Məhkəmə qərarları › İş №1(012)-265/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-265/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-265/2023 03.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Ağdam rayonu, Qurdlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonu, Qurdlar kəndində qeydiyyatda olan, lakin Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, İznivnoy küçəsi ev 11, məhkəmə istintaqında barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin mühafizə xidmətində növbə rəisi işlədiyini deyib, etibarından sui-istifadə edərək, sonuncunu "xxxx" MMC-nin nəzdində olan “Bravo Supermarket”in filiallarının birində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs1 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Alatava dairəsi adlanan yerdə 1750 manat pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs1 1750 (bir min yeddi yüz əlli) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin mühafizə xidmətində növbə rəisi işlədiyini deyib, etibarından sui-istifadə edərək, sonuncunu "xxxx" MMC-nin nəzdində olan “Bravo Supermarket”in filiallarının birində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs2 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Alatava dairəsi adlanan yerdə 1750 manat pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs2 1750 (bir min yeddi yüz əlli) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 "xxxx" MMC-nin mühafizə xidmətində növbə rəisi işlədiyini deyib, etibarından sui-istifadə edərək, sonuncunu "xxxx" MMC-nin nəzdində olan “Bravo Supermarket”in filiallarının birində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs4 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Alatava dairəsi adlanan yerdə 1750 manat pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs4 1750 (bir min yeddi yüz əlli) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 "xxxx" MMC-nin mühafizə xidmətində növbə rəisi işlədiyini deyib, etibarından sui-istifadə edərək, sonuncunu "xxxx" MMC-nin nəzdində olan “Bravo Supermarket”in filiallarının birində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs3 01 may 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Duz Gölünün yaxınlığında 1750 manat pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs3 1750 (bir min yeddi yüz əlli) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Əməlindən peşmandır. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib ifadəsində göstərmişdir, onun əsl adı Atəş olsa da, onu tanıyanlar onu Orxan kimi də çağırırlar. 25 aprel 2021-ci il tarixdə saat 12 radələrində daha öncədən tanıdığı Novruz Əzimov ona zəng etmiş və danışıq zamanı o, Novruza "xxxx"in mühafizəsində növbə rəisi işlədiyini və həmin müəssisənin nəzdində olan bir neçə filialına və Yeni Yasamal ərazisində yerləşən “Bravo” supermarket mağazasına mühafizə işinə işçi axtardığını bildirmişdir. O, Novruza işə düzələn şəxsə aylıq 650-700 manat maaş veriləcəyini, bundan əlavə xidməti geyim, işə aparmaq üçün xüsusi servis tutulacağını, həmçinin bir gün iş iki gün ev rejimi olduğunu deyərək onu şirnikləşdirmişdir. Bundan sonra o, Novruza hər işçi üçün 1750 manat hörmət edilməli olduğunu demişdir. Həmçinin Novruzu inandırmaq üçün işə düzəldiləcək şəxslərə aid hər birinin 5 ədəd sürəti olmaqla şəxsiyyət vəsiqəsinin sürəti, yaşayış yerindən arayış, nikah şəhadətnaməsinin sürəti, hərbi biletin sürəti, 3x4-ə şəkil kimi sənədlərin sürətini gətirməsini bildirmişdir. Həmin vaxt Novruz ona dostu Şahid2 işə düzəltməli olduğu bir neçə qohumu olduğunu bildirmişdir. Bundan sonra 28 aprel 2021-ci il tarixdə Ramiz, Novruz, Ramizin işə düzəldəcəyi 3 qohumu və o, Yasamal rayonu, Alatava dairəsi adlanan yerdə görüşmüşlər. Oraya o, qara rəngli “Hyundai” markalı avtomobillə gəlmişdir. Elə həmin vaxt, yəni, 28 aprel 2021-ci il tarixdə, səhər saat 11 radələrində Ramiz 5250 manat pulu həmin 3 nəfər qohumunu işə düzəltməyi üçün on vermişdir. Həmin vaxt Novruz və Ramizin qohumları da orada olmuşdur. Bundan sonra o, həmin 5250 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ərəfələrdə o, daha çox pul qazanmaq üçün Ramizə əlavə bir nəfərdə işçi tapmağını demişdir. 01 may 2021-ci il tarixdə o, yenidən Ramizlə əlaqə saxlayaraq bir nəfər işçi də lazım olduğunu, əgər tapa bilməsə həmin postları onun əlindən alacaqlarını bildirmiş və beləcə Ramizi həm şirniklləşdirmiş, həmdə tələsdirmişdir. Bu məqsədlə 01 may 2021-ci il tarixdə Ramiz Abşeron rayonu, Masazır – Saray yolu adlanan yerdə, Duz gölünün yaxınlığında saat 15 radələrində ona 1750 manat pul vermişdir. Belə ki, o, guya Ramizin bir nəfər qohumunu işə düzəldəcəkmiş. Bundan sonra o, aldığı 1750 manat puluda şəxsi ehtiyaclarına xərcləmişdir. Beləcə Ramiz ona qohumlarını işə düzəltməsi üçün 7000 manat pul vermiş olmuşdur. Lakin o, verdiyi vədə əməl etməyərək həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Buna baxmayaraq o, tutduğu əməldən peşmandır və Şahid2 almış olduğu 7000 manat pulu geri qaytarmağı öz öhdəliyinə götürmüşdür. Hazırda dəymiş ziyanlar tərəfindən ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, Şahid2 2021-ci ilin əvvəlindən tanımışdır. Belə ki, Şahid2 onun qonşusunun dostudur. Bildiyi qədəri ilə onun qonşusı Daşqınla Şahid2 bir yerdə də işləyiblər və münasibətləri də çox yaxındır. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində o, Ramiz müəllimlə əlaqə saxlayaraq işsiz olduğunu və ona iş tapmasını bildirmişdir. Ramiz müəllimdə maraqlanıb onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayının sonlarına yaxın Ramiz müəllim onunla əlaqə saxlayaraq əsl adının sonradan Atəş olduğunu öyrəndiyi Orxan ləqəbli şəxsin onu 1750 manat qarşılığında "xxxx"in nəzdində olan “Bravo” supermarketdə mühafizəçi olaraq düzəldə biləcəyini bildirmişdir. O da həmin vaxtlar işsiz olduğundan Ramiz müəllimə 1750 manat tapıb verə biləcəyini bildirmişdir. 28 aprel 2021ci il tarixdə o, Ramiz müəllim, sonuncunun dostu Novruz, işə düzəldiləcək sonradan tanıdığı 2 nəfər şəxs və Atəş Yasamal rayonu, Alatava dairəsi adlanan yerdə görüşmüşlər. O, oraya çatmamışdan daha öncə 1750 manatı Ramiz müəllimə vermişdir. Atəş oraya qara rəngli “Hyundai” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobillə gəlmişdir. Ora çatdıqda Atəş avtomobildən düşmüş və onlarla görüşmüşdür. Elə həmin vaxt, yəni, 28 aprel 2021-ci il tarixdə, səhər saat 11 radələrində Ramiz müəllim 5250 manat pulu onların yanında Atəşə vermişdir. Danışığa əsasən Atəş işi həll edib onları işə düzəldəcəkmiş. Bundan sonra Atəş onu və digər işə düzəldəcək iki nəfər şəxsi Dəri zöhrəvi xəstəxanasına aparmış və orada onlardan qan analizi götürmüşlər. O, Atəşdən işini nə vaxta düzəldəcəyini soruşsa da, sonuncu onu və digərləini aldadaraq vaxtı yubatmışdır. Bunun üzərindən uzun müddət keçməsinə baxmayaraq Atəş onun və digərlərinin işini düzəltməmiş və aldatmışdır. O da işin belə olduğunu görüb bu barədə Şahid2 bildirmişdir. Ramiz əmidə ona bu barədə polis idarəsinə müraciət edəcəyini bildirmişdir. Buna baxmayaraq hələdə Atəş adlı şəxs söz verdiyi vədə əməl etməmiş və onun 1750 manat pulunu qaytarmamışdır. Hazırda dəymiş ziyan qaytarılmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərmişdir ki, Şahid2 bir ildən çoxdur ki, tanıyır. Belə ki, o, Şahid2la həm qohumdur, həmdə daha öncə bir yerdə işləmişlər. O və Ramiz tikinti işi ilə məşğul olmuş və həmin vaxt Şahid2 onun rəisi olmuşdur. Lakin daha sonra tikinti bitdiyindən o, işdən ayrılmışdır. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində o, Ramiz müəllimlə əlaqə saxlayaraq işsiz olduğunu və ona iş tapmasını bildirmişdir. Ramiz müəllimdə maraqlanıb onunla əlaqə saxlayacağını demişdir. Təxminən 2021-ci ilin aprel ayının sonlarına yaxın Ramiz müəllim onunla əlaqə saxlayaraq əsl adının sonradan Atəş olduğunu öyrəndiyi Orxan ləqəbli şəxsin onu 1750 manat qarşılığında "xxxx"in nəzdində olan “Bravo” supermarketdə mühafizəçi olaraq düzəldə biləcəyini bildirmişdir. O da həmin vaxtlar işsiz olduğundan Ramiz müəllimə 700 manat tapıb verə biləcəyini bildirmişdir. 28 aprel 2021-ci il tarixdə o, Ramiz müəllim, sonuncunun dostu Novruz, işə düzəldiləcək sonradan tanıdığı 2 nəfər şəxs və Atəş Yasamal rayonu, Alatava dairəsi adlanan yerdə görüşmüşlər. O oraya çatmamışdan daha öncə 1750 manatı Ramiz müəllimə vermişdir. Atəş oraya qara rəngli “Hyundai” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobillə gəlmişdir. Onlar ora çatdıqda Atəş avtomobildən düşmüş və onlarla görüşmüşdür. Elə həmin vaxt, yəni, 28 aprel 2021-ci il tarixdə, səhər saat 11 radələrində Ramiz müəllim 5250 manat pulu onun yanında Atəşə vermişdir. Danışığa əsasən Atəş işi həll edib onu işə düzəldəcəkmiş. Bundan sonra Atəş iby və digər işə düzəldəcək iki nəfər şəxsi Dəri zöhrəvi xəstəxanasına aparmış və onda orada qan analizi götürmüşlər. O, Atəşdən işin nə vaxta düzəldəcəyini soruşsa da, Atəş onu və digərlərini aldadaraq vaxtı yubatmışdır. Bunun üzərindən uzun müddət keçməsinə baxmayaraq Atəş onun işini düzəltməmiş və aldatmışdır. O da işin belə olduğunu görüb bu barədə Şahid2 bildirmişdir. Ramiz əmidə ona bu barədə polis idarəsinə müraciət edəcəyini bildirmişdir. Buna baxmayaraq hələdə Atəş adlı şəxs söz verdiyi vədə əməl etməmiş və mənim 1750 manat pulumu aldadaraq ələ keçirmişdir. Hazırda dəymiş ziyan qaytarılmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, Şahid2 uzun müddətdir ki, tanıyır. Belə ki, Şahid2 onun atası Şahinin dostudur. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində o, Ramiz əmi ilə əlaqə saxlayaraq işsiz olduğunu və ondan iş tapmasını xahiş etmişdir. Ramiz müəllimdə maraqlanıb onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayının sonlarına yaxın Ramiz müəllim onunla əlaqə saxlayaraq əsl adının sonradan Atəş olduğunu öyrəndiyi, özünü Orxan kimi təqdim etmiş şəxsin onu 1750 manat qarşılığında "xxxx"in nəzdində olan “Bravo” supermarketdə mühafizəçi olaraq düzəldə biləcəyini bildirmişdir. O da həmin vaxtlar işsiz olduğundan Ramiz müəllimə 700 manat tapıb verə biləcəyini bildirmişdir. 28 aprel 2021-ci il tarixdə o, Ramiz müəllim, sonuncunun dostu Novruz, işə düzəldiləcək sonradan tanıdığı 2 nəfər şəxs və Atəş Yasamal rayonu, Alatava dairəsi adlanan yerdə görüşmüşlər. O, oraya çatmamışdan daha öncə 1750 manatı Ramiz müəllimə vermişdir. Atəş oraya qara rəngli “Hyundai” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobillə gəlmişdir. O ora çatdıqda Atəş avtomobildən düşmüş və onlarla görüşmüşdür. Elə həmin vaxt, yəni, 28 aprel 2021-ci il tarixdə, səhər saat 11 radələrində Ramiz müəllim 5250 manat pulu onların yanında Atəşə vermişdir. Danışığa əsasən Atəş işi həll edib onu və digər 2 nəfəri işə düzəldəcəkmiş. Bundan sonra Atəş onu və digər işə düzəldəcək iki nəfər şəxsi Dəri zöhrəvi xəstəxanasına aparmış və onlardan orada qan analizi götürmüşlər. O, Atəşdən işi nə vaxta düzəldəcəyini soruşsa da, sonuncu onu aldadaraq vaxtı yubadmışdır. Bunun üzərindən uzun müddət keçməsinə baxmayaraq Atəş onun və digərləinin işini düzəltməmiş aldatmışdır. O da işin belə olduğunu görüb bu barədə Şahid2 bildirmişdir. Ramiz əmidə ona bu barədə polis idarəsinə müraciət edəcəyini bildirmişdir. Buna baxmayaraq hələdə Atəş adlı şəxs verdiyi vədə əməl etməmiş və onun 1750 manat pulunu qaytarmayaraq ələ keçirmişdir. Hazırda dəymiş ziyan qaytarılmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid2 uşaqlıqdan tanıyır. Belə ki, o, Şahid2la yaxın qohumdur. Təxminən 2021-ci ilin aprel ayının ortalarında o, Ramiz əmi ilə əlaqə saxlayaraq işsiz olduğunu və ona iş tapmasını bildirmişdir. Ramiz əmi də maraqlanıb onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayının sonlarına yaxın Ramiz müəllim onunla əlaqə saxlayaraq əsl adının sonradan Atəş olduğunu öyrəndiyi Orxan ləqəbli şəxsin onu 1750 manat qarşılığında "xxxx"in nəzdində olan “Bravo” supermarketdə mühafizəçi olaraq düzəldə biləcəyini bildirmişdir. O da həmin vaxtlar işsiz olduğundan Ramiz əmiyə 1750 manat tapıb verə biləcəyini bildirmişdir. 31 may 2021-ci il tarixdə saat 15 radələrində o, Ramiz əmi, sonuncunun dostu Novruz, işə düzəldiləcək sonradan tanıdığı 3 nəfər şəxs və Atəş Masazır – Saray yolu adlanan yerdə, Duz gölünün yaxınlığında görüşmüşlər. O, oraya çatmamışdan daha öncə 1750 manatı Ramiz müəllimə vermişdir. Elə həmin vaxt Ramiz əmi 1750 manat pulu onun yanında Atəşə vermişdir. Danışığa əsasən Atəş işi həll edib onu işə düzəldəcəkmiş. Bundan sonra Atəş onu Günəşli qəsəbəsində yerləşən xəstəxanaya aparmış və ondan orada qan analizi götürmüşlər. Guya Atəşin dediyinə görə onu narkoloji testdən keçirəcəkmişlər. O, Atəşdən işini nə vaxta düzəldəcəyini soruşsa da, sonuncu onu aldadaraq vaxtı yubadmışdır. Bunun üzərindən uzun müddət keçməsinə baxmayaraq Atəş onun işini düzəltməmiş və onu aldatmışdır. O da işin belə olduğunu görüb bu barədə Şahid2 bildirmiş və sonuncu da ona Atəşlə bağlı Abşeron RPİ-nə şikayət etdiyini bildirmişdir. Hal-hazırkı günədək Atəş adlı şəxs söz verdiyi vədə əməl etməyərək onun 1750 manat pulumu aldadıb ələ keçirmişdir. Hazırda dəymiş ziyan qaytarılmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci il tarixdə saat 12 radələrində o, dostu Novruz Əzimovla birlikdə kafedə oturan zaman Orxan adlı şəxs Novruza zəng etmişdir. Orxan dostu Novruzla telefonla danışan zaman "xxxx"in mühafizəsində növbə rəisi işlədiyini və həmin müəssisənin nəzdində olan bir neçə filialına və Yeni Yasamal ərazisində yerləşən “Bravo” super market mağazasına mühafizə işinə işçi axtardığını bildirmişdir. Belə ki, Orxan, işə düzələn şəxsə aylıq 650-700 manat maaş veriləcəyini, bundan əlavə xidməti geyim, işə aparmaq üçün xüsusi servis tutulacağını, həmçinin bir gün iş? iki gün ev rejimi olduğunu deyərək onu şirnikləşdirmişdir. Bundan sonra o, Novruza yəqin ki, Orxana hörmət edilməli olduğunu bildirdikdə Novruz Orxanın hər işçi üçün 1750 manat qarşılığında işə düzəldəcəyini bildirmişdir. Həmçinin Orxan özünü onlara inandırmaq üçün işə düzəldiləcək şəxslərə aid hər birinin 5 ədəd şəxsiyyət vəsiqəsinin sürəti, yaşayış yerindən arayış, nikah şəhadətnaməsinin sürəti, hərbi biletin sürəti, 3x4-ə şəkil kimi sənədlərin sürətini istəmişdir. Bundan sonra o, 3 nəfər qohumu olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayıb bu iş haqda məlumat vermiş, həmin şəxslərdə razılaşmışlar. Bu səbəbdən 28 aprel 2021-ci il tarixdə o, dostu Novruz, işə düzəldəcəyi 3 qohumu və Orxan Yasamal rayonu, Alatava dairəsi adlanan yerdə görüşmüşlər. Orxan oraya qara rəngli “Hyundai” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobillə gəlmişdir. O və digərləri ora çatdıqda Orxan avtomobildən düşmüş və onlarla görüşmüşdür. Elə həmin vaxt, yəni, 28 aprel 2021-ci il tarixdə, səhər saat 11 radələrində o, 5250 manat pulu Orxana həmin 3 nəfər qohumunu işə düzəltməsi üçün vermişdir. Həmin vaxt Novruz və qohumları yanında olmuşdur. Bundan sonra Orxan ondan əlavə bir nəfərdə işçi tapmağını istəmişdir. 01 may 2021-ci il tarixdə Orxan yenidən onunla əlaqə saxlayaraq 1 nəfər işçi də lazım olduğunu, əgər tapa bilməsə həmin postların əlindən çıxacağını bildirmişdir. O da bu məqsədlə qohumu Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlayıb bu barədə demiş və Ramil də onunla razılaşmışdır. Bu məqsədlə 01 may 2021-ci il tarixdə o, Novruz və Orxan Abşeron rayonu, Masazır – Saray yolu adlanan yerdə, Duz gölünün yaxınlığında görüşmüşlər. Həmin vaxt yəni, 01 may 2021-ci il tarixdə saat 15 radələrində o, dostu Novruzun yanında Orxana 1750 manat pul vermişdir. Belə ki, Orxan guya onun digər qohumunu da işə düzəldəcəkmiş. Bundan əlavə o hər dəfə eyni qayda ilə işə düzəltməsini istədiyi qohumumun sənədlərinin surətini də Orxana verirmiş. Beləcə o, Orxana 4 nəfər qohumunu işə düzəltməsi üçün 7000 manat pul vermiş olmuşdur. Lakin bunun üzərindən uzun müddət keçməsinə baxmayaraq Orxan həmin şəxsləri işə düzəltməmişdir. Belə ki, o, Orxandan hər dəfə işlə bağlı maraqlandıqda Orxan müxtəlif bəhanələr gətirərək vaxtı uzadırmışdır. Bundan sonra onlar Orxanı araşdırmağa başlamışlar və öyrənmişlər ki, özünü Orxan kimi təqdim edən şəxsin əsil adı Təqsirləndirilən şəxsdur. Bundan sonra o, Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs vermiş olduğu ümumilikdə 7000 manat pul hərəsinə ayrı-ayrılıqda 1750 manat olmaqla qohumlarına aiddir. O, sadəcə həmin pulları qohumlarından alaraq işə düzəltməsi üçün, həmin qohumlarının iştirakı ilə Atəşə vermişdir. Atəş isə onu və qohumlarını aldadıb pullarını ələ keçirəndən sonra o, məcbur olub kredit götürüb həmin qohumlarının pullarını geri qaytarmışdır. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2700 manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilmiş, bundan başqa Bakı şəhər Suraxanı RPİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2018-ci il tarixli qərarla CPM-in 39.1.11-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Əməlində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin tərkibi olduğundan Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirirlən şəxs qismində cəlb olunması barədə tərəfimdən 15 avqust 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Lakin, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından ittihamı ona elan etmək mümkün olmadığından, 15 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. 29 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. 29 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs istintaqa gəlməkdən qəsdən yayınaraq çağırışlara gəlməmiş, istintaqdan qaçıb gizlənmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulmasına dair qərar qəbul edilərək, 01 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. 07 dekabr 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verdilmiş və eyni tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Ziyadxan oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 28 aprel 2021ci il tarixdə Zərərçəkmiş şəxs1 1750 manat məbləğində pulu, Zərərçəkmiş şəxs2 eyni tarixdə 1750 manat məbləğində pulu, Zərərçəkmiş şəxs4 Ziyadxan oğlundan eyni tarixdə 1750 manat pulu, Zərərçəkmiş şəxs3 isə 01 may 2021-ci il tarixdə 1750 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Yəni, cinayət əməllərinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, ona edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Təkrar törədilən cinayətlərə görə təyin ediləcək cəzanın daha ağır olması nəzərdə tutulsa da, cinayət qanununun ədalət prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarı). Qeyd edilməlidir ki, təkrarlıq Cinayət Məcəlləsinin 17-ci maddəsində təsbit edilmiş cinayətlərin məcmusu ilə bir-birindən mahiyyət etibarı ilə yalnız onunla fərqlənir ki, cinayətlərin məcmusu həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin çoxluğudursa, təkrarlıq Cinayət Məcəlləsinin eyni bir maddəsi və yaxud həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin çoxluğudur. Beləliklə, təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məsuliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddədə cinayət məsuliyyətindən azad olunmuş şəxs dedikdə, təkrarlığın yaranması üçün şəxsin əvvəlki cinayətə görə cinayət məsuliyyətindən azad edilməməsi, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi tələb olunur. Hər bir halda təkrarlığın olub-olmamasının qiymətləndirilməsi üçün məhz ayrıca olaraq birinci əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsi və müvafiq olaraq şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməməsi nəzərə alınmalıdır. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005ci il 3 mart tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə sübutetmə prosesinin və kifayət qədər toplanması mümkün olmayan sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunan şəxslərin hüquqlarına zərər vura biləcək qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, Məcəllənin 75-ci maddəsinin müddəaları onu göstərir ki, şəxs törədilmiş əmələ görə qanunla müəyyən olunmuş müddətin keçməsi səbəbindən məsuliyyətdən azad olunur və onun həmin əmələ görə məsuliyyətə cəlb edilməsi istisna olunur. Xüsusilə qeyd edilməlidir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə istintaqından yayındığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin qərarı əsasında xx.xx.2023-cü il tarixdə saxlanılaraq Abşeron rayon Polis İdarəsi MSY-nə təhvil verilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı, dərhal məhkəmə zalında həbsdən azad olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar