Məhkəmə qərarları › İş №1(012)-264/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-264/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-264/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Elbrus oğlunun iştirakları ilə 01,07.1994-cü il tarixdə Əli Bayramlı rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmişdir. Belə ki, o, X7 və X9 ilə bir qrup şəxs halında 13.01.2020-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi AAAF y/kompleksi, ev 2, 2 saylı mənzilin plastik pəncərəsini açma yolu ilə daxil olaraq 850 manata olan 1 ədəd “Sony" markalı televizoru, 32 dioqnal, dəyəri 300 manat olan bir ədəd “Sony" markalı televizoru, stolüstü “Apple” markalı, dəyəri 600 manat olan kompyuteri, iki ədəd hər birinin dəyəri 200 manat olan ”Apple” markalı komputerləri oğurlayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 oğluna 2150 manat ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 13.01.2020-ci il tarixdə tanışı Nurlan və Nicat ilə Abşeron rayonu Masazır qəsəbəsi, AAAF y/kompleksində 2 mərtəbəli evin işiqlarının yanmadığını və evdə heç kimin olmadığından əmin olduqdan sonra küçə qapısının sol hissəsindəki hasardan qalxaraq həyətə düşmüşlər. Nurlan evin sol hissəsində yerləşən balaca otağın üzərinə qalxaraq evin 2-ci mərtəbəsinin plastiq qapısını açmiş və evə daxil olmuşlar. Sonra Nurlan evin dəmir qapısını evdən tapdığı açar vasitəsi ilə açmış və Nicat ilə evə daxil olmuşlar. Evin 1-ci mərtəbəsində otaqdakı “Sony” markalı televizoru quraşdırılmış yerindən çıxararaq salafana bükmüş, evin 2-ci mərtəbəsinə qalxıb orada divara bərkidilmiş “Sony” markalı televizoruda yerindən sökərək evin birinci mərtəsindəki televizorun yanina qoyduqdan sonra 2-ci mərtəbədə olan stolun üzərindəki “Apple” markalı kamputeri və “Apple” markalı notebook komputerləri götürərək digər əşyaların yanına qoymuşlar. Sonra onlar həmin əşyaları Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Nurlan və Nicatın yaşadığı “Məzunlar evi” deyilən yerə aparmış və həmin əşyaları “Lalafo” internet saytı vasitəsi ilə tanimadığı şəxslərə ümumilikdə 600 manata satmış və hər biri 200 manat götürməklə pulu aralarında bölmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, ona məxsus ünvan 3 ünvanında fərdi yaşayış evində yaşamasada mütəmadi olaraq həmin ünvana baş çəkir. 13.01.2020-ci il tarixdə saat 17 radələrində həmin evə gəlib baş çəkən zaman evin 2-ci mərtəbəsinin pəncərəsinin, küçə qapısından həyətə daxil olduqda isə evin qapısının açıq olduğunu görmüşdür. Evə daxil olduqda birinci mərtəbədə yerləşən qonaq otağındakı dəyəri 850 manata olan bir ədəd “Sony” markalı televizoru, 2-ci mərtəbəki yataq otağında divara quraşdırılmış 32 diaqanal dəyəri 300 manat olan “Sony” markalı televizorun, oradakı stolüstü 600 manat dəyərində olan “Apple” markalı komputyer və iki ədəd hər birinin dəyəri 200 manat olan “Apple” markalı komputyerlərin, oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs X7 və X9 ilə bir qrup şəxs halında 13.01,2020-ci il tarixdə saat 01 radələrində onun evindən oğurluq etməsi nəticəsində ona ümumilikdə 2150 manat dəyərində maddi ziyan vurmuşdur. 19.01.2020-ci il tarixdə yenidən evinə gələrkən evin içərisində dəsmallar olan çantanın və evin mansarında olan işıqların oğurlandığını görüb hadisə barədə 20.01.2020.-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı ödəməsədə ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş məhkum X10 göstərdi ki, 13.01.2020-ci il tarixdə qardaşı Nurlan və tanışı Rövşən ilə Abşeron rayonu, Masazır qəsəbəsi, AAAF yaşayış massivində yerləşən iki mərtəbəli evin işiqları yanmadığından evdə yaşayış olmadığını müəyyən etmiş və küçə qapısının sol hissəsindəki hasardan qalxaraq həyətə daxil olmuş, sonra Nurlan evin sol hissəsində yerləşən balaca otağın üzərinə qalxaraq evin 2ci mərtəbəsinin plastik qapısını açmış və onlar evə daxil olmuşlar. Nurlan evin dəmir qapısını evdən tapdığı açar vasitəsi ilə açdıqdan sonra Rövşən ilə evə daxil olmuş, evin 1-ci mərtəbəsində yerləşən otaqda olan qara rəngli “Sony” markalı televizoru quraşdırılmış yerindən çıxararaq salafana bükmüş, evin 2-ci mərtəbəsindəki yataq otağındakı divara bərkidilmiş “Sony” markalı televizoruda yerindən sökərək evin birinci mərtəbəsindəki televizorun yanına qoymuş, 2-ci mərtəbədəki stolun üzərindəki “Apple” markalı kompyuteri və “Apple” markalı notebook kompyuterləri götürərək digər əşyaların yanına qoymuş, həmin əşyaları birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Nurlan və onun yaşadığı “Məzunlar evi” deyilən yerə gətirərərk həmin əşyaları “Lalafo” internet saytı vasitəsi ilə tanımadığı şəxslərə ümumilikdə 600 manata satmış, həmin pulu aralarında bölməklə hər biri 200 manat götürmüşlər və o, götürdüyü pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 19.01.2020-ci il tarixdə yenidən həmin ünvana getmiş, küçə qapısından həyətə, oradan isə evə daxil olmuş, evin içərisində dəsmallar olan çantanı və evin mansarında olan işığı oğurlayaraq evdən çıxarkən küçədə polis əməkdaşları onu saxlayıb Abşeron RPİ-nə gətirmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş məhkum X8 göstərdi ki, o, 13.01.2020ci il tarixdə, saat 01 radələrində qardaşı Nicat və tanışı Rövşən ilə birlikə Abşeron rayonu, Masazır qəsəbəsi, AAAF yaşayış massivində oğurluq etmək məqsədi ilə münasib ev axtardıqları vaxt orada gördükləri iki mərtəbəli evin işiqlarının yanmadığını görüb evdə yaşayış olmadığını bilmiş, bundan sonra küçə qapısının sol hissəsindəki hasardan qalxaraq həyətə daxil olmuşlar. Sonra evin sol hissəsində yerləşən balaca otağın üzərinə qalxaraq evin 2-ci mərtəbəsinin plastik qapısını açaraq evə daxil olmuş, evdən tapdığı açar ilə evin dəmir qapısını açmış və Rövşən Nicat ilə evə daxil olmuşlar. Evin 1-ci mərtəbəsində yerləşən otaqdan qara rəngli “Sony” markalı televizoru quraşdırılmış yerindən çıxararaq salafana bükmüş, 2-ci mərtəbədə yataq otağındakı divara bərkidilmiş “Sony” markalı televizoru yerindən sökərək evin birinci mərtəsindəki televizorun yanına qoymuşlar. 2-ci mərtəbədə stolun üzərindəki “Apple” markalı kompyuteri və “Apple” markalı notebook kompyuterləri götürərək digər əşyaların yanına qoymuşlar. Oğurladıqları həmin əşyaları Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Nicat ilə yaşadığı “Məzunlar evi” deyilən yerə aparmış və həmin əşyaları “Lalafo” internet saytı vasitəsi ilə tanımadığı şəxslərə ümumilikdə 600 manata satmış, həmin pulu aralarında bölməklə hər biri 200 manat götürmüşlər və o, götürdüyü pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarından görünür ki, 01 iyul 1994-cü ildə Əlibayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilməsi, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanması, cinayət işi üzrə icraatın dayandırılması, qərarın icrasının Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, Təqsirləndirilən şəxs tutulduqdan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi və bu barədə məhkəməyə məlumat verilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində icraatın ayrılması və dayandırılması, cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X8 və təqsirləndirilən şəxs X10 barəsində cinayət işi üzrə məhkəmə iclasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 07 may 2021-ci il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, X3 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, X6 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulması, cəzanın icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi, həmçinin X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Göyçay Rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3000 (üç min) manat cərimə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası ilə tam birləşdiilməsi və X8 oğluna qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza və 3000 (üç min) manat cərimə cəzasının təyin edilməsi, X4 Göyçay Rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, X2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 20.01.2020-ci il tarixdən hesablanması, X4 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanilması hökm edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 07 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdə Abşeron RPİ-nin ÇAŞ-nin əməkdaşları tərəfindən tutularaq 30.08.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnməsi, işə məhkəmə iclasında baxılmasının 24 sentyabr 2021-ci il tarixə, saat 14:15-ə təyin edilməsi, cinayət prosesinin iştirakçılarına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsi qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, məhkəmə iclasında dindirilmiş məhkumlar- X3 və X2 ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 25.01.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin 26.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 127.2.3,221.2.1,221.3 maddələri ilə təqsirli bilinərək 3 il 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, 02.02.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Onun məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməsədə ondan şikayətçi olmadığını bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20.01.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 22.01.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, 22.01.2020-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, qətimkan tədbirinin tələblərini pozduğu üçün barəsində axtarış elan edilmiş, o, 27.08.2021-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq həbs olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün və tutulduğu 02 (iki) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 05 (beş) ay 06 (altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Şirvan şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası Şirvan şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Elbrus oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 05 (beş) ay 06 (altı) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Şirvan şəhəri, ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Şirvan şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs ibtidai ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Elbrus oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar