Məhkəmə qərarları › İş №1(012)-255/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-255/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-255/2021 26.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1995-ci ildə Qazax şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, Qazax şəhəri, Ə.Şıxlinski küçəsi ev 4 mənzil 25-də qeydiyyatda olan, faktiki Bakı şəhəri, Zabrat qəsəbəsində kirayə yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirmək üçün tanışlan X13 və X14 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında öz aralarında əvvəlcədən razılığa gələrək 2020-ci ilin aprel ayının ortalarında saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin daş hasarının üstündən keçərək birlikdə qanunsuz olaraq evin zirzəmisinə və daha sonra yaşayış sahəsinə daxil olub, birinci mərtəbədə sol tərəfdəki otaqdan 550 manat dəyərində 1 ədəd işıq verən aparat “Generator”, 400 manat dəyərində 1 ədəd elektriklə işləyən rəndə, birinin qiyməti 250 manat olan 500 manat dəyərində 2 ədəd alüminium materialdan hazırlanmış qazanlar, 150 manat dəyərində 1 ədəd mikrodalğalı soba, 100 manat dəyərində 1 ədəd idman üçün trenajor qurğusu, 150 manat dəyərində bir ədəd paslanmayan materialdan olan samovar, 350 manat dəyərində 1 dəst paslanmayan materialdan olan qazan dəsti, 250 manat dəyərində 1 dəst şirələnmiş üzərində “Tovuz quşu” şəkli olan göy rəngli qazan dəsti, 200 manat dəyərində 1 ədəd qədimi xəncər, 30 manat dəyərində 1 ədəd 10 litrlik alüminium biton, 50 manat dəyərində 1 ədəd 20 litrlik biton, 250 manat dəyərində 1 ədəd mis materialdan olan ləyən, 350 manat dəyərində 1 ədəd Almaniya Federativ Respublikası istehsallı velosiped, 550 manat dəyərində 1 ədəd Almaniya Federativ Respublikası istehsallı velosiped, ikinci mərtəbədəki qonaq otağında olan pianinonun üstündən 180 manat dəyərində 1 ədəd fil formalı suvenir, 200 manat dəyərində 1 ədəd qartal formalı suvenir, 170 manat dəyərində 1 ədəd delfin formalı suvenir, 50 manat dəyərində 1 ədəd tapança formalı alışqan, 80 manat dəyərində 1 ədəd dəvə formalı suvenir, qab-qacaq dolabının üstündən 35 manat dəyərində 1 ədəd buynuz formalı suvenir, 50 manat dəyərində 1 ədəd gəmi formalı suvenir, həmin otağın baş tərəfində yerləşən otaqdan və digər iki otaqdan birinin qiyməti 700 manat olan 1400 manat dəyərində 4x6 metr ölçüdə 2 ədəd “İmperator” xalçaları, birinin qiyməti 350 manat olan 700 manat dəyərində 3x6 metr ölçüdə xalçalar, birinin qiyməti 350 manat olan 2800 manat dəyərində 8 ədəd 3x4 metr ölçüdə xalçalar, birinin qiyməti 200 manat olan 1600 manat dəyərində 8 ədəd (bir yerlik) odeyal, birinin qiyməti 350 manat olan 700 manat dəyərində 2 ədəd (iki yerlik) odeyal, 350 manat dəyərində 1 ədəd (ikiyerlik) örtük, birinin qiyməti 80 manat olan 640 manat dəyərində 8 ədəd yataq dəsti, birinin qiyməti 30 manat olan 360 manat dəyərində 12 ədəd hamam dəsmalı, birinin qiyməti 15 manat olan 180 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, birinin qiyməti 5 manat olan 120 manat dəyərində 24 ədəd çay dəsmalı, birinin qiyməti 5 manat olan 120 manat dəyərində 24 ədəd yastıq üzü örtük, 300 manat dəyərində 1 dəst yataq dəsti, birinin qiyməti 50 manat olan 100 manat dəyərində 2 ədəd yorğan, 150 manat dəyərində 1 ədəd yun döşək, ümumilikdə 14.165 manat məbləğində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Qazax rayon məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ilə keçirimiş əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirmək üçün tanışlan X13 və X14 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında öz aralarında əvvəlcədən razılığa gələrək 2020-ci ilin aprel ayının ortalarında saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin daş hasarının üstündən keçərək birlikdə qanunsuz olaraq evin zirzəmisinə və daha sonra yaşayış sahəsinə daxil olub, birinci mərtəbədə sol tərəfdəki otaqdan 400 manat dəyərində 1 ədəd işıq verən aparat “Generator”, 250 manat dəyərində 1 ədəd elektriklə işləyən rəndə, birinin qiyməti 80 manat olan 160 manat dəyərində 2 ədəd alüminium materialdan hazırlanmış qazanlar, 110 manat dəyərində 1 ədəd mikrodalğalı soba, 80 manat dəyərində 1 ədəd idman üçün trenajor qurğusu, 130 manat dəyərində bir ədəd paslanmayan materialdan olan samovar, 180 manat dəyərində 1 dəst paslanmayan materialdan olan qazan dəsti, 120 manat dəyərində 1 dəst şirələnmiş üzərində “Tovuz quşu” şəkli olan göy rəngli qazan dəsti, 150 manat dəyərində 1 ədəd qədimi xəncər, 25 manat dəyərində 1 ədəd 10 litrlik alüminium biton, 40 manat dəyərində 1 ədəd 20 litrlik biton, 80 manat dəyərində 1 ədəd mis materialdan olan ləyən, 250 manat dəyərində 1 ədəd Almaniya Federativ Respublikası istehsallı velosiped, 250 manat dəyərində 1 ədəd Almaniya Federativ Respublikası istehsallı velosiped, ikinci mərtəbədəki qonaq otağında olan pianinonun üstündən 50 manat dəyərində 1 ədəd fil formalı suvenir, 50 manat dəyərində 1 ədəd qartal formalı suvenir, 50 manat dəyərində 1 ədəd delfin formalı suvenir, 25 manat dəyərində 1 ədəd tapança formalı alışqan, 50 manat dəyərində 1 ədəd dəvə formalı suvenir, qab-qacaq dolabının üstündən 50 manat dəyərində 1 ədəd buynuz formalı suvenir, 50 manat dəyərində 1 ədəd gəmi formalı suvenir, həmin otağın baş tərəfində yerləşən otaqdan və digər iki otaqdan birinin qiyməti 400 manat olan 800 manat dəyərində 4x6 metr ölçüdə 2 ədəd “İmperator” xalçaları, birinin qiyməti 300 manat olan 600 manat dəyərində 3x6 metr ölçüdə xalçalar, birinin qiyməti 250 manat olan 2000 manat dəyərində 8 ədəd 3x4 metr ölçüdə xalçalar, birinin qiyməti 40 manat olan 320 manat dəyərində 8 ədəd (bir yerlik) odeyal, birinin qiyməti 80 manat olan 160 manat dəyərində 2 ədəd (iki yerlik) odeyal, 60 manat dəyərində 1 ədəd (ikiyerlik) örtük, birinin qiyməti 70 manat olan 560 manat dəyərində 8 ədəd yataq dəsti, birinin qiyməti 20 manat olan 240 manat dəyərində 12 ədəd hamam dəsmalı, birinin qiyməti 10 manat olan 120 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, birinin qiyməti 3 manat olan 72 manat dəyərində 24 ədəd çay dəsmalı, birinin qiyməti 3 manat olan 72 manat dəyərində 24 ədəd yastıq üzü örtük, 220 manat dəyərində 1 dəst yataq dəsti, birinin qiyməti 30 manat olan 60 manat dəyərində 2 ədəd yorğan, 80 manat dəyərində 1 ədəd yun döşək, ümumilikdə 7924 manat məbləğində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 2020-ci ilin avqust ayının 25-də saat 6 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 31-də yol kənarında yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Təbiət» adlı mağazanın giriş qapısını özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz mağazaya daxil olaraq mağazada piştaxtanın üzərində hər bir qutunun qiyməti 3 manat 65 qəpik ümumi dəyəri 248 manat 40 qəpik olan 68 ədəd «Sobraniya» markalı, hər bir qutunun qiyməti 3 manat 40 qəpik ümumi dəyəri 197 manat 20 qəpik olan 58 ədəd «Kent» markalı, hər bir qutunun qiyməti 2 manat 30 qəpik ümumi dəyəri 117 manat 30 qəpik olan 51 ədəd «Rotmans» markalı, hər bir qutunun qiyməti 2 manat 30 qəpik ümumi dəyəri 89 manat 80 qəpik olan 39 ədəd «Palmali» markalı, hər bir qutunun qiyməti 2 manat 30 qəpik ümumi dəyəri 92 manat olan 40 ədəd «Vinçestr» markalı, hər bir qutunun qiyməti 3 manat 20 qəpik olan ümumi dəyəri 176 manat olan 55 ədəd olan «Vinston» markalı, hər bir qutunun qiyməti 2 manat 30 qəpik ümumi dəyəri 59 manat 80 qəpik olan 26 ədəd «Vinston» markalı, hər bir qutunun qiyməti 3 manat 40 qəpik ümumi dəyəri 34 manat olan 10 ədəd «Davidov» markalı, hər bir qutunun qiyməti 2 manat 60 qəpik 40 ədəd ümumi dəyəri 104 manat olan «LD» markalı, hər bir qutunun qiyməti 1 manat 80 qəpik 42 ədəd ümumi dəyəri 75 manat 60 qəpik olan «Viceroy» markalı siqaretləri, ümumilikdə 429 ədəd siqaretlər və 12 manat dəyərində 30 ədəd alışqanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1206 (bir min iki yüz altı) manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən oğurluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020ci ilin aprel ayının ortalarında tanışları, Qazax şəhər sakinləri Asif Tağıyev və Tural Əhmədovla görüşmüş, həmin vaxt hər üçünün maddi cəhətdən sıxıntıları olduğundan, onlarla birlikdə oğurluq etmək qərarına gəlmişdir. Bu zaman Asif qonşuları Rövşənin halhazırda ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşadığını və evində olmadığı üçün oradan oğurluq etmələrini onlara demiş. Onlar razılaşdıqdan sonra, səhəri gün gecə saat 01 radələrində o və Tural Asifin yaşadığı evin yaxınlığına getmişlər. Asif evdən çıxdıqdan sonra onlarla birlikdə razılaşdıqları kimi, piyada Rövşən gilin evinə tərəf getmişlər. Rövşən gilin evinin həyət qapısının üstündə işıq yansa da, Asif Turalla ona narahat olmamalarını, hal-hazırda Rövşən gilin evində heç kimin yaşamadığını bildirmişdir. Bundan sonra hər üçü həmin evdən oğurluq etmək məqsədilə həyət qapısının sol tərəfindəki hasarı aşıb həyətə düşmüşlər. İki mərtəbəli olan yaşayış evinin birinci mərtəbəsinə gedib köməkləşərək giriş qapısının sağ tərəfindəki pəncərə şüşəsini silkələyib çıxartmışlar. Daha sonra hər üçü pəncərədən içəriyə daxil olub otaqda olan 2 ədəd böyük həcmli “xeyir-şər” məclislərində istifadə olunan qazanları, 1 ədəd samovarı, 1 ədəd generatoru və karton qutudakı paslanmayan materialdan olan qazan dəstini götürmüşlər. Bundan sonra Asif həmin pəncərədən çıxıb oğurladıqları əşyaları bir-bir Tural və ondan qəbul edib yerə qoymuş, daha sonra Asif və Turalla birlikdə pilləkənlə ikinci mərtəbəyə qalxıb giriş qapısının sağ tərəfindəki plastik materialdan olan pəncərəni Tural əli ilə itələyib açmış və hər üçü oradan içəriyə daxil olmuşlar. Daha sonra otaqlara keçib oradan xalça, örtük, yataq dəstləri, heyvan formalı suvenirlər və digər əşyalar götürüb bir yerə yığmışlar ki, sabah gəlib götürsünlər. Ancaq, həmin əşyalardan yalnız qonaq otağında olan pianonun üstündəki 3 ədəd suveniri götürüb daxil olduğu pəncərədən çıxmışlar. Birinci mərtəbədə qapının yanma qoyduqları əşyaları və ikinci mərtəbədən götürdükləri suvenirləri daxil olduqları hasarın yanma gətirmişlər. Bundan sonra Asif hasarın üstünə çıxıb oradan küçəyə düşmüş və Turalla oğurladıqları əşyaları hissə-hissə götürüb yerə qoymuşlar. Asif əşyaların hamısını götürdükdən sonra, o Turalla həyətdən hasarın üstünə çıxıb küçəyə tullanmış, Tural və Asiflə köməkləşib oğurladıqları əşyaları götürərək sonuncunun yaşadığı evin bağına tərəf aparmışlar. Asif yaşadığı evin bağ sahəsində yerləşən əl damının qapısı kilidli olduğundan gecə vaxtı evdən açarı götürmək istəməmiş, buna görə də, belə bir qərara gəlmişlər ki, oğurladıqları əşyaları həmin bağ sahəsində olan kol-kosun içərisində gizlətsinlər. Razılaşıb həmin əşyaları kol-kosun arasında gizlədib səhəri gün saat 11 radələrində oğurladıqları əşyaları satmaq üçün görüşməyi planlaşdırıb ayrılıb yaşadığı evə getmişlər. Səhəri gün qeyd etdiyi vaxtda Turalla görüşüb onunla birlikdə Asifin yaşadığı evin yaxınlığına getmiş və sonuncuya zəng edib orada olduqlarını bildirmişlər. Bir neçə dəqiqədən sonra Asif evdən çıxıb onların yanına gəlmiş və o, oğurladıqları əşyalar üçün müştəri tapdığını onlara bildirmişdir. Tural Asifdən həmin müştərinin kim olduğunu soruşduqda, sonuncu onun adının Babək olduğunu bildirib, onları orada gözləməyi, bir neçə dəqiqəyə həmin əşyaları Babəkə satıb gələcəyini demişdir. O Turalla razı olub onu gözləmiş, Asif isə Babəklə əlaqə saxlayıb əşyaları gizlətdikləri yerə tərəf getmişdir. Babək həmin vaxt göy rəngli “VAZ 2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Asifin yanma getmişdir. Bir qədər keçdikdən sonra Babək harasa getmiş, Asif isə onların yanma qayıtmış və cəmi 140 manat göstərərək bütün əşyaları, cəmi bu qədər pula satdığını, lakin qazanların üçünün qaldığını bildirmişdir. Bundan sonra onlar birlikdə mağazaya gedib həmin pulun üstündən 3 qutu siqaret alıb və yerdə qalan pulu isə 3 nəfərə bərabər bölmüşlər. Səhv etmirsə, həmin gün günorta radələrində Tural və Asiflə sonuncunun yaşadığı küçənin yaxınlığında olarkən, oğurladıqları qazanları Asifin qonşusu olan qadınlara satmaq barədə fikirləşmişlər. Həmin vaxt, Asifin qonşusu olan orta yaşlı bir qadın küçədən keçərkən təsadüfən onu görüb və qazanları ona satmaq qərarına gəlmişlər. Bu məqsədlə Asif yanlarından ayrılıb həmin qadına yaxınlaşmış və sonuncu ilə söhbət etdikdən sonra yanlarına gəlib bildirmiş ki, həmin qadın qazanları almaq istəmir. Onlar fikirləşdi ki, qazanları Asifin qonşularına satmaq istəsələr də onlar oğurluq etdiklərini bilərlər. Çünki Asifin qonşularının əksəriyyəti onu oğru kimi tanıyır. Buna görə də, qorxub qazanları Asifin qonşularına satmaq fikrindən daşınmışlar və belə bir qərara gəlmişlər ki, həmin qazanları Babəkə satsınlar. Oğurladıqları qazanları da həmin gün Babəkə 20 manat pul qarşılığında satıb, aldıqları pulu öz aralarında bölmüşlər. Daha sonra ifadəsində göstərmişdir ki, həyat yoldaşı yaxın günlərdə doğacağını ona görə də həkimlərə və digər xərcləri ödəmək üçün imkanı olmadığı üçün qərara gəlmiş ki, əvvəllər Xırdalan şəhərində işlədiyi yerin yaxınlığında yolun kənarında «Təbiət» marketdən oğurluq etsin. Arvadını həkimlərə aparmaq üçün bir neçə günlük kirayə götürdüyü «Huandai Elantra» markalı 99 - 981 dövlət qeydiyyat nişanlı avtomobillə 2020- ci ilin avqust ayının 24-dən 25-nə keçən gecə səhər saat 6 radələrində həmin marketin yaxınlığına gəlmiş lakin avtomobili aralıda yəni arxa məhəllədə saxlamış ki, kimsə görməsin. Mağaza tərəfə yaxınlaşıb ətrafda kimsə olmadığını əmin olduqdan sonra marketində dəmir barmaqlaqları həmçinin kamerası olmadığını görmüş, bu məqsədlə mağazanın qapısı plastikdən olduğu üçün özü ilə götürdüyü otvorka ilə qapının arasına salıb itələyərək açmağa nail olmuş və içəri daxil olan kimi tez sağda olan piştaxtanın üstündə düzülmüş xeyli sayda siqaret bloklarını götürmüş və dərhal oradan uzaqlaşmışdır. Siqaretlər maşında qalmış və səhərisi günü yəni 25 avqust 2020-ci il tarixdə oğurladığı siqaretlərin yarısını ucuz qiymətə ümümilikdə 230 manata tanımadığı ayn-ayrı şəxslərə satmışdır. Qalanı isə kirayə sürdüyü maşında çantanın içində qalmışdır. 26 avqust 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən mağazaya girən vaxtı polis əməkdaşları tərəfindən saxlanılmış və Abşeron rayon polis idarəsinə gətirilmişdir. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 10 avqust 2020-ci il tarixdən Abşeron rayonu Xırdalan şəhəri Həsən Əliyev küçəsində yerləşən özünə məxsus “Təbiət” marketini işlədir. Marketdə ərzaq və qeyri ərzaq malların satışı ilə məşğul olur. Hər gün saat 08-dən saat 21-dək işləyir. Mağazada gözətçi və video kamera ilə çəkiliş aparatı yoxdur. Mağaza bir mərtəbədən ibarətdir, mağazanın arxasındakı qapısı xalası oğlu X4 həyətinə açılır. Mağazanın digər giriş qapısı yola tərəf açılır. Mağazanın qarşısında bir pəncərəsi var. Küçəyə açılan qapı plastikdəndir. 24 avqust 2020-ci il tarixdə saat 21 radələrində mağazanın giriş qapısını həmişəki qaydada açarla bağlayıb evə getmiş, səhəri yəni 25 avqust 2020-ci il tarixdə saat 08 radələrində mağazaya işə başlamaq üçün gəlmiş və görmüş ki, küçəyə açılan plastik qapı açıqdır, mağazaya baxdıqda görmüş ki, satışa qoyduğu müxtəlif növ siqaretlər yerində yoxdur. Bilmiş ki, mağazadan oğurluq edilib. İstifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Müəyyən etdi ki, mağazadan hər bir qutunun qiyməti 3 manat 65 qəpik olan ümumi dəyəri 248 manat 40 qəpik olan 68 ədəd Sobraniya markalı, hər bir qutunun qiyməti 3 manat 40 qəpik olan ümumi dəyəri 197 manat 20 qəpik olan 58 ədəd Kent markalı, hər bir qutunun qiyməti 2 manat 30 qəpik olan ümumi dəyəri 117 manat 30 qəpik olan 51 ədəd Rotmans markalı, hər bir qutunun qiyməti 2 manat 30 qəpik olan ümumi dəyəri 89 manat 80 qəpik olan 39 ədəd Palmali markalı, hər bir qutunun qiyməti 2 manat 30 qəpik olan ümumi dəyəri 92 manat olan 40 ədəd Vinçestr markalı, hər bir qutunun qiyməti hər bir qutunun qiyməti 3manat 20 qəpik olan ümumi dəyəri 176 manat olan 55 ədəd olan Vinston markalı, hər bir qutunun qiyməti 2 manat 30 qəpik olan ümumi dəyəri 59 manat 80 qəpik olan 26 ədəd Vinston markalı, hər bir qutunun qiyməti 3 manat 40 qəpik olan ümumi dəyəri 34 manat olan 10 ədəd Davidov markalı, hər bir qutunun qiyməti ümumi dəyəri 2 manat 60 qəpik olan 104 manat olan 40 ədəd LD markalı, hər bir qutunun qiyməti 1 manat 80 qəpik olan ümumi dəyəri 75 manat 60 qəpik olan 42 ədəd Viceroy markalı siqaretləri, ümumilikdə 429 ədəd siqaretlər və 12 manat dəyərində 30 ədəd alışqan oğurlanmışdır. Beləliklə mağazadan ümumilikdə 1206 manat dəyərində əmlakı oğurlanmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən ev onun atası evidir. Valideynləri vəfat etmiş və evin tam mülkiyyətçisi özüdür. Onun ev əşyalarının çox hissəsi həmin evdə olmuş və orada hal hazırda heç kəs yaşamamışdır. Evlərinə ara-sıra baş çəksə də, ancaq hər dəfə Bakı şəhərindən gələ bilməmişdir. Evlərinə baxmağı qonşuları X2 xahiş etmişdir. 22 may 2020-ci il tarixdə Rövşənin arvadı Ramidə xanım onlara zəng edərək məlumat vermişdir ki, onların evinin pəncərəsi açıqdır, Ramidə xanım onların verdiyi açarla evə daxil olmuş və evdən oğurluq olmasını müəyyən etmişdir. Bununla əlaqədar o, 23.05.2020-ci il tarixdə saat 13:16-da DİN-nin 102 xidmətinə məlumat vermiş və evindən əşyalarının oğurlanmasını bildirmişdir. Bundan sonra o, Bakı şəhərində yaşayan qardaşı Arzudan gedib onların evinə baxmasını xahiş etmişdir. Arzu Qazax şəhərinə gəlib onların evindən oğurluq olmasını dəqiqləşdirərək, polisə müraciət etmiş və onun izahatı alınmışdır. Polis şöbəsindən onun gəlişinin vacib olduğunu bildirmişlər. O, işlədiyinə görə hər zaman işdən ayrıla bilmədiyindən vaxt edib Qazax şəhərinə gəlmiş və ev əşyalarının oğurlanmasını dəqiqləşdirmişdir. Evləri 2 mərtəbəlidir, ona məlum olmayan şəxs və ya şəxslər evinin 1-ci mərtəbəsindəki pəncərəsi taxta materialdan olan şüşəni laxladıb şüşəni çıxararaq kənara qoymuş, sonra pəncərəni arxadan açıb evə daxil olmuşdur. İkinci mərtəbəyə evin pilləkənləri ilə qalxıb çöl tərəfdən plastik materialdan olan pəncərənin bir tərəfmə fiziki güc tətbiq edərək ilişkənini sındıraraq həmin pəncərədən evə daxil olmuşlar. Əşyalar da pəncərədən çıxarılıb götürülmüşdür. Belə ki, həm 1-ci, həm də 2-ci mərtəbənin giriş qapıları və digər pəncərələr bağlı olmuşdur. Birinci mərtəbədə 2 otaq və əlavə tikili olmaqla, 1 yaşayış otağı və mətbəx olmuşdur. O, hər bir otağa pəncərədən daxil olunduğunu, qapılar isə bağlı olduğunu qeyd etmişdir. Sol tərəfdəki otaqdan 550 manat dəyərində 1 ədəd işıq verən aparat, 400 manat dəyərində 1 ədəd elektrik rəndəsi, hər birinin qiyməti 250 manat dəyərində 2 ədəd alüminum materialdan olan iri həcmli qazanlar, 150 manat dəyərində «Mikrovalnovka» sobası, 100 manat dəyərində idman qurğusu «trinajor», 150 manat dəyərində 1 ədəd samovar, 350 manat dəyərində 1 dəst paslanmayan materialdan qazan dəsti, 250 manat dəyərinədə 1 dəst göy rənglə şirələnmiş üzərində tovuz quşu şəkili olan qazan dəsti, 200 manat dəyərində 1 ədəd babalarının yadigan olan xəncər, 30 və 50 manat dəyərində 2 ədəd 10 və 20 litrlik alüminum bitonlar, 250 manat dəyərində 1 ədəd mis materialından olan ləyən, 350 və 550 manat dəyərində Almaniyada istehsal olunmuş 2 ədəd (26 və 28-lik) velisopedlər oğurlanmışdır. İkinci mərtəbədə yerləşən zal olan otaqdan, pianonun üstündən 180 manat dəyərində 1 ədəd fil suveniri, 200 manat dəyərində 1 ədəd qartal suveniri, 50 manat dəyərində 01 ədəd tapança formalı alışqan, 170 manat dəyərində delfin suveniri, 80 manat dəyərində dəvə suveniri, həmin otaqda servantm üstündə 35 manat dəyərində buynuz formalı suvenir, 50 manat dəyərində gəmi formalı suvenir, həmçinin həmin otağın baş tərəfində yerləşən otaqdan və digər 2 otaqlardan bükülmüş halda olan 2 ədəd eyni ölçülü 4x6 metr, hər biri 700 manat dəyərində «İmperator» adlı xalçaları, 2 ədəd 3x6 metr ölçüdə hər biri 350 manat dəyərində xalçalar, 8 ədəd eyni ölçülü 3x4 metr ölçüdə hər biri 350 manat dəyərində, 200 manat dəyərində 8 ədəd odeyal (bir yerlik), 2 ədəd hər biri 350 manat dəyərində odeyal (iki yerlik), 1 ədəd 350 manat dəyərində örtük (iki yerlik), 8 ədəd hər biri 80 manat dəyərində yataq dəsti, 12 ədəd hər biri 30 manat dəyərində böyük ölçülü hamam dəsmalı, 12 ədəd hər biri 15 manat dəyərində əl-üz dəsmalı, 24 ədəd hər biri 5 manat dəyərində çay dəsmalı, 24 ədəd hər biri 5 manat dəyərində yastıq üçün üzlük, 1 dəst 300 manat dəyərində yataq dəsti, 2 ədəd hər biri 50 manat dəyərində yay yorğanı, 1 ədəd 150 manat dəyərində yun döşək əşyaları oğurlanmışdır. Məhkəmə istintaqında şahid X5 ifadəsindən görünür ki, heç bir yerdə işləmir, narkotik vasitə olan həşişdən istifadə etdiyinə görə 2013-cü il tarixdə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2014-cü il tarixdə azadlığa çıxmışdır. Qazax şəhər sakinləri Asif Tağıyevi və Təqsirləndirilən şəxs yaxşı tanıyır, onlarla normal münasibəti vardır. Təqribən 2020-ci ilin aprel ayının ortalarında onlarla görüşmüşdür. Hər üçünün maddi imkanları yaxşı olmamışdır. Odur ki, pul əldə etmək məqsədilə həmin şəxslərlə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Asif onlara yaxınlıqda ev olduğunu və həmin evin sahibi Rövşənin və ailə üzvlərinin burada yaşamadığını bildirmişdir. Bu zaman onlar həmin evdən oğurluq etmək istəmişlər. 2020-ci ili aprel ayının ortalarında gecə saat 01 radələrində danışdıqları kimi İlkinlə o, Asifin yaşadığı evin yaxınlığında görüşmüşlər. Asif də gəldikdən sonra hər üçü birincinin dediyi Qazax şəhəri, Əhməd Seyidov küçəsi ilə piyada getmişdir. 7 nömrəli evin darvazasının üstündə işıq yandığını görmüş və Asif həmin evdə heç kəsin yaşamadığını bildirmişdir. Darvazadan sol tərəfdə oğurluq etmək üçün hasarı aşmışlar. Asif “ narahat olmayın evdə heç kəs yoxdur” dediyinə görə, hər üçü hasarı aşıb həyətə düşmüşlər. Həyət torpaq olmaqla, daş düzülməmiş, ev isə iki mərtəbəli olmuşdur. Onlar pilləkənlərlə ikinci mərtəbəyə qalxmışdır. Giriş qapısı bağlı, sağ tərəfdəki pəncərə plastik materialdan olmuşdur. O, sərxoş vəziyyətdə olduğundan, pəncərəni kimin açdığını dəqiq xatırlamamış, bəlkə də, özünün zərbə ilə vurub pəncərəni açdığını bildirmişdir. Onlar pəncərənin həmin hissəsindən içəri daxil olmuş, zənnincə, orada 4 otaq olmaqla, heç birinin qapısının bağlı, yəni kilidli olmadığını bildirmişdir. Onlar otaqlardakı əşyaları səhər gəlib götürmək məqsədilə bir yerə yığmış və örtükləri, yataq dəstləri, qartal, gəmi və digər xatırlamadığı suvenirləri, eləcə də digər əşyaları bir yerə toplamış, oradan 3 ədəd həmin suvenirləri götürüb həmin pəncərədən çıxmışlar. Birinci mərtəbənin pəncərəsinin şüşəsini Asif silkələyib yerindən boşaltmış, şüşəni sındırmadan söküb kənara qoymuş və içəri tərəfdən pəncərəni açıb hər üçü də zirzəmiyə daxil olmuşlar. Saat 02 radələrində zirzəmidə sağ tərəfdə olan 2 ədəd böyük həcmli «xeyir-şər» məclislərində istifadə olunan qazanları və 2 ədəd qapaqları, 1 ədəd samovar və sol uzaq küncdə bir ədəd generatoru götürüb evin zirzəmisindən həmin pəncərədən çıxarmışlar. Həmin əşyaları hasardan aşdıqları yerə gətirmişlər. Asif həmin yerdən küçə tərəfə keçmiş və əvvəlcə, o, İlkinlə qazanları hasarın üstünə qaldırmış, Asif isə çöl tərəfdən götürüb yerə qoymuş, ardınca samovarı vermişlər. Bundan sonra Asif çöl tərəfdən 3 ədəd suveniri və axırıncı isə generatoru hasarın üstündən götürüb yerə qoymuşdur. Daha sonra, o, İlkinlə hasarın üstünə qalxıb oradan aşağı düşmüşlər. O, hasarın hündür olmadığını, təqribən 170 sm olduğunu bildirmişdir. Orada onlardan başqa heç kəs olmadığını qeyd etmişdir. O, İlkin və Asif həmin əşyaları götürüb sonuncunun bağına aparmışlar. Oğurluq etdikləri evdən Asifin bağ sahəsinə qədər məsafə təqribən 200 metr olarmış. Onlar samovarı, 3 ədəd suveniri qazanın içinə qoymuşlar. O, sağ tərəfdən generatoru götürmüş və bir əli ilə qazanın qulpundan tutmuş, ortada İlkin həm onun tutduğu qazanın digər tərəfindən tutmuş, həm də ikinci qazanın qulpundan tutmuş, sol tərəfdə isə qazanın digər qulpundan Asif tutmuş və 2 ədəd qazan qapaqları da sonuncuda olmuşdur. Onlar oradan bağa qədər gələn zaman heç kəslə rastlaşmamış və həmin əşyaları Asif gilin bağındakı balaca bir otağa qoyub evə getmişlər. Səhər saat 11 radələrində Asifin yaşadığı evin yaxınlığında görüşəcəkləri barədə razılaşmışlar. Həmin vaxt hər üçü görüşərkən, Asif müştəri tapdığını və adının Babək olduğunu demişdir. Onlar 2 qazanı 60 manata, samovarı 50 manata və generatoru 60 manata, suvenirləri 10-15 manata satacaqları barədə razılığa gəlmişlər. Asif “biz gözləyək, əşyaları Babəkə satıb gələcəm” demişdir. Buna görə də, onlar Asifin dediyi kimi edib gözləmişlər. Babək göy rəngli VAZ-2107 markalı avtomobillə bağları tərəfə getdiyini görmüşlər. Bir qədər keçdikdən sonra Babək harasa getmiş, Asif onların yanma qayıdıb, cəmi 140 manat göstərmişdir. Sonra onlar birlikdə mağazaya getmiş, həmin pula oradan cəmi 3 qutu «KENT-8» siqareti almışlar. Sonra qalan pulu mağazanın qabaq tərəfində bölmüş və hər birinə 45-50 manat pul düşmüşdür. Asif orada qalmış, o isə İlkinlə bazarın yanma qədər birlikdə gəlib, orada ayrılmışlar. O, oğurluq etdikləri həmin evin sahibi Zərərçəkmiş şəxs2 tanımamış, onun kim olmasını və ailə üzvlərini, harada yaşamalarını bilməmişdir. Onların evinin işığı yanmadığına görə həmin evdən oğurluq etmişlər. Oğurluq etdikləri evi, əşyaların yerləşdiyi yerləri xatırladığından, yerini də göstərə biləcəyini demişdir. Asifin dediyinə görə, X18 qohumudur. Məhkəmə istintaqında şahid X6 elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin aprel ayının ortalarında tanışları, Qazax şəhər sakinləri Təqsirləndirilən şəxs və Tural Əhmədovla görüşmüşdür. Həmin vaxt hər üçünün də maddi cəhətdən sıxıntıları olduğundan, onlarla birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu zaman o, qonşuları Rövşənin hal-hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşadığını və evində olmadığı üçün oradan oğurluq etmələrini Turalla İlkinə demişdir. Onlar da razılaşdıqdan sonra, zənnincə, səhəri gün gecə saat 01 radələrində Tural və İlkin onun yaşadığı evin yaxınlığına gəlmişlər. O da evdən çıxdıqdan sonra, həmin şəxslərlə birlikdə razılaşdıqları kimi, piyada olaraq Rövşəngilin evinə tərəf getmişlər. Rövşən gilin evinin həyət qapısının üstündə işıq yansa da, o, Turalla İlkinə narahat olmamalarını, hal-hazırda Rövşən gilin evində heç kimin yaşamadığını bildirmişdir. Bundan sonra hər üçü həmin evdən oğurluq etmək məqsədilə həyət qapısının sol tərəfindəki hasarı aşıb həyətə düşmüşlər. İki mərtəbəli olan yaşayış evinin birinci mərtəbəsinə gedib köməkləşərək giriş qapısının sağ tərəfindəki pəncərənin şüşəsini silkələyib çıxartmışlar. Daha sonra hər üçü pəncərədən içəriyə daxil olub otaqda olan 2 ədəd böyük həcmli “xeyir-şər” məclislərində istifadə olunan qazanları, 1 ədəd samovarı, 1 ədəd generatoru və karton qutudakı paslanmayan materialdan olan qazan dəstini götürmüşlər.Bundan sonra o,həmin pəncərədən çıxıb oğurladıqları əşyaları bir-bir Tural və İlkindən qəbul edib yerə qoymuşdur.Bundan sonra İlkin və Turalla birlikdə pilləkənlə ikinci mərtəbəyə qalxmışlar. Giriş qapısının sağ tərəfindəki plastik materialdan olan pəncərəni Tural əli ilə itələyib açmış və hər üçü oradan içəriyə daxil olmuşlar. Daha sonra otaqlara keçib oradan xalça, örtük, yataq dəstləri, heyvan formalı suvenirlər və digər əşyaları götürüb sabah gəlib götürmək məqsədilə bir yerə yığmışlar. Ancaq, həmin əşyalardan yalnız qonaq otağında olan pianinonun üstündəki 3 ədəd suveniri götürüb daxil olduqları pəncərədən çıxmışlar. Birinci mərtəbədə qapının yanına qoyduqları oğurladıqları əşyaları və ikinci mərtəbədən götürdükləri suvenirləri bayaq daxil olduqları hasarın yanına gətirmişlər. Bundan sonra o, hasarın üstünə çıxıb oradan küçəyə düşmüş və İlkinlə Turalın ona verdiyi oğurladıqları əşyaları hissə-hissə götürüb yerə qoymuşdur. Əşyaların hamısını götürdükdən sonra, İlkinlə Tural da həyətdən hasarın üstünə çıxıb küçəyə tullanmışdır. O, Tural və İlkinlə köməkləşib oğurladıqları əşyaları götürərək yaşadıqları evin bağına tərəf gətirmişlər. O, Rövşən gilin evi ilə yaşadıqları evin arasında təxminən 200 metr məsafə olduğunu qeyd etmişdir. Yaşadığı evin bağ sahəsində əl damı olsa da, qapısı kilidli olduğundan gecə vaxtı evdən açarı götürmək istəməmişdir. Buna görə də, onlarla belə bir qərara gəlmişlər ki, oğurladıqları əşyaları bağ sahəsində olan kol-kosun içərisində gizlətsinlər. Onlar razılaşıb həmin əşyaları kol-kosun arasında gizlədib səhəri gün saat 11 radələrində oğurladıqları əşyaları satmaq üçün görüşməyi planlaşdırmış və ayrılıb yaşadıqları evə getmişlər. Səhər tezdən yuxudan oyanıb ev telefonu ilə tanışı Qazax şəhər sakini Babək adlı şəxsə zəng etmişdir. Babəkə onda iki ədəd qazan, 1 ədəd samovar, generator və suvenirlər olduğunu, almaq istədiyi təqdirdə ona sata biləcəyini demişdir. Babək də razı olduqdan sonra, sonuncuya yaşadıqları evin yaxınlığına gəlməsini bildirmişdir. Onun Babəkin oğurluq əşyaların alqı-satqısı ilə məşğul olmasında məlumatı olmuşdur. Elə Babək də həmin malların kimə məxsus olduğunu soruşduqda, o, oğurluq olduğunu bildirmişdir. Babək bir neçə dəqiqəyə gəlib həmin əşyaları ondan götürəcəyini deyərək telefon əlaqəsini kəsmişdir. Bundan sonra Tural ona zəng edərək, hal-hazırda İlkinlə birlikdə onun yaşadığı evin yaxınlığında sonuncunu gözlədiyini bildirmişdir. O da evdən çıxıb Tural gilin yanma getmiş və oğurladıqları əşyalar üçün müştəri tapdığını onlara bildirmişdir. Tural ondan həmin müştərinin kim olduğunu soruşduqda, o, adının Babək olduğunu bildirmiş və Tural gilin burada gözləməsini, bir neçə dəqiqəyə həmin əşyaları Babəkə satıb gələcəyini demişdir. Turalla İlkin də razı olub gözləməyə başlamış, o, isə Babəklə əlaqə saxlayıb əşyaları gizlətdikləri yerə tərəf getmişdir. Babək həmin vaxt göy rəngli “VAZ 2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onun yanma gəlmişdir.O,Babəklə salamlaşıb oğurladıqları əşyaları göstərərək, sonuncu ilə qiymət barəsində danışmağa başlamış və Babək ona əşyaların hamısı üçün 160 manat pul verəcəyini bildirmişdir. O,isə qazanları qonşularına daha çox qiymətə satacağım fikirləşib qazanları Babəkə verməmişdir. Babək belə olan təqdirdə, ona 140 manat pul verəcəyini demiş və o da bununla razılaşdıqdan sonra, həmin pulu Babəkdən alıb, qazanlar istisna olmaqla oğurladıqları bütün əşyaları sonuncuya vermişdir. Babək həmin əşyaları götürüb avtomobilin arxa yük yerinə qoyaraq çıxıb getmişdir. O da Turalgilin yanma qayıdıb 140 manat pulu onlara göstərərək bütün əşyaları, cəmi bu qədər pula satdığını, lakin qazanların özündə qaldığını bildirmişdir. Bundan sonra onlar birlikdə mağazaya gedib həmin pulun üstündən 3 qutu siqaret almış və yerdən qalan pulu isə 3 nəfərə bərabər bölmüşlər.Həmin gün günorta radələrində Tural və İlkinlə yaşadıqları küçənin yaxınlığında olarkən,oğurladıqları qazanları qonşusu olan qadınlara satmaq barədə fıkirləşmişlər.Həmin vaxt, qonşuları Rahilə Kərimova küçədən keçərkən təsadüfən onu görmüş və qazanları sonuncuya satmaq qərarına gəlmişdir. Bu məqsədlə Tural gilin yanından ayrılıb Rahiləyə yaxınlaşaraq həmin qazanları ona ucuz qiymətə satacağım demişdir. Lakin Rahilə buna razı olmayıb evində çoxlu qazanlarının olduğunu və başqa qazana ehtiyacı olmadığını bildirmişdir. O da heç nə deməyib Rahilə ilə sağollaşaraq çıxıb getmişdir. Bir anlıq fikirləşmişdir ki, qohum-qonşuların əksəriyyəti onu oğru kimi tanıyır. O, qazanları satmaq üçün başqa qonşulara müraciət etsə, onlar onun həmin qazanları oğurladığından şübhələnər. Buna görə də, o, qorxub qazanları qonşulara satmaq fikrindən daşınmış və Tural gilə bu barədə dedikdə, belə həmin qazanları da Babəkə satmaq qərarına gəlmişlər. Beləcə onlar razılığa gəlib, oğurladıqları qazanları da həmin gün Babəkə 20 manat pul qarşılığında satıb, aldıqları pulu öz aralarında bölmüşlər. Məhkəmə istintaqında şahid X3 elan olunmuş ifadəsindən görünür ki, əri X7 08 iyun 2020-ci il tarixdə vəfat etmişdir. 2 övladı vardır. Qazax şəhər sakini Zərərçəkmiş şəxs2 Musatafa oğlunu tanımır və onun evindən oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Qazax şəhər sakinləri X8, Təqsirləndirilən şəxs tanımır və onların kim olduqlarını bilmir. Əvvəllər «Mosu» ləqəbli X9 tanımasa da, həmin şəxsin barəsində əri Babək Məmmədovdan eşitmişdir ki,çox tərbiyyəli, mehriban oğlandır və onların evinin yaxınlığında yaşayır. Bu yaxınlarda «Mosu» onlara gəlib Babəkə paslanmayan «nerjaveyka» materialından olan qazan dəstləri, «generator», «fil» və «gəmi» formalı suvenirlər satdıqlarını bildirmiş və həmin əşyaları qaytarmağı xahiş etmişdir. “Mosu’ya bildirmişdir ki, Babək həqiqətən də həmin əşyaları bir neçə ay bundan əvvəl evə gətirmiş, lakin o, həmin əşyaları evə qoymamışdır. Babək həmin əşyaları götürüb getmiş, özünün dediyinə görə həmin əşyaları Ağstafa şəhərində Rəşad adlı şəxsə satdığını bildirmişdir. Həmin əşyaların Zərərçəkmiş şəxs2 və ya digər yerlərdən oğurluq olmasını bilməmiş və maraqlanmamışdır. Onun evində kifayət qədər əşyaları olduğundan onlara ehtiyacı olmadığına görə evə qoymamışdır. Babək həmin əşyaların oğurluq olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid OLİMP MMC-nin sahibi X15 ifadəsindən görünür ki, ofis Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşir. 19 avqust 2020-ci iltarixdə adını sonradan bildiyi İlkin adlı şəxs ofisə gəlmiş və avtomobil icarəyə götürmək istədiyini bildirmişdir. Ofisdə 6 ədəd avtomobil olmuşdur. Onlardan birini gündəlik 60 manata olan «Huandai Elantra» markalı 99UA981 dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və həmin gündən bəri istifadə etməyə başlamışdır. Əvvəlcədən 6 günlük pulunu vermişdir. 26 avqust 2020-ci il tarixdə polis əməkdaşları gəlmiş və ona Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin harada olduğunu soruşmuşlar. Hər bir avtomobildə GPS sistemi olduğu üçün onlara avtomobilin hərəkət trayektoriyasım demiş, bir qədər sonra axşam saatlarında ona məlum olmuş ki, İlkin saxlanılmış və avtomobil Abşeron rayon polis idarəsinə aparılmışdır. Sonradan ona məlum olmuş ki, İlkin şirkətin avtomobili ilə Xırdalan şəhərində hansısa marketdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid ifadəsindən görünür ki, 2020-ci ilin avqust ayının 25-də saat 06 radələrində ünvan 3 ünvanda yerləşən Təbiət marketdən oğurluq olması ilə bağlı marketin sahibi Zərərçəkmiş şəxs1 müraciəti daxil olmuşdur.Həmin ərazi xidməti ərazisi olduğu üçün oğurluq edən şəxsin müəyyən etməkdən ötrü ətraf ərazidə əməliyyat tədbirləri keçirməyə başlamışdır. Müəyyən etdi ki,bir nəfər şəxs 99UA981 dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazinin yaxınlığında hərəkət etmişdir.Həmin avtomobilin sahibini müəyyən etdikdən sonra Bakı şəhəri Bakıxanov qəsəbəsinə getmiş və məlum olmuş ki,Rent CAR şirkətidir. Sahibi ilə söhbət etdikdən sonra həmin avtomobili hazırda idarə edən şəxs barədə məlumat almış və müəyyən olundu ki,maşını idarə edən şəxs Qazax rayon sakini Təqsirləndirilən şəxsdur.26 avqust 2020-ci il tarixdə axşam saatlarında keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxs idarə etdiyi Huandai markalı avtomobillə birlikdə Bakı şəhəri 9-cu mikrorayon ərazisində saxlanılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 25 avqust 2020-ci il tarixdə Xırdalan şəhərində olan mağazadan oğurluq etdiyini etiraf etmişdir.Budan sonra tərəfindən raport tərtib edilmiş və Təqsirləndirilən şəxs istintaq təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 08 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün tutulub Qazax RPŞ-nin İstintaq bölməsinə təqdim edilənədək, ********* nömrəli cinayət işi üzrə icraat Qazax RPŞ-nin İB-nin müstəntiqi Nurlan Vəliyev tərəfindən Azərbaycan Respublikası CPM-nın 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. 20 yanvar 2021-ci il tarixdə Qazax RPŞ-nin İB-nin müstəntiqi Nurlan Vəliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 21 yanvar 2021-ci il tarixdə Qazax RPŞ-nin İB-nin müstəntiqi Nurlan Vəliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və cinayət işi aidiyyəti üzrə Abşeron RPİnə göndərilmiş,4 fevral 2021-ci il tarixdə icraatımda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 11 fevral 2021-ci il tarixdə tərəfımədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05.10.2020-ci il tarixli, 9/3377 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6.90 manat müəyyən edilir. Tədqiqata təqdim edilmiş X12 markalı,nazik Winchester silver və qalın Rothmans Demi markalı siqaretlərin hər birini qiyməti 2,30 manat müəyyən edilir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİnin müstəniqi tərəfindən 26 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 28 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qətimkan tədbiri şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qazax RPŞ-nin qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və tutulması üçün barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 20 yanvar 2021-ci il tarixli qərarla iş üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətti 01 (bir) ay 20 (iyirmi) gün, yəni 16 mart 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sualların qoyulması: 1)1 ədəd işıq verən aparat Generator, 1 ədəd elektriklə işləyən rəndə, 2 ədəd alüminium materialdan hazırlanmış qazanlar,1 ədəd mikrodalğalı soba, 1 ədəd idman üçün trenajor qurğusu, 1 ədədə paslanmayan materialdan olan somavar, 1 dəst paslanmayan materialdan olan qazan dəsti, 1 ədəd şirıələnmiş üzərində Tovuz quşu şəkli olan göy rəngli qazan dəsti, 1 ədəd qədimi xəncər, 1 ədəd 10 litrlik alüminium biton, 20 litrlik biton, 1 ədəd mis materialdan olan ləyən, 1 ədəd Almaniya Federativ Respublikası istehsallı velosiped, ikinci mərtəbədəki qonaq otağında olan piononun üstündən 1 ədəd fil formalı suvenir, 1 ədəd qartal formalı suvenir, 1 ədəd delfin formalı suvenir, 1 ədəd tapança formalı alışqan,1 ədəd dəvə formalı suvenir, qab-qacaq dolabının üstündən 01 ədəd buynuz formalı suvenir, 01 ədəd gəmi formalı suvenir, həmin otağın baş tərəfində yerləşən otaqdan və digər iki otaqdan 4x6 metr ölçüdə 02 ədəd imperator xalçaları, 3x6 metr ölçüdə xalçalar, 8 ədəd 3x4 metr ölçüdə xalçalar, 08 ədəd biryerlik odeyal, 02 ədəd ikiyerlik odeyal, 01 ədəd ikiyerlik örtük,08 ədəd yataq dəsti, 12 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 24 ədəd çay dəsmalı, 24 ədəd yastıq üzü örtük, 1 dəst yataq dəsti, 02 ədəd yorğan və 01 ədəd yun döşəyin hazırki günə orta bazar qiymətinin neçiyə olması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 9/3865 saylı rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan istifadə olunmuş əşyaların nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7924 manat müəyyən olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazadan Təqsirləndirilən şəxs tərəfindən oğurluq edildikdən sonra onun icarəyə götürüb idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 51 ədəd siqaret qutuları sahibinə qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 06.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzasının 2 (ki) günü azadlıqdan məhrumetmənin 1 ( bir) gününə hesablanaraq, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 25 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yananşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 98 (doxsan səkkiz) saat hüquqi yardıma görə 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus mağazadan Təqsirləndirilən şəxs tərəfindən oğurluq edildikdən sonra onun icarəyə götürüb idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 51 ədəd siqaret qutularının sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə hesablanaraq, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, indiki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 98 (doxsan səkkiz) saat hüquqi yardıma görə 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə təyin edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus mağazadan Təqsirləndirilən şəxs tərəfindən oğurluq edildikdən sonra onun icarəyə götürüb idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 51 ədəd siqaretlər qutularının sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar