Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-254/2022 22.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şossesi A/Yat-1 ev 8, mənzil 1- də qeydiyyatda olan və yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən «885 AUTO» adlı avtomobil ehtiyyat hissələrinin satışı mağazasının qarşısında sərnişin olduğu Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi Reno-Megan markalı ** DP *** qeydiyyat nişanlı avtomobilin salonunun qabaq oturacağının üzərində saxladığı beş manat dəyərində pul kisəsini içərisində olan, milli manat məzənnəsi ilə 1360 manat təşkil edən 800 ABŞ dolları və 56 manat pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1421 (bir min dörd yüz iyirmi bir) manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri 20 yanvar deyilən ərazidən çıxıb Biləcəri qəsəbəsi ərazisinə düşmüş, dörd yol deyilən ərazi ilə Xırdalan istiqamətə gedən vaxtı hava yağışlı olmuş, həmin vaxtı Reno-Megan markalı ** DP *** qeydiyyat nişanlı taksi avtomobilinə əl işarəsi etmiş, həmin sürücü avtomobilini saxlamış, o, sürücüdən üzərində pul olmadığını deyib onu Abşeron rayon Xırdalan dairəsi yol ayrıcına kimi gətirmiş, həmin sürücü buna etiraz etməmiş,o, avtomobilin qabaq oturacağında oturmuş, avtomobilə oturanda oturacağın üstündə pul kisəsi olduğunu görmüş və pul kisəsinin üstündə oturmuşdur. Sürücü Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev küçəsində yerləşən yan-yana olan «Mars» marketi ilə «885 Auto» avtomobillərin ehtiyyat hissələrinin satışı mağazasının qarşısına avitomobili saxlamış,o da avtomobildən düşərkən həmin pul kisəni götürüb cibinə qoymuşdur. Oradan xeyli uzaqlaşan vaxtı pul kisəsinin içərisinə baxanda 800 (səkkiz yüz) ABŞ dolları və 56 manat pul olduğunu görmüş, o, 800 ABŞ dolları və 56 manat pulu götürüb cibinə qoymuş, içərisi boş qalan həmin pul kisəsini isə yolun kənarına atmışdır. Bundan sonra 800 ABŞ dolları Bakı şəhəri ərazsində yanacaq doldurma məntəqələrinin birində xırdalamış və öz ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra Abşeron polis əməkdaşları ona yaxınlaşaraq ondan 17.01.2022-ci il tarixdə Abşeron rayonu ərazsində Reno-Megan markalı ** DP *** qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü sonradan adını bildiyi Zərərçəkmiş şəxs pul kisəsini oğulamağı ilə bağlı sorğü edilmiş, o səmimi olaraq oğurluq hadisəsini etiraf etmişdir və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam olaraq ödəmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət törətdiyini nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o idarə etdiyi RENO-MEGAN markalı ** DF *** qeydiyyat nişanlı avtomobil ÜBER şirkətinə məxsusdur və gündəlik ödənişlə taksi fəaliyyəti ilə məşğul olur. 17 yanvar 2022-ci il tarixdə saat 05:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən evindən çıxıb dörd yol deyilən ərazi ilə Xırdalan istiqamətə gedən vaxtı hava yağışlı olmuş həmin vaxtı yolun kənarında cavan bir oğlan əl işarəsi ilə onu saxlatmış, onu Abşeron rayonu Xırdalana gedən yol ayrıcına kimi aparmağı lakin pulu olmadığını bildirmiş, o, da bir insan kimi havanın yağışlı olduğunu görüb etiraz etməmişdir. Lakin həmin şəxs sərnişin avtomobilə minməmişdən əvvəl o, özünə məxsus içərsində 800 (səkkiz yüz) ABŞ dolları və 56 manat pul vəsaiti olmuş, pul kisəsini oturacağa qoymuşdur. Həmin sərnişini Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev küçəsində yerləşən yan-yana olan «Mars» marketi ilə «885 Auto» avtomobillərin ehtiyyat hissələrinin satışı mağazasının qarşısında yol ayrıcında saxlamış sərnişini yəni sonradan adını Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs İdarə etdiyi avtomobili Xırdalan şəhəri istiqamətə idarə edərək «LKOİL» yanacaq doldurma məntəqəsinə keçib avtomaşına benzin doldurmaq üçün pul kisəsini qoyduğu yerdən götürmək istədikdə, pul kisəsinin yerində olmadığını görmüşdür Pul kisəsinin avtomobilində sərnişin olan Təqsirləndirilən şəxs tərfındən oğurlandığını zənn etmşdir. Onun pul kisəsinin içərisində 800 (səkkiz yuz) ABŞ dolları və 56 manat pul olmuşdur. Əlavə etmişdir ki, oğurluq nəticəsində Təqsirləndirilən şəxs oğu tərəfindən ona 800 ABŞ dolları və 56 manat pul yəni ümumilikdə 1,421 (bir min dörd yüz iyirmi bir) manat ziyan tam olaraq ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələri, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.02.2022-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinin alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəllənin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinin alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-254/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-254/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver