Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-260/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan”şadlıq sarayının qapısını sıxıb açmaq yolu ilə qanunsuz içəri daxil olaraq, şadlıq sarayının foyesindən 600 manat dəyərində 01 ədəd “Olimpia” markalı velosipedi, 250 manat dəyərində 01 ədəd markası məlum olmayan tərəzini, 130 manat dəyərində 01 ədəd “Bosch” markalı laqondanı, 850 manat dəyərində 01 ədəd markası məlum olmayan televizoru və foyedə yerləşən soyuducudan hər bir kiloqramının qiyməti 12 manat olmaqla, cəmi 600 manat dəyərində 50 kiloqram çəkidə qoyun ətini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2430 (iki min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla binaya daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan”şadlıq sarayının mətbəxinin plastik pəncərəsini sıxıb açmaq yolu ilə qanunsuz binaya daxil olaraq, oradan hər birinin dəyəri 850 manat olmaqla, ümumilikdə 1700 (bir min yeddi yüz) manat dəyərində 02 ədəd markası məlum olmayan televizorları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1700 manat məbləğində maddi ziyan vurmaqla binaya daxil olmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlib xx.xx.2020-ci tarixdə təxminən saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan” şadlıq sarayının qapısını sıxıb açmaqla oraya daxil olmuş, həmin saraya daxil olduqdan sonra orada 01 ədəd «Olimpia» markalı velosipedin, 01 ədəd markası yadında qalmayan televizorun, 01 ədəd «Bosh» markalı laqondanın, 01 ədəd tərəzini və soyuducuda olan qoyun ətini götürüb şadlıq sarayının qapısını açmış, sonradan oğurladığı əşyaları həmin yerdən götürməsi üçün sarayla hasarın arasına yığmışdır. xx.xx.2020-ci il tarixdə saat 05:30 radələrində o, yenidən şadlıq sarayının yerləşdiyi yerə gedib, həmin əşyaları hissə-hissə özü ilə götürüb həmin yeri tərk etmişdir. Oğurladığı televizoru, velosipedi və laqondanı Masazır dairəsi deyilən yerdə tanımadığı şəxsə hamısını birlikdə 450 manat müqabilində satmış və oğurluq nəticəsində əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, yenidən həmin şadlıq sarayından oğurluq etmək qərarına gəlmiş və bu səbəbdən xx.xx.2020-ci il tarixdə saat 05 radələrində həmin sarayın qarşısına gəlib sarayının qarşısında olan meyvətərəvəz satışı yerindən kəlbətin götürüb sarayın qapısını açıb saraya daxil olmuş və sarayın birinci mərtəbəsində olan 02 ədəd markaları yadında qalmayan televizorları götürüb həmin yeri tərk etmişdir. Oğurladığı televizorları Xırdalan şəhəri, H.Əliyev prospekti ilə satmağa aparan zaman həmin prospektlə hərəkət edən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir taksini saxlatmış, həmin taksi sürücüsündən Xırdalan şəhəri, köhnə bazar adlanan əraziyə sürməsini xahiş etmiş və taksi sürücüsü onu həmin yerə aparan zaman sonuncu ondan televizorları hara apardığını soruşduqda taksi sürücüsünə maddi vəziyyətinin yaxşı olmadığını, evində xəstə olduğunu, dərman almağa pulu olmadığı üçün televizorları ucuz qiymətə satmaq istədiyni bildirmişdir. Bundan sonra həmin taksi sürücüsü televizorun birini ondan 170 manat müqabilində almış, digər televizoru isə köhnə bazarın yanında taksidən düşdükdən sonra bir nəfər əvvəllər tanımadığı şəxsə 200 manata satmış və oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Xırdalan “ şadlıq sarayı ona məxsusdur. 2020-ci ildə Covid-19 pandemiyası ilə bağlı keçirilən tədbirlərlə bağlı toy mərasimləri qadağan edildiyi üçün, şadlıq sarayı fəaliyyət göstərməmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər həmin şadlıq sarayının alminium qapısının kilid hissəsini dəmir əşya ilə əyərək içəri daxil olub oradan ona məxsus 01 ədəd 600 manat dəyərində “Olimpia” markalı velosipedi 01 ədəd 250 manat dəyərində tərəzini , 01 ədəd 130 manat dəyərində “Bosch” markalı laqondanı, 01 ədəd 850 manat dəyərində televizoru və 600 manat dəyərində 50 kiloqram qoyun ətini oğurladığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, oğurluq barəsində məlumat vermiş və ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə səhər saatlarında sözügedən şadlıq sarayına gəlmiş və şadlıq evinin yan tərəfinə keçib hovuza su vuran zaman mətbəxin pəncərəsini açıq vəziyyətdə olduğunu görmüşdür. Şadlıq sarayının içərisinə daxil olan zaman birinci mərtəbədə yerləşən zalın divarına quraşdırılmış 05 ədəd televizordan 02 ədədini yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, başa düşmüş ki, naməlum şəxs və ya şəxslər, gecə saatlarında şadlıq sarayında heç kimin olmamasından istifadə edib, mətbəxin pəncərəsindən saraya daxil olmaqla, oradan oğurluq etmişlər. Oğurlanmış 02 ədəd qara rəngli, 102 sm diaqonallı markası yadında qalmayan televizorları o, «Maqnit» mağazasından hər birini 850 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1700 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan”şadlıq sarayının qapısını sıxıb açmaq yolu ilə qanunsuz içəri daxil olaraq şadlıq sarayının foyesindən 600 manat dəyərində 01 ədəd “Olimpia” markalı velosipedi, 250 manat dəyərində 01 ədəd markası məlum olmayan tərəzini, 130 manat dəyərində 01 ədəd “Bosch” markalı laqondanı, 850 manat dəyərində 01 ədəd markası məlum olmayan televizoru və foyedə yerləşən soyuducudan hər bir kiloqramının qiyməti 12 manat olmaqla, cəmi 600 manat dəyərində 50 kiloqram çəkidə qoyun ətini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2430 (iki min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan”şadlıq sarayının mətbəxinin plastik pəncərəsini sıxıb açmaq yolu ilə qanunsuz binaya daxil olaraq, oradan hər birinin dəyəri 850 manat olmaqla, ümumilikdə 1700 (bir min yeddi yüz) manat dəyərində 02 ədəd markası məlum olmayan televizorları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1700 manat məbləğində maddi ziyan vurmaqla binaya daxil olmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin ifadəsi, ekpertiza rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2021-ci il tarixli arayışından (tələbnamədən) və Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Axundov X2 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığını məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Probasiya Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığını məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığını məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün hissəsi qismən birləşdirilməli və ona ona qəti cəza təyin olunmalıdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs oğlunun ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığını məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün müddətə olan hissəsi hazırki cinayət işi üzrə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-260/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-260/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver