Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-255/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil X4, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1970-ci ildə Fizuli rayonu, Şəkərcik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkumluğu olunmuş və məhkumluğu ödənilmiş heç bir yerdə işləməyən, Fizuli rayonu, Aybasanlı ərazi dairəsi, Şəkərcik kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 120, fərdi həyət evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, xx.xx.1979-cu ildə X2 Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 20, mənzil 53-də qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 Məhəmməd oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olmayan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin istismarında olan Böyükşor-Sumqayıt (Dş-700) magistral neft kəmərinin mühafizə zonasında yerləşən 0,03 ha torpaq sahəsini Zərərçəkmiş şəxs2 yalandan öz sahəsi kimi göstərib, həmin torpaq sahəsini sonuncunun adına sənədləşdirməklə satacağını vəd edib aldadaraq, 2021-ci ilin oktyabr ayından 2022ci ilin yanvar ayınadak olan müddətdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 7500 (yeddi min beş yüz) manat pulunu alaraq ələ keçirmiş, sonra isə həmin torpaq sahəsini hasara alıb tikinti aparmasına Təqsirləndirilən şəxs2 Abşeron rayon İcra Hakimiyyətindən icazə alacağınıZərərçəkmiş şəxs2 vəd edib inandıraraq sonuncudan bu məqsədlə 2022-ci ilin yanvar ayında Bakışəhəri, “Şamaxinka” adlanan ərazidə, “Məkan” kafesinin qarşısında Təqsirləndirilən şəxs2lə birlikdə 1000 manat pulu alıb aralarında bölməklə vahid niyyətlə Zərərçəkmiş şəxs2 cəmi 8500 (səkkiz min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədi iləZərərçəkmiş şəxs3 Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisində mülkiyyətində olmayan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin istismarında olan Böyükşor-Sumqayıt (Dş-700) magistral neft kəmərinin mühafizə zonasında yerləşən 0,06 ha torpaq sahəsini yalandan öz sahəsi kimi göstərib, həmin torpaq sahəsini sonuncunun adına sənədləşdirməklə satacağını vəd edib aldadaraq Zərərçəkmiş şəxs3 2021-ci ilin yanvar ayından həmin ilin noyabr ayınadak olan müddətdə müxtəlif vaxtlarda və yerlərdə, o cümlədən axırıncı dəfə 2021-ci ilin noyabr ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində, “Qarant” şəhərciyinin yaxınlığında 1500 (min beş yüz) manat, cəmi 8000 (səkkiz min) manat məbləğində pul alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakınıələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 Məhəmməd oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olmayan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin istismarında olan Böyükşor-Sumqayıt (Dş-700) magistral neft kəmərinin mühafizə zonasında yerləşən 0,025 ha torpaq sahəsini Zərərçəkmiş şəxs1 yalandan öz sahəsi kimi göstərib, həmin torpaq sahəsini sonuncunun adına sənədləşdirməklə satacağını və ona tikinti materialları verəcəyini vəd edib aldadaraq 12 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 5500 (beş min beş yüz) manat, 2022-ci ilin mart ayında Mehdiabad qəsəbəsində 600 (altı yüz) manat pulunu alaraq ələ keçirmiş, sonra isə həmin torpaq sahəsini hasara alıb tikinti aparmasına Təqsirləndirilən şəxs2 Abşeron rayon İcra Hakimiyyətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsindən icazə alacağını Zərərçəkmiş şəxs1 vəd edib inandıraraq sonuncudan bu məqsədlə Təqsirləndirilən şəxs2lə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 2022ci ilin yanvar ayında 1000 (min manat), 2022-ci ilin mart ayında 500 (beş yüz manat) pulu alıb aralarında bölməklə vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 7600 (yeddi min altı yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, Təqsirləndirilən şəxs1 mülkiyyətində olmadan Zərərçəkmiş şəxs2 qanunsuz satdığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin istismarında olan Böyükşor-Sumqayıt (Dş-700) magistral neft kəmərinin mühafizə zonasında yerləşən 0,03 ha torpaq sahəsində Zərərçəkmiş şəxs2 tikinti aparmasına Abşeron rayon İcra Hakimiyyətindən icazə alacağını Təqsirləndirilən şəxs1lə birlikdə yalandan vəd edib aldadaraq 2022-ci ilin yanvar ayında Bakışəhəri, “Şamaxinka” adlanan ərazidə, Məkan kafesinin qarşısında Zərərçəkmiş şəxs2 1000 (min) manat pulunu alıb ələ keçirərək Təqsirləndirilən şəxs1lə aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 (min) manat ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu iləözgənin əmlakınıələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 mülkiyyətində olmadan Zərərçəkmiş şəxs1 qanunsuz satdığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin istismarında olan Böyükşor-Sumqayıt (Dş-700) magistral neft kəmərinin mühafizə zonasında yerləşən 0,025 ha torpaq sahəsində Zərərçəkmiş şəxs1 tikinti aparmasına Abşeron rayon İcra Hakimiyyətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsindən icazə alacağını yalandan vəd edib aldadaraq 2022-ci ilin yanvar ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində 1000 (min) manat, 2022-ci ilin mart ayında Mehdiabad qəsəbəsində 500 (beş yüz manat) pulunu alıb Təqsirləndirilən şəxs1lə aralarında bölərək vahid niyyətlə Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş, həmin zərərçəkmiş şəxs mülki iddiaçı, təqsirləndirilən şəxslər isə mülki cavabdeh qismində tanınmışlar. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasını onunla əsaslandırmışdır ki, o, cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. İşin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli nəticəsində 9600 manat məbləğində vəsaitindən məhrum olmuş, işdə zərərə düşmüşdür. Mülki cavabdehlər (təqsirləndirilən şəxslər) X5 və Təqsirləndirilən şəxs2 müştərək qaydada zərərçəkmiş şəxs kimi ona vurduğu mənəvi zərərə görə 7600 (yeddi min altı yü) manat, zərərçəkmiş kimi onun xeyrinə 2000 (iki min) manat olmaqla, ümumilikdə 9600 (doqquz min altı yüz) manat pul vəsaitin təqsirləndirilən şəxslər, mülki cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun illərdir ki, Mehdiabad qəsəbə sakini kimi tanıyır. 2022-ci ilin əvvəllərində Bəbir ondan xahiş etmişdir ki, torpaq sahəsi satdığı İlham və Ruslan adlı şəxslərə həmin torpaq sahələrində tikinti aparmağa icazə alsın. Bəbirin torpaq satdığı şəxslərin həmin torpaq sahəsində tikinti aparmasına İcra Hakimiyyətindən və Neft Şirkətindən icazə almaqda kömək edəcəyi barədə Bəbirə qabaqcadan söz vermişdir. Bəbir 2022-ci ilin əvvəlində bu barədə ona bildirdikdə, o, tikintiyə icazə almaq isytəyən şəxslərə bildirmişdir ki, tikintiyə icazə almaq üçün İcra Hakimiyyətinə hər torpaq sahəsinə görə 1000 manat, Neft şirkətindən icazə almağa görə hər torpaq sahəsinə görə 500 manat pul vermək lazımdır. Lakin İcra Hakimiyyətindən icazəni Bəbir özü almışdır. 2022-ci ilin yanvar ayında İlhamla Bakı şəhəri, “Şamaxinka” deyilən yerdə Bəbirlə birlikdə görüşmüşlər. Bakı şəhərində, “Şamaxinka” deyilən yerdə “Məkan” restoranında İlhamla, Bəbirlə birlikdə görüşüb çörək yemişlər. Restoranın qarşısında İlham ona 915 manat pul vermişdir. Həmin pulun 15 manatını ona qaytarmışdır. İlham pulu ona versə də, Bəbirə demişdir ki, “səni tanıyıram”, yəni cavabdeh odur. İlham getdikdən sonra ondan aldığı 900 manat pulu Bəbirə vermişdir. Bəbir həmin puldan ona 300 (üç yüz) manat vermişdir, qalan 600 (altı yüz) manat pulu cibinə qoyub oradan birbaşa Qusar rayonuna qızının evinə getmişdir. O da çıxıb öz evinə getmişdir. İlhamdan, Neft Şirkətindən tikintiyə icazə almaq üçün pul almamışdır. Həmçinin 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 də, Bəbirə İcra hakimiyyətindən tikintiyə icazə almaq lazım olduğunu bildirmişdir. Bəbir onu satdığı torpaq sahəsinə çağırmışdır. O və Bəbirin tanışı, usta Mübariz də orada olmuşdur. Bəbir Ruslana tikintiyə icazə üçün min manat pul lazım olduğu barədə bildirmişdir. Sonradan onlar birlikdə onun maşını ilə Mehdiabad qəsəbəsində “Araz” marketin yaxınlığında, köşkün qarşısında Ruslanla görüşmüşlər. Həmin vaxt o, maşından düşməmiş, Bəbir maşından düşüb Ruslandan 1000 (min) manat pul almış və maşına minib oradan gedərkən həmin pulu bölmüşlər. Bəbir Ruslanın verdiyi puldan 300 manat ona vermişdir, 100 manat isə Mübarizə vermişdir. Bəbir həmin puldan Mehdiabad qəsəbəsində 100 manat dəyərində onlara qonaqlıq vermiş, qalan pulu özünə götürmüşdür. Bundan başqa, tikintiyə Neft şirkətindən icazə almaq üçün Ruslandan Bəbir 500 (beş yüz) manat pul almışdır. Mehdiabad qəsəbəsində, "xxxx" kafesində Ruslnala danışmışlar və Neft şirkətindən tikintiyə icazə almaq üçün 500 manat pul verməsinin lazım olduğu barədə ona Bəbir bildirmişdir. Bəbir öz idarə etdiyi maşının açarlarını Mübarizə vermiş, Mübariz Ruslanla birlikdə onun evinə getmişlər. Mübariz Ruslandan aldığı 500 manat pulu gətirib "xxxx" kafesinin qarşısında Bəbirə vermişdir. Bəbir də həmin 500 manat pulu Mehdiabad qəsəbəsində, "xxxx" kafesinin qarşısında ona vermişdir. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın ona aid olan hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2002-ci ildən 2007-ci ilə kimi Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsində sürücü işləmişdir. Bələdiyyədə işləyərklən 2005-ci ilin fevral ayında X3 qəsəbəsinin ərazisində hazırda yaxınlığından neft kəməri keçən 0,030 ha torpaq sahəsini almışdır. O, qaçqın olduğu üçün adına torpaq verilə bilmədiyi üçün həmin torpaq sahəsini arvadının qohumu X8 adına sənədləşdirmişdir. Vüqar Qocayevin adından ona etibarnamə verilmişdir ki, o, bələdiyyənin ona verdiyi 0,30 ha torpaq sahəsindən istifadə edə bilsin. Torpaq sahəsini alması ilə bağlı ilikin bələdiyyə sənədləri vardır, lakin torpaq sahəsinə çıxarış almamışdır. Həmin torpaq sahəsi Bakışəhəri, Binəqədi rayon Bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli, 1652/1 saylı qərarına əsasən ona verilmişdir. 2005-ci ildə həmin torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisinə aid olduğu üçün torpaq sahəsini də ona Binəqədi rayon Bələdiyyəsi vermişdir. Lakin, hazırda həmin torpaq sahəsinin yerləşdiyi ərazi Abşeron rayonunun inzibati ərazisinə daxildir. Torpaq sahəsini alarkan yerləşdiyi ərazi boşluq olmuş, lakin sonradan həmin ərazidən neft kəməri çəkilmişdir. Ona məxsus torpaq sahəsinin 6 metri neft kəmərinin mühafizə zolağına düşmüşdür. Maddi ehtiyacı olduğu üçün torpaq sahəsinin bir hissəsini satmalı olmuşdur. Odur ki, bu barədə tanıdığı şəxslərə məlumat vermiş, bir neçə şəxsə torpaq sahəsi satmışdır. Onun torpaq sahəsi satdığı şəxslərdən biri olan Zərərçəkmiş şəxs2 , 2021-ci ilin oktyabr ayında yanına gəlib satışa çıxardığı həmin torpaq sahəsindən 0,25 ha torpaq sahəsini almaq istədiyini bildirmiş, torpaq sahəsini İlhama göstərmiş və İlham torpaq sahəsini bəyənmişdir. Zərərçəkmiş şəxs2 0,3 ha torpaq sahəsi satmağa razılaşmışdır. Həmin torpaq sahəsinin 0,05 hektarını ona pay vermiş, 0,25 ha torpaq sahəsini isə, ona 7500 manata verməyə razılaşmışdır. İlham 2021-ci ilin oktyabr ayında ona 4500 manat, daha sonra hissə-hissə olmaqla bir neçə dəfəyə, cəmi 3000 manat pul vermişdir. Torpaqları İlhama və digər şəxslərə satarkan qabaqcadan onlara vəd vermişdir ki, satdığı torpaqlarda tikinti aparılmasına icra hakimiyyətindən icazə alınmasında köməklik göstərəcəkdir. Sonradan Neft Şirkətindən də icazə almaq lazım gəldiyi üçün neft şirkətindən də icazə almaqda kömək etməyi öhdəsinə götürmüşdür. İcra Hakimiyyətindən və Neft şirkətindən, torpaq satdığı şəxslərin tikinti aparmalarına icazə almaqda ona kömək edəcəyini dostu Sahib öz üzərinə götürmüşdür. Sahibin tikintiyə icazə alacağı müqabilində aldığı pullardan ona da verəcəyini bildirmişdir. 2022-ci ilin əvvəllərində həm Abşeron rayon İcra Hakimiyyətinin işçiləri, həm də Neft Şirkətinin işçiləri torpaq satdığı şəxsləri, o cümlədən Zərərçəkmiş şəxs2 tikinti aparmağa qoymamışlar. Odur ki, 2022-ci ilin yanvar ayında Sahibə demişdir ki, İlhama satdığı torpaq sahəsində tikinti aparmağa Abşeron Rayon İcra Hakimiyyətindən icazə almaq lazımdır. Sahib demişdir ki, tikinti aparmaq üçün icazə almaqdan ötrü tikinti aparmaq istəyənlər hər biri 1000 manat pul verməlidir. O, bu barədə İlhama demiş, İlham həmin məbləğdə pulu verməyə razılaşmışdır. 2022-ci ilin yanvar ayının əvvəlində İlhamla o və Sahib Bakı şəhəri, “Şamaxinka” deyilən yerdə görüşmüşlər. İlhamla orada yerləşən “Məkan” restoranında çörək yemiş, sonra restoranın həyətində İlham Sahibə 915 manat pul vermişdir. Sahib, İlhamın ona verdiyi 915 manatın 15 manatını ona qaytarmışdır. İlham getdikdən sonra onun Sahibə verdiyi pulu bölmüşlər. Sahibə nə qədər pul verdiyi, özünə nə qədər pul götürdüyü yadında qalmamışdır. Neft Şirkətindən tikintiyə icazə almaq üçün İlhamdan nə o, nə də Sahib pul almamışlar. Sonradan İlham həmin ərazidə tikinti apara bilməmiş və torpağı qaytarıb, ondan pulunu geri tələb etmişdir. O, İlhamın ona verdiyi pulu qaytarmışdır, lakin ona 1000 manat borclu qalmışdır. Onun borcunu milliön aparatından bir dəfə 150 manat, bir dəfə 200 manat, iki dəfə də 300 manat ödəmiş. Bir dəfə Zərərçəkmiş şəxs2 400 manat dəyərində 500 ədəd mişar daşı vermişdir. Qalan pulları isə, ona dayısı, Binəqədi rayonunda makler olan İlhamın vasitəsiylə vermişdir. Bundan başqa, Bakı şəhəri, 7-ci mikrarayonda yaşayan Zərərçəkmiş şəxs3 ona zəng edib torpaq sahəsi almaq istədiyini bildirmiş, 2021-ci ilin yanvar ayında Ceyhun həyat yoldaşı ilə birlikdə Binəqədi qəsəbəsinə gəlib torpaq sahəsinə baxmış və 0,6 ha torpaq sahəsini almaq istədiyni bildirmişdir. Torpaq sahəsini qiymətləşmiş və torpağı 8.000 manata satacağı barədə razılaşmışlar. Torpaq sahəsinin neft kəmərinin mühafizə zolağına düşən hissəsindən 0,6 ha torpaq sahəsini Ceyhuna göstərmişdir. Ceyhuna demişdir ki, torpağa dair ona bələdiyyə sənədi verəcəkdir. Həmin vaxt Ceyhun torpaq sahəsi üçün ona həmin torpaq sahəsində 2000 manat pul vermişdir. Ceyhunla razılaşmışlar ki, torpağı almaq üçün qalan pulu hissəhissə ödəsin. Ceyhun ona 2021-ci ilin noyabr ayına kimi cəmi 8000 (səkkiz min) manat pul vermişdir. Həmin puldan Bakı şəhərində iki dəfə, hər dəfə 500 manat olmaqla vermişdir. Qalan məbləğdə pulları Abşeron rayonu, Mehdiabad qəsəbəsində dörd dəfəyə vermişdir. Axırıncı dəfə 2021-ci ilin noyabr ayında Mehdiabad qəsəbəsində, “Qarant” şəhərciyinin yaxınlığında 1500 manat pulu ona vermişdir. Ceyhun pulu ödədikdən sonra torpağı almaqdan imtina etmişdir. Bildirmişdir ki, xəstədir, ev tikə bilmir, ona görə də pulu qaytarmağını tələb etmişdir. O, Ceyhuna torpağa aid ilkin sənədləri vermək istəmiş, lakin o, imtina etmişdir. İstintaq dövründə Ceyhunla razılaşmış, Ceyhun ondan torpağı almış və Ceyhunun maddi ziyanı ödənilmişdir. Bundan başqa, 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 adlışəxs qayını ilə birlikdə onunla görüşmüşlər. Zərərçəkmiş şəxs1 torpaq sahəsi almaq istədiyini bildirmiş, o da Abşeron rayonu, Mehdiabad Gənclər şəhərciyinin yaxınlığında yerləşən həmin torpaq sahəsini Ruslana göstərmişdir. Ruslan həmin torpaq sahəsindən 0,25 hektarını almaq istədiyini bildirmiş, o da 2,05 ha torpaq sahəsini ona 5500 manata satmağa razılaşmışdır. 12 yanvar 2021-ci il tarixdə notariat kontorunda Ruslana etibarnamə ilə 0, 25 ha torpaq sahəsini vermiş və ondan 5500 manat pulu almışdır. O, Ruslana da qabaqcadan söz vermişdir ki, ona satdığı torpaq sahəsi üzərində tikinti aparmağa Abşeron rayon İcra Hakimiyyətindən və Neft şirkətindən icazə almaqda ona kömək edəcəkdir. Bir il sonra, Ruslan ona bildirmişdir ki, torpaq sahəsində tikinti işləri aparmaq istəyir. Ona görə dəİcra Hakimiyyətindən icazə almaqda ona kömək etməyi xahiş etmişdir. 2022-ci ilin yanvar ayında Ruslan ona bildirmişdir ki, torpaq sahəsində tikinti işləri aparmaq istəyir. Ona görə də İcra Hakimiyyətindən icazə almaq lazım olduğunu bildirmişdir. O, bu barədə Sahibə bildirmişdir. Sahiblə birlikdə onun mersedes markalı maşını ilə gedərək Mehdiabad qəsəbəsində “Araz” marketin yaxınlığında, köşkün qarşısında Ruslanla görüşmüşlər. Həmin vaxt o, maşından düşüb Ruslandan 1000 (min) manat pul almış və maşına minib oradan gedərkən həmin pulu Sahiblə aralarında bölmüşlər. Həmin puldan 300 manat Sahibə vermiş, 100 manat Mübarizə onun üçün tikinti işində işlədiyinə görə zəhmət haqqı vermişdir. 100 manat Sahibə və Mübarizə qonaqlıq verərəkən yeməkxanaya yemək pulunu vermişdir. Qalan pulu özü xərcləmişdir. Bundan başqa Neft Şirkətindən icazə almaqdan ötrü Sahib 2022-ci ilin mart ayında Ruslandan 500 (beş yüz) manat pul almışdır. Sahib Ruslana ona satdığı torpaq sahəsinin yaxınlığında yerləşən "xxxx" kafesində bildirmişdir ki, Neft Şirkətindən icazə almaq üçün 500 manat pul təcili çatmalıdır. Həmin məbləğdə pulu verməyə Ruslan razılaşmışdır. Həmin vaxt, onun üçün ustalıq edən Mübariz də onların yanında olmuşdur. O, öz maşınını Mübarizə vermiş, Mübariz Ruslanla birlikdə onun evinə getmişlər. Mübariz Ruslandan aldığı 500 manatı gətirib ona vermiş, o da həmin 500 manat pulu Mehdiabad qəsəbəsində, "xxxx" kafesinin qarşısında Sahibə vermişdir. Bundan başqa Ruslan ondan tikintidə istifadə etmək üçün armatur istəmişdir. O, Ruslandan armatur vermək üçün əlavə olaraq 300 manat pul almışdır. Aradan bir müddət keçdikdən sonra Ruslan torpaq sahəsini istəmədiyini və torpaq sahəsini qaytararaq pulunu geri almaq istədiyini bildirmişdir. Ruslanın pulunu qaytara bilmədiyi üçün Ruslan ondan şikayət etmişdir. Səməmi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiklərini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında özünə ev tikmək üçün torpaq sahəsi almaq istəmiş, internet saytında olan elan əsasında Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Mehdiabad “Gənclər şəhərciyinin” yaxınlığında yerləşən ərazidə torpaq sahəsi satdığı barədə məlumat əldə etmiş, Bəbirlə əlaqə yaradaraq onunla görüşmüş və Bəbir satdığı torpaq sahəsini ona təqdim etmişdir. Bəbir neft kəmərinin yaxınlığından keçən boş torpaq sahəsini göstərərək satmaq üçün ona göstərmiş, o da torpaq sahəsini bəyənərək 0,025 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini almaq üçün 12 yanvar 2021-ci il tarixdə yaşadığı Mehdiabad qəsəbəsi, Zaur Həbibov küçəsi, döngə 1, ev 92 ünvanında Bəbirə 5500 (beş min beş yüz) manat pul vermişdir. Həmin gün Bəbir ona etibarnamə və torpaq sahəsinə aid olduğunu bildirdiyi ilkin bələdiyyə sənədinin kserosurətini də vermişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Bəbir ona zəng edib onu torpaq sahəsinə çağırmışdır. Torpaq sahəsinə gəldikdə Bəbir, Sahib və Mübariz birlikdə torpaq sahəsində olmuşlar. Orada Bəbirdən torpaq sahəsi alan bir neçə şəxs də olmuşdur. Bəbir orada Sahibin Abşeron rayon İcra Hakimiyyətində işlədiyini və torpaq sahəsində tikinti işləri aparmağa icazə işini həll edəcəyini bildirmişdir. Tikintiyə icazə almaq üçün 1000 (min) manat pul verilməsini ondan tələb etmişdir. Sahib bildirmişdir ki, tikintiyə icazə məsələsini həll etmişdir. Bu gün pul çatmalıdır. O da evə gedib 1000 manat pul götürmüş, Mehdiabad qəsəbəsində, “Araz” marketin yaxınlığında Bəbirə vermişdir. Həmin yerə Bəbir Sahibin idarə etdiyi mersedes markalı maşınla gəlmişdir. Bəbir ondan pulu almış və Sahibin maşınına əyləşmiş və pulu Sahibə vermişdir. Sonra o, çıxıb getmişdir. Təxminən on gün sonra, 2022-ci ilin yanvar ayında Bəbir yenidən ona zəng edib torpaq sahəsinəçağırmış, bildirmişdir ki, Sahib də gəlib, icazə məsələsində problem var, gəl. O, yenidən torpaq sahəsinə getmiş və orada Sahib, Bəbir və Mübarizlə görüşmüşdür. Sahib bildirmişdir ki, icra hakimiyyətindən tikintiyə icazə almışdır, həmçinin Neft şirkətindən tikintiyə icazə verilməsinərazılıq almışdır. Neft Şirkətinə tikintiyə icazəüçün 500 (beş yüz) manat pulun həmin gün çatmalı olduğunu bildirmçişdir. Odur ki, o, Mübarizlə birlikdə onun idarə etdiyi maşınla evinə getmiş, evdən 500 manat pul götürüb Mübarizə vermişdir ki, aparıb Sahibə versin. Bundan bir neçə gün sonra Bəbir, hasar tikmək üçün sement alacağını deyib ondan torpaq sahəsində 100 manat pul almışdır. Bundan başqa Bəbir ondan 500 manat borca pul istəmiş vəəvəzində tikinti apararkan ona armatur verəcəyini bildirmişdir. O, 500 manat məbləğində borc pulu ona Bəbirə 2022-ci ilin aprel ayında tikintiyə icazə adı ilə verdiyi pullardan sonra, axırıncı dəfə yaşadığı evin qarşısında Mübarizin yanında vermişdir. Beləliklə, o, Bəbirə cəmi 7600 ( yeddi min altı yüz) manat pul vermişdir. Lakin sonradan tikintiyə icazə verilmədiyi üçün o, Bəbirdən pulunun qaytarılmasını tələb etmişdir. Lakin Bəbir onun pulunu qaytarmamışdır. Torpaq sahəsini satarkan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona satacağı torpaq sahəsinin ilkin bələdiyyə sənədləri vardır. Ona həmin sənədlərin kserosurətini və etibarnamə vermişdir. Həmçinin bildirmişdir ki, torpaq sahəsinə Dövlət Reyestr xidmətindən onun adına çıxarış da alacaqdır. Eyni zamanda tikinti aparılması üçün Abşeron rayon İcra Hakimiyyətindən və Neft şirkətindən icazə alacağını da vəd edib üzərinə götürmüşdür. Lakin sonradan vədinə əməl etməmişdir. Torpaq sahəsinə çıxarış almamış, İcra hakimiyyətindən və Neft şirkətindən də tikinti aparılmasına icazə almamışdır. Sonradan o, torpaq sahəsinə çıxarış almaq üçün özü Abşeron rayonu üzrə Dövlət Reyestr xidmətinə müraciət etmişdir. Reyestr xidmətinin əməkdaşı əraziyə baxış keçirmiş və bildirmişdir ki, torpaq sahəsi Neft şirkətinin balansındadır, ona görə də, həmin torpaq sahəsinəçıxarış verilə bilməz. Bundan sonra o, Təqsirləndirilən şəxs1 pulunun qaytarılmasını tələb etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında torpaq sahəsi almaqla əlaqədar Təqsirləndirilən şəxs1lə Abşeron rayonu, Mehdiabad qəsəbəsində görüşmüş, Bəbir ona Abşeron rayonu, Mehdiabad “Gənclər şəhərciyinin” yaxınlığında boş torpaq sahəsini göstərmiş, o, torpaq sahəsini bəyənmiş və 0,4 ha torpaq sahəsini 8500 manata almaq barədə razılaşmışdır. Bəbir ona bildirmişdir ki, torpaq sahəsinin satış pulunu tam ödədikdən sonra həmin torpaq sahəsini onun adına sənədləşdirərək və onun adına torpaq sahəsinə dair sənəd verəcəkdir. 2021-ci ilin mart ayının axırlarında Bəbirin ona göstərdiyi torpaq sahəsində Bəbirə 2000 manat pul vermişdir. Qalan 6500 manat pulu isə, Bəbirə 2021-ci ilin aprel ayından başlayaraq həmin ilin avqust ayının axırına kimi bir neçə dəfəyə vermişdir. Torpaq sahəsi almaq üçün Təqsirləndirilən şəxs1 2021-ci ilin mart ayından həmin ilin avqust ayının axırına kimi cəmi 8500 (səkkiz min beş yüz) manat pul vermişdir. Bəbir, satdığı torpaq sahəsinin pulunu tam şəkildə almasına baxmayaraq ona heç bir sənəd verməmişdir. O, Bəbirdən dəfələrlə torpağın sənədini tələb etsə də, Bəbir ona sənəd verməmişdir. Belə olduqda o, Bəbirdən onun pulunu qaytarmasını tələb etmiş, lakin Bəbir onun pulunu qaytarmadığı üçün o, Bəbirdən şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sonlarında özünə Bakı şəhərinin yaxınlığında torpaq sahəsi alıb ev tikmək istəmiş, münasib qiymətə torpaq sahəsi axtararakan qardaşı Elvin, onun Bəbir adlı tanıdığı şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsində torpaq sahəsi satdığını demişdir. Qardaşı Elvinlə birlikdə Bəbirlə Abşeron rayonu, Mehdiabad qəsəbəsində görüşmüş, Bəbir neft kəmərindən bir qədər aralıda olan boş torpaq sahəsini göstərərək demişdir ki, həmin torpaq sahəsi onundur. Bildirmişdir ki, həmin torpaq sahəsinə bələdiyyə sənədi vardır. O, Bəbirdən 0,03 ha torpaq sahəsi almaq istədiyimni bildirmişdir. Bəbir 0,03 ha torpaq sahəsini ona 9000 manata satacağını bildirmişdir. Bəbir ona vəd etmişdir ki, satdığı torpaq sahəsinə onun adına sənəd düzəldəcək və tikinti aparılmasına Abşeron rayon İcra Hakimiyyətindən icazə də alacaqdır. Sənəd düzəltmək və tikintiyə icazə almaq da daxil olmaqla torpağı 8500 (səkkiz min beş yüz) manata alacağı barədə razılaşmışlar. Bəbir bildirmişdir ki, torpaq sahəsinin pulunu verdikdən üç gün sonra tikintiyə başlaya bilər. 02 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, “Qarant” şəhərciyində, “qarabağ” kafesində Bəbirə 4500 manat pulu qardaşı Elvinin və Bəbirin tanışı Mübarizin yanında vermişdir. Bundan sonra, 13 oktyabr 2021-ci il tarixdə aldığı torpaq sahəsində Elvin və Mübarizin yanında Bəbirə 2000 manat pul vermişdir. Bundan başqa 2021-ci ilin dekabr ayında bir neçə dəfəyə 200 manat, 300 manat və 500 manat olmaqla cəmi 1000 manat Bəbirə pul vermişdir. 03 yanvar 2022-ci il tarixdə Bəbir ona zəng edib, torpaq sahəsinə hasar çəkmək üçün İcra hakimiyyətindən icazə almaqdan ötrü 1000 (min) manat pul vermək lazım olduğunu bildirmişdir. Odur ki, həmin gün Bakışəhərində, “Şamaxinka” deyilən yerdə Bəbir və onun dostu Sahib adlı şəxslə görüşmüşlər. Bəbir tikinti aparmağa icazəni Sahibin alacağını demiş və ona bildirmişdir ki, pulu Sahibə versin. O, 1000 (min) manat pulu Sahibə vermiş, lakin Bəbirə demişdir ki, onu tanıyır. Lakin sonradan torpaq sahəsinə hasar çəkmək istəyərkən İcra hakimiyyəti hasarı tikməyə qoymamış və hasarı uçurtmuşdur. O, Bəbirdən torpaq sahəsinə sənəd tələb etmişdir. Dəfələrlə Bəbirdən torpağa aid sənəd tələb etsə də, Bəbir ona satdığı torpaq sahəsinə dair sənəd verə bilməmişdir. Odur ki, o, Bəbirdən pulunu qaytarmasını tələb etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır. Onun evində usta işləmişdir. Sonradan, Bəbirin satdığı torpaq sahələrində də usta işləmişdir. Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 torpaq satışında iştirak etmiş, lakin həmin şəxslərə torpaq satışından maddi marağı olmamış, bununla əlaqədar Bəbir ona pul verməmiş və o da Bəbirdən bununla əlaqədar pul almamışdır. Bəbirin torpaq satdığı şəxslərin torpaq sahələrinə hasar çəkərək pul qazanmışdır. Bəbirlə ona görə yoldaşlıq etmişdir ki, onun torpaq satdığı şəxslər onu usta kimi işlətsinlər və o, tikintidə usta işləməklə pul qazansın. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 Mehdiabad “gənclər şəhərciyinin” yaxınlığında 0,03 ha torpaq sahəsi göstərmiş və İlham həmin torpaq sahəsini bəyənmiş, torpağı almaq barədə razılaşmışdır. Bəbirin həmin torpağı hansı qiymətə satması yadında qalmamışdır. 2021-ci ilin oktyabr ayının əvvəlində Mehdiabad qəsəbəsində, Qarant şəhərciyində yerləşən “Qarabağ” kafesinə Bəbirlə birlikdə getmişlər. Orada Zərərçəkmiş şəxs2la görüşmüşlər. İlhamın qardaşı da onun yanında olmuşdur. Orada İlham, Bəbirdən almaq istədiyi torpaq sahəsinin dəyərindən 4500 manat pul Bəbirə vermişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının axırlarında Bəbirlə İlham, Bəbirin ona satmaq istədiyi torpaq sahəsində görüşmüşlər. Bəbir onu da özü ilə aparmışdır ki, həmin torpaq sahəsinə lazım gəlsə hasar çəksin. Orada İlham qardaşının və onun yanında Bəbirə 2000 manat pul vermişdir. O, İlhamın aldığı torpaq sahəsinin hasarını tikməyə başlamış, hasarı təxminən bir metr hündürlükdə hördükdən sonra İcra hakimiyyəti icazə verməmişdir. Sonradan İlham torpağı almaqdan imtina etmiş və pulunu qaytarmasını tələb etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 satmaq istədiyi torpaq sahəsində bir neçə dəfə olmuşdur. Lakin Bəbirin, torpaq sahəsini Ruslana hansı qiymətə satdığı ona məlum deyildir. Bəbirin Ruslana satdığı torpaq sahəsində olarkan tikintiyə icazə almaq üçün pul lazım olduğundan Bəbir özünə məxsus VAZ 2102 markalı maşını ona verərək bildirmişdir ki, Ruslanla birlikdə onun evinə getsin, Ruslandan 500 manat pul alıb gətirsin. O da Ruslanla birlikdə onun yaşadığı Mehdiabad qəsəbəsindəki evinə getmiş, evin qarşısında maşında gözləmiş, Ruslan evə gedib 500 manat pul gətirmiş və ona vermişdir. O da həmin pulu gətirib torpaq sahəsində Bəbirə vermişdir. Sonrakı hadisələrdə iştirak etməmişdir. Bəbir ona torpaq satışı ilə əlaqədar pul verməmişdir. O, torpaq sahələrinin ətrafına hasar tikərkən ustalıq işinə görə tikinti sahiblərindən və Bəbirdən zəhmət haqqı olaraq pul almışdır. O, Sahibi Bəbirin vasitəsi ilə onun yanında görərkən tanımışdır. Sahib torpaq üzərində tikinti aparılmasına icazə almaqla Bəbirə kömək etmişdir. Tikintiyə icazə aldığına görə Bəbirin Sahibə nə qədər pul verdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun bacısı qızının həyat yoldaşıdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Onunla əvvəllər dostluq etmişlər. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 torpaq sahəsi almasından onun əvvəllər xəbəri olmamışdır. 2023-cü ilin əvvəllərində, tarixini xatırlamadığı gündə Bəbir ona zəng edərk onunla görüşmək istədiyini bildirmiş, onunla Mehdiabad qəsəbəsində “Qarant” şəhərciyində çayxanada görüşmüşlər. Bəbir ona bildirmişdir ki, İlhama torpaq sahəsi sataraq ondan 8000 manat pul almış, torpağa sənəd düzəldə bilmədiyi üçün İlham pulunun qaytarılmasını ondan tələb edir. Bəbir demişdir ki, pulu sabah qaytarmaq üçün İlhama söz vermişdir. Pulu qaytarmaq üçün evini satlığa qoymuşdur. Xahiş etdi ki, İlhamdan onun pulunu qaytarmaq üçün Bəbirə on gün vaxt verməsini xahiş etsin. O, Bəbiri uzun müddət ərzində tanıdığı üçün ona inanmış və İlhama zəng edib Bəbirə vaxt verməsini istəmişdir. İlham razılaşmış, lakin vaxt tamam olanda Bəbir İlhamın pulunu qaytarmamış və onun telefonuna cavab verməmişdir. O,Bəbirin evinə gedib onunla görüşmüş və onu pis vəziyyətdə qoyduğunu ona demiş, Bəbir yenə də demişdir ki, İlhamdan vaxt alsın, pulu verəcək. O, yenə də İlhama zəng edib Bəbirə vaxt verməsini istəmiş və İlham Bəbirə vaxt vermişdir. Bəbir uzun müddət ərziində pulu qaytaracağına dəfələrlə söz verib onu qohumlarının qarşısında yalançı vəziyyətində qoysa da, o, İlhama olan borcunu hissə-hissə ödəmişdir. Birinci dəfə ona Binəqədi daiərəsində 300 ABŞ dolları vermişdir. Bundan sonra Bəbirlə mütəmadi əlaqə saxlayaraq ondan İlhama verəcəyi pulları hissə-hissə olmaqla almışdır. Axırıncı dəfə Bəbirdən 2023-cü ilin may ayında Binəqədi rayonununda “Binəqədi” çayxanasında Bəbirdən İlhamın pulundan 170 manat pul almış, orada Bəbir, İlham və o birlikdə Bəbirin onun vasitəsilə İlhama qaytardığı pulları hesablamışlar. Məlum olmuşdur ki, Bəbirin İlhama cəmi 1700 (min yeddi yüz) manat borcu qalmışdır. Lakin Bəbir bildirmişdir ki, həmin 1700 manat pulun 1000 manatını İlham Sahibə tikintiyə icazə almaq üçün vermişdir. İlham da təsdiq etmişdir ki, doğrudan da 1000 manat pulu o, tikintiyə icazə almaq üçün Sahibə vermişdir. X12 700 (yeddi yüz) manat, Sahibin isə İlhama 1000 (min) manat borcu qalmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs1 əvvəllər Binəqədi bələdiyyəsində onunla birlikdə işləmişdir. Aralarında səmimi münasibətləri vardır. Bəbirdən Mehdiabad qəsəbəsində 0,04 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini ona Bəbir etibarnamə əsasında vermiş və ilkin bələdiyyə sənədlərinin surətini də vermişdir. Bəbirdən aldığı torpaq sahəsi neft kəmərinə yaxın ərazidə yerləşdiyi üçün tikintiyə icazə verilməmiş, ona görə də orada tikinti aparmamışdır. Lakin aldığı torpaq sahəsindən xoşu gəlir, həmin torpaq sahəsi iləəlaqədar Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. 2021-ci ilin sonlarında qardaşı İlham ona bildirmişdir ki, həyət evi tikmək üçün torpaq sahəsi axtarır. O, bildirmişdir ki, Bəbirdən torpaq sahəsi almışdır və yaxşı torpaqdır. Məsləhət görmüşdür ki, onun aldığı torpaq sahəsinin yaxınlığında Bəbirdən torpaq sahəsi münasib qiymətə almaq olar. Odur ki, Bəbirlə danışmış və qardaşı İlhamla birlikdə gedərək torpaq sahəsinə baxmışlar. Torpaq sahəsi qardaşının xoşuna gəlmiş və almaq istədiyini bildirmişdir. Qiymətləşib torpaq sahəsini sənədləşməsi və tikintiyə icazə alınması da daxil olnaqla cəmi 8500 manata razılaşmışlar. 2021-ci ilin oktyabr ayının əvvəllərində qardaşı ilə birlikdə Bəbirlə Mehdiabad qəsəbəsində, Qarant şəhərciyində yerləşən “Qarabağ” kafesində görüşmüşlər. Bəbirin tanışı Mübariz də yanında olmuşdur. Kafedəçay içmişlər vəİlham orada Bəbirə 4500 manat pul vermişdir. Qalan pulları da hissə-hissə verəcəyini bildirmişdir. 2021-ci ilin oktyabr ayının ortalarında qardaşıİlham onun və Mübarizin yanında aldığı torpaq sahəsində Bəbirə 2000 manat da vermişdir. Sonradan qardaşı İlham 1000 manat Bəbirə, 1000 manat da tikintiyə icazə almaq üçün onun dostu Sahibə vermişdir. Lakin həmin pulların verilməsində o, iştirak etməmişdir. Sonradan qardaşı tikinti apara bilmədiyi və Təqsirləndirilən şəxs1 qardaşına satdığı torpaq sahəsinə dair onun adına Reyestr xidmətindən çıxarış ala bilmədiyinə görə torpağı qaytarmış, pulunu Bəbirdən almaq üçün şikayət etmişdir. Ona məlumdur ki, Bəbir, qardaşı İlhama olan borcunun çoxunu qaytarmışdır. Tikintiyə icazə üçün Sahibə verdiyi 1000 manat pulu isə, Sahib qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Quliyev X7 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.4-cü maddəsinə əsasən 2500 manat cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı iləəməli CM-nin 178.1ci maddəsinə tövsif edilərək cərinmə cəzasından azad edilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nə xx.xx.2024-cü il tarixdə cinayət nəticəsində vurulmuş təqsirləndirilən şəxsə münasibətdə 1250 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 376 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə mülki iddia verilmişdir, ona dair ayrıca qiymətləndirmə aparılacaqdır; cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxslər barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı təqsirləndirilən şəxslərə, mülki cavabdehlərə qarşı mülki iddia qaldırmışdır. Lakin məhkəmə iclasının gedişində iş üzrə dəymiş maddi ziyan ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, mülki iddiaçı zərərçəkmiş şəxs ərizə verərək, təqsirləndirilən şəxslər ona vurduğu zərəri ödədiklərini, bu səbəbdən mülki iddiadan imtina etdiyini göstərmiş və mülki iddiaya dair hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Belə olan halda, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər, mülki cavabdehlər tərəfindən vurulmuş ziyanın tam olaraq ona ödənildiyi, təqsirləndirilən şəxslələr barışdığı, onlardan heç bir şikayət və tələbinin olmadığı barədə ərizə verməsi, eyni zamanda mülki iddiadan imtina etməsi yazılı müraciəti nəzərə alınaraq, bu imtina qəbul olunaraq mülki iddiaya dair hissədə işin icraatına xitam verilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Zərərçəkmiş şəxs, mülki iddiaçı təqsirləndirilən şəxslər, mülki cavabdehlərə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiasından imtina etməsi nəzərə alınaraq, həmin hissədə işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-255/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-255/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver