Məhkəmə qərarları › İş №1(012)-255/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-255/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-255/2020 10.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Çingiz oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində əvvəllər onunla qonşuluqda yaşamış tanışı Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev adına istirahət parkında yerləşən “Şərur” adlı çay evində görüşərək söhbət etmiş, söhbət zamanı Zərərçəkmiş şəxs bacısı oğlunun xəstə olmasını bəhanə gətirib bacısına zəng etmək adı ilə aldadaraq etibarından sui istifadə etməklə sonuncuya məxsus 650 (altı yüz əlli) manat dəyərində olan “XİAOMİ Mİ 9T” markalı mobil telefonunu içərisində balansında 1 manat məbləğində kontur olan 3 manat dəyərində ***-***-**-** “Cin” nömrə kartı ilə birlikdə danışmaq adı ilə alıb çay evində səs-küy olduğunu bəhanə edib bayıra çıxıb mobil telefonu geri qaytarmayaraq oradan uzaqlaşmaqla, Zərərçəkmiş şəxs qarşı 654 (altı yüz əlli dörd) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailəsiylə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 2004-cü ildən etibarən tanıyır. Hüseyn onunla qonşuluqda yaşamış, Hüseynlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Hüseynlə görüşüb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında yerləşən “Şərur” adlı kafedə çay içməyə gedib təxminən 20-25 dəqiqə söhbət edərək çay içən zaman o, həmin vaxtı Hüseynə zəng etmək üçün telefonunu istədikdə Hüseyn konturunun olmadığını bildirmiş, az sonra o, kredit götürüb telefonunu danışmaq üçün ona vermiş, o da Hüseyndən telefonunu alıb çölə çıxmış və oradan uzaqlaşmışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu maddi zərəri tam ödəməklə onunla razılıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödədiyinə, zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onunla əvvəllər qonşuluqda yaşadığı üçün onu tanıyır və xeyli vaxtdır Qılmanla əlaqəsi olmamışdır. xx.xx.2019-cu il tarixdə Qılmanla Abşeron rayonu, Xırdalan şəhəri, “Mono” market yaxınlığında təsadüfən rastlaşmış, Qılman ona uyğun vaxtda görüşüb söhbət etməyi təklif etmiş və onun mobil nömrəsini götürmüşdür. xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Qılman istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq onunla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev adına istirahət parkında yerləşən “Şərur” adlı çay evində görüşməyi təklif etmiş, o da Qılmanla razılaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev adına istirahət parkında yerləşən “Şərur” adlı çay evinə getmiş və orada Qılmanla görüşmüş, söhbət əsnasında Qılman bacısının övladının xəstə olduğunu demiş və ondan bacısı ilə əlaqə saxlamaq üçün mobil telefonunu verməyini xahiş etmiş, o, Qılmana istifadəsində olan nömrəsində kontur olmadığını demiş, Qılman isə ona kredit götürməyi təklif etmiş, bundan sonra o, istifadəsində olan özünə məxsus “Xiaomi Mİ 9T” markalı mobil telefonla işlətdiyi ***-***-**-** saylı cin nömrə kartına 1 manatlıq kreditə kontur götürüb mobil telefonu danışmaq üçün Qılmana vermiş, Qılman da çay evinin içərisinin səs-küy olduğunu bildirib danışmaq üçün çölə çıxmış, o, bir qədər Qılmanın geri qayıtmasını gözləsə də, Qılman geri qayıtmamış, çay evindən çölə çıxıb ətrafa baxsa da, Qılmanı tapa bilməmiş, daha sonra yoldan keçən şəxsin mobil telefonu ilə öz nömrəsinə zəng etmiş, lakin telefona zəng çatmamış, bundan sonra Qılmanın onu aldadaraq mobil telefonunu ələ keçirdiyini başa düşüb Qılmandan şikayət etmək qərarına gəlmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev adına istirahət parkında yerləşən “Şərur” adlı çay evinə gəlib çay evinin müdriyyətindən xx.xx.2019-cu il tarixdə saat 20 radələrində həmin “Şərur” adlı çay evində tanışı olan Qılman adlı şəxslə çay içdiyi zaman Qılmanın ona məxsus “Xiaomi Mİ 9T” markalı mobil telefonunu danışmaq adı ilə ondan alıb “Şərur” adlı çay evindən çıxıb getməklə ona qarşı dələduzluq etməsini sübut etmək üçün “Şərur” adlı çay evində quraşdırılmış müşahidə kameralarına baxmağı xahiş etmiş və orada olan kamera görüntülərini əks etdirən monitora baxan zaman tanışı Qılman adlı şəxsin ona məxsus “Xiaomi Mİ 9T” markalı mobil telefonunu alıb “Şərur” adlı çay evindən çıxıb getməklə ona qarşı dələduzluq etməsi anını əks etdirən görüntüləri telefonu vasitəsi ilə monitordan çəkib götürərək diskə köçürmüşdür. Hazırda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs onunla barışdığını, ona vurduğu maddi ziyanı tamamilə qaytardığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdır. Zərərçəkmiş şəxsTəqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəməsinə, onunla barışmağına və ziyan ödənildiyi üçün iş üzrə icraata xitam verilməsinə dair notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, isfahani küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, o, Hüseyni tanımır, Hüseynlə aralarında heçbir düşmənçilik və ədavəti olmamış, Qılman adlı şəxsi üzdən tanıyır, Qılmanla aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2019cu il tarixdə saat 20 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev adına istirahət parkında yerləşən “Şərur” adlı çay evində tək oturub çay işmiş, həmin vaxt Hüseyn Qılman adlı şəxslə “Şərur” adlı çay evinə gələrək başqa bir masada əyləşib bir yerdə çay içmişlər, həmin vaxt o, Hüseynlə bir masada oturan Qılman adlı şəxsin bayıra çıxdığını, bir neçə dəqiqədən sonra Hüseynin də bayıra çıxdığını görmüş, təxminən 5-6 dəqiqədən sonra Hüseyn çay evinə kefsiz halda daxil olmuş, o, Hüseyndən nə baş verdiyini soruşduqda Hüseyn ona onunla çay evində oturub çay içən Qılman adlı şəxsin bacısının oğlunun xəstə olduğunu deyib bacısı ilə əlaqə saxlamaq bəhanəsi ilə telefonu ondan alıb bayıra çıxdığını, bundan sonra Hüseyn Qılman adlı şəxsin onun telefonunu qulağına qoyub danışa-danışa oradan uzaqlaşdığını bildirmişdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 187.1, 187.2, 189.1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs kimi zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, həmçinin hər hansı əsasla cinayət məsuliyyətindən də azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış, xx.xx.2018-ci il tarixində barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş lakin sonradan o, məhkəmədən gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş,o, xx.xx.2020-ci il tarixdə isə o, tutularaq həbsə alınmış və xx.xx.2020-ci il tarixdə onun barəsində məhkəmənin təşəbbüsü ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xitam olunmalı və o, məhkəmə zalından dərhal azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili X1 və məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Çingiz oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xitam olunsun və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili X1 və məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Çingiz oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayətivəprotesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar