Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-256/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1965-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, məhkumluğu olmayan, Goranboy rayonu, Məşədiqaralar kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə qaynaq işləri gördüyü və iri buynuzlu heyvanlara nəzarət etdiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən bir ədəd dəyəri 800 manat olan qaynaq aparatını, 1 ədədinin dəyəri 350 manat olmaqla ümumi dəyəri 1400 manat olan 4 ədəd “Boş” markalı laqondanı, 1 ədədinin dəyəri 135 manat olmaqla ümumi dəyəri 505 manat olan 3 ədəd dreli, 1qutunun dəyəri 25 manat olmaqla ümumi dəyəri 250 manat təşkil edən 10 qutu bolt-qayka dəstini, bir ədəd dəyəri 700 manat olan armatur əymək üçün istifadə edilən dəzgahı gizli olaraq talayıb, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 3655 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hal-hazırda Şəmkir rayonunda işlədiyi fermanın yaxınlığında inşa edilmiş evdə qalır. Daimi yaşayış yeri yoxdur, işlədiyi yerlərə uyğun olaraq yaşamağa yer seçir. İşləmədiyi müddət ərzində isə oğlu Elçinə məxsus ünvan 2 ünvanında qalır. Zərərçəkmiş şəxs yazdığı ərizə ilə tanış olub, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həm qaynaq işləri görürmüş, eyni zamanda həyətdə saxlanılan iri buynuzlu heyvanlara nəzarət etmişdir. Həftədə bir dəfə evə gedib, paltarlarını dəyişib, çimib yenidən həmin evə geri qayıdırmış. Orada yaxınlıqda olan evdə qalır. Son zamanlar aldığı əmək haqqı onu qane etmədiyinə görə və artıq işlər tapşırılması səbəbindən çıxmaq qərına gəlmişdir. Amma getməmişdən qabaq müəyyən əşyaları da oğurlamaq istəmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində həyətdə olan əşyaları elə götürmüşdür ki, evdə olan müşaiyət kameralarına düşməsin. Oradan qaynaq aparatını, 4 ədəd “Boş” firmasına aid laqondanı, 3 ədəd dreli, bolta qaykanı və dəmir əymək üçün dəzgahı götürüb iki ədəd torbaya yığmış və evdən gedib həmin əşyaları Bakı şəhəri, Zabrat qəsəbəsi, Zabrat dairəsində tanımadığı şəxsə 150 manata satmışdır. Sonra yenidən həmin evə geri qayıtmışdır. İki gün sonra yəni xx.xx.2021-ci il tarixdə oğlu Şahid2 zəng vurub və onu aparmasını xahiş eləmişdir. Evdən çıxan zaman özü ilə geyim əşyalarını götürmüşdür. Əvvəlcə oğluna məxsus evə gedib, orada yeyib spirtli içki içdikdən sonra saat təxminən 21 radələrində, oğlu Elçindən onu Məmmədi dairəsinə gətirməsini xahiş eləmişdir. Bundan sonra isə Şəmkir rayonuna gedib, təxminən 1 ay heç kəslə əlaqə saxlamamışdır. Oğlu Hüseynovun onun oğurluq etməsi barədə məlumatının olmadığını bildirmişdir. Hətta Şəmkir rayonuna getməsi barədə oğlu Elçinə bildirmədiyini də demişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanının aradan qaldırılmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən yaşadığı evin həyətində usta kimi işləmişdir. Ərəstun həm qaynaq işləri görmüş, bundan başqa iri buynuzlu heyvanlara baxmışdır. Çox vaxt fermanın yanındakı evdə qalır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Həcc ziyarətində olmuşdur. Həcc ziyarətində olan zaman telefonuna qoşulmuş videogörüntüdən görünür ki, Ərəstun bir nəfər şəxs ilə bəzi əşyaları aparır. Həcc ziyarətindən qayıdan sonra hansı səbəbə oğurluq etdiyini soruşmuşdur. O, isə ancaq lazımsız aliminum apardığını bildirmişdir. O, da bir söz deməmişdir. Həmin gündən sonra bir daha Ərəstunu görməmişdir. Bundan sonra Ərəstunun öz oğlu ilə əlbir olması aydın olmuşdur. Həcc ziyarətində olmağından istifadə edərək, bir ədəd dəyəri 800 manat olan qaynaq aparatını, 1 ədədinin dəyəri 350 manat olmaqla ümumi dəyəri 1400 manat olan 4 ədəd “Boş” firmasına aid laqondanı, 1 ədədinin dəyəri 135 manat olan ümumi dəyəri 505 manat olan 3 ədəd drel, 1qutusunun dəyəri 25 manat olmaqla ümumi dəyəri 250 manat təşkil edən 10 qutu bolt-qayka dəsti, bir ədəd dəyəri 700 manat olan armatur əymək üçün istifadə edilən dəzgah oğurlanmışdır. Oğurluq nətəcəsində ona 3655 manat ziyan dəymişdir. Oğurluq olan vaxt evdə heç kəs olmamışdır. Yəni onun oğurluq etməsi üçün əlverişli şərait olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olmaqla qazanc əldə edir. Fiziki və psixi cəhətdən sağlamdır. Evlidir, üç övladı vardır. Təqsirləndirilən şəxs doğma atasıdır. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həm qaynaq işləri görmüş, eyni zamanda həyətdə saxlanılan iri buynuzlu heyvanlara nəzarət etmişdir. Həftədə bir dəfə onu qeyd olunan yerdən götürüb evə aparmış, paltarlarını dəyişib, yuyunandan sonra geri eyni ünvana qaytarmışdır. xx.xx.2022-ci il tarixdə atası Təqsirləndirilən şəxs həmin ünvandan götürüb evə gətirmişdir. O, yeyib spirtli içki içdikdən sonra özünə məxsus “Mercedes 190” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən saat 21 radələrində Məmmədli dairəsinə düşürtmüşdür. Atası Ərəstun iş yerinə gedəcəyini desədə, təxminən 1 ay telefonuna zəng çatmamışdır. Sonradan zəng vurub, Şəmkir rayonunda yaşadığını və işlədiyini bildirmişdir. Həmin ərəfədə atasının oğurluq etməsi ilə bağlı eşitmişdir. Bu barədə həm Niyazın özü həm də polis əməkdaşları ona demişdi. Lakin bu barədə dəqiq olaraq heç bir məlumatı olmamış, atası Ərəstun heç nə deməmişdir. Təqsirləndirilən şəxs ilə danışanda ona olanları danışmış, o isə özü gəlib məsələni yoluna qoyacağını demişdir. O, da heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs konkret olaraq nə oğurladığı barədə heç bir məlumatı olmayıb. xx.xx.2022-ci il tarixdə atası Təqsirləndirilən şəxs iş yerindən yəni Zərərçəkmiş şəxs məxsus evdən çıxan zaman əlində iki ədəd sellofan olmuşdur. Onların birində şüşə qab, digərində isə çirkli paltarı olmuşdur. Atası Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məlumatı olmayıb, onunla əlbir olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığından barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsinə əsasən, cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2023cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov X2 rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddəsinə əsasən 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs poçt vasitəsi ilə teleqram vuraraq, məhkəmədə iştirak edə bilməyəcəyini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş video çəkliş ilə qeydə alınmış bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılması nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-256/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-256/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver