Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-258/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evdə kirayə yaşayan, barəsində ’’həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22.11.2020-ci il tarixdə saat 03:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «SAF market»in qapısının üzərindəki şüşə örtüyü əvvəlcədən özü ilə götürdüyü çəkiclə sındıraraq qapıdan saxlanc yerinə - mağazaya qanunsuz daxil olmuş və mağazada satışa qoyulmuş hər birinin dəyəri 1.80 manat olmaqla ümumi 18 manat dəyərində 10 qutu ‘'Prima" markalı siqareti, hər birinin dəyəri 1.80 manat olmaqla ümumi 18 manat dəyərində 10 qutu “Maqna" markalı siqareti, hər birinin dəyəri 1.60 manat olmaqla ümumi 3.2 manat dəyərində 2 qutu “Arqo" markalı qalın siqareti, hər birinin dəyəri 1,90 manat olmaqla timumi 9.5 manat dəyərində 5 qutu “Arqo” markalı nazik siqareti, hər birinin dəyəri 2.20 manat olmaqla ümumi 19.8 manat dəyərində 9 qutu "Winçester" markalı qalın siqareti, hər birinin dəyəri 1.80 manat olmaqla ümumi 28.8 manat dəyərində 16 qutu “Viceroy” markalı nazik siqareti, hər birinin dəyəri 2.60 manat olmaqla ümumi 23.4 manat dəyərində 9 qutu “Davidoff markalı siqareti, hər birinin dəyəri 2.30 manat olmaqla ümumi 36.8 manat dəyərində 16 qutu “Rotmans" markalı siqareti, hər birinin dəyəri 2.30 manat olmaqla ümumi 18.4 manat dəyərində 8 qutu “Winçester kompakt" markalı siqareti, hər birinin dəyəri 2,30 manat olmaqla ümumi 36.8 manat dəyərində 16 qutu ”Winçester" markalı nazik siqareti, hər birinin dəyəri 2.30 manat olmaqla ümumi 18,4 manat dəyərində 8 qutu "Winçester kompakt" markalı siqareti, hər birinin dəyəri 2.30 manat olmaqla ümumi 36.8 manat dəyərində 16 qutu “Winçester" markalı siqareti, hər birinin dəyəri 2,30 manat olmaqla ümumi 36.8 manat dəyərində 16 qutu "Winçester" markalı nazik siqareti, hət- birinin dəyəri 3.20 manat olmaqla ümumi 41.6 manat dəyərində 13 qutu “Winston" markalı nazik siqareti, hər birinin dəyəri 2.30 manat olmaqla ümumi 32,2 manat dəyərində 14 qutu "PallmaH" markalı siqareti, hər birinin dəyəri 3,40 manat olmaqla ümumi 81,6 manat dəyərində 24 qutu "Kent" markalı siqareti, hər birinin dəyəri 2,20 manat olmaqla ümumi 114.4 manat dəyərində 52 qutu “Want line" markalı siqareti, hər birinin dəyəri 2 manat olmaqla ümumi 10 manat dəyərində 5 qutu "Want" markalı siqareti gizli olaraq talayıb, saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs cəmi 584 manat 50 qəpik məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, başqa cinayət işi üzrə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, qolbağı təxminən 1 ay sonra sındırmış və kirayə yaşadığı evdən çıxmışdır. Hal-hazırda Xırdalan şəhərində 5 saylı məktəbin arxasında yerləşən fərdi həyət evində kirayə yaşayır. Evdə maddi vəziyyət yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, buna görə də evdə olan çəkici özü ilə götürmüş, daha sonra Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə gəlib oğurluq etmək üçün münasib market axtarmağa başlamış, “SAF" adlı marketin qarşısından keçərkən içəridə siqaretlərin olduğunu görüb oğurluq etmək qərarına gəlmiş, əlində olan çəkic ilə marketin qapısının şüşəsini sındırıb marketə daxil olmuş, oradan tapdığı narıncı rəngli torbaya həmin götürdüyü siqaretləri yığmağa başlamış, siqaretləri yığıb qutardıqdan sonra əlindəki torba ilə həmin sındırdığı şüşədən çölə çıxıb evə doğru getməyə başlamış, bu zaman bir nəfər tanımadığı şəxs onu saxlamış, bundan sonra polis əməkdaşları oraya gələrək onu tutub saxlamış və oğurladığı siqaretlərlə birlikdə onu Abşeron RPİ-nə gətirmişlər. Əlində olan narıncı rəngli plastik torbanın içərisində həmin marketdən oğurladığı siqaretlər olmuş və həmin torbanı təqdim etmişdir. Sonda o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “SAF" marketi icarə əsasında işlədir. 22.11.2020-ci il tarixdə təxminən saat 08:00 radələrində işə gəldikdə marketin şüşəsinin sındığını və marketdən oğurluq olduğunu öyrənmiş, marketdə olan malları yoxlayan zaman 10 qutu hər birinin dəyəri 1,80 manat olan “Prima” markalı, 10 qutu hər birinin dəyəri 1,80 manat olan “Maqna" markalı, 2 qutu hər birinin dəyəri 1,60 manat olan “Arqo" markalı qalın, 5 qutu hər birinin dəyəri 1,90 manat olan “Arqo” markalı nazik, 9 qutu hər birinin dəyəri 2,20 manat olan "Winçester" markalı qalın, 5 qutu hər birinin dəyəri 2 manat olan “Want" markalı, 16 qutu hər birinin dəyəri 1,80 manat olan “Viceroy” markalı nazik 9 qutu hər birinin dəyəri 2,60 manat olan “Davidoff* markalı, 16 qutu hər birinin dəyəri 2,30 manat olan “Rolmans” markalı 8 qutu hər birinin dəyəri 2,30 manat olan “Winçester kompakt" markalı 16 qutu hər birinin dəyəri 2,30 manat olan “Winçester” markalı nazik, 13 qutu hər birinin dəyəri 3,20 manat olan “Winston" markalı nazik, 14 qutu hər birinin dəyəri 2,30 manat olan "Pallmall" markalı, 24 qutu hər birinin dəyəri 3,40 manat olan “Kent” markalı və 52 qutu hər birinin dəyəri 2,20 manat olan “Want line” markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə tədqim etdiyi ərizəsində ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlahiddə ÇPA-nin 12-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 22.11.2020-ci il tarixdə saat 03:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində 9699 çağırışlı avtopatrulda iş yoldaşları polis serjantı Şahid4 və polis baş serjantı Şahid3 ilə birlikdə xidmətdə olarkən şəhərin Heydər Əliyev prospektində onların xidmətdə olduqları əraziyə yaxın küçədən səs-küy gəldiyini görüb həmin əraziyə yaxınlaşmış, Heydər Əliyev prospektində yerləşən “Saf markef'in qarşısına yaxınlaşan zaman marketin giriş qapısının şüşəsinin sınmış olduğunu və bir nəfər tanımadığı şəxsin əlində içərisində müxtəlif siqaretlər olan narıncı rəngli torba ilə digər bir nəfər vətəndaş tərəfindən saxlanıldığını görmüş, onlara yaxınlaşdıqda həmin şəxslərdən biri digərini marketdən oğurluq etdiyi üçün saxladığını bildirmiş və həmin şəxs onlara təhvil verilmiş, bundan sonra təqdim edilmiş şəxsi “Saf” marketdən götürülmüş siqaretlər ilə birlikdə avtopatrula əyləşdirib Abşeron RPİnə gətirib təhvil vermişlər. Abşeron rayon Pİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi nömrəsiz fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Əlahiddə ÇPA-nin 12-ci Patrul Bölüyünün polis nəfəri Şahid3 və Şahid4 ifadələrində polis nəfəri Şahid2 dediklərini təsdiq etmiş və oxşar ifadələr vermişlər. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 22.11.2020-ci il tarixdə saat təxminən 03:30 radələrində evdə olduğu zaman küçədən şüşənin sınması səsini eşitmiş, buna görə də paltarını geyinib küçəyə çıxmış və yaşadığı evdən təxminən 50 metr aralıda bir nəfər oğlanın əlində paketlə getdiyini görmüş, arxaya çevrilib baxdıqda yaxınlıqda olan «Saf Market»in şüşəsinin qırılmasını görmüşdür. Başa düşmüşdür ki, həmin şəxs marketin şüşəsini sındırıb oradan oğurluq etmiş, belə olduqda həmin şəxsə arxadan yaxınlaşıb onu saxlamış və əlindəki torbaya baxdıqda çoxlu sayda siqaret olduğunu görmüşdür. Həmin şəxs qolunu kənara çəkib çıxıb getmək istəsə də, buna imkan verməmiş, həmin vaxtı yaxınlıqdan polis əməkdaşları keçdiyini görüb saxladığı şəxsi polis əməkdaşlarına təhvil vermiş və yaxınlıqda olan «Saf market»in şüşəsinin sındırıldığını polis əməkdaşlarına bildirmişdir. Həmin saxladığı şəxsi əlində olan içərisi müxtəlif siqaretlərlə dolu narıncı rənli torba ilə birlikdə polis əməkdaşlarına təhvil vermişdir. Əlavə olaraq göstərmişdir ki, həmin şəxsi tanımır, ilk dəfədir ki, görmüşdür, sadəcə olaraq onların oğurluq etdiklərini görüb onu saxlamışdır. Həmin şəxs ona heç bir müqavimət göstərməmiş, həmçinin heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 02.12.2020-ci il tarixli, 26 saylı rəyindən görünür ki, 2020-ci ilin noyabr ayına aşağıda adları qeyd olunan tütün məmulatlarının orta bazar qiyməti - 1 qutu “Prima“ markalı siqaret 1.8 manat, 1 qutu “Maqna" markalı siqaret 1.8 manat, 1 qutu “Arqo" qalın markalı siqaret 1.6 manat, 1 qutu “Arqo" nazik markalı siqaret 1.9 manat. 1 qutu “Winçester" qalın markalı siqaret 2.2 manat. 1 qutu “Viceroy“ nazik markalı siqaret 1.8 manat, 1 qutu “Davidoff' markalı siqaret 2.6 manat, 1 qutu “Rotmans" markalı siqaret 2.3 manat. 1 qutu '‘Winçester’ kompakt markalı siqaret 2.3 manat, 1 qutu “Winçester“ nazik markalı siqaret 2.3 manat, 1 qutu “Winçester“ kompakt markalı siqaret 2.3 manat. 1 qutu “Winston" nazik markalı siqaret 3.2 manat, 1 qutu “Pallmall“ marklı siqaret 2.3 manat. 1 qutu “Kent" markalı siqaret 3.4 manat, 1 qutu “Want line“ markalı siqaret 2.2 manat. 1 qutu “Want" markalı siqaret 2 manat müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 10 qutu “Prima” markalı siqaret, 10 qutu “Maqna" markalı siqaret, 2 qutu “Arqo" qalın markalı siqaret. 5 qutu “Arqo” nazik markalı siqaret, 9 qutu “Winçester“ qalın markalı siqaret, 16 qutu “Viceroy“ nazik markalı siqaret, 9 qutu “Davidoff’ markalı siqaret, 16 qutu “Rotmans” markalı siqaret. 8 qutu “Winçester” kompakt markalı siqaret, 16 qutu “Winçester" nazik markalı siqaret, 16 qutu "Winçester kompakt markalı siqaret, 13 qutu “Winston" nazik markalı siqaret. 14 qutu “Pallmall” marklı siqaret, 24 qutu *‘Kenf’ markalı siqaret, 52 qutu "Want line" markalı siqaret, 5 qutu “Want” markalı siqaretin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş və Abşeron rayon Pİnin maddi sübutlar saxlanc ambarına təhvil verilmiş bir ədəd çəkic məhv edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.01.2021-ci il tarixli məhkumluq barədə arayışından və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Probasiya İdarəsindən alınmış 09.02.2021-ci il tarixli, 21-331 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 08.05.2019-cu il tarixdən Bakı şəhər Probasiya İdarəsində qeydiyyatdadır. Hal-hazırda təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 01 (bir) ay 06 (altı) gün təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26.02.2019cu il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığını məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) ay 06 (altı) gün hissəsi ilə qismən hesablanmalı və ona ona qəti cəza təyin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RİHB-nın MKTB 43 saylı MKİS tərəfindən verilmiş 09.02.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-1 tərəfindən verilmiş 516 saylı müayinə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü qrup əlildir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 22.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 22.11.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manatdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26.02.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) ay 06 (altı) gün müddətə olan hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla hazırki cinayət işi üzrə ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli tutulduğu 22.11.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 10 qutu “Prima” markalı siqaret, 10 qutu “Maqna" markalı siqaret, 2 qutu “Arqo" qalın markalı siqaret. 5 qutu “Arqo” nazik markalı siqaret, 9 qutu “Winçester“ qalın markalı siqaret, 16 qutu “Viceroy“ nazik markalı siqaret, 9 qutu “Davidoff’ markalı siqaret, 16 qutu “Rotmans” markalı siqaret. 8 qutu “Winçester” kompakt markalı siqaret, 16 qutu “Winçester" nazik markalı siqaret, 16 qutu "Winçester kompakt markalı siqaret, 13 qutu “Winston" nazik markalı siqaret. 14 qutu “Pallmall” marklı siqaret, 24 qutu *‘Kenf’ markalı siqaret, 52 qutu "Want line" markalı siqaret, 5 qutu “Want” markalı siqaret sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş və Abşeron rayon Pİnin maddi sübutlar saxlanc ambarına təhvil verilmiş bir ədəd çəkic məhv edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-258/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-258/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver