Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-261/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1985-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il saat 15 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanda arvadı Zərərçəkmiş şəxs xx.xx.2021-ci il təvəllüdlü azyaşlı övladları X5 mağazaya aparmaqdan ötrü paltarının geyindirməsi ilə bağlı müraciət edərkən Zərərçəkmiş şəxs buna etiraz etməsi səbəbindən ailə daxili münaqişə zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş, sinə, qol və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaq nahiyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, alın, sol çiyin qurşağı, sol bazu oynağı nahiyələrinin qançırları, boyun, döş qəfəsi, sağ baldır nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə 2014cü ildə ailə həyatı qurmuş, birgə nigahdan dörd övladı var. Son zamanlar arvadı İlahə ilə aralarında söz mübahisəsi baş verir. Buna səbəb İlahənin övladlarına laqeyd yanaşması və baxımsızlığıdır. Dəfələrlə bununla bağlı irad bildirməyinə baxmayaraq heç bir dəyişiklik olmamışdır. Hadisədən 2 həftə əvvəl də aralarında mübahisə olmuş, o Zərərçəkmiş şəxs anasına zəng edərək qızlarını gəlib aparmasını bildirmişdir. Ailəsi Zərərçəkmiş şəxs aparmış lakin üstündən bir müddət keçdikdən sonra anası zəng edərək bildirmişdir ki, İlahəni ailəsində mübahisə olduğu üçün qardaşları atası döyür barışsınlar. O yenidən evə gəlsə də öz hərəkətlərinə davam etmişdir. Sonundu dəfə 07 iyun 2024-cü il tarixdə övladını mağazaya aparmaq istədiyini və İlahəyə onu geyindirməyi bildirmişdir. İlahə ilk öncə övladına çirkli köynək, irad bildirdək sonra isə cırıq köynək geyindirmişdir. O, yenə irad bildirsə də İlahə ona kobud formada “paltar budur aparırsan apar aparmırsan aparma” kimi ifadələr işlətmişdir. Bu zaman o əsəbləşmiş və İradəyə bir şillə vurmuşdur. Bu zaman da öz atası ona bir şillə vurmuş və evdən çıxartmışdır. O evdən çıxaraq İlahənin anasına zəng edərək gəlib qızlarını aparmalarını bildirmiş, özü isə avtomobilə əyləşərək evdən çıxmışdır. Ümumiyyətlə aralarında mübahisələrin olduğunu, mübahisələrə səbəb isə İlahənin laqeyd yanaşması, heç bir işin öhdəsindən gəlmədiyini bildirmişdir. Lakin ona bir dəfə şillə vurduğunu və başqa heç bir formada fiziki təsir göstərmədiyini, Zərərçəkmiş şəxs atası və qardaşları tərəfindən döyüldüyünü və onun üzərinə böhtan atıldığını bildirdi. Sonda himayəsində 4 azyaşlı övladının olduğunu, həbs ediləcəyi təqdirdə övladlarının baxımsız qalacağını, vəziyyətlərinin pisləşəciyini nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Eminlə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan dörd övladı var. Evləndikdən sonra xırda narazılıq üstündə də evdə mübahisələr olmuş dəfələrlə döyülmüşdür, lakin övladlarına görə bu barədə şikayət etməmişdir. Dəfələrlə içkili vəziyyətdə, ayıq vəziyyətdə övladlarının gözü qarşısında onu döymüş və sonra anasına zəng edərək gəlib aparmalarını bildirmişdir. Sonuncu dəfə 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs evdə olan zaman övladını mağzaya aparacağını və bunun üçün ona uşağı geyindirməyini bildirmişdir. Övladının təzə geyimi olmadığı üçün köhnə paltarları ona geyindirmiş və bununla bağlı Emin ona irad bildirmiş, təhqir etməyə başlamışdır. O isə uşağın təzə paltarının olmadığını ona bildirmişdir. Emin mübahisə etməyə başlamış və onun göz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirmişdir. Daha sonra anasına zəng etmiş və təhqir edərək gəlib qızını burdan aparmasını bildirmişdir. Anasıgil həmin gün gəlməmişdir. Hadisənin sabahı Emin onun qolundan tutaraq dəfələrlə divara çırpmış, qoluna xəsarət yetirmişdir. Bundan sonra ailəsi gəlmiş və onu oradan aparmışdırlar. İndiyədək dəfələrlə döyülməsinə təhqir edilməsinə baxmayaraq şikayət etmədiyini, övladlarına görə çətinliklə də olsa dözdüyünü, lakin sonuncu hadisədən sonra onunla barışmayacağını, ümumiyyətlə onun özünün barışıq üçün cəhdlər etməməsini və ondan şikayətçi olduğunu bildirərək onun barəsində qanuna uyğun cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı həyata keçirdiyi analoji əməllərin dəfələrlə olduğunu, ittihamın düzgün tərtib olunmadığı üçün,həmçinin təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin əlamətləri olduğu üçün hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və əlavə olaraq sonuncun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun baldızıdır. İlahənin həyat yoldaşı Təqsirləndirilən şəxsla mübahisə etdiyini dəfələrlə, İlahənin anasına yəni, onun qaynanasına zəng edərək qızını gəlib aparmağını bildirmişlər. Lakin Zərərçəkmiş şəxs döyüldüyü barədə heç bir məlumat verməmişdir. Sonuncu dəfə 07 iyun 2024-cü il tarixdə yenə Təqsirləndirilən şəxs zəng vuraraq qızlarını aparmalarını bildirmişdir. Onlar həmin günün sabahı onlar yaşadığı evə gəlmiş və Zərərçəkmiş şəxs çox pis şəkildə döyüldüyünü görmüşlər. İlahəni avtomobilə yerləşdirmiş və daha sonra müvafiq tibbi ekspertizalar aparılmışdır. İlahənin öz ata evində döyülmədiyini, yoldaşı ilə yaşadığı ünvanda döyüldüyünü bildirdi və İlahəni evə aparan zaman mobil telefonda çəkilmiş şəkilləri təqdim etdi. Zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. Qızı 2014-cü ildən Təqsirləndirilən şəxs ilə evlidir. Ötən təxminən 10 il ərzində dəfələrlə Emin ona zəng edərək bəzən təhqiramiz formada gəlib qızını evdən aparmağını bildirmişdir. Lakin qızı döyüldüyü ilə bağlı ona heç bir söz deməmişdir. 07 iyun 2024-cü il tarixdə Emin ona zəng edərək “gəl küçüyünü evdən apar” və digər formada təhqiramiz ifadələr işlədərək qızını evdən aparmağını ona demişdir. O Eminin içkili olduğunu bilib qorxduğu üçün 08 iyun 2024-cü il tarixdə qızının yaşadığı evə gəlmişdir. Qızını görən zaman döyüldüyünü bilmişdir. Təqsirləndirilən şəxs ailəsi onlar bayıra çıxarmış, anasının heç uşaqları ilə görüşməsinə də icazə verməmişdir. Daha sonra Zərərçəkmiş şəxs avtomobildə halı pisləşmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar və bu barədə polisə məlumat vermişlər. Zərərçəkmiş şəxs qardaşları deyil, Eminin özünü döydüyünü və əvvəlki sözlərini təkrar edərək dəfələrlə Təqsirləndirilən şəxs ona yığaraq təhqir etməsini, qızının ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 10.06.2024-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 1209 saylı ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəniüzərində aşkar olunmuş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, alın, sol çiyin qurşağı, sol bazu oynağı nahiyələrinin qançırları, boyun, döş qəfəsi, sağ baldır nahiyələrinin sıyrıqlarıküt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AzeMis “Elektron İnformasiya sistemi vasitəsilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli tutulmuş şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı övladları var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar, yəni zərərçəkmiş şəxsi döyməməsi, ona cəmi bir şillə vurması, ümumiyyətlə ona heç bir xəsarət yetirməməsi ilə bağlı sözləri iş materiallarında olan sübutlar, habelə zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs həyat yoldaşının qardaşları və atası tərəfindən döyüldüyünü bildirsə də bu ifadələri təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə zərərçəkmiş şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş foto-şəkillər, habelə iş üzrə əlavə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında təqdim etdiyi- Zərərçəkmiş şəxs evlərinə gətirən zaman çəkdiyi foto-şəkillər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmasını sübut edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bu səbəbdəndə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr özünü müdafiə kimi qiymətləndirilməldir. Həmin ifadələr Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüzmanatadək miqdarda cərimə və yaiki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşirən hal kimi nəzərə alındı. Eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsi və ümumiyyətlə barışığa cəhd etməməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Xanlar küçəsi, ev 22 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minədədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi cəmi 30 iyirmi beş saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minədədək qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Xanlar küçəsi, ev 22 ünvanını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-261/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-261/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver