Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-258/2023 05.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xirdalan şəhəri, Laçınlılar məhəlləsində yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ********* saylı cinayət işi üzrə Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 may 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin həyətinə hasardan keçməklə birlikdə qanunsuz daxil olmuş, Kənan Nəcəfov həyətdə gözləmiş o isə evin pəncərəsini sıxıb açaraq, yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 2100 manat dəyərində “Shivaki” markalı 132 sm ekran smart TV, 01 ədəd 500 manat dəyərində “Samsung” markalı 107 sm ekran TV, 01 ədəd 150 manat dəyərində mikrodalğalı soba, 01 ədəd 85 manat dəyərində su termosu, 01 ədəd 80 manat dəyərində ət çəkən maşın, 250 manat dəyərində qab-qacaq dəsti, 30 manat dəyərində qaşıq, çəngəl və bıçaq dəsti, 01 ədəd 45 manat dəyərində WiFi modem, 01 ədəd 170 manat dəyərində “İgos” markalı elektron siqaret, 01 ədəd 50 manat dəyərində “Glo” markalı elektron siqaret və 01 ədəd 150 manat dəyərində hamam üçün nəzərdə tutulmuş su qızdırıcısını pəncərədən Kənan Nəcəfova verib birlikdə gizli talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3610 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyun 2022-ci il tarixdə, saat 08 radələrində Abşeron rayonu, “AAAF park” yaşayış kompleksinin 23 saylı küçənin 7 nömrəli binasında yerləşən saxlanc yeri olan yarım zirzəmisinə pəncərədən qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 70 manat dəyərində bir ədəd laqonda, ümumi dəyəri 130 manat olan 2 ədəd direl, 80 manat dəyərində santexnik ütü, 100 manat dəyərində xırdavat usta ləvazimatları, 360 manat dəyərində 4 top elektrik naqili, 60 manat dəyərində elektrik uzadıcısı, lampa və patronlar, ümumi 40 manat dəyərində 2 dədə kalonkanı, ümumi dəyəri 45 manat olan 3 ədəd boya profilləri və ümumi 50 manat dəyərində böyük “knauf max” şuruplarını gizli talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 935 (doqquz yüz otuz beş) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü qismən təqsirli bilir. Belə ki, o, 05 iyun 2022-ci il tarixdə, saat 08 radələrində metal qırıntıları axtarmaq məqsədi ilə Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksin qarşısındakı 5 mərtəbəli binanın zirzəmizinə pəncərədən daxil olaraq, orada gördüyü 1 ədəd laqonda, 2 ədəd direli, 1 ədəd santexnik ütü, bir neçə əmək ləvazimatlarını, 4 top şrup dəsti, elektrik uzadıcısını lampa və patronları, musiqi səs güclənririciləri, 3 ədəd boya profilləri, 6 qutu knauf max şurupları pəncərədən çölə çıxardaraq, oğurlamışdır. Oğurladığı əşyalardan 1 ədəd laqonda, 1 ədəd direli və 1 ədəd santexnik ütünü Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində təhvil vermişdir, digər epizod üzrə isə onun heç bir təqsiri yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, iş tapa bilmədinə görə küçələrdən metal tullantıları yığaraq metal qəbulu məntəqələrinə satmaqla çörək pulu qazanmışdır. 2022-ci ilin may ayının axırlarında, saat 15 radələrində yaşadığı evinə gəzməyə gəlmiş tanışı Kənan Nəcəfov ilə söhbət zamanı, oğurluq etməklə pul qazanmaq qərarına gəlmişlər. Həmin vaxt qonşusu Nərgizin evində heç kimin olmadığını Kənanə demiş, oradan oğurluq etmək üçün Nərgizin evinə tərəf getmişlər. Ətrafa heç kimin olmadığına əmin olduqdan sonra həyətin giriş qapısı bağlı olduğundan, hasarın üstündən aşaraq həyətə daxil olmuşlar. Nərgizin və ya başqasının gəlməsindən ehtiyat edib, küçə qapısının çəftəsini içəridən bağlamış, sonra pəncərəni əli ilə sıxaraq açıb, evə daxil olmuşdur. Evdə gördüyü bir ədəd “Şhivaki” və “Samsung” markalı televizorları, 01 ədəd mikrodalğalı soba, 01 ədəd su termosu, 01 ədəd ət çəkən maşın, qab-qacaq dəstini, çəngəl və bıçaq dəstini, 01 ədəd WiFi modemi, 01 ədəd İgos markalı elektron siqareti, 01 ədəd Glo markalı elektron siqareti və 01 ədəd su qızdırıcını pəncərədən həyətdə olan Kənana vermişdir. Sonra evə daxil olduğu pəncərədən çıxmış, Kənanla birlikdə çağırdıqları tanımadığı taksi ilə həmin oğurladıqları əşyaları satmaq üçün Bakı şəhəri, 20 yanvar metrostansiyası tərəfinə aparmışlar. Kənan tək əvvəl televizorları aparıb, oradakı mağazaların birinə öz şəxsiyyət vəsiqəsini təqdim etməklə 200 manata, sonra qalan əşyaları yəni, 01 ədəd mikrodalğalı soba, 01 ədəd su termosu, 01 ədəd ət çəkən maşın, qab-qacaq dəstini, çəngəl və bıçaq dəstini, 01 ədəd WiFi modemi, 01 ədəd İgos markalı elektron siqareti, 01 ədəd Glo markalı elektron siqareti və 01 ədəd su qızdırıcını aparıb başqasına, tanımadığı şəxsə hamısını birlikdə 80 manata satmışdır. Beləliklə Kənan ilə birlikdə oğurladıqları həmin əşyalardan qazandıqları cəmi 280 manat pulu aralarında bölərək, hərəsi 140 manat götürmüşdür. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Kənan taksi sürücüsünə həmin əşyaların özünə məxsus olduğunu, başqa yerə köcdüyünə görə onları satdığını, demişdir. Nərgiz ilə qonşu olduğundan, onun evindən oğurluq etdiyini ilkin ifadəsində etiraf etməmişdir. Bundan başqa 05 iyun 2022-ci il tarixdə, saat 08 radələrində metal qırıntıları axtarmaq məqsədi ilə Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksin qarşısındakı 5 mərtəbəli binanın zirzəmizinə pəncərədən daxil olaraq, orada gördüyü 1 ədəd laqonda, 2 ədəd direli, 1 ədəd santexnik ütü, bir neçə əmək ləvazimatlarını, 4 top şrup dəsti, elektrik uzadıcısını lampa və patronları, musiqi səs güclənririciləri, 3 ədəd boya profilləri, 6 qutu knauf max şurupları pəncərədən çölə çıxardaraq, oğurlamışdır. Oğurladığı həmin əşyalardan 1 ədəd laqonda, 1 ədəd direli və 1 ədəd santexnik ütünü Xırdalan şəhərində, yaşadığı evin yaxınlığında gizlətmişdir. Qalan digər əşyaları isə Xırdalan şəhərində 120 deyilən sahədən aşağıda yerləşən 16 mərtəbəli yaşayış binasının yaxınlığındakı həyətdə, komendantın köşkünün yaxınlığında gizlətmiş və sabahı günü onları 120-nin ərazisindən satmağa apardığı vaxt, orada yoldan keçən tanımadığı bir kişiyə hammısını 120 manata satmışdır. Həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını müştəriyə demişdir. Oğurladığı əşyalardan 1 ədəd laqonda, 1 ədəd direli və 1 ədəd santexnik ütünü Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində təhvil vermişdir. Hazırki iş üzrə təqsirləndirilən şəxs cəlb edilmiş və hazırki məhkəmədə şahid qismində dindirilmiş X5 bildirdi ki, onun və Təqsirləndirilən şəxs heç bir təqsiri yoxdur. O, bildirdi ki, istintaqda verdiyi ifadəni təzyiq altında vermişdir. Hazırki iş üzrə təqsirləndirilən şəxs cəlb edilmiş X3 istintaqda verdiyi ifadəsindən görünür ki, Rüfət ona qonşusu Nərgizin evində heç kimin olmadığını, evdən oğurluq etmək mümkün olduğunu demişdir. Pula ehtiyacı olduğu üçün Rüfətin təklifi ilə razılaşmış və onunla birlikdə Nərgizgilin evinə tərəf getmişlər. Evin küçəyə tərəf olan pəncərəsinin qarşısında durub gözləmiş, Rüfət evin digər pəncərəsindən evə daxil olaraq 01 ədəd “Shivaki” və 1 ədəd “Samsung” markalı televizorları çıxardaraq ona verdikdə, televizorları Rüfətdən almışdır. Sonra Rüfətlə birlikdə çağırdıqları tanımadığı taksi ilə həmin televizorları Bakı şəhəri, 20 Yanvar metrostansiyasında lombard kimi fəaliyyət göstərən yerdə “Vüsalim” adlı şəxsə öz şəxsiyyət vəsiqəsini təqdim etməklə 200 manata tək satmış və pulları Rüfətlə aralarında bölərək hər biri 100 manat götürmüşdür. Satdığı şəxsə televizorlarun özünə məxsus olduğunu demişdir. Televizorları satmağa apardıqda Rüfət taksidə olmuşdur. Taksinin markası və dövlət qeydiyyat nişanı yadında qalmayıb. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Rövşən Əliyev küçəsi ev 23-də yaşayır. 26 may 2022-ci il tarixdə Xırdalan şəhərində yerləşən həmin evindən çıxıb, ünvan 2 ünvanında yaşayan anasıgilə getmişdir. Evindən çıxarkən evin giriş qapısını bağlamışdır. 08 iyun 2022-ci il tarixdə, saat 22 radələrində evinə qayıtmiş, evin giriş qapısını açmaq istəyəndə qapının içəridən cəftə ilə bağlandığını bilmişdir. Çağırdığı qonşunun köməkliyi ilə, qapını açıb evinə girəndə, evin dağınıq olduğunu görmüş, evindən 01 ədəd 2100 manat dəyərində “Shivaki” markalı 132 sm ekran smart TV, 01 ədəd 500 manat dəyərində “Samsung” markalı 107 sm ekran TV, 01 ədəd 150 manat dəyərində markası yadında qalmayan mikrodalğalı soba, 01 ədəd 85 manat dəyərində markası yadında qalmayan su termosu, 01 ədəd 80 manat dəyərində markası yadında qalmayan ət çəkən maşın, 01 ədəd 250 manat dəyərində qab-qacaq dəsti, 01 ədəd 30 manat dəyərində qaşıq, çəngəl və bıçaq dəsti, 01 ədəd 45 manat dəyərində markası yadında qalmayan WiFi modem, 01 ədəd 170 manat dəyərində İgos markalı elektron siqaret, 01 ədəd 50 manat dəyərində Glo markalı elektron siqaret, 01 ədəd 150 manat dəyərində markası yadında qalmayan hamam üçün nəzərdə tutulmuş su qızdırıcının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3610 manat ziyan dəymişdir. Dəymiş ziyan ödənilməsə də şikayətçi deyil. Məhkəmə istintaqında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. ünvan 3 7 nömrəli 5 mərtəbəli yaşayış binasının yarızirzəmisində ona məxsus müxtəlif əşyalarını saxlayır. 05 iyun 2022ci il tarixdən, 06 iyun 2022-ci il tarixə olan müddət ərzində həmin zirzəmiyə pəncərədən kiminsə daxl olaraq oradan ona məxsus 1 ədəd dəyəri 70 manat olan laqonda, 2 ədəd ümumi dəyəri 130 manat olan direl, 1 ədəd dəyəri 80 manat olan santexnik ütü, 100 manat dəyərində əmək ləvazimatları, 4 top dəyəri 360 manat olan şrup dəsti, 60 manat dəyərində udilnitelni lampa və patronlar, 40 manat dəyərində musiqi səsgücləndiriciləri, 3 ədəd ümumi dəyəri 45 manat olan boya profilləri, 50 manat dəyərində 6 qutu knauf max şurupların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 935 manat ziyan dəymişdir. Məhkəmədə Şahid elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən telefon alqı-satqısı mağazasını işlədir. 27 may 2022-ci il tarixdə günorta saatlarında X6 onun işlətdiyi mağazaya iki ədəd, “Shivaki” və “Samsung” markalı televizorları satmaq üçün gətirmişdir. Televizorlar işlənmiş vəziyyətdə olmuşdur. “Shivaki” markalı televizor böyük, “Samsung” markalı televizor isə ona nisbətən balaca ekranlı olmuşdur. Kənan ilə aralarında olan razılığa əsasən həmin 2 ədəd televizoru 200 manata ondan almışdır. Televizoru alanda Kənana ağ vərəqə yazıb televizorun ona məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. Həmin ağ vərəqin alt hissəsindən Kənanın şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmışdır. Kənanın ona satdığı televizorların oğurluq olduğunu, bilməmişdir. Təxminən 2 gündən sonra mağazada həmin televizorların ikisini də birlikdə tanımadığı şəxsə 240 manata satmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, “AAAF park” yaşayış kompleksinin 23 saylı küçənin 7 nömrəli binasında yerləşən yarımzirzəmisindən oğurladığı əşyalardan 1 ədəd laqonda, 1 ədəd direl və 1 ədəd santexnik ütüsünü xx.xx.2022-ci il tarixdə istintaqa gətirərək könüllü təqdim etmişdir. İş üzrə maddi sübut olan təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi həmin 1 ədəd laqonda, 1 ədəd direl və 1 ədəd santexnik ütüsü iş üzrə zərərçəkmiş şəxs olan sahibi Zərərçəkmiş şəxs1 saxlanılır. Cinayət işinə əlavə edilmiş DİN-nin KTİ-nin xx.xx.2022-ci il tarixli 011-7532-1222 nömrəli məktubundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, izlərdən 4 ədədinin xx.xx.1988-ci il təvəllüdlü Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və adsız (02 dəfə) barmağı, sağ əlinin isə orta barmağı ilə eynilik müəyyən edilmişdir. İş üzrə təyin edilmiş “X2” MMC tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli 138 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd laqonda, 1 ədəd direl və 1 ədəd santexnik ütüsünün hadisənin baş verdiyi 05 iyun 2022-ci il tarixə olan qiyməti ilə təqribi dəyəri 195 manat məbləğındə müəyyən edilir. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.2 bəndinə əsasın cəzadan azad edilmişdir. Bundan başqa Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqda məhrum edilmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2009-cu il tarixli hökm dəyişdirilib 02 il, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkumluğu olmayan şəxs hesab olunur. Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin oğurluq hadisəsinin xx.xx.1982-ci il təvəllüdlü X5 və xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə, müstəntiq Məcid Məcidli tərəfindən X5 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutlmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə müstəntiq Məcid Məcidli tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə istintaq olunan həmin cinayət işi üzrə X5 və Təqsirləndirilən şəxs cinayət əməlləri CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilərək, istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə müstəntiq Məcid Məcidli tərəfindən X5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixdə müstəntiq Məcid Məcidli tərəfindən X5 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon məhkəməsinə təqdimat verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Lakin Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun xx.xx.2022-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmiş, barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbiri seçilməsi göstərilmişdir. Ona görə həmin tarixdə müstəntiq Məcid Məcidli tərəfindən X5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. xx.xx.2022-ci il tarixdə müstəntiq Məcid Məcidli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, ona ittiham elan edilməsi üçün tutulması barədə axtarış elan edilərək, həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən, müstəntiq Məcid Məcidli tərəfindən cinayət işi üzrə icraat təzələnmiş və istintaq hərəkətləri davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə müstəntiq Məcid Məcidli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Vasif Zeynallı tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. xx.xx.2022-ci il tarixdə sabiq müstəntiq Vasif Zeynallı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq, Abşeron RPİ-nin MSY-də saxlanmışdır. xx.xx.2022-ci il tarixdə sabiq müstəntiq Vasif Zeynallı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Abşeron RPİ-nin İstintaq şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Vasif Zeynallının xidməti iş yerini dəyişməsi barədə olan xx.xx.2022-ci il tarixli raportuna əsasən icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə Təqsirləndirilən şəxs təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işi, xx.xx.2022-ci il tarixdə icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən, cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işi onun və X3 təqsirləndirilməsi barədə digər ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işləri ********* nömrə ilə davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılması barədə Abşeron rayon məhkəməsinə təqdimat verilməsindən ötrü, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən vəsatət təmin edilmiş və təqdimatla Abşeron rayon məhkəməsinə müraciət olunmasına baxmayaraq, məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin uzadılmasından imtina olunması və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Ona görə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmiş və barəsində xx.xx.2022-ci il tarixdə sabiq müstəntiq V.Zeynallı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə elan edilmiş ittihama dəyişiklik və əlavələr edilməklə ona həmin maddələr ilə yeni ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqa gəlməsi ilə əlaqədar dayandırılmış cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin qismən törədilməsini etiraf etsə də məhkəmə onun ifadəsini özünü müdafiə kimi qiymətləndirir və inandırıcı hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, özünün istintaqda verdiyi ifadə və iş materiallarında olan digər istintaq materialları Təqsirləndirilən şəxs məhkəmədə dediklərini təkzib edir. Ona görə də qeyd olunan əməlin Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, dəymiş ziyanı ödəməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, ********* saylı cinayət işi üzrə Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 28 gün olmaqla cəmi 30 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi həmin 1 ədəd laqonda, 1 ədəd direl və 1 ədəd santexnik ütünün iş üzrə zərərçəkmiş şəxs olan sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 28 gün olmaqla, cəmi 30 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 2(iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, xx.xx.2023-cü il tarixli ********* saylı cinayət işi üzrə Abşeron rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut 1 ədəd laqonda, 1 ədəd direl və 1 ədəd santexnik ütünün iş üzrə zərərçəkmiş şəxs olan sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-258/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-258/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver