Məhkəmə qərarları › İş №1(012)-253/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-253/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-253/2025 29.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru X7, Zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi –vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Rəsul Rza küçəsi, döngə 4, ev 25-də qeydiyyatda olmaqla, həmin ünvanda faktiki olaraq yaşayan, cinayət işi üzrə Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən və barəsində «həbs » qətimkan tədbiri seçilmiş ,hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 yaşadığı fərdi evinin həyətində tikiş sexi açmaq istəməsi və tikiş maşınları alaraq fəaliyyət göstərməsi barədə fikrini öyrəndikdən sonra ona bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq Agentliyi tərəfindən tikiş maşınlarının verilməsində köməklik edəcəyi barədə yalan vəd verib inandırmış, bu niyyətlə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami metrostansiyasının qarşısında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında bir ədəd tikiş maşını almaq üçün 800 manat, xx.xx.2022-ci il tarixdə ikinci tikiş maşının alınması adı ilə yenidən eyni ünvanda 800 manat, tikiş maşınlarının gətirilməsi və quraşdırılması adı ilə Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 4-də yerləşən 6 saylı fərdi evin qarşısında 800 manat, ayaqqabı sexində tikiləcək ayaqqabıların Dövlət Təhlükəsizlik İdarəsinin təsərrüfat idarəsinə verilməsi üçün tenderdə qalib olmaq adı ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin qarşısındakı ərazidə ekvivalentlə 3400 manat təşkil edən 2000 ABŞ dolları, Dövlət Təhlükəsizlik Xidmətinin Təsərrüfat İdarəsi ilə qarşılıqlı işləməklə istehsal etdiyi ayaqqabıları həmin idarəyə satmaq üçün müqavilə bağlamaqda ona köməklik edəcəyini vəd edib, bu niyyətlə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin qarşısındakı ərazidə 5000 manat pulunu, tikiş sexinin fəaliyyəti ilə bağlı işlərin gücləndirilməsi adı ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 4-də yerləşən 6 saylı fərdi evin qarşısında 1200 manat pulunu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12.000 manat pulunu ələ keçirərək, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini və sonuncunun oğlu Məhəmməd Əzizovu həmin xidmətə gizir rütbəsi ilə işə düzəldəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 2023-cü ilin fevral ayının ortalarında sonuncunun meyvə-tərəvəz satışı ilə məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, 7 saylı orta məktəbin yaxınlığında yerləşən köşkünün qarşısında 8000 manat, 2023cü ilin fevral ayının sonunda yenidən eyni ünvanda 500 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 8500 manat pulu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 12 000 manat pulu iş birliyi üçün almışdır, bunun qarşılığında ona 13 000 manat pul qaytarmışdır.Belə ki, 05 ay hər ayı 1500 manat olmaqla Elşadın əvəzindən Günelə cəmisi 7500 manat faiz borcunu ödəyib, evin təmiri üçün Elşada 3000 manat, 1500 manat Gəncədə, 1000 manat da yenə bir dəfə Elşadın özünə verib, yəni göründüyü kimi onun zərərçəkən Zərərçəkmiş şəxs1 borcu qalmamışdır. Digər zərərçəkən Zərərçəkmiş şəxs2 isə 8500 manatdan ailəsi tərəfindən hissə-hissə qaytarılıb , 6800 manat qalır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmənin sonuncu iclasında zərərçəkən Zərərçəkmiş şəxs2 cəmi 400 manat ödənilməmiş borcunun qaldığını bildirmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2004-cü ildən Milli Təhlükəsizlik Nazirliyində zabit kimi işləməyə başlamış, 2009-2012-ci illərdə MTN-nin Şəmkir rayon şöbəsində, 2012-2015-ci illərdə Oğuz rayon şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili vəzifələrində işləmiş, 2015-ci ilin aprel ayında ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi ilə işdən çıxmışdır. 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər Bakı Dövlət Universitetinin Politologiya kafedrasında “Tətbiqi politologiya” və “Milli təhlükəsizliyin əsasları” fənləri üzrə saat hesabı ilə dərs demiş, 2022-ci ildə isə pandemiya dövründə isə işdən çıxmış, hazırda heç bir yerdə işləmir. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 taksisi ilə gedərkən onunla söhbət zamanı ikisinin də əvvəllər Gəncə şəhərində yaşadığını bilmiş, söhbət etdikcə ortaq tanışlarının olduğu üçün Elşadla normal münasibətləri yaranmışdır. Həmin ərəfədə Elşad ona öz yaşadığı fərdi yaşayış evinin həyətində kiçik çörəkbişirmə sexi açmaq istədiyini bildirmiş və kredit götürməsinə köməklik göstərməsini xahiş etmişdir. O, bu məsələ ilə maraqlandıqdan sonra bankdan kredit götürməsinin alınmadığını bildirmiş, həmin ərəfədə ona çörək bişirmə aparatı deyil, ƏƏSMN-nin özünüməşğulluq proqramı çərçivəsində ayaqqabı istehsalı üçün müvafiq tikiş maşınının verilməsi ilə bağlı həmin nazirliyə müraciət etməsini məsləhət görmüşdür. Belə ki, qardaşı Şahid5 bir dəfə ayaqqabı istehsalı üçün müvafiq tikiş maşınının verilməsi ilə bağlı müraciət etməyin prosedur qaydasını soruşmuş, sonuncu isə ilkin olaraq müraciət edəcək şəxsin məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda olmalı olduğunu, sonradan həmin mərkəzə tikiş maşının verilməsi ilə bağlı müraciət etməli olduğunu bildirmişdir. O, da Zərərçəkmiş şəxs1 Xırdalanda yerləşən DOST mərkəzinə aparmış, qeyd etdiyi prosedurları həyata keçirmiş, bundan bir müddət sonra Zərərçəkmiş şəxs1 sərnişin daşıyarkən tanış olduğu Şahid4 Əlibaba oğlu adlı şəxsin ona kredit ayrılmasına köməklik göstərmək istədiyini, lakin alınmadığını, yalnız el içində əl borcu deyilən qaydada ona borc tapa biləcəyini, bunun müqabilində yaşadığı evi borc verən şəxsin adına keçirməli olduğunu bildirmişdir. Bundan sonra Xırdalanda H.Əliyev adına parkda Zərərçəkmiş şəxs1 Şahid4, Şahid2 və Şahid1 ilə görüşmüş, görüş zamanı Şahid1 aylıq 5 faizlə olmaqla, ümumilikdə 30.000 manat verəcəyini, bunun müqabilində evin onun adına keçirilməli olduğunu bildirmiş, Elşad da sonuncu ilə razılaşmışdır. Bundan sonra notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış, o, notariat kontorunun qarşısında gözləyərkən Elşad, Günel və Sürəyya ilə notariat kontorunun altında banka girmişlər. Oradan çıxdıqdan sonra Günel Elşada 30.000 manat deyil, 20.000 manat pul vermiş, Günel 30.000 manatın, 5.000 manatının şapka olduğunu, qalan 5.000 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. Bundan əlavə həmin zaman Şahid4 da Elşaddan əlavə olaraq 5.000 manat almış və ona əvvəldən razılaşdıqları kimi evi ipotekaya qoyaraq daha çox pul götürməsinə köməklik edəcəyini bildirmişdir. Bundan sonra sonuncular Elşadla birlikdə 20 Yanvar dairəsi yaxınlığına getmiş, Elşad orada adını bilmədiyi şəxsə olan 800 ABŞ dolları borcunu qaytarmışdır. Bundan bir neçə gün sonra Günel verməli olduğu 5.000 manatı deyil, 1.500 manatı ilk ayın faiz pulu kimi hesablayaraq, qalan 3.500 manatı Elşada vermiş, sonradan Elşad Elməddinin ipoteka məsələsini həll edə bilmədiyini, buna görə də 5.000 manatı geri aldığını demiş, o da həmin ərəfədə özünə pul lazım olduğunu deyərək 3.000 manat almış və bu məbləğin əvəzinə 2 aylıq faiz ödənişini, yəni 3.000 manatı özünün ödəyəcəyini bildirmiş, Elşad da onunla razılaşmışdır. Bundan sonra Elşad ayaqqabı tikiş maşınının nə vaxt veriləcəyi ilə mütəmadi olaraq maraqlanmış, lakin onun bu işdə onlara faktiki olaraq köməklik edəcək tanışının olmamasına baxmayaraq, ƏƏSMN-də çalışan Şamxal adlı tanışının olduğunu bildirmiş, bu səbəbdən də 2022-ci ilin iyul ayında Şamxalın tikiş maşının verilməsinə köməklik edəcəyi barədə Elşada yalan məlumat verərək Şamxala 800 manat verməli olduğunu demişdir. Bundan sonra Elşadla birlikdə ƏƏSMN-nin inzibati binasının qarşısına getmiş, Elşad ona 800 manatı vermiş və maşında gözləmiş, o, isə Nazirliyə girərək pulu guya Şamxal adlı şəxsə verəcəyi görüntüsünü yaratmış və Elşaddan aldığı pulu heç kimə verməyərək şəxsi ehtiyaclarına sərf etmişdir. Bir neçə gün sonra Elşada əlavə başqa bir tikiş maşının verilməsi müqabilində Şamxala əlavə olaraq 800 manat, əlavə olaraq tikiş maşınlarının gəldiyini və onların daşınması və quraşdırılması adı ilə Şamxala əlavə olaraq 800 manat verməli olduğunu bildirərək ümumilikdə 1.600 manat pulu yenidən Nazirliyin binasının qarşısında almış, lakin faktiki olaraq pulu heç kimə verməmiş, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs1lə birlikdə ayaqqabı işinin gələcəkdə onlara xeyli məbləğdə pul qazandıracağını bildirərək Dövlət Təhlükəsizliyi Xidmətinə aparmış və guya xidmətdə təsərrüfat işlərinə baxan Rasim adlı tanışı ilə ayaqqabı istehsalı işi ilə məşğul olduğunu bildirdiyini, Rasimin də onlara ayaqqabı ilə bağlı tenderdə qalib olacaqlarını Elşada bildirmişdir. Bundan sonra özü kompyuterdə şirkətin yaradılması haqqında və DTX-ya ayaqqabı satışı ilə bağlı müqavilə göstərmiş və Elşada imzalatdırmış, bunu etməkdə də məqsədi Elşadı guya bu işlə məşğul olduğunu və guya DTX-dan tender udacağı görüntüsünü yaratmaq və Elşaddan müxtəlif məbləğdə pullar almaq olmuş, faktiki olaraq DTX-da çalışan Rasim adlı tanışı isə olmamış və o xidmətin inzibati binasına girərək heç kimlə görüşüb danışmamış, sadəcə olaraq belə bir görüntü yaratmağa çalışmışdır. Bundan sonra Elşada şirkətin hesabında pul olmalı olduğunu, 2.000 ABŞ dolları verməli olduğunu bildirmiş, 2022-ci ilin iyul ayının ortalarında DTX-nın inzibati binasının yaxınlığında yaratdıqlarını bildirdiyi şirkətin bank hesabına qoyması üçün 2.000 ABŞ dolları, yəni 3.400 manatı ona vermiş, faktiki olaraq ortada belə bir şirkət olmamışdır. O da, aldığı 3.400 manatı şəxsi ehtiyaclarına sərf etmişdir. Qeyd edilənlərdən əlavə Elşaddan müxtəlif məsələlərlə bağlı əlavə olaraq 6.200 manat pulu da almış, yəni ümumilikdə Elşaddan 12.000 manat almışdır. Aldığı ümumilikdə 12.000 manatdan isə Elşadın yerinə ayı 1.500 manatdan olmaqla, 5 ay üzrə cəmi 7.500 manat pulu Günelə göndərmiş, sonradan Elşadın evi lombarda qoyulduqdan sonra Elşadın əvəzinə 3.000 manat faiz pulunu Günelə vermiş, bundan da əlavə Elşadın özünə 1.600 manat və 1.000 manat pulu vermiş, beləliklə ümumilikdə Elşada 13.100 manat pul qaytarmışdır. Bundan bir müddət sonra Şahid1 pulu verən şəxsin pulunu geri tələb etdiyini, Elşad borcu tam bağlamadığı halda evi satacağını bildirmiş, sonradan evi Arzu adlı şəxsə satmış, Elşad evi geri tələb etdikdən sonra Elşadın adına lombarddan 55.000-60.000 manat pul götürərək Arzunun pulunu vermiş, sonradan ev Səriyyənin tapdığı Nicat adlı şəxsin adına ipotekaya qoyulmuşdur. Həmin ərəfədə də Elşadın adına lombarddan pul götürüldüyündən və bankdan ipoteka ilə götürüləcək məbləği lombardın borcunu bağlaya bilmədiyindən Günel aradakı fərq olan 15.000 manat məbləği ilə bağlı borc müqaviləsi bağlanmasını təklif etmiş, o da həmin müqaviləni öz adına bağlayacağını bildirmiş, sonradan isə vəsiqəsinin yenilənməsi üçün ASAN xidmətdə olduğundan borc müqaviləsi onunla deyil, Elşadın anası ilə bağlanmışdır. Göstərmişdir ki, Günel və Sürəyya Elşadin evinin ipotekaya qoyulmasında problemlərin olduğunu bildirdiyindən Elşad ipotekanın aylıq pulunun onun tərəfindən ödənilməsini tələb etmiş, o da bununla razılaşmışdır. Buna görə də X18 Yusifovun iştirakı ilə xx.xx.2023-cü il tarixli MŞB /3-00462 nömrəli barışıq sazişi bağlanmış, həmin sazişdə də o ödənişi özünün həyata keçirəcəyini öhdəsinə götürdüyünü təsdiq etmiş, bundan sonra ev ipotekaya qoyulmuşdur. Göstərmişdir ki, onun həqiqətən Anar adlı qardaşı vardır və onun məlumatına görə ƏƏSMN-də məsləhətçi işləyir. Elşad Allahverdiyein tikiş sexi açılması ilə bağlı ona fikrini bildirdikdə sonuncu öz növbəsində bilgi almaq üçün qardaşına zəng etmiş və qardaşı da ona DOST mərkəzinə müraciət edib işsiz kimi qeydiyyata durmağı ilkin olaraq məsləhət görmüşdür. O da bu fikri Elşada bildirmiş, qardaşının bu işdə başqa heç bir iştirakı olmamışdır. Həmçinin göstərmişdir ki, ƏƏSMN-də işləyən Şamxal adlı tanışı olsa da, sonuncunun bu işdə heç bir iştirakı olmamış, belə ki, o yalnız həmin şəxsin adından istifadə etmiş və pullar almış, hazırda Şamxalın harada işləməsini və yaşamasını bilmir, onunla heç bir əlaqəsi yoxdur. Bundan başqa göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onunla eyni ərazidə yaşayır və meyvə satışı məntəqəsini işlədir. Elşad onun DTX xidmətində əvvəllər işlədiyini bildiyi üçün bu barədə Fazilə demiş, buna görə də Zərərçəkmiş şəxs2 oğlunun DTX xidmətinə işə düzəlməsi üçün ona müraciət etmiş, o bu məqsədlə Fazildən oğlunun sənədlərinin surətini götürmüş və tibbi müayinədən keçməsi üçün aparmış və qaydaları ilə tanış etmişdir. Bundan sonra Fazilə oğlunun işə düzəlməsi üçün 8000 manat pul lazım olduğunu demiş və həmin məbləği 2023-cü ilin fevral ayında ondan işlədiyi meyvə tərəvəz məntəqəsinin qarşısında almış, daha sonra 15 gün keçmiş əlavə 500 manat da pul lazım olduğunu deyib həmin məbləği yenidən ondan işlədiyi meyvə tərəvəz məntəqəsinin qarşısında almış, bu minvalla ümumilikdə Fazildən 8500 manat oğlunun işə düzəlməsi adı ilə almış, həmin məbləğdən hazırkı vaxtadək bir qismini qaytarmış və aralarında 6800 manat kəsiri qalmışdır. Həmin məbləği aldıqda onun hansısa hissəsinin kimsəyə verəcəyini bildirməmiş və həmin məbləği aldıqdan sonra pula ehtiyacı olduğu üçün özünə xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, uzun müddətdir taksi fəaliyyət ilə məşğul olur. 2022-ci ilin əvvəllərində idarə etdiyi taksi avtomobili ilə sərnişin daşıyarkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu, atası X19 şəhərində yerləşən Gəncə Texnologiyalar institutunda müəllim işlədiyini bildirmişdir. O da əslən Gəncəli olduğuna görə Zərdan Səmədovu tanımış və bundan sonra Xəyalla normal münasibətləri yaranmışdır. Həmin ərəfədə Xəyala öz yaşadığı fərdi yaşayış evinin həyətində kiçik çörəkbişirmə sexi açmaq istədiyini bildirmiş və VTB bankdan kredit götürməsində ona köməklik göstərməsini xahiş etmişdir. Xəyal bu məsələ ilə maraqlandıqdan sonra bankdan kredit götürməsinin alınmadığını bildirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona çörəkbişirmə aparatı deyil, ƏƏSMN-nin özünüməşğulluq proqramı çərçivəsində ayaqqabı istehsalı üçün müvafiq tikiş maşınının verilməsi ilə bağlı həmin nazirliyə müraciət etməsini məsləhət görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs qardaşı Şahid5 ƏƏSMN-nin X9 çalışdığını, Anarın onlara yuxarıda göstərdiyi tikiş maşınının verilməsinə köməklik göstərəcəyini bildirmiş və o da sonuncuya inandığından razılaşmışdır. Bundan bir müddət sonra sərnişin daşıyarkən adının Şahid4 Əlibaba oğlu olduğunu bildirən şəxs telefonda kreditlə bağlı danışıqlar aparmış, buna görə də Elməddinlə tanış olmuş və ona bankdan kredit ayrılmasına köməklik göstərməsini xahiş etmişdir. Şahid4 əvvəllər bu işdə ona köməklik göstərə biləcəyini bildirsə də, sonradan köməklik göstərə bilməmişdir. Bundan sonra Şahid4 istədiyi halda ona əlborcu tapa biləcəyini bildirmiş, o da sonuncu ilə razılaşmışdır. 2022-ci ilin iyun ayının sonlarında Elməddin Şahid2 və Şahid1 onunla tanış etmiş və o, sonuncularla Xırdalanda yerləşən parkda görüşmüşdür. Görüş zamanı Şahid1 ona aylıq 5 faizlə 30.000 manat pul verə biləcəyini, bunun müqabilində yaşadığı və özünə məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 4 ev 6-da yerləşən mənzili onun adına keçirməli olduğunu, borcunu qaytardıqdan sonra mənzili ona qaytaracağını bildirmişdir. O da sonuncu ilə razılaşmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariusda Şahid1 ilə görüşmüş və yuxarıda göstərilən evinin Şahid1 girov qoyulması ilə bağlı alqı-satqı müqaviləsi bağlamışlar. O, notariat kontoruna Xəyal, Günel, Elməddin və Sürəyya ilə birlikdə gəlmiş, onlar gələnədək sənədləri notariusda işləyən qız hazırlamış, notariusa girdikdə Günel ayrıca pulun girov əvəzində verilməsi ilə bağlı sənəd hazırlamış, həmin sənədə hər ikisi imza etmişlər. Notariusda Günel ondan pulu hansı müddətə qaytaracağını soruşmuş, o, isə Xəyaldan birlikdə iş qurduqlarını və həmin pulu hansı müddətə geri qaytara biləcəyi ilə bağlı maraqlanmış, Günel ondan 6 ay ərzində pulu qaytara biləcəyini soruşduqda o, üzünü Xəyala tərəf tutmuş, Xəyal ona pulun həmin müddətə qaytarılmasının mümkün olduğunu bildirmiş, belə olduqda Günel 7 aya pulu qaytaracağı ilə bağlı müqavilədə qeyd etmişdir. Sonra notariusda sənədlərə imza etmiş, müqavilədə ev 30.000 manata satıldığı rəsmiləşdirilmiş, lakin onun bu alqı-satqı müqaviləsinə imzalamasında məqsədi evin satılması deyil, Şahid1 faizə aldığı pulun müqabilində girov kimi Günelin adında qalması olmuşdur. Müqavilə rəsmiləşdikdən sonra pulu kassadan götürdükdən sonra Günel rəsmiləşmiş 30.000 manatın 5.000 manatının şapka olduğunu bildirərək, ona cəmi 20.000 manat verilmişdir. Belə ki, 5000 manatın bir ay sonra veriləcəyi ona deyilmiş, həmin puldan isə ilkin ayın 1500 manatı faiz kimi tutulmuş və qalan 3500 manat isə Elməddinin kartına vurulmuş, ona ümumilikdə sonradan 23.500 manat pul çatmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs qardaşı Anarın onunla əlaqə saxladığını, onlara yuxarıda göstərilən tikiş maşının verilməsinə köməklik edəcəyini bildirdiyi Şamxal adlı şəxsə 800 manat verməli olduqlarını bildirmiş, onlar da birlikdə ƏƏSMN-nə getmişlər. O, Şamxal adlı şəxsə çatdırması adı ilə Xəyala 800 manatı vermiş və maşında gözləmişdir. Xəyal bir neçə dəqiqə sonra yanına qayıdaraq pulu tam şəkildə Şamxala verdiyini bildirmişdir. Xəyal bir müddət sonra əlavə başqa bir tikiş maşının verilməsi müqabilində Şamxal adlı şəxsə yenidən 800 manat verməli olduğunu demiş və sonuncu da razılaşmışdır. Sonradan eyni qaydada maşınla nazirliyə getmiş, Xəyala 800 manat vermiş və sonuncu da maşından düşüb nazirliyə getmiş, bir neçə dəqiqə sonra Xəyal qayıtmış və pulu tam şəkildə Şamxala verdiyini bildirmişdir. Bundan bir neçə gün sonra Xəyal tikiş maşınlarının gəldiyini və onların daşınması və quraşdırılması üçün Şamxala əlavə olaraq 800 manat verməli olduqlarını bildirmiş, o, razı olduğundan eyni qaydada Xəyal pulu Şamxala verdiyini demişdir. xx.xx.2022-ci il tarixdə X14 Xidmətində təsərrüfat işlərinə nəzarət edən Rasim adlı dostunun olduğunu bildirərək onun yanına getməyi təklif etmiş, onunla razılaşmış və getmişdir. O, inzibati binanın çölündə gözləyərkən Təqsirləndirilən şəxs binaya daxil olmuş, bir müddət sonra yanına gəlmiş və Rasim adlı dostu ilə onların tikiş maşınları almaqları ilə bağlı söhbət etdiyini, Rasimin çalışdığı xidmətin əməkdaşları üçün ayaqqabı tikilişi işini ona verdiyini, bunun nəticəsində yüksək qazanc əldə edəcəyiini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Xəyal onu Elmlər Akademiyası metrostansiyası yaxınlığına çağırmış, orada Xəyalla görüşdüyü zaman sonuncunun dostu Rasimin yuxarıda göstərilən işin qurulması üçün onun adına “Ruzi” adlı şirkəti təsis etdiyini, ayda 3.000 cüt ayaqqabının xidmətə satılması ilə bağlı müqaviləni hazırladığını bildirmişdir. O da müqavilə ilə tanış olduqdan sonra imzalamış, lakin Xəyal həmin müqaviləni ona verməmiş, Xəyal adına açıldığını bildirdiyini şirkətin hesabına 2.000 ABŞ dolları, yəni 3.400 manat pul qoymalı olduqlarını bildirmiş və ona həmin məbləği vermiş, Təqsirləndirilən şəxs qeyd edilən işin 3 ay ərzində başlayacağını bildirmişdir. Bundan bir neçə gün sonra özünün vəzifəsinin dəyişdiriləcəyini, DTX-nın Qaradağ rayon idarəsinə rəis müavini vəzifəsinə təyin ediləcəyini, bununla bağlı pula ehtiyacının olduğunu bildirərək ondan əlavə olaraq hissə-hissə olmaqla, ümumilikdə 5.000 manat da almış, bundan əlavə Xəyal ondan 1.200 manat pulu da müxtəlif bəhanələrlə almış, beləliklə Təqsirləndirilən şəxs ondan ümumilikdə 12.000 manat pul almış olmuşdur. Beləliklə, o, aldığı ümumi 25.000 manatın 12.000 manatını Təqsirləndirilən şəxs vermiş, 4.500 manatını faiz kimi Günelə vermiş, qalan 8.500 manatını isə digər şəxsi ehtiyatlarına, başqa borclarına sərf etmişdir. Xəyal işin 3 ay sonra başlayacağını bildirdiyinə görə, o 3 ay ərzində faizə götürdüyü pulun faizini, yəni aylıq 1.500 manatı Şahid1 vermiş, həmin müddət gəlib çatmasına baxmayaraq, Xəyal işğaldan azad edilmiş torpaqlarda DTX-nın rayon şöbələrinin tikintilərinin başladığını, buna görə də pul vəsaitlərinin həmin tikintilərə yönləndirildiyini bildirmiş və quracaqları işin biraz gecikəcəyini bildirmişdir. Bu zaman Şahid1 aylıq 1.500 manat faizi verməli olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs 5 ay ərzində aylıq 1.500 manat olmaqla, ümumilikdə 7.500 manat pulu Şahid1 vermiş, şirkətin hesabına qoymaq adı ilə ondan aldığı 3.400 manatın 2.600 manatını ona qaytarmışdır. 2023-cü ilin fevral ayında Şahid1 ona verdiyi pulun özünə deyil, başqa şəxsə məxsus olduğunu, həmin şəxsin də pulunu geri tələb etdiyini bildirmiş və ya 30.000 manatı tam şəkildə qaytarmağını, ya da evi başqa şəxsə sataraq əldə edəcəyi pulun 30.000 manatını həmin şəxsə verəcəyini, qalan məbləği isə ona verəcəyini bildirmişdir. Həmin tarixdən pulun faizini tələb etməmiş, o, isə həmin məbləği qaytara bilməmişdir. Şahid1 başqa bir şəxs taparaq mənzili onun adına ipotekaya salacağını, ipoteka ilə əldə edilən məbləğdən 30.000 manatını götürərək pulun sahibinə verəcəyini bildirmiş, həmin vaxt da həyat yoldaşı X4 həmin evdə qeydiyyatda olmuş, Şahid1 da evin ipotekaya qoyula bilməsi üçün və yoldaşı da həmin evdə qeydiyyatda olduğuna görə yoldaşının da razılığının lazım olduğunu demiş və onları notariat kontoruna aparmışdır. Kontorda Şahid1 özü yaxınlaşıb onların adından müraciət etmiş, orada xeyli adam olduğundan yoldaşı təqdim edilən sənədi imzalamışdır. Bundan bir müddət sonra, yəni 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Şahid1 onlarla danışmaq istədiyini bildirmiş və Günellə görüşmüş, görüş zamanı Şahid1 evi 52.000 manata Arzu adlı şəxsə satdığını, həmin məbləğin 30.000 manatını pulun əsas hissəsi kimi pulun sahibinə qaytardığını bildirərək, ona da 14.000 manat vermək istəmişdir. Qalan 8.000 manatı isə mart aprel aylarının faizi kimi pul sahibinə verdiyini, əlavə notarial xərclərinin olduğunu bildirərək verməmişdir. O, isə evinin real bazar qiymətinin 80.000 manat olduğu halda ondan xəbərsiz 52.000 manata satması ilə razılaşmadığını bildirmiş, bundan sonra başqa tanışları ilə məsləhətləşmiş və Günelin təklif etdiyi 14.000 manatı götürməmişdir. Bundan sonra Günel təklif etmişdir ki, bir hərbi qulluqçu tapsın və ev onun adına ipotekaya qoyulsun, sonradan o da aylıq ipoteka ödənişini etməklə evini geri ala bilsin. Belə olduqda Xəyalla mübahisə edərək Güneldən faizə pul götürməsinin səbəbkarının da Xəyal olduğunu, onu xeyli ziyana saldığını, evinin əlindən çıxdığını bildirmiş və ev ipotekaya salınacağı halda aylıq ödənişi sonuncunun tərəfindən etməsini tələb etmişdir. Xəyal da onunla razılaşmış, lakin həmin vaxt evi ipotekaya qoymaq mümkün olmamışdır. Həmin vaxt da Günelin evi satmaq istədiyi Arzu adlı şəxs ya bir ay ərzində evdən çıxmalarını, ya da ev üçün ödədiyi 52.000 manatı ona qaytarmağı tələb etmişdir. Şahid1 da bu problemin müvəqqəti də olsa həll edilməsi üçün evi hansısa lombarda girov qoyaraq, götürülən puldan Arzunun pulunu qaytarmağı təklif etmiş və o da razılaşmışdır. Beləliklə Şahid1 evi adını bilmədiyi lombarda girov qoyduğunu, bunun müqabilində 60.000 manat pulun rəsmiləşdirildiyini, həmin məbləğin 6.000 manatını şapka kimi lombarda qaytardığını, qalan 54.000 manatın isə 52.000 manatını Arzuya qaytardığını bildirmişdir. Güneldən yerdə qalan 2.000 manatı və evi Arzuya satması nəticəsində əlində qalan 22.000 manatın haraya xərcləndiyi və ya kimdə olduğunu soruşsa da, sonuncu ona cavab verməmişdir. Bundan bir müddət sonra Şahid1 Nicat adlı hərbi qulluqçu tapmış, evi onun adına ipotekaya salmağa razılaşmış, o bu vəziyyətə Xəyalın verdiyi vədlərə görə düşdüyündən, ev ipotekaya salındıqdan sonra aylıq pulları Xəyal tərəfindən ödəməsini tələb etmiş, sonuncu da bununla razılaşmışdır. Buna görə də X20 Yusifovun iştirakı ilə xx.xx.2023-cü il tarixli MŞB /3-00462 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin sazişdə də Xəyal ödənişi özünün həyata keçirəcəyini öhdəsinə götürdüyünü təsdiq etmiş, bundan sonra Şahid1 evin adını bilmədiyi bank olmayan kredit təşkilatına ipotekaya qoyulmasına görə ümumilikdə 70.000 manat rəsmiləşdiriləcəyini, lakin həmin məbləğin 25.000 manatının şapka kimi kredit təşkilatının işçilərinə veriləcəyini, ona sadəcə 45.000 manat veriləcəyini demişdir. Lombarda borc da 60.000 manat kimi rəsmiləşdirildiyindən Şahid1 ya qalan 15.000 manatında verilməli olduğunu, ya da 15.000 manatla bağlı notarial qaydada təsdiq edilmiş borc müqaviləsinin də bağlanmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs borc müqaviləsinin onun adına bağlana biləcəyini bildirmiş, Günel həmçinin lombarda aylıq 3.000 manat olan faiz pulunun da ödənilməli olduğunu bildirmişdir. Xəyal isə yaxın vaxtlarda işlərin qaydasına düşəcəyini və ayaqqabı istehsalına başlayacaqlarını bildirərək, narahat olmamağı, 3.000 manatı özünün verəcəyini demiş və həmin 3.000 manatı lombarda verməsi üçün Günelə təqdim etmişdir. Bir gün sonra notariat kontoruna getdikdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini dəyişdirilməsinə görə müvafiq dövlət orqanına verdiyini bildirərək öz adından müqavilə bağlanıla bilməyəcəyini bildirmiş, Günel isə həmin 15.000 manatla bağlı lombarda mütləq formada borc müqaviləsi təqdim etməli olduğunu bildirmiş, əks halda lombard evin girovdan çıxarılmasını təmin etməyəcəyini və bununla da evi ipotekaya salmaq mümkün olmayacaqdı. Buna görə də, o, anasının Şahid1 15.000 manat borc almasına dair borc müqaviləsi bağlanmasına razılıq vermiş və borc müqaviləsi bağlanmışdır. Bundan sonra ev lombardda girovdan çıxarmış və adını bilmədiyi bank olmayan kredit təşkilatına ipotekaya qoyulmuşdur. Bir iki ay ipotekanın aylığın özü ödəmiş, Təqsirləndirilən şəxs isə ipotekanı ödəməsini öhdəsinə götürməsinə baxmayaraq, aylığı ödəməkdən boyun qaçırmağa başlamış və ödəniş etməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ona tanışlarını Dövlət Təhlükəsizliyi Xidmətinə iş düzəldə biləcəyini də bildirmiş, bu barədə müxtəlif tanışlarına məlumat vermiş, Fazil adlı tanışı oğlunu işə düzəltmək istədiyini ona bildirmiş, o da bu barədə Təqsirləndirilən şəxsla danışmış və onları tanış etmiş, Təqsirləndirilən şəxs Fazilin oğlunu həmin quruma işə düzəldəcəyini vəd edərək 2023-cü ilin fevral ayında 8.500 manat pul almış, lakin vədinə əməl etməyib, pulu ələ keçirmişdir. Bundan başqa Akif adlı tanışı da oğlunun işə düzəldilməsinə köməklik etməsi üçün müraciət etmiş, o, sonuncunu da Xəyalla tanış etmiş, Xəyal Akifin oğlunu DTX-ya işə düzəldəcəyini vəd edərək 2023-cü ilin fevral ayında 9.250 manat pul almış, lakin vədinə əməl etməyib sonuncunun da pulunu ələ keçirmişdir. Göstərmişdir ki, Xəyal onunla söhbət edərkən özünü DTX əməkdaşı kimi təqdim etmiş və vəsiqəsini də ona göstərmişdir. Bildirmişdir ki, əsl həqiqətdə o, Xəyala ümumilikdə 12.000 manat pul vermiş, lakin Xəyalın ona iş quracağı vədini görə evinin ipotekaya qoyulduğunu nəzərə alaraq, evinin ipotekadan çıxması üçün tələb edilən məbləği ondan tələb etmiş, bu səbəbdən ərizəsində dəymiş ziyanın məbləğini 65.000 manat kimi göstərmişdir. Bundan başqa onun Şamxal adlı şəxsə bilavasitə pulun verildiyini təsdiq edən hər hansı sübutu olmamış, yalnız Xəyalla bu barədə etdiyi söhbətlərinə görə ifadəsində qeyd etmiş, həmçinin ərizəsində Təqsirləndirilən şəxs 5 nəfəri Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldəcəyini vəd edərək ümumilikdə 30.000 manata yaxın məbləğdə pul vəsaitini ələ keçirdiyini göstərsə də, hazırda həmin şəxslər şikayət etmək istəmədikləri üçün adlarını göstərməmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X6 təxminən 4-5 ildir ki, tanıyır. Belə ki, Elşad onun meyvə-tərəvəz satdığı yerin yaxınlığında yaşayır, buna görə də onunla normal münasibətləri yaranmışdır. 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1lə söhbət edərkən Təqsirləndirilən şəxs adlı tanışının Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini, onun vasitəsilə qaynı oğlunu işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs istədiyi təqdirdə onun da oğlunu DTX-ya gizir kimi işə düzəldə biləcəyini demiş, o da oğlunun işsiz olduğunu nəzərə alaraq, oğlunu işə düzəltmək istəmişdir. Buna görə də Elşada Xəyalla görüşmək istədiyini bildirmiş, bundan bir neçə gün sonra Elşad Xəyalla birlikdə iş yerinin yanına gəlmiş və orada çayxanada oturub söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs özünün DTX-da çalışdığını, oğlu xx.xx.2001-ci il təvəllüdlü X13 DTX-ya gizir rütbəsi ilə işə düzəldə biləcəyini, bunun müqabilində 10.000 manat verməli olduğunu, işin 6 ay ərzində həll olacağını demişdir. O, isə pulu tam şəkildə verə bilməyəcəyini, həmçinin onun özünün əvvəllər məhkumluğunun olduğunu sonuncuya bildirmişdir. Pulun ilkin olaraq 8.000 manatını vermək barədə razılaşmış, bundan əlavə, Təqsirləndirilən şəxs məhkumluğunun işə problem yaratmayacağını bildirərək, məhkumluq məsələsinin yoluna qoyulması üçün əlavə 500 manat verməyi tələb etmişdir. Beləliklə, 2023-cü ilin fevral ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 7 nömrəli məktəbin yaxınlığında, iş yerinin qarşısında Təqsirləndirilən şəxs ondan oğlunun DTX-ya işə düzəlməsinə köməklik göstərilməsi müqabilində əvvəlcə 8000 manat pul almış, üstündən 15 gün keçmiş, yəni həmin ilin fevral ayının axırında yenidən iş yerinin qarşısında əlavə 500 manat pulu da almışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə oğlu ilə görüşərək ondan şəxsiyyəti, doğum yeri, hərbi xidməti və s. barədə məlumatları soruşaraq guya özündə qeydlər aparmış, onun narkoloji dispanserdən arayış almasını və bu kimi şeyləri tələb edərək guya oğlunun işə düzəlmə məsələsi ilə məşğul olduğu görüntüsünü yaratmağa çalışmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs qardaşı X10 oğlu - Elməddin Əzizovu da DTX-ya işə düzəldəcəyini vəd edərək 2023-cü ilin aprel ayında sonuncudan 8.000 manat almışdır. Bundan əlavə Akif adlı şəxsdən oğlunu DTX-ya işə düzəltmək adı ilə 2023-cü ilin fevral ayında isə 9.250 manat pulu almış, xeyli müddət keçdikdən sonra onlar məsələnin həll edilmədiyini görərək Xəyala iradlarını bildirmiş, bundan sonra Xəyala yuxarıda adları çəkilən şəxslərin hamısı birləşərək Dövlət Təhlükəsizliyi Xidmətinə gedərək şikayət edəcəklərini bildirmişlər. Oraya çatanda Xəyalın orada olduğunu görmüş, sonuncu məsələnin həll ediləcəyini bildirərək şikayət etməməsini bildirmiş, bundan sonra yenə də işlərdə heç bir irəliləyiş olmamış, bundan sonra Xəyalın atası Zərdanı tapmış və Xəyalın onları aldatdığını bildirmişlər. Xəyalın atası isə şikayət etməmələrini, pulları qaytararaq problemləri həll edəcəyini bildirmiş, bundan sonra ona alınmış puldan cəmi hissə-hissə ödənilib, hazırda 2800 manat qalır, ziyanın ödənilməsini tələb edir.Zərərçəkən sonuncu məhkəmə iclasında ziyandan 400 manat hələ də ödənilməmiş qaldığını bildirərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qardaşı Xəyal 2004-cü ildən Milli Təhlükəsizlik Nazirliyində zabit kimi işləməyə başlamış, 2009-2012-ci illərdə MTN-nin Şəmkir rayon şöbəsində, 2012-2015-ci illərdə Oğuz rayon şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili vəzifələrində işləmişdir. 2015-ci ilin aprel ayında qardaşı Xəyal öz ərizəsi ilə işdən çıxmışdır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, 2022-ci ilin təxminən qış ayları olardı, Zərərçəkmiş şəxs1 adlı şəxs ona zəng etmiş və özünü Xəyalın dostu kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 söhbət əsnasında ona birbaşa bildirmişdir ki, «avadanlıqlarımızı nə vaxt ala bilərik», o, sonuncudan nə avadanlıq olduğu barədə məlumat aldıqda və telefonunu kimdən alması barədə soruşduqda Zərərçəkmiş şəxs1 onun nömrəsini qardaşı Xəyaldan aldığını bildirmişdir. O, həmin şəxsə heç bir avadanlıq barədə məlumatının olmadığını demiş və nə məqsədlə avadanlıq əldə etməsini soruşduqda Zərərçəkmiş şəxs1 ayaqqabı sexi açmaq üçün avadanlıq almaq istədiyini bildirmişdir. O, ümumiyyətlə Zərərçəkmiş şəxs1 nə kimi iş qurmasından xəbərsiz olsa da, ondan bir mütəxəssis kimi özünəməşğulluq idarəsində qeydiyyata durub-durmaması, bununla yanaşı görmək istəyəcəyi işlə bağlı təlimlərə qoşulub-qoşulmadığını soruşmuşdur. Lakin, Zərərçəkmiş şəxs1 bu kimi hallardan məlumatsız olduğunu bildirmiş, belə olduqda ona məsləhət görmüşdür ki, bir daha onu belə məsələlərlə bağlı narahat etməsin. Bundan sonrakı müddətdə təxminən Zərərçəkmiş şəxs1 ona iki telefon zəngi olmuş və hər dəfə də ondan qardaşı Xəyalla bağlı maraqlanıb onu axtardığını soruşmuşdur. O da Xəyalın onun qardaşı olmasına baxmayaraq, onunla əlaqələrinin olmadığını, ümumiyyətlə bir neçə ayda bir əlaqə saxladığını bildirmiş və hər dəfə də Zərərçəkmiş şəxs1 onu bu işlə bağlı narahat etməməsini xahiş etmişdir. Sonuncu dəfə atası Zərdan Səmədov Bakı şəhərində olduqda qardaşı Xəyalın Fazil adlı şəxslə arasında olan pul məsələsi ilə bağlı atasının qoluna girib Fazillə kafedə görüşə gətirmişdir. Həmin vaxtı təsadüfən Zərərçəkmiş şəxs1 də orada görüb tanımış və bildirmişdir ki, «çox yaxşı oldu ki, səni gördüm» və münasibətlərə aydınlıq gətirməsini və onu nə səbəbə zəng edib narahat etməsini soruşmuşdur. Orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1lə qardaşı Xəyal arasında birgə iş qurmaqla bağlı razılaşma olmuşdur. Lakin həmin söhbətdə də qardaşı Xəyalla Zərərçəkmiş şəxs1 arasında nə qədər miqdarda pul alış verişi olması, qardaşının ona nə vəd etməsini bilməmiş və bu hal onun üçün ümumiyyətlə maraqlı olmamışdır. Zərərçəkmiş şəxs1lə qardaşı Xəyal həmin vaxtı aralarında olan münasibətlərə aydınlıq gətirmiş və bir-birlərini başa düşmüşlər. Eyni zamanda orada Zərərçəkmiş şəxs1 bir daha bildirmişdir ki, onunla bağlı səndə hər hansı qaranlıq məsələ qalmışdırsa, aydınlıq gətirsin, orada Zərərçəkmiş şəxs1 bir daha bildirmişdir ki, işini Xəyalla qurmaq istəmiş və onların quracaqları işdə onun bir rolu olmadığına əmin olub bildirmişdir ki, ona qarşı heç bir fikri və sualı yoxdur. Bundan sonrakı müddətdə Zərərçəkmiş şəxs1 ona telefon zəngi olmamış və onlar ümumiyyətlə bir daha görüşməmişlər. Göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxsla ümumiyyətlə tikiş maşınlarının özünəməşğulluq kimi verilməsi ilə bağlı danışığı və razılaşması olmamış, belə ki, qardaşı özünə məşğulluq kimi ondan məlumat aldıqda sonuncuya DOST mərkəzinə müraciət etməsini məsləhət görmüş, bu prosesdə Zərərçəkmiş şəxs1 tanımamış və əvvəlcədən onların quracaqları işdən xəbərsiz olmuş, onnun ƏƏSMN-də və yaxud digər təşkilatda işləyən Şamxal adlı tanışı yoxdur, belə bir şəxsi tanımır və bununla bağlı da qardaşı Xəyala heç bir söz verməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hərbi hissədə Müddətdən artıq xidmət qulluqçusu kimi xidmətdə olmuşdur. Elvin adlı makler kimi tanıdığı şəxs 2023-cü ilin təxminən mart ayında onunla tanış olmuş, sonuncunun onun mobil telefonunu haradan əldə etdiyini bilmir. Elvin ona təklif etmişdir ki, ipoteka ilə ev götürmək lazımdır və həmin evi o, hərbiçi olduğu üçün onun adına götürmək istəyir, bankdan götürülən məbləğin 10 faizini ona verəcəyini vəd etmişdir. Onun da pula ehtiyacı olduğu üçün Elvinin təklifi ilə razılaşmış, bundan sonra Elvin özü ünvan 1 ünvanını tapmış və onun adına ipotekaya salınması ilə bağlı sənədləri hazırlamağa başlamışdır. Sənədlərin hazırlanması təxminən 2023-cü ilin sentyabr ayınadək davam etmiş, 2023-cü ilin 29 sentyabr tarixində bank işçiləri və Elvinlə birlikdə VTB bankına getmiş, orada adına rəsmiləşdiriləcək ev 100.000 manat qiymətində dəyərləndirilmiş, bundan sonra həmin evin sahibi kimi tanıdığı Günel adlı qadın bankdan evin dəyərinin pulunu götürmüş, belə ki, evin dəyəri 70.000 manat olduğu üçün həmin məbləğ bankdan verilən məbləğin üzərindən götürülmüş, qalan 30.000 manat ilkin ödəniş kimi olduğu üçün həmin məbləği kimin gətirdiyini və sonradan həmin məbləğin kim tərəfindən götürüldüyünü bilməmişdir. Həmin məbləğ bankdan götürüldükdən sonra birlikdə metronun Elmlər Akademiyası ərazisində yerləşən kafeyə getmiş, orada Elvin tərəfindən ona 7000 manat pul ödənilmiş və o, həmin məbləği aldıqdan sonra çıxıb getmişdir. Üstündən bir müddət keçdikdən sonra bank əməkdaşı ona zəng edərək banka olan kredit borcunun ödənilmədiyini bildirmiş və ondan bankın ödənişini etməyi tələb etmişdir. Belə olduqda o, Elvinlə əlaqə saxlamış və sonuncu ona bildirmişdir ki, evin sahibi ödənişi boynuna götürməsinə baxmayaraq ödəməmişdir. Bundan sonra o, məcbur olub bankın 3 aylıq kredit borcunu hər ay 555 manat olmaqla ödəmiş, hazırda banka olan borcu ödəməkdə davam edir ki, adına gecikmə düşməsin. Göstərmişdir ki, o, ünvan 1 ünvanının kimə məxsus olduğunu və kim tərəfindən banka girov qoyulduğunu bilmir, ona yalnız pul lazım olduğu üçün Elvin tərəfindən ona ödəniləcək 7000 manat pul qarşılığında hərbiçi kimi adına verilə biləcək ipoteka limitlərindən istifadə edib Elvinin təklifi ilə razı olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildən Lombard fəaliyyəti göstərən Şahid6 yanında kassir vəzifəsində çalışır. Şahid2 makler kimi tanyır və Sürəyyanın vasitəsi ilə Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, 2022-ci ilin iyun ayında Şahid2 ona Zərərçəkmiş şəxs1 adlı şəxsin pula ehtiyacı olduğunu, onun Abşeron rayonunda olan evini girov kimi qoymaqla 30.000 manat pul götürmək istədiyini bildirmişdir. Həmin ərəfədə o, Xırdalan şəhərində Abşeron İcra Hakimiyyəti binasının yanında yerləşən Şahid6 məxsus lombardda şərik işləmiş, bu barədə lombardın rəhbəri olan Şahid6 məlumat vermişdir. Şahid6 da ona evi öz adına keçirərsə, 7 ay müddətinə aylıq 5 faizlə 30.000 manat pul verilə biləcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 və Şahid2 ilə görüşüb bu barədə danışmış, Zərərçəkmiş şəxs1 evi onun adına keçirmək şərti ilə 7 ay müddətinə aylıq 5 faizlə 30.000 manat pul götürməyə razı olduğunu bildirmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 4, ev 6-da yerləşən evi notarial qaydada alqı-satqı müqaviləsi əsasında onun adına keçirilmiş və həmin tarixdə lombarddan 30.000 manat pul götürülmüşdür. Kreditin şərtlərinə görə aylıq 1500 manat, yəni götürülmüş pulun 5 faizi lombarda ödənilməli olmuş, Zərərçəkmiş şəxs1 fərdi evi alqı-satqı yolu ilə onun adına keçirildikdə 30.000 manat pulu bank vasitəsi ilə Elşad özü götürmüşdür. Girovun şərtlərinə görə xx.xx.2023-cü il tarixədək lombarddan götürülmüş pul qaytarılmalı olmuş, Elşad pulu götürərkən və danışıqlar aparılarkən çox vaxt yanında bir nəfər şəxs olmuş, sonradan ornun adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Pul götürüldükdən sonra Elşad və Xəyal 5 ay, yəni avqust ayından dekabr ayı da daxil olmaqla, aldıqları pulun aylıq 1.500 manat olan faizini vermişdir. Belə ki, Elşad ona aylıq 1500 manatdan olmaqla onun kartına pulu göndərmiş və o da öz növbəsində pulu lombarda ödəmişdir. 2023-cü ilin fevral ayından isə Elşadın ödənişi həyata keçirə bilmədiyini görmüş və ondan əsas borc olan 30.000 manatı qaytarmasını, ya da evi başqa şəxsə sataraq pulun əsas hissəsini qaytarmasını bildirmişdir. Belə olduqda Elşad evin satılmasına razılıq verdiyi üçün müştəri axtarılmış, o, evə müştəri tapanadək Elşad özü də həmin evə müştəri gətirmişdir. Bundan sonra makler vasitəsi ilə evə Arzu Əlixanova adlı alıcı ortaya çıxmış, Arzu xanım evə gedərək baxmış, həmin vaxtı Elşad və arvadı da həmin evdə yaşamış, Arzu həmin evi almaq istədiklərini bildirmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə ev X8 50.000 manata satılmış, həmin məbləğin 30.000 manatını lombarda ödəyərək Elşadın borcu bağlanmışdır. Alqı-satqı zamanı 3.000 manat notarius, makler və digər xərclərə çıxmışdır. Qalan 17.000 manatı isə Elşadın yuxarıda göstərilən ünvandakı mənzilində ona verməyi təklif etmişdir. Elşad əvvəl həmin məbləği götürməkdən imtina edərək evi ipotekaya qoyaraq geri almaq istədiyini bildirmiş, belə olduqda o, sonuncu ilə razılaşmış və Bakı şəhər 14 saylı notariat kontoruna gedib orada Arzu Əlixanova ilə arasında olan alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2023-cü il tarixdə müqavilə tərtib edilmişdir. Q, da lombardın rəhbərliyi ilə danışaraq evi yenidən girov qoymaqla, lombarddan 56.000 manat pul götürə biləcəyini bildirmiş, Elşad da onunla razılaşmışdır. Beləliklə xx.xx.2023-cü il tarixdə sənədlərə imza edərək lombardın kassasından 56.000 manat pulu öz adına götürmüş, həmin məbləğin 50.000 manatını Arzu xanıma vermiş və onunla arasında olan alqı-satqı müqaviləsi ləğv olunmuş, qalan 6.000 manatı da təmir işlərini etməsi üçün Elşada vermişdir. Bundan sonra Elşada evi ipotekaya qoymasını, vaxtın keçdiyini, vaxt keçdikcə lombarddan götürülən pulun faizinin də artdığını bildirmişdir. Elşad isə hər dəfə ipoteka məsələsi ilə Şahid2 ilə danışdığını, bu işlə məşğul olduqlarını bildirmiş, lakin real bir nəticə olmamışdır. Bundan bir neçə ay sonra, yəni 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 Şahid2 və Elvin adlı şəxsin vasitəsilə Şahid3 adlı hərbi qulluqçu tapdıqlarını, evi sonuncunun adına Bank Avrasiya ASC-nin Buta filialında ipotekaya qoyaraq, evin satış qiymətini 70.000 manat rəsmiləşdirərək bankdan 45.000 manat ipoteka krediti götürəcəklərini, qalan 25.000 manatın isə Şahid2 və Elvinin banka köçürəcəklərini, alqı-satqı edilərək ev ipotekaya qoyulduqdan sonra satıcı kimi o, ümumilikdə 70.000 manat pul götürəcəyini demişdir. Həmin məbləğin də 25.000 manatını Şahid2 və Elvin adlı şəxsə verməyi, qalan məbləği də lombarddan götürülmüş 56.000 manatın 45.000 manatı kimi lombarda qaytarmağı bildirmişdir. O, isə lombarddan götürülmüş pulun 56.000 manat olduğunu, həmin məbləğin 4 aylıq faiz borcu olan 12.000 manatla birlikdə ümumi borcun 68.000 manat olduğunu, lakin onun maddi çətinliyini nəzərə alınaraq ümumi borcunu 60.000 manat kimi hesablayacağını demişdir. Bundan əlavə ümumi 60.000 manatın 45.000 manatını ipotekadan götürdüyü pul vasitəsilə verildikdən sonra 15.000 manat verəcəyinin qaldığını, həmin pulun da əvəzinə notarial qaydada bağlanmış borc müqaviləsini götürə biləcəyini bildirmişdir. Bu zaman Elşad Təqsirləndirilən şəxs onu bu problemlərə düşməsinin səbəbkarı olduğunu bildirərək borc müqaviləsinin onun adından bağlanmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da öz adına 15.000 manatlıq borc müqaviləsini bağlamağa razı olduğunu bildirmiş və Xəyal buna dair öz xətti ilə əlyazma yazaraq ona təqdim etmişdir. Bundan sonra o, evin ipotekaya qoyulmasına dair sənədləri və alqı satqı müqaviləsinə imza etmişdir. Ev Şahid3 adına Bank Avrasiya ASC-nin Buta filialında ipotekaya qoyulmuş və o 70.000 manat pulu götürmüşdür. Əvvəlcədən aralarında olan razılaşmaya əsasən pulun 45.000 manatını lombarda borcun bir hissəsi kimi ödəmiş, bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə göstərdiyi 15.000 manatlıq borc müqaviləsinin bağlanması üçün notariusa getmiş, orada Xəyal şəxsiyyət vəsiqəsinin müddətinin bitdiyinə görə yenilənməsi üçün aidiyyəti dövlət qurumuna müraciət etdiyini bildirmiş, ona görə müqavilə bağlaya bilməyəcəklərini bildirmişdir. O, bununla bağlı onun üçün heç bir fərqi olmadığını, Elşadın və ya Xəyalın bu müqavilənin bağlamasını tələb etmişdir. Bundan sonra Elşadına anası ilə onun arasında 15.000 manatlıq borc müqaviləsi bağlanmış, hazırkı vaxtadək Zərərçəkmiş şəxs1 borcunu geri qaytarmamışdır. Göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi evin girov qoyulması üçün onun adına keçirilməsi prosesində sonuncu özü notarial qaydada alqı-satqı prosesində iştirak etmiş və müvafiq sənədlərə özü imza etmişdir. Alqı-satqı müqaviləsində də məbləğ 30.000 manat göstərilmiş və rəsmi olaraq bankın kassasına həmin məbləğ qoyulmuşdur. Alqı-satqı başa çatdıqdan sonra Elşad qəbzlə banka yaxınlaşaraq həmin məbləği tam şəkildə götürmüşdür. Göstərmişdir ki, fərdi evdə Elşad və onun arvadı rəsmi qeydiyyatda olduqları üçün 1 saylı notariat kontorunda razılıq ərizələrini vermişlər ki, ev Arzu Əlixanovaya satılsın. Ev Arzu xanıma 52.000 manata deyil, 50.000 manata satılmış, bu alqı-satqı müqaviləsində də göstərilmiş , ev satıldıqdan sonra 3.000 manat bank, notarius və makler xərcləri çıxılmış, qalan 17.000 manatı isə Elşada verilmişdir. Elşad əvvəlcə qalıq qalmış 17.000 manat pulu götürmək istəməmiş və xərclənmiş 3000 manat pulu tələb etməyə başlamış, o, həmin məbləğin xərclərə çıxıldığını başa saldıqdan sonra Elşad çıxıb getmişdir. Təxminən 10-15 gün Elşad evi ipotekaya qoymaq istədiyini bildirmiş və ev təmirsiz olduğuna görə ipotekaya qoyulmasının mümkünsüz olduğunu demiş, bu səbəbdən də 17.000 manat pulu o Sürəyya xanımla birlikdə Elşadın evinə gedib ona ödəmişdir. Elşad həmin məbləği aldıqdan sonra evin ipotekaya qoyulması üçün razılıq ərizəsi vermiş və bundan sonra da qarşılıqlı iş birlikləri davam etmişdir. Lombarda olan 56.000 manat borca görə 45.000 manat məbləği bankda ödənilən məbləğdən götürmüş, qalan 25.000 manat pulun 3000 manat hissəsi ipotekaya görə digər bank xərclərinə çıxılmış, qalan 22.000 manat Xırdalan dairəsinin yanında Elşad özü gəlib Sürəyyadan əlbəəl götürmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, Şahid1 tanıyır, sonuncunun lombard fəaliyyəti ilə məşğul olduğunu bilir. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 onunla Elməddin adlı şəxs tanış etmiş və Elşad bildirmişdir ki, ona pul lazımdır və evini girov qoymaq istəyir. O da, sonuncuya təklif etmişdir ki, evini banka girov qoyub pul götürsün. Lakin sonuncular banka müraciət etdiklərini və pul götürə bilmədiklərini demişlər. Belə olduqda o, tanışı Günelə zəng vurub bu bərədə bildirmiş, Elşad yağ işi ilə məşğul olduğunu və götürdükləri pulu tez bir zamanda bağlayacağını demişdir. Bundan sonra o, Elşadı Günellə görüşdürmüş, Zərərçəkmiş şəxs1 pula ehtiyacı olduğunu bildirmiş, Günel bu barədə işlədiyi lombardın rəhbəri olan Şahid6 məlumat vermişdir. Şahid6 da sonuncuya evi öz adına keçirərsə, 7 ay müddətinə aylıq 5 faizlə 30.000 manat pul verilə biləcəyini bildirmişdir. Danışıqdan sonra Zərərçəkmiş şəxs1 evi Günelin adına keçirmək şərti ilə 7 ay müddətinə aylıq 5 faizlə 30.000 manat pul götürməyə razı olduğunu bildirmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 4, ev 6-da yerləşən evi notarial qaydada alqı-satqı müqaviləsi əsasında Günelin adına keçirilmiş və həmin tarixdə lombarddan 30.000 manat pul götürülmüşdür. Kreditin şərtlərinə görə aylıq 1500 manat, yəni götürülmüş pulun 5 faizi lombarda ödənilməli olmuş, Zərərçəkmiş şəxs1 fərdi evi alqı-satqı yolu ilə Günelin adına keçirildikdə 30.000 manat pulu bank vasitəsi ilə Elşad özü götürmüşdür. Həmin girov prosesindən sonra Günel ona zəhmət haqqı olaraq 300 manat pul vermiş, girovun şərtlərinə görə xx.xx.2023-cü il tarixədək lombarddan götürülmüş pul qaytarılmalı olmuşdur. Elşad pulu götürərəkən və danışıqlar aparılarkən çox vaxt yanında bir nəfər şəxs olmuş, sonradan onun adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Pul götürüldükdən sonra Elşad və Xəyal 5 ay, yəni avqust ayından dekabr ayı da daxil olmaqla, aldıqları pulun aylıq 1.500 manat olan faizini vermiş, 2023-cü ilin fevral ayından isə Elşadın ödənişi həyata keçirə bilmədiyini görmüş və belə olduqda Günel ondan əsas borc olan 30.000 manatı qaytarmasını, ya da evi başqa şəxsə sataraq pulun əsas hissəsini qaytarmasını bildirmişdir. Belə olduqda Elşad evin satılmasına razılıq verdiyi üçün müştəri axtarılmış, o evə müştəri tapanadək Elşad özü də həmin evə müştəri gətirmişdir. Bundan sonra makler vasitəsi ilə evə Arzu Əlixanova adlı alıcı ortaya çıxmış, Arzu xanım evə gedərək baxmış, həmin vaxtı Elşad və arvadı da həmin evdə yaşamış, Arzu həmin evi almaq istədiklərini bildirmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə Günel evi X8 50.000 manata satmış, həmin məbləğin 30.000 manatını lombarda ödəyərək Elşadın lombarda olan borcu bağlanmış, alqı-satqı zamanı 3.000 manat notarius, makler və digər xərclərə çıxmışdır. Qalan 17.000 manatı isə Elşadın yuxarıda göstərilən ünvandakı mənzilində ona verməyi təklif etmişdir. Elşad əvvəl həmin məbləği götürməkdən imtina edərək evi ipotekaya qoyaraq geri almaq istədiyini bildirmiş, belə olduqda Günel onunla razılaşmış və Bakı şəhər 14 saylı notariat kontoruna gedib orada Arzu Əlixanova ilə arasında olan alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2023-cü il tarixdə müqavilə tərtib edilmişdir. Bundan sonra Elşada evini ipotekaya qoymasını bildirmiş və hər dəfə ipoteka məsələsi ilə onunla danışıb müştəri axtarmağa başlamışdır. Elvin adlı şəxsin vasitəsilə Şahid3 adlı hərbi qulluqçu tapılmış, evi onun adına Bank Avrasiya ASC-nin Buta filialında ipotekaya qoyaraq, evin satış qiymətini 70.000 manat rəsmiləşdirərək bankdan 45.000 manat ipoteka krediti götürəcəklərini razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Səbail rayonu ərazisində yerləşən Bank Avrasiya ASC-nin Buta filialına gedilmiş, o, banka girməmiş, Günel və hərbiçi Nicat banka girmiş və bankda ipoteka krediti hazırlanmışdır. Bundan sonra həmin məbləğdən 45.000 manat pulu Günel lombarda ödəməsi üçün götürmüş, qalan 25.000 manat pul isə Geneldə qalmışdır. Bundan sonra birlikdə Elmlər Akademiyası ərazisində yerləşən kafeyə gəlmiş, orada Elvin, Elşad və Ziya adlı şəxslərlə birlikdə görüşmüş, kafedə olarkən Elvinə makler kimi pul ödənilmiş, Elvin də həmin puldan ona 500 manat zəhmət haqqı vermişdir. Qalan pul Elşada ödənilmiş, bundan sonra Günellə Elşadın arasında 15.000 manat borc qaldığı üçün Elşadın anası ilə Günel arasında borc müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Əlibaba oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 2 il olar ki, tanımış, belə ki, taksi sürücüsü olduğu üçün müştəri kimi sonuncunu tanımışdır. Həmçinin Şahid1 da təxminən 3 il olar ki, faizə pul verən şəxs kimi tanımış, belə ki, ilk dəfə o, Güneldən dostu ilə bərabər faizə pul götürmüş və həmin vaxtdan da onunla münasibəti yaranmışdır. O, Elşadla birlikdə taksidə hərəkətdə olarkən telefonda faizə pul verilməsi ilə bağlı danışığı olduğu üçün Elşad ona bu işlə bağlı ona köməklik edilməsi üçün müraciət etmiş və ona köməklik etməyi xahiş etmişdir. O da sonuncunun xahişini nəzərə alıb, öz növbəsimndə Günelə bu barədə bildirmiş, sonuncu bu işdə köməklik edəcəyini bildirdiyi üçün Elşadla görüşmüşlər. Sonuncular notariusa getdikləri ərəfədə o da orada olmuş, bildiyinə görə Elşad özünə məxsus fərdi evi Günelin adına notarial qaydada keçirib girov qoymalı və Günel də lombarddan 30.000 manat pulu çıxarmalı olmuşdur. Təxminən 2022-ci ilin iyun ayında notariusun qarşısında görüşmüş, Elşad evini Günelə girov qoyduqdan sonra lombarddan götürdüyü 30.000 manatdan 5000 manat şapka kimi götürülmüş, qalan puldan əvvəlcə 20.000 manat pul Elşada verilmiş, qalıq qalmış 5000 manat pul isə bir neçə gündən sonra Elşada ödənilmişdir. Elşadın fərdi evi notarial qaydada Günelin adına keçirilib girov qoyulduğu gün notarial kontorun qarşısında Günel tərəfindən ona 200 dollar zəhmət haqqı kimi ödənilmiş, bundan sonra baş verən proseslərdən xəbəri yoxdur və sonrakı proseslərdə o, iştirak etməmişdir. Göstərmişdir ki, Güneli faizə pul verən şəxs kimi tanıdığı üçün müştəri düşdükdə onunla əlaqə yaradır və Günel də ona zəhmət haqqı verir. Elşadın xahişi ilə onu Günellə görüşdürüb faizə pul verilməsi prosesində də Günel tərəfindən ona 200 dollar zəhmət haqqı verilmiş, onun başqa heç bir marağı olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsi Elşadın yanında görüb tanımış, onunla heç bir münasibəti olmamış, sonuncunun bildirməsinə görə ayaqqabı sexi açığ istesalı ilə məşğul olmalı olmuşlar. Günel Elşada qalıq qalmış 5000 manat pulu ödəməli olmuş, buna görə də ona zəng vurub kart hesabına həmin pulu, yəni faizlə götürülmüş pulun bir aylıq ödənişi 1500 manat pulu çıxıb, qalan 3500 manat pulu göndərmiş və o da pulu kart hesabından çıxarıb Elşada vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Masay qızı ifadəsində göstərmişdir ki, təxminən 26 il olar ki, lombard fəaliyyəti ilə məşğul olur. Əvvəllər fəaliyyət göstərdiyi lombard Nəsimi rayonu ərazisində yerləşmiş və ofisi orada olmuş, lakin son üç il olar ki, Abşeron rayonu, Xırdalan şəhərinə ofisini köçürmüş və «At heykəli» deyilən ərazidə yerləşən ofisdə fəaliyyət göstərir. Təxminən 10 ildən artıqdır ki, Şahid2 və Şahid1 tanıyır. İlkin müqavilə bağlanan vaxta qədər Güneli tanısa da, onunla sıx münasibəti olmamışdır. Əvvəllər Günel dəfələrlə onun işlədiyi lombarda gəlib onunla iş birliyi yaratmaq istəmiş, lakin fiziki şəxs kimi onunla müqavilə bağlamadığı üçün sonuncunu iş fəaliyyətinə dəvət etməmişdir. 04 iyul 2024cü il tarixdə Günel onun işlədiyi lombarda gələrək bildirmişdir ki, pulu vardır və həmin pulu lombard vasitəsi ilə vermək istəyir və vergidən yayınmamaq üçün işini lombardla görmək istəyini bildirmişdir. Söhbət əsnasında bildirmişdir ki, evini lombard vasitəsi ilə dövr etdirmək istəyir. Sonuncuya əmək müqaviləsi bağlamasını təklif etmiş və onun təklifi ilə razı olduqdan onunla iş birliyi yaratmışdır. Həmin vaxtı Günel özünün gətirdiyi 30.000 manat qarşılığında özü ilə gətirdiyi bir nəfər əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 lombard vasitəsi ilə pul vermək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə 30.000 manat pul qarşılığında Zərərçəkmiş şəxs1 adına girov bileti yazmış, həmin girova əsasən 1500 manat aylıq ödəniş olunmalı idi. Həmin pulun qarşılığında lombarda 0,5 faizi gəlir kimi ödənilməli və əlavə dövlətə vergi də ödənilməli olmuşdur. Bu minvalla bir neçə ay vergiyə pul ödənildiyini bilmiş, sonradan ikinci dəfə Günel yenidən 56.000 manat pul qarşılığında Zərərçəkmiş şəxs1 adına girov bileti yazmağı bildirmişdir. Artıq onu əmək fəaliyyətinə cəlb etdiyi üçün xx.xx.2024-cü il tarixdə yenidən 56.000 manat qarşılığında girov bileti yazmış və həmin pulun qarşılığında aylıq 2800 manat pul ödənilməli olmiş, bu minvalla da bir neçə ay vergiyə pul ödənildiyini bilmişdir. Göstərmişdir ki, Zərərçəkmiş şəxs1 girov bileti yazmazdan əvvəl Şahid1 onun mənizilini girov əsasında rəsmiləşdirdiyini bildirmiş və Zərərçəkmiş şəxs1 pulun verilməsini lombard vasitəsi ilə həyata keçirmək istədiyini demiş, sonuncunu əmək fəaliyyətinə cəlb etdiyi üçün özünün götürdüyü girov əsasında pulun verilməsini girov bileti əsasında həyata keçirmiş, bu minvalla Elşad Alahverdiyin adına iki dəfə girov bileti yazılıb və hər iki bilet əsasında vergilər ödənilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkənlərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi iş materialları ilə təkzib olunur, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzası 01 il islah işləri 20% cəzası ilə əvəz edilib, CM-nin 69.4-cü maddəsi ilə qəti olaraq 11 ay 18 gün isleh işləri cəzası saxlanmışdır.Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «AMNİSTİYA» Qərarının 2.8-ci bəndinə əsasən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən, qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,18 may 2024-cü il tarixdə saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzasında 02 gün tutma ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən axtarış elan edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-ə təhvil verilmişdir.Odur ki, məhkəmə hesab edir ki, onun cəzaçəkmə müddətinin əvvəli tutulduğu 29 avqust 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 oğlunun iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulan 12 000 manat məbləğində və mənəvi zərərə görə 10 000 manat və dövlət rüsumuna görə 227 manat məbləğində pulun tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsini müdafiə edib təmin edilməsini, Təqsirləndirilən şəxs isə iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, zərərçəkənin 12 000 manat pulu əvəzinə ona 13100 manat qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdırıb müəyyən etmişdir ki Təqsirləndirilən şəxs zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 dələduzluq niyyəti ilə 12 000 manat pulu alıb öz şəxsi məqsədləri üçün istifadə etməsi iş materialları ilə tam sübutdur. Həmin pul məbləgindən zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 izahatına görə Xəyalın ondan aldığı 3400 manatdan 2600 manatı qaytarmasını etiraf etməsi təsdiq olunur.Qaldı ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əvəzindən hər ay 1500 manat 05 ay olmaqla cəmi 7500 manat Günelə faiz ödəməsinə,həmin faiz borclarının ödəməsi məsələsi aydınlaşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işin 3 ay sonra başlayacağını yəni, işğaldan azad edilmiş torpaqlarda DTX-nın rayon şöbələrinin tikintilərinin başladığını, buna görə də pul vəsaitlərinin həmin tikintilərə yönləndirildiyini bildirmiş və quracaqları işin biraz gecikəcəyini bildirdiyi üçün Zərərçəkmiş şəxs1 faizə götürdüyü 30 000 manat pulun Şahid1 aylııq 1.500 manat olmaqla, ümumilikdə 7.500 manat pulu özü könüllü olaraq ödəmiş, həmin ödənişin Elşaddan alınan 12 000 manatın hesabından silinməli olması barədə tərəflər arasında hər hansı anlaşma olmamışdır.Bu hal Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs1 ilə “iş birliyi” qurmaları adı ilə özünün riski kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs1 daha əlavə olaraq hissə-hissə pulu qaytarması isə özünün izahatından başqa hər hansı sübutla təsdiq olunmur.Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan tələbinə dair hissədə qismən təmin edilməli Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə maddi ziyana görə 9400 manat məbləğində pul tutulmalıdır. İddianın mənəvi zərər hissəsində məhkəmə maddi ziyanın mövcudluğu halında mənəvi zərərin mövcudluğunun istisna olunmadığı qənaətinə gəlir. Dir ki, məhkəmə mənəvi zərəri ağlabatan məbləğdə 2000 manat məbləğində qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə mənəvi zərərə görə 2000 manat məbləğində, iddianın təmin edilmiş hissəsinə müvafiq 100manat dövlət rüsumuna görə pul da tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04(dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu 29 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İddia ərizəsi qismən təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkən-mülki Zərərçəkmiş şəxs1 xeyrinə maddi ziyana görə 9400 manat,mənəvi zərərə görə 2000 manat və dövlət rüsumuna görə 100 manat olmaqla, 11.500(on bir min beş yüz)manat məbləğində pul tutulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru X7, Zərərçəkən-mülki iddiaçı Аллащвердийев Елшад Щцсейн оьлу və onun nümayəndəsi –vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu gün müddət ona təyin edilmiş 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İddia

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar