Məhkəmə qərarları › İş №1(012)-264/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-264/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-264/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:45 radələrində idarə etdiyi «Toyota Prius» markalı, ** EU *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Xırdalan şəhərinin içərisinə doğru hərəkətdə olarkən həmin prospektin sağ kənarında yerləşən «Nazlı petrol» YDM-i ilə üzbəüz ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, yolun sağ kənarında hərəkətsiz saxlanılmış Abşeron rayonu, Yaşıllaşma və Abadlıq İdarəsinin balansında olan, sürücü X6 təhkim edilmiş «Ford» markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə yolun kənarında qoyulmuş zibil qutularından zibili yükləməklə məşğul olan X7 vurub sonuncu avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X1 ayağın iç və bayır topuqlarının yerdəyişmiş qəlpəli, qapalı sınıqları və çıxığı, həmin ayağın iç topuğunun qançır və şişkinliyi və sıyrığı, bayır topuğunun və pəncə nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə saat 01:45 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonundan Xırdalan şəhəri istiqamətində hərəkət etmiş, o, taksi fəaliyyəti ilə məşğul olduğu zaman müştərinin sifarişi ilə Xırdalan şəhəri istiqamətində hərəkət etmişdir. O, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Nazlı» petrol X11 yaxınlığından keçən zaman idarəetməni itirərək və hava şəraitinin qaranlıq olduğuna görə yolun sağ kənarında dapyanmış və məişət zibil tullantılarını yığan yük avtomobilinin arxa hissəsində dayanmış bir nəfər şəxsi vurmuş, sonradan avtomobilin arxa hissəsinə çırpılmış və toqquşma hadisəsi baş vermişdir. Həmin vaxtı zibil yığan avtomobilin işçisi, yəni avtomobilə məişət tullantılarını yerləşdirən şəxs, sonradan adını bildiyi Həmzəxan Bünyatov avtomobilin arxa hissəsində işləyirmiş, həmin şəxs onu avtomobili ilə vurmağı nəticəsində xəsarət almışdır. O, avtomobildən düşərək Həmzəxan adlı şəxsə yaxınlaşmış və onun sağ qolundan xəsarət aldığını görmüş, bundan sonra X15a məlumat verilmiş və xəsarət alan Həmzəxan adlı şəxsi yardım olunması üçün xəstəxanaya yola salmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onların iştirakı ilə hadisə yeri müayinə edilmişdir. Göstərmişdir ki, yük avtomobilini qarşısında gördükdə aralarında təxminən 4 metr məsafə olmuş, belə ki, həmin vaxtı hava qaranlıq olmuş və ətraf da dayanlıq olduğundan həmin avtomobili əvvəlcədən görə bilməmişdir. Avtomobili görən anda hadisənin qarşısını almaq üçün əyləci bassa da, aralarında qalmış məsafə artıq 2 metr olduğundan hadisənin qarşısını ala bilməmiş və avtomobili həmin yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə yerində avtomobilini təxminən 50 km/saat sürətlə hərəkət etdirmiş, həmin vaxtı avtomobilində yük və yaxud sərnişin olmamış, belə ki, sifarişi götürmək üçün hərəkətdə olmuşdur. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin Yaşıllaşma Abadlıq İdarəsində fəhlə işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 01.45 radələrində Abşeron rayonu Yaşıllaşma və Abadlıq İdarəsinə məxsus olan Ford markalı **-FS-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən Nazlı Petrolun yaxınlığında olan zibil qutularının yanında dayanıb avtomobilə zibil yükləməklə məşğul olmuşdur. Həmin vaxtı avtomobili X10 idarə etmiş, avtomobili zibil qutularının yanında saxladıqdan sonra zibilləri yük avtomobilinin yük yerinə yığmaqla məşğul olmuşdur. Bu zaman Bakı şəhəri istiqamətindən gələn sonradan adının Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin idarə etdiyi “Toyota Piryus” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Xırdalan şəhəri istiqamətində yüksək sürətlə gəldiyi üçün onu yolun sağ kənarında vurmuş, sonra avtomobil zibil yığan avtomobilin arxasına dəyərək dayanmışdır. Toyota Prius markalı avtomobilin sürücü X15 xəstəxanasına zəng vurduqdan sonra X15 əməkdaşları gəlib onu Abşeron rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada həkimlər ona ilk tibbi yardım göstərilmiş, onun müalicə xərcləri Rəşad tərəfindən ödəmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur, onunla barışmış və dəymiş ziyan tamamilə ödənilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid X4 elan olunmuş ifadəsindən görünür ki, 08 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 223 nömrəli marşrutun sonuncu dayanacağında Xırdalan şəhəri istiqamətində işlədiyi məişət tullantıları toplayan Ford markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomaşının içərisində oturmuşmuş, həmin vaxtı avtomaşın arxa hissəsində işləyən, yəni bir nəfər abadlıq idarəsinin işçisi Həmzəxan adlı şəxs avtomaşının yük hissəsinə məişət tullantıları olan dəmir qabları yükləməklə məşğul olmuşdur. Həmin vaxtı Xırdalan dairəsi istiqamətində hərəkət edən Toyota Prius markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetməni itirərək onun içərisində oturub gözlədiyi yük avtomobilinə çırpılmış və toqquşma hadisəsi baş vermişdir. Bundan başqa avtomobilin arxa hissəsində işləyən Həmzəxanıda avtomobil vuraraq xəsarət yetirmiş, o həmin vaxtı avtomobilin içərisində oturmuş, dəqiq olaraq hadisənin hansı şəraitdə baş verməsini görə bilməmiş, hadisə zamanı avtomobilin içərisində olsa da, heç bir xəsarət almamışdır. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla fakriki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Toyota Prius markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili sürmək üçün Təqsirləndirilən şəxs Anatoli oğluna etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə Rəşad ona məxsus olan avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, onun avtomobilinə hadisə vaxtı maddi ziyan dəysə də, bununla əlaqədar heç şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 52Ə saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ ayağın iç və bayır topuqlarının yerdəyişmiş qəlpəli, qapalı sınıqları və çıxığı, həmin ayağın iç topuğunun qançır və şişkinliyi və sıyrığı, bayır topuğunun və pəncə nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 09 dekabr 2022-ci il tarixli 8/3124 saylı rəyindən görünür ki: 1-2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3-4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına «BC» kateqoriyalı AC 573153 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2029-cu il tarixə kimi etibarlıdır. İş üzrə maddi sübut kimi tanınmış Toyota Prius markalı, ** EU *** dövlət qeydiyyat nişanlı və Ford markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut İş üzrə maddi sübut “Toyota Prius minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı və Ford markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut “Toyota Prius” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı və Ford markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqında 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar