Məhkəmə qərarları › İş №1(012)-26/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-26/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-26/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: X3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: X2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Quliyeva (Piriyeva) Gülşən Qürbət qızının xx xxxxxx 1969-cu ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, ev 42-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev-89, mənzil 29-da yaşayan barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1984-cu ildə Qusar rayonu, Həzrə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik Xidmətinə işə düzəldəcəyinə və sonuncunun 45 gün ərzində işə başlayacağına dair yalan vəd verib inandıraraq aldatmış, bu məqsədlə 28 iyul 2018-ci il tarixdə o, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən evinin yaxınlığında Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulunu almış və aralarındakı razılaşmaya əsasən həmin pulun 4000 manatını Təqsirləndirilən şəxs2la öz aralarında bölüşdürmüş, 3000 manatını isə sonuncunun vasitəsi ilə Gülşən Quliyevaya verib vədinə əməl etməyərək, birlikdə Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik Xidmətinə işə düzəldəcəyinə və sonuncunun 45 gün ərzində işə başlayacağına dair yalan vəd verib inandıraraq aldatmış, bu məqsədlə 28 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən evinin yaxınlığında Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulunu almış və aralarındakı razılaşmaya əsasən həmin pulun 4000 manatını onunla öz aralarında bölüşdürmüş, 3000 manatını isə onun vasitəsi ilə Gülşən Quliyevaya verib vədinə əməl etməyərək, birlikdə Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. X6 tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik Xidmətinə işə düzəldəcəyinə və sonuncunun 45 gün ərzində işə başlayacağına dair yalan vəd verib, inandıraraq aldatmış, bu məqsədlə 28 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən evinin yaxınlığında Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulunu almış və aralarındakı razılaşmaya əsasən bundan sonra həmin pulun 4000 manatını Təqsirləndirilən şəxs2la öz aralarında bölüşdürmüş, 3000 manatını isə o, Təqsirləndirilən şəxs2 almış və vədinə əməl etməyərək, birlikdə Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədəki evində yaşayır. Bakı şəhərindəki "xxxx" MMC-də fəhlə işləyir. Zərərçəkmiş şəxs dostu Şahid vasitəsilə tanımış, 2018-ci ilin iyul ayında Polad ona Elmirin Səfərbərlik Xidmətində işə düzəlmək istədiyini söyləmiş, o da Elmirə işə düzəlmək üçün İslam adlı tanışının vasitəsilə kömək edə biləcəyini bildirmiş və bu barədə İslama söyləmiş, sonuncu da tanışı X2 vasitəsilə Elmiri işə düzəltməyin mümkün olduğunu bildirib, Gülşənin mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra həmin nömrəyə zəng edib, Gülşənə Elmirin işə düzəlməsi ilə əlaqədar onunla görüşmək istədiyini bildirmiş, Gülşən də razılıq verdikdən sonra o, Gülşənin ***-***-**-** mobil telefon nömrəsini Elmirə vermiş, sonuncu da həmin nömrəyə zəng edib, Bakı şəhəri, “Neftçilər” metrostansiyasının yaxınlığındakı “Çudo- Peçka” şirniyyat mağazasının yanında Gülşənlə görüşmüş və Səfərbərlik Xidmətinə işə düzəlməsinə köməklik etmək üçün ondan 7000 manat pul istəmiş, Elmir də Gülşənə 6500 manat pul vermiş və ona zəng edib, 500 manatı da Gülşənə çatdırmaq üçün ona verəcəyini söyləmişdir. Bundan bir neçə gün sonra işdən evə qayıtdığı vaxtı Elmir zəng edib, pulu ona vermək üçün görüşmək istədiyini bildirmiş, o da işdən qayıdarkən yolüstü Elmirin yaşadığı Biləcəri qəsəbəsinə gedib, onunla görüşmüş, Elmir Gülşənə çatdırmaq üçün ona 500 manat pul vermiş, o da Gülşəni tanımadığı üçün həmin pulu alıb, ertəsi günü İslama zəng etmiş və sonuncu ilə görüşüb Elmirin verdiyi 500 manat pulu Gülşənə çatdırması üçün İslama vermiş, sonuncu da həmin 500 manat pulu ona vermişdir. Elmir Gülşənin onu aldatdığını bildikdən sonra Gülşənlə onu onların tanış etməyini əsas gətirərək, verdiyi pulu İslamla ondan alacağını bildirmiş, o da Elmirin bu iradlarından bezib, pulunun qaydacağına inam yaranması üçün öz avtomobilinin qeydiyyat şəhadətnaməsini və açarını ona vermiş, Elmirdən 7000 manat deyil, Gülşənə çatdırmaq üçün 500 manat pul almış, həmin pulu da sonuncuya çatdırması üçün İslama vermişdir. Həmin puldan nə ona, nə də İslama bir qəpik çatmamış, İslamla o, Elmirə pula görə deyil, aralarındakı yaxın münasibətə görə işə düzəlməsinə köməklik etmək istəmişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirirək , dəymiş ziyanı ödəməsini, həm də dəymiş ziyanın 25 faizi məbləğində dövlət nəfinə ödəniş etməsini nəzərə alaraq barəsində iş üzr icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42 nömrəli evdə yaşayır. Zərərçəkmiş şəxs şəxsən tanımır, sonuncunu dostu Təqsirləndirilən şəxs1 vasitəsilə qiyabi olaraq tanıyır. Belə ki, 2018-ci ilin iyul ayında Zaxar ona tanışı Poladın qohumu Elmirin Səfərbərlik Xidmətində işə düzəlmək istədiyini və bu işdə ona köməklik etmək istədiyini söyləmiş, o da Gülşənadlı tanışının Elmirə işə düzəlməkdə köməklik edə biləcəyini Zaxara bildirmiş və bundan sonra əvvəldən Gülşənkimi tanıdığı, sonradan adının X6 olduğunu bildiyi tanışına bu barədə danışmış, sonuncu da Elmiri işə düzəldə biləcəyini söylədikdən sonra o, Gülşənin mobil telefon nömrəsini dostu Zaxara vermiş, bir neçə gün sonra Zaxar ona zəng edib, Elmirin Gülşənlə görüşdüyünü və onun Səfərbərlik Xidmətinə işə düzəlməsi üçün 7000 manat pul istədiyini, lakin Elmirin Gülşənə 6500 manat pul verdiyini, 500 manat pulunun çatmadığını söyləmişdir. Bundan bir neçə gün sonra Zaxar onunla görüşüb Elmirin ona Gülşənə çatdırması üçün əlavə 500 manat pul verdiyini söyləyib, həmin 500 manatı Gülşənə vermək üçün ona vermiş, o da Zaxarın verdiyi 500 manatı alıb, tarixini dəqiq xatırlamadığı gündə Gülşənlə görüşüb, həmin məbləğdə pulu sonuncuya vermişdir. Bundan 2-3 ay sonra dostu Zaxar ona zəng edib, Gülşənin həm onları, həm də Elmiri aldadıb, sonuncunun işə düzəlmə məsələsini həll etmədiyini və aldığı 7000 manatı qaytarmadığını, həmçinin Elmirin onlara inanıb Gülşənə 7000 manat pul verdiyinə görə həmin pulu onlardan alacağını söylədiyini bildirmişdir. Bundan sonra o, zəng edib, onları aldatdığına görə Gülşənə narazılığını bildirib, işə düzəltmək üçün Elmirdən aldığı 7000 manatı geri qaytarmağını tələb etmiş, Gülşən də müxtəlif bəhanələrlə pulu qaytarmayıb, qaçıb gizlənmiş, buna görə də Elmir Zaxardan polisə şikayət etmişdir. Bundan sonra onun Zaxarın və Elmirin təkidli tələbindən sonra Gülşən aldığı 7000 manatın 3000 manatını Zaxarla ona qaytarmış, sonuncu da həmin məbləğdə pulu alıb Elmirə vermişdir. Gülşən qalan 4000 manatı isə qaytarmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirirək , dəymiş ziyanı ödəməsini, həm də dəymiş ziyanın 25 faizi məbləğində dövlət nəfinə ödəniş etməsini nəzərə alaraq barəsində iş üzr icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş ifadəsindən görünür ki, 2018-ci ilin iyul ayının 24-də əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ona zəng edib bir nəfər tanışının Bakı şəhərində yerləşən Səfərbərlik idarələrindən birinə zabit kimi işə düzəlmək istədiyini bildirmiş və ondan bu işdə onlara köməklik etməsini xahiş etmiş, o da həmin idarələrdə tanışlarının olduğunu bildirib, köməklik edə biləcəyini söyləmişdir. Bundan 2 gün sonra axşam vaxtı Zaxar adlı tanımadığı bir nəfər ona zəng edib, İslamın tanışı olduğunu bildirmiş və işə düzəlmək istəyən Elmir adlı oğlanın onunla görüşmək istədiyini söyləmişdir. O da razılıq verib, ertəsi günü, yəni 27.07.2018-ci il tarixdə saat 11 radələrində həmin Elmirin telefon zəngindən sonra sonuncu ilə Bakı şəhəri “Neftçilər” metrostansiyasının qarşısındakı “Çodo Peçka” şirniyyat evində görüşmüş, həmin vaxtı Elmirə Səfərbərlik idarəsinə işə düzəlmək üçün imtahan vermək lazım olduğunu söyləmiş, Elmir də razılaşdıqdan sonra onun şəxsiyyət vəsiqəsinin surətini almış və işə düzəlmək üçün Səfərbərlik Baş idarəsindən lazım olan blankları götürüb doldurduqdan sonra həmin sənədləri öz ünvanından Səfərbərlik Baş idarəsinə göndərməsini söyləmiş, Elmir də razılaşmış, o da imtahan vaxtı əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra o, Elmirdən ayrılıb İslama zəng edib, sonuncu ilə görüşdüyünü və ona işə düzəlmək üçün hansı sənədləri hazırlayıb Baş idarəyə göndərməsini izah etdiyini söyləmiş, İslam da ondan həmin işin həlli üçün nə qədər pul lazım olduğunu soruşmuş, o, 5000 manata düzələcəyini bildirmiş, lakin həmin pulun 3000 manatını əvvəlcədən, qalan 2000 manatını isə imtahandan sonra alacağını söyləmiş, İslam da Elmirdən işə düzəlmək üçün 7000 manat pul istədiklərini bildirmiş, o da həmin işə görə 5000 manat alacağını söyləmiş və onların Elmirdən nə qədər pul alacaqlarının ona aidiyyəti olmadığını bildirmişdir. Ertəsi günü saat təxminən 15 radələrində İslam onunla zəngləşib, Bakı şəhəri “Neftçilər” metrostansiyasının yanındakı avtobus dayanacağında görüşüb, Elmirin işə düzəlməsi üçün ona 3000 manat pul vermiş, bundan sonra o, bir neçə dəfə Elmirlə telefon əlaqəsi saxlayıb, Səfərbərlik Baş idarəsinə göndərdiyi sənədlərin cavabının gəlib-gəlmədiyini soruşmuşdur. 2018-ci ilin noyabr ayında Elmir zəng edib, əvvəllər imtahanda iştirak etdiyinə və Baş idarədən ona rədd cavabı gəldiyinə görə imtahana buraxılmadığı göstərildiyini söyləmiş, o da bunu eşidən kimi onun əvvəllər imtahanda olduğunu bilmədiyi üçün bu işə razılıq verdiyini deyib, bunu ona nə üçün deməməsinin səbəbini soruşmuş, Elmir də bu barədə Zaxara söylədiyini bildirmiş, o da Zaxarı tanımadığını və onun əvvəllər imtahanda olmasından məlumatının olmadığını söyləmişdir. Bundan sonra Elmir ondan işə düzəlmək üçün verdiyi pulları geri qaytarmalarını tələb etmiş, o da Elmiri işə düzəltmək adı ilə İslamdan aldığı 3000 manatı şəxsi ehtiyaclarına xərclədiyinə görə həmin pulu qaytara bilməmiş, Elmir də ondan və İslamla Zaxardan şikayət etmişdir. Elmirin işə düzəltmək üçün aldığı 3 min manatı 2018-ci ilin dekabr ayında yeni il ərəfəsində İslama qaytarmış, Elmirin işə düzəlmək üçün ona 7000 manat pul verməsini sonuncu pullarını geri istədiyi vaxt bilmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirirək , dəymiş ziyanı ödəməsini, həm də dəymiş ziyanın 25 faizi məbləğində dövlət nəfinə ödəniş etməsini nəzərə alaraq barəsində iş üzr icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2018-ci ilin yay aylarında iş axtardığı vaxtı bibisi oğlu Şahid Zaxar adlı tanışının ona işə düzəlməkdə koməklik edə biləcəyini söyləyib, sonuncu ilə tanış etmiş, Zaxar da dostu İslamın və Gülşənadlı tanışının vasitəsilə onu Müdafiə Nazirliyinin Səfərbərlik xidmətinə işə düzəltməyin mümkün olduğunu deyib, həmin Gülşənin mobil telefon nömrəsini verib, sonuncu ilə danışmasını söyləmiş, o da Gülşənlə danışdıqdan sonra “Neftçilər” metrostansiyasının yanında görüşmüş, Gülşənona işə düzəlmək üçün lazım olan blankları Səfərbərlik Xidməti Baş idarəsindən götürüb doldurduqdan sonra həmin idarəyə göndərməsini söyləmişdir. Bundan sonra o, Zaxarla görüşüb onu hansı qiymətə işə düzəldəcəklərini soruşmuş, sonuncu da İslamla danışdıqdan sonra bu barədə deyəcəyini bildirmiş və sonra zəng edib, Gülşənin işə onu düzəltmək üçün 7000 manat pul istədiyini söyləmişdir. O da razılaşıb, Müdafiə Nazirliyinin Səfərbərlik Xidməti Baş idarəsinə gedib, Gülşnin dediyi blankları doldurub, poçt vasitəsi ilə həmin idarəyə göndərmiş və sonra Zaxarla görüşüb, həmin vaxtı evlərində olan 7000 manatı Gülşənə verməsi üçün Xırdalan şəhərində yaşadığı evin yaxınlığında Zaxara vermiş, sonuncu da həmin pulu alıb, İslamın vasitəsi ilə Gülşənə çatdıracağını söyləyib, onun 45 gün müddətində Səfərbərlik Xidməti idarəsinə işə düzələcəyini bildirmişdir. Bundan sonra Zaxarla və Gülşənlə bir neçə dəfə telefonla əlaqə saxlamış, sonuncu hər dəfə ondan Səfərbərlik Xidməti Baş idarəsinə göndərdiyi sənədlərin cavabının gəlibgəlmədiyini soruşmuş, o da cavab gəlmədiyini söyləmişdir. 2018-ci ilin noyabr ayında həmin idarədən ona cavab gəlmiş və əvvəllər işə qəbul olmaq üçün imtahanda iştirak etdiyinə görə yenidən imtahana buraxılmadığı göstərilmiş, o da dərhal zəng edib bu barədə Gülşənə və Zaxara bildirmişdir. Gülşən onun əvvəllər imtahanda iştirak etdiyini bilmədiyi üçün işə düzəltməyinə köməklik edəcəyinə razılıq verdiyini söyləmiş və ona bu barədə məlumat verilməməsinə görə narazılıq etmiş, o da bu barədə Zaxarın bildiyini söyləmiş, Gülşən də Zaxarın ona bununla bağlı heç bir söz demədiyini bildirmişdir. Bundan sonra o, Zaxarın tanışları Gülşən və İslamla onu işə düzəlmək adı ilə aldadaraq pulunu ələ keçirdiklərini hiss edib, verdiyi pulları qaytarmalarını tələb etmiş, Zaxar da onun verdiyi pulların Gülşəndə olduğunu bildirib, bir neçə günə alıb qaytaracaqlarını söyləmiş, lakin qaytarmamış, o da məcbur qalıb bu barədə polisə şikayət etmişdir. Abşeron RPİ-də şikayəti əsasında cinayət işi başlandıqdan təxminən bir ay sonra Zaxar ona 4000 manat pul vermiş və Gülşənin pulların hamısını qaytarmadığını söyləmiş, o da pulu Zaxara verdiyi üçün sonuncudan qalan 3000 manatı da verməsini tələb etmiş, Zaxar da qalan 3000 manatın əvəzində “Benni” markalı avtomobilini ona vermiş, o da pulunun qalanını alana kimi həmin avtomobili girov saxlamaq üçün götürmüşdür. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödədiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. Təqsirləndirilən şəxs1 isə tanışıdır. 2018-ci ilin təxminən iyul ayında o, Elmir və Zaxarla birlikdə çayxanada olduqları vaxtı Elmir işə düzəlmək istədiyini bildirmiş, bu zaman Zaxar İslam adlı tanışının vasitəsilə Elmiri Səfərbərlik Xidmətinə işə düzəldə biləcəyini söyləmiş, həmçinin Elmirin işə düzəlməsində İslamın Gülşən adlı tanışının da köməklik edəcəyini bildirmişdir. Elmir də razılaşıb, Zaxarın və İslamın vasitəçiliyi ilə Gülşənlə görüşdükdən sonra X11 işə düzəltmək üçün 7000 manat pul istədiyini bildirmiş, bundan sonra Elmir həmin 7000 manatı Gülşənə çatdırması üçün Zaxara vermiş, sonuncu da Gülşənin pulu aldıqdan sonra Elmirin 45 gün müddətində işə başlayacağını söylədiyini bildirmişdir. Lakin Elmir deyilən müddətdə işə başlamamış, o bu barədə Zaxardan soruşduqda sonuncu işin həllinin bir qədər gecikdiyini, lakin heç bir problem olmadığını, həmçinin bu işi tanışları İslamla Gülşənin həll etdiyi üçün onlara arxayın olduğunu söyləmişdir. Lakin bundan xeyli müddət keçməsinə baxmayaraq Elmirin iş məsələsi həll olmamış, buna görə də sonuncu verdiyi pulu onlardan geri qaytarmalarını tələb etmiş, Gülşən müxtəlif yalan vədlər verərək pulu qaytarmamış, Elmir də Zaxardan şikayət etmişdir. Zaxarın tanışı İslamı və sonuncunun tanışı Gülşəni şəxsən tanımır, amma qohumu Elmirin işə düzəlmə məsələsi ilə bağlı bir neçə dəfə Güqlşənlə mobil telefonla danışmış, Gülşən axırıncı dəfə ona ***-***-**-** mobil nömrəsi ilə zəng edərək, aldığı pulları yaxın günlərdə qaytaracağını söyləsə də sonra zənglərinə cavab verməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin cinayət işi materiallarına əlavə edilmiş, BKC/LGL-13919-19 saylı məktubundan və 1 ədəd, CD formatlı kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə, Zərərçəkmiş şəxs isə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 01.07.2018-ci il tarixdən 01.01.2019-cu il tarixədək müddətdə X2 istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə bir neçə dəfə qarşılıqlı əlaqədə olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X3, Təqsirləndirilən şəxs2 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə təqsirləndirilən şəxslər X7, Təqsirləndirilən şəxs2 və X6 zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda iş materiallarında olan 15.10.2021-ci il tarixli, 17744 saylı, 14.10.2021-ci il tarixli 5469 saylı, 26.10.2021-ci il tarixli 22894 saylı ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxslər X7, Təqsirləndirilən şəxs2 və X6 dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 1750 (min yeddi yüz əlli) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan 02.02.2019-cu il tarixli qərarla X6 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 04.02.2019-cu il tarixli qərarla təqsirləndirilən şəxs X6 barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 26.04.2019-cu il tarixli qərarla barəsində axtarış verilən X6 tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 03.05.2019-cu il tarixli qərarla təqsirləndirilən şəxs X6 barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli X6 barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan protokoldan görünür ki, barəsində axtarış verilən X6 tutularaq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli X6 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarında olan 133 saylı MKİS-nin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X6 ünvan 1-da qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03.05.2019-cu il tarixli tələbnamədən görünür ki, X6 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27.10.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3 min misli miqdarında cərimə cəzasına məhkum olunmuş, Sumqayıt şəhər məhkəməsinin 29.12.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18.03.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli Aministiya qərarının 1.1 bəndinə əsasən cəzadan azad olunmuş, Lənkəran rayon məhkəməsinin 03.12.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30.08.2016-cı ildə Bakı şəhər Xətai rayon məhkəməsinin 30.08.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il, 23 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuş, 23.09.2017-ci ildə cəzasının vaxtı başa çatmışdır. Bakı şəhəri Suraxanı RPİ-nin istintaq şöbəsinin 19.04.2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 06.05.2019-cu il tarixli qərardan görünür ki, X7 təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 3 saylı MTİİTS-nin rəisi tərəfindən verilmi arayış və xasiyyətnamədən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, həyət evində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 himayəsində Emilya Mehtiyeva adlı az yaşlı övladı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 24.05.2019-cu il tarixli tələbnamədən görünür ki, X7 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 06.05.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 25.12.2019-cu il tarixli qərarla axtarışda olan Təqsirləndirilən şəxs2 tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmiş, 27 dekabr 2019-cu il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 139 saylı MTİİTS-nin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Əmirxan qəsəbəsi, Balandin küçəsi, ev 42-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 24.05.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər X7, Təqsirləndirilən şəxs2 və X6 tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslər X7, Təqsirləndirilən şəxs2 və X6 ilə barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə həmçinin hesab edir ki, X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri ləğv edilməlidir. X6 02.03.2019-cu ildə Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan qaçıb gizləndiyinə görə ona həmin maddədə nəzərdə tutulan ittiham elan etmək mümkün olmamışdır. 04.03.2019-cu ildə təqsirləndirilən şəxs X2 tutulması üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat o, tutulub istintaqa təqdim olunanadək dayandırılmışdır. 26.04.2019-cu ildə təqsirləndirilən şəxs X6 tutularaq istintaqa təqdim olunduğuna görə cinayət işinin icraatı təzələnmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 28.04.2019-cu il tarixdə təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair tərəfimdən Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Rahib Seyidova vəsatət verilmişdir. Abşeron rayon prokurorunun 28.04.2019-cu il tarixli qərarı ilə vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxs X2 daimi yaşayış yerinin olmasını, əməlindən peşiman olmasını nəzərə alaraq onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. Məhkəmənin 18.02.2020-ci il tarixli qərarı ilə X6 barəsində axtarış elan edilmiş, 28.09.2021-ci il tarixdə axtarışda olan şəxs tutularaq məhkəməyə təhvil verilmişdir. Məhkəmənin 28.09.2021-ci il tarixli icraatın təzələnməsi barədə qərarından görünür ki, G.Quliyeva barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalından azad edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, digər təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri ləğv edilsin. Quliyeva Gülşən Qürbət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quliyeva Gülşən Qürbət qızı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. X6 məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, digər təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar