Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-255/2022 22.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Kürdəmir rayonu, Dəyirmanlı kəndində daimi qeydiyyatda olan, Kürdəmir şəhəri, Xətai küçəsi, ev 6/A-da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində, kirayədə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi. Gənclər şəhərciyi, bina 14, mənzil 12-də, həmin mənzildə onunla birlikdə yaşayan tanışı Zərərçəkmiş şəxs2 bir ədəd 480 manat dəyərində qızıl üzüyünü, 950 manat pulunu, qardaşı Zərərçəkmiş şəxs1 50 manat pulunu gizli olaraq talamaqla, sonunculara vahid niyyətlə ümumilikdə 1480 manat dəyərində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin təxminən 3 aydan artıq olar ki, tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Gənclər şəhərciyi, bina 14, mənzil 12-də iki otaqlı evdə 250 manata kirayədə qalırlar. Onların hər ikisi bir yerdə kirayədə qalmaqla bərabər, Bakı şəhəri, Nəsim rayonu, 28 May deyilən ərazidə avtomobil dayanacağında nəzarətçi işləyirlər. Təxminən 1 aydan artıq olar ki, qadaşı Zərərçəkmiş şəxs1 da Kürdəmir rayonundan onun yanma gəlmiş və onunla bir yerdə, yəni bir evdə kirayədə yaşamış, həmçinin qardaşı da onunla birlikdə dayaııacaqda nəzarətçi işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 birlikdə işə getmişlər. O, isə son vaxtlar dayanacaqlarda nəzarətçiləri işə qoymadıqları üçün evdə qalmışdır. O, bilmişdir ki, evdə tanışı Zərərçəkmiş şəxs2 bir ədəd qızıl üzüyü və pulu var. Həmçinin bilmişdir ki. qardaşı Zərərçəkmiş şəxs1 da pulu var. Onlar hər iksi evdə olmadıqlarından istifadə edərək, onların hər iksinə məxsus olan əşyaları və pulu oğurlamaq qərarına gəlmişdir. Bu səbəbdən də əvvəlcə tanışı Ceyhun Fəzail oğluna məxsus olan pulu və bir ədəd qızıl üzüyü saxladığı qardon kutudan götürmək qərarına gəlmişdir. Bu səbəbdən də tanışı Ceyhun Fəzail oğlunun qutuya qoyduğu bir ədəd qızıl üzüyü və 950 manat pulunu götürmüşdür. Həmçinin qardaşı Ceyhun Pənah oğlunun şüşə bankaya qoyduğu 50 manat pulunu da götürüb evdən çıxaraq bir başa 28 may deyilən əraziyə işlədiyi yerə getmişdir. O, əvvəlcə tanışı Zərərçəkmiş şəxs1 məxsus olan bir ədəd oğurladığı qızıl üzüyü satmaq istəmişdir. Lakin qızıl mağazasında işləyən satıcılar ondan şəxsiyyət vəsiqəsi istəmişlər. Omni da şəxsiyyət v əsiqəsi olmadığı üçün həmin bir ədəd oğurladığı tanışı Ceyhun Fəzail oğluna məxsus qı/ıl üzüyü sata bilməmişdir. Bu səbəbdən də həmin qızıl üzüyü 28 May deyilən yerdə zibil qutusuna atmış, qalan pulları isə yəni 950 manat tanışı Ceyhunun pulunu və 50 manat qardaşı Ceyhunun pulunu özü üçün xərcləmişdir. Belə ki, o, həmin pulla Şamaxı şəhərinə gəzməyə getmiş, 2 gün Şamaxı şəhərində yeyib içib oteldə qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə qayıtmışdır. Həmin günü saat 20 radələrində qardaşı Ceyhunla, tanışı Ceyhun 28 May deyilən ərazidə bazarın yaxınlığında onu saxlamışlar və onu aparıb Nəsimi RPİ-nin 22-ci polis bölməsinə təhvil vermişlər. Onlar polis böliəsində bildirmişlər ki, onların pulunu oğurlamağı faktı ilə əlaqədar Mehdiabad polis bölməsində araşdırma aparılır. Bundan sonra Mehdiabad polis bölməsinin əməkdaşları gəlib onu Mehdiabad PB- yə dəvət etmişlər. Bölmədə olarkən hər şeyi olduğu kimi etiraf edərək oğurluq etdiyni demişdir. O, bu barədə izahat verərək, oğurluq etdiyini, yəni yaşadığı evdən qızıl üzük və pul oğurladığını, həmin qızıl üzüyü zibil qutusuna atdığını, pulları isə xərclədiyini demişdir. Bundan sonra təhqiqatçı tərəfindən izahatı alınmışdır. O, başqa oğurluq etməmişdir. Həmin qızıl üzüyü 28 May deyilən ərazidə zibil qutusuna atmış, həmin yeri dəqiq xatırlamır. Ona görə ki, o, qızıl üzüyü zibil qutusuna atanda spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2 aydan artıq olar ki. tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində bina 14, mənzil 12-də kirayədə yaşayır. Onun qardaşı Təqsirləndirilən şəxs təxminən 7 aydan artıq olar ki, Ceyhun Fəzail oğlu ilə birlikdə kiriyədə həmin evdə yaşamışdır. O, da onların yanına gəlib onlarla birlikdə kirayədə qalmışdır. Onların hər üçü Bakı şəhəri. Nəsimi rayonu, 28 May deyilən ərazidə dayanacaqda işləmişlər. xx.xx.2022-ci il laıixdə qardaşı Təqsirləndirilən şəxs işdən çıxardıqları üçün, Tərlan onlarla birlikdə işə getməmiş, o və Ceyhun Fəzail oğlu işə gedəndə Tərlan evdə qalmış və bildirmişdir ki. gedib fermada işləyəcəkdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o və Ceyhun Fəzail oğlu evə gələndə görmüşlər ki, Tərlan evdə yoxdur. Ceyhun Fəzail oğlu birgə yaşadıqları evdə yatdığı döşəyin altına qoduğu 955 manat pulunu və 480 manat dəyərində bir ədəd qızıl üzüyün orada olmadığını görmüşdür. O, da şkafa qoyduğu 50 manat dəmir pulunun orada olmadığını görmüşdür. Onlar bilmişlər ki, həmin qızıl zinyət əşyasını və pulları Tərlan oğurlayıbdır. Ceyhun Fəzail oğlu dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Sonra isə Mehdiabad polis bölməsinə gedib hər ikisi ərizə ilə müraciət etmişlər. Ceyhun Fəzail oğlu ərizəsində və izahatımda bir ədəd 480 manat dəyərində qızıl üzüyünün və 955 manat pulunun oğurlandığını göstərmişdir. O, isə 50 manat pulunun oğurlandığını bildirmişdir. Həmin oğurluq nəticəsində Ceyhun Fəzail oğluna ümumilikdə 1435 maıuıi dəyərində maddi ziyan dəymişdir. Ona isə cəmisi 50 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildən artıq olar ki. tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində bina 14, mənzil 12-də kirayədə yaşayır. Təxminən 2 ay bundan əvvəl Ceyhunun qardaşı Təqsirləndirilən şəxs onların yanına gəlmiş və onlarla bir evdə kirayədə yaşamağa başlamışdır. Hər üçü Bakı şəhəri, Nəsimi rayonu, 28 May deyilən ərazidə dayanacaqda işləmişlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işdən çıxardıqları üçün, Tərlan onlarla işə getməmiş, o və Ceyhun işə gedəndə Tərlan evdə qalmış və bildirmişdir ki, gedib fermada işləyəcəkdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, evə gələndə görmüşdür ki, Tərlan evdə yoxdur. O, birgə yaşadıqları evdə yatdığı döşəyin altına qoduğu 955 manat pulun və 480 manat dəyərində bir ədəd qızıl üzüyün orada olmadığını görmüşdür. O, başa düşmüşdür ki, həmin qızıl üzüyü və pulu Tərlan oğurlayıbdır. Həmin vaxtı Tərlanın qardaşı Ceyhunda öz döşəyinin altına baxmış və ona məxsus olan 50 manat pulunda oğurlandığını bildirmişdir. O, dərhal DİN-nin 102 xidmətinə bu bardə məlumat vermişdir. Sonra isə Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmiş, ərizəsində və izahatında bir ədəd 480 manat dəyərində qızıl üzüyünün və 955 manat pulunun oğurlandığını göstərmişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1435 manat dəyərində maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cii maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay azadlıqdan məhrmetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu ərazisində tutularaq, Abşeron rayon Pİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və o məhkəmə zalından həbs edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablansin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-255/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-255/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver