Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-265/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X4 iştirakı ilə 10.03.1978-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Gürcüstan Respublikası Qardabanı rayonunda qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yaşamış, Abşeron Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 05.10.2020-ci il tarixdən hesablanmaqa barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədlə 24 aprel 2017-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən 59 saylı fərdi evinin zirzəmisinin qapısını açaraq qanunsuz yaşayış sahəsinə daxil olmaqla evin birinci mərtəbəsində yerləşən otaqdan 1 ədəd 1800 manat dəyərində “LG” markalı televizoru, 1 ədəd 900 manat dəyərində “LG” markalı televozoru, evin ikinci mərtəbəsində yerləşən otaqdan 1 ədəd 3200 manat dəyərində “LG” markalı televizoru, 1 ədəd 1400 manat dəyərində “LG” markalı televizoru, 1 ədəd 1800 manat dəyərində televizoru, 1 ədəd 1300 manat dəyərində “Toshıba” markalı notebook kompyuterini, 1 ədəd 500 manat dəyərində “HP” markalı notebook kompyuterini, 1 ədəd 110 manat dəyərində “HP” markalı printeri, 1 ədəd 350 manat dəyərində printeri, 1 ədəd 150 manat dəyərində olan “Nokia 6300” markalı mobil telefon aparatını, evin zirzəmisindən 1 ədəd 1400 manat dəyərində “İmei Qaz” markalı istilik sistemini və evin yataq otağında saxladığı 4600 manat pulu oğurlayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 17510 manat məbləğində xeyli miqdarda ziyan ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 06.07.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Saray qəsəbəsi, M.İbrahimov küçəsi ev 5-də yerələşən fərdi yaşayış evinin hasara alınmış həyətinə, sonra isə həmin həyətdə yerləşən ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş hinin qapısını açıb, qanunsuz saxlanc yerinə daxil olaraq, oradan hər birinin dəyəri 25 manat olan 22 ədəd qazları oğurlayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikası Qardabani rayonunda qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsində yeni məhəllədə yaşamışdır. Onun hər iki oğurluq hadisəsindən xəbəri yoxdur. İstintaqda ifadəni təqzyiq altında vermişdir. Ona görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaqda verdiyi və elan olunmuşifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə məhkum olunmuşdur. Həbsdən buraxıldıqdan sonra heç bir yerdə işləmədiyi üçün oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 24.04.2017-ci ilin təxminən saat 23 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsində qonşuluqda yerləşən 3 mərtəbəli evin qarşısına gəlmiş və həmin evin işıqlarının yanmadığını görüb, ev sahibinin oraya hərdənbir gəlib baş çəkdiyini və evdə heç kimin olmadığını hiss edib, oğurluq etmək niyyəti ilə həmin evin arxasındakı hasardan aşaraq həyətə daxil olmuş və bundan sonra o, evin arxa qapısına tərəf gələrək, evdə heç kimin olmadığına əmin olub, qapının sağ tərəfində olan pəncərəni sıxaraq açmış və oradan içəriyə daxil olub, 1-ci mətəbədən 2 ədəd, 2-ci mərtəbədən 1 ədəd televizoru, o cümlədən 1 ədəd HP markalı printeri, 1 ədəd notebook kompyuteri, zirzəmidən 1 ədəd “İmei Qaz” markalı kombi aparatını götürüb evin həyətinə yığmışdır. Bundan sonra həyət darvazasını açaraq həmin əşyaları yaxınlıqda olan boş sahəyə yığmaq qərarına gəlmiş və həmin vaxtı orada boş olan yerdən götürdüyü əl arabası ilə yenidən həmin evə qayıdaraq həyətə yığdığı 3 ədəd televizoru, 1 ədəd kombi aparatını, 1 ədəd notebook kompyuteri, 1 ədəd printeri yaxınlıqda olan boş yerə apararaq oraya yığmışdır. Televizorları həmin gecə, yəni saat təxminən 05 radələrində taksi avtomobili ilə Bakı şəhərində yerləşən Sabunçu bazarına apararaq orada tanımadığı şəxsə 400 manata satmış və yenidən Abşeron rayonu, Saray qəsəbəsinə qayıdıb, boş sahəyə qoyduğu 1 ədəd kombi istilik aparatını, kompyuteri və printeri isə arabaya yığaraq yaşadığı evin həyətinə aparıb, orada gizlətmişdir. Oğurluqdan əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı 1 ədəd notebook kompyuterini, 1 ədəd printeri və 1 ədəd kombi istilik aparatını isə 2-3 gün sonra Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki əşya bazarına apararaq orada tanımadığı şəxsə 600 manata sataraq pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan xeyli müddət sonra pula ehtiyacı olduğundan onunla eyni məhəllədə yaşayan Zərərçəkmiş şəxs2 həyətində saxladığı qazları oğurlayıb, satmaq qərarına gəlmişdir. Belə ki, yaşadığı məhəllədə gəzərkən Bəhlulun özünə məxsus ev qazlarını məhllədə otardığını görüb, ona pul lazım olduğu üçün 06.07.2020-ci il tarixə keçən gecə saat 02 radələrində yaşadığı evdən çıxıb, Zərərçəkmiş şəxs2 yaşadığı evin arxa tərəfindən gedərək, taxta qapıdan həyətə daxıl olmuş, həyətdə olan ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş hinin qarşısında olan dəmir torun qapısını açıb, orada olan ev qazlarını çıxarıb qovaraq gəldiyi yerlə öz yaşadığı həyətə aparmışdır. Həmin günü saat 06 radələrində həmin qəsəbədə yaşayan Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona öz istifadəsində olan ***-***-**-** nömrəli telefonla zəng etmiş və 22 ədəd ev qazı olduğunu, həmin qazları Qusardan gətirdiklərini və satmaq istədiyni bildirmişdir. Xanlar da saat 09 radələrində gələ biləcəyini bildirmişdir. O da sonuncuya gələnə kimi alıcı olarsa qazları satacağını dedikdə Xanlar tez gələcəyini və qazları alacağını bildirib, 06.07.2020-ci il tarixdə saat 08 radələrində onun yaşadığı həyətə gəlmiş və 22 ədəd ev qazlarını 252 manata almaq barədə razılaşdıqdan sonra, o, 22 ədəd ev qazlarını verib, Xanlardan 250 manat nəğd pul almış, 2 manat isə Xanlar ona borclu qalmışdır. Bundan sonra Xanlar həmin ev qazlarını qovaraq aparmışdır. Həmin oğurluqdan əldə etdiyi həmin 250 manat pulu oğlunun dərmanları üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14 nömrəli bağ evində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, 24 aprel 2017-ci il tarixdə saat təxminən 10 radələrində o, yaşadığım evdən çıxaraq Bakı şəhərinə getmişdir. Həmin günü işim olduğu üçün işə gələ bilməmiş, lakin həmin günün səhəri təxminən saat 19 radələrində evə gəldikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər evinə zirzəminin qapısını açmaq yolu ilə daxil olaraq oradan 1 ədəd “LG” markalı 1800 manat dəyərində televizoru, 1 ədəd 900 manat dəyərində “LG” markalı televozoru, 1 ədəd 3200 manat dəyərində “LG” markalı televizoru, 1 ədəd 1400 manat dəyərində “LG” markalı televizoru, 1 ədəd 1800 manat dəyərində televizoru, 1 ədəd 1400 manat dəyərində “İmei Qaz” markalı istilik sistemini, 1 ədəd 1300 manat dəyərində “Toshıba” markalı notebuk kompyuterini, 1 ədəd 500 manat dəyərində “HP” markalı notebuk kompyuterini, 1 ədəd “HP” markalı 110 manat dəyərində printeri, 1 ədəd 350 manat dəyərində printeri və yataq otağından 4600 manatpulu oğurlamışdır. Ümumilikdə ona 17360 manat dəyərində maddi ziyan dəymişdir. Bildirmişdir ki, polis əməkdaşları evinə baxdıqdan sonra o, yenidən evə baxmış və müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər ona məxsus olan 1 ədəd qiyməti 150 manat olan Nokia 6300 markalı mobil telefon nömrəsini oğurlamışlar. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat verdim.Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə ekspertin iştirakı ilə baxış keçirmişlər. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, lakin hesab edir ki, hazırki işlə bağlı Şakir tək olmamışdır, həmin şəxslərin də tapılıb məsuliyyətə cəlb olunmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləriylə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. Yaşadığı evin həyətində özü üçün ev quşları toyuq və qaz saxlayır. Hər gün həmin saxladığı qazları yaşadığı evin yaxınlığında olan boş torpaq sahəsində otarır, axşamlar isə həmin qazları həyətində olan toyuq və qazlar saxlanılması üçün nəzərdə tutulmuş damın qarşısındakı setkanin içərisinə salıb qapısın da bağlayır. 05.07.2020-ci il də saat 18 radələrində qazları yenə öz yerlərinə salıb qapını da bağlamışdır. 06.07.2020-ci il tarixdə səhər saat 07 radələrində yuxudan oyanıb qazlara yem vermək üçün həyətə düşmüş və görmüşdür ki, 22 ədəd saxladığı qazlar heç biri yerində yoxdur, onları saxladığı damın qarşısındakı setkanın qapısı açıqdır. Dərhal oğurluq olması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdim. Hadisə yerinə gələn polis əməkdaşlarına ərizə və izahat verdikdən sonra, polis əməkdaşları hadisə yerinə baxış keçirib bu barədə protokol tərtib etmişlər. Həmin hadisədən sonra hər gün yaşadığı məhəlləyə çıxıb piyada oğurlanmış qazlarımı axtarırmış. Belə ki, həmin qazlarının içərisində balacaları da olmuşdur ki, həmin qazların hələ yeyilən vaxtı deyilmiş. 09.07.2020-ci il tarixdə piyada məhəllədə gəzərkən suyun kənarında çoxlu sayda qazların otladığını görmüş, həmin qazlara yaxınlaşanda öz oğurlanmış qazlarını tanımışdır. Həmin qazları otaran şəxsə bildirmişdir ki, qazlarını oğurlayıblar həmin qazlar həmin şəxsin qazlarının içərisindədir. Həmin şəxs də sonradan tanıdığı Xanlar adlı şəxs ondan soruşmuşdur ki, sənin neçə ədəd ev qazını oğurlayıblar. O, da 22 ədəd ev qazlarını 06.07.2020-ci il tarixdə oğurlandığını bildirmişdi. Xanlar da həmin qazları 06.07.2020-ci il tarixdə səhər saat 08 radələrində yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs 252 manata aldığını bildirmişdir. O, öz qazlarını ayırmış, lakin Xanlar bildirmişdir ki, polis gəlməsə qazları verə bilməz. Bundan sonra o, polis əməkdaşlarına zəng etmişdir. Xanlar isə ona demişdir ki, Şakir ona 22 ədəd ev qazının əvəzinə 21 ədəd ev qazı verib və ümumilikdə 252 manata razılaşıblar, Xanlar ona 250 manat verib, 2 manat da borclu qalıbdır. Polis əməkdaşları hadisə yerinə gəlib protokol tərtib etdikdən sonra, onun 21 ədəd ev qazları özünə qaytarılmışdır. Onun ev qazlarını oğurlamış, Təqsirləndirilən şəxs həmin məhəllədə yaşasa da, onu tanımır, heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin Xanları da həmin gün tanımışdır. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı ərazidə özü üçün ev quşları qaz və ördək saxlayır. Təqsirləndirilən şəxs tanıyır. Onunla bir məhəllədə yaşayır. 06.07.2020-ci il tarixdə səhər saat 06 radələrində Şakir istifadəsində olan ***-***-**-** və yaxud da ***-***-**-** mobil nömrəsindən, onun istifadəsində olan ***-***-**-** və yaxud ***-***-**-** mobil nömrəyə zəng edərək bildirmişdir ki, onda 22 ədəd satdığ ev qazları var. Qiymətini soruşduqda Şakir bir ədəd qazı 12 manata demişdir. O, da bildirmişdir ki, bir azdan gəlib alacaqdır. Lakin Şakir bildirmişdir ki, gec gəlsə başqasına satacaqdır, Xaçmazdan gətiriblər satıb gedəcəklər. O, da həmin günü saat 08 radələrində Şakirin yaşadığı evə getmiş və 22 ədəd qazı Şakirlə ümumilikdə 252 manata razılaşmışlar. O, Şakirə 250 manat pul verib, 2 manatda borclu qalmışdı. Bundan sonra həmin aldığı qazları qabağına qatıb yaşadığı evin həyətinə gətirərək, öz saxladığı qazlarla birldikdə saxlamışdır. 09.07.2020-ci il tarixdə səhər saatlarında qazları otararkən, bir nəfər sonradan tanıdığı Zərərçəkmiş şəxs2 ona yaxınlaşmış və bildirmişdir ki, otardığı qazların içərisində onun evindən 06.07.2020-ci il tarixdə oğurlanmış qazlar var. O, Bəhluldan neçə ədəd qazının oğurlandığını soruşduqda, 22 ədəd qazının oğurlandığını deyib, onun Şakirdən aldığı qazları ayırmışdır. O, görmüşdür ki, Bəhlul düz danışır, Şakir ona satdığı qazları ondan oğurlayıb. Bu səbəbdən də Bəhlula demişdir ki, qoy polis gəlsin polisin iştirakı ilə həmin qazları ona verins. Bundan sonra Bəhlul zəng etmiş, polis əməkdaşları gələrək onların iştirakı ilə 21 ədəd Şakirdən 250 manata aldığı ev qazını Bəhlula vermişdir. Ona görə ki, Şakir ona 22 ədəd adına 21 ədəd ev qazı vermişdir. Belə ki, qazları evə gələndən sonra saymamışdır. Həmin qazları Şakirdən alarkən onların oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona həmin qazların Xaçmazdan gətirildiyini demişdir. O, Şakirdən başqa heç nə almamışdır, Şakirin başqa nəsə oğurladığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur, əvvəllər Bakı şəhərindəki mebel mağazasında sürücü işləmiş, hal-hazırda “Qaraca” şirkətinin Bakıdakı filalında kuryer işləyir. X8 onun dayısıdır. O, Abşeron rayonu Saray qəsəbəsi yeni yaşayış massivindəki fərdi evdə yaşadığını bilir, onun anası Marfa onun nənəsi olduğuna görə qohum kimi Şakirin ailə üzvüləri ilə də yaxın münasibəti vardır. Tez-tez onların yaşadığı evə gedib nənəsinə baş çəkir. Dayısı Şakir isə dəfələrlə cinayət etdiyinə görə çox vaxtı həbsxanada olduğu üçün onunla yaxın münasibəti olmayıb. X2, anası X3 və kiçik qardaşı Elnur təxminən 2014-cü ildən Türkiyə Respublikasının İstanbul şəhəri, Bağcılar məhəlləsi, Günəşli küçəsində kirayədə yaşamaqla orada işləyirlər. Həmin müddətdən sonra bir dəfə atası yaxın qohumunun dəfn mərasiminə gəlsə də anamsı və qardaşı Azərbaycana qayıtmamışlar. 2017-ci ilin mart ayında tarixini dəqiq xatırlamadığı gündə Türkiyəyə valideynlərinin yanına işləməyə gedərkən mobil telefon nömrəsini Türkiyədə olduğu müddət ərzində bağlanmasın deyə, şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini dayısı Şakirin oğlu Elçinə vermişdir ki, geri qayıdanadək istifadə etsin. 2017-ci ilin dekabr ayında Azərbaycana qayıdarkən polis əməkdaşları sərhəd keçid məntəqəsində onu saxlamışlar. Az sonra Abşeron RPİ-nin əməkdaşları gəlib onu Abşeron rayon polis idarəsinə gətirib, ona məxsus ***-***-**-** mobil telefon nömrəsinin Zərərçəkmiş şəxs1 Abşeron rayonu Saray qəsəbəsindəki evindən oğurlanmış mobil telefon aparatında istifadə edildiyini söyləyib buna aydınlıq gıətirməyi xahiş etmişlər. O da bildirmişdir ki, həmin telefon nömrəsini Türkiyəyə gedərkən bağlanmamasından ötrü müvəqqəti istifadə üçün dayısı oğlu Elçinə vermişdir. Sonradan məlumu olmuşdur ki, dayısı Şakir ona məxsus ***-***-**-** mobil telefon nömrəsini özündə olan mobil telefon aparatına qoyub istifadə emişdir. Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 evindən oğurluq hadisəsi baş verməsi ilə bağlı heç bir məlumatı yoxdur, dayısı ondan hər hansı əşyanı satmaqda köməklik etməsini xahiş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsindən görünür ki, Bakı Qida Sənaye Kollecində oxuyur. Təqsirləndirilən şəxs onun atasıdır. O, bir neçə dəfə həbsdə olduğuna görə atası ilə münasibəti yaxşı deyildir. 2017-ci ilin mart ayında tarixini dəqiq xatırlamadığı gündə Sumqayıt şəhərində yaşayan bibisi oğlu Hümbətov X6 valideynlərinin yanına işləməyə gedəcəyini bildirib, ***-***-**-** mobil telefon nömrəsi o, qayıdanadək bağlanmasın deyə, həmin nömrəni müvəqqəti istifadə etmək üçünona vermişdir. O, həmin mobil telefon nömrəsini öz istifadəsində olan telefon aparatına qoşub təxminən 20 gün işlətmişdir. Lakin sonra həmin mobil telefonunun ekranı sındığına görə Seymurun oqna verdiyi ***-***-**-** mobil telefon nömrəsi həmin aparatdan çıxarıb yaşadığı evdəki qab-qacaq dolabında olan stəkanın içərisinə atmışdır. Onun fikrincə atası Şakir həmin nömrəni götürüb oğurladığı həmin mobil telefona qoyaraq istifadə etmişdir. Atası onlarla yaşadığı müddətdə evə heç bir əşya, o cümlədən mobil telefon, “LG” markalı televizor, “İmei Qaz” markalı kombi istilik aparatı, notebook komyuteri, “HP” markalı printer gətirməmişdir. Atası Şakir evə az-az gəlirmiş, onun harada və nə işlə məşğul olduğunu bilmirmişlər. Yalnız həbs olunduqdan sonra onun polis idarələrində olduğunu bilirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 25.04.2017-ci il tarixdə işdə xidmətdə olduğu zaman sonradan Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən 59 saylı fərdi evdə yaşayan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi bir nəfər şəxs Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək 25.04.2017-ci il tarixə keçən gecə naməlum şəxs (şəxslər) tərəfindən yaşadığı fərdi evinə zirzəmisinin qapısını açmaq yolu ilə daxil olaraq evdən 17260 manat dəyərində məişət əşyalarının və 4600 manat nağd pulun oğurlandığını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsin oğurlanmış olduğu məişət əşyalarının və pulunun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Onlar da əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25.04.2017-ci il tarixə keçən gecə naməlum şəxs (şəxslər) tərəfindən Zərərçəkmiş şəxs1 yaşadığı fərdi evinə zirzəmisinin qapısını açmaq yolu ilə daxil olaraq evdən 17260 manat dəyərində məişət əşyaları və 4600 manat nağd pulu oğurlayan şəxsin 10.03.1978-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası Qarabanı rayonunda qeydiyyatda olan, Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdə yaşamış və barəsində Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması istiqamətində tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanmışdır. Əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsi tərəfindən həbs olunması müəyyən edilmişdir. Bununla bağlı 28.06.2018-ci il tarixdə o, raportla idarə rəisinə müraciət etmiş və idarə rəisinin göstərişi əsasında müraciəti aidiyyəti üzrə istintaq şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şakir adlı şəxsi təxminən 1 ay olarki, tanıyır. Belə ki, onu qohumu Kamandarın vasitəçiliyi ilə tanımışdır. Şakir Abşeron rayonu, Saray qəsəbəsi və müxtəlif qəsəbəslərdə usta kimi fərdi evlərdə işləmişdir. O, təxminən 1 ay olar ki, Sumqayıt şəhərində yerləşən “Kleopatra” restoranına getmişdir. Həmin vaxtı o, orada Kamandar ilə görüşmüşdür. Kamanrdarın yanında təxminən 4-5 nəfər adam olmuşdur. O, həmin şəxslərlə görüşdükdən sonra Kamandar onu Şakir ilə tanış edərək onların həmyerlisi olduğunu bildirmişdir. O da Şakirlə tanış olduqdan sonra bilmişdir ki, Şakir onun doğulduğu Gürcüstan Respublikasının, Dumanisi rayonunun Aşagı Uruzman kəndindəndir. Şakirlə tanış olduqdan sonra Şakirə məxsus telefon nömrəsini götürmüş və Şakir də onun telefon nömrəsini götürmüşdür. Bundan təxminən 3-4 gün sonra Şakir ona zəng vuraraq demişdir ki, onda "1 ədəd kombi istilik sistemi var iş yerindən veriblər yeri olmadığı üçün mənim həyətimə qoymaq istəyir". O da razılşamış və Şakir 1 ədəd Kombi aparatını onun evinin həyətinə qoymuşdur. Təxminən 3 gündən sonra isə gəlib aparmışdır. Apardıqdan təxminən 2 gün sonra Şakir ona məxsus olan mobil telefon nömrəsinə zəng vuraraq demişdir ki, "ona pul lazım olduğu üçün 2 ədəd televizoru var və həmin televizorları satmaq istəyir". Bundan sonra o da televozor almaq istəyənin olmadığını bildirmişdir. Ondan sonra o, Şakiri görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Köçərli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun qonşusdur. Mirpaşa ilə münasibətələri qonşu kimi həmişə normal olmuşdur. 25.04.2018-ci il tarixdə təxminən saat 04 radələrində o, yuxudan duraraq bayırda səs gəldiyini eşitmiş və yaşadığı evin pəncərədən baxarkən bir nəfərin işıq lampası ilə Mirpaşanın qapısının qarşısında nəsə axtardığını görmüş, həmin şəxsin onlarla qonşuluqda yaşayan Şakir adlı şəxs olmuş, həmin vaxt hava qaranlıq olduğundan o, həmin şəxsin ev sahibinin olduğunu düşünmüş, lakin ertəsi günü, yəni 25.04.2017-ci il tarixdə günorta saatlarında qonşusu Mirpaşanın evinə naməlum şəxsin daxil olaraq evdən oğurluq etdiyini eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X5 həmyerli kimi xeyli müddət ki, tanıyır. Bir neçə dəfə onun yanında fəhlə kimi işləmişdir. 2017-ci ilin aprel ayında həmyerlisi Şahid2la birlikdə digər həmyerlisi, Şakirin yeznəsi olan Məmmədin Sumqayıt şəhərində icarəyə götürdüyü “Kleopatra” restoranında yeyib-içdiyi vaxtı Şakir yanında tanımadığı bir sarıyanız, təxminən Şakirlə eyni yaşda olan, dolu bədənli kişi ilə onların yanına gəlmiş, onu da həmyerli kimi öz masalarına dəvət edib, İlqarla tanış etmişdir. Yeyib-içdikdən sonra ayrılıb getmişlər. Bundan bir neçə gün sonra, Bərdə şəhərində tikinti işi gördüyü vaxtı Şakir ona zəng edib, yeznəsi Mamedin Sumqayıt şəhərindəki evinin kombi aparatının və su qızdırıcı aparatının xarab olduğunu və həmin aparatları təmir etdirmək üçün Sumqayıt şəhərindəki “Şərq” bazarına gətirdiyini, lakin ustaların olmadığı üçün həmin aparatları bir neçə saatlığa onun evimə qoymaq istədiyini söyləmişdir. O, həmin vaxtı Bərdə rayonunda olduğunu, Şakir aparatları həmyerlisi İlqarın həyətinə qoymaq istədiyini söyləyib, onun mobil telefon nomrəsini ondan öyrənmişdir. Bundan 2-3 gün sonra İlqardan bu barədə soruşduğu vaxtı o da Şakirin onun həyətinə üç ədəd kombi istilik aparatıqnı Sumqayıt şəhərində “Kleopatra” restoranında İlqarla birlikdə olduğu vaxtı Şakir yenə tanımadığı həmin kişi ilə onların yanına gəlib birlikdə yeyib-içdikdən sonra getmişdir. Onun İlqarın həyətinə qoyub, sonra götürdüyü kombi aparatlarını oğurladığını bilməmişdir. Bu barədə İlqar Abşeron rayon polis idarəsinə çağırıldıqdan sonra onunla görüşdüyü vaxt bilmişdir. Təqsirləndirilən şəxs yanında olan həmin sarıyanız kişinin adını və soyadını bilmir, Abşeron rayonu Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 evindən oğurluq hadisəsi baş verməsi ilə bağlı heç bir məlumatı yoxdur, sonuncu ondan hər hansı əşyanı satmaqda köməklik etməsini xahiş etməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin istintaq şöbəsinin 25 iyun 2017-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin istintaq şöbəsinin 12 fevral 2018-ci il tarixli qərarından görünür ki, həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən cinayət işi üzrə icraat 12 fevral 2018-ci il tarixdə təzələnərək istintaqı davam etdirilmişdir. 12.02.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə 12.02.2018-ci il tarixdə barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs axtarış elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. 28 iyun 2018-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 307-ci maddəsinin tələblərinə əsasən ********* nömrəli cinayət işinin məhkəmə baxışına xitam verilmiş və cinayət işi əlavə istintaq aparılmasından ötrü 27.12.2019-cu il tarixdə Abşeron rayon prokurorluğu vasitəsi ilə Abşeron rayon polis idarəsinə göndərilmişdir. Abşeron RPİ-nin istintaq şöbəsinin 01.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-nin istintaq şöbəsinin 03.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat 03.10.2020-ci il tarixdə təzələnərək istintaqı davam etdirilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsindən həmin məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş, CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsetmənin əvvəli 06.08.2019-cu il tarixdən hesablanmışdır. 09.07.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 10.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmiş, 10.07.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-nin istintaq şöbəsinin 14.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayındığına görə 14.09.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı o, tutulanadək dayandırılmışdır. Abşeron RPİ-nin istintaq şöbəsinin 05.10.2020-ci il tarixli qərarından görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 05.10.2020-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05.10.2020-ci il tarixdən hesablanmaqa 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, 06.04.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 05.02.2020--ci il tarixli hökmü residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.07.2020-ci il tarixdən 10.07.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 05.10.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdlan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdlan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X7 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut olan 21 ədəd qazın sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.07.2020-ci il tarixdən 10.07.2020-ci il tarixədək il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.10.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X7 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 21 ədəd qazın sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-265/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-265/2021
16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver