Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-265/2020 17.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1949-cu ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır yolunun şimalında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Hyundai İX 35” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətinə yəni, “Nur Mobilya”-nın qarşısı ilə 35-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-ci maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsinin sürücüsü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümükün olan tədbirləri görməli olduğu halda bunları etməmiş, nəticədə avtomobilin qabaq sağ hissəsi ilə onunla eyni istiqamətdə qarşıda, yolun sağ kənarında ehtiyyat hissədə dayanmış üç təkərli yük motorollerin (murovey) arxa sol hissəsi ilə toqquşmuş, ehtiyatsızlıqdan üç təkərli yük motorollerin sürücüsü Zərərçəkmiş şəxs onurğa sütununun bel şöbəsinin 3-cü fəqərəsinin sol yan çıxıntısının və 4-cü fəqərəsinin sağ yan çıxıntısının qapalı sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində, Abşeron rayonu, Masazır qəsəbəsi, H.Cavid küçəsində yaşadığı evdən çıxıb, vərəsəsi olduğu (mərhum) qızı Tünzalə Məmmədovanın adına olan “Hyundai İX 35” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Vahid küçəsi ilə saatda 35-40 km sürətlə Masazır dairəsi istiqamətinə hərəkətdə olan zaman “Nur Mobilyanın” qarşısında hərəkətdə olduğu yolun sağ kənarında qabaq hissəsi səkiyə qalxmış vəziyyətdə olan 3 təkərli yük motosikılı 4-5 metr məsafədə görmüşdür. Həmin üç təkərli yük motosikılına çatmağa 1 metr qalmış, əks zolağa çıxmamaq üçün idarə etdiyi avtomboilinin qabaq sağ hissəsi ilə üç təkərli yük motosikılının arxa sol hissəsi ilə toqqquşmuşdur. Toqquşma zamanı özü heç bir xəsarət almasada həmin motosikılın sürücüsü Zərərçəkmiş şəxs xəsarət aldığını görmüşdür. Həmin vaxt özü təcili tibbi yardım çağırmışdır. Zərərçəkmiş şəxsə lazımi maddi köməklik etmiş, zərərçəkmiş şəxslə barışmışdır. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kəsilmiş xırdabuynuzlu heyvanların, baş-ayaq hissəsini təmizləyib, satmaqla məşğul olur. İki aydan coxdur ki, işi ilə bağlı üç təkərli yük motosikli (murovey) idarə edir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətinə idarə etdiyi üç təkərli yük motosikli ilə hərəkətdə olan zaman mühərrik söndüyü üçün “Nur Mobilya” mağazasının qarşısına çatdıqda mühərriki yoxlamaq üçün idarə etdiyi həmin motosikli (muroveyi) yolun sağ səkisinə verib, çəpəki formada saxlamışdır. Həmin vaxt motosiklin sol arxa yan hissəsi biraz yol tərəfdə 0.5-0.6 metr çıxıntılı vəziyyətdə qalmışdır. Motosiklinin mühərrikinin yanacaq şamını dəyişib, işə salmaq istəyən zaman mühərrik işə düşməmişdir. Həmin vaxt Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətinə hərəkətdə olan Hyundai İX-35 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ yan hissəsi yolun sağ kənarında səkidə saxladığı onun motosiklinin arxa sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı zərbənin təsirindən motosikılın sükanında əyləşdiyi üçün müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Sonra Hyundai İX-35 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü sonradan adını bildiyi, Təqsirləndirilən şəxs ona yaxınlaşıb, təcili tibbi çağırmışdır. Motosikılin yük hissəsində 300-400 kiloqram xırda buynuzlu heyvanın dərisi, qarın hissəsi, baş və ayaq-hissələri olmuşdur. Keçən müddət ərzində onun müalicəsi üçün Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi yardım göstərmişdir. Buna görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 01 TS №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – onurğa sütununun bel şöbəsinin 3-cü fəqərəsinin sol yan çıxıntısının və 4-cü fəqərəsinin sağ yan çıxıntısının qapalı sınıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 4167 saylı rəyindən görünür ki, Hyundai İX-35 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Murovey markalı, motorollerin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin, hadisə zamanı Murovey markalı motoroller dayanmış vəziyyətdə olduğundan sürücü Zərərçəkmiş şəxs hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal təhqiqat orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. xx.xx.2020-ci il tarixli, 2/1212 saylı X4 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. AF 701069 nömrəli sürücülük vəsiqəsindən görünür ki Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və xx.xx.2021-ci ilədək etibarlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəlik bürosunun müdafiəçisi X1 6 saat göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi 6 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 36 (otuz altı) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-265/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-265/2020
17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver