Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-26/2024 04.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümyəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümyəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi vəkil Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Şabran rayonu, Ağalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, işləməyən, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1993-cü il tarixdə Xocalı rayonu, Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə, xx xxxxxxxx 1983-cü ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, işləməyən, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 iyul 2022-ci il tarixdə saat 05:09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 1 ünvanında yerləşən "xxxx" marketə qapını açma yolu ilə qanunsuz daxil olub, marketin içərisində sağ tərəfdə quraşdırılmış “"xxxx" MMC-yə məxsus 40026 saylı “Saqa” markalı ödəmə terminalının ön qapısını özü ilə gətirdiyi istintaqa məlum olmayan dəmir alətlə sındıraraq, həmin terminalın içərisində olan 1420 manat nağd pulu və bir ədəd həmin terminala məxsus 360 manat dəyərində pul kassetini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1780 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 avqust 2022-ci il tarixdə saat 04:00 radələrində ünvan 4 ünvanında yerləşən "xxxx" marketin qapısının qıfılını sındırmaqla həmin marketə qanunsuz daxil olub, marketin giriş hissəsinin sol tərəfində quraşdırılmış "xxxx" MMC-yə məxsus İD-467 saylı “E-manat” ödəmə terminalının ön qapısını özü ilə gətirdiyi istintaqa məlum olmayan dəmir alətlə sınıdırıraq, həmin terminalın içərisində olan 8358 manat nağd pulu və bir ədəd həmin terminala məxsus 204 manat dəyərində pul kassetini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “Modenis MMC”-yə ümumilikdə 8562 manat olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 26 avqust 2022-ci il tarixdə saat 06:00 radələrində ünvan 5 ünvanında yerləşən “Həmay” marketin qapısının qıfılını sındırmaqla birlikdə həmin marketə qanunsuz daxil olub, mağazanın kassasından mağazanın sahibi Zərərçəkmiş şəxs3 məxsus 250 manat məbləğində nağd pulu, mağazanın içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus “E-manat” ödəmə terminalının ön qapısını özləri ilə gətirdikləri istintaqa məlum olmayan dəmir alətlə sınıdırıraq, həmin terminalın içərisində olan 3582 manat nağd pulu və bir ədəd həmin terminala məxsus 205 manat dəyərində pul kassetini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 250 manat və zərərçəkmiş hüquqi şəxs “Modenis MMC”-yə ümumilikdə 3787 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 31 avqust 2022-ci il tarixdə saat 04:40 radələrində Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Bakı-Şamaxı şosesi, dəmiryolunun yanında yerləşən "xxxx" marketə qapını açma yolu ilə qanunsuz daxil olub, marketin içərisində sağ tərəfdə quraşdırılmış "xxxx" MMC-yə məxsus İD-329 saylı “E-manat” ödəmə terminalının ön qapısını özləri ilə gətirdiyi istintaqa məlum olmayan dəmir alətlə sındıraraq, həmin terminalın içərisində olan 4947 manat nağd pulu və bir ədəd həmin terminala məxsus 204 manat dəyərində pul kassetini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “Modenis MMC”-yə ümumilikdə 5151 manat olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 iyul 2022-ci il tarixdə saat 05:09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 1 ünvanında yerləşən "xxxx" marketə qapını açma yolu ilə qanunsuz daxil olub, marketin içərisində sağ tərəfdə quraşdırılmış “"xxxx" MMC-yə məxsus 40026 saylı “Saqa” markalı ödəmə terminalının ön qapısını özü ilə gətirdiyi istintaqa məlum olmayan dəmir alətlə sındıraraq, həmin terminalın içərisində olan 1420 manat nağd pulu və bir ədəd həmin terminala məxsus 360 manat dəyərində pul kassetini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1780 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 avqust 2022-ci il tarixdə saat 04:00 radələrində ünvan 4 ünvanında yerləşən "xxxx" marketin qapısının qıfılını sındırmaqla həmin marketə qanunsuz daxil olub, marketin giriş hissəsinin sol tərəfində quraşdırılmış "xxxx" MMC-yə məxsus İD-467 saylı “E-manat” ödəmə terminalının ön qapısını özü ilə gətirdiyi istintaqa məlum olmayan dəmir alətlə sınıdırıraq, həmin terminalın içərisində olan 8358 manat nağd pulu və bir ədəd həmin terminala məxsus 204 manat dəyərində pul kassetini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “Modenis MMC”-yə ümumilikdə 8562 manat olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 31 avqust 2022-ci il tarixdə saat 04:40 radələrində Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Bakı-Şamaxı şosesi, dəmiryolunun yanında yerləşən "xxxx" marketə qapını açma yolu ilə qanunsuz daxil olub, marketin içərisində sağ tərəfdə quraşdırılmış "xxxx" MMC-yə məxsus İD-329 saylı “E-manat” ödəmə terminalının ön qapısını özü ilə gətirdiyi istintaqa məlum olmayan dəmir alətlə sındıraraq, həmin terminalın içərisində olan 4947 manat nağd pulu və bir ədəd həmin terminala məxsus 204 manat dəyərində pul kassetini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “Modenis MMC”-yə ümumilikdə 5151 manat ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 26 avqust 2022-ci il tarixdə saat 06:00 radələrində ünvan 5 ünvanında yerləşən “Həmay” marketin qapısının qıfılını sındırmaqla birlikdə həmin marketə qanunsuz daxil olub, mağazanın kassasından mağazanın sahibi Zərərçəkmiş şəxs3 məxsus 250 manat məbləğində nağd pulu, mağazanın içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus “E-manat” ödəmə terminalının ön qapısını özləri ilə gətirdikləri istintaqa məlum olmayan dəmir alətlə sınıdırıraq, həmin terminalın içərisində olan 3582 manat nağd pulu və bir ədəd həmin terminala məxsus 205 manat dəyərində pul kassetini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 250 manat və zərərçəkmiş hüquqi şəxs “Modenis MMC”-yə ümumilikdə 3787 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Belə ki, bir neçə il əvvəl birlikdə cəza çəkdikləri cəzaçəkmə müəsissələrindən birində tanış olmuşlar. 27 iyul 2022-ci il tarixdə saat 04:30 radələrində Eldarla birlikdə oğurluq etmək qərarına gəlmiş, buna görə də Abşeron rayonu, Xırdalan şəhərində, Misir parkının yaxınlığında yerləşən "xxxx" Marketə yaxınlaşmışlar. Bir qədər müşahidə apardıqdan sonra əvvəlcə özləri ilə gətirdiklər dəmir parçası ilə marketin qapısını qanunsuz yolla açmış, daha sonra birlikdə marketə daxil olub girişdən sağ tərəfdə yerləşən ödəmə terminalı aparatını elektrik xəttindən ayırıb mağazanın içərisində arxa tərəfə doğru sürümüşlər. Bundan sonra orada həmin aparatı sındıraraq içərisindən 1420 manat pulu götürüb oradan uzaqlaşmışlar. Bir qədər uzaqlaşdıqdan sonra həmin pulu Eldarla birlikdə aralarında bölmüş və ona çatan 710 manatı götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə 08 avqust 2022-ci il tarixdə saat 16 radələrində Eldarla əvvəlcədən zəngləşib Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüş, oradan piyada olaraq “Şamaxinka” adlanan əraziyə getmişlər. Bir qədər gəzişdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində təsadüfən qarşılarına çıxan "xxxx" marketdən oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcə o, marketin içərisində yerləşən e-manat ödəmə terminalının işlək vəziyyətdə olub-olmadığını yoxlamaq məqsədilə oraya daxil olmuşdur. Eldar da marketin qarşısında biraz kənarda onu gözləmişdir. Daha sonra ödəmə terminalının işlək vəziyyətdə olduğuna əmin olduqdan sonra gecə saatlarında oraya daxil olmaq barədə qərara gəlmiş və ayrılmışlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 02 radələrində “20 Yanvar” metrostansiyasının çıxışında Eldarla görüşüb piyada olaraq həmin marketə tərəf getmişlər. Təxminən bir saat marketin qarşısında gözlədikdən sonra o, özü ilə gətirdiyi dəmir parçası ilə marketin qapısında yerləşən qıfılı sındırmış və birlikdə içəri daxil olmuşlar. Daha sonra giriş qapısından sol tərəfdə quraşdırılmış “e-manat” ödəmə terminalını cərəyandan ayırıb arxa tərəfə sürümüş, orada o, əlində olan dəmir parçası ilə terminalın qabaq tərəfdə yerləşən qapağını açıb oradan pul qutusunu çıxarmış və dərhal oradan uzaqlaşmışlar. Bir neçə küçə aralaşdıqdan sonra qutunu sındırıb içindəki pulu saymadan götürüb, qutunu isə oradaca tullamışlar. Əlindəki dəmir parçasını da qutunu atdığı yerdə tullamışdır. Daha sonra piyada olaraq 3-cü mikrorayon dairəsinə getmiş, orada nömrəsini və markasını xatırlamadığı taksiyə minib Abşeron rayonu ərazisində Hökməli qəsəbəsindən Müşviqabad qəsəbəsinə gedən yolun kənarında taksidən düşmüşlər. Orada həmin pulu saydıqda təxminən 8000 manat pul olduğu bizə onlara məlum olmuş, həmin pulu yarı bölüb 4000 manatını götürdükdən sonra Eldardan ayrılıb başqa bir taksi ilə ünvan 6 ünvanında yerləşən yaşadığı evə getmişdir. Həmin pullarla borclarını bağladıqdan sonra, qalan hissəsini şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə o, təxminən 2022-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrosu yaxınlığında təsadüfən tanışı Təqsirləndirilən şəxs3lə rastlaşmışdır. Belə ki, Samiri uşaq vaxtından yaşadığı Şabran rayonu, Ağalıq kəndindən tanımışdır. Samirlə söhbət zamanı həbsdən təzə çıxdığını və yaşamağa evinin olmadığını demişdir. Samir ona ünvan 7 ünvanında kirayədə yaşadığı evdə birlikdə yaşamağı təklif etmişdir. O, Samirin təklifini qəbul edib Samirlə birlikdə yaşamağa başlamışdır. O, Samirlə yaşadığı müddətdə ondan hissə-hissə olmaqla ümumilikdə 130 manat pul borc almış, Eldarla birlikdə oğurluq etdikdən sonra Samirə olan borcunun hamısını qaytarmışdır. Samir ondan həmin pulu haradan aldığını soruşduqda yaxşı pul qazanmaq yolu tapdığını desə də, başqa məlumat verməməmişdir. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Samir ona borclarının olduğunu və həmin borcları qaytarmaqdan ötrü pul qazanmaq üçün kömək etməyini xahiş etmişdir. O Samirə oğurluq etməyi təklif etdikdə o mənimSamir onunla razılaşmışdır. Bundan sonra o, ünvan 5 ünvanında yerləşən “Həmay” marketdəki e-manat ödəmə terminalından Samirlə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 26 avqust 2022-ci il tarixdə o, Samirə oğurluq üçün yer tapığını demiş və saat 05:00 radələrində birlikdə oraya getmək üçün kirayədə yaşadıqları Nəsimi rayonu, A.Mustafayev 39 ünvanından çıxıb ətrafı müşahidə edərək, piyada ünvan 5 ünvanında yerləşən “Həmay” marketin yaxınlığına gəlmişlər. Həmay marketə çatdıqdan sonra bir saata yaxın müddətdə ətrafa göz gəzdirmiş və yaxınlıqda onları heç kimin görmədiyindən əmin olduqdan sonra saat 06:00 radələrində oğurluq etmək planlarını həyata keçirməyə başlamışlar. Belə ki, razılaşmaya görə Samir bir qədər aralıda kənar şəxslərin gəlməyinə nəzarət etmiş, o da özü ilə gətirdiyi dəmir parçası ilə əvvəlcə “Həmay” marketin dəmir barmaqlıqlı qapısının üzərində olan qıfılları sındırmış, daha sonra marketin plastik qapısının kilidini sındırıb içəri daxil olmuşdur. Razılaşdıqları kimi 1-2 dəqiqə sonra Samir də içəri daxil olmuşdur. Bundan sonra onlar marketin girişində sağ tərəfdə quraşdırılmış “E-Manat” ödəmə terminalını yerindən götürüb marketin içərisinə tərəf aparmış. Sonra o, həmin terminalın qapısını əlindəki dəmir parçası ilə sındırmış və içərisində olan dəmir qutunu götürmüşdür. Bundan sonra onlar marketdən çıxarkən açıq kassada olan pulları da götürmüşdür. Marketdən çıxdıqdan sonra yaxınlıqda olan bağın həyətinə gəlmiş, həmin yerdə o, oğurladıqları pul qutusunu əlindəki dəmir parçası ilə sındırmışdır. Qutunun içərisində olan pulları götürmüş və boş qutunu Samirə verib yaxınlıqdakı binanın zirzəmisinə atmağı tapşırmışdır. Samir də həmin qutunu zirzəminin nəfəsliyindən içəri atmışdır. Daha sonra onlar pulları bölüşdürmüş və hərəsinə təxminən 1830 manat məbləğində pul düşmüşdür. Bundan əlavə o, 30 avqust 2022-ci il tarixdə Eldarla təkrarən görüşdükdə yenidən oğurluq etmək qərarına gəlmişlər. Ona görə də 31 avqust 2022-ci il tarixdə saat 04:30 radələrində Eldarla birlikdə Abşeron rayonu Sulutpə qəsəbəsinə gəlmiş, orada Bakı-Şamaxı yolunun üzərində yerləşən "xxxx" Marketə yaxınlaşmışlar. Bir qədər müşahidə apardıqdan sonra əvvəlcə Eldar özü ilə gətirdiyi dəmir alətlə marketin qapısını qanunsuz yolla açmış, daha sonra onlar birlikdə marketə daxil olub girişdən sağ tərəfdə yerləşən E-manat aparatını sındıraraq içərisindən pul qutusunu götürüb oradan uzaqlaşmışlar. Bir qədər piyada hərəkət etdikdən sonra həmin qutunu sındırıb içərisindəki pulu saymış və qutunun içərisində təxminən 4900 manat pul olduğu məlum olmuşdur. Daha sonra həmin pulu Eldarla yarı böldükdən sonra qutunu Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yolun kənarına qoyulmuş soyuducunun arxasına atmış və oradan uzaqlaşmışlar. Ona çatan pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. 02 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanıldıqdan sonra törətdiyi cinayət əməllərinin hamısını etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Belə ki, bir neçə il əvvəl birlikdə cəzaçəkdikləri cəzaçəkmə müəsissələrində birində tanış olmuşdurlar. 27 iyul 2022-ci il tarixdə saat 04:30 radələrində Tahiblə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Buna görə də Abşeron rayonu, Xırdalan şəhərində, Misir parkının yaxınlığında yerləşən Al Marketə yaxınlaşmış, bir qədər müşahidə apardıqdan sonra əvvəlcə özləri ilə gətirdikləri dəmir alətlə marketin qapısını qanunsuz yolla açmış, daha sonra birlikdə marketə daxil olub girişdən sağ tərəfdə yerləşən ödəmə terminalı aparatını elektrik xəttindən ayırıb mağazanın içərisində arxa tərəfə doğru sürümüşlər. Bundan sonra orada həmin aparatı sındıraraq içərisindən 1420 manat pulu götürüb oradan uzaqlaşmış, bir qədər uzaqlaşdıqdan sonra həmin pulu Tahiblə birlikdə aralarında bölüşdürmüşlər. Həmin pulun 710 manatını o götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə 08 avqust 2022-ci il tarixdə saat 16 radələrində Tahiblə əvvəlcədən zəngləşib Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüşlər. Oradan piyada olaraq “Şamaxinka” adlanan əraziyə getmiş, bir qədər gəzişdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində təsadüfən qarşılarına çıxan "xxxx" marketdən oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcə Tahib marketin içərisində yerləşən e-manat ödəmə terminalının işlək vəziyyətdə olub-olmadığını yoxlamaq məqsədilə marketə daxil olmuş, o da marketin qarşısında biraz kənarda Tahibi gözləmişdir. Daha sonra ödəmə terminalının işlək vəziyyətdə olduğuna əmin olduqdan sonra gecə saatlarında oraya daxil olmaq barədə qərara gəlmiş və ayrılmışlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 02 radələrində “20 Yanvar” metrostansiyasının çıxışında Tahiblə görüşüb piyada olaraq həmin marketə getmişlər. Təxminən bir saat marketin qarşısında gözlədikdən sonra Tahib özü ilə gətirdiyi dəmir parçası ilə marketin qapısında yerləşən qıfılı sındırmış və onlar birlikdə içəri daxil olmuşlar. Daha sonra giriş qapısından sol tərəfdə quraşdırılmış “e-manat” ödəmə terminalını cərəyandan ayırıb arxa tərəfə sürümüş və Tahib əlində olan dəmir parçası ilə terminalın qabaq tərəfində yerləşən qapağını açıb oradan pul qutusunu götürmüş və dərhal oradan uzaqlaşmışdırlar. Bir neçə küçə aralaşdıqdan sonra qutunu sındırıb içindəki pulu saymadan götürmüş və qutunu oradaca tullamışlar. Daha sonra piyada olaraq 3-cü mikrorayon dairəsinə tərəf getmiş və 3-cü mikrorayon dairəsi yaxınlığında nömrəsini və markasını xatırlamadığı taksiyə minib Abşeron rayonu ərazisində Hökməli qəsəbəsindən Müşviqabad qəsəbəsinə gedən yolun kənarında taksidən düşmüşlər. Orada həmin pulu saydıqda təxminən 8000 manat pul olduğu məlum olmuş və həmin pulu yarı bölüb 4000 manatını o, götürmüş və Tahibdən ayrılıb başqa bir taksi ilə Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. Həmin pullarla borclarını bağladıqdan sonra qalan hissəsini şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 30 avqust 2022-ci il tarixdə Tahiblə təkrarən görüşdükdə yenidən oğurluq etmək qərarına gəlmişlər. Ona görə də 31 avqust 2022-ci il tarixdə saat 04:30 radələrində Tahiblə birlikdə Abşeron rayonu Sulutpə qəsəbəsinə gəlmişlər. Orada Bakı-Şamaxı yolunun üzərində yerləşən "xxxx" Marketə yaxınlaşmış, bir qədər müşahidə apardıqdan sonra əvvəlcə o, özü ilə gətirdiyi dəmir alətlə marketin qapısını qanunsuz yolla açmış, daha sonra onlar hər ikisi birlikdə marketə daxil olub girişdən sağ tərəfdə yerləşən e-manat aparatını sındıraraq içərisindən pul qutusunu götürüb oradan uzaqlaşmışlar. Bir qədər piyada hərəkət etdikdən sonra həmin qutunu sındırıb içərisindəki pulu saymış və qutunun içərisində təxminən 4900 manat pul olduğu məlum olmuşdur. Daha sonra pulu Eldarla Tahiblə yarı böldükdən sonra qutunu Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yolun kənarına qoyulmuş soyuducunun arxasına atmışlar. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. 02 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılmış və törətdiyi cinayət əməllərinin hamısını etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun-iyul aylarından Bakı şəhərində müxtəlif yerlərdə ev ustası kimi çalışmışdır. Təxminən 2022-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Memar Əcəmi metrosu yaxınlığında təsadüfən tanışı Təqsirləndirilən şəxs1la rastlaşmış, Tahib ona bir neçə müddətdir ki, həbsdən çıxdığını və yaşamağa evi olmadığını bildirmişdir. yoxdur. O, Tahibə ünvan 10 ünvanında kirayədə yaşadığı evdə onunla birlikdə yaşamağı təklif etmişdir. Tahib isə onun təklifini qəbul edib həmin gündən onunla birlikdə yaşamağa başlamışdır. Tahib onunla birlikdə yaşadığı müddətdə ondan hissə-hissə olmaqla ümumilikdə 130 manat məbləğində borca pul götürmüş, daha sonra qısa müddətdə həmin 130 manat borcu ona tam olaraq ödəmişdir. O, Tahibdəndan borcu necə qaytardığını soruşduqda Tahib ona yaxşı pul qazana biləcəkləri iş tapdığını, lakin bu barədə sonra danışacağını demişdir. Bundan bir neçə gün sonra isə təxminən 2022-ci ilin avqust ayının əvvəllərində o, Tahibə borclarının olduğu üçün həmin borcları qaytarmaqdan ötrü ona pul qazanmaq üçün kömək etməyini xahiş etmişdir. Tahib isə onun bu sözünə cavab olaraq oğurluq etməyi təklif etmişdir. O da Tahiblə razılaşmışdır. Bundan sonra Tahib yaşadıqları evə oğurluqda istifadə etmələri üçün 2 ədəd dəmir parçası gətirmişdir. Daha sonra onlar bir-iki gün oğurluq etmək üçün hazırlaşmış, eləcə də əvvəldən özlərinə tibbi maska, papaq və əlcək almışlar. Oğurluq etmək üçün hazır olduqdan sonra Tahib ona oğurluq etmək üçün yer seçdiyini bildirmişdir. Bu məqsədlə onlar 26 avqust 2022-ci il tarixdə saat 05:00 radələrində kirayədə yaşadıqları Nəsimi rayonu, A.Mustafayev 39 ünvanından çıxıb ətrafı müşahidə edərək, piyada ünvan 5 ünvanında yerləşən “Həmay” marketin yaxınlığına gəlmişlər. Oraya çatdıqdan sonra təxminən bir saat ətrafa göz gəzdirib və yaxınlıqda heç kimin onları görmədiyindən əmin olduqdan sonra saat 06:00 radələrində oğurluq etmək planlarını həyata keçirməyə başlamışlar. Belə ki, razılaşmaya görə o, bir qədər aralıda kənar şəxslərin gəlməyinə nəzarət etmiş, Tahib isə özü ilə gətirdiyi dəmir parçası ilə əvvəlcə “Həmay” marketin dəmir barmaqlıqlı qapısının üzərində olan qıfılları sındırmış, daha sonra marketin plastik qapısının kilidini sındırıb içəri daxil olmuşdur. Razılaşdıqları kimi 1-2 dəqiqə sonra da o, içəri daxil olmuşdur. Bundan sonra onlar marketin girişində sağ tərəfdə quraşdırılmış “E-Manat” ödəmə terminalını yerindən götürüb marketin içərisinə tərəf aparmış, daha sonra Tahib həmin terminalın qapısını əlindəki dəmir parçası ilə sındırmış və içərisində olan dəmir qutunu götürmüşdür. Onlar marketdən çıxarkən açıq kassada olan pulları da götürmüşdür. Marketdən çıxdıqdan sonra yaxınlıqda olan bağın həyətinə gəlmiş və orada Tahib oğurladıqları pul qutusunu əlindəki dəmir parçası ilə sındırmışdır. Tahib qutunun içərisində olan pulları götürmüş və boş qutunu ona verib yaxınlıqdakı binanın zirzəmisinə atmağı tapşırmışdır. O da həmin qutunu zirzəminin nəfəsliyindən içəri atmışdır. Daha sonra onlar pulları bölüşdürmüş və hərəsinə təxminən 1830 manat məbləğində pul düşmüşdür. Bundan sonra Tahib elə oradan çıxıb harasa getmiş, o da kirayə yaşadığı ünvana getmişdir. Bundan sonra o, Tahibi bir daha görməmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulların bir qismini borclarına ödəmiş və digər qismini şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra 30 avqust 2022-ci il tarixdə səhhəti ilə əlaqədar cərrahi əməliyyat olunmuş. Bundan sonra isə 08 sentyabr 2022-ci il tarixdə xəstəxanadan çıxıb ailəsinin yaşadığı Şabran rayonu, Ağalıq kəndinə getmişdir. 19 oktyabr 2022-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndində yaşadığı ünvana gələn polis əməkdaşlarına etdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümyəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayından "xxxx" MMC şirkətinin təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə işə gələn zaman müştəri xidmətləri ona həmin gün saat 05 radələrində, "xxxx" MMC-nin Abşeron rayonu, Sulutəpə qəsəbəsində Bakı-Şamaxı şossesində yerləşən "xxxx" marketdə quraşdırdığı “e-manat” ödəmə terminalından oğurluq olmasını bildirmişdir. Bundan sonra şirkət tərəfindən araşdırılma aparılmış və baş vermiş oğurluq hadisəsi nəticəsində naməlum şəxslər tərəfindən ”e-manat” ödəmə terminalının qabaq hissəsinin sındırıb terminalın pul olan hissəsinin açılaraq içərisində 4947 manat pul olan pul qutusunun oğurlaması məlum olmuşdur. Bundan başqa həmin terminalın sındırılıb yarasız hala düşməsi nəticəsində "xxxx" MMC-yə 541 manat maddi ziyan dəymişdir. Bununla da ümumilikdə Modenis MMC-yə 5488 manat maddi ziyan dəymişdir. Əlavə olaraq 09 avqust 2022-ci il tarixdə saat 04:00 radələrində naməlum şəxs və ya şəxslər ünvan 12 ünvanında yerləşən "xxxx" marketin qapısının qıfılını sındırmaqla həmin marketə daxil olub, marketin giriş hissəsinin sol tərəfində quraşdırılmış "xxxx" MMC-yə məxsus İD-467 saylı “E-manat” ödəmə terminalının ön qapısını sındıraraq, həmin ödəmə terminalının içərisində olan 8358 manat nağd pul vəsaitini oğurlamış və həmçinin terminalın ön qapısını sındırmaqla şirkətə 503 manat məbləğində maddi ziyan vurmuşlar. Bununla da oğurluq hadisəsi nəticəsində nümayəndəsi olduğu "xxxx" MMC-yə ümumilikdə 8861 manat məbləğində maddi ziyan dəymişdir. Əlavə olaraq 26 avqust 2022ci il tarixdə saat 06:00 radələrində naməlum şəxs və ya şəxslər ünvan 5 ünvanında yerləşən “HƏMAY” marketin qapısının qıfılını sındırmaqla həmin marketə daxil olub, marketin giriş hissəsinin sağ tərəfində quraşdırılmış "xxxx" MMC-yə məxsus İD-4195 saylı “E-manat” ödəmə terminalının ön qapısını sındıraraq, həmin ödəmə terminalının içərisində olan 3582 manat nağd pul vəsaitini oğurlamış və həmçinin terminalın ön qapısını sındırmaqla şirkətə 488 manat məbləğində maddi ziyan vurmuşlar. Bununla da oğurluq hadisəsi nəticəsində nümayəndəsi olduğu "xxxx" MMC-yə ümumilikdə 4070 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümyəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanında yaşayır. "xxxx" MMC-nin nümayəndəsidir. Həmin, məhdud məsuliyyətli cəmiyyət onlayn ödənişlərin təşkilini həyata keçirir. Onlayn ödənişlər isə ödəmə terminalları vasitəsi ilə həyata keçirilir. Həmçinin, ödəmə terminallarından biri də ünvan 14 ünvanında yerləşən "Al” market mağazasında quraşdırılmışdır. Həmin terminal "Saqa" markalı olmaqla 40026 saylıdır. 27 iyul 2022-ci il tarixdə saat 05 radələrində həmin mağazadan oğurluq hadisəsi baş vermişdir. Oğurluq nəticəsində isə həmin mağazada olan "xxxx" MMC-yə məxsus terminal sındırılmaqla oradan 1420 manat pul oğurlanmışdır. Həmçinin terminalın sındırılması nəticəsində pul qəbuledicinin qapısının qıfılına 50 manat dəyərində, pul qəbuledicinin ön hissəsinə 40 manat dəyərində, pul kasetinin özünə 360 manat dəyərində ziyan dəymişdir, pul bölməsinin qapısının təmiri isə 180 manat dəyərində təşkil edir. Ümumilikdə isə şirkətə 2050 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən üç ildir ki, ünvan 5 ünvanında yerləşən “Həmay” ərzaq mağazasını icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat 23:55 radələrində işlətdiyi həmin mağazanın plastik materialdan olan qapısını kilidləmiş və əlavə dəmir barmaqlıqlı qapısını 04 ədəd qıfıl ilə bağlayıb yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində mağazaya gəldikdə mağazanın dəmir barmaqlıqlarında olan qıfılların sındırılaraq yerə atıldığını və plastik qapının kilidinin sınıdırıldığını görüb qapıdan içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra mağazada olan açıq kassa aparatının içərisindən 250 manat məbləğində pul vəsaitinin oğurlandığını və mağazanın içərisində girişdən sağ tərəfdə quraşdırılmış “E-Manat” ödəmə terminalının olduğu yerdən götürülərək, mağazanın içərisinə tərəf aparılıb qapısı sındırılmış vəziyyətdə yerə qoyulduğunu aşkar etmişdir. Bundan sonra o, bu barədə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermiş və ərizə ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən "xxxx" market MMC-də, təxminən bir ildir isə ünvan 15 ünvanında yerləşən 3092 saylı "xxxx" market MMC-yə məxsus mağazada müdir vəzifəsində işləyir. İş rejimi səhər saat 08:00-da başlayıb axşam 22:00 radələrind bitir. Mağazada növbəli şəkildə işləyirlər. Belə ki, birinci növbə səhər saat 08-dan başlayaraq, saat 17-yə kimi, ikinci növbə isə günorta vaxtı saat 13-dən başlayaraq axşam saat 22-yə kimi işləyir. 26 iyul 2022-ci il tarixdə o, birinci növbə işləyib evə getmiş, ikinci növbə isə axşam saat 22 radələrində mağazanı bağlamış və evə getmişdir. Eyni qayda ilə o, birinci növbə olduğuna göra 27 iyul 2022-ci il tarixdə saat 08 radələrində mağazanı açmaq istəyən zaman mağazanın şüşəli qapısının açıq vəziyyətdə olmasını, üzərində olan qıfılın qırılmış vəziyyətdə olmasının şahidi olmuşdur. O, əvvəlcə mağazadan oğurluq olmasından şübhələndiyindən mağazaya daxil olub mağazadan oğurluq olub-olmamasını aydınlaşdırmaq qərarına gəlmişdir. O, mağazaya daxil olan kimi mağazanın içərisində olan ödəmə terminalının yerində olmadığını mağazanın arxa tərəfinə aparılaraq yerə yıxılmış va sınmış vəziyyatdə olduğunu görmüşdür. Ona görə də dərhal bu barǝda DİNnin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra mağazada olan ərzaq məhsullarının, kassada olan pulların yerində olub-olmadığını yoxlamış, mağazadan başqa heç nəyin oğurlanmadığını müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, ünvan 16 ünvanında yerləşən "xxxx" marketdə mağaza müdiri işləyir. xx.xx.2022-ci il tarixda saat 23:00 radələrində mağazanı bağlayıb evə getmiş, xx.xx.2022ci il tarixdə saat 07:00 radələrində mağazaya gəldikdə mağazanın aliminiumdan olan qapısının sındırıladığını görüb qapıdan içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra marketin giriş hissəsinin sol tərəfində quraşdırılmış "E-Manat" ödəmə terminalının olduğu yerdən götürülərək, mağazanın içərisinə arxa tərəfə aparılıb qapısı sındırılmış vəziyyətdə yerə qoyulduğunu aşkar etmişdir. Marketdə olan kassa aparatı boş olduğu üçün kassa aparatından pul oğurlanmamışdır. O, hadisəni aşkar etdikdən dərhal sonra DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat vermiş və ərizə ilə Nəsimi RPİ-nin 19-cu polis bölməsinə müraciət etmişdir. Marketdə olan "E-Manat" ödəmə terminalı işlədiyi marketə deyil, başqa şirkətə məxsus olduğu üçün terminala nə qədər maddi ziyan dəydiyini, eləcə də terminalın içərisindən nə qədər pul oğurlandığını bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən dörd il olar ki, "xxxx" Marketlər şəbəkəsində, o cümlədən Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Bakı-Şamaxı şosesində yerləşən "xxxx" marketdə mağaza müdiri işləyir. Gündəlik olaraq marketi səhər 08:00-da açır, axşam 22:00-da isə bağlayır. xx.xx.2022-ci il tarixdə mağazanı bağlayıb istirahət etmək məqsədi ilə yaşadığı evə getmiş, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saat 08:10 radələrində təkrar işə qayıtdıqda marketin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqda marketə qoyulmuş e-manat ödəmə terminalının yerə uzadılmış vəziyyətdə olduğunu görmüş və. terminala yaxınlaşdıqda naməlum şəxslərin terminalın qabaq hissəsində yerləşən qapısını açdığı ona məlum omuşdur. Ödəmə terminalından oğurluq olduğunu başa düşdüyü üçün Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə baş vermiş hadisə barədə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair təqdimatın təmin edilməsindən imtina edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 05 ay 19 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və 22 may 2020-ci ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməklə 03 il 01 ay 01 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5 və 69.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəndə çəkməklə 03 il 06 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən 03 il 03 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Rzayev X4 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 1 ünvanında yerləşən yerləşən "xxxx" marketdir. Baxış zamanı qeyd olunan ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış “kassam.az” ödəmə terminalının yerə yıxılmış vəziyyətdə olması, ön tərəfində yerləşən qapağının qırılmış vəziyyətdə olması və pul qutusunun yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 17 ünvanında yerləşən "xxxx" marketdir. Baxış zamanı qeyd olunan ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış e-manat ödəmə terminalının yerə yıxılmış vəziyyətdə olması, ön tərəfində yerləşən qapağının qırılmış vəziyyətdə olması və pul qutusunun yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 18 ünvanında yerləşən “HƏMAY” marketdir. Baxış zamanı qeyd olunan ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış e-manat ödəmə terminalının yerə yıxılmış vəziyyətdə olması, ön tərəfində yerləşən qapağının qırılmış vəziyyətdə olması və pul qutusunun yerində olmaması, habelə mağazanın kassasından 250 manat nağd pulun oğurlanması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Bakı-Şamaxı şosesi, dəmir yolunun yanında yerləşən "xxxx" marketdir. Baxış zamanı qeyd olunan ünvanda yerləşən AL marketin içərisində quraşdırılmış e-manat ödəmə terminalının yerə yıxılmış vəziyyətdə olması, ön tərəfində yerləşən qapağının qırılmış vəziyyətdə olması və pul qutusunun yerində olmaması müəyyən olunmuşdur. Məhkəmə-əmttəşünaslıq ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 9/7229 nömrəli ekspert rəyindən görünür ki, ekpertiza tədqiqatına qədim edilən "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktından göründüyü kimi 4 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərə uyğun olaraq dəymiş ziyanın məbləği nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktından göründüyü kimi "xxxx" MMC-yə məxsus İD-4195 saylı “E-manat” ödəmə terminalına dəymiş ziyanın mbləği 488,00 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd Qapı kilidi (Zamok Qranit 1.06 56MA) – 40,00 manat; - 01 ədəd Bezel qubi dlya Mei Cashflow ********* – 43,00 manat; - 01 ədəd korpusun üz hissəsi – 200,00 manat; 01 ədəd kaset – 205,00 manat. Məhkəmə-əmttəşünaslıq ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 9/6087 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli aktdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən “Emanat” terminalına dəymiş ziyanın məbləği 503,00 manat müəyyən edilir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üç ədəd kaset – pul qutusu maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi "xxxx" MMC-yə qaytarılmış, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 200(iki yüz) manat, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2030(iki min otuz) manat pul Daxili İşlər Nazirliyinin depozit hesabında saxlanılır. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 törətdiyi əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 bir zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs3 bir zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «…CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ...Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduqları müəyyən olduğuna görə onlara Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə, Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə onlara qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmişdir, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış üç ədəd kaset – pul qutusu ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı, Daxili İşlər Nazirliyinin depozit hesabında saxlanılan 200 (iki yüz) manat və 2030 (iki min otuz) manat məbləğində pul hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi "xxxx" MMC-yə qaytarılmalıdır, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul və Təqsirləndirilən şəxs3 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 04 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 04 ay 29 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 il 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 04 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 05 ay 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd kaset – pul qutusu ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Daxili İşlər Nazirliyinin depozit hesabında saxlanılan 200 (iki yüz) manat və 2030 (iki min otuz) manat məbləğində pul hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi "xxxx" MMC-yə qaytarılsın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul və Təqsirləndirilən şəxs3 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-26/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-26/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver