Məhkəmə qərarları › İş №1(012)-262/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-262/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-262/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmayan, işləməyən, Sumqayıt şəhəri 6-cı mikrorayon, ev 18, mənzil 3-də qeydiyyatda olan və Sumqayıt şəhəri Saray bağları yaşayış maasivi, 3118 bağ evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı ərazisində baş verən Koronavirus infeksiyası “Covid 19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin Azərbaycan Respubliksaı ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsindən də cəza tədbirlərinin tədbiq olnması ilə bağlı xüsusi karantin rejiminin tədbiq edilməsi barədə 13.03. 2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarının müalicə yerlərini tərk etmələrinin qadağan olunması barədə tələblərini pozaraq hərarətin yüksək olması ilə bağlı Covid 19 virusu daşıyıcısı olubolmamasını aydınlaşdırmaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə tibb müəssisəsində vermiş olduğu testin nəticəsinin pozitiv çıxması barədə xx xxxxxx 2020-ci il tarixdə saat 16:44 radələrində ona istifadəsində olan ***-***-**-** saylı nar mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 informasiya sistemi tərəfindən SMS göndərilərək “Koronavirus” “Covid 19” xəstəliyi ilə əlaqədar diaqnoz qoyulmasına və yaşadığı evi tərk etməməsi ilə bağlı xəbardarlıq elan olunmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyərək xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşayış yerini, yəni yaşadığı Sumqayıt şəhəri, Saray bağları yaşayış maasivi, 3118 bağ evini tərk edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə yas yerinə gedib orada digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyib, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejim qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, Saray bağları, 3118 bağ evində yaşayır. Bildirmişdir ki, xx.xx.2020-ci il il tarixdə hərarəti olduğu üçün Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən xəstəxanada “Covid 19” xəstəliyi ilə bağlı analiz vermişdir. xx.xx.2020-ci il tarixdə saat 16:44 radələrində onun ***-***-**-** saylı mobil telefon nömrəsinə xəstəxanadan mesaj gəlmiş və mesajda “Covid-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu və yaşayış yerini tərk etməməsi barədə yazılmışdır. Həmin gündən özünü təcrid edib evdən çölə çıxmamış və müalicə etdirməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində şəhid olmuş qohumunun Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən yas yerindən qab-qacaqları götürüb, səhəri gün atasının həmin qab-qacağı şəhid olmuş digər qohumunun yas yerinə aparması üçün avtomobillə Sumqayıt şəhərinə yaşadığı evə gətirmişdir. Abşeron rayonu, Saray qəsəbəsində komendant postunda polis əməkdaşları tərəfindən sənədi yoxlanılan zaman “Covid-19” xəstəsi olduğu və karantin qaydalarını pozub evdən çıxdığı məlum olmuşdur. Həmin vaxtı polis əməkdaşları telefonla video çəkiliş aparıb onu sorğu-sual etdikdən sonra polis əməkdaşlarının müşayəti ilə Sumqayıt şəhəri, Saray bağları, 3118 bağ evinə gəlmişdir. xx.xx.2020-ci il tarixdə “Covid-19” xəstəliyi ilə bağlı özünü təcrid müddətinin bitməsi ilə bağlı onun mobil telefonuna məktub gəlmişdir. Sonda o, etdiyi əməldən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yunusov Yunus İsmayıl oğlunun ifadəsindən görünür ki, o, Abşeron rayon polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin sahə rəisi vəsifəsində işləyir, polis mayorudur. xx.xx.2020-ci il tarixdə saat 21:00-dan Abşeron RPİnin PPXB-nün polis nəfərləri Şahid2 və Şahid3la birlikdə Abşeron rayonu, Saray qəsəbəsində “Karantin” postunda hərbi vəziyyət rejimi qaydalarını yoxlayarkən “Toyota-Prado” markalı avtomobillə hərəkətdə olan şəxs onların tərəfindən saxlanılmışdır. Avtomobilin sürücüsünün şəxsiyyəti yoxlanılmış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində məlumat portalına baxarkəb portalda Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Koronavirus” xəstəsi olduğu müəyyən edilmişdir. Video çəkilişlə Təqsirləndirilən şəxs tərəfindən sorğu-sual edilmiş və Təqsirləndirilən şəxs hansı tarixdən “Covid-19” xəstəsi kimi qeydiyyata alındığı və xəstə ola-ola nə üçün karantin qaydalarının tələblərini pozub başqa şəxslərə xəstəliyi yoluxdurma təhlükəsi yaradaraq evdən çıxdığı soruşulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” müayinə testindən keçmiş və xx.xx.2020-ci il tarixdə “Covid-19” xəstəsi olması barədə ona telefonla mesaj gəldiyini və mesajda yaşayış yerini tərk etməməsi yazıldığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə Sumqayıt şəhəri, bağlar massivində yaşadığı evə göndərilmişdir. Bu barədə tərəfindən RPİ-nin rəisinə raportla müraciət edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında X7 oğlunun şahid qismində ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 21-ci mikrorayon ev 26/65-də yaşayır. 1994-cü ildən Sumqayıt şəhəri 3 saylı şəhər poliklinikasında sahə həkimi vəzifəsində işləyir, terapevtdir. Sumqayıt şəhəri 6-cı mikrorayon, ev 18, mənzil 3-də qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Covid-19” testinin pozitif olması barədə Sumqayıt şəhəri 3 saylı şəhər poliklinikasına xx.xx.2020-ci il tarixdə məlumat daxil olmuşdur. Sahə prinsipinə uyğun olaraq xəstə Təqsirləndirilən şəxslə tərəfindən telefon əlaqəsi yaradılmış, karantin qaydalarının tələblərinə əməl edilməsi məsləhət görülmüş və tibbi məsləhət verilmişdir. xx.xx.2020-ci il tarixdə xəstə Təqsirləndirilən şəxs karantin qaydalarını pozaraq evdən çıxması barədə tibb müəssisəsinə heç bir məlumat daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Təqsirləndirilən şəxs koronavirus “Covid-19” xəstəsi kimi qeydiyyata alınması barədə Sumqayıt şəhəri 3 saylı şəhər poliklinikasına sorğu edilmiş və sorğuya alınmlş xx.xx.2021-ci il tarixli 70 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri 6-cı mikrorayon, ev 18, mənzil 3-də qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 3 saylı şəhər poliklinikasında “Covid-19” testinin pozitif olması barədə Sumqayıt şəhəri 3 saylı şəhər poliklinikasına xx.xx.2020-ci il tarixdə məlumat daxil olmuşdur. Sahə prinsipinə uyğun olaraq xəstə Təqsirləndirilən şəxslə tərəfindən telefon əlaqəsi yaradılmış, karantin qaydalarının tələblərinə əməl edilməsi məsləhət görülmüş və tibbi məsləhətlər verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Karonavirus “Covid-19” xəstəsi kimi qeydiyyata alınması barədə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsinə sorğu verilmiş, sorğuya alınmış xx.xx.2021-ci il tarixli 020-1873-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs (AA*******) “Covid-19” virusuna yoluxduğu və xx.xx.2020-ci il tarixdə saat 14:29:08-dən xx.xx.2020-ci il saat 14:29:08-dək yaşayış yerini tərk etməməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən xx.xx.2020-ci il tarixdə saat 15:59:22-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Saray və Novxanı bağlar massivi üzrə 2 saylı məhəllə komitəsi tərəfindən verilmiş 12 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Saray və Novxanı bağlar massivi, 3118 üzrə məhəllədə qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə də müsbət xaraketrizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni İsmayıllı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsində “Karantin” postunda Təqsirləndirilən şəxs “Koronavirus” xəstəsi olmasının aşkar olunması ilə bağlı video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan CD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut bir ədəd Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsində “Karantin” postunda Təqsirləndirilən şəxs “Koronavirus” xəstəsi olmasının aşkar olunması ilə bağlı video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan CD farmatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut bir ədəd Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsində “Karantin” postunda Təqsirləndirilən şəxs “Koronavirus” xəstəsi olmasının aşkar olunması ilə bağlı video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan CD farmatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar