Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-261/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1972-ci ildə Abşeron rayonu, Məmmmədli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs ilə qohumu Zərərçəkmiş şəxs arasında, sonuncunun Təqsirləndirilən şəxs qızına sataşması səbəbindən mübahisə yaranmış və bu mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə döyərək ona sol tərəfli 8-ci qabırğanın qapalı, yerinidəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının və sağ bayır topuq nahiyəsinin qançırlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasının xalası oğlu olmaqla qohumudur və spirtli içki aludəçisidir. xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində o, 15 yaşlı qızı Zülarəni evlərinin yaxınlığındakı mağazaya çörək almağa göndərmişdir. Bir neçə dəqiqədən sonra isə Zülarənin ağlayaraq evə qayıtdığını görüb nə olduğunu soruşmuş, Zülarə isə mağazanın qarşısında qohumları Faiqin sərxoş vəziyyətdə yaxınlaşaraq ona əxlaqsız təkliflər etdiyini, evinə çağırdığını və bunun müqabilində pul verəcəyini dediyini bildirmişdir. Bundan sonra o, dərhal küçəyə çıxsa da Faiqi tapa bilməmiş, buna görə də sonuncunun yaşadığı ünvana getmişdir. Lakin Faiq evdə də olmadığından o, geri qayıtmışdır. xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində o, yaxınlıqdakı mağazaya siqaret almağa gedən zaman dükanın qarşısında Faiqlə rastlaşmış və onu qonaq aparmaq istədiyini deyərək maşınına oturmasını istəmişdir. Faiq isə öz növbəsində etiraz etməyərək onunla gəlmişdir. Bundan sonra o, yaşadığı evin qarşısına sürüb orada saxlayan zaman Faiq məsələni başa düşmüşdür. Həmin vaxt o, qızı Zülarəni çağıraraq Faiqi tanıyıb-tanımadığını soruşmuş, Zülarə isə Faiqi görəcək ona sataşan şəxsin məhz Faiq olduğunu bildirmişdir.Bunu görən Faiq çıxılmaz vəziyyətdə etdiyi hərəkəti etiraf etmiş və bunu həmin vaxt sərxoş olması səbəbindən etdiyini demiş, daha sonra isə yerdən daş götürərək yaxın gələcəyi təqdirdə onu vuracağını bildirmişdir. Buna görə də o, əsəbləşmiş və Faiqin sinəsinə təpik zərbəsi vurmuşdur. Zərbənin təsirindən Faiq yerə yıxılmış, o isə təpik zərbələri ilə Faiqin bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncunu döyməyə başlamışdır. Bu zaman onun atası Rafiq səs-küyü eşidib həyətə çıxmış və onu Faiqdən kənarlaşdıraraq sonuncuya da öz iradını bildirmişdir. Həmin vaxt onun qardaşı Namiq də oraya gələrək Faiqə irad bildirib oradan çıxıb getməsini tələb etmiş, onu isə evə aparmışdır. O, əlavə olaraq Faiqlə aralarında yaranmış münaqişənin yaşadığı evin qarşısında başlayıb təxminən 10 dəqiqə davam etdiyini, həmin vaxt orada adlarını izahatında göstərdiyi şəxslərdən başqa heç kimin olmadığını bildirmiş, eləcə də Faiqi plastik boru ilə deyil təpik zərbələri ilə döydüyünü qeyd etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi şəxs onun xalası oğlu Rafiqin oğlu Təqsirləndirilən şəxsdur, münasibətləri normal olmuş və aralarında hər hansı bir ədavət olmamışdır. xx.xx.2021ci il tarixdə, təxminən saat 16 radələrində o, mağazadan siqaret alıb evə qayıdan zaman idarə etdiyi atvomobillə oradan keçən Nasir hərəkətini dayandırıb onu maşınına dəvət etmişdir. O isə öz növbəsində buna etiraz etməyərək Nasirin avtomobilinə oturmuş və onlar sonuncunun evinə doğru hərəkətə başlamışlar.Həmin vaxt o, Nasirin onu öz evlərinə qonaq apardığını zənn etdiyindən ünvana çatdıqlarında o, Nasirdən əvvəl maşından düşüb Nasirgilin evinə doğru getmişdir.Lakin Nasir onu tutub özünə tərəf dartdığından o, nə baş verdiyini soruşmuş, Nasir isə əlində olan plastik boru ilə onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Zərbələrin təsirindən o, yerə yıxılmış, yerdə olan zaman Nasir onun kürək, qarın və ayaq nahiyələrinə təpiklə zərbələr vurmuşdur.Bu zaman Nasirin atası Rafiq və qardaşı Namiq də küçəyə çıxıb Nasirin onu döydüyünü görsələr sonuncuya mane olmamışlar və ümumiyyətlə müdaxilə etməmişlər.Bu vəziyyəti gördükdə o, Nasirdən bir daha hansı səbəbdən onu döydüyünü soruşmuş, Nasir isə ona bir gün əvvəl qızı Zülarəyə sataşdığı üçün bunu etdiyini demişdir.Həmin vaxt o, Zülarəyə sataşmadığını deyərək qızını çağırmasını tələb etdiyindən Nasir qızı Zülarəni oraya çağırmış, sonuncu isə davrazadan ona baxıb atasının dediklərini təsdiq etmişdir.Buna görə də Nasir onu əlindəki boru ilə yenə də döyməyə davam etmişdir. Bu zaman yoldan keçən 2 nəfər tanımadığı şəxs araya girərək onları ayırdıqdan sonra o, oradan çıxıb getmişdir. Sonradan bədənində güclü ağrılar başladığından o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, əlavə olaraq Zülarəyə hər hansı bir formada sataşmadığını, ona əxlaqsız təklif etmədiyini və ümumiyyətlə onu son 1 il ərzində görmədiyini bildirmiş, həmçinin ekspertiza müayinəsi zamanı Nasir və qardaşı Namiq tərəfindən döyülməsini bildirməsi xüsusatına aydınlıq gətirən zaman o, Namiq tərəfindən döyülməsini deyil, sadəcə olaraq həmin vaxt sonuncunun da orada olmasını bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xalası oğlu olan Zərərçəkmiş şəxs onlarla eyni kəndə yaşayır və tüfeyli həyat tərzi keçirərək mütəmadi spirtli içkilər qəbul edir.xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində yaşadığı evdə olan zaman itin hürməsini eşidərək bayıra çıxmış və evin arxa tərəfindən səs-küy gəldiyini eşidib küçəyə çıxmışdır. Həmin vaxt o, oğlu Nasirlə Faiqin mübahisə etdiklərini görüb nə baş verdiyini soruşmuş, Nasir isə 1 gün əvvəl Faiqin onun qızı Zülarəyə əxlaqsız təklif etdiyi üçün Faiqi döydüyünü bildirmişdir. Buna görə də o, sərxoşluğunu təsirindən normal danışıq qabiliyyətini itirmiş Faiqdən oradan çıxıb getməsini tələb etmişdir. Bu zaman onun digər oğlu Namiq də oraya gəlmişdir.Bunu görə Faiq oradan uzaqlaşmış, o isə Namiqlə birlikdə Nasiri evə aparmışlar. O, əlavə olaraq hadisə zamanı orada kənar şəxslərin olmadığını da qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadəsi elan edilmiş Şahid2 atası Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 19 radələrində çörək və danışıq kartı almaq üçün evlərinin yaxınlığında yerləşən mağazaya getmişdir. Evə qayıdan zaman babası Rafiqin xalası oğlu Faiqlə rastlaşmış və həmin vaxt sonuncu onun qarşısına keçərək «həyatım gəl yanıma sənə 20-30 manat pul verim, bundan artıq pul verməyəcəyəm» demiş, o isə sərxoş vəziyyətdə olan Faiqin üstünə qışqıraraq irad bildirmiş və qaçaraq oradan uzaqlaşmışdır.Evə gəldiyində o, baş vermiş hadisə barədə atası Nasirə məlumat vermiş, atası isə Faiqlə danışacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində yaşadıqları evdə olan zaman atası onu çağırmış, o küçəyə çıxdığında isə Faiqin də orada olduğunu görüb ona sataşan şəxsin həmin şəxs olduğunu demişdir. Bundan sonra o, yenidən evə keçmiş və sonradan atası Nasirin Faiqi döydüyünü eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə, saat 01 radələrində qardaşı Zərərçəkmiş şəxs evə qan içərisində gəldiyindən o, nə baş verdiyini soruşmuş, Faiq isə xalası nəvəsi Nasirin döyərək ona xəsarət yetdirdiyini, bu səbəbdən də Sabunçu xəstəxanasına müraciət edərək ilkin tibbi yardım aldıqdan sonra evə gəldiyini bildirmişdir. Ertəsi gün səhər saatlarında yuxudan oyandıqdan sonra isə o, Faiqin sağ ayağının şişdiyini, bədənində isə qançırların olduğunu görüb hadisənin səbəbini soruşmuş, Faiq isə Nasirin onu, qızına sataşmaqda günahlandırıb döydüyünü bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 307 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol tərəfli 8-ci qabırğanın qapalı, yerinidəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının və sağ bayır topuq nahiyəsinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahid ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair məlumat Kartotekasında hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında Məmmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. SƏdrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-261/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-261/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver