Məhkəmə qərarları › İş №1(012)-257/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-257/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-257/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X5, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi X6 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.2004-cü ildə Ağdam rayonu, Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Göytəpə kəndində daimi qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 və xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, dalan-1, ev 1-də daimi qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi. «Qurtuluş-93» yaşayış massivi, İstiqlaliyyət küçəsi bina 36, mənzil İİ-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X8 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Yeni-Bakı» yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus «Elmar» marketin arxa depo qapısının şüşəsini yerdən götürdükləri daşla sındıraraq, həmin yerdən marketə qanunsuz daxil olub, kassa aparatında olan 200 manat nagd pulu, kassa aparatının yaxınlığında qoyulmuş hər bir bloku 39 manat olan 156 manat dəyərində 4 blok «Sobranie» markalı siqareti, hər bir bloku 30 manat 70 qəpik olan ümumi 122 manat 80 qəpik dəyərində 4 blok «Viniston» siqareti, hər bir bloku 36 manat olan ümumi 144 manat dəyərində 4 blok «Kent 1» markalı siqareti, ofisin kassa siyirməsindən 500 manat nəgd pulu, hər biri 2 manat 99 qəpik olmaqla ümumi 44 manat 85 qəpik dəyərində 15 ədəd «Alpen Qold» markalı şokoladı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1167 manat 65 qəpik dəyərində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X8 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Yeni- Bakı» yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus «Elmar» marketin arxa depo qapısının şüşəsini yerdən götürdükləri daşla sındıraraq, həmin yerdən marketə qanunsuz daxil olub, kassa aparatında olan 200 manat nagd pulu, kassa aparatının yaxınlığında qoyulmuş hər bir bloku 39 manat olan 156 manat dəyərində 4 blok «Sobranie» markalı siqareti, hər bir bloku 30 manat 70 qəpik olan ümumi 122 manat 80 qəpik dəyərində 4 blok «Viniston» siqareti, hər bir bloku 36 manat olan ümumi 144 manat dəyərində 4 blok «Kent 1» markalı siqareti, ofisin kassa siyirməsindən 500 manat nəgd pulu, hər biri 2 manat 99 qəpik olmaqla ümumi 44 manat 85 qəpik dəyərində 15 ədəd «Alpen Qold» markalı şokoladı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1167 manat 65 qəpik dəyərində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləriylə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyimdə yaşayır. Abşeron rayon sakini X3 təxminəm 5 il olar ki, tanıyır və dostluq edirlər. Kamalla aralarında olan söhbət əsnasında qabaqcadan razılaşır ki, oğurluq etsinlər. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə Abşeron rayonu. Qurtuluş Y\M-də olan parkda görüşmüş, öz aralarında razılaşmışlar ki, Abşeron rayonu, Masazır qəsəbəsi. Yeni Bakı yaşayış massivində yerləşən “Elmar” marketdən oğurluq etsinlər. Həmin günü, yəni, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 -ci il tarixə keçən gecə saat 02 radələrində o, Təqsirləndirilən şəxs1la birlikdə həmin marketin arxa qapısına yaxınlaşmış, hərəsi yerdən götürdüyü bir daş parçası ilə həmin marketin arxa qapısının şüşəsinə vurmuş. “Elmar" marketin arxa qapısının şüşəsini sındırdıqdan sonra oradan uzaqlaşmışlar ki. kimsə səsə gələrsə onları görməsin. Təxminən yarım saat gözlədikdən sonra heç kimin gəlmədiyini görüb, şüşəni sındıqdıqları yerdən marketə daxil olmuş, həmin zaman qapının sınan şüşəsi Kamalın sağ əlinin baş barmağını kəsmiş, bundan sonra Kamal oradakı şüşə qırıntılarını təmizləyib bir küncə yığmış, hər ikisi özü ilə gətirdiyi baş geyimini (çeçenkanı) deşərək gözlük və ağızlıq açıb maska düzəltmişlər ki, kameraya baxanda onları kameradan kimsə tanımasın. O, ilk olaraq cipsi satılan şöbəyə, Kamal isə kassa aparatının yanına yaxınlaşmışdır. O, cipsi satılan şöbədən bir ədəd çipsi götürdükdən sonra kassa aparatının yanında olan şöbədən 08 ədəd “Alpen Gold” şokaladını götürüb Kamalın yanına yaxınlaşmış, Kamal marketin açıq olan kassasından 90 manat pul götürmüş, həmin pullar beş və bir manatlıq olmuş, o, isə kassada olan qəpikləri paketə tökmüşdür. Bundan sonra qəpikləri saymış və 6 manat 40 qəpik olmuş, Kamal kassadan 90 manat pulu, o isə 6 manat 40 qəpik dəmir pulu götürmüşdür. Bundan sonra 32 ədəd qarışıq siqaretləri yənı “Sobranie”, “Kent” və “Winiston” siqaretlərini götürmüş, marketdə başqa yerlərə də baxmış, belə ki blokla siqaret axtarsalar la, tapa bilməmişlər. Ümumilikdə “Elmar" marketdən ümumilikdə 96 manat 40 qəpik nəğd pul, bir ədəd cipsi, iki ədəd Hell energi içkisi, bir ədəd suxarik, 10 paçka “dirol” saqqızı, 32 ədəd qarışıq siqaret və 08 ədəd “Alpen Gold” şokaladı götürmüşlər. Onlar həmin marketdən başqa heç nə götürməmiş, həmin marketdən çıxdıqdan sonra birlikdə Masazır qəsəbəsi, Qurtuluş Y/M-nin yaxınlıqında olan “Ocaq” kafesinə getmişlər. Həmin vaxtı kafe bağlı olmuş, lakin kafenin həyətində olan kabinet açıq olduğu üçün 3-4 saat orda oturub səhərin açılmasını gözləmişlər. Təxminən səhər saat 07 radələrində həmin kafedən çıxmış və oğurladırjıarı siqaret və digər əşyaları kafenin arxasında olan yarımtikilidə gizlətmişlər, pulu isə özləri ilə götürüb «Qurtuluş-93» massivinə gəlmiş, həmin puldan özləri üçün xərcləmişlər. Həmin gün saat 13 radələrində tanışı və həmyaşıdı Emilin yaşadığı ünvana getmiş, Emillə görükdükdən sonra sonuncuya oğurluq etdikləri barədə demiş və Emillə bərabər gəlib oğurladıqları və gizlətdikləri əşyaları qoyduqları yerdən götürüb üçü birlikdə Bakı şəhərinə getmişlər. Onlar bir neçə saat Bakı şəhəri. Əcəmi metrostansiyasının yaxınlığında üçü gəzdikdən sonra birlikdə taksi ilə Binəqədi rayonu ərazisinə getmiş, Kamal əlində oğurladığı siqaret və digər əşyalarla. Binəqədi rayonu ərazisində gəzərkən, Binəqədi rayonu, 43-cü polis bölməsinin əməkdaşları onları şübhələndikləri üçün, onları saxlayıb Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə aparmışlar. Həmin bölmədə söhbət zamanı polis əməkdaşlarına Bakı şəhəri Binəqədi rayonu ərazisindən heç bir oğurluq etmədiklərini, lakin xx.xx.2021 -ci il tarixdən, xx.xx.2021 -ci il tarixə keçən gecə Abşeron rayonu. Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində yerləşən «Elmar» marketdən oğurluq etdikləri barədə, həmçinin Emilin onlarla birlikdə heç bir oğurluq etmədiklərini bildirmiş, sonra Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları onları saxlamaları və oğurluq etmələri barədə Abşeron RPİ-yə bildirmiş, sonra Abşeron RPİ-nin əməkdaşları gəlib onları 43-cü bölmədən götürüb Abşeron RPİ-nə gətirmişlər. Göstərmişdir ki, marketdə işləyən Zərərçəkmiş şəxs yalan deyir, yuxarıda göstərdiklərindən əlavə olaraq marketdən başqa hüç nə oğurlamamış, oğurladıqları pulu özləri üçün xərcləmiş, yəni yemək və su almış, siqaretləri çəkmişlər, həmin siqaretdən kimə gəldi paylamışlar. Hazırda onlarda oğurladıqları əşyalardan cəmisi üç paçka, yəni iki paçka Sobranie və bir paçka Kent qalmış, başqa heç nə qalmamışdır. Həmin üç paçka siqareti təqdim etmiş, əvvəlcədən hazırladıqları və oğurluq edən vaxtı başlarına keçirdikləri papaqlarda özlərində olmuş və həmin papaqları təqdim etmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X6 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi «Qurtuluş-93» də ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu sakini Təqsirləndirilən şəxs2 təxminən 5 il olar ki, tanıyır və birlikdə dosluq etmişlər. Onlar Hikmətlə öz aralarında razılaşmışlar ki. ailə vəziyyətləri yaxşı deyil və oğurluq etsinlər. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində tanışı Hikmətlə Abşeron rayonu, Qurtuluş yaşayış massivində olan parkda görüşmüş, aralarında razılaşmışlar ki, Abşeron rayonu, Masazır qəsəbəsi Yeni Bakı yaşayış massivində yerləşən «Elmar» marketdən oğurluq etsinlər. Həmin gün yəni, 24 11.2021-ci il tarixdən, xx.xx.2021 -ci il tarixə keçən gecə saat 02 radələrində tanışı Hikmət birlikdə həmin marketin arxa qapısına yaxınlaşmış, hərəsi yerdən götürdüyü bir daşı həmin marketin arxa qapısının şüşəsinə vurmuşlar. Onlar Elmar marketin qapısının şüşəsini sındırdıqdan sonra, oradan uzaqlaşmışlar ki, kimsə gəlsə onları görməsin. Lakin 30 dəqiqə keçməsinə baxmayaraq heç kim gəlməmiş, bundan istifadə edib həmin şüşəni sındırdığı yerdən marketə daxil olmuş, yəni birinci gəlib həmin şüşəni sındırdığı yerdən marketə daxil olmaq istəyəndə, şüşə sağ əlinin baş barmağını kəsib zədələmişdir. Bundan sonra orada olan şüşələri təmizləmiş və həmin yerdən birinci Hikmətlə birlikdə marketə daxil olmuşlar. Hər ikiçi özlərində olan «çeçenka» papağı deşərək gözlük və ağızlıq açıb maska düzəltmiş ki, kameradan heç kim onları tanımasın. Hər ikisi mağazaya daxil olduqdan sonra, kassa aparatının yanına getmiş, Hikmət isə piştaxtadan bir ədəd, yəni bir paçka «cipsi» götürmüş, sonra isə kassanın yanında olan piştaxtadan 08 (səkkiz) ədəd «Alpen Gold» şokoladını götürmüşdür. O, marketin açıq olan kassasından 90 (doxsan) manat pul götürmüş, 90 manat pul olan əskinazlar hamısı beş və bir manatlıqlar olmuş, Hikmət isə orada olan qəpikləri paketə tökmüşdür. Sonra Hikmətin götürdüyü qəpikləri saymış, cəmi 6 manat 40 qəpik olmuş, o kassadan doxsan manat pulu, Hikmət isə 6 manat 40 qəpik pulu götürmüşdür. Bundan sonra 32 paçka qarışıq siqaretlər götürmüş, yəni Sobranie, Kent və Viniston siqaretləri götürmüş, mağazada olan bir neçə yerə baxmışlar ki, bloknan siqaret tapıb götürsünlər, lakin tapa bilməmişlər. Onlar yəni Hikmət və o, həmin «Elmar» marketdən ümumilikdə 96 manat 40 qəpik pul, bir ədəd çipsi, iki ədəd Hell enerji içkisi, bir ədəd suxarik, 10 paçka «Dirol» saqqızı, 32 ədəd qarışıq siqaret və 08 ədəd «Alpen Gold» şokoladı götürmüş, mağazadan başqa heç nə götürməmişlər. Mağazadan çıxandan sonra Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivni yaxınlığında olan «Ocaq” kafesinə getmiş, həmin vaxtı kafe bağlı olmuş, lakin həyətində çöldə olan kabinet açıq olduğu üçün oraya girib 3-4 saat oturmuşlar ki, səhər açılsın. xx.xx.2021-ci il tarixdə səhər saat 07 radələrində həmin kafedən çıxmış və oğurladıqları siqaret və digər əşyaları kafenin arxasında olan yarımtikilidə gizlətmiş, pulu isə özləri ilə götürüb Qurtuluş yaşayış massivində gəzmişlər. Həmin günü saat 13 radələrində tanışı və həmyaşıdı Eminin yaşadığı ünvana getmiş, Eminlə görüşdükdən sonra ona oğurluq etmələri barədə demiş və Eminlə bərabər gəlib oğurladıqları və gizlətdikləri əşyaları qoyduqları yerdən götürüb birlikdə Bakı şəhərinə getmişlər. Bir neçə saat Əcəmi metrostansiyasının yaxınlığında üçlükdə gəzdikdən sonra taksi ilə Binəqədi ərazisinə getmiş, əllərində oğurladıqları siqaret və digər əşyalarla Binəqədi ərazisində gəzərkən, Binəqədi rayonu, 43-cü polis bölməsinin əməkdaşları onlardan şübhələndikləri üçün saxlayıb Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə aparmışlar. Həmin bölmədə söhbət zamanı polis əməkdaşlarına onların ərazisindən heç bir oğurluq etmədiklərini, lakin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Abşeron rayonu, Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində yerləşən «Elmar» marketdən Hikmətlə oğurluq etməsi barədə bildirmiş, həmçinin Emil onlarla birlikdə heç bir oğurluq etmədiyini bildirmiş, sonra Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları onları saxlamaları və oğurluq etmələri barədə Abşeron RPİ-yə bildirmiş, Abşeron RPİ-nin əməkdaşları gəlib onları 43-cü bölmədən götürüb Abşeron RPİ-nə gətirmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Abşeron rayon, Masazır qəsəbəsi, Yeni-Bakı yaşayış massivi. İstiqlaliyyət küçəsi 18 saylı binanın 1-ci mərtəbəsində yerləşən «Elmar» marketdə adminstrator vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdən, xx.xx.2021 -ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər Abşeron rayon. Masazır qəsəbəsi Yeni-Bakı yaşayış massivi İstiqlaliyyət küçəsində 18 saylı binanın 1-ci mərtəbəsində yerləşən «Elmar» marketin arxa «Depo» qapısının şüşəsini sındıraraq qanunsuz olaraq marketə daxil olub, kassa aparatından mağazanın 200 manat nəğd pulunu, kassa aparatının yaxınlığından hər bir bloku 37 manat 20 qəpik olan 148 manat 80 qəpik dəyərində 4 blok «Sobranie» siqaretini, hər bir bloku 30 manat 70 qəpik olan, 122 manat 80 qəpik dəyərində 4 blok «Viniston» siqaretini, hər bir bloku 35 manat 20 qəpik olan 140 manat 80 qəpik dəyərində 4 blok «kent» siqaretini, ofisin kassa siyirməsindən 500 manat nəgd pulu, hər biri 2 manat 99 qəpik olmaqla 15 ədəd 44 manat 85 qəpik dəyərində «Alpen Qold» şokoladını talamaqla ümumilikdə ona 1157 manat 25 qəpik maddi ziyan vurmaqla oğurluq etmişlər. Bildirmişdir ki, həmin 500 manat puldan təxminən 60-70 manatı qəpik pullar olmuş, həmçinin həmin şəxslər mağazanın şüşəsini sındırmaqla 170 manatlıq əmlakını da məhv etmişlər. Hazırda onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2021 -ci il tarixdə tanışları Hikmət və Kamal onun yaşadığı ünvana gəlmiş, hər üçü birlikdə «Qurtuluş» parkına getmişlər. Parkda olarkən Hikmət və Kamal hər ikisi gecə Yeni Baskı yaşayış massivində olan «Elmar» marketdən oğurluq etdiklərini, yfni siqaret və digər əşyalar oğurladıqlarını bildirmiş, bundan sonra Hikmət oğurladıqları əşyaları hardansa gətirmiş, həmin əşyaların harada gizlədilməsindən xəbərsiz olmuş, bundan sonra birlikdə Memar Əcəmi metrosunun yanındakı əraziyə getmişlər. Bir qədər gəzdikdən sonra Binəqədi rayonu ərazisinə gəlmiş, orada Binəqədi mərkəzi deyilən yerdə birlikdə dönər yemişlər. Orada dönər yeyib çıxdıqda polis əməkdaşları tərəfindən saxlanılmış və şübhəli olduqları üçün 43- cü polis bölməsinə gətirilmişlər. Orada Hikmət və Kamal Abşeron rayonu ərazisində oğurluq etdiklərini etiraf etmiş, bundan sonra sonuncuları Abşeron rayon Polis İdarəsinin əməkdaşlarına təhvil vermişlər. Əlavə olaraq göstərmişdir ki, tanışları Hikmət Kamalın oğurluq edəcəklərindən əvvəlcədən xəbərsiz olmuş və həmin oğurluqda iştirak etməmiş, sonuncular ona parkda olarkən törətdikləri oğurluq barədə məlumat vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9545 nömrəli rəyi ilə müəyyən edilmişdir ki. 2021-ci ilin noyabr ayına «Kent 1 Nano» markalı siqaret 3,60 manat; «Sobranie Vhites» markalı siqaret 3,90 manat. Sübutların qiymətləndirilməsinə haqqında qərardan görünür ki, bir parça «Kent 1 Nano» markalı siqaret və iki paçka «Sobranie Vhites» markalı siqaret, iki ədəd «çeçenka» papağı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi X10 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyinə görə onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnın 177.2.1, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X7 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə, X4 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, X2 ilk dəfə az ağır cinayət törətməsini, ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halları, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, ictimai təhlükəlilik dərəcəsi, cəzasının yüngülləşdirən halları, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. xx.xx.2022-ci il tarixdə X8 barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Keçirilmiş axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs X8 xx.xx.2022-ci il tarixdə gecə 01.00 radlərində tutularaq Abşeron rayon Pİ-nin MSY-nə təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə X8 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin qaldırılmış vəsatət təmin edilməyərək təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmiş, odur ki, xx.xx.2022-ci il tarixdə X8 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək saxlandığı Abşeron rayon Pİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2022-ci il tarixdən gecə 01.00 dən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir parça «Kent 1 Nano» markalı siqaret və iki paçka «Sobranie Vhites» markalı siqaret, iki ədəd «çeçenka» papağı sahibi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı sahibi qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə istintaqı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : X8 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2022-ci il tarix saat 01.00-dan xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs X2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X8 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir parça «Kent 1 Nano» markalı siqaret və iki paçka «Sobranie Vhites» markalı siqaretin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut iki ədəd «çeçenka» papağı məhv edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə istintaqı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar