Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-258/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələriilətəqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhərində «xxxxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus dövlət əhəmiyyətli su xətlərinin Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən keçən hissəsindən cəmi 23.875 manat dəyərində dəmir əsaslı ərintidən hazırlanmış diametri 524 mm, uzunluğu 791 p/m və diametri 424 mm, uzunluğu 5 p/m olan metal su borularını torpağın qazılması, su xəttlərinin kəsilməsi, yüklənməsi və daşınması işləri üçün tanışları Şahid1 və Şahid2, günəmuzd qaydada fəhlə kimi cəlb etdiyi Orucov İmamverdi Əlövsət oğlu, Şahid6 və Şahid5, eləcə də texnikanın köməyindən istifadə edərək ümumi cinayətkar niyyətinə uyğun şəkildə vahid qəsdlə mülkiyyətçidən, cəlb etdiyi şəxslərdən xəbərsiz gizli olaraq torpağın altından çıxarıb talamaqla zərərçəkmiş şəxs «xxxxxx» Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 15 ilə yaxındır ki, Yevlax rayon sakini Şahid1 tanıyırdı. Bildiyinə görə Ceyhun respublika ərazisində dəmir alqı-satqısı ilə məşğul olur, Ceyhunun vasitəsi ilə sonuncunun dostu İsmayil adlı şəxslə də tanış olmuşdur. Təxminən 2019-cu ilin avqust ayında maddi çətinlik çəkdiyinə görə pul qazanmaq yeri axtarırdı. Bu zaman “xxxxxx” şirkətinin Xırdalan şəhəri, Quşçuluq massivində istifadə olunmayan su borularının olması barədə məlumat alıb həmin su borularını qizli talayıb satmaq qərarına gəlmişdir. Həmin işi həyata keçirmək üçün bu işdən başı çıxa biləcək şəxs isə dostu Ceyhun idi. Lakin Ceyhun həmin növ işə görə məhkum olunduğundan və bu işə görə tövbəli olduğundan fikirləşmişdir ki, Ceyhuna boruların istismar vaxtı qurtarması ilə əlaqədar “xxxxxx” şirkətinin balansından çıxması barədə yalan məlumat verməklə sonuncunun köməyini əldə edə bilər. Həmçinin Ceyhun dəmir alqı-satqısı ilə məşğul olduğu üçün boruların satılmasında da köməklik edə bilərdi. Beləliklə də Ceyhun və İsmayılla Bakı şəhərində görüşərək yalandan bildirmişdir ki, guya “xxxxxx” şirkətində işləyən tanışından şirkətin balansından çıxmış boruları kəsib götürməyə razılıq almışdır. Bundan sonra Ceyhungil boruların kəsilib satılmasında köməklik edə biləcəklərini demişlər. Razılığa görə o, Ceyhuna 500 manat, İsmayıla isə 200 manat pul verməli idi. Beləliklə işə başlamaq üçün o, Xırdalan şəhərində yerləşən daş bazarına gedərək İsmayıl və Ceyhunun tanıdığı Nail adlı şəxsə müraciət edib Xırdalan şəhəri ərazisində su idarəsinə məxsus boruların olduğunu bildirib həmin boruları kəsib çıxartmaq istədiyini və bunun üçün köməkliyi lazım olduğunu demişdir. Əldə olunan gəlirdən asılı olamayaraq gündəlik zəhmət haqqı Nailə 20 manat ödəyəcəyini vəd etmişdir. Nailə işinin üstü açılan boruları uzunluğu 11 metrlik hissələrə bölməkdən ibarət olacağını izah etmiş, Nail də razılaşmışdır. Həmçinin qaynaq aparatının daşınması üçün “Qazel” markalı yük avtomobilinin sürücüsü Vaqif adlı şəxsə də müraciət etmişlər. Vaqifə də günlük 30 manat pul verəcəklərini bildirərək razılaşmışlar. Bundan əvvəl Ceyhun tanışı olan ekskavator sürücüsü İmamverdi ilə gündəlik 30 manata razılaşıb danışmışdır. Beləliklə də təxminən xx xxxxxx 2019-cu il tarixdə, o, Ceyhun və İsmayıl Xırdalan şəhəri Quşçuluq massivinə gedib fəhləlik etməyə dəvət edilmiş Nail, Vaqif və İmamverdiyə boruların kəsilməli olduğu yerləri göstərmişlər. İsmayılın işi isə mümkün qədər işlərə nəzarət etməkdən ibarət olmuşdur. Beləliklə də İmamverdi ekskavatorla boruların üstünü açdıqdan sonra Nail Vaqifin avtomobilinə yerləşdirilmiş qaynaq aparatı vasitəsi ilə boruları doğrayır, sonra isə İmamverdi həmin 11 metr uzunluğunda hissələrə doğranmış boruları oraya gələn müxtəlif yük avtomaşınlarına yükləmişdir. Nail, Vaqif və İmamverdinin onun boruları icazəsiz gizli ələ keçirməyi barədə xəbərləri olmamışdır, Belə ki, 10 gün ərzində təxminən 800 metr uzunluqda 530 mm diametrli borular kəsilib götürülmüşdür. Həmin boruların satılıb pulun əldə edilməsini Ceyhun boynuna götürdüyündən boruların konkret olaraq harada saxlanmasından onun xəbəri və məlumatı olmamışdır. O, borular daşınan ərəfədə hissə-hissə olmaqla Ceyhuna ümumilikdə 500 manat, İsmayıla isə 200 manat pul vermiş, həmçinin 10 gün ərzində fəhlələrə vəd edilmiş gündəlik əmək haqlarını da ödəmişdir. Lakin borular satılmadığından özü gəlir əldə etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə ona məlum olmuşdur ki, “xxxxxx” şirkətinin və polis əməkdaşlarının tərəfindən həmin əraziyə baxış keçirilən zaman boruların oğurlanması faktı aşkar edilmişdir. O, polislər tərəfindən tutulacağını bilib telefonunu söndürərək polisdən gizlənməyə başlamışdır. Bu səbəbdən xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Verilən sullara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, boruların qanunsuz yolla kəsilməsi barədə Şahid1 və qeyrilərinin məlumatları olmamışdır. O, Ceyhun və İsmayıla “xxxxxx” şirkətində işləyən tanışının razılığı ilə şirkətin balansından çıxmış boruları götürəcəyi barədə yalan məlumat verib sonuncuları aldatmış, Ceyhungil də öz növbələrində bu işi görmək üçün dəvət edilmiş fəhlələri əmin etmişdilər ki, boruların kəsilməsi tam qanunidir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onlarla barışıq əldə etdiyini və zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələblərinin olmamasını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş “xxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində rildirmişdir ki, xx xxx 2013-cü il tarixdən “xxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentinin Hüquq mübahisələrlə iş üzrə şöbəsində hüquq məsləhətçi vəzifəsində çalışır. xx xxxxxx 2019-cu il tarixdə planlı şəkildə cəmiyyətin boruları keçdiyi ərazilərə baxış keçirilən zaman Ceyranbatan-Qobu su xəttinin Abşeron rayonu, Xırdalan şəhəri, koroğlu küçəsindən keçən diametri 530 mm, uzunluğu 780 paqon metr olan hissəsinin naməlum şəxslər tərəfindən oğurlandığı və həmin xəttin 80 paqon metr hissəsini üstü açılmış hissəsinin kəsilərək çıxarılıb kənara qoyulması müəyyən edilmiş və dərhal faktı aşkar edən əməkdaşlar tərəfindən cəmiyyətin müvafiq rəhbər şəxslərinə məruzə edilmişdir. Cəmiyyətdə aparılan araşdırma zamanı qeyd olunan hadisə nəticəsində cəmiyyətə 68.928,60 manat ziyan vurulduğu məlum olmuş və bununla bağlı cəmiyyət rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılı müraciət edilmişdir. Müraciətin araşdırılması ilə əlaqədar cəmiyyətin müvafiq əməkdaşı, Baş İdarənin əməkdaşları və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisə yerini müayinə edilməsi üçün qeyd olunan əraziyə gəlmişlər. Həmin vaxt orada JSB Markalı traktorun və həmin traktorun sürücüsü olmuşdur. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra orada olan İmamverdi adlı şəxs özünü təqdim edib İsmayıl adlı şəxsin tapşırığına əsasən bir neçə şəxslə birlikdə boruların qazılıb çıxarılmasını həyata keçirdiyini bildirmişdir. Əməkdaşın və həmin şəxsin iştirakı qeyd olunan boru xətti keçən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, Ceyranbatan- Qobu su xəttinin Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən keçən hissəsində «xxxxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus 68.928,60 manat dəyərində diametri 530 mm, uzunluğu 780 p/m olan su xətlərini olmadığını, diametri 426 olan 5 paqon metr və diametri 530 mm olan 11 paqon metr uzunluqda olan iki hissəsi çıxarılıb kənara qoyulduğu və diametri 530 mm olan 40 metr hissəsinin üstü açıldığı müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bu də müvafiq protokol tərtib edilmişdir. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi bildirdi ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Bundan əlavə, zərərçəkmiş şəxsin ibtidai isindaqda verdiyi ərizədən görünür ki, onlara dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid7 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə “xxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Baş İdarəyə ünvanlanmış müraciətində Ceyranbatan-Qobu su xəttinin Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən keçən diametri 530 mm, uzunluğu 780 paqon metr olan hissəsi naməlum şəxslər tərəfindən oğurlandığı və həmin xəttin 80 paqon metr hissəsini üstü açılmış və üstü açılmış 16 paqon metr hissəsinin kəsilərək çıxarılıb kənara qoyulması və bunun nəticəsində cəmiyyətə 68.928,60 manat ziyan vurulduğu göstərilmişdir. Hadisə baş vermiş yerə baxış keçirilməsi zərurəti yarandığından baxışda iştirak etmək məqsədi ilə iki nəfər dəvət olunaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra iştirakçılar Abşeron rayonu. Xırdalan şəhəri, Koroğlu küçəsinə dəvət olunmuş və həmin yerdə “xxxxxx” ASCnin əməkdaşı Şahid3 və hal şahidlərinin iştirakı ilə baxış keçirilməyə başlanmışdır. Həmin vaxt orada “JSB” markalı traktorun və həmin traktorun sürücüsü olmuşdur. Ekskavatorun sürücüsünə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxs özünü xx.xx.1988-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük yeni qəsəbəndə yaşamaqla, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olan Orucov İmamverdi Əlövsət oğlu olduğunu və İsmayıl adlı şəxsin tapşırığına əsasən bir neçə şəxslə birlikdə boruların qazılıb çıxarılmasını həyata keçirdiyini bildirmişdir. Qeyd olunan boru xətti keçən əraziyə baxış keçirilən zaman Ceyranbatan-Qobu su xəttinin Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən keçən hissəsində «xxxxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 530 mm, uzunluğu 780 p/m olan su xətlərinin olmadığı, diametri 426 mm olan 5 paqon metr və diametri 530 mm olan 11 paqon metr uzunluqda olan iki hissəsi çıxarılıb kənara qoyulduğu və diametri 530 mm olan 40 metr hissəsinin üstü açıldığı müəyyən edilmişdir. Baxış keçirildikdən sonra bu barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunduqdan sonra imzalan ilə təsdiq edilmişdir. Hadisə yerindən aşkar edilərək götürülmüş 16 pm uzunluğunda su borusu saxlanılması üçün baxışda iştirak etmiş “xxxxxx” ASC-nin əməkdaşı Şahid3 təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Şahid8 ifadəsində Şahid7 dediklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Xancqulu ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə o, X3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının təklifi əsasında keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq vermişdr. Həmin vaxt polis əməkdaşları tərəfindən tanımadığı daha bir nəfər şəxs tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət olunmuşdur. Əməliyyat tədbiri başlanmazdan əvvəl polis əməkdaşları tərəfindən hər ikisinə qanunvericilikdə nəzərdə tutulmuş hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsinə yollanmış və həmin yerdə '‘xxxxxx” ASC-nin və onların iştirakı ilə baxış keçirmişdir. Həmin vaxt orada “JSB” markalı traktorun və həmin traktorun sürücüsü olmuşdur. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin dəqiq anket məlumatlarını xatırlamadığı İmamverdi adlı şəxs özünü təqdim edib İsmayıl adlı şəxsin tapşırığına əsasən bir neçə şəxslə birlikdə boruların qazılıb çıxarılmasını həyata keçirdiyini bildirmişdir. Onların iştirakı ilə qeyd olunan boru xətti keçən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, Ceyranbatan-Qobu su xəttinin Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən keçən hissəsində «xxxxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus 68.928,60 manat dəyərində diametri 530 mm, uzunluğu 780 p/m olan su xətlərini olmadığı, diametri 426 mm olan 5 paqon metr və diametri 530 mm olan 11 paqon metr uzunluqda olan iki hissəsi çıxarılıb kənara qoyulduğu və diametri 530 mm olan 40 metr hissəsinin üstü açıldığı müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən baxış keçirildiqdən sonra bu barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bayram oğlu bildirmişdir ki, fərdi qaydada metal alqı-satqısı ilə məşğul olur. Əvvəllər oğurluq cinayətinə görə məhkum edilmişdir. Təxminən 15 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə yaxın dost münasibətləri olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Həmçinin uzun müddətdir ki, Şahid2la da dostluq edir. Təxminən 2019-cu ilin avqust ayının ortalarında Elnur ona zəng edərək bir işlə bağlı görüşməyi təklif etmişdir. O, İsmayılla birlikdə Bakı şəhərində Elnurla görüşmüş, görüş zamanı Elnur onlara bildirmişdir ki, “xxxxxx” şirkətində işləyən tanışından şirkətin balansından çıxmış boruları kəsib götürməyə rəsmi razılıq almışdır. Elnur xahiş etmişdir ki, boruların kəsilib daşınması və satılmasında köməklik etsinlər. Satışdan sonra ona 500 manat, İsmayıla isə fəhlələrə nəzarət etməsinə görə 200 manat verəcəyini vəd etmişdir. Onlar da razılaşmışlar. Beləliklə də o, Xırdalan şəhərində yerləşən daş bazarında qaynaqçı işləyən Naili Elnura məsləhət bilmiş, Elnur özü gedib Naillə danışaraq gündəlik zəhmət haqqı 20 manata razılaşmışdır. Həmçinin qaynaq aparatının daşınmasından ötrü "Qazel” markalı yük avtomobilinin sürücüsü Vaqiflə günlük 30 manata razılaşmışlar. Qazıntı və yükləmə işi üçün isə tanıdığı ekskavator sürücüsü İmamverdi ilə də gündəlik 30 manata razılaşıb danışmışlar. Beləliklə də xx xxxxxx 2019-cu il tarixdə o, Elnur və İsmayıl Xırdalan şəhəri, Quşçuluq massivinə gedib Nail, Vaqif və İmamverdiyə boruların kəsilməli olduğu yerləri göstərmişlər, onların göstərişlərinə əsasən İmamverdi ekskavatorla boruların üstünü açdıqdan sonra Nail Vaqifin avtomobilinə yerləşdirilmiş qaynaq aparatı vasitəsi ilə boruları doğrayır, sonra isə İmamverdi həmin 11 metr uzunluğunda hissələrə doğranmış boruları oraya gələn müxtəlif yük avtomaşınlarına yükləyirdi. 10 gün ərzində təxminən 800 metr uzunluqda 530 mm diametrli borular kəsilib götürülmüşdür. Həmin borular Abşeron rayonu ərazisində heç kimə məxsus olmayan çöllük əraziyə boşaldılmışdır ki, oradan müştərilərə satılsın. Lakin həmin ərəfədə müştəri tapılmadığından borular həmin yerdə qalmışdır. Təxminən 10 gün işlədikdən sonra Elnurla əlaqəsi kəsilmiş, borular da öz yerində qalmışdır. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan borular “xxxxxx" şirkətinə məxsus olmuş və Elnurun həmin boruları kəsib daşımağa icazəsi belə olmamışdır. Ona görə də polis əməkldaşları tərəfindən əraziyə baxış keçirilmiş və fakta görə cinayət işi də başlanmışdır. Lakin nə onun, nə İsmayılın, nə də ki, fəhlə və sürücülərin həmin boruların qanunsuz yolla kəsilməsi barədə məlumatları olmamışdır. Elnur onlara “xxxxxx” şirkətində işləyən tanışının razılığı ilə şirkətin balansından çıxmış boruları götürəcəyi barədə yalan məlumat verib onları aldatmışdır. Əgər bunun qanuna zidd olduğunu bilsəydi heç bir vaxt bu işə qoşulmazdır. O, özünü təqsirli bilmədiyi üçün istintaqa cəlb edilməsi, barəsində axtarış elan olunmasından xəbərsiz olmuşdur. Bu barədə xəbər tutandan sonra özü könüllü olaraq istintaqa gəlmişdir. Elnur ona 500 manat pul verməyə söz versə də, ona hər hansı bir pul vəsaiti ödəməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, 7 ilə yaxındır ki, “xxxxxx” Açıq Səhmdar çəmiyyətinin müxtəlif vəzifələrində, 2013-cü ildən isə cəmiyyətin əsas fondların idarə olunması şöbəsinin rəis müavini vəzifəsində çalışır. xx xxxxxx 2019-cu il tarixdə tərəfindən planlışəkildə cəmiyyətin boruları keçdiyi ərazilərə baxış keçirilən zaman Ceyranbatan- Qobu su xəttinin Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən keçən diametri 530 mm, uzunluğu 780 paqon metr olan hissəsi naməlum şəxslər tərəfindən oğurlandığı və həmin xəttin 80 paqon metr hissəsini üstü açılmış və üstü açılmış hissəsinin kəsilərək çıxarılıb ara qoyulması müəyyən edilmiş və dərhal cəmiyyətin müvafiq rəhbər şəxslərinə məruzə edilmişdir. Cəmiyyətdə aparılan araşdırma zamanı qeyd olunan hadisə nəticəsində cəmiyyətə 68.928,60 manat ziyan vurulduğu məlum olmuş və bununla bağlı cəmiyyət rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılı müraciət edilmişdir. Müraciətin araşdırılması ilə əlaqədar o, Baş İdarəsinin əməkdaşları və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisə yerini müayinə edilməsi üçün qeyd olunan əraziyə getmişlər. Həmin vaxt orada “JSB” markalı forun və həmin traktorun sürücüsü olmuşdur. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin İmamverdi adlı şəxs özünü təqdim edib İsmayıl adlı şəxsin tapşırığına əsasən bir neçə şəxslə birlikdə boruların qazılıb çıxarılmasmı həyata keçirrdiyini bildirmişdir. Qeyd olunan boru xətti keçən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, Ceyranbatan-Qobu su xəttinin Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən keçən hissəsində «xxxxxx» Açıq Səhmdar cəmiyyətinə məxsus 68.928,60 manat dəyərində diametri 530 mm, uzunluğu 780 p/m olan su xətlərinin olmadığı, diametri 426 mm olan 5 paqon metr və diametri 530 mm olan paqon metr uzunluqda olan iki hissəsi çıxarılıb kənara qoyulduğu və diametri 530 mm olan 40 metr hissəsinin üstü açıldığı müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bu barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılara dan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Orucov İmamverdi Əlövsət oğlununməhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, iki ilə yaxındır ki, Abşeron rayonu X2 traktor sürücüsü işləməklə şirkətə məxsus “JCB” markalı Ol-T-864 qeydiyyat nömrəli traktoru idarə edir. Bundan başqa həmin traktorla boş vaxtlarında fərdi xidmət göstərir, hadisə baş verməmişdən təxminən 10-15 gün qabaq tanışı Ceyhun adlı şəxs ona müraciət edərək Xırdalan şəhəri ərazisində yerdə olan su borularını kəsib çıxartmaq istədiyini bildirərək gündəlik 20 manat zəhmət haqqı vermək şərti ilə ekskavatorla qazıntı və yükləmə işlərini sifariş etdikdə razılaşmışdır. Təxminən xx xxxxxx 2019-cu il tarixdə Ceyhunun dostu İsmayılla birlikdə Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən əraziyə getmiş, işlə tanış olandan sonra idarə etdiyi ekskavatorla yeri qazaraq yerin altında olan boruların üstünü açmağa başlamışdır. Bu zaman Ceyhun, sonradan tanıdığı Elnur, qaynaqçı Nail və “Qazel” sürücüsü Vaqif adlı şəxslər də əraziyə gəlmişlər. İşə rəhbərliyi Elnur, Ceyhun və İsmayıl adlı şəxslər edirdi. Sonuncu əsasən işlərə nəzarəti həyata keçirirdi. Digərləri isə əraziyə gəlmirdilər. Beləliklə də o, ekskavator vasitəsi ilə boruların üstünü açdıqdan sonra, Nail qaynaq aparatı ilə boruları 11 metr uzunluqda hissəhissə kəsir, daha sonra o boruları həmin yerə gələn müxtəlif dövlət nömrələri yadında qalmayan yük maşınlarına yükləmişdir. Qaynaq aparatı isə Vaqif adlı şəxsin /'Qazel” markalı avtomobilində saxlanılırdı. Beləliklə də 10 gün ərzində təxminən 800 metr uzunluqda 530 mm diametrli borular kəsilib götürülmüş, həmin boruların kimə və hansı qiymətə satılmasından onun xəbəri yoxdur. xx xxxxxx 2019-cu il tarixdə saat 09 badələrində o, Nail və Vaqif qeyd olunan əraziyə gedib həmişəki kimi işlərini davam edərək təxminən 100 metr boru qazıb 11 metr və 5 metr olan hissəsi kəsilib çıxarılaraq kənara qoyulmuşdur. O qazıntı işlərini həyata keçirdiyi zaman başını qaldırıb görmüşdür ki, Vaqiflə Nail maşınla birlikdə ərazidən naməlum istiqamətdə uzaqlaşmış və əraziyə polis əməkdaşları “xxxxxx” şirkətinin işçiləri ilə birlikdə daxil olmuşlar. Zənn etmişdir ki, Nailgil polisləri görüb qaçıb getmişlər. Polis əməkdaşlarından ona məlum rimuşdur ki, boruların kəsilməsi qanunsuzdur və oğurluq sayılır. O, səmimi olaraq fəhlə kimi bu işə cəlb edildiyimi deyərək Ceyhun və başqa şəxslər barədə polis əməkdaşlarına ətraflı məlumat vermişdir. Bundan sonra hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Boruların qanunsuz yolla kəsilməsi barədə məlumatlı olmamış, 10 gün ərzində gündüz vaxtlarında açıq şəkildə iş görmələrini nəzərə alaraq həmin tərəkətlərin oğurluq olmasına oxşamırdı. O da əmin olmuşdur ki, borular artıq balansdan çıxmış və istismara yararlı olmadığı üçün Elnurgilə satılmışdır. İbtidai istintaq zamanı şahid qismində dsindirilmiş Şahid5 məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, 20 ilə yaxındır ki, Sulutəpə qəsəbəsində yerləşən “Daş bazarında” fərdi qaydada gündəlik 20 manata qaynaqçı işləyir. Təxminən bir il bundan əvvəl Ceyhun adlı şəxslə tanış olmuşdur. Belə ki. Ceyhun üçün mən qaynaqçı olaraq xidmət göstərib yararsız avtomobilin hissələrə kəsilməsində köməklik etmişdir. Hadisə baş verməmişdən 10-15 gün əvvəl o, daş bazarında olan zaman Ceyhunun tanışı olan Elnur adlı şəxs bazara gəlib ona müraciət edərək Xırdalan şəhəri ərazisində yerdə olan su borularını kəsib çıxartmaq istədiyini və bunun üçün onun köməkliyi lazım olduğunu demiş, əldə edilən gəlirdən asılı olamayaraq gündəlik zəhmət haqqı olaraq ona 20 manat ödəyəcəyini vəd etmişdir. İşi isə üstü açılan borunun uzunluğu 11 metrlik hissələrə bölməkdən ibarət olacaq, qalan işlər digər ustalar tərəfindən görüləcəkdir. O, razılaşmış və təxminən xx xxxxxx 2019-cu il tarixdə Elnur, Ceyhun və “Qazel” sürücüsü Vaqif adlı şəxslərlə birlikdə Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən əraziyə getmişlər. Borular olan yerə getdikdə orada İmamverdi adlı şəxsin idarə etdiyi ekskavatorla yeri qazaraq yerin altında olan boruların üstünü açdığını görmüşlər. Borular isə köhnə paslı vəziyyətdə olmuşdur. Həmçinin işlərə nəzarət edən İsmayıl adlı şəxs də orada olmuşdur. Həmin vaxt başa düşmüşdür ki, bu işə rəhbərliyi Elnur, Ceyhun və İsmayıl adlı şəxslər edir. Beləliklə də İmamverdi ekskavator vasitəsi ilə boruların üstünü açdıqdan sonra, o, qaynaq aparatı ilə boruları 11 metr uzunluqda hissə-hissə kəsmiş, daha sonra İmamvedi onları həmin yerə gələn müxtəlif dövlət nömrələri yadımda qalmayan yük maşınlarına yükləmişdir. Qaynaq aparatım isə Vaqif adlı şəxsin “Qazel” markalı avtomobilində qalırdı. 10 gün ərzində təxminən 800 metr uzunluqda 530 mm diametrli borular kəsilib götürülmüş, həmin boruların kimə və hansı qiymətə satılmasından onun xəbəri yoxdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında o, Vaqif və İmamverdi iş aparılan yerə getmişlər. Təxminən 100 metr boru qazılaraq ondan 11 metr və 5 metr olan hissəsi onun tərəfindən kəsilib çıxarılaraq kənara qoyulduqda qaynaq aparatının qazı qurtarmışdır. Ona görə də saat təxminən 13 radələrində qaynaq aparatının qazının doldurulması məqsədi ilə Vaqifin idarə etdiyi “Qazel” markalı avtomobillə ərazini tərk edərək Sulutəpə qəsəbəsindəki “daş bazarına” getmişlər. Oradan çıxarkən İmamverdi iş gördüyündən onların nə üçün ərazini tərk etdiklərindən xəbəri olmamışdır. Təxminən 1 saatdan sonra işlərini qurtarıb əraziyə qayıtdıqda heç kimin olmadığını aşkar etmişlər. Sonradan məlum olmuşdur ki, boruların kəsilməsi qanunsuz olduğundan polis əməkdaşları gəlib İmamverdini tutub aparmışlar. Onun boruların kəsilməsinin qanunsuz İması barədə məlumatı olmamış, bunu sonradan bilmişdir. Belə ki, nəzərə almaq lazımdır ki, 10 gün ərzində günün günorta vaxtı camaatın gözü qarşısında açıq şəkildə iş görmüşlər, həmin borular da paslı vəziyyətdə olmaqla istismardan çıxarılmış borulara bənzəyirdi. Onlar fəhlə kimi işləyib gündəlik çörək pulu almış, heç bir oğurluqla məşğul olmamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, özünə məxsus olan “Qazel” markalı 99KE323 dövlət nömrə nişanlı yük avtomaşını ilə yük daşıma xidmətləri göstərir. Adətən Xırdalan dairəsi deyilən yerdə Jayanır və müştərin sifarişi ilə yük daşıma işlərini həyata keçirir. Daşıdığı yükün aparılan yerindən və həcmindən asılı olaraq 10-15 manat xidmət haqqı alır. Hadisə baş verməmişdən təxminən 10-15 gün qabaq əvvəllər tanımadığı sonradan adlarını bildiyi Yevlax rayon sakinləri olan Elnur və Ceyhun adlı şəxslər Xırdalan dairəsi yaxınlığında avtomobilinin yanında duran zaman ona yaxınlaşıb təklif etmişlər ki, o, qaynaq aparatını Xırdalan şəhəri ərazisindəki yerə daşısın və orada görülən işlərin sonunadək aparat onun maşınının yük yerində qalmaqla işlərini aparsınlar. Söhbətdən başa düşmüşdür ki, boruların kəsilib aparılması bir neçə gün davam edəcək. Ona görə də gündəlik 30 manata onlar tərəfindən verilən sifarişi yerinə yetirməyə razılıq vermişdir. Belə ki, 30 manat müqabilində o qaynaq aparatını Elnurgilin dedikləri yerə aparıb orada qaynaq işləri bitənədək gözləməli və işin sonunda qaynaq aparatlarını aparmalı idi. İş olmayan vaxtda qaynaq aparatları onun maşınında qalmalı idi. Beləliklə də təxminən xx xxxxxx 2019-cu il tarixdə Elnur və Ceyhun adlı şəxslərlə birlikdə daş bazarına getmiş və orada onun maşınına qaynaq aparatı yüklənmiş və Sulutəpə qəsəbəsi ərazisindən əvvəllər tanımadığı Nail adlı şəxsi götürüb Elnurgilin göstərdikləri Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən əraziyə getmişlər. Orada bilmişdir ki, Nail qaynaqçıdır və onun işi boruların qaynaq aparatı ilə kəsilməsidir. Beləliklə onlar borular olan yerə gəldikdə orada artıq bir ekskavator var idi ki, o, yeri qazaraq yerin altında olan boruların üstünü açmışdır. Borular isə köhnə paslı vəziyyətdə idi. Həmin ekskavatorun sürücüsü İmamverdi adlı şəxs idi. Ondan başqa orada İsmayıl adlı şəxs də olmuşdur. Həmin vaxt bilmişdir ki, bu işə rəhbərliyi Elnur, Ceyhun və İsmayıl edir. Beləliklə də İmamverdi ekskavator vasitəsi ilə boruların üstünü açdıqdan sonra, Nail qaynaq aparatı ilə boruları 11 metr uzunluqda hissəhissə kəsmiş, daha sonra İmamvedi boruları müxtəlif həmin yerə gələn yük maşınlarına yükləmişdir. Həmin boruların sonrakı taleyi barədə onun xəbəri və məlumatı olmamışdır. Belə ki, o, ümumilikdə 10 gün orada işləmiş, həmin vaxt ərzində təxminən 800 metr uzunluqda 530 mm diametrli borular kəsilib götürülmüşdür. Həmin boruların kimə və nə qiymətə satılmasından xəbəri və məlumatı olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə o, Nail və İmamverdi həmişə olduğu kimi səhər saatlarında iş aparılan yerə getmişlər. Təxminən 100 metr boru qazılaraq ondan 11 metr və 5 metr olan hissəsi kəsilib çıxarılıb kənara qoyulmuşdur. Saat təxminən 13 radələrində qaynaq aparatının qazı qurtardığından Naillə birlikdə ərazini tərk etmişlər. İmamaverdi isə orada qalmış, lakin anların nə üçün ərazini tərk etdiklərini bilməmişdir. Təxminən 1 saatdan sonra Naillə 'irlikdə əraziyə qayıtdıqda məlum olmuşdur ki, boruların kəsilməsi qanunsuz .Oduğundan polis əməkdaşları gəlib İmamverdini tutub aparmışlar. Lakin onun boruların qanunsuz yolla kəsilməsi barədə məlumatı olmamış, 10 gün ərzində gündüz vaxtlarında açıq şəkildə iş gördükləri vaxt heç kim ona həmin boruların “xxxxxx” şirkətinə məxsus alması barədə bir söz belə deməmişdir. İbtidai istintaq zamanı şahid qismində Şahid2 məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, özünə məxsus olan “Daewoo Nexia” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 10 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə yaxın dost münasibətləri olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Həmçinin uzun müddətdir ki, Şahid1la dostluq edir. Təxminən 2019-cu ilin avqust ayının ortalarında Elnurla zəngləşib sonuncunun dəvətinə əsasən Bakı şəhərində Elnur və Ceyhunla görüşmüşdür. Görüş zamanı Elnur bildirmişdir ki, xxxxxx” şirkətində işləyən tanışından şirkətin balansından çıxmış boruları kəsib götürməyə rəsmi razılıq alıb. Elnur boruların kəsilib daşınması və satılmasında ona köməklik etmələrini xahiş edərək satışdan sonra Ceyhuna 500 manat, ona isə fəhlələrə nəzarət etdiyinə görə 200 manat pul verəcəyinə söz vermiş, onlar da Elnurun təklifi ilə azılaşmışlar. Beləliklə də onlar Xırdalan şəhərində yerləşən daş bazarında qaynaqçı şləyən Naili, Qazel sürücü Vaqif və ekskavator sürücüsü İmamverdini gündəlik zəhmət haqqı 20-30 manata razılaşaraq işə cəlb etmişlər. xx xxxxxx 2019-cu il tarixdə Elnurun pediyi Xırdalan şəhəri, Quşçuluq massivinə gedib Nail, Vaqif və İmamverdiyə boruların kəsilməli olduğu yerləri göstərmişlər. Onların göstərişlərinə əsasən İmamverdi ekskavatorla boruların üstünü açdıqdan sonra Nail Vaqifin avtomobilinə yerləşdirilmiş qaynaq aparatı vasitəsi ilə boruları doğrayır, daha sonra isə İmamverdi həmin 11 metr İzunluğunda hissələrə doğranmış boruları oraya gələn müxtəlif yük avtomaşınlarına yükləmişdir. O əksər vaxtı həmin ərazidə olub fəhləlrə nəzarət edirdi. İşləri əsasən qündüz vaxtı baş verdiyindən Elnurun sözlərin həqiqiliyinə şübhə etmirdi. İşlədikləri 10 qün ərzində təxminən 800 metr uzunluqda 530 mm diametrli borular kəsilib götürülmüşdür. Həmin borular Ceyhun tərəfindən satılması üçün ona məlum olmayan yerə aparılmışdır. Təxminən 10 gün işlədikdən sonra Elnurla əlaqəsi kəsilmiş, sonradan in ə lıı m olmuşdur ki, qeyd olunan borular “xxxxxx” şirkətinə məxsus olmuş və Elnurun iəmin boruları kəsib daşımağa icazəsi belə olmamışdır. Ona görə də polis əməkldaşları ərəfındən əraziyə baxış keçirilmiş və fakta görə cinayət işi başlanmışdır. Lakin nə onun, nə Ceyhunun, nə də ki, fəhlə və sürücülərin həmin boruların qanunsuz yolla kəsilməsi barədə məlumatları olmamışdır. Elnur onlara “xxxxxx” şirkətində işləyən tanışının razılığı ilə şirkətin balansından çıxmış boruları götürəcəyi barədə yalan məlumat verməklə onları aldatmışdır. Əgər bunun qanuna zidd olduğunu bilsəydi heç bir vaxt bu şə qoşulmazdır. Ona görə də özünü təqsirli bilmədiyi üçün barəsində axtarış elan ılunmasmdan xəbərsiz olmuş, bu barədə xəbər tutandan sonra özü könüllü olaraq stintaqa gəlmişdir. Elnur ona 200 manat pul verməyə söz versə də, ona hər hansı bir pul vəsaiti ödəməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində Şahid9 dediklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərərək ifadəsində olan xüsusatları bir daha təstiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3218/3219 nömrəli rəyindən görünür ki, - 1 ədəd diametri 424,0 mm, divarının qalınlığı 7,0 mm, istifadədə olmuş, üzərində korroziya izləri və korroziya qatı olan borunun metalı dəmir əsaslı ərintidən hazırlanmışdır;
2. 1 ədəd diametri 524,0 mm, divarının qalınlığı 6,0 mm, istifadədə olmuş, üzərində korroziya izləri və korroziya qatı olan borunun metalı dəmir əsaslı ərintidən hazırlanmışdır. Təqdim olunan borular təyinatı üzrə istifadəyə qismən yararlı hesab olunur. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, ekspertiza tədqiqatına təqdim edilmiş, təyinatı üzrə istifadəyə qismən yararlı boruların x xxxxxxxx 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 metr diametri 424.0 mm. Divarının qalınlığı 7.0 mm,istifadədə olmuş,üzərində korroziya izləri və korroziya qatı olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış boru-29,00 manat 2 1 metr diametri 524,0 mm, divarının qalınlığı 6,0 mm, istifadədə olmuş, üzərində korroziya izləri və korroziya qatı olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış boru - 30,00 manat. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri iəı,btidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2019 -cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfədir ki, mülkiyyət əleyhinə olan az ağır cinayət törətməsini, törətdiyi cinayəti səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara vurulmuş ziyanın tamamilə ödənilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hər hansı bir hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və gələcək həyatına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını faktiki yaşadığı yer üzrə çəkməli, onun üzərinə yuxarıda göstərilən müvafiq vəzifələr qoyulmalı, hökmün icrası onun yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzasının əvvəli onun orada qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəb edilmiş və və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir . İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qət edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasından, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 01 il 10 ay 18 gün müddət çıxılmalıdır. Azərbaycan Respublikası “xxxxxx” ASC-nin sədr müavini Teyyub Cabbarov tərəfindən azərbaycan Respublikası DİN Baş Mütrəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış məktubundan görünür ki, diametri 530 mm və 426 mm olan 16 p/m uzunluğunda su boruları “xxxxxx” ASC-yə heri qaytarıldığından şikayət və tələbi təmin edilmişdir, heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Bakı-Sumqayıt şosesi,+87 Saray su anbarının ərazisində saxlanılmalanAbşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən götürülmüş diametri 530 mm və 426 mm olan 16 p/m uzunluğunda su boruları xxxxxx ASC-yə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 197-198-ci maddələrinin tələbləri baxımından məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 109,50 (yüz doqquz manat əlli qəpik ) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 66 saat hüquqi yardıma görə 396 manat məbləğdə pul hesablaşma“xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.3-2 və 177.2.4-cümaddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsxx.xx.2019-cu il tarixdən həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 10 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 01 günə 02 gün hesablanaraq, onun üzərində qəti olaraq 07 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,Yevlax rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış materialların məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 109,50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Bakı-Sumqayıt şosesi,+87 Saray su anbarının ərazisində saxlanılmalan Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsindən götürülmüş diametri 530 mm və 426 mm olan 16 p/m uzunluğunda su borusu. xxxxxx ASC-yə qaytarılsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 66 saat hüquqi yardıma görə 396 manat məbləğdə pul hesablaşma“xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
Hakim Sevinc Quliyeva