Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-261/2023 21.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil X6, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi vəkil X7 iştirakı ilə xx xxxxx 1970-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı evli, orta təhsilli, işsiz, İİ qrup əlil, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Atomoğlan Rzayev küçəsi, ev 536 A qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-ııin 234.1 və 234.2-ci maddələri ilə, xx xxxxxxx 1985-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Abşeron rayonu Fatmayı kəndində qeydiyyatda olmaqla yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-ııin 234.2-ci maddəsi ilə, xx xxx 1977-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, hazırda Abşeron rayonu Fatmayı kəndi C.Cavadov küçəsi döngə 6, ev 3-də qeydiyyatda olmaqla yaşayan, “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 13 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri Binəqədi rayonunun ərazisində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində onda asılılıq sindromu (Narkomaniya) xəstəliyi yarandığından məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun İİ dərəcəli əlil olması ilə əlaqədar düçar olduğu xəstəliyə görə özünün istifadəsi üçün 6 ədəd ağ rəngli şəffaf sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,509 qram, 0,175 qram, 0,156 qram, 0,223 qram, 0,167 qram ümumi 1,230 qram və maddi ehtiyaclarını təmin etmək üçün satış məqsədi ilə 0,815 qram, ümumi 2,045 qram çəkidə kustar üsulla hazırlanmış, eyni tərkibli, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan qəhvəyi rəngli narkotik vasitə heroini qanunsuz olaraq 150 manata əldə edib Abşeron rayonu Fatmayı kəndinə daşıyaraq gətirərək üzərində saxlamış, göstərilən tarixdə saat 19 radələrində həmin narkotik vasitələrdən bir ədəd ağ rəngli şəffaf sellofan bükümdə 0,815 qramını tanışı Təqsirləndirilən şəxs2 20 manat müqabilində satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 13 oktyabr 2022-ji il tarixdə saat 22 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Fatmayı kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Mehdiabad polis bölməsinə gətirilib, həmin gün saat 23:05 dən saat 23:35-dək polis bölməsinin inzibati binasında xidməti otaqda şəxsi axtarışı keçirilən zaman öz istifadəsi üçün üzərində saxladığı kustar üsulla hazırlanmış 5 ədəd ağ rəngli şəffaf sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,509 qram, 0,175 qram, 0,156 qram, 0,223 qram və 0,167 qram, ümumilikdə 1,230 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi əynində olan göy rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 13 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu Fatmayı kəndində tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə 1 ədəd ağ rəngli şəffaf sellofan bükümdə, 0,815 qram, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan qəhvəyi rəngli narkotik vasitə heroini qanunsuz olaraq 20 manata əldə edib üstündə saxlayaraq Abşeron rayonu Fatmayı kəndində yerləşən tanışı Təqsirləndirilən şəxs3 məxsus bərbərxanaya gələrək üzərində daşıyıb həmin tarixdə, saat 19 radələrində həmin bükümdə 0,815 qram narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs3 satmış, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3la birlikdə həmin vaxt bərbərxanada saxlanılaraq Mehdiabad polis bölməsinə gətirilib, həmin gün saat 20:25 dən saat 20:50–dək polis bölməsinin inzibati binasında xidməti otaqda şəxsi axtarışı keçirilən zaman Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli şalvarının sağ yan cibindən kustar üsulla hazırlanmış həmin 0,815 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 13 oktyabr 2022-ji il tarixdə saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində işlədiyi bərbərxanada tanışı Təqsirləndirilən şəxs2, satış məqsədi olmadan qanunsuz olaraq, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,815 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlamış, 13 oktyabr 2022-ji il tarixdə saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin inzibati binasına gətirilib həmin gün saat 21:20-dən 21:50-dək şəxsi axtarışı keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş 0,815 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ müharibə iştirakçısıdır və müharibə əlilidir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində o, Abşeron rayonu, Fatmayi kəndində tanışı İsmayılla Fatmayi kəndində rastlaşmış İsmayıl ona ağrılarının olduğunu və narkotik vasitə verməyini xahiş etmişdir. İsmayıla 1(bir) büküm heroin və 1(bir) büküm metamfetamin vermiş, İsmayıl ümumilikdə 20 manat ona verəcəyini qeyd etmişdir. Borcunu sonra verəcəyini deyib çıxıb getmişdir. Həmin günü saat təxminən 22 radələrində Fatmayi kəndində küçədə olarkən 3 nəfər ona yaxınlaşaraq özlərini təqdim etmişlər, o, da üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları onu Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin Mehdiabad PB-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərimə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı tərəzi, ağ rəngli şəffaf sellofana bükülmüş, 5(beş) ədəd bükümdən ibarət, qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzəyən kütləni və bundan əlavə bir bükümünü İsmayıla satdığı narkotik vasitə olan heroini bədənində olan ağrılarla bağlı özü istifadə etməsi üçün xx.xx.2022-ci il tarixdə gündüz saat 11 radələrində Bakı şəhəri Binəqədi rayonundan tanımadığı şəxsdən 150 manata öz istifadəsi üçün almışdır. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüş, bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində onun ad günü olduğu üçün Abşeron rayonu Fatmayı kəndində yaşayan tanışı Elçin adlı şəxsə zəng vurub narkotik maddə heroin və psixotrop maddə olan metamfetamin almaq üçün danışmış, Elçinlə Abşeron rayonu Fatmayi kəndində küçədə hər birinə 20 manat pulu Təqsirləndirilən şəxs1 vermiş ümumilikdə ona 40 manat pul ödəmişdir. Sonra dostu Elçinin Məmmədovun işlədiyi Fatmayi kəndindəki bər-bərxanaya getmişdir. Təqsirləndirilən şəxs3la görüşüb üzərində narkotik maddə olan heroin və şüşə olduğunu deyib heroini Elçinə pay olaraq vermiş, psixotrop maddə olan metamfetamini isə özündə saxlamışdır. Həmin psixotrop maddəni göy rəngli cins şalvarının sağ yan çibinə qoymuşdur. Bir qədər keçdikdən sonra mülki geyimdə 3 nəfər şəxslər bərbərxanaya daxil olmuşlar və özlərini təqdim etmişlər. O, da üzərində qanunsuz olaraq psixotrop maddə saxladığını bildirmişdir. Polis əməkdaşları onu və Elçini Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin Mehdiabad PB-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərimə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, da əynində olan göy rəngli cins şalvarın şalvarın sağ yan cibindən çıxardığı ağ rəngli şəffaf sellofana bükülmüş, 1(bir) ədəd bükümdən ibarət, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin metamfetaminə bənzər kütlənin psixatrop maddə olan metamfetamin olduğunu və dostu Təqsirləndirilən şəxs3 verdiyi heroini, həmin kütlələri xx.xx.2022-ci il tarixdə Fatmayi kəndində yaşayan Təqsirləndirilən şəxs1 ümumilikdə 40 manat pul ödəyərək Abşeron rayonu, Fatmayi kəndindən aldığını bildirmişdir. Həmin kütlə şəxsi axtarış və götürmə zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 onun işlədiyi Abşeron rayonu, Fatmayi kəndi C.Cavadov küçəsində yerləşən işlədiyi bərbərxanaya gəlmiş İsmayılın ad günü olduğunu və üzərində narkotik maddə olan heroin və şüşə kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. İsmayıl heroini istifadə etmək üçün pay kimi ona vermiş o, da alıb şalvarının sag yan cibinə qoyub saxlamışdır. Bir qədər keçdikdən sonra mülki geyimdə 3 nəfər işlədiyi bərbərxanaya daxil olmuşlar və özlərini təqdim etmişlər. O, da üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları onu və İsmayılı Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər, Abşeron RPİ-nin Mehdiabad PB-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o, da əynində olan boz rəngli, şalvarın sağ yan cibindən çıxardığı ağ rəngli şəffaf sellofana bükülmüş, 1(bir) ədəd bükümdən ibarət, qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzəyən kütləni təqdim edərək, həmin qəhvəyi rəngli, kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə dostum Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüş, bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmiş, həmin narkotik vasitəni özüm istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hall-hazırda Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru vəzifəsində xidmət edir. 13 oktyabr 2022-ci ildə məxfi əməkdaşdan Abşeron rayonu, Mehdiabad qəsəbəsi Fatmai kəndində yaşayan 1985-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs2 və həmkəndlisi 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 narkotik maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu, Fətmai kəndi ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat alıb, dərhal həmin məlumatı işlədiyi bölmənin rəhbərliyinə məruzə edib, müvafiq zəruri sənədləşmə apardıqdan sonra saat təxminən 19:30 radələrində bölmənin sahə polis rəisləri polis mayoru Şahid2 və polis kapitanı Şahid3 ilə birlikdə Abşeron rayonu, Abşeron rayonu Fətmai kəndinə Təqsirləndirilən şəxs3 yaşadığı evin qarşısında yerləşən bərbərxanın qarşısına gəlib onları görüb onlara yaxınlaşmışlar və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, onları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumatlarının olduğunu söyləyib, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Abşeron RPİ-nin Mehdiabad PB-nə getməyə dəvət etmişlər. Hər ikisi də heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə gəlmişlər. Bundan sonra onlar ayrı–ayrılıqda Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirib, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmişlər və vəkilin iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib, bu barədə olan yazılı bildirişi təqdim etmişlər. Bundan sonra üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş sellofana bükülmüş, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində özünə almış və tanışı Təqsirləndirilən şəxs3 satmaq üçün Abşeron rayonu, Fətmai kəndində yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsdən ümumilikdə 40 manat pula bükülü halda aldığını bildirmişdir. Verilən sualları tam başa düşdüyünü, Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra götürülümüş həmin vasitə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərf iştirakçılar tərəfindən imzalandıqdan sonra bu barədə protokol tərtib olunmuş, o, da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirib, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmişlər və vəkilin iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib, bu barədə olan yazılı bildirişi təqdim etmişlər. Bundan sonra üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs3 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş, narkotik vasitə olan qəhvəyi rəngli, toz şəkilli heroinə bənzər kütləni təqdim edərək xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində dostu Təqsirləndirilən şəxs2 20 manat pull müqabilində bükülü halda aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra götürülümüş həmin vasitə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərf iştirakçılar tərəfindən imzalandıqdan sonra bu barədə protokol tərtib olunmuş, o, da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında eyni zamanda məxfi əməkdaşın məlumatı əsasında əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin polis əməkdaşları ilə birlikdə Abşeron rayonu Fatmai kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığına gələrkən küçədə Təqsirləndirilən şəxs1 ilə rastlaşıb barəsində keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onlara Abşeron RPİ-nin Mehdiabad PB-nə getməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə gəlmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirib, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmişlər və vəkilin iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib, bu barədə olan yazılı bildirişi təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd tərəzi və 05 (beş) ədəd ayrı-ayrı bükümlərdə ağ rəngli şəffaf sellofana bükülmüş, narkotik vasitələr olan qəhvəyi rəngli, toz şəkilli heroinə bənzər kütlələri təqdim edərək həmin kütlələri xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 11 radələrində Bakı şəhəri Binəqədi rayonunda tanımadığı şəxsdən 06 altı büküm almış özü ilə Abşeron rayonu Fətmayi kəndinə gətirmiş və həmin bükümün bir ədədini tanışı Təqsirləndirilən şəxs2 40 manata satmışdır. Polis bölməsində İsmayıla satdığı bir büküm narkotik vasitəni Abşeron rayonu, Fətmayi kəndində yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsə 20 manat pula satdığını bildmişdir. Təqsirləndirilən şəxs1 verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra götürülümüş həmin vasitə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərf iştirakçılar tərəfindən imzalandıqdan sonra bu barədə protokol tərtib olunmuş, o, da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı Şahid3 və məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində Abşeron rayon polis idarəsinin Mehdiabad PB-nin polis sahə rəisi, polis mayoru Məmmədov X12 Məmmədovun ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5946 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “... (imza) Təqsirləndirilən şəxs1” sözləri olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,509 qram, 0,175 qram, 0,156 qram, 0,223 qram, 0,167 qram ümumi təmiz çəkisi 1,230 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Üzərində “... (imza) Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki 5 ədəd bükümdə narkotik vasitə heroinlər üzərində “... (imza) Təqsirləndirilən şəxs3...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər(qalıq 1,130 qram - 0,100 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına (Siyahı İ) daxildir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5945 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “... (imza) Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,384 qram olan ağ rəngli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. (qalıq 0,284 qram - 0,100 qram narkotik, psixotrop, güclü təsir edən zəhərli maddə olmayan maddə tədqiqata sərf edilmişdir). Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5944 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “... (imza) Təqsirləndirilən şəxs3...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,815 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(qalıq 0,715 qram - 0,100 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 7335 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrinin və psixotrop maddələrinin tibbi məqsədlərlə istifadə edilməsiqaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərinin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 7362 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 3 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 271771 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Abasov X10 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.21, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə və 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 23 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Abşeron rayon icra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası icra edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15.010.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan üç ədəd DVD disk cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş qalıq çəkisi 1,130 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş qalıq çəkisi 0,715 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş qalıq çəkisi 0,284 qram narkotik, psixotrop, güclü təsir edən zəhərli maddə olmayan maddə və elektron tərəzi saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki göy rəngli şalvarının sağ yan cibindən beş ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin və elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik, psixotrop, güclü təsir edən zəhərli maddə olmayan maddə polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, o cümlədən İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəlki hökm üzrə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da ona təyin edilmiş cərimə cəzası cinayətlərin məcmusu üzrə təyin edildiyindən məhkumluğun başlanğıcı cərimə cəzasının ödənildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cərimə cəzasını çəkib qurtarmamış hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 3000 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş təhqiqatdan sonra qalıq çəkisi 1,130 qram narkotik vasitə heroin və elektron tərəzi, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş təhqiqatdan sonra qalıq çəkisi 0,715 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş təhqiqatdan sonra qalıq çəkisi 0,284 qram narkotik, psixotrop, güclü təsir edən zəhərli maddə olmayan maddə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə 243 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X11 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs1 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 3000 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilsin və üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 3000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş 3000 manat cərimə cəzası müstəqil icra edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1,130 qram narkotik vasitə heroin və elektron tərəzi, qalıq çəkisi 0,715 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,284 qram narkotik, psoxotrop, güclü təsir edən zəhərli maddə olmayan maddə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 243 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X11 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-261/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-261/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver