Məhkəmə qərarları › İş №1(012)-26/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-26/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-26/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 102-də pasport qeydiyyatında olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaqın verdiyi ittihama görə Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyinə görə barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Socar “Neftqaztikinti” tresti, 5 saylı Tikinti quraşdırma bölümünün rəisi vəzifəsində işlədiyi zaman təqaüd düzəldəcəyini yalandan vəd verib aldadaraq, bu məqsədlə sonuncudan 20 may 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsi deyilən ərazidə oğlu Şahid1 vasitəsi ilə 10.000 manat, 2018-ci ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsi deyilən ərazidə Şahid1 vasitəsi ilə 2.000 manat, 2019-cu ilin sonlarında Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” deyilən ərazidə 1.500 manat, 2019-cu ilin sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” deyilən ərazidə 500 manat və sonuncu dəfə 2019-cu ilin sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” deyilən ərazidə 300 manat olmaqla, ümumilikdə vahid niyyətlə 14.300 manat pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyi bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, Balağanı 2018-ci ilin mart ayından qohumu Seyfəddinin vasitəsi ilə tanımışdır. Seyfəddin Balağa adlı tanışının olmasını deyib, həmin şəxsin pensiyaya çıxmaqda köməklik göstərməsini xahiş etmiş və onu Balağa ilə tanış etmişdir. O, Zərərçəkmiş şəxs ilə ilk dəfə 2018-ci ilin mart ayında Bakı şəhərində görüşmüşdür. Görüş əsnasında Zərərçəkmiş şəxs həm işi ilə həm də yaşı ilə əlaqadar təqaüdə çıxmaq istədiyini, həmin prosesin bir qədər çətin və vaxt tələb etdiyinə görə asan yol ilə təqaüdə çıxmaq məsələni həll etmək qərarına gəldiyini ona bildirmiş, köməklik etməsini xahiş etmişdir. O, razılaşıb köməklik göstərməsi üçün bəzi şəxslərlə danışmalı olduğunu, bundan sonra ona “hə” və ya “yox” cavabı verəcəyimi bildirmişdir. Görüşdən bir neçə ay sonra Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayıb işin həll olunması üçün ondan ilkin olaraq 10.000 manat pul istəmiş, Zərərçəkmiş şəxs pulu düzəldib oğlu Nəhmətlə göndərəcəyini bildirmişdir. Təxminən 2018-ci ilin may ayının axırlarında Balağanın oğlu Nəhmət onun yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisinə gələrək, “Ukrayna dairəsi” deyilən ərazidə pulu ona vermişdir. O, həmin pulu alıb Balağanın təqaüdə çıxmağı üçün bir müddət vaxt lazım olacağını demişdir Mən işin həll olunması istiqamətində işlər görsə də lakin, həmin puldan şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən 2018-ci ilin sentyabr ayında o, Balağa ilə yenidən telefon əlaqəsi saxlamış, İşin həll olunması üçün 2000 manat da pul istəmişdir, Balağa pulu düzəldib, oğlu Nəhmət ilə yaşadığı yerə göndərəcəyini dedi. 2018-ci ilin sentyabr ayında Nəhmət isə həmin pulu onun yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisinə gələrək, “Ukrayna dairəsi” deyilən ərazidə ona vermişdir. O,Balağanı yenə inandıraraq, işi həll edəcəyini deyib yenidən ondan vaxt istəmiş, Balağa işin hansı mərhələdə olması ilə bağlı telefon əlaqəsi saxlayanda o, işin məhkəmədə olduğunu deyib işin həll olunması istiqamətində iş gördüyünü bildirmişdir. Balağadan 30 may 2019-cu il tarixdə o, məhkəmədə onun adından iştirak etmək üçün etibarnamə verməsini istəmiş, həmin etibarnamə ilə məhkəmə Balağanın adından çıxış etsə də işi həll edə bilməmişdir. Bundan bir neçə ay sonra əlavə işin həll olunması üçün də 2000 manat da pul istəmiş, lakin, Balağa pulu olmadığına görə mənə 1500 manat pul düzəltdiyini, ona görə də yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, ərazisinə onudəvət edərək, “Xırdalan dairəsi” deyilən ərazidə özü ona 1500 manat pul vermişdir. O, yenə də işin yarımçıq qalmaması üçün Balağadan 500 manat da pul verməsini istəmiş, yenə də Balağa “Xırdalan dairəsi” deyilən ərazidə ona 500 manat pul vermişdir. Daha sonra yenidən 300 manat da pul istəmiş, həmin pulu verdikdən sonra işin tam olaraq həll olunacağını yalandan demişdir, sonuncu dəfə olan 300 manat pulu 2019cu ilin sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” ərazisində vermişdir. O, Balağadan ümumilikdə 14.300 manat pul almışdır. Həmin puldan bir qismini öz şəxsi ehtiyaclarıma xərcləmişdir. İşin həll olunması üçün çalışsam da həll edə bilməmişdir . Ona görə də Balağanın pulunu qaytarmaq üçün ona yalandan işin həll olunacağını deyib vaxt udmaq istəmişdir. Lakin, pulunu düzəldib verə bilməmişdir. Etdiyi əməldən peşmandır, Balağanın pulunu qaytarmağa söz vermişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Socar Neftqaztikinti” tresti, 5 saylı tikinti quraşdırma bölümün rəisi vəzifəsində işləyir. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin mart ayından tanışı Seyfəddinin vasitəsi ilə tanımışdır. Onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, o həm işi ilə həm də yaşı ilə əlaqadar təqaüdə çıxmaq istəmiş, həmin prosesin bir qədər çətin və vaxt tələb etdiyinə görə asan yol ilə təqaüdə çıxmaq məsələsini həll etmək qərarına gəlmişdir. Buna görə də tanışı Seyfəddin Təqsirləndirilən şəxs adlı şəxslə onu tanış etmişdir. O, Rəmzi ilə tanış olduqdan sonra Bakı şəhəri ərazisində onunla görüşüb, onu təqaüdə çıxarmasında köməklik göstərməsini xahiş etmişdir. Rəmzi isə ona köməklik edə bilməsi üçün bəzi adını demədiyi şəxslərlə danışıb cavab verəcəyini bildirmişdir. Onların ilk görüşümü Rəmzi ilə 2018-ci ilin mart ayının ortalarında baş tutmuşdur. Həmin gündən təxminən 3 ay sonra Rəmzi onunla telefon əlaqəsi saxlayıb işin həll olunması üçün ondan 10.000 manat pul istəmişdir. O qudasından 10.000 manat borc pul alıb, həmin pulu 20 may 2018-ci il tarixdə oğlu Şahid1 vasitəsi ilə Rəmziyə vermişdir. Belə ki, Rəmzi Xətai rayonu ərazisində yaşadığı üçün Nəhmət pulu “Ukrayna dairəsi” deyilən ərazidə pulu Rəmziyə vermişdir. Rəmzi isə ona təqaüdə çıxması üçün bir müddət vaxt lazım olacağını demiş, təxminən 2018-ci ilin sentyabr ayında dəqiq tarixini xatırlmadığı vaxt da Rəmzi yenidən telefon əlaqəsi saxlayaraq, işin həll olunması üçün 2000 manat da pul istəmişdir. O, yenə də işin xətrinə həmin pulu düzəldib, oğlu Nəhmətə vermiş, Nəhmət isə həmin pulu 2018-ci ilin sentyabr ayında dəqiq xatırlağmadığı vaxtda onun yaşadığı Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi” ərazisində Rəmziyə vermişdir. Rəmzi isə həmin pulun müqabilində işi həll edəcəyini deyib yenidən ondan vaxt istədi. Bir müddət sonra Rəmzi ilə telefon əlaqə saxlayıb işin məhkəmədə olduğunu deyib işin həll olunması istiqamətində iş gördüyünü bildirmiş, Bundan sonra 30 may 2019-cu il tarixdə məhkəmədə onun adından iştirak etmək üçün adına etibarnamə verməsini istəmiş, Rəmziyə etibarnamə vermişdir. Bundan bir neçə ay sonra Rəmzi ondan əlavə işin həll olunması üçün də 2000 manat da pul istəmiş, Lakin, pulum olmadığına görə o, Rəmziyə 1500 manat pul vermişdir. Daha sonra Rəmzi işin yarımçıq qalmaması üçün 500 manatı da verməsini istəmiş, o, məcbur olub ona 500 manat pulu da vermişdir. Daha sonra yenidən 300 manat da pul istəmiş, həmin pulu verdikdən sonra işin tam olaraq həll olunacağını demişdir Mən artıq işin həll olunmasını düşünüb, Rəmziyə inanaraq 300 manat pulu vermişdir. Sonuncu dəfə olan pulu 2019-cu ilin sonlarında dəqiq xatırlamadığı tarixdə Abşeron rayonu, Xırdalan dairəsi ərazisində vermişdir. Rəmzi həmin pulları hər dəfə alan zaman işin tez bir zamanda həll oluncağını deyib, onu aldatmışdır. O Rəmzyə inanaraq bir il müddətinə 14.300 manat pul vermişdir. Bu hadisədən iki il keçməsinə baxmayaraq o, Rəmzi pulunu qaytarmamış nədə ki, təqaüdə çıxmağısı ilə bağlı vədini yerinə yetirməyib işini həll edə bilməmişdir. İşin məhkəmə baxışında Zərərçəkmiş şəxs tərəfindən notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti- tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs uzun müddətdir ki, “Socar “Neftqaztikinti” tresti, 5 saylı tikinti quraşdırma bölümün rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Rəmzi ilə hər hansı münasibəti olmamışdır. Belə ki, atası Balağa həm işi ilə həm də yaşı ilə əlaqadar təqaüdə çıxmaq istəmiş, bu məqsədlə həmin prosesin bir qədər çətin və vaxt tələb etdiyinə görə o, asan yol ilə təqaüdə çıxmaq məsələsini həll etmək qərarına gəlmişdir. Buna görə də atasının tanışı Seyfəddin adlı şəxs Təqsirləndirilən şəxs adlı qohumunun olmasını, həmin şəxsin pensiya düzəldə biləcəyini demişdir. Atası Rəmzi ilə 2018-ci ilin mart ayının ortalarında Bakı şəhərində görüşüb, pensiya çıxmaq məsələsini danışmış, razılığa gəldikdən sonra atası 10.000 manat borc pul alıb, həmin pulu 20 may 2018-ci il tarixdə ona vermiş və həmin pulu Rəmziyə çatdırmalı olduğumu bildirmidir. O, da həmin tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisinə gedərək, “Ukrayna dairəsi” deyilən ərazidə həmin pulu Rəmziyə vermişdir. Həmin vaxt yanlarında kimsə olmamışdır. O, pulu verdikdən sonra atasına bu barədə məlumat vermişdir. Daha sonra atası ilə Rəmzinin arasında nə danışıqlar olması barədə məlumatım olmamışdır. Bundan bir neçə ay sonra təxminən 2018-ci ilin sentyabr ayında atası ona 2000 manat da pul verərək, həmin pulu da Rəmziyə çatdırmalı olduğunu bildirmişdir. O, yenə də atasından pulu alıb Rəmzinin yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi” deyilən yerə gedib, orada pulu Rəmziyə vermişdir. Bundan sonra atası Rəmzi arasında nə danışıqlar olmasını, nə qədər pul verməsini bilməmişdir. Artıq bir neçə müddət keçəndən sonra atası Rəmziyə ondan sonra əlavə olaraq da 2300 manat pul verdiyini bildirmiş, ümumilikdə 14.300 manat pul versə də Rəmzi atasının işini həll etməmişdir. Hazırda dəyən ziyan ödənilmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi törətdiyi bu cinayət əməlinə görə həmçinin, CM-nin 178.2.2-ci maddəsi üzrə də ittiham verilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)- 13/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CMnin 66.5 maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli Qərarı ilə (hansı ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair barəsində Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-17/2024 saylı hökmündən verilmiş apellyasiya protesti üzrə) təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən iş üzrə tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi 01 il 07 ay 03 gün müddət CMnin 69-cu maddəsinə əsasən 03 il 02 ay 06 günə bərabər hesab edilib, həmin müddət ona təyin edilmiş cəzadan çıxılmış və o, cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, onun barəsində CM-in 178.2.2-ci maddəsi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, işdə olan sənədlərlə tam sübutdur, Onun bu əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respubliksı CM-nin 178.2.4 maddəsi ilə tövsif edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.Ona görə də, məhkəməə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmü ilə CMnin 178.2.4 maddəsi ilə təqsirli bilinib təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmü ilə nəzərə alınan tutulduğu, həbsdə və ev dustaqlığında olduğu, cəmi 01 il 07 ay 03 gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən 03 il 02 ay 06 günə bərabər hesab edilib, həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalı və o, cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ona təyin edilmiş bu cəzası onun barəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmü ilə qəti olaraq təyin edilmiş edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunsun, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi ,01 il 07 ay 03 gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 03 il 02 ay 06 günə bərabər hesab edilsın, həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və o, cəzasını çəkmiş hesab edilsın. Barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar