Məhkəmə qərarları › İş №1(012)-263/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-263/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-263/2022 15.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Əhmədov Kamran oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Salyan rayonu, Qarabağlı ərazi dairəsi, Qarabağlı kəndində yerləşən fərdi evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində məhkəmə istintaqında “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə telefonda tanış olduğu Zərərçəkmiş şəxs özünü yalandan X2 təqdim edərək onunla ailə quracağına inandıraraq ona avtomobil almasında köməklik göstərəcəyini vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən baxçada Zərərçəkmiş şəxs ilə görüşərək sonuncudan 1000 manat xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndi, Mircəlal küçəsində görüşərək 4800 manat və xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd bələdiyyəsinin yaxınlığında görüşərək 460 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib, Zərərçəkmiş şəxs ümumilikdə 6260 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2021ci ilin yaz aylarında o, Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin vaxtları o, Pakizə ilə telefonla danışmağa başlamışdır. Həmin şəxslə bir müddət münasibətdə olmuşdur. O, özünü Zərərçəkmiş şəxs Ramin adı ilə təqdim etmişdir. Bundan başqa mobil telefonunda olan proqram vasitəsi ilə öz şəxsiyyət vəsiqəsini montaj edərək öz şəklini və digər rekvizitlər yəni seriya nömrəsi və fin kod qalmaq şərti ilə şəxsiyyət vəsiqəsinin soyad, ad və ata adı olan hissəsini montaj edib X4 olaraq düzəldib Zərərçəkmiş şəxs həmin montaj etdiyi şəxsiyyət vəsiqəsinin şəklini atmışdır. Zərərçəkmiş şəxs onu Təqsirləndirilən şəxs kimi yox X4 olaraq tanımışdır. Bundan sonra bir müddət danışmışlar və bir gün Pakizə ona avtomobil almaq istədiyini bildirmişdir. O da Pakizəyə bildirmişdir ki, “onun avtomobil alışsatışı ilə məşğul olan tanışları var və Pakizəyə bu işdə kömək edə bilər”. Bundan sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Pakizə ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində ümumilikdə 6260 (altı min iki yüz altımı) manat pul vermişdir. O da həmin pul müqabilində Pakizəyə avtomobil almalı olmuşdur. O, Pakizəyə avtomobil almaq istəsə də yaxşı avtomobil tapa bilməmiş və həmin pulu da sonradan hissə-hissə öz ehtiyaclarına xərcləmişdir. O, Pakizəyə nə avtomobil ala bilmiş, nədə ki, aldığı pulu qaytar bilmişdir. O, Pakizəyə hissə-hissə olaraq pulu ödəmək istəmişdir. Bunun üçün xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs 400 manat pul göndərmişdir. Bundan sonra onun qalan pulu ödəmək imkanı olmamış, yəni ayağını laqonda kəsidyi üçün işləyə bilmədiyindən pulu geri qaytara bilməmişdir. O, törətdiyi əməli səmimi etiraf etmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Hazırda dəymiş ziyandan 200 manat ödəmiş, qalanını isə ödəmək imkanı yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Bildirmişdir ki, o, telefonda “Watsapp” sosial şəbəkəsində özünü X2 təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs ona şəxsiyyət vəsiqəsi şəkli atmışdır. Həmin şəxsiyyət vəsiqəsindən görünmüşdür ki, həmin şəxs X3r. Ramin ona ailə qurub boşandığını bildirmişdir. Raminlə o, bir müddət danışdıqdan sonra ona avbtomobil almaq istədiyini bildirmişdir. Ramin ona avtomobil alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu ona avtomobil almaqda kömək edə biləcəyini bildirmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Abşeron rayon Məmmədli kəndi ərazisində həmin şəxsə ona avtomobil alması üçün 6260 manat pul vermişdir. Bundan sonra həmin şəxs ona bir neçə avtomobil şəkli atıb bəyənib bəyənmədiyini soruşmuşdur. Bundan sonra həmin şəxsin ona atdığı avtomobil şəkillərindən birini bəyənmişdir. Ramin həmin avtomobili ona alacağını bildirmişdir. Bundan sonra özünü X4 adı ilə tanıdan şəxs telefonları söndürərək ona cavab verməmişdir. Həmin şəxs nə ona avtomobil almış nədə ki, avtomobil almaq üçün verdiyi 6260 manat pulu ona geri qaytarmışdır. Özünü Ramin adı ilə tanıdan şəxs telefonları söndürdükdə o, artıq bilmişdir ki, həmin şəxs onnu aldatmışdır. Bundan sonra o, həmin şəxs haqqında maraqlanmış və müəyyən etdmişdir ki, həmin şəxsin əsl adı X4 deyil Təqsirləndirilən şəxsdur. O, həmin şəxsin əsl kimliyini öyrəndikdən sonra həmin şəxsin istifadəsində olan mobil nömrəyə mesaj vasitəsi ilə əsl adını, soyadını və ata adını göndərdikdən sonra həmin şəxs ona pulu hissə-hissə ödəyəcəyini polisə bu barədə məlumat verməməsini bildirmiş və ona 400 manat pul göndərmişdir. Hazırda şikayətçidir, dəymiş ziyandan cəmi 200 manat təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Zərərçəkmiş şəxs onların evində olan zaman ona bildirmişdir ki, Ramil adlı şəxslə danışıb tanış olmuşdur. Həmin şəxs onunla ailə qurmağa söz vermişdir. Həmin söhbətdən bir müddət sonra o yenidən Zərərçəkmiş şəxs ilə danışan zaman ona bildirmişdir ki, Ramin adlı şəxsə maşın almaq üçün 6260 manat pul vermişdir.O, Pakizəyə həmin şəxsi yaxşı tanımadığını ona nahaq etibar etdiyini bildirmişdir. Bundan bir müddət sonra Ramil müxtəlif bəhanələr gətirərək Pakizənin pulunu verməməyə başladı.Həmin şəxsə dəfələrlə Pakizə onun yanında zəng vurmasına baxmayaraq həmin şəxs telefonları söndürərək edilən zənglərə cavab verməmişdir. Hətda bir dəfəsində Zərərçəkmiş şəxs onun telefonundan da Ramil zəng vurmuşdur. Ramil isə yenə telefonu açmamışdır. Bundan sonra təkrarən Ramil onu yığdıqda onunla danışmağa başlamışdır.Həmin şəxsə Pakizənin rəfiqəsi olduğunu bildirmişdir. Pakizənin tək qadın olduğunu azyaşlı övladı olduğunu nə üçün ona qarşı bu cür hərəkətlər etdiyini soruşmuşdur. Bundan sonra Ramin adlı şəxs həmin pulu Pakizənin azyaşlı övladları olduğu üçün hissə-hissə ödəyəcəyini bildirmişdir. Hətda bir dəfə Pakizəyə 400 manat da pul göndərmişdir. Bundan sonra bir daha Pakizəyə pul göndərməyəcəyini bildirmişdir.O, da Vatsap sosial şəbəkəsi vasitəsi ilə Ramilin şəklini paylaşaraq həmin şəxsi tanıyanlardan onun barəsində məlumat verməsini xahiş etmişdir. Bundan sonra onun vatsap proqramında olan tanışlarından biri ona həmin şəxsi tanıdığını həmin şəxsin kənddə qonşuları olduğunu adının Ramin yox Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar tam başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldatmışdır.Bunun üçün də şikayət etmək qərarına gəlmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ Mehdiabad polis bölməsinin xx.xx.2022-ci il tarixli 128-26113 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq, MSY-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə təqsirlili bilinərək barəsində 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin amnistiya elan edilməsi haqqında qəbul edilmiş xx.xx.2016-ci il tarixli Aktına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir.Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Ona görədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü Ceyran Xəlilova adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyandan 200 manat olmaqla qismən ödənilməsini, onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 240 manat məbləğdə pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 240 manat məbləğdə pul köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar