Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-257/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs еtibаrdаn sui-istifаdə etmə və аldаtmа yоlu ilə özgənin əmlаkını ələ kеçirmək məqsədi ilə 2020-ci ilin dеkаbr аyında sosial şəbəkədə tanış olduğu X4 ərindən boşandığına görə ailəsi ilə yaşadığı Xırdalan şəhəri, Nizami küçəsində yerləşən evi sonuncunun adına sənədləşdirəcəyinə vəd vеrib, aldadaraq Xacay Mahmudovanın 2020-ci ilin dekabr ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 450 (dörd yüz əlli) manat, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Аbşеrоn rаyоnu, Хırdаlаn şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində yerləşən işıqforun dirəyinin yanında 2550 (iki min beş yüz əlli) manat cəmi 3000 (üç min) manat пulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X5 3000 (üç min) mаnаt ziyаn vurmаqlа dələduzluq еtmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X7 ilə 2020-ci ilin sonlarında internetdə instagram sosial şəbəkəsində tanış olmuşdur. İnternetdə tanışlıqlarından bir müddət sonra Xacayla Bakı və Xırdalan şəhərlərində görüşüb söhbətləşmişlər. Həmin vaxtlarda Xacay əri ilə münasibətlərinin olmadığını və ərindən boşanmaq istəsədə ərinin ondan boşanmaq istəmədiyini, ərinin onu Xırdalan şəhərində yaşadığı evdən çıxarmaq istədiyini bildirmişdir. Xacay evi öz adına keçirmək istədiyini, lakin ərinin buna imkan vermədiyini bildirmişdir. O, Xacaya tanış vəkil olduğunu və evi adına keçirməkdə vəkilin ona kömək edə biləcəyini demişdir. Həmçinin vəkillə müqavilə bağlaması üçün 300 manat pul lazım olduğunu Xacaya bildirmişdir. Xacay vəkil üçün 300 manat verməyə razılaşmış və 2020-ci ilin dekabr ayında Səbail rayonu, Bayıl qəsəbəsində Xacay ona 300 manat pul vermişdir. Xacayın ona verdiyi 300 manat pulu ehtiyacı olduğu üçün xərcləmişdir. Bundan sonra o, Xacaydan Səbail rayonu, Bayıl qəsəbəsində 200 manat borc pul almışdır. Söhbət əsnasında Xacaya pula ehtiyacı olduğunu bildirmiş və Xacay qızıllarını lombarda girov verib pul götürüb ona borc verə biləcəyini demişdir. Xacay pulu nə vaxt qaytaracağını ondan soruşmuş və o, Xacaya evlərinin plana düşdüyünü və yaxın vaxtlarda evlərinə görə pul alıb borcunu qayatara biləcəyini demişdir. 2021-ci ilin yanvar ayının sonlarında Xırdalan şəhərində işıqforun yanında Xacayla görüşmüş və Xacay orada pul götürmək üçün lombarda daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Xacay lombarddan çıxmış və qızılların müqabilində 1500 manat pul götürdüyünü bilmişdir. Xacay həmin 1500 manat pulu ona vermiş və o, çıxıb getmişdir. Bir müddət sonra Xacay onun telefon nömrəsini əngəllədiyi üçün o, Xacayla əlaqə saxlaya bilməmişdir. Sonradan Xacay ona başqa nömrə ilə zəng edib borc verdiyi pulu qaytarmağını istəmiş və o, halhazırda borcunu qaytarmaq üçün pulu olmadığını bildirmişdir. Bundan sonra Xacayla əlaqə saxlamamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X5 3000 mаnаt ziyаnı ödəmişdir. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin payız fəslində X2 boşanmaq ərəfəsində olmuş və azyaşlı uşaqları ilə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nizami küçəsində yerləşən Eldənizə məxsus 15 nömrəli evdə yaşayır. Evin çıxarış sənədi olmasada, alqı-satqı müqaviləsi keçmiş həyat yoldaşı Eldəniz Mahmudovun adına olmuşdur. Eldənizin onu evdən çıxarmasından ehtiyat edib evi öz adına keçirmək istəmişdir. 2020-ci ilin noyabr ayında internetdə instagram sosial şəbəkəsində özünü xeyriyyəçi kimi təqdim edən Təqsirləndirilən şəxs evlə bağlı olan problemimi danışmış və Vasif adlı şəxs ona köməklik edə biləcəyini bildirmişdir. Belə ki, Vasif tanış adamı olduğunu və onun adına evə dair sənəd düzəltdirəcəyini və bundan sonra onu evdən heç kəsin çıxara bilməyəcəyini bildirmişdir. Vasif bunun üçün ondan 550 manat pul, şəxsiyyət vəsiqəsi və evə dair sənədlərin surətini istəmişdir. O, Vasifə 550 manat pulu olmadığını, 450 manat verə biləcəyini demişdir. Vasif işi başlamaq üçün 450 manat pulu verməyini bildirmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Vasiflə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində görüşmüş və Vasifə 450 manat pul, şəxsiyyət vəsiqəsi və evə dair alqı-satqı müqaviləsinin surətini vermişdir. Bundan sonra Vasif əlavə 2550 manat pul verməyini bildirmiş və o, lombarddan kredit götürüb pulu verəcəyini bildirmişdir. 2021-ci ilin fevral ayının 22-də günorta saatlarında Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən lombarda qızıl-zinyət əşyalarını girov verib 1500 manat pul götürmüş və hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Ruslanın ona hədiyyə verdiyi 1050 manat pulu, 1500 manat pulun üstünə qoyub həmin vaxtı lombardın yaxınlığında işıqforun yanında Vasiflə görüşmüş və pulu Vasifə vermişdir. Həmin vaxtı Vasif sənədlərin surətini ona qaytarmışdır. Vasif işi başlamağı bildirdiyi zamanı sənədləri düzəltməyə başlayacağını bildirmişdir. Bir müddət sonra o, Vasifə işini düzəldəcək adamla onu görüşdürməsini bildirmiş və Vasif hər dəfə bəhanə gətirib onu heç kimlə görüşdürməmişdir. Təxminən iki ay sonra o, Vasifə verdiyi 3000 manat pul qaytarmasını bildirmişdir. Vasif pulu qaytarmağa söz versədə, sonradan onu aldatdığını görüb şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs dəymiş ziyan ödədiyindən ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X7 onun xalası qızıdır. Xacay 2 il əvvəl həyat yoldaşı X2 boşanmış və iki azyaşlı uşaqları ilə həyat yoldaşı Eldənizə məxsus Xırdalan şəhəri, Nizami küçəsində yerləşən fərdi evdə yaşayır. 2021-ci ilin yaz fəslində Xacay ona bildirmişdir ki, Xırdalan şəhərində yaşadığı evin sənədlərini düzəltmək üçün internetdə tanış olduğu Təqsirləndirilən şəxs 3000 manat pul vermiş, lakin Vasif onu aldadaraq pulunu ələ keçirmişdir. O, da Xacaya Vasif adlı şəxs barəsində polisə şikayət etməsini məsləhət görmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi olan cinayət işinə Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xitam verilmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, məhkəmə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı qeyd edir ki: İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2021-ci ildə zərərçəkmiş şəxsə məxsus pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-257/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-257/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver