Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-265/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmış X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi, ev 12, mənzil 11-də qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 21.12.2021-ci il saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən Qəribəli Azadəlinin yaşadığı evin qarşısında keçən yolda idarə etdiyi Ford Transit markalı, ** OH *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə 50-60 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdəavtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda o, buna əməl etməyərək, yolun hərəkət hissəsinin sağından soluna keçmək istəyən piyada X3 idarə etdiyi yük avtomobilinin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Əvəz Sevdimaliyevə başın küt travması, baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki ağciyərin cırılmış yaraları, sağdan İİ-İİİ qabırğalar, soldan İİ-İİİ-İV qabırğaların sınıqları və qabırğarası əzələlərə qansızmalar, plevra boşluqlarmda sərbəst qan, sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli sınıqları, bədənin çoxsaylı sıyrıq və qançırları xəsarətləri yetirməklə 21.12.2021-ci ildə Sumqayıt şəhər X10 xəstəxanasında ölməsinə səbəb olmuşdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri Binəqdi rayonu ərazsində yerləşən Baker çörək zavodunda dörd ay olar ki, sürücü işləyir. İşi əsasən «Ford Transti markalı ** OH *** qeydiyyat nömrə nişanlı avtomobili ilə un məhsullarını Sumqayıt şəhər ərazsində yerləşən mağazalara paylamaqdan ibarətdir, sürücülük vəsiqəsi var və «BC» kateqoriyasıdır, «D» kateqoriyası yoxdur. Belə ki, 11.12.2021 -ci il tarixdə saat 19 radələrində idarə etdiyi «Ford Transti markalı ** OH *** qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhərindən çıxıb Abşeron rayon Saray qəsəbəsi Bakı şəhər istiqamətində iki tərəfli bir-birlərinə əks olan iki zolaqlı yolla 50-60 km saatda hərəkət etmişdir. Hərəkət istiqamətinin sağında və solunda yaşayış məntəqələri var idi. O, Saray qəsəbəsi ərazsində yerləşən «Yetər» şadlıq sarayının təxminən 500-600 metir Saray DYP postuna tərəf gələndə yolun sağ tərəfində kişi cinsindən olan şəxsin piyada yolunun sağından soluna keçdiyini təxminən bir neçə metirlikdən görmüş, həmin anda da həmin piyadanı yolun orta hissəsində avtomobilinin qarşı tərəfı ilə vurmuş, piyada yolun orta hissəsinə düşərkən o, avtomaşından düşərək həmin piyadanı avtomaşına qoyaraq yaxınlıqda olan Sumqayıt şəhər mərkəzi xəstəxanasına aparmışdır. Həmin piyadanın X4 olmasını bilmiş, lakin xəsarət alan piyada xəstəxanada vəfat etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, «Bakery» firması tərəfindən ona yol vərəqi verilmişvə onunla əmək müqaviləsi bağlanılmış, idarə etdiyi «Ford Transti markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı avtomaşında sərnişin olmamışdır. Sonda o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin ailəsinə maddi və mənəvi dəstək göstərdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə zamanı dindirilən zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınaraq dindirilən X5 ifadəsində göstərdi ki, mərhum X4 onun atasıdir. Təqsirləndirilən şəxs Saray qəsəbəsində ailəsi ilə birlikdə yaşayan qəsəbə sakini kimi tanyır, onunla əvvələr ədavəti və düşmənçiliyi olmamışdır. 21 dekabr 2021-ci il saat 19 radələrində ona məlumat vermişlər ki, atanı avtomobil vurub Sumqayıt şəhər xəstəxanasında ağır vəziyətdədir. O və ailə üzvləri ilə dərhal Sumqayıt şəhər xəstəxanasına getmiş, ora çatanda atasının öldüyünü bilmişlər. Orada məlum olmuşdur ki, atası Abşeron rayonu Saray qəsəbəsi ərazsində Saray postuna gedən yol istiqamətdən yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transti markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtomaşının qabaq qanad hissəsi ilə vurmuş, nəticədə atası aldığı xəsarətlərdən 21.12.2021-ci il tarixdə xəstəxanada ölmüşdür. : İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri Binəqdi rayonu ərazsində yerləşən «Bakery» çörək zavodunda mühafizəçi xidmətində işləyir. «Ford Transti markalı ** OH *** qeydiyyat nömrə nişanlı avtomobili işlədiyi firmaya məxsusdur, həmin avtomaşını firmada əmək qanunvericiliyinə əsasən işləyən Təqsirləndirilən şəxs oğuna etibarnamə əsasında yol vərəqəsi ilə verilmiş onun tərfındən un məhsullarını Sumqayıt şəhər ərazsində yerləşən mağazalara paylamaqdan ibarətdir, sürücülük vəsiqə «BC» kateqoriyasıdır. O, 11.12.2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi «Ford Transti” markalı ** OH *** qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhərindən çıxıb Abşeron rayon Saray qəsəbəsi piyadanın vurmuş xəsarət alan piyada xəstəxanada vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 21.01.2021-ci il tarixli, 152 JNfe-li meyitin ekspertizası rəyinə əsasən X1 bədəni üzərində başın küt travması, baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki ağciyərin cırılmış yaraları, sağdan İİ-İİİ qabırğalar, soldan İİ-İİİ-İV qabırğaların sınıqları və qabırğarası əzələlərə qansızmalar, plevra boşluqlarında sərbəst qan, sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli sınıqları, bədənin çoxsaylı sıyrıq və qançırları olmuşdur. Qeyd edilən xəsarətlər həyati olub, küt əşyanın (əşyaların) təsirindən Ə.M.Sevdimaliyevin ölümündən az əvvəl əmələ gəlmişdilər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin Ə.M.Sevdimaliyevin piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür. Ölümünə səbəb baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi fonunda hər iki ağciyərin cırılmış yaraları nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə və ölümün kəskin qanitirmədən baş verməsinə əsasən demək olar ki, X1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlayandan (22.12.2021-ci il tarixdə, saat 10:00-dan) 12-16 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı -0,7%- dir. Etil spirtinin qanda tapılmış qatılığı onun sağlığından yüngül dərəcəli alkoqol sərxoşluğuna səbəb ola bilərdi. Meitil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 04.03.2021 -ci il tarixli 8/442 Nq-1 saylı rəyinə əsasən Ford Transit markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 21 dekabr 32021 -ci il tarixli 11583 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs ayıq olduğu müəyəyn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron RPİ-nin DYPŞ-dən alınmış arayışdan məlum olur ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 04.01.2018-ci il tarixdə «BC» kateqoriyalı AE-035019 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınaraq dindirilən X2 məhkəmə zamanı verdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, “Ford Transit” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq sahibinə qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron rayon İHBnın Saray qəsəbə İƏD-nin nümayəndəsinin 01.03.2022-ci il tarixdə verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi ev 12, mənzil 11-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti ehtiyatsızlıq nəticəsində törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin hüquqi varisinin ailəsinə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışması, ona qarşı şikayət və tələblərinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində 13.03.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X12 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X12 İdarəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış «Ford Transti markalı ** OH *** qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-265/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-265/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver