Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-259/2022 29.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, evli, AR-nın vətəndaşı, işləməyən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri P.Təhməzov küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1979-cu ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, evli, AR-nın vətəndaşı, işləməyən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 may 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri V.Nağıyev küçəsi ev 19-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olub zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021-ci il tarixdə, saat 10 radələrində kirayədə yaşadıqları Zərərçəkmiş şəxs məxsus Xırdalan şəhəri, Yoncalıq massivi, E.Sabitoğlu küçəsində yerləşən evdə olan zaman Zərərçəkmiş şəxs otağına qanunsuz olaraq daxil olub, otaqda mebel dolabından bir ədədi 500 manat olan, cəmi 1000 manat dəyərində iki ədəd 583 əyarlı qadın qızıl üzüklərini, 200 manat dəyərində bir ədəd “Samsung S4” markalı mobil telefonu üzərindəki 10 manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə və 960 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2170 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olub zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021-ci il tarixdə, saat 10 radələrində kirayədə yaşadıqları Zərərçəkmiş şəxs məxsus Xırdalan şəhəri, Yoncalıq massivi, E.Sabitoğlu küçəsində yerləşən evdə olan zaman Zərərçəkmiş şəxs otağına qanunsuz olaraq daxil olub, otaqda mebel dolabından bir ədədi 500 manat olan, cəmi 1000 manat dəyərində iki ədəd 583 əyarlı qadın qızıl üzüklərini, 200 manat dəyərində bir ədəd “Samsung S4” markalı mobil telefonu üzərindəki 10 manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə və 960 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2170 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin avqust ayında Xırdalan şəhəri Yoncalıq massivi E.Sabitoğlu küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə qardaşı Saleh ilə kirayədə qalmağa başlamışlar. O, qardaşı Saleh ilə ev sahibi Xanım adlı qadın ilə danışmışlar, bir nəfərə ayı 60 manatdan evində kirayədə qalacaqlarına razılaşmışlar və 10 avqust 2021-ci il tarixdən qardaşı Saleh ilə Xanımın evində kirayədə yaşamışlar. Abşeron rayon Polis İdarəsində onu döyüb xəsarət yetirmiş, cinayəti zorla onun boynuna qoymuşlar. O, həmin mənzildən Zərərçəkmiş şəxs məxsus yalnız mobil telefonunu oğurlamışdır. Lakin ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə qəbul etdiyinə görə AR CM-nin 234.1 -ci maddəsi ilə azadlıqdan məhrum edilmiş, 2020-ci ilin oktyabr ayında cəzasını çəkib qutarıb azadlığa buraxılmışdır.O, qardaşı Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalıb avtomobil dayanacağında işləyirmişlər. 2021-ci ilin avqust ayında Xırdalan şəhəri Yoncalıq massivi E.Sabitoğlu küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə kirayədə qalmağa başlamışlar. O, qardaşı Valeh ilə ev sahibi Xanım adlı qadın ilə danışmışlar, bir nəfərə ayı 60 manatdan evində kirayədə qalacaqlarını razılaşmışlar və 10 avqust 2021-ci il tarixdən qardaşı Saleh ilə Xanımın evində qalmağa başlamışlar. Həmin ev sahibəsi Xanım Samuray adlı oğlu ilə yaşayırmış, onlardan başqa bir nəfər də Əli adlı oğlan kirayədə qalırmış.O, qardaşı Valeh ilə ev sahibəsi Xanıma 40 manat evin kirayə pulunu vermişlər, qalan pulu da verəcəklərini bildirmişlər. Elə həmin gün axşam yemək almağa pulları olmadığı üçün onlar Xanımdan 5-10 manat borc istəmişlər və Xanım adlı qadın da onlara 20 manat borc vermişdir. 11 avqust 2021-ci il tarixdə də axşam işdən gələndə o, 20 manat pulu ev sahibi Xanıma qaytarmışdır. 13 avqust 2021-ci il tarixdə səhər ev sahibəsi Xanım adlı qadın evdən çıxıb getmiş, ondan bir qədər sonra Əli adlı oğlan da çıxıb getmiş, ev sahibin oğlu Samuray isə otağında yatmışdır. Saat təxminən 10 radələri olmuş, o. Saleh ilə evdən çıxıb gedib mağazadan səhər yeməyinə şirniyyat alıb evə gəlib səhər yeməyini yemişlər, ondan sonra görmüşlər ki, evdə divanın üstündə bir Samsung markalı mobil telefonu var, qardaşı Saleh ilə razılaşmışlar ki, həmin telefonu oğurlasınlar və evdən çıxıb getsinlər. Ona görə həmin telefonu qardaşı Saleh götürmüş və qardaşım Saleh ilə birlikdə həmin evdən çıxıb, evin qapısını da açarla bağlayıb açarı ev sahibi onlara dediyi yerdə qoyub oradan getmişlər. Yolda Valeh demişdir ki, Xanımın evindən 300-350 manat pul da götürüb və həmin pulu da birlikdə yeməyə xərcləmişlər. Evdə kirayədə qalan Əli adlı şəxsin də köhnə bir telefonu Salehdə qalmışdır.Ondan sonra o, Bakı şəhərində başqa yerdə kirayədə qalmış, qardaşı Saleh isə Lənkəran rayonuna getmişdir.Qeyd etdiyi evdən götürdükləri telefon da qardaşı Salehdə qalmışdır. Qeyd etmişdir ki. o, və qardaşı Saleh həmin evdən qızıl və 960 manat pulu oğurlamamışlar, onlar ancaq bir ədəd mobil telefon və 300-350 manat da pulu götürmüşlər. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin avqust ayında Xırdalan şəhəri Yoncalıq massivi E.Sabitoğlu küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə qardaşı Valeh ilə kirayədə qalmağa başlamışlar. O, qardaşı Valeh ilə ev sahibi Xanım adlı qadın ilə danışmışlar, bir nəfərə ayı 60 manatdan evində kirayədə qalacaqlarına razılaşmışlar və 10 avqust 2021-ci il tarixdən qardaşı Saleh ilə Xanımın evində kirayədə yaşamışlar. Abşeron rayon Polis İdarəsində onu döyüb xəsarət yetirmiş, cinayəti zorla onun boynuna qoymuşlar. O, həmin mənzildən Zərərçəkmiş şəxs məxsus yalnız mobil telefonunu oğurlamışdır. Lakin ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə qəbul etdiyinə görə AR CM-nin 234.1 -ci maddəsi ilə iki il azadlıqdan məhrum edilmiş, 2020-ci ilin mart ayında cəzasını çəkib qutarıb azadlığa buraxılmışdır.O, qardaşı Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalıb avtomobil dayanacağında işləyirmişlər. 2021 -ci ilin avqust ayında Xırdalan şəhəri Yoncalıq massivi E.Sabitoğlu küçəsində yaşayan X2 yaşadığı evdə kirayədə qalmağa başlamışlar. O, qardaşı Valeh ilə ev sahibi Xanım adlı qadın ilə danışmışlar, bir nəfərə avı 60 manatdan evində kirayədə qalmağı razılaşıb, 10 avqust 2021 -ci il tarixdə qardaşı Valeh ilə Xanımın evində qalmağa başlamışlar. Həmin ev sahibəsi Xanımın Samuray adlı oğlu ilə yaşayırmış, onlardan başqa bir nəfər də Əli adlı oğlan kirayədə qalırmış.O, qardaşı Valeh ilə ev sahibəsi Xanıma 40 manat evin kirayə pulunu vermişlər, qalan pulu da verəcəklərini bildirmişlər. Elə həmin gün axşam yemək almağa pulları olmadığı üçün onlar Xanımdan 5-10 manat borc istəmişlər və Xanım adlı qadın da onlara 20 manat borc vermişdir. 11 avqust 2021 -ci il tarixdə də axşam yenə onlar ev sahibəsi Xanımdan 20 manat borc almışlar. 13 avqust 2021 -ci il tarixdə səhər ev sahibəsi Xanım adlı qadın evdən çıxıb getmiş, ondan bir qədər sonra Əli adlı oğlan da çıxıb getmiş, ev sahibin oğlu Samuray isə otağında yatmışdır. Saat təxminən 10 radələri olarmış, o, Valeh ilə evdən çıxıb gedib mağazadan səhər yeməyinə şirniyyat alıb evə gəlib səhər yeməyini yemişlər. Ondan sonra görmüşlər ki, evdə divanın üstündə bir Samsung markalı mobil telefonu var, qardaşı Valeh ilə razılaşmışlar ki, həmin telefonu oğurlasınlar və evdən çıxıb getsinlər. Ona görə həmin telefonu o, özü götürmüş, ondan sonra Əli adlı şəxsin ona istifadə etmək üçün verdiyi mobil telefonu da götürmüş və qardaşım Valeh də ona demişdir ki, evdən 200-300 manat pul götürüb, Valeh ilə birlikdə həmin evdən çıxıb, evin qapısını da açarla bağlayıb açarı ev sahibi onlara dediyi yerdə qoyub oradan getmişlər. Ondan sonra da qardaşı Valeh Bakı şəhərində qalmış, özü isə Lənkəran rayonuna getmiş və həmin telefonu da Lənkəran şəhərində çayxanada Rafiq adlı şəxsə 30 manata satmışdır. Rafiqə də demişdir ki, həmin telefon özünə məxsusdur.Telefonun üstündə nömrə olduğuna da baxmamışdır. Əlinin telefonun da ekranı sınmış vəziyyətdə olduğu üçün onu da Lənkəran şəhərində tanımadığı şəxsə 15 manata satmışdır.Qeyd etmişdir ki, həmin evdən qızıl üzükləri və 960 manat pul oğurlamamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə yaşayır. Yaşadığı evin bir otağını arada kirayəyə verir. 10 avqust 2021-ci il tarixdə də Əli adlı şəxs yaşadığı evin bir otağında kirayədə qalmışdır. Həmin gün ona zəng edən şəxs yaşadığı evdə qardaşı ilə kirayədə qalmaq istədiklərini bildirmiş, elə həmin gün onun yaşadığı evə Saleh və Velah adlı şəxslər gəlmiş və onlarla söhbət edib ayı hər bir şəxs üçün 70 manata evində kirayədə qalmağa razılaşmışlar. Hətta onlar 40 manat da ona pul vermişlər.Onlar Bakı şəhərində fəhlə işlədiklərini demişlər. Həmin şəxslər Əli adlı şəxs ilə evində kirayədə qalmağa başlamışlar. 10 avqust 2021-ci il tarixdə axşam Valeh ilə Saleh çörək almağa pulları olmadığını deyib ondan 5-10 manat borca pul istəmişlər, o, da evdə öz otağında mebel şkafın içərisində qoyduğu 1000 manat pulun içərisindən 20 manat pulu götürüb onlara vermiş, onlar onun pulunun yerini də bilmiş və hətta ona pulunu yaxşı yerdə gizlətməyidə demişlər. O, da onlara evində pulu kim oğurlaya bilər cavabını vermişdir. 11 avqust 2021-ci il tarixdə də axşam yenə Valeh ilə Saleh ondan borca çörək pulu istəmişlər.O, da yenə otağında olan pulun üstündən 20 manat pul götürüb onlara vermişdir.13 avqust 2021-ci il tarixdə səhər tezdən evində kirayədə qalan Əli çıxıb işə getmiş, özü də saat 08:15 radələrində evdən çıxıb işə getmiş, evdə olan oğlu Samuray isə öz otağında yatmış, Valeh ilə Saleh də öz otaqlarında olmuşlar. O, evdən gedəndə Valeh ilə Salehə bu gün pulun hamısını verməsələr onları evdən çıxaracağını demişdir. Ondan sonra o, evdən çıxıb getmiş, saat təxminən 12 radələrində o, evə qayıtmış və otağında mebel şkafın içərisində qadın paltarlarının arasında qoyduğu özünə məxsüs 200 manat dəyərində olan Samsung 4S markalı və üzərində 10 manat dəyərində ***-***-**-** nömrə olan telefonunu yerində aşkar etməmişdir. O, Valeh ilə Salehin evdə olmadığını, oğlu Samurayın hələ də otağında yatdığını görüb telefonunu tapmadığı üçün otağında telefon qoyduğu şkafa baxmış, 960 manat da yerində olmadığını görmüşdür. Bundan başqa həmin mebel şkafın içərisində qızıl qabında qoyduğu bir ədədi 500 manat olan 1000 manat dəyərində 583 əyarlı iki ədəd qızıl üzüklərinin də yerində olmadığını, həmin əşyaların oğurlandığını görüb oğlu Samurayı oyatmış və ondan da bu barədə soruşmuş, o, da yatdığı üçün heç nədən xəbəri olmadığını demişdir. O, Valeh ilə Salehə zəng etmiş, onlardan bu barədə soruşanda onlar telefonu söndürmüşlər. Ona görə ondan sonra onlarla heç bir əlaqə saxlaya bilməmiş, onlar daha onun evinə gəlməmişlər. Həmin gün Əli evə gələrkən onun da telefonun oğurlandığını görmüşdür. O, bir gün gözləmiş, lakin Valeh ilə Saleh evə gəlmədiklərinə görə 102 xidmətinə məlumat vermişdir. Evinin yanında olan kamera görüntüsündə də 13 avqust 2021-ci il tarixdə, saat təxminən 10 radələrində Valeh ilə Salehin evdən getdikləri və həmin vaxt əllərində pulu saydıqları öz əksini tapmışdır. Oğurlanan telefonunun qutusu qalmadığına görə telefonun imey kodunu bilməmiş, Valeh və Saleh adlı şəxslərin onun otağıma daxil olmalarına o, razılıq verməmiş, onlar ancaq öz kirayə qaldıqları otağa girə bilərdilər, hamam və mətbəxdən isə istifadə edə bilərdilər, onların onun otağına daxil olmalarına icazə verməmiş, onlar onun otağına qanunsuz daxil olmuşlar. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 oğlunun ifadəsindən görünür ki, 2021-ci ilin iyul ayından Xırdalan şəhərində yaşayan Xanım adlı qadının evində kirayədə qalmağa başlamışdır. 2021-ci ilin avqust ayının əvvəllərindən Valeh və Saleh adlı qardaşlar da Xanımın evinə gələrək kirayədə qalmağa başlamışlar. Onlar Xanımın evində təxminən 3 gecə qalmışlar. Onlar həmin evdə onunla bir otaqda qalarkən Valeh ilə Saleh ilə münasibəti normal olmuş, aralarında heç bir qərəzli münasibəti olmamışdır. Onun 50 manat dəyərində imey kodunu bilmədiyi və üzərində ***-***-**-** nömrəsi olan telefonunu kirayədə qaldığı otaqda saxlamışdır. Valeh ilə Saleh onun telefonuna öz nömrəsini qoyub kiməsə zəng etmək istədikdə o, etiraz etməmiş, ondan iki gün sonra o, evdə olmayanda Valeh ilə Saleh evdən getmiş və onun həmin mobil telefonunu da aparmışlar. Ev sahibəsi Xanım həmin şəxslərin onun qızıl zinyət əşyalarını və pulunu da oğurladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayon Polis idarəsinin cinayət axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Xırdalan şəhəri Yoncalıq massivi E.Sabitoğlu küçəsi onun xidməti ərazisidir. Həmin küçədə yaşayan Zərərçəkmiş şəxs evində kirayədə yaşayan Saleh və Təqsirləndirilən şəxs2 qardaşlarının 13 avqust 2021-ci il tarixdə həmin evdən oğurluq etməkləri ilə bağlı Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluğun Saleh və Təqsirləndirilən şəxs2 adlı şəxslər tərəfindən törədilməsi müəyyən edilmişdir. Tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evindən bir ədəd mobil telefonu oğurlayıb Lənkəran şəhərində Rafiq adlı şəxsə satmasını, Təqsirləndirilən şəxs2 isə evdən 200-300 manat pulu oğurladığını etiraf etmişlər.Valeh və Təqsirləndirilən şəxs1lar Zərərçəkmiş şəxs evindən 960 manat pulu və 1000 manat dəyərində qızıl zinyət əşyalarını oğurlamaqlarını etiraf etməsələr də tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs evindən 960 manat pulu və 1000 manat dəyərində qızıl üzükləri də elə Valeh və Təqsirləndirilən şəxs1lar oğurlamışlar. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətmələri özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekpertiza rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evə baxış keçirilərək yaxınlıqda yerləşən kamera görüntüsündə 13 avqust 2021-ci il tarixdə Valeh və Təqsirləndirilən şəxs1ların Zərərçəkmiş şəxs evindən oğurluq edəndən sonra getməkləri hissəsi bir ədəd diskdə götürülərək protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman onlar zərərçəkmiş Zərərçəkmiş şəxs evindən pulu və mobil telefonu oğurladığını əyani olaraq yerində göstərmişlər. .Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Ayaz Kazımovun icraatında olan araşdırma materialında şübhəli şəxs kimi bilinən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 24 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində saxlamaq istədikləri zaman onlar polis əməkdaşlarının qanuni tələbinə tabe olmayraaq onlara müqavimət göstərərək qaçmaq istəmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 yıxılmış, buna baxmayaraq onları polis idarəsinə gətirmiş, barələrində Azərbaycan Respublikası İXM-nin 535.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmənin qərarı ilə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərəkona 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özlərini təqsirli bilməmələrinə və polis idarəsində polis əməkdaşları tərəfindən onlara təzyiq göstərilməsinə dair ifadəsi məhkəmə tərəfindən araşdırılarkən bu xüsusatların özünü müdafiə və cinayət məsuliyyətindən və cəzadan azad olunması xarakteri daşıdığı qənaətinə gətirir. Məhkəmə zamanı müəyyən edildi ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Ayaz Kazımovun icraatında olan araşdırma materialında şübhəli şəxs kimi bilinən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 24 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində saxlamaq istədikləri zaman onlar polis əməkdaşlarının qanuni tələbinə tabe olmayraaq onlara müqavimət göstərərək qaçmaq istəmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 yıxılmış və xəsarət almışdır. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olub zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021-ci il tarixdə, saat 10 radələrində kirayədə yaşadıqları Zərərçəkmiş şəxs məxsus Xırdalan şəhəri, Yoncalıq massivi, E.Sabitoğlu küçəsində yerləşən evdə olan zaman Zərərçəkmiş şəxs otağına qanunsuz olaraq daxil olub, otaqda mebel dolabından bir ədədi 500 manat olan, cəmi 1000 manat dəyərində iki ədəd 583 əyarlı qadın qızıl üzüklərini, 200 manat dəyərində bir ədəd “Samsung S4” markalı mobil telefonu üzərindəki 10 manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə və 960 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2170 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 23 fevral 2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01(bir) ay, 19 (on doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli və onun cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 23 fevral 2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluqları ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli və onun cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə zamanı müəyyən edildi ki, hər iki təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməmişdir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı gələcəkdə aidiyyatı üzrə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı gələcəkdə aidiyyatı üzrə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-259/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-259/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver