Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-260/2022 22.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 07.05.1976-cı il tarixdə Xırdalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06.03.2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında Təqsirləndirilən şəxs ilə keçmiş arvadı Zərərçəkmiş şəxs arasında ailə-məişət münasibətləri zəmnindəki yəni, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərinə qarşılıqlı olaraq nalayiq ifadələr işlətməsi səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə qəsdən zərbələr vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının və ənsə nahiyələrinin hematomaları, sol bazunun qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Onlar 2000-ci ildə ailə həyatı qurmuş və bu nigahdan 2 övladları vardır. Ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Buna səbəb Gülfiyənin onun dediyi sözlərə qulaq asmaması və ailə daxilində fikir ayrılıqlarının olmasıdır. Bu səbəbdən onlar 2018-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşanmışlar. Buna baxmayaraq onlar boşandıqdan sonra da birlikdə yaşamağa başlamışdır. O, 06.03.2022-ci il tarixdə saat 23 radələrində yaşadıqları evə gəlmiş, evə daxil olduqda Gülfiyə ilə qonşuluqda yaşayan Xeyransa adlı şəxsin mətbəxdə bir-biri ilə söhbət etmələrini görmüş, daha sonra öz otağına keçmiş və əsəbi olduğu üçün orada öz-özünə danışmağa başlamış, bu zaman Xeyransa mətbəxdən səslənərək ondan nə üçün əsəbiləşdiyini soruşmuş, o, mətbəxə keçmiş və Xeyransa ilə söhbət etməyə başlamış, Gülfiyə onların söhbətinə müdaxilə etmiş, o, Gülfiyəyə müdaxilə etməməsini demiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Gülfiyə ona qarşı nalayiq ifadə işlətmiş, o da buna görə Gülfiyəyə qarşı nalayiq ifadə işlətmiş, həmçinin yaxınlaşaraq yumruqla bir dəfə Gülfiyənin sifət nahiyəsinə zərbə vurmuş, bu zaman orada olan Xeyransa onları aralaşdırmış, Gülfiyə isə evdən çıxıb getmiş, sonradan Gülfiyənin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, 06.03.2022-ci il tarixdə saat 23 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı yumruqla bir dəfə Gülfiyənin sifət nahiyəsindən zərbə vurduğunu, aralarındakı mübahisənin təxminən 5 dəqiqə davam etməsini, həmin zaman orada qonşuluqda yaşayan Xeyransa adlı şəxsin olduğunu, mübahisənin yaranma səbəbinin Gülfiyənin ona qarşı nalayiq ifadələr işlətməsi, buna görə onun da Gülfiyəyə qarşı nalayiq ifadə işlətməsinin olduğunu, Gülfiyə ilə aralarında olan mübahisənin yaşadıqları evin içərisində olduğunu, buna görə də mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını və Gülfiyənin mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirmişdir. Sonda hərəkətindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbi olmamasını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onlar 2000-ci ildə ailə həyatı qurmuş və bu nigahdan 2 övladları vardır. Ailədaxili münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Belə ki, Qafar sonradan başqa bir qadınla münasibət qurmuş və onlar bu səbəbdən 04.10.2018-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşanmışlar. Onlar boşansalar da, birlikdə yaşamağa davam etmişdir. O, 06.03.2022-ci il tarixdə saat 23 radələrində yaşadıqları evə gəlmiş, evə daxil olduqda Qafarın evdə olmadığını görmüş, bundan sonra söhbət etmək üçün qonşuluqda yaşayan Xeyransa adlı şəxsi evə çağırmış, bir qədər sonra Qafar da içkili vəziyyətdə evə gəlmiş, Qafar öz otağına keçərək oradan ona qarşı nalayiq ifadələr işlətmiş, daha sonra isə onların olduğu mətbəxə gələrək Xeyransa ilə uca səslə söhbət etməyə başlamış, o, Qafara işdən yorğun gəldiyini, özünə yemək hazırladığını, buna görə də keçib digər otaqda söhbət etmələrini demiş, bundan sonra Qafarla Xeyransa digər otağa keçmiş, buna baxmayaraq 2-3 dəqiqə keçdikdən sonra Qafar yenidən mətbəxə qayıtmış, o, Qafardan hansı səbəbə mətbəxə qayıtdığını soruşmuş, Qafar onun bir neçə nəfər şəxslə münasibətinin olduğunu iddia edərək ona qarşı nalayiq ifadələr işlətməyə davam etmiş, o, Qafara nalayiq ifadə işlətməməsini demiş, buna baxmayaraq Qafar üstünə gələrək yenə də onun və anasının ünvanına nalayiq söyüşlər söymüş, o, dözməyib Qafara qarşılıqlı cavab qaytarmış, bu səbəbdən aralarında mübahisə yaranmış, Qafar mübahisə zamanı yumruqla sifət və baş nahiyəsinə bir neçə dəfə zərbələr vurmuş, orada olan Xeyransa yaxınlaşaraq Qafarı aralaşdırmış, o da bundan sonra evdən çıxıb getmiş və bu barədə şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində əlavə olaraq Qafarın 06.03.2022-ci il tarixdə saat 23 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı yumruqla sifət və baş nahiyəsinə bir neçə dəfə zərbələr vurmaqla onu döyməsini, mübahisələrinin təxminən 15-20 dəqiqə davam etməsini, həmin zaman yaşadıqları evin içərisində qonşuluqda yaşayan Xeyransa adlı şəxsin olmasını, mübahisənin yaranma səbəbinin Qafarın onun və anasının ünvanına nalayiq ifadələr işlətməsi, eləcə də onun Qafara qarşılıqlı cavab qaytarmasının olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını, mübahisə zamanı Qafarı vurmadığını və mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir. O, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi olmamasını, bu barədə ərizəsinin məhkəməyə təqdim etməsini nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında tədqiq edilən Şahid ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və sonuncunun şikayət ərizəsində göstərdiyi Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Gülfiyə və Qafar onunla qonşuluqda yaşayırlar. 06.03.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Gülfiyə onu öz evlərinə dəvət etmiş, o, buna görə Gülfiyənin yaşadığı evə getmiş, onlar mətbəxdə söhbət edən zaman Qafar evə gəlmiş, Qafar əvvəlcə digər otağa keçib orada öz-özünə danışmağa başlamış, daha sonra isə onların yanına gəlmiş, o, Qafarın əsəbi olduğunu görüb sonuncunu sakitləşdirməyə çalışmış, Gülfiyə onlara keçib digər otaqda söhbət etmələrini demiş, o, buna görə Qafarla digər otağa keçmiş, buna baxmayaraq Qafar sakitləşməmiş və yenidən mətbəxdə olan Gülfiyənin yanına qayıdaraq mübahisə etməyə başlamış, mübahisə zamanı Qafarla Gülfiyə bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman Qafar yumruqla bir neçə dəfə Gülfiyənin sifət və baş nahiyələrindən zərbələr vurmuş, o, bundan sonra yaxınlaşaraq Qafarı aralaşdırmış, Gülfiyə isə evdən çıxıb getmiş, sonradan Gülfiyənin bu barədə şikayət etməsindən məlumatı olmuşdur. O, əlavə olaraq baş vermiş mübahisənin şahidi olduğunu, belə ki, Qafarın 06.03.2022-ci il tarixdə saat 23 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı yumruqla bir neçə dəfə Gülfiyənin sifət və baş nahiyələrindən zərbələr vurduğunu, mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin zaman orada özündən başqa heç kəsin olmadığını, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan heç kəsin yaxınlaşmadığını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 07.03.2022-ci il tarixli 2/3689 tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan "MTE və PA ETT Birliyi" X3 Abşeron rayon şöbəsinin 12.03.2022ci il tarixli 485 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının və ənsə nahiyələrinin hematomaları, sol bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 06.03.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, yumruq və sair.) təsirindən yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİNin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-260/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-260/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver