Məhkəmə qərarları › İş №1(012)-255/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-255/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-255/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki o, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Novxanı kəndində tanışları X6 və X7 xahişi ilə hər birinin verdiyi 10 manat, cəmi 20 manat müqabilində Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxil edilmiş üç ədəd şəffaf selofan bükümdə, ayrı-ayrılıqda 0,392 qram, 0,268 qram və 0,322 qram, ümumilikdə 0,982 qram çəkidə narkotik vasitə heroin əldə edərək yaşadığı Abşeron rayonu, Novxanı kəndinə daşıyıb iki bükümdə- 0,268 qram çəkidə narkotik vasitə heroini X4 və 0,322 qram çəkidə narkotik vasitə heroini X10 vermiş, bir bükümdə 0,392 qram çəkidə narkotik vasotə heroini isə özünə götürərək saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Abşeron rayon polis idarəsinin X14 əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsində yerləşən “köhnə hamam” deyilən yerdə saxlanılaraq X16 gətirilib üzərinə baxış keçirilərkən onun üzərindən həmin bir ədəd selofan bükümdə təmiz çəkisi 0,392 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İki ildən artıqdır ki, narkotik maddələr qəbul edir. Narkotik maddə “kakosu”, yəni heroini çəkməklə qəbul edir. X5 və X11 onlar, yaşadığı Novxanı kəndində metal yığarkən, evlərdən metal alarkən tanımışdır. Onlar hər ikisi onun kimi narkotik aludəçiləridirlər. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı Novxanı kəndində “köhnə hamam” deyilən yerin yaxınlığında olan evinin qarşısında durduğu zaman X6 və X12 yanına gəliblər, onunla ğörüşdükdən sonra onlar ondan narkotik maddə olub-olmadığını soruşublar, onlara demiş ki, narkotik maddə yoxudur, ancaq pul olsa gedib Sumqayıt şəhərindən ala biləcəyini və 2-3 saata gələ biləcəyini bildirmişdir. Orxan və Zaur hərəsi 10 manat qoyaraq ona 20 manat pul veriblər. O, Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhəri ilə Corat qəsəbəsi arasında tanımadığı, lakin üzdən baxdıqda narkoman olduğunu təyin etdiyi şəxsə 20 manatı pul verib iki selofan bükümdə narkotik maddə “kakos”, yəni heroin almışdır. Narkotik satan adamdan aralanadan sonra özündə olan selofana aldığı bükümlərdə olan narkotik maddə heroindən hərəsindən az miqdar götürüb özü üçün qəbul edəcəyi miqdarda heroin qablaşdırmışdır. Əldə etdyi üç bükümdə narkotik maddə heroini əynində olan tünd göy rəngli cins şalvarının cibinə qoyaraq Abşeron rayonu, Novxanı kəndinə, “köhnə hamam” deyilən yerin yaxınlığında olan evinin qarşısına gəlmiş və orada onu gözləyən Orxanın və Zaurun hərəsinə bir selofan bükümdə olan narkotik maddə heroini vermişdir. İçərisində narkotik maddə heroin olan bir bükümü isə, əynində olan şalvarın sağ yan cibində özü qəbul etmək üçün saxlamışdır. Orxan və Zaurla dayanıb söhbət edərkən, bir qədər sonra biri polis formasında, digəri isə mülki geyimdə olan 2 nəfər şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, anket məlumatlarını soruşublar.Onlar həmin vaxt polis əməkdaşlarına lazımi məlumatları veriblər. Daha sonra hərəkətlərindən onlar şübhələndiklərindən narkotik vasitələrin istifadəçisi olmaqlarından şübhələn diklərini bildirib onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduğunu söyləmişlər. Daha sonra onlar polis əməkdaşları ilə Abşeron RPİnin Saray PB-nə getmişlər. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış keçiriləcəyi barədə məlumat verib, daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bundan sonra o,əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellafana bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitəni masanın üzərinə qoymuşdur.Həmin bükülü açıldıqdan sonra içərisinə baxış keçirilmişdir.Həmin kütləni haradan və nə vaxt aldığını soruşulduqda, həmin kütlənin narkotik vasitə olmasını, el arasında “kokos” adlandırıldığını, heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Orxan və Zaur onu nakoman kimi tanıdıqları üçün, onda qəbul etmək üçün narkotik maddə ola biləcəyini fikirləşib narkotik maddə olubolmadığını soruşublar. Hazırda əmılindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin X14 CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. Abşeron RPİnin X16 Təqsirləndirilən şəxs, X3 və X9 qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə edərək daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, cinayəti törədən şəxslərin ifşa olunması və narkotik vasitələrin aşkar edilərək götürülməsi məqsədi ilə bölmənin rəisinə rapotla müraciət etmiş və bölmənin rəisinin təsdiqi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat tədbirinin keçirilməsi üçün əmliyyat qrupu yaradılmaqla əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Abşeron RPİ-nin X14 sahə rəisi polis baş leytenantı Şahid2 da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq o, və Şahid2 xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində, Əsgər Abuzərov küçəsində yerlşən «Köhnə hamam» adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs, X6 və X1 narkotik maddələri əldə edib daşıma və saxlamaqda şübhəli şəxs olaraq Abşeron RPİ-nin X16 gətirmişlər. Saray polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs, X3 və X9 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs, X3 və X9 üzərinə şəxsi axtarış və götürmə keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi, hər hansı bir etirazı olub olmaması ona bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmasına heç bir etirazı olmamasını bildirmişdir. Bundan sonra Xırdalan şəhər Vəkil bürosunun vəkili X8 dəvət edilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üstündə saxlanılması qanunla qadağan olunmuş hər hansı vasitə olub-olmadığı soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş, içərisində qəhvəyi rəngli, spesftik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək narkotik vasitə el arasında «kakos» adlanan heroin olduğunu, həmin narkotik maddəni özü qəbul etmək üçün üstündə saxladığını bildirmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, X6 və X12 ona hər biri 10 manat olmaqla cəmi 20 manat pul verərək onlar üçün narkotik maddə almasını xahiş etmişlər, o da Orxandan və Zaurdan aldığı 20 manat pula Sumqayıt şəhəri, Corat qəsəbəsində iki büküm narkotik maddə heroin almış, həmin bükümlərdəkli narkotik maddədən özünün qəbul etməsi üçün götürərək daha bir bükümdə narkotik əldə edib Novxanı qəsəbəsinə gəlmişdir. İçərisində nartkotik maddə olan bükümlərdən birini özünə saxlayıb, iki ədədini Orxana və Zaura verdikdən sonra polis əməkdaşları onları saxlayıb, X16 gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə iş üzrə əhəmiyyt kəsb etdiyindən tərəfindən götürülmüş və müvafiq qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 246 saylı dairəvi möhür ilə möhürlənib və ekspertiza tədqiqatına göndərilməsindən ötrü götürülmüşdür. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir.Eyni zamanda xx.xx.2022-ci il tarixdə saxlanılaraq Təqsirləndirilən şəxslə birlikdə Saray PB-nə gətirilmiş X3 və X9 üzərinə ayrı xidməti otaqlarda şəxsi axtarış və götürmə keçirilmiş, axtarış zamanı onun əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükümüş qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə və X9 da əynində olan açıq mavi rənğli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükümüş qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilib götürülmüş və sənədləşdirilmişdir. Məhkəmədə cinayət işi üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin X14 sahə rəisi Şahid2 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində eyni məzmunda təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası məhkəmə-kimyəvi ekstertizasının xx.xx.2022-ci il tarixli 6/6024 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 246 » dairəvi möhür əksii,…(imza) Babayev.. » sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,392 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6804 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza tədqiqatına tədqiq olunmuş narkotik maddə heroinin təmiz çəkisi 0,392 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, ekspertiza tədqiqatından qalıq qalmış narkotik maddə heroinin çəkisi 0, 342 qram təşkil edir. Odur ki, iş üzrə təmiz çəkisi 0,392 qram narkotik maddə heroin və bir ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 0,342 qram narkotik maddə heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd CD diski iş materiallarına əlavə edilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş cinayət işinin materiallarında olan bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və məhkəmədə baxış keçirilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya hədd yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,342 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,342 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar