Məhkəmə qərarları › İş №1(012)-262/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-262/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-262/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16, mənzil 20-də yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunu işdən çıxarıldığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 877 saylı Hərbi Hissəsinin hərbi orkestrində ifaçı işinə yenidən bərpa edəcəyinə vəd verib aldadaraq bu məqsədlə 16 aprel 2020-ci il tarixdə Mirzəmməd Pəneəliyevin yaşadığı ünvan 1 ünvanında görüşərək sonuncunun 6000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Rəşidin vasitəsi ilə Zərərçəkmiş şəxs tanımış sonuncu ona bildirmişdir ki, hərbidə işləyib təxris olunub yenidən həmin işə bərpa olunmaq istəyir. 2020-ci ilin aprel ayında o. Xırdalan şəhərinə Mirzəmmədin evinə gəlib Mirzəmmədi əvvəlki yəni hərbi xidmətə işə bərpa edəcəyini deyib ondan bunun müqabilində 6000 manat pul verməsini bildirmişdir. Mirzəmməd də evində ailəsinin yanında ona 6000 manat pul vermişdir. O, da onu əslində işə bərpa etmək üçün belə bir adam tanımır, sadəcə olaraq ona pul lazım olduğu üçün belə bir addım atmışdır. Bundan sonra həmin pulu öz ehtiyaclarına xərcləmiş, sonrada Mirzəmmədin pulunu qaytarıb verə bilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödədiyinə, Zərərçəkmiş şəxs ilə barışdığına və dövlət büdcəsinə 25 faiz ödəniş etdiyinə görə iş üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, uzun illər MN-nin hərbi orkestrinda gizir kimi xidmət etmişdir. 18.1 1.2019-cu il tarixdə yaşadığı Xırdalan şəhərində yerləşən ABŞERON CİTY yaşayış kompleksində yerləşən mənzilində yanğın baş vermişdir. O, ailəsi ilə birlikdə evinə daxil ola bilməmişdir. 26.1 1.2021-ci il tarixdə isə xidmət etdiyi MN-nin 877 saylı H\H-də həyacan siqnalı çalınmış və ona bu barədə deyilosədə evindəki vəziyyətlə əlaqədar hərbi hissəyə gedə bilməmişdir. Bundan sonra hərbi hissə komandiri onu xidmətdən xidmətə uyğunsuzluqla bağlı təxris etmşdir. Həmin vaxtdan işsizdir, işinə bərpa olunmağı ilə əlaqədar bir neçə yerə müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Kainat Quluzadəni tanışı Rəşidin vasitəsi ilə tanımışdır. O. işinə bərpa olunmağı ilə əlaqədar bir neçə şəxsə desə də ona kömək edən olmamış, ancaq o. Rəşid ilə danışıb sonuncuya deyən zaman Rəşid ona bildirmişdir ki. «tanışım var onun MN-də qohumu var o sənə kömək edə bilər». Bundan sonra o. Rəşiddən həmin Kainat adlı şəxsin telefon nömrəsini alaraq sonuncu ilə telefon əlaqəsi saxlamış. Kainat ona bildirmişdir ki, «narahat olma mənim qohumum MN-də vəzifədə işləyir onun vasitəsi ilə səni bərpa edəcəm». Ancaq, həmin şəxsin adını ona deməmiş və onunla görüşdürməmişdir. xx.xx.2020-ci il tarixdsə Kainat onun yaşadığı Xırdalan şəhəri Abşeron CİTY Y\K- də yerləşən evinə gəlmiş, onunla söhbət etmiş və bildirmişdir ki, «sənin işini 2-3 aya həll edəcəm bunun üçün 6000 manat pul lazımdır». Ondjan işinə bərpa olunmağı üçün kürəkəni X1 6000 manat pulu borc alıb onun yanında Kainata vermişdir ki, onun işini düzəltsin. Həmin vaxtdan 3 ay keçsədə Kainat onun işini düzəltməmiş , Kainatla nə vaxt danışsa da sonuncu ona «narhat olma qısa zamanda işin həll olacaq»-demişdir. Bir neçə vaxtdan sonra Kainatın telefonlarına zəng çatmamışdır. Bundan sonra aldanıldığını düşünüb polisə bu barədə ərizə ilə müraciət etmişdir. O, ifadəsində göstərmişdir ki. Kainata əvvəkli işinə bərpa olunmağı üçün xx.xx.2020-ci il tarixdə yaşadığı Xırdalan şəhəri ABŞERON CİTY Y\K-də yerləşən evimdə həyat yoldaşı İlhamənin və kürəkəni Ramil Seyidovun yanında vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənilməsi, təqsirləndirilən şəxslə barışması barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirələn Şahid2 göstərdi ki. Təqsirləndirilən şəxs Qaradağ rayonunda yerləşən Neft tullantılarının Sərəncə sahəsində mühafizəçi işləyərkən tanımışdır. Yəni, Kainatda onunla orada mühafizəçi işləmişdir. Təxminən 2020-ci ilin əvvəllərində Kainat ona işdə olan zaman zəng edərək bildirmişdir ki, «səninlə işim var görüşməliyik. O. da işdə olduğunu Kainata deyib səhəri onunla görüşəcəyini bildirmişdir. Onlar razılaşmışlar. Səhəri günü Bakı şəhəri Nəsimi rayonu 28 May metrostansiyasının qarşısında Kainatla göriişmuş, sonuncu ona demişdir ki, ona təcili olaraq 4000 manat pul lazımdır. O, niyə öz adına pul götiırmədiyni ded ikidə bildirmişdir ki, onun krediti var gecikmələri olduğu üçün adına stop qoyulub bunun üçün o, pul bankdan götürə bilmir. O, Kainatdan nə üçün pul lazım olduğunu soruşduqda bildirmişdir ki, «guya kimisə işə düzəldirmiş, bunun üçün həmin şəxsdən 4000 manat pul almış, lakin həmin şəxs isə işə düzəlməsini istmədiyi üçün pulunu qaytarmalıdır, hazırdada pulum yoxdur ki, onun pulunu qaytarım, gedək sənin adına bankdan 4000 manat kreditə pul götürək mən hissə-hisə olmaqla 2 dəfəyə həmin pulu verib bağlayacam». O, da Kaitanı tanıdığı və ona inandığı üçün onunla razılaşıb gedib Beynəlxalq bankin Binəqədi rayon filialindan 5000 manat pul götürüb ona vermişdir. Kainat həmin pulu götürüb ödəyəcəyini demiş və ilk 3 ayı aylıq 255 manat olmaqla ödəmiş, sonra ona demişdir ki, «bəs sən krediti 2 aya bağlayacaqdın nə oldu». Kainat isə demişdir ki, «mənə 35000 manat pul gəlməli idi həmin pul gəlmədiyi üçün bağlaya bilməmişəm, narahat olma ödəyəcəm». Həmin ərəfədə yəni onun işlədiyini və krediti götürdükdən təxminən 1 ay sonra tanışı Mirzəmməd ona demişdir ki. «mən işsizəm məni işdən çıxardıblar işimə bərpa olmaq istəyirəm adam olsaydı mənə kömək edərdi». O. da Mirzəmmədə demişdir ki, «mənim Kainat adlı iş yoldaşım var o ö/, tanışlarına demişdirki, hərbiyə işə düzəltməyə və maşın krediti iləəlaqədar banka salmağa adam olsa mən ona köməklik edə bilər, istəsən onun nömrəsini sənə verərəm onunla danışarsan». Mirzəmməd də onunla razılaşmışdır. O, Kainatın nömrəsini Mirzəmmədə vermiş, onlar danışıb öz aralarında görüşüb razılaşaraq Mirzəmməd Kainata işə bərpa olunmasıüçün 6000 manat pul vermişdir. Həmin vaxtı o, orada olmasada sonradan ona bu barədə Mirzəmməd özü demişdir. Kainat Mirzəmməddən pulu aldıqdan onu aldatmışdır. Bu səbəbdəndə onlar polisə müraciət etmişlər. Eyni zamanda Kainat onlardan başqa iş yoldaşı Şahid1da ondan əvvəl aldadaraq onun 3000 manat pulunu ələ keçirmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki. Kainata Bakı şəhəri Binəqədi rayonunda yerləşən Beynəlxalq bankın içərisində təklikdə vermişdir. Yəni pulu ona verməmiş, həmin pulu bankdan o. özü götürmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs Qaradağ rayonunda yerləşən Neft tullantılarının Sərəncə sahəsində mühafizəçi işləyərkən tanımışdır. Yəni, Kainatda onunla orada mühafizəçi işləmişdir. Təxminən 2020-ci ilin mart ayının təxminən 15- də Kainat ona işdə olan zaman zəng edib bildirmişdir ki, «sən kredit götürmüsən, həmin kredit götürdüyün 10000 manat puldan varsa mənə 5000 manat borca ver 2 aya qaytarıb verirəm». O, da bildirmişdir ki, həmin pulun hamısını xərcləmiş, pulu qalmamışdır. Sonra Kainat ona demişdir ki. «bankdan kredit götürəndə əlavə kredit kartı verirlər sən onu götürmüsənmi», o, cavab vermişdir ki, «yox götüırməmişəm». Həmin günü Beynəlxalq bankin Binəqədi rayon filialinin qarşısında Kainatla görüşüb həmin banka girmişlər və soruşduqda bank işçiləri demişlər ki, «bəli kartınız var götürə bilərsiniz». O, həmin vaxtı orda kartı götürmüş onlar ona 2000 manat pul vermişlər. Kainatın xahişini nəzərə alıb onu 3000 manat etmişlər. Sonra kartı o, götürüb Kainata vermiş, onlar birlikdə bankdan çıxıb bankamata yaxınlaşmışlar. Bankomatdan Kainat həmin vaxtı onun yanında 1500 manat pul çıxartmış, sonra kartda olan 1500 manat pulları isə ticarət mərkəzlərində Online vasitəsi ilə alış veriş etmişdir. Həmin vaxtdan bu günə kimi o. Kainatdan pulu istəyəndə sonuncu qısa zamanda tam şəkildə ödəyəcəyini desədə ödəməmişdir. O, isə özü həmin pulu tam şəkildə ödəyib qurtarmışdır. Bundan başqa o, bildirmişdir ki, kredit götürdüyü pulu ödədikdən sonra əlavə olaraq 540 manat mən həmin pula görə banka faiz ödəmişdir. .Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 6000 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 1500 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliynin Baş əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin xx.xx.2014-cü ıl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 1000 manat cərimə olunmuş, xx.xx.2015-ci il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqda qaçıb gizləndiyi üçün ona həmin maddədə nəzərdə tutulan ittihamın elan olunması mümkün olmadığından 05 yanvar 2022-ci il tarixdə barəsində axtarış elan edilmişdir. 19 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü gəldiyi üçün həmin tarixdə işin icraatı təzələnmiş, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar