Məhkəmə qərarları › İş №1(012)-256/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-256/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-256/2022 22.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Güvən” lahmacun restoranının yaxınlığında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən əli ilə sonuncunun başına və sifətinə bir neçə dəfə sillə vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır şişkinliyi, sağ üst göz qapağının və sağ gözaltı nahiyəsinin qançırı, başın təpə nahiyəsinin dərialtı hematoması xəsarətlərini yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə göstərmişdir ki, fərdi qaydada tikinti sahəsində fəhlə işləyir. 2008-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nigahla ailə həyatı qurmuşlar. Birgə evlilikdən üç övladı vardır. Rəqsanə ilə aralarında bir neçə dəfə sözlə mübahisələri olmuşdur. Hətta Rəqsanə bir neçə dəfə ondan boşanmaq da istəmişdir. 2021-ci ilin sentyabr ayınadək Rəqsanə və övladları ilə birlikdə Zaqatala rayonu, Muğanlı kəndində yaşamışlar. 2021-ci ilin sentyabr ayında aralarında mübahisələri olduğuna görə Rəqsanə ondan icazəsiz uşaqları da götürüb Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. 2021-ci ilin oktyabr ayında o, Xırdalan şəhərinə Rəqsanə və uşaqlarının yanına gəlmişdir. Onlar həmin vaxt barışdıqları üçün Rəqsanənin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayə tutduğu evdə birlikdə yaşamağa başlamışlar. Aralarında yenə mübahisələri olduğu üçün Rəqsanə onu evdən qovmuşdur. 20.12.2021 -ci il tarixdə o, Rəqsanənin yanına evə gəlmişdir. Evdə olan zaman o, Rəqsanədən mobil telefonuna baxmaq üçün istəmişdir. Rəqsanə onunla mübahisə edərək uşaqları da götürüb evdən çıxmışdır. O, isə evdə qalmışdır. Səhəri gün, yəni 21.12.2021- ci il tarixdə saat 09 radələrində o, evdən çıxıb Rəqsanənin işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Güvən” lahmacuna getmişdir. O, Rəqsanəni içəridən çölə çağırmışdır. Həmin yerdə ara küçədə Rəqsanəyə evdən niyə getdiyini və uşaqlarını hara apardığını soruşduqda Rəqsanə ona nalayiq ifadələr işlətdiyi üçün o əsəbləşmişdir. Bundan sonra əli ilə Rəqsanənin sifət və başına iki dəfə sillə ilə zərbə vurmuşdur. Bundan sonra Rəqsanə ondan aralanıb iş yerinə getmişdir. O, da oradan uzaqlaşmışdır. Etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, aralarında mübahisə təxminən 5 dəqiqə davam etmiş, Rəqsanə ilə mübahisə edən zaman ətrafda heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs başına və sifətinə iki dəfə sillə ilə zərbə vurmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun heç bir nahiyəsinə zərbə vurmamışdır. Onunla arvadı Zərərçəkmiş şəxs arasında əvvəllər davadalaş olmasa da, sözlə bir neçə dəfə mübahisələri olmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, övladları ilə birlikdə yaşayır. Hazırda Abşeron rayonu. Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində fərdi qaydada meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olur. 2008-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nigahla ailə həyatı qurmuşlar. Birgə evlilikdən üç övladı vardır. Asif mütəmadi olaraq spirtli içki qəbul edərək onunla münaqişə yaradırmış. O, Asifdən bir neçə dəfə boşanmaq istəsə də, valideynləri razı olmadıqları üçün fikrindən daşınmışdır. 2021-ci ilin sentyabr ayında o, əri Asiflə mübahisə etdiyi üçün övladları da götürüb Xırdalan şəhərinə gəlmişdir. Həmin vaxtdan övladları ilə Abşeron rayonu, Quşçuluq yaşayış massivində kirayə yaşayır. 20.12.2021-ci il tarixdə Asif kirayə yaşadığı evə gəlmişdir. Həmin vaxt Asif sərxoş olmuşdur. Asif evdə onu əxlaqsızlıqda ittiham edərək onunla mübahisə etməyə başlamışdır. O, da Asifin sərxoş olduğunu görüb evdən çıxıb getmişdir. Səhəri gün, yəni 21.12.2021-ci il tarixdə saat təxminən 09 radələrində o, həmin vaxt xadimə işlədiyi Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Güvən” lahmacun adlı restorana getmişdir. O, yenicə içəridə işə başlamış ki, Asif iş yerinə gəlmişdir. Asif onu çölə çağırmışdır. O, da çölə çıxmışdır. Asif onu restoranın kənarına küçəyə aparmışdır. Küçədə Asif onun ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. Bundan sonra Asif əli ilə sifətinin müxtəlif nahiyələrinə və başına bir neçə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Asif onu buraxıb həmin yerdən uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, aralarında mübahisə təxminən 5 dəqiqə davam etmiş, Asif onu döyən zaman ətrafda heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun başına və sifətinə əli ilə bir neçə yumruq zərbəsi vurmuşdur. Ekspertiza rəyində göstərilmiş xəsarətləri ona əri Təqsirləndirilən şəxs 21.12.2021 -ci il tarixdə saat 09 radələrində döyərək yetirdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin 28.12.2021 -ci il tarixli 3064 saylı rəyində qeyd olunmuşdur ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sağ üst göz qapağının və sağ gözaltı nahiyənin qançırı, başın təpə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21.12.2021 -ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş və sair) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Zərərçəkmiş şəxs qızı tərəfindən 22.04.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs 22.02.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 36 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 216 (iki yüz on altı) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 36 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 216 (iki yüz on altı) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar