Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-256/2020 14.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Mürsəddin qızının, Təqsirləndirilən şəxs və onun müdəfiəçisi, vəkil Müdafiəçi1, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, ev 26, mənzil 7-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs2 X5 məxsus Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisində yerləşən 0.02 ha torpaq sahəsini göstərib özünə məxsus olduğunu bildirərək, ona 14000 manata satacağı adı ilə aldadaraq xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən X4 məxsus evdə 11000 manat məbləğində pulunu və xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı notariat kontorunun inzibati binasının qarşısında isə həmin 0.02 ha torpağa alqı-satqı müqaviləsi bağlanacağı adı ilə Zərərçəkmiş şəxs2 əmisi Şahid4 «xxxxxxxx» MMC-nin icarə sənədinin surətini göstərib xx.xx.2017-ci il tarixdə etibarnamə verərək 3000 manat məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 14000 (on dörd min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs1 Şahid6 məxsus xx.xx.2014-cü il tarixli **********94 reyestr nömrəli Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsini göstərib özünə məxsus olduğunu bildirərək, 21000 manat məbləğində pula satacağı adı ilə aldadaraq xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs1 bacısının həyat yoldaşı Şahid2 Zərərçəkmiş şəxs1 məxsus 7000 manat məbləğində, 2018-ci ilin yanvar ayında həmin ünvanda həmin şəxsdən 2000 manat məbləğində, 2018ci ilin fevral ayında həmin ünvanda həmin şəxsdən 2000 manat məbləğində, 2018-ci ilin mart ayında həmin ünvanda həmin şəxsdən 2000 manat məbləğində, 2018-ci ilin aprel ayında həmin ünvanda həmin şəxsdən 1000 manat məbləğində, 2018-ci ilin aprel ayının əvvəllərində həmin ünvanda həmin şəxsdən 4000 manat məbləğində və xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariat kontorunun inzhibati binasında Zərərçəkmiş şəxs1 1000 manat məbləğində nağd pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 19000 (on doqquz min) məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əmisi Xosrovun, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən, lakin Abşeron rayonu inzibati ərazisinə daxil edilən “Ramana” südçülük sovxozunun ərazisində dövlətdən 99 illiyə icarəyə götürmüş olduğu 2 ha torpaq sahəsi vardır. Hansı ki, həmin ərazi əmisi Xosrovun təsisçisi olduğu “xxxxxxxx” MMC tərəfindən sahibkarlıq fəaliyyəti üçün istifadə olunur. Təxminın 2016-cı ilin yay aylarında onun pula ehtiyacı olduğundan, qərara gəlmiş ki, ona heç bir aidiyyatı olmayan, əmisi Xosrova məxsus “xxxxxxxx” MMC-nin icarəsində olan ərazinin bir hissəsini satmaq adı ilə pul qazansın. Bu məqsədlə qohumu olan “Mano” kimi tanınan əsl adı Şahid7 xahiş etmiş ki, qeyd olunan ərazidə əmisinə məxsus “xxxxxxxx” MMC-nin icarəsində olan torpaq sahəsində ev tikmək üçün torpaq almaq istəyən müştəri tapsın. Manuel də bir qohum kimi ona bu işdə köməklik edəcəyini bildirmişdir. Təxminən 2016-cı ilin avqust ayının sonlarında Manuel ona müraciət edərək, həmin ərazinin yaxınlığında yaşayan Vətən adlı şəxsin vasitəsi ilə qeyd olunan torpaq sahəsinin 0.02 ha müştəri tapdığını, həmin İradə adlı qadın müştəri ilə görüşüb 0.02 ha torpaq sahəsini 14.000 manata satmaq barədə razılığa gəldiklərini və qadının torpağa görə 11.000 manat pulu artıq verdiyini, qalan 3.000 manatı isə torpağın sənədləşməsi başa çatdıqdan sonra verəcəyini bildirib onunla görüşüb həmin 11.000 manatı vermək istədiyini söyləmişdir. Razılaşıb Manuellə görüşüb həmin məbləğdə pulu alıb və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin bir aydan sonra Manuel ona zəng vuraraq, İradənin torpağa dair sənədləri tələb etdiyini bildirmişdir. Torpaq sahəsi ona məxsus olmadığından sonuncuya heç bir sənəd verə bilməz. Buna görə də Manuelə hər şeyi qaydasına qoyacağını bildirib, ondan İradənin və sonuncunun atasının mobil telefon nömrəsini alıb onlara zəng vurub, yaxın vaxtlarda torpağın sənədləşməsinin başa çatacağını bildirmişdir. Buna baxmayaraq artıq 2017-ci ilin əvvəllərindən İradə və atası ona zəng vuraraq, vermiş olduqları 11.000 manatı geri tələb edirmişlər. Sonuncuların şikayət edəcəklərindən ehtiyat edib, təxminən 2017-ci ilin fevral ayının əvvəllərində İradənin atası ilə görüşüb, ona “xxxxxxxx” MMC-nin həmin torpaq sahəsinə aid çıxarışı əmisindən xəbərsiz əldə etdiyi kserosurətini verərək, həmin sənədin İradənin almış olduğu torpağa aid olduğunu bildirmişdir. İradənin atası Müsrəddin ona inansa da, qızı İradə inanmamış və həmin sənədin onun almış olduğu torpağa aid olmadığını bildirib, yenə torpağa görə vermiş olduğu pulları geri tələb etməyə başlamışdır. Bu səbəbdən çarəsiz qalıb “xxxxxxxx” MMC-nin təsisçilərindən biri olan Caviddən xahiş etmiş ki, İradınin əmisi Ələddinin adına mülki etibarnamə versin. Cavid məsələnin nədən ibarət olduğunu bilməsə də, formal bir mülki etibarnamə verməyə razılıq vermişdir. Buna görə də İradənin atasına zəng vurub torpağın sənədləşməsinin tam hazır olduğunu bildirərək, qalan 3000 manatı da qızından götürüb Xırdalan şəhərində yerləşən notariat kontorunun qarşısına gəlməsini xahiş etmişdir. xx xxxxx 2017-ci il tarixdə Müsrəddin qardaşı Ələddinlə birlikdə Xırdalan şəhərinə, notariat kontorunun qarşısına gəlmişlər. İradə Özbəkistan Respublikası vətəndaşı olduğundan, onlardan almış olduğu torpaq sahəsini əmisi Ələddinin adına rəsmiləşdirmək istəyirmiş. Bu səbəbdən də Müsrəddini aldadaraq notariat kontorunda onun qardaşı ilə torpağa dair alqı-satqı müqaviləsi bağlayacaqlarını bildirib, Cavidin adından Ələddinin adına mülki etibarnamə almışdır. Sonra Cavid çıxıb getmiş və özü həmin etibarnaməni Müsrəddinə torpağa dair sənəd kimi təqdim edib, qalan 3000 manatı almışdır. Müsrəddin sənədləşməni başa çatdığına inanıb həmin etibarnaməni alıb getmişdir. Bundan bir neçə saat sonra İradə ona zəng edib onları nə üçün aldatdığını deyib, ondan ya torpağa dair sənədi, ya da verdiyi 14.000 manatı qaytarmağını tələb etmişdir. Həmin pulları xərclədiyinə görə İradədən aldığı pulları qaytara bilməmişdir. İradəni aldadaraq ələ keçirdiyi cəmi 14.000 manat puldan heç kimə, o cümlədən Manuelə verməmiş, hamısını özü xərcləmişdir. Manuelin və başqa kiminsə, onun İradəni aldadaraq, pullarını ələ keçirəcəyindən xəbərlərii olmamış, onlar həmin torpaq sahəsinin həqiqətən özünə məxsus olduğunu düşünürmüşlər. Bundan başqa onun özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində torpaq sahəsi vardır. Sərtib adlı şəxs isə onun qohumudur, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs1 isə əvvəllər tanımamışdır. Sərtib, Ramana qəsəbəsində yaşadığına görə, sonuncunun həmin ərazidə torpaq sahəsinin olduğunu bilirmiş. Sərtibə demiş ki, əgər həmin ərazidə torpaq sahəsi almaq istəyən olsa ona xəbər etsin. Sərtibdə 2017-ci ilin dekabr ayında onun mobil telefonuna zəng edərək, bir nəfər Şaiq adlı qonşusunun həmin ərazidə torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinii əvvəllər tanımadığı Şaiq və Samir adlı şəxslərə göstərmişdir. Samir adlı şəxsə torpaq sahəsinin hər bir sotunu 3500 manat məbləğində satdığını bildirmişdir. Samir ona 0.04 ha torpaq sahəsi lazım olduğunu və həmin torpağın pulunun sonuncu ona hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Samirlə ona torpaq sahəsinin pulunu hissə-hissə ödəyəcəyinə və onun isə həmin torpaq sahəsinin çıxarışını alacağına razılaşmışlar. Bu söhbətdən təxminən 2-3 gün keçdikdən sonra, xx.xx.2017-ci il tarixdə onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ofisinə Sərtiblə birlikdə Şaiq gəlmiş və həmin ofisdə Şaiq ona 7000 manat məbləğində pul vermişdir. Şaiq ona həmin pulu verən zaman, həmin pulu Samir göndərdiyini bildirmişdir. Bundan sonra 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən ofisdə 2000 manat, fevral ayında 2000 manat, mart ayında 2000 manat və sonuncu dəfə 2018-ci ilin aprel ayında Şaiq ona 1000 manat məbləğində pul vermişdir. Beləliklə, 2018-ci ilin aprel ayına qədər olan müddət ərzində Şaiq ona Samirin adından ümumilikdə 14000 manat pul vermiş və həmin sözügedən 0.04 ha torpaq sahəsinə dair Samirə torpağın çıxarışını verməliymiş. Çünki Samirin onunla danışığı belə olmuşdur ki, əks halda həmin torpaq sahəsini Samir almayacaq. Samirə bildirmişki, həmin torpaq sahəsinə Samirin adına çıxarış alıb ona verəcəkdir. Bundan sonra Samir ondan yenə əlavə olaraq 0.02 ha torpaq sahəsi almaq fikrinə gəlmiş və Samirlə razılaşmışdır. Həmin 0.02 ha torpaq sahəsinə görə Samir əlavə olaraq ona 7000 manat məbləğində pul verməliymiş. Bundan sonra Şaiq Samirin adından ona 4000 manatı 2018-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən ofisdə çatdırmışdır. Sonucu dəfə xx.xx.2018-ci il tarixdə Samir ona Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariusun inzhibati binasında 1000 manat pul vermişdir. Həmin 0.02 ha torpaq sahəsinə görə Samirin ona 2000 manat borcu qalmışdır. Samirə həmin notariusda 0.06 ha torpaq sahəsinə görə alqı-satqı müqaviləsi vermişdir. Samirə həmçinin uzağı 1-2 aya həmin 0.06 ha torpaq sahəsinə görə çıxarış verəcəyini bildirmişdir. Lakin, dediyi vaxt ərzində Samrə çıxarış verə bilmədiyinə görə Samir ondan öz pulunu geri istəmişdir. Həmin pulu öz şəxsi ehtiyaclarıma xərclədiyinə görə həmin pulu Samirə qaytara bilməmişdir. Onun həmin torpaq sahəsinə çıxarış ala bilmədiyinin səbəbi, sənədlərlə Samirə satdığı torpaq sahəsinin, faktiki olan torpaq sahəsinin koordinatları ilə düz gəlməməsi olmuşdur. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək onlarla barışmış, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, torpaq sahəsi almaq fikrinə gəlibmiş və bununla bağlı 2017-ci ilin noyabr-dekabr aylarında Ramana qəsəbəsində Sərtib adlı şəxslə tanış olmuşdur. Sərtib onun Ramana qəsəbəsində yaşayan yeznəsi Şahid2 ilə qonşusu olubmuş. Sərtib isə onun Torun adlı şəxsin torpaq sahəsi olduğunu və ümumi olaraq 0.04 ha torpaq sahəsini 14.000 manata satdığını bildirmişdir. Həmin torpaq sahəsi onun xoşuna gəldiyi üçün ilkin olaraq Şaiqə 7000 manat pulu vermiş ki, aparıb Toruna çatdırsın, çünki həmin vaxtı onun başqa işləri olmuşdur. Şaiqdə xx.xx.2017-ci il tarixdə həmin 7000 manat pulu Sərtibin yanında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən ofisdə vermişdir. Bundan sonra 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən ofisdə 2000 manat, fevral ayında 2000 manat, mart ayında 2000 manat və sonuncu dəfə 2018-ci ilin aprel ayında Şaiq onun adından Toruna 1000 manat məbləğində pul vermişdir. Həmin pulları Şaiqə vermişdir ki, Toruna çatdırsın. Beləliklə, 2018-ci ilin aprel ayına qədər olan müddət ərzində Toruna ümumilikdə 14000 manat pul vermişdir ki, Torunda həmin sözügedən 0.04 ha torpaq sahəsinə dair ona torpağın çıxarışını versin. Çünki onun Torunla danışığı belə olmuşdur ki, əks halda həmin torpaq sahəsini almayacaq. Torunda ona bildirmişdir ki, həmin torpaq sahəsinə onun adına çıxarış alıb verəcək. Bundan sonra Torundan yenə əlavə olaraq 0.02 ha torpaq sahəsi almaq fikrinə gəlmişdir. Bu səbəbdən Toruna zəng edib bildirmişdir. Torunda onunla razılaşmış və 0.02 ha torpaq sahəsinə görə o, Toruna əlavə olaraq 7000 manat məbləğində pul verməliymiş. Bundan sonra o, Şaiqə 4000 manat pul vermiş ki, həmin pulu Toruna çatdırsın, Şaiqdə həmin 4000 manatı 2018-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən ofisdə Toruna vermişdir. Sonucu dəfə xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariusun inzhibati binasında Toruna 1000 manat pul vermihdir. Həmin 0.02 ha torpaq sahəsinə görə onun Toruna 2000 manat borcu qalmışdır. Torunda ona həmin notariusda 0.06 ha torpaq sahəsinə görə alqı-satqı müqaviləsi vermişdir. Torun həçinin uzağı 1-2 aya həmin 0.06 ha torpaq sahəsinə görə ona çıxarış verəcəkmiş. Torundan aldığı torpaq sahəsini divar daşlarından hasara almış və həmin işə görə 2500 manat məbləğində pul xərcləmişdir. Bundan sonra Torundan hər dəfə torpaq sahəsinə olan çıxarışı tələb etdikdə, sonuncu hər dəfə ona yalandan vedlər verirmiş. Sonradan ona məlum olmuş ki, həmin ərazidə ümumiyyətlə torpaq sahələrinə çıxarış verilmir. Bundan sonra başa düşmüşdür ki, Torunun əvvəlcədən niyyəti onun pulunu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Özbəkistan Respublikası vətəndaşı olsa da, azərbaycanlıdır, 2007-ci ildən Azərbaycana köçmüş və 2008-ci ildə ailə burada ailə həyatı qurmuşdur. Ailəsi üçün ev tikməkdən ötrü torpaq yeri axtarırmış və atası Müsrəddin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığından istəmişdir ki, qızı da yaxınlıqda yaşasın. Təxminən 2016-cı ilin avqust ayında atası ona Ramana qəsbəsi 2-ci sahə adlanan yerdə 2 sot torpaq sahəsi tapdığını bildirib təklif etmişdir ki, həmin əraziyə birlikdə baxsınlar. 2016-cı ilin avqust ayının 28-də o, atası və anası Hənifə qeyd olunan torpaq sahəsinə baxmaq üçün Ramana qəsəbəsinə getmişlər. Orada onları Vətən adlı şəxs qarşılamış və yaşadığı evin yaxınlığında ev tikmək üçün boş sahə olduğunu, həmin torpaq sahəsini Torun adlı şəxsə məxsus olduğunu, bəyənəcəkləri halda Torunun 2 sot torpaq sahəsini bütün sənədləşmə ilə birlikdə ona 15.000 manata sata biləcəyini bildirmişdir. Valideynləri ilə həmin əraziyə baxmışlar və ərazi ev tikmək üçün ona uyğun göründüyündən torpağı alacağını bildirmişdir. Onun nəğd şəkildə 11.000 manat pulu olduğundan həmin pulu da götürüb xx xxxxxx 2017-ci il tarixdə, atası, anası, əmisi Şahid4 və özü Vətənin yaşadığı Ramana qəsəbəsinə bitişik olan 2-ci sahə adlanan yerdə yerləşən evə gəlmişlər. Evindəki otaqlardan birində oturduqdan sonra görmüşlər ki, Vətənin yanında özünü Mano kimi təqdim edən şəxs də vardır. Vətən həmin Manonu onlra Torunun şəriki kimi təqdim etmişdir. Üstündə gətirdiyi 11.000 manatı çıxarıb həmin Mano adlı şəxsə verərək, xahiş etmişdir ki, torpağın ümumi qiymətindən bir qədər güzəşt etsin. Mano 11.000 manatı ondan aldıqdan sonra ümumi məbləğdə ona 1000 manat güzəşt edəcəyini bildirmiş və bir ay ərzində torpaq sahəsinin bütün sənədləşməsini qaydasına qoyub həmin ərazini özü Özbəkistan Respublikası vətəndaşı olduğundan əmisi Ələddinin adına keçirəcəklərini bildirmişdir. Bütün sənədləşmə qaydasına düşdükdən sonra qalan 3000 manatı verəcəyini bildirmişdir. Lakin bir ay keçdikdən sonra atası Mano və onun şəriki Torun adlı şəxslə əlaqə saxladıqda, onlar torpaq sahəsinə çıxarışın verilməsinin dayandırılması ilə əlaqədar sənədləşmənin kecikdiyini, tezliklə sənədləşmənin qaydasına düşəcəyini bildirmişlər. Beləliklə, bir neçə ay keçmiş və Manogilin torpağa dair sənədləri vermədiklərini görüb aldadıldığını başa düşmüşdür. Atasından xahiş etmişdir ki, Manogildən pulunu geri alsın. Atası isə Torun və Mano ilə telefonla danışarkən, pulu geri tələb edəndə sonuncular bir az da səbr edib gözləməsini bildirirmişlər. Nəhayət 2017-ci ilin fevral ayının əvvəllərində Torun və Mano onların şikayət edəcəklərindən çəkinib Mano atası ilə görüşərək, ona bir ədəd çıxarış və torpaq sahəsinə dair plan və ölçü sənədinin kserosurətini təqdim edərək, həmin sənədlərin həmin torpağa aid olduğunu bildirmişlər. Atası həmin sənədi gətirib ona göstərən zaman, qeyd olunan sənəd kserosurət olduğunu və çıxarışda sahibkar “xxxxxxxx” MMC göstərildiyini və onların aldıqları torpaq sahəsi ilə heç bir əlaqəsi olmadığını bilmişdir. Bu səbəbdən də atasına müraciət edib onu aldatdıqlarını, hansısa başqa bir torpağa dair sənədlərin kserosurətlərini verdiklərini bildirmişdir. Atası həmin sənədləri götürüb Mano ilə görüşdükdə sonuncu yenə atasını arxayın edərək, sənədlərin səhv düşdüyünü, tezliklə onların torpaq sahəsinin sənədlərini verəcəyini bildirmişdir. Onlar yenə bir müddət gözləmişlər və 2017-ci ilin oktyabr ayında yenidən Manogildən pullarını tələb edəndə Mano və Torun atasına qalan 3000 manatı da götürüb Xırdalan şəhərində yerləşən notarial kontoraya gəlməsini, və orada notarial qaydada torpaq sahəsi ilə əmisi Ələddin arasında alqı-satqı olacağını bildirmişlər. Sevincək atasına 3000 manatı vermiş və atasıda əmisini götürüb Xırdalan şəhərinə getmişlər. Orada Mano atasından 3000 manatı aldıqdan sonra, hansısa xxxxxxxdlı şəxslə birlikdə əmisi Ələddini notariusa salıb və xxxxxxxdlı şəxsin adından əmisi Ələddinə mülki etibarnamə verilmişdir. Atasıgil isə elə başa düşmüşlər ki, torpağa dair alqı-satqı müqaviləsidir və onlar sevincək gətirib həmin sənədi ona göstərəndə əmisinin adına xxxxxxxdlı şəxsin verdiyi mülki etibarnamə olduğunu bilmişdir. Yenə aldadıldığını başa düşüb, atasının vasitəsi ilə Torun və Mano adlı şəxslərdən pulunu geri tələb etməyə başlamışdır. Lakin Torun, Mano hal-hazıradək də onları aldadaraq verdiyi pulları qaytarmaqdan imtina edirmişlər. Hazırda ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Özbəkistan Respublikası vətəndaşıdır və milliyyətcə özbək olsa da, əri Müsrəddinlə 1989cu ildə ailə qurmuş və onların birgə nikahdan 4 övladları vardır. İradə yaşca ikinci övladıdır. Onlar 2007-ci ilə kimi Özbəkistan Respublikasında yaşadıqdan sonra Azərbaycana köçmüşşlər və həmin vaxtdan sonra Azərbaycanda müvəqqəti qeydiyyata durmuşlar. Onlar Azərbaycana köçdükdən sonra 2008-ci ildə qızı İradə ailə həyatı qurmuşdur. Uzun müddətmiş ki, İradə ailəsi üçün ev tikməkdən ötrü torpaq yeri axtarırmış və onlar Sabunçu rayonu Ramana qəsəbəsində yaşadıqlarından istəyirmişlər ki, İradə də ev tikmək üçün torpaq sahəsini onlara yaxın yerdə alsın və buna görə də əri Müsrəddin yaşadıqları evin yaxınlığında İradə üçün boş torpaq yeri soraqlaşırmış. Təxminən 2016-cı ilin avqust ayında onlara Torun və Mano adlı şəxslərin Vətən adlı şəxs vasitəsi ilə Ramana qəsbəsi 2-ci sahə adlanan yerdə 2 sot torpaq sahəsi satması barədə məlumat verildikdə onlar soraqlaşıb Vətənlə görüşmüşlər və sonuncu həqiqətən də Torun adlı şəxsin özünə məxsus və yaşadığı evin yaxınlığında olan 2 sot torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Müsrəddin bu barədə qızı İradəyə bildirib həmin torpaq sahəsinə birlikdə baxmağı təklif etmiş və 2016-cı ilin avqust ayının 28-də o, İradə və Müsrəddin qeyd olunan torpaq sahəsinə baxmaq üçün Ramana qəsəbəsinə Vətənin yaşadığı evə getmişlər. Vətən onlara yaşadığı evin yaxınlığında ev tikmək üçün boş sahə olduğunu, həmin torpaq sahəsini bəyənəcəkləri halda Torun və Mano 2 sot torpaq sahəsini bütün sənədləşmə ilə birlikdə İradəyə 15.000 manata sata biləcəyini bildirmişdir. Onlar birlikdə həmin əraziyə baxmışlar və ərazi ev tikmək üçün uyğun göründüyündən İradə həmin torpaq sahəsini almağa razılıq vermişdir. İradənin nəğd şəkildə 11.000 manat pulu olduğundan həmin pulu da götürüb xx xxxxxx 2017-ci il tarixdə, Müsrəddin, qaynı Ələddin və İradə Vətənin yaşadığı Ramana qəsəbəsinə bitişik olan 2-ci sahə adlanan yerdə yerləşən evə getmişlər. Vətən evində olan Manonu onlara Torun adlı şəxsin torpaq şəriki kimi təqdim etmişdir. İradə üstündə gətirdiyi 11.000 manatı çıxarıb Manoya verərək xahiş etmiş ki, torpağın ümumi qiymətindən bir qədər güzəşt etsin. Mano 11.000 manatı İradədən aldıqdan sonra ümumi məbləğdən 1000 manat çıxıb torpağı ona 14.000 manata satacağını bildirmiş və bir ay ərzində torpaq sahəsinin bütün sənədləşməsini qaydasına qoyub həmin ərazini qaynı Ələddinin adına keçirəcəyini bildirmişdir. İradə isə bütün sənədləşmə qaydasına düşdükdən sonra qalan 3000 manatı ona verəcəyini bildirmişdir. Lakin bir ay keçdikdən sonra Müsrəddin Torun və sonuncunun şəriki Mano adlı şəxslə əlaqə saxladıqda onlar torpaq sahəsinə çıxarışın verilməsinin dayandırılması ilə əlaqədar sənədləşmənin kecikdiyini, tezliklə sənədləşmənin qaydasına düşəcəyini bildirirmişlər. Beləliklə, bir neçə ay keçmiş və onlar Manogilin torpağa dair sənədləri vermədiklərini görüb aldadıldıqlarını başa düşmüşlər və İradə atasından xahiş etmiş ki, Manogildən pulunu geri alsın. Müsrəddin isə Torun və Mano ilə telefonla danışarkən pulu geri tələb edəndə sonuncular bir az da səbr edib gözləməsini bildirirmişlər. Nəhayət 2017-ci ilin fevral ayının əvvəllərində Torun və Mano onların şikayət edəcəklərindən çəkinib Mano vasitəsi ilə Müsrəddinə bir ədəd çıxarış və torpaq sahəsinə dair plan və ölçü sənədinin kserosurətini təqdim edərək, həmin sənədlərin İradənin torpağına aid olduğunu bildirmişlər. Müsrəddin həmin sənədi gətirib İradəyə göstərəndə İradə qeyd olunan sənədin kserosurət olduğunu və çıxarışda sahibkar “xxxxxxxx” MMC göstərildiyini və onların aldıqları torpaq sahəsi ilə heç bir əlaqəsi olmadığını, onları aldatdıqlarını bildirdikdə Müsrəddin həmin sənədləri götürüb Mano ilə görüşüb verilən sənədlərin qızının torpağına aid olmadığını bildirmişdir. Mano yenə Müsrəddini arxayın edərək, sənədlərin səhv düşdüyünü, tezliklə onlar torpaq sahəsinin sənədlərini verəcəyini bildirmişdir. Onlar yenə bir müddət gözləmişlər və 2017-ci ilin aprel ayında yenidən onlardan pulullarını tələb edəndə Mano Müsrəddinə qalan 3000 manatı da götürüb Xırdalan şəhərində yerləşən notarial kontoraya gəlməsini tapşıraraq, orada notarial qaydada torpaq sahibi ilə qaynı Ələddin arasında alqı-satqı olacağını bildirmiş, Müsrəddin sevincək İradədən 3000 manatı götürüb Xırdalan şəhərinə getmiş, lakin orada da Müsrəddindən 3000 manat pulu aldıqdan sonra ona torpağa aid olmayan sənəd vermişlər. Onlar yenə aldadıldıqlarını başa düşmüşlər və Müsrəddin Torun və Mano adlı şəxslərdən pulu geri tələb etməyə başlamışdır. Lakin Torun, Mano hal-hazıradək də onları aldadaraq, qızının pullarını qaytarmaqdan imtina edirmişlər və polisə şikayət etmədiklərini xahiş edib tezliklə pulları qaytaracaqlarını bildirirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Müsrəddin onun qardaşı, İradə isə qardaşı qızıdır. Sonuncular hər ikisi Özbəkistan Respublikası vətəndaşları olsalar da, 2007-ci ildən Azərbaycana köçmüşlər və İradə 2008-ci ildə ailə həyatı qurmuşdur. Uzun müddətmiş ki, İradə ailəsi üçün ev tikməkdən ötrü torpaq yeri axtarırmış və qardaşı Müsrəddin Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığından, istəyirmiş ki, İradə də ev tikmək üçün torpaq sahəsini ona yaxın yerdə alsın və buna görə də yaşadığı evin yaxınlığında İradə üçün boş torpaq yeri soraqlaşırmış. Ondan isə xahiş etmişlər ki, İradə torpaq alası olsa özü başqa ölkə vətəndaşı olduğundan, torpağı onun adına sənədləşdirsinlər. Buna razılıq vermiş və təxminən 2016-cı ilin avqust ayında Müsrəddin Mano və Torun adlı şəxslərin Ramana qəsbəsi 2-ci sahə adlanan yerdə 2 sot torpaq sahəsi satması barədə məlumat aldıqda soraqlaşıb həmin torpağın satılmasında maklerlik edən Vətən adlı şəxslə görüşmüş və həqiqətən də Toruna məxsus və yaşadığı evin yaxınlığında olan 2 sot torpaq sahəsini sonuncunun satmaq istədiyini bildirmiş, 2016-cı ilin avqust ayının 28-də Müsrəddin, İradə və arvadı Hənifə qeyd olunan torpaq sahəsinə baxmaq üçün Ramana qəsəbəsinə Vətənin yaşadığı evə getmişlər. Vətən onlara yaşadığı evin yaxınlığında ev tikmək üçün boş sahə olduğunu, həmin torpaq sahəsini bəyənəcəkləri halda Torun və Mano adlı şəxslərin 2 sot torpaq sahəsini bütün sənədləşmə ilə birlikdə İradəyə 15.000 manata sata biləcəyini bildirmiş, İradəgil isə bununla razılaşmışlar. İradənin nəğd şəkildə 11.000 manat pulu olduğundan həmin pulu da götürüb xx xxxxxx 2017-ci il tarixdə, Müsrəddin, Hənifə və İradə Vətənin yaşadığı Ramana qəsəbəsinə bitişik olan 2-ci sahə adlanan yerdə yerləşən evə getmişlər. Evindəki otaqlardan birində oturduqdan sonra Vətənin yanında özünü Mano kimi təqdim edən şəxsin olduğunu görmüşlər. Vətən həmin Manonu onlara Torunun torpaq şəriki kimi təqdim etmişdir. İradə üstündə gətirdiyi 11.000 manatı çıxarıb Manoya verərək xahiş etmiş ki, torpağın ümumi qiymətindən bir qədər güzəşt etsin. Mano 11.000 manatı İradədən aldıqdan sonra ümumi məbləğdən 1000 manat çıxıb torpağı ona 14.000 manata satacağını bildirmiş və bir ay ərzində torpaq sahəsinin bütün sənədləşməsini qaydasına qoyub həmin ərazini İradə Özbəkistan Respublikası vətəndaşı olduğundan onun adına keçirəcəyini bildirmişdir. İradə isə bütün sənədləşmə qaydasına düşdükdən sonra, qalan 3000 manatı ona verəcəyini bildirmişdir. Lakin bir ay keçdikdən sonra qardaşı Torun və onun şəriki Mano adlı şəxslə əlaqə saxladıqda, sonuncular torpaq sahəsinə çıxarışın verilməsinin dayandırılması ilə əlaqədar sənədləşmənin kecikdiyini, tezliklə sənədləşmənin qaydasına düşəcəyini bildirmişlər. Beləliklə, bir neçə ay keçmiş və onlar Torungilin torpağa dair sənədləri vermədiklərini görüb aldadıldıqlarını başa düşmüşlər və İradə Müsrəddindən xahiş etmiş ki, onlardan pulunu geri alsın. Müsrəddin isə Torun və Mano ilə telefonla danışarkən pulu geri tələb edəndə, onlar bir az da səbr edib gözləməsini bildirirmişlər. Nəhayət 2017-ci ilin fevral ayının əvvəllərində Torun və Mano İradənin şikayət edəcəyindən çəkinib Mano Müsrəddinlə görüşərək, bir ədəd çıxarış və torpaq sahəsinə dair plan və ölçü sənədinin kserosurətini təqdim edərək həmin sənədlərin İradənin torpağına aid olduğunu bildirmiş, Müsrəddin həmin sənədi gətirib İradəyə göstərəndə İradə qeyd olunan sənədin kserosurət olduğunu və çıxarışda sahibkar “xxxxxxxx” MMC göstərildiyini və onların aldıqları torpaq sahəsi ilə heç bir əlaqəsi olmadığını, onları aldatdıqlarını bildirdikdə Müsrəddin həmin sənədləri götürüb Mano və Torunla görüşüb verilən sənədlərin qızının torpağına aid olmadığını bildirmişdir. Onlar isə yenə Müsrəddini arxayın edərək sənədlərin səhv düşdüyünü, tezliklə torpaq sahəsinin sənədlərini verəcəyini bildirmişlər. Onlar yenə bir müddət gözləmişlər və 2017-ci ilin aprel ayında yenidən pullarını tələb edəndə Mano Müsrəddinə qalan 3000 manatı da götürüb Xırdalan şəhərində yerləşən notarial kontoraya gəlməsini tapşıraraq, orada notarial qaydada torpaq sahibi ilə onun arasında alqı-satqı olacağını bildirmişdir. Müsrəddin İradədən 3000 manatı götürüb onunla birlikdə Xırdalan şəhərinə getmişdir. X7 3000 manatı aldıqdan sonra hansısa xxxxxxxdlı şəxslə birlikdə onu notariusa salmışlar və xxxxxxxdlı şəxsin adından ona mülki etibarnamə vermiş və bunun torpağa dair alqı-satqı sənədinin olduğunu bildirmişdir. Onlar savadsız olduqları ilə əlaqədar sənədləşmə işlərindən anlayışları olmadığından həmin etibarnaməyə imza atıb sevincək həmin sənədi İradəyə göstərəndə, İradə həmin sənədin onun adıma hansısa xxxxxxxdlı şəxsin verdiyi mülki etibarnamə olduğunu bildirmişdir. Onlar yenə aldadıldıqlarını başa düşmüşlər və Müsrəddin Torun və Mano adlı şəxslərdən pulu geri tələb etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Özbəkistan Respublikası vətəndaşı olsa da milliyyətcə azərbaycanlıdır və 2007-ci ildən ailəsi ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış və hal-hazırda Respublikada müvəqqəti qeydiyyatdadır. Onlar Azərbaycana köçdükdən sonra 2008-ci ildə qızım İradə ailə həyatı qurmuşdur. Uzun müddəmiş ki, İradə ailəsi üçün ev tikməkdən ötrü torpaq yeri axtarırmışdır. Sabunçu rayonu Ramana qəsəbəsində yaşadığımdan istəmişdir ki, İradə də ev tikmək üçün torpaq sahəsini ona yaxın yerdə alsın və buna görə də yaşadığı evin yaxınlığında İradə üçün boş torpaq yeri soraqlaşırmış. Təxminən 2016-cı ilin avqust ayında ona Vətən adlı şəxsin Ramana qəsbəsi 2-ci sahə adlanan yerdə 2 sot torpaq sahəsi satması barədə məlumat verildikdə o, soraqlaşıb Vətənlə görüşmüş və həqiqətən də Vəzirin oğlu Torun məxsus və yaşadığı evin yaxınlığında olan 2 sot torpaq sahəsini Torun və Manonun satmaq istədiyini bildirmişdir. Bu barədə qızı İradəyə bildirib həmin torpaq sahəsinə birlikdə baxmağı təklif etmiş və 2016-cı ilin avqust ayının 28-də o, İradə və arvadı Hənifə qeyd olunan torpaq sahəsinə baxmaq üçün Ramana qəsəbəsinə Vətənin yaşadığı evə getmişlər. Vətən yaşadığı evin yaxınlığında ev tikmək üçün Torun və Mano adlı şəxslərə məxsus boş sahə olduğunu, həmin torpaq sahəsini bəyənəcəyimiz halda 2 sot torpaq sahəsini bütün sənədləşmə ilə birlikdə İradəyə 15.000 manata sata biləcəklərini bildirmişdir. Onlar birlikdə həmin əraziyə baxmışdar və ərazi ev tikmək üçün uyğun göründüyündən İradə həmin torpaq sahəsini almağa razılıq vermişdir. İradənin nəğd şəkildə 11.000 manat pulu olduğundan həmin pulu da götürüb xx xxxxxx 2017-ci il tarixdə, özü, arvadı, qardaşı Ələddin və İradə Vətənin yaşadığı Ramana qəsəbəsinə bitişik olan 2ci sahə adlanan yerdə yerləşən evə gemişlər. Vətənin yanında özünü Mano kimi təqdim edən şəxs də olubumuş və Vətən həmin Manonu onlara Torunun torpaq şəriki kimi təqdim etmişdir. İradə üstündə gətirdiyi 11.000 manatı çıxarıb Manoya verərək xahiş etmiş ki, torpağın ümumi qiymətindən bir qədər güzəşt etsin. Mano 11.000 manatı İradədən aldıqdan sonra ümumi məbləğdən 1000 manat çıxıb torpağı ona 14.000 manata satacağını bildirmiş və bir ay ərzində torpaq sahəsinin bütün sənədləşməsini qaydasına qoyub həmin ərazini İradə Özbəkistan Respublikası vətəndaşı olduğundan qardaşı Ələddinin adına keçirəcəyini bildirmişdir. İradə isə bütün sənədləşmə qaydasına düşdükdən sonra qalan 3000 manatı ona verəcəyini bildirmişdir. Lakin bir ay keçdikdən sonra o, Torun və sonuncunun şəriki Mano adlı şəxslə əlaqə saxladıqda onlar torpaq sahəsinə çıxarışın verilməsinin dayandırılması ilə əlaqədar sənədləşmənin kecikdiyini, tezliklə sənədləşmənin qaydasına düşəcəyini bildirirmişlər. Beləliklə, bir neçə ay keçmiş və onlar Manogilin torpağa dair sənədləri vermədiklərini görüb aldadıldıqlarını başa düşdmüşlər və İradə ondan xahiş etmiş ki, Manogildən pulunu geri alsın. Torun və Mano ilə telefonla danışarkən pulu geri tələb edəndə sonuncular bir az da səbr edib gözləməsini bildirirmişlər. Nəhayət 2017-ci ilin fevral ayının əvvəllərində Torun və Mano onların şikayət edəcəklərindən çəkinib Mano onunla görüşərək bir ədəd çıxarış və torpaq sahəsinə dair plan və ölçü sənədinin kserosurətini təqdim edərək həmin sənədlərin İradənin torpağına aid olduğunu bildirsmişlər. Həmin sənədi gətirib İradəyə göstərəndə İradə qeyd olunan sənədin kserosurət olduğunu və çıxarışda sahibkar “xxxxxxxx” MMC göstərildiyini və onların aldıqları torpaq sahəsi ilə heç bir əlaqəsi olmadığını, bildirdikdə o, həmin sənədləri götürüb Manonun yanına gedərək, sonuncu ilə görüşüb ona verilən sənədlərin qızının torpağına aid olmadığını bildirmişdir. Mano isə yenə onu arxayın edərək sənədlərin səhv düşdüyünü, tezliklə onların torpaq sahəsinin sənədlərini verəcəyini bildirmişdir. Onlar yenə bir müddət gözləmişlər və 2017-ci ilin aprel ayında yenidən onlardan pulularını tələb edəndə Torun və Mano ona qalan 3000 manatı da götürüb Xırdalan şəhərində yerləşən notarial kontoraya gəlməsini tapşıraraq, orada notarial qaydada torpaq sahibi ilə qardaşı Ələddin arasında alqı-satqı olacağını bildirmişdir. Sevincək İradədən 3000 manatı götürüb Xırdalan şəhərinə getmişdir. Orada Mano ondan 3000 manatı aldıqdan sonra hansısa xxxxxxxdlı şəxslə birlikdə qardaşı Ələddini notariusa salıb və xxxxxxxdlı şəxsin adından Ələddinə mülki etibarnamə vermiş və bunun torpağa dair alqı-satqı sənədinin olduğunu bildirmişdir. Savadsızlığı ilə əlaqədar sənədləşmə işlərindən anlayışı olmadığından, sevincək həmin sənədi İradəyə göstərəndə İradə həmin sənədin qardaşının adına hansısa xxxxxxxdlı şəxsin verdiyi mülki etibarnamə olduğunu bildirmişdir. Onlar yenə aldadıldıqlarını başa düşmüşlər və o, Torun və Mano adlı şəxslərdən pulu geri tələb etməyə başlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həm qohumu, həm də dostudur. Sonuncunun əmisi Xosrovun Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən, lakin Abşeron rayonu inzibati ərazisinə aid edilən “Ramana” südçülük sovxozunun ərazisində dövlətdən 99 illiyə icarəyə ğötürmüş olduğu 2 hektar torpaq sahəsi vardır. Təxminin 2016-cı ilin yay aylarında Torunun əmisi Xosrov ona məxsus ərazidə ev tikmək üçün torpaq almaq istəyən müştəri tapmağını söyləmiş və müştəri taparsa onun da xeyiri olacağını bildirmişdir. Razılaşıb bundan sonra torpaq alqı-satqısı ilə məşğul olan şəxslərə, o cümlədən qonşusu Vətənə də Xosrovun qonşuluqda olan torpaq sahəsinin hər sotunu 7500 manata satmaq istədiyini söyləmişdir. Təxminən 2016-cı ilin avqust ayının sonlarında Vətən ona zəng vurub torpaq almaq istəyən müştəri olduğunu bildirib, onu evinə dəvət etmişdir. Vətənin yaşadığı evinə getmiş, Ramana qəsəbə sakini kimi sonradan tanıdığı Müsrəddin, qızı İradə və həyat yoldaşı ilə Vətəgildə olubmuşlar. Vətən Müsrəddingilin həmin torpaq sahəsinə baxıb bəyəndiklərini və 2 sotunu almaq istədiklərini söyləmişdir. Razılaşmış və bundan sonra İradə torpağın sənədi barədə ondan soruşmuşdur. Torunun ona dediyi kimi onlara həmin torpaq sahəsinə görə DƏDRX-dən çıxarış alıb verəcəklərini söyləmişdir. İradə 2 sot torpağı ona 14000 manat pul verə biləcəyini deyib, torpağı ona bir az ucuz qiymətə satmağını xahiş etmişdir. Toruna zəng edib bu barədə söyləmiş, sonuncu da 2 sot torpağı İradəyə 14000 manata satmaqlarına razılıq vermişdir. Bundan sonra İradə torpağın pulundan 11.000 manatını həmin vaxtı, qalan 3.000 manatı sənədləşmə başa çatdıqdan sonra verəcəyini bildirmişdir. Toruna zəng edib bu barədə söyləmiş, sonuncu da razılaşmışdır. Bundan sonra Müsrəddin 11000 manat pulu Vətənə vermiş və qalan 3000 manatın da 1 ay ərzində hazır olacağını bildirmişdir. Pul hazır olan kimi sənədin də hazır olacağını söyləmişdir. Müsrəddingil getmişlər, bundan sonra Vətən Müsrəddindən aldığı 11000 manatı ona vermişdir. Ertəsi günü özü Toruna zəng edib sonuncu ilə Ramana qəsəbəsində görüşüb 11000 manat pulu vermişdir. Bundan təxminən 10 gün sonra Qazaxıstan Respublikasındakı tanışının toyuna getmiş, 1 aydan artıq orada qalmışdır. Geri qayıdanda eşitmişdir ki, Müsrəddingil torpağa görə verəcəkləri 3000 manatın hazır olduğunu Vətənə söylədikdən sonra Vətən Toruna bu barədə bildirmiş, Torunda Müsrəddinlə görüşüb Ramana qəsəbəsində ondan torpağın sənədləşməsinə sərf etmək üçün 500 manat pul almış, lakin sənədləşmə işini başa çatdıra bilməmiş, bu səbəbdən də Müsrəddingil narazılıq etməyə başlamışlar. Bunu eşidən kimi Torunla bu barədə danışmışdır. Torun da əmisi Xosrovun təsisçisi olduğu “xxxxxxxx” MMC-nin adından Müsrəddingilə 02 sot torpaq sahəsinə etibarnəmə verəcəyini deyib, ertəsi günü ona zəng edib etibarnamənin verilməsi üçün Müsrəddinlə Xırdalan şəhərinə 2 saylı notariat kontorunun qarşısına gəlməyini söyləmişdir. Bu barədə onunla eyni qəsəbədə yaşayan Müsrəddinə söyləmişdir. Müsrəddində qızı İradənin Özbəkistan vətəndaşı olduğunu deyib, torpağı qardaşı Şahid4 adına sənədləşdiriləcəyini bildirmişdir. Bundan sonra onlar, yəni Müsrəddin və sonuncunun qardaşı Ələddin Xırdalan şəhəri 2 saylı notariat kontorunun qarşısında Torunla və onun yanında olan sonradan adının bildiyi Cavidlə görüşmüşlər. Bir neçə dəqiqədən sonra həmin Cavid “xxxxxxxx” MMC-nin adından Müsrəddinin qardaşı Ələddinin adına 02 sot torpaq sahəsinə etibarnamə vermişdir. Bundan sonra Müsrəddingil torpaq sahəsinə görə verəcəyi qalan 2500 manat pulu Toruna vermişdir. Bundan sonra Müsrəddin bir neçə dəfə ondan torpağın sənədi barədə soruşurmuş. Bu barədə Toruna desə də sonuncu hər dəfə yaxın vaxtda torpağın sənədinin hazır olacağına vəd vermişdir. Lakin 4-5 ay keçsə də Torun həmin torpağın sənədini ala bilməmişdir. Bundan sonra Müsrəddin onun yanına gəlib torpağın sənədinin hazır olmamasını və qızının ailəsində narazılıq olduğunu bildirib, torpağa görə verdiyi pulu geri istəmişdir. Bu barədə Toruna söyləmiş və Torunda yaxın günlərdə sənədləşmə işini həll edəcəyinə vəd versə də bunu edə bilməmişdir. Bu səbəbdən də Müsrəddingil də onlardan şikayət etmişdir. Sonuncuların şikayəti ilə bağlı Abşeron RPİ-də cinayət işi başlandıqdan sonra Torun hissə-hissə Müsrəddingilin 14000 manatını geri qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kirvəsidir və sonuncunun Ramana qəsəbəsində torpaq sahəsinin olduğunu bilirmişdir. Həmçinin Torun ona həmin torpaq sahəsini satmaq istədiyini və həmin ərazidə torpaq sahəsi almaq istəyən olsa, ona xəbər etməsini xahiş etmişdir. Onunla qonşuluqda yaşayan Şaiq adlı şəxs ona qaynı Zərərçəkmiş şəxs1 Ramana qəsəbsində torpaq sahəsi almaq istədiyini bildirmişdir. O vaxtdan Samir Bişirovu tanımış və Şaiqlə, Samirə qohumu Təqsirləndirilən şəxs satdığı torpaq sahəsini göstərmişdir. Həmin vaxt onun yanında Şaiqlə Samir 0.04 ha torpaq sahəsini almaq qərarına gəlmişlər. Həmin vaxt Bəşirov X2 Torun Vəzir oğluna həmin torpaq sahəsinin pulunu hissə-hissə ödəyəcəyini bildirmiş və X8 Bəşirovla razılaşmışdır. Həmin vaxtı onların pul söhbətlərinə qarışmamışdır. Sözügedən torpaq sahəsini Torun Samirə satan zaman, həmin torpaq sahəsinə 2018-ci ilin mart ayında çıxarışda alıb verməliymiş, əks halda Samir həmin torpaq sahəsini almayacağını bildirmişdir. Bundan sonra ilk dəfə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Torunun ofisində Şaiq onun yanında Toruna 7000 manat pulu vermiş və həmin pulun Zərərçəkmiş şəxs1 tərəfindən verildiyini bildirmişdir. Bundan sonra onun Şaiq, Samir və Torun arasında olan söhbətdən xəbərim olmamışdır. Belə ki, həmin torpaq sahəsini Samirə tapdığına görə sonuncu ona 200 manat şirinlik vermişdir. Torun isə onun üçün satdığı torpaq sahəsinə görə şirinlik kimi 100 manat pul verməliymiş, lakin həmin pulu da Torun ona verməmişdir. Bu söhbətin üstündən bir il yarım keçəndən sonra Şaiqdən eşitmişdir ki, onlar Torundan əlavə olaraq 0.02 ha torpaq sahəsidə almışlar və Torun onları aldadaraq, həmin torpaq sahəsinə görə çıxarış alıb verməmişdir. Onun yanında Toruna cəmi 7000 manat pul verilib, daha sonra Şaiqin və Samirin harada kimin yanında və nə qədər pul verdikləri barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2012-ci ildən 2013-cü ilə qədər olan müddüt ərzində «xxxxxxxx» MMC-də mühasib kimi fəaliyyət göstərir. Həmin MMC-dən ona baş etibarnamə verilmişdir ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahələrinə icarə hüqüqlarını idarə etsin. Təqsirləndirilən şəxs isə əmisinin tanışı kimi tanımışdır. Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahələrinin icarəyə verilməsində Torun vasitəçi kimi fəaliyyət göstərir, çünki formal olaraq Torun həmin «xxxxxxxx» MMC-də işləmir. Həmin ərazidə yerləşən torpaq sahələri Abşeron rayon icra hakimiyyətinin razılığı ilə satılır. Lakin, həmin torpaq sahəlırini almış olan şəxslərə torpaqların 99 il müddətinə icarə verilməsi barədə qabaqcadan xəbərdarlıq edilmişdir. Torun da, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahələrini həmin şərtlərlə satmışdır. xx.xx.2017-ci il tarixdə Torunun xahişi ilə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsinə dair Şahid4 icarə hüquqlarına etibarnamə vermişdir. Həmçinin həmin torapq sahəsinə etibarnamə verən zaman, Torun «xxxxxxxx» MMC-nin rəhbəri tərəfindən hər şey danışıldığını bildirmiş və həmin torpaq sahəsinə dair etibarnaməni xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, 2 saylı notariat kontorunda Şahid4 vermişdir. Torunun Şahid4 nə qədər miqdarda pul aldığını bilməmişdir Çünki, onun işi deyilən torpaq sahəsinə etibarnamə vermək ibarətmiş və verdiyi etibarnamədə torpaq sahəsinin icarə verilməsi haqqında qeyd olunmuşdur. Torun hansı şərtlərlə torpaq sahəsini Ələddinə verməsi barədə ona bildirməmiş və ona heç bir vəsait verməmişdir. Həmin torpağın aqibəti necə olduğu ona məlum deyil, çünki qeyd olunan torpaq sahələri Ramana südçülük sovxozunun balansında olmuşdur. Daha sonra «xxxxxxxx» MMC tərəfindən onun adına Ramana südçülük sovxozunun 0,23 ha torpaq sahəsi keçirilmiş və xx.xx.2018-ci il tarixdə həmin torpaq sahəsində dair Torunun adına etibarnamə rəhbərliyin razılığı ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariat kontorunda vermişdir. Daha sonra Torun həmin torpaq sahəsini kimə satmaq istəməsi və ya icarəyə verməsi barədə onun məlumatı olmamışdır. Bütün etibarnamələri Toruna və ya qyerisinə «xxxxxxxx» MMC-nin rəhbərliyinin göstərişi ilə vermişdir. Onun bildiyinə görə Torun həmin torpaq sahələrini rəhbərliyin xəbəri olmadan satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən ünvan 2 ünvanında yerləşən «xxxxxxx» MMC Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerələşən 0.04 ha torpaq sahəsinə dair səlahiyyətləri Abşeron rayonu, Xırdalan şəhəri, ev 26, mənzil 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ötürmüşdür. Təqsirləndirilən şəxs da öz növbəsində sözügedən torpaq sahəsinin icarə hüquqlarını idarə etməsini Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs1 etibar etmişdir. AR-İ № 681580 saylı və xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən ünvan 3 ünvanında qeydiyyatda olan Zamanov X6 rayonu, Ramana südçülük sovxozu ərazisində yerələşən 0.23 ha torpaq sahəsinin icarə hüquqlarından 0.02 ha torpaq sahəsinə dair səlahiyyətləri Abşeron rayonu, Xırdalan şəhəri, ev 26, mənzil 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ötürmüşdür. Təqsirləndirilən şəxs da öz növbəsində sözügedən torpaq sahəsinin icarə hüquqlarını idarə etməsini Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs1 etibar etmişdir. Qəbzlərdən görünür ki, istintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 14.000 manat məbləğində və Zərərçəkmiş şəxs1 19.000 manat məbləğində pulunu qaytarmışdır. xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə könüllü olaraq Abşeron RPİ-nə gəlmiş və İŞ-nə təqdim edilmişdir. Abşeron rayon Pİ-in İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 8250 manat dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Mürsəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 3500 və 4750 manat dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-256/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-256/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver