Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-254/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Abşeron rayonu Pirəkəşkül qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəl məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan aldığı borcla əlaqədar 70000,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödənilməsinə dair Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-102/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati qaydada cərimə, habelə həmin məhkəmənin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-91/2023 i nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-ci il tarixədək 60200,00 manat məbləğində pulun tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, birldikdə bir binada böyümüşlər, münasibəti normal və etibarlı olmuşdur. O, əslən Zəngilan rayonundandır, Tünzalə isə əslən Laçın rayonundandır. Məcburi köçkün kimi bir binada qonşuluqda yaşayırlar. Tünzalə və anası faiz ilə müxtəlif şəxslərə pul vermək ilə məşğul olmuşlar. Mərhum anası 2012-ci ildə öz qardaşının müalicəsi üçün onlardan dəfələrlə pul almış və qaytarmış, lakin anasının aldığı borc böyümüşdür. 2018-2019-cu illərdə özü Zərərçəkmiş şəxs hissə-hissə 6500,00 manat məbləğində borc almışdır. Lakin sonradan borclar böyüdükcə Zərərçəkmiş şəxs və ailəsi onun ailəsinə qarşı təyziq etməyə başlamış, konfliktlər olmuş, nəticədə o, Zərərçəkmiş şəxs hesabı ilə razılaşaraq 70000,00 manat borcun olmasına dair sonuncuya qəbz vermişdir. O, həmin ərəfədə Gəncə şəhərində dəri sexində işləmiş və işləri pis olmamışdır. Oranın sahibi əslən uyğur milliyətindən olan Çin Respublikası vətəndaşı idi, sonra işləri getmədi, həmin adam Çinə qaytmış, sex isə bağlanmışdır. O, heç vaxt Zərərçəkmiş şəxs 70000,00 manat məbləğində pul almamış və yalnız ondan hissə-hissə 6500,00 manat pul almışdır. Bundan əlavə mərhum anası Zərərçəkmiş şəxs hər ay 15 faiz ödəmək şərtilə 28000,00 manat pul almış, həmçinin özü də aldığı pul həmin faiz ilə olmuşdur, yəni cəmi Tünzalədən 34500,00 manat məbləğində faiz ilə pul alımışlar. Lakin sonradan T.Rüstmova ondan polisə şikayət vermiş və polisdə də Tünzalə ondan və ailəsindən əl çəksin deyə məcburiyyət qarşısında yazmışdır ki, sonuncuya bu məbləqdə borcu vardır. Bundan sonra Tünzalə ilə razılaşmışdır ki, sonuncuya borcu hissə-hissə ödəyəcəkdir. Lakin Zərərçəkmiş şəxs həmin verdiyi borcun etirafı haqqında öz əli ilə yazdığı kağızdan istifadə edərək məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(034)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabheh kimi ondan 70000,00 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, bu qətnaməni ədalətsiz hesab etdiyi üçün apellyasiya şikayəti vermiş və orada da alınmış pulun faiz ilə aldığını bildirmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra o, kassasiya şikayətini vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Onun barəsində Abşeron rayon icra və probasiya şöbəsində icra işi aparılmış, borcu ödəyə bilmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. Bundan əlavə, o, yenə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə edilmiş, lakin Zərərçəkmiş şəxs şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin qeyd edilən qərarı ləğv edilərək inzibati qaydada 15 gün müddətinə həbs edilmişdir. Hazıradək Zərərçəkmiş şəxs hissə-hissə 9800,00 manat məbləğində ödənişləri Abşeron rayon icra və probasiya şöbəsinə etmiş, çünki Tünzalə bu pulu özü götürmək istəməmişdir. O, hazırda fərdi əməklə, yəni sürücü kimi yük maşınını idarə edir, aylıq qazancı 700 manata kimi olur. Barəsində məhkəmədə inzibati işə baxılarkən bildirmişdir ki, başqa şəxslərə borcu olmuş və bu borcları ödəmişdir. O, 2019-cü ilin fevral ayınadək 2 nəfər şəxsdən təxminən 10000,00 manatdan yuxarı pul Tünzaləyə ödəmək üçün almış və sonra həmin borcları qaytarmışdır. Belə ki, bu pul Tünzalə və ailəsindən əvvəl götürülmüş borc idi. O, ancaq hissə-hissə bu borcu ödəyə bilər. Barəsində olan qətnaməni yenə də ədalətsiz hesab edir, Tünzalə həmin pulu haqq etmədiyi üçün ona ödəniş etmək istəməmişdir, lakin sonradan icra zamanı barəsində inzibati xəta protokolları yazılıb məhkəməyə veriləndə müəyyən ödənişlər etmişdir ki, tutulmasın, çünki onun azyaşlı uşağı vardır. Lakin buna baxmayaraq Tünzalənin təkidi ilə Sumqayıt Apellyasiya Məhkəməsi onu 15 gün müddətinə həbs etmişdir. O, hesab edir ki, hətta Zərərçəkmiş şəxs ödəmək üçün Abşeron rayon icra və probasiya şöbəsinə ödədiyi pul çoxdur, bu pulu ödəmək istəmir, çünki onun faktiki olaraq Zərərçəkmiş şəxs 70000,00 manat borcu yoxdur, belə qəbz yazmaqda aldanmışdır. Gəncədə dəri sexində işləmiş, lakin oranın sahibi olmamışdır. O, bu vaxt Tunzaləyə qəbz vermişdir ki, sonuncuya əvvəl 25000,00 və ya 30000,00 manat ödəyəcək, çünki həmin sexin müdiri ona bu barədə köməklik etməyi söz vermiş, lakin pandemiya ilə əlaqədar sex bağlanmış və fəaliyyət göstərməmişdir. Məhkəməyə qədər 9800 manat, məhkəmə araşdırması zamanı 1.800 manat məbləğində pul icra qurumunun depazitinə ödəmişdir. Lakin Zərərçəkmiş şəxshəmin pulları götürməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Vtdadi qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, birldikdə böyümüşlər, münasibətləri normal və etibarlı olmuşdur. 2019-cu ildə Təqsirləndirilən şəxs ondan iş görmək üçün pul istəmiş, bildirmişdir ki, Gəncə şəhərində dəri sexi açır. Təqsirləndirilən şəxs məlum idi ki, o, əridən boşandıqdan sonra cehizini və qızıl-zinət əşyalarını satmış və ayrı yaşamaq üçün ev almaq niyyətində olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, sonuncuya pul verə bilər, lakin bu pul onun ev almaq məqsəlilə saxladığı puldur. Beləliklə, o Təqsirləndirilən şəxs ilkin olaraq 20000,00 manat pul vermiş, bundan sonra təxminən 1 ay keçəndən sonra Təqsirləndirilən şəxs yenə də yanına gəlmiş və həmin dəri sexində təmir işlərin aparıldığını bildirmiş və o, sonuncuya yenə də 20000,00 manat pul vermişdir. Təxminən 2 aydan sonra o, Təqsirləndirilən şəxs, işin nə yerdə olduğu ilə maraqlanmış və Təqsirləndirilən şəxs ona bildirmişdir ki, işləri baş tutmayıb, bununla bağlı işləri polisdə olduğunu və yenə də ondan pul istəmişdir. O, yenə də Təqsirləndirilən şəxs 10000,00 manat pul vermişdir. Təqsirləndirilən şəxs borcu qaytaracağına söz vermiş, dəri sexini əsasən əmisi tərəfindən tikildiyini və sonuncunun çox imkanlı adam olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenə də yanına gələrək problemləri olduğunu bildirmiş və ondan yenə də ona köməklik etməsini xahiş etmiş və o, Təqsirləndirilən şəxs inanaraq yenə də 20000,00 manat məbləğində pulu sonuncuya vermişdir. Təxminən 3 ay keçəndən sonra Təqsirləndirilən şəxs pulunu tələb etmiş, ev almaq fikrində olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən yayınmışdır. O, Həsənin valideyinlərinə bu barədə bildirdikdə onlar borcu ödəməyə söz vermişlər. Sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs bir neçə nəfər adama çoxlu borcları var və bununla əlaqədar borcu qaytarılmadığı üçün əvvəl 102 xidmətinə zəng edərək şikayət etmiş, polis bununla bağlı müəyyən araşdırma aparmış və Təqsirləndirilən şəxs izahatı alınmışdır. Orada Təqsirləndirilən şəxs izahatında borcu olduğunu etiraf etmiş və sonra ona bu barədə qəbz yazmışdır. Lakin polisdə ona bildirilmişdir ki, onların mübahisəsi mülki xarakter daşıyır və bununla əlaqədar məhkəməyə müraciət etməlidir. O, Təqsirləndirilən şəxs ona olan borcu qaytaracağını gözləmiş, lakin bu baş verməmiş və bununla əlaqədar məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu ərəfədə ona məlum olmuşdur ki, digər borc vermiş şəxslər Təqsirləndirilən şəxs evinə gəlməyə başlamış, pullarını tələb etməyə başlamış və Həsənin anası borc verənləri qorxutmaq məqsədilə sirkə turşusu içmiş və bu səbədən vəfat etmişdir. Bundan sonra H. Hüseynov və atası borclarını qaytarmağa başlamış, onun pulunu isə qərəzli olaraq ödəməmişlər. Bir müddətdən sonra eşitmişdir ki, həmin adamlar pullarını almış və hətta banklara olan borcları da ödəmişlər. Onun iddiası əsasında Zəngilan Rayon Məhkəməsinin 2(034)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabheh Təqsirləndirilən şəxs 70000,00 manat məbləğində pul alınaraq ona ödənilməsi qət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bu qətnamə üzrə apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınqın xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs kassasiya şikayətini vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon icra və probasiya şöbəsində icra işi aparılmış, sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yenə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Lakin onun şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin qeyd edilən qərarı ləğv edilərək Təqsirləndirilən şəxs inzibati qaydada 15 gün müddətinə həbs edilmişdir. Təqsirləndirilən şəxs bu pulu ödəməyə maddi imkanı vardır. Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq məqsədilə hissə-hissə 9800,00 manat məbləğində ödənişləri Abşeron rayon icra və probasiya şöbəsinə etmişdir. Təqsirləndirilən şəxs yenə də fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs barəsində məhkəmədə inzibati işə baxılarkən bildirmişdir ki, başqa şəxslərə borcu olmuş və bu borcları ödəmişdir. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona olan borcu tam şəkildə ödəsin, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş ciddi cəza tədbirləri görülsün. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-102/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 70000 (yetmiş min) manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcun könüllü olaraq ödənilməsi üçün Təqsirləndirilən şəxs 10 (on) gün müddətində vaxt verilmişdir. Lakin, həmin müddətdə tələbin icrası təmin edilməmişdir. Borclunun "xxxx" MMC-də işləməsi barədə məlumat olduğundan xx.xx.2022-ci il tarixli məktubla borclunun əmək haqqından tutulma aparılması üçün iş yerinə müraciət edilmiş, lakin daha sonra məlum olmuşdur ki, "xxxx" MMC ilə onun arasında əmək müqaviləsi mövcud olsa da, müqavilə xx.xx.2022-ci ildə bağlanmış, müddəti xx.xx.2022-ci il tarixində qurtarmışdır. Borclu H.Hüseyov icra sənədinin icrası ilə bağlı dəfələrlə ona edilmiş xəbərdarlıqlara məhəl qoymamış və nəticədə icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə xx.xx.2022-ci il tarixində İXM-nin 528.1-ci maddəsi əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(075)-1229/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə həmin maddədə göstərilən əməli törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra borcluya məhkəmə qərarını qərəzli olaraq icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Daha sonra icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə xx.xx.2023-cü il tarixində borclu barəsində bir daha İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə verilmiş və məhkəmənin həmin tarixli qərarı ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Tələbkar həmin qərardan apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-91/2023 nörməli, xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində 15 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Həbs müddəti bitdikdən sonra borcluya icra sənədini qərəzli olaraq icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, həmin xəbərdarlıqdan sonra borclu tərəfindən icra sənədi üzrə borc məbləği tam olaraq ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində bu vaxta qədər borcluya 9800 manat (doqquz min səkkiz yüz) məbləğində pul ödətdirilmiş, 60200 (altmış min iki yüz) manat borcu qalmışdır. Beləliklə, borclu Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə rəsmi və şifahi qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmiş, icra sənədinin icrası ilə bağlı onunla söhbətlər aparılmış və icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə edilmiş xəbərdarlıqlardan və inzibati tənbehlərdən lazımı nəticə çıxarmamış, heç bir üzrlü səbəb olmadan qərəzli olaraq icra sənədinin icrasını təmin etməmişdir. İzahatlarında borcunu hissə-hissə ödəmək istədiyini bildirmiş, lakin bununla bağlı məhkəməyə ərizə ilə müraciət etməmişdir. İnzibati tənbehlərdən sonra ona icra sənədini icra etməsi üçün yeni müddət təyin edilərək icra sənədini qəzərli olaraq icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə edilmiş xəbərdarlıqlara da məhəl qoymamışdır. İzahatlarında borcu ödəməməsinin səbəbini maddi vəziyyətinin pis olması ilə əlaqələndirmiş, halbuki bir müddət "xxxx" MMC-də işləməklə əmək haqqı aldığı, daha sonra isə faktiki qazancının olması barədə izahat vermişdir. Bütün bunlar borclunun icra sənədini qərəzli olaraq icra etmədiyini müəyyən etməyə əsas verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 və X5 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-102/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 70000,00 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1829/2021 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1920/22 saylı qərarlarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-102/2021 nömrəli, qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanlmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-91/2023 i nömrəli qərarı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs Abşeron rayon icra və probasiya şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, "xxxx" MMC-də satış təmsilçisi işləyir, aylıq qazancı 700- 750 manat təşkil edir. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs tərəfindən cəmi 9800,00 manat məbləbində pul Abşeron rayon icra və probasiya şöbəsinin depozit hesabına ödənilmiş, ödənilməmiş borc 60200,00 maenat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi qəbzdən görünür ki, X1 Tünzalə Vidadi qızından 2019-cu ildə 70000,00 manat pul almış, aralarında olaq razılığa əsasən 2020-ci ilin dekabr ayının sonana qədər ilkin ödəniş olaraq 25000,00 manat və ya 30000,00 manat ödəməklə yerdə qalan məbləği hissə-hissə ödəməyi öhdəsinə götürür. Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-də özünün yazdığı izahatında göstərilmişdir ki, Zərərçəkmiş şəxs ilə olan razılığa əsasən 70000,00 manat pulun 25000,00 və ya 30000,00 manatını iki ay müddətində qaytaracağına, qalan məbləği hissə-hissə ödəyəcəyinə söz verir. Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-102/2021 nömrəli qətnaməsi üzrə X6 tələb üzrə ödənişlər ümün olan depozit hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində cəmi 9800 manat pul ödənişmişdir. Kapital Bank ASC-in xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-102/2021 nömrəli qətnaməsi üzrə X6 tələb üzrə ödənişlər ümün olan depozit hesabına 1.800 manat məbləğində pul ödəmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (hazırkı 528.1) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Məhkəmə, təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni qüvvədə olan məhkəmə aktını icra etməməkdə qərəzinin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə aktının icrası üçün bu və ya digər hərəkətləri etməli olduğu şəxsin qanunla müəyyən edilmiş müddət ərzində həmin hərəkətləri etməməsi başa düşülür. Belə hərəkətsizlik məhkəmə aktı üzrə verilməli əmlakın verilməməsi, ödənilməli pul məbləğinin ödənilməməsi və s. hərəkətsizlikdə ifadə oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır və cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs məhkəmə aktlarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində, məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq və buna görə inzibati məsuliyyətlərə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarlarının icrası üçün hər hansı yetərli tədbirlər görməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılan, icrası məcburi sayılan məhkəmə aktlarını icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Həmçinin cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-102/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcu zərərçəkmiş şəxsə ödəməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-254/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-254/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver