Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-264/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsivəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, 26 aprel 1988-ci ildə Tər-Tər rayonu, Qaynaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Tər- Tər rayonu, Qaynaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka deyilən ərazidə kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə 05 may 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” y/k, İstiqlaliyət küçəsi ev 10, mənzil 18də yaşayan əvvəllər qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs evinə gələrək, aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisədən sonra həmin binanın həyətinə düşərək, binanın qarşısında olan və sonuncuya məxsus “Range Rover” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili mişar daşı iləvuraraq hər biri 600 manat olmaqla 1200 manat dəyərində sağ və sol güzgülərini sındırmış, 06 may 2021-ci il tarixdə saat 18 radələrində qeyd olunan ünvana təkrar gələrək həmin avtomobili yenidən mişar daşı ilə vuraraq hər biri 600 manat olmaqla 1200 manat dəyərində sağ və sol güzgülərini, 1000 manat dəyərində qabaq sağ farasını sındırmış, sonuncu dəfə 07 may 2021-ci il tarixdə saat 14 radələrində həmin ünvana gələrək, adı çəkilən avtomobili mişar daşı ilə vuraraq, 1000 manat dəyərində qabaq şüşəsini sındırmış, avtomobilin dam hissəsini, qabaq-arxa sağ və sol qapılarını mişar daşı ilə cızaraq 250 manat dəyərində təmir- bərpa işləri ilə birlikdə ümumi 1750 manat dəyərində ziyan vurmuş, Subaru Forester markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobili isə mişar daşı ilə vuraraq 750 manat dəyərində sağ güzgüsünü sındırmış və avtomobilin dam hissəsini mişar daşı ilə cızaraq ümumi 1500 manat dəyərində, ümumilikdə isə Zərərçəkmiş şəxs 8400,00 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” y/k, İstiqlaliyət küçəsi ev 10, mənzil 18də yaşayan Zərərçəkmiş şəxs evinə gələrək, aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisədən sonra həmin binanın həyətinə düşərək, həyətdə olan və sonuncuya məxsus “Range Rover” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili yerdən götürdüyü mişar daşı ilə 400 manat dəyərində arxa sol qapı şüşəsini, 450 manat dəyərində ön sol qapı şüşəsini, 1250 manat dəyərində ön şüşəni, 450 manat dəyərində ön sağ qapı şüşəsini, 2200 manat dəyərində arxa şüşəni, 350 manat dəyərində baqaj üstü orta stopu, hər biri 1000 manat dəyərində sol və sağ yan güzgü korpuslarını, hər biri 180 manat dəyərində sol və sağ yan güzgü qapaqlarını, hər biri 240 manat dəyərində sol və sağ yan güzgü şüşələrini, 3000 manat dəyərində sol faranı, 850 manat dəyərində üzlüyü vuraraq, 1950 manat dəyərində təmir bərpa işləri ilə birlikdə, ümumilikdə isə zərərçəkmiş şəxsə 13740,00 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, azyaşlı qızı X7 ilə birlikdə kirayədə yaşayır. Fərdi olaraq işləyib ailəsini dolandırır. Zərərçəkmiş şəxs 2011-ci ildən tanıyır, onunla qeyri- rəsmi formada birlikdə yaşamışdır. Erenlə bir qız övladı dünyaya gəlmişdir. Erenin onun barəsində verdiyi şikayət ərizəsi əsasında toplanmış cinayət işi ilə tanış olub bildirmişdir ki, Eren onunla birlikdə yaşadığı müddət ərzində X4 ilə təxminən 3-4 il bundan əvvəl ailə həyatı qurmuş, bundan sonra Erenlə münasibəti pisləşməyə başlamışdır. Belə ki, Sabri onunla qeyri rəsmi formada yaşadığı müddətdə Erenin həyat yoldaşı onunla yaşadığını bilməmişdir. Sabri onunla olan münasibətini Fədayəyə bildirmək istəməmiş, lakin arada-bir onun yanına gəlib baş çəkib getmişdir. 08 dekabr 2021-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsində profilə Erenlə birlikdə şəklini qoyduğuna görə Sabri onunla mübahisə etməyə başlamış, şəkli profildən silməyini istəmişdir. O isə təkidlə şəkli silməyəcəyini bildirmişdir. Ona görə də Sabri onu telefonda təhqir edərək, onun mobil nömrəsini bloka atmışdır. Ona görə də Sabriyə zəng vura bilməmişdir. Buna görə də həmin günü Erenin yaşadığı Masazır qəsəbəsindəki evinə getmişdir. Erenlə danışmaq istəmişdir. Lakin, Sabri onun evinin qabağında döyüb, sonra onu həyətə düşürmüşdür. Sonra maşınına mindirib onu evinə gətirmişdir. Eren ona əl çəkməyini bildirib, Bərdə rayonunda aldığı evini satıb, üzərinə 15.000 manat pul verməyi və ona Bakı şəhərində ev almaq istədiyini təklif etmişdir. O isə razılaşmış, buna görə də sakitləşmişdir. Həmin günü Sabri bir neçə saat onunla birlikdə vaxt keçirib çıxıb getmişdir. Bundan sonra 12 dekabr 2021-ci il tarixdə təxminən 12-13 radələrində yenidən Sabrinin yaşadığı Masazır qəsəbəsindəki evinə getmişdir. Erenlə danışmaq istədiyini bildirmiş, onunla birlikdə binanın həyətinə düşməsini xahiş etmişdir. Lakin, Sabri onunla danışmaq istəmədiyini bildirmiş, buna görə də yanında olan həyat yoldaşı Fədayə onu nalayiq ifadələrlə təhqir edib evin qapısını bağlamışdır. Buna görə də əsəbindən binanın həyətinə düşüb həyətdən mişar daşı taparaq, Sabriyə məxsus Range Rover markalı avtomobilin güzgülərini vurub sındırıb və maşınına ziyan vumuşdur. Maşına ziyan vurduqdan sonra evinə qayıdıb gəlmişdir. Sabri Türkiyə Respublikasından Azərbaycana gəlib yaşayan zaman birinci onunla tanış olmuşdur. Onunla birlikdə qeyri rəsmi formada yaşamışdılar. Lakin, onun Zərərçəkmiş şəxslə birlikdə birgə mülkiyyəti olmamışdır. Sabri özü fərdi sahibkarlıqla məşğul olur. Erenlə birlikdə topladıqları pul əsasında Bərdə rayonunda ona ev almışdır. Başqa heç bir mülkiyyəti olmamışdır. Range Rover markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili isə Eren özünə almışdır. Onun həmin avtomobildə pulu olmamışdır. Sabri ondan aralanıb başqa qadınla evləndikdən sonra bunu qəbul etmədiyinə görə Erenlə daim münaqişələri olmuşdur. Erenlə aralanmaq üçün 15000 manat pul istəməmiş, sadəcə uşağına baxmasını, onun yanında olmasını istəmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” y/k, İstiqlaliyət küçəsi, ev 10, mənzil 18-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. 13 ildir ki, Azərbaycan Respublikasında daimi yaşayır. Milliyyətcə türkdür, azərbaycan dilində tam başa düşür, lakin bəzi sözləri tam başa düşə bilmədiyinə görə tərcüməçiyə ehtiyacı olmuşdur. X2 təxminən 10 ildir ki, tanıyır, lakin Gülnarla qeyri rəsmi formada iki il birlikdə yaşamışdır. İki il müddətinə birlikdə yaşadıqları müddətdə onun bir qız övladı dünyaya gəlmişdir. Təxminən 6-7 ildir ki, uşağına görə Gülnara 200 manat miqdarında aliment pulu vermişdir. O, Gülnarla aralarında olan dava-dalaşa görə və onu bəhanələrlə narahat etdiyinə görə ayrılmışdır. Lakin, Gülnar ondan əl çəkmir, müxtəlif vaxtlarda onun yaşadığı evə gələrək onunla və ikinci həyat yoldaşı ilə dava dalaş etmişdir. Buna görə də dəfələrlə Abşeron RPİ-də onların araşdırma materialı olmuşdur. O, hətta Gülnara Bərdə rayonunda da ev almışdır ki, artıq ondan əl çəksin, onunla dava dalaş etməsin. Sonuncu dəfə 12 dekabr 201-ci il tarixdə təxminən 13 radələrində yenidən onun yaşadığı evə gəlmişdir. Qapını döyən zaman qapını açmış və Gülnar onunla söhbət etmək istədiyini bildirmişdir. O isə Gülnarla danışmaq istəmədiyini dedikdə Gülnar ona nalayiq ifadələr işlədərək, onu təhqir etməyə başlamışdır. Sonra həyat yoldaşını təhqir etməyə başlamışdır. O isə Gülnara cavab verməyərək evin qarşısından çıxıb getməsini tələb etmişdir. Gülnar evin qarşısından həyətə düşmüş, bir neçə dəqiqə keçmişdir ki, qonşuluqda yaşayan bir nəfər şəxs onun evinə gələrək, bir nəfər qadının onun maşınını daşla vurub, şüşələrini sındırdığını, maşına ziyan vurduğunu bildirmişdir. O, dərhal maşınının yanma düşmüşdür. Düşən vaxtı özünə məxsus Range Rover markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının şüşələrinin sındırıldığını, arxa və qapaq şüşələrin sındırıldığını, maşının içərisində mişar daşını görmüşdür. Gülnar onun maşınına xeyli miqdarda ziyan vurub hadisə yerindən uzaqlaşmışdır. O, maşınına ziyan ümumilikdə "xxxx" MMC-nin verdiyi arayışa əsasən, 17.666 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. O, Türkiyə Respublikasından Azərbaycana gəlib yaşayan zaman birinci həmin qadınla tanış olmuş, Gülnar ilə bir neçə müddət münasibəti yarandıqdan sonra iki il qeyri rəsmi yaşamışdılar. Lakin, onun Gülnarla birlikdə birgə mülkiyyəti olmamışdır. O, özü fərdi sahibkarlıqla məşğul olur, Gülnar ilə birlikdə hər hansı mülk əldə etməmişdilər. O, özünə məxsus Range Rover markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili isə Gülnar ilə aralandıqdan sonra almışdır. Lakin, Gülnar hər dəfə onunla münaqişə yaradaraq onunla barışmaq istədiyini bildirmiş, yada 15000 manat pul verməyiniondan tələb etmişdir. Gülnar onunla bir neçə dəfə münaqişə yaradan zaman o, Gülnara Bərdə rayonunda ev almışdır ki, ondan uzaq olsun. Gülnar ev aldıqdan sonra ondan bir müddət uzaqlaşmış, yenidən isə ondan 15000 manat pul tələb etmişdir. O isə Gülnara pul vermədiyinə görə maşınını yararsız vəziyyətə gətirmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən yaşadığı binanın qarşısına gəlib, ona məxsus 2011-ci il buraxlışlı X12 markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hər biri 500 manat dəyərində olan sağ və sol güzgülərini qəsdən sındırıb, ona həmin gün ümumilikdə 1000 manat maddi ziyan vurub, onu evdə təhqir etmişdir. O, səhəri tezdən gedib 1000 manata güzgüləri alıb maşınına bərpa etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yenidən 06 may 2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən yaşadığı binanın qarşısına gəlib, ona məxsus 2011-ci il buraxlışlı X12 markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yenidən hər biri 500 manat dəyərində olan sağ və sol güzgülərini, 1200 manat dəyərində qabaq sağ faranı, qəsdən yenidən sındırıb, ona həmin gün ümumilikdə 2200 manat maddi ziyan vurub, onu evdə təhqir edib çıxıb getmişdir. Bundan sonra, Gülnar yenidən 07 may 2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən yaşadığı evə gəlib, ondan pul istədikdə Gülnara pul vermədiyi üçün onu yenidən təhqir edib, binanın qarşısında olan, qəsdən ona məxsus 2011-ci il buraxlışlı X12 markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 950 manat dəyərində qabaq ön şüşəsini daşla vurub sındırmış, avtomobilin dam hissəsinə, qabaq və arxa sağ-sol qapılarına daşla vurub, cızıb 1500 manat olmaqla həmin gün X12 markalı avtomobilimə ümumilikdə 2450 manat maddi ziyan vurmuşdur. Eyni zamanda Gülnar həyətdə saxladığı digər avtomobilinə yəni, Subaru Forester markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 750 manat dəyərində sağ güzgüsünü qəsdən sımdırıb və həmin avtomobilinin dam hissədən başqa bütün detallarını cızaraq 1500 manat, ümumilikdə 2250 manat maddi ziyan vurub çıxıb getmişdir. Bununla da Gülnar üç gün ərzində qəsdən onun hər iki avtomobilinə ümumilikdə 7900 manat maddi ziyan vurmuşdur. Buna görədə əsəbləşib bunula bağlı hər dəfə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Onun maşınına ziyan vurmaqla ona ümumilikdə “X10” MMC tərəfindən 15 may 2021-ci il tarixli verilmiş arayışa əsasən, ona məxsus Subaru Forester markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2250 manat məbləğində maddi ziyan dəymiş, həmçinin ‘X10” MMC tərəfindən verilmiş 15 may 2021-ci il tarixli arayışa əsasən, ona məxsus Range Rover markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 5650 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu. Zığ şossesində qeydiyyatda olmaqla Abşeron rayonu. Masazır qəsəbəsi, “Qurtuluş 93”y/k. İstiqlaliyət küçəsi, bina 8a, mənzil 24-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq işləyir. Qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs tanıyır, onunla qonuşu kimi münasibəti yaxşı olmuşdur. Həmçinin, Sabrinin qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs da tanıyır, lakin Gülnarla hər hansı münasibəti olmasa da Sabri ilə yaşadığını bilmişdir. Belə ki, Gülnar müxtəlif vaxtlarda Sabri ilə münaqişlər yaradır, Zərərçəkmiş şəxs evinin qarşısına gələrək, səs-küy salaraq bir neçə dəfə Sabrinin avtomobillərinə ziyan vurmuşdur. Sonuncu dəfə isə 12 dekabr 2021-ci il tarixdə günorta radələrində yaşadığı evdə olan zaman evin həyətindən qadın səsinin gəldiyini eşitmişdir. Onu da bildirmişdir ki, yaşayış binasının 6-cı mərtəbəsində yaşayır, ona görə də evin pəncərəsindən binanın həyətinə baxan zaman Sabrinin yaşadığı Gülnar adlı qadını görmüşdür. Həmin qadının Sabrinin avtomobilini mişar daşı ilə vurub pəncərə və şüşələrini sındırmasının şahidi olmuş, buna görə də öz mobil telefonu ilə Gülnarın etdiyi hərəkətləri video lentə almışdır. Gülnar bir neçə dəqiqə öz hərəkətlərini davam etdirmiş, binadan həyətə baxan bir neçə qonşu ona sakit olmasını bildirsə də Gülnar öz hərəkətinə davam etmiş, qonşulara qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra Gülnar hadisə yerindən uzaqlaşıb çıxıb getmişdir. O, telefonu vasitəsi ilə çəkdiyi video görüntünü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır O/D, Masazır kəndi, Ə.Vahid küçəsi, döngə 8, Dalan-1 ev 5-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin, fərdi olaraq sahibkarlıqla məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti normal olmuşdur. Belə ki, sahibkar kimi avtomobil alqı-satqısı ilə məşğul olur. Land Rover X12 markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 aprel 2019-cu il tarixdə satmaq məqsədi ilə almışdır. Həmin avtomobili isə 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs 56.000 manata satmış, Hazırda həmin avtomobil onun mülkiyyətində olsa da lakin, həmin avtomobili Zərərçəkmiş şəxs satdığı üçün həmin maşınla bağlı hər hansı iddia və tələbi olmamışdır. Subaru Forester markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 noyabr 2020-ci il tarixdə satmaq məqsədi ilə almışdır. Həmin avtomobili isə 30 noyabr 2020-ci ilin Zərərçəkmiş şəxs 13.000 manata satmışdır. Hazırda həmin avtomobil onun mülkiyyətində olsa da lakin, həmin avtomobili Zərərçəkmiş şəxs satdığı üçün həmin maşınla bağlı hər hansı iddia və tələbi olmamışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” y/k, İstiqlaliyət küçəsi, ev 10, mənzil 18-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Xətai rayonu, 58 Nömrəli tam orta məktəbdə müəllimə işləyir. Zərərçəkmiş şəxs Memduh oğlu onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxslə 3 ildir ki, ailə həyatı qurmuş və onunla rəsmi nikahımı vardır. Həmin nikahdan da 1 övladı vardır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Lakin, Zərərçəkmiş şəxslə ailə həyatı qurduqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxslə iki ilə yaxın qeyri rəsmi nikahda olmuşlar və 1 qız övladları dünyaya gəlmişdir. Lakin, münasibətləri normal olmadığına görə ayrılmış, bir neçə ildən sonra isə onunla rəsmi nikaha daxil olmuşdur. Lakin, buna baxmayaraq Təqsirləndirilən şəxs mütamadi olaraq yaşadıqları ünvana gəlib yersiz mübahisələr edir, səs-küy yaradır, yaşadıqları binada qonşuların yanında onların ailəsini ləkələyib nüfuzdan salmağa çalışmışdır. Dəfələrlə də Zərərçəkmiş şəxs iş yerinə getmiş və onunla mübahisə yaratmış, Ereni nüfuzdan salmağa çalışmışdır. Bununla da 12 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən yaşadıqları ünvana gələrək Zərərçəkmiş şəxs küçəyə düşməsini tələb etmişdir. Lakin, həyat yoldaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ucadan söyüş söyməsinə heç bir səbəb olmadan dava-dalaş saldığına görə aşağı düşməmişdir. Bundan sonra Gülnar binanın həyətinə düşərək, Zərərçəkmiş şəxs məxsus Range Rover markalı avtomobilinin şüşələrini daşla sındırmışdır. Bundan sonra avtomobil yararsız vəziyyətə düşmüşdür. Onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs külli miqdarda pul tələb etmişdir. Hər dəfəsində isə Eren Gülnara pul vermədiyinə görə Gülnar Erenin avtomobillərini yararsız vəziyyətə salmışdır. Bu hadisədən əvvəl də Gülnar may ayının əvvəllərində Zərərçəkmiş şəxs həm Range Rover həm də Subaru forester markalı avtomobillərini də daşla vurub sındırmış və yarasız vəziyyətə gətirmişdir. Gülnarın hər dəfəsində onun mobil telefonuna zəg vuraraq, onu nalayiq sözlər demiş, ərindən boşanmağı ondan tələb etmişdir. O isə Gülnarla razı olmamışdır. Gülnar hər dəfəsində bu hərəkətləri edərək, Erenlə boşanmağını istəmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının 31 yanvar 2022-ci il tarixli 9/217 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2011-ci il buraxılışlı “X12” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablamaqla 13740,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 11790,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1950,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 11541,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 9591,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1950,00 manat. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 28 fevral 2022-ci il tarixli 9/674 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “X10” MMC tərəfindən tərtib edilmiş 15 may 2021-ci il tarixli ziyan aktına əsasən, 201 lci il buraxılışlı Range Rover markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3450,00 manta müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3200,0 Təmir-bərpa işlərinin qiyməti - 250,0 manat. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsinin görüntüsü olan 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 186.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə cinayətin törətməsini, ictimai təhlükəlilik dərəcəsi, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov