan ərazidə İstiqlaliyyət küçəsi, ev 5, mənzil 3-də yaşayan X7 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə müraciət edərək 2005-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdən İlqar adlı şəxsin evində olmasını və evə qayıtmadığını bildirmiş, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatmadan onun qızlıq pərdəsinin pozulduğu və pozulma müddəti də müayinədən 2 həftədən artıq müddətə uyğun gəldiyi müəyyən edildiyi üçün X12 barəsində Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş üzrə maddi sübut qismində tanınmış bir cüt «kişi idman ayaqqabısı» Abşeron RPİnin saxlanc ambarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli ifadənin yerində yoxlanılması protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs xx xxxxxxxx 2005-ci il təvəllüdlü aşkar surətdə 16 yaşına çatmamış Zalzadə X9 rayonu Masazır qəsəbəsi «Baxçalı Evlər” yaşayış kompleksi İstiqlaliyyət küçəsi 37, bina 5, mənzil 3 ünvanında Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər etdiyi yeri əyani göstərərək verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Neftçala RİH başçısının Aşağı Qaramanlı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı- xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X11 var. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 04 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 24 (iyirmi dörd) manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalında dərhal həbsə alınsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 04 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 24 (iyirmi dörd) manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar