Məhkəmə qərarları › İş №1(012)-265/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-265/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-265/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı il tarixdə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşamış, Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmünə əsasən xx.xx.2023-cü il tarixdən cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DSX-nin Zəngilan rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq hərbi xidmət keçən əri Şahid8 xidmət yerini Bakı şəhərinə dəyişdirəcəyinə dair yalan vəd verərək inandırmış, bu niyyətlə 2021-ci ilin iyul ayında Balakən şəhəri ərazisindən elektron ödəmə sistemi vasitəsi ilə onun bank hesabına köçürdüyü 3000 manat pulunu və 2021-ci ilin avqust ayında Balakən şəhəri ərazisindən elektron ödəmə sistemi vasitəsi ilə onun bank hesabına köçürdüyü 300 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3300 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X1 əri X3 tibbi sosial təqaüd düzəltdirəcəyinə dair yalan vəd edərək inandırmış, bu niyyətlə sonuncunun xx.xx.2021-ci il tarixdə Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Al Market” mağazasında quraşdırılmış terminaldan “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə onun bank hesabına köçürdüyü 505 manat pulunu, 23 avqust 2021-ci il tarixdə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Al Market” mağazasında quraşdırılmış terminaldan “eManat” elektron ödəmə sistemi vasitəsi ilə onun bank hesabına köçürdüyü 2020 manat pulunu və 29 sentyabr 2021-ci il tarixdə Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Al market” mağazasında quraşdırılmış terminaldan “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə onun bank hesabına köçürdüyü 500 manat pulunu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3025 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 sonuncunun həyat yoldaşı X8 təqaüd düzəldəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Tərtər şəhəri Ə.Paşayev küçəsində yaşadığı evin qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 anasının təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verərək inandırmış, bu niyyətlə 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək Bərdə rayonu ərazisində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5000 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 təqaüd düzəldəcəyinə dair yalan vəd verərək inandırmış, bu niyyətlə 2021-ci ilin noyabr ayından həmin ilin dekabr ayınadək Tərtər şəhəri, H.Əliyev prospektində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4700 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 təqaüd düzəldəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 2022-ci ilin fevral ayında Tərtər şəhəri Ə.Paşayev küçəsində yerləşən “Al market”in qarşısında 4200 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs6 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 sonuncunun övladı Əsədzadə Kənana təqaüd düzəldəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 2022-ci ilin fevral ayında Tərtər şəhəri, Ə.Paşayev küçəsində 1700 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Fəxrədin Əsədova qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 Qarabağ müharibəsi veteranı üzrə aylıq təqaüd təyin etdirəcəyinə, adına torpaq sahəsi ayrılmasında köməklik edəcəyinə, 1-ci Qarabağ Müharibəsi veteranı kimi yaşayış evi verdirəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 19 avqust 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 22000 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vumaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X9 ikinci qrup əlillik üzrə təqaüd təyin etdirəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 08 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostanstansiyası yaxınlığında yerləşən çayxanada 3000 manat, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhərində yerləşən “eManat” elektron ödəmə sistemi vasitəsi ilə istifadəsində olan “Azərbaycan Beynəlxalq bankı”na aid 4127 20811186 8690 nömrəli kart hesabına köçürdüyü 1500 manat, xx.xx.2022-ci il tarixdə yenidən Tovuz rayonu, Qovlar şəhərində yerləşən “eManat” elektron ödəmə sistemi vasitəsi ilə istifadəsində olan eyni karta köçürüldüyü 500 manat, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhərində quraşdırılmış “PaşaPay” ödəmə terminalı vıasitəsi ilə eyni karta köçürülmüş 2000 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7000 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Dilqəm Kazımova həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 sonuncunun övladı Əli Sadıqzadəyə təqaüd düzəldəcəyinə dair yalan vəd verərək inandırmış, bu niyyətlə 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, 20 Yanvar metrostansiyasının qarşısındakı ərazidə quraşdırılmış elektron ödəmə sistemi vasitəsi ilə istifadəsində olan “Azərbaycan Beynəlxalq bankı”na aid 4127 20811186 8690 nömrəli kart hesabına köçürdüyü 1000 manat, 2022-ci ilin oktyabr ayının ortalarında Tərtər şəhəri ərazisində quraşdırılmış elektron ödəmə sistemi vasitəsi ilə istifadəsində olan eyni karta köçürdüyü 500 manat, 24 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad-Balaxanı şosse yolunda yerləşən “Oba” marketdə quraşdırılmış elektron ödəmə sistemi vasitəsi ilə istifadəsində olan eyni karta köçürdüyü 600 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2100 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs8 qarşı dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10 və X10 qiyabi tanıyır. 2014-cü ildən-2018-ci ilə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində çavuş rütbəsi ilə top komandiri vəzifəsində xidmətdə olmuşdur. Daha sonra xidmətin Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsində davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən növbəti hərbi təcavüz başlanan zamanı onun olduğu hərbi hissə Tərtər rayonu Sarov kəndində yerləşmişdir. Həmin tarixdə erməni hərbi birləşmələrinə qarşı əks hücum əməliyyatı başladığı vaxtdan onun döyüş tapşırığı minaatan tipli silahla Ağdərə-Talışkənd və Suqovuşan istiqamətində düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdən, həmçinin strateji əhəmiyyətli düşmən postlarını azad etməkdən ibarət olmuşdur. O, 11 oktyabr 2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirən zaman erməni hərbi qulluqçusunun açdığı atəş nəticəsində partlayış zamanı sağ qulağından xəsarət almışdır. Daha sonra xəsarəti ilə bağlı müayinə olunub yenidən döyüşlərə qayıtmışdır. Lakin təkrarən 19 oktyabr 2020-ci il tarixdə işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış mərmi nəticəsində “Döş qəfəsinin sağ yarısının yuxarı səthinin kor qəlpə yarası. zərbə dalğası” xəsarətləri almışdır. Xəsarətləri ilə əlaqədar həkim komissiyasının rəyi əsasından ordu sıralarından tərxis olmuşdur. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs7 ona oğlunun pisxoloji problemləri olduğu üçün pensiya kəsdirmək istədiyini və ondan yardım etməyin xahiş etmişdir. O da sonuncuya kömək edə biləcəyimi bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs7 ayrı-ayrı vaxtlarda 1200 manat məbləğində pul vermişdir. Həmin pulu özünün şəxsi istifadəsi üçün xərcləmişdir. Zərərçəkmiş şəxs7 1200 manat puldan əlavə pul almamış, təqribən 2021-ci ilin axırlarında Zərərçəkmiş şəxs7 ona zəng edərək tanışı Zərərçəkmiş şəxs5 əlilliyi olduğu üçün pensiya kəsdirmək istədiyini və bu məqsədlə ona kömək edəcək adam axtardığını bildirmişdir. O da sonuncunun vəziyyətini nəzərə alıb Ramilə kömək etmək qərarına gəlmiş və onunla əlaqə saxlamışdır. Danışıqdan bir neçə gün sonra onunla əlaqə saxlamış, onunla Tərtər şəhəri ərazisində dəqiq xatırlamadığı ünvanda görüşərək ayrı-ayrı vaxtlarda ümümilikdə 1700 manat pul almışdır. Həmin pulu özünün şəxsi istifadəsi üçün xərcləmişdir. Zərərçəkmiş şəxs5 1700 manat puldan əlavə pul almamış, sonuncunun onun barəsində etdiyi şikayət əsassızdır. Təxminən 1 il bundan əvvəl Zərərçəkmiş şəxs3 ona zəng edərək bildirmişdir ki, qızı Sevinc Mamedova 2-ci qrup əlildir və qızı Sevincin təqaüdü kəsilmişdir. Ondan təqaüdü bərpa etməyi xahiş etmiş,.o da bildirmişdir ki, tanışı var, həmin adamdan soruşub xəbər edəcəkdir. Ziyada bildirmişdir ki, 500 manat Bakı şəhərinə gedib gəlməyi üçün pul versin və təqaüdü bərpa etsin. Ziyad onun etdiyi təkliflə razı olmuş, həmin vaxt işi olduğuna görə tanışı Yaşar adlı şəxsə zəng edib ona Tərtər şəhər Ə.Paşayev küçəsinə gedib həmin ərazidə Ziyad adlı şəxslə görüşməsini və Ziyadın ona 500 manat pul verəcəyini bildirmişdir. Tərtər şəhər Ə.Paşayev küçəsində Ziyad tanışı Yaşarla görüşüb ona 500 manat pul vermiş və Yaşar həmin pulu gətirib ona vermişdir. O da Bakı şəhərinə gedib Zərərçəkmiş şəxs3 qızı Sevinc Mamedovanın təqaüdünü bərpa etdirmişdir. Sonra Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, həyat yoldaşı Mətanətin də təqaüdü kəsilib və həmin təqaüdün bərpa olunmasına köməklik etmək lazımdır. O da Ziyada bildirmişdir ki, tanışı hal-hazırda həmin yerdə işləmir və ona köməklik edə bilməyəcəkdir. Həmin vaxt Ziyad ona bildirmişdir ki, Bakı şəhərinə gedib gəlməyin üçün verdiyi 500 manat pul geri qaytarsın. O da Ziyada bildirmişdir ki, «sən mənə 500 manat pul yol pulu vermisən, ona görə pulu geri qaytarmıram». Ziyad da ona bildirmişdir ki, «pulu geri qaytarmasan səndən gedib şikayət edib bildirəcəm ki, 5000 manat pul vermişəm və pulumu qaytarmır». Sonradan eşitmişdir ki, Ziyad onun barəsində Tərtər RPŞ-nə şikayət etmişdir. Zərərçəkmiş şəxs6 tanışı Zərərçəkmiş şəxs7 yeznəsidir. Zərərçəkmiş şəxs6 ilə münasibəti onunla bir hərbi hissədə işlədiyi müddətdə yaranmışdır. Zərərçəkmiş şəxs6 də onun kimi Vətən müharibəsi iştirakçısı və qazisidir. Təxminən 1 il əvvəl Zərərçəkmiş şəxs7 ona zəng edərək bildirmişdir ki, yeznəsinin əlillik dərəcəsini 2 qrup etmək lazımdır. O da sonuncuya bildirmişdir ki, ona köməklik edə bilər və işin müqabilində 1200 manat pul lazım olduğunu bildirmişdir. Fəxrəddin də onunla razılaşmış və ona 1200 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs7 yeznəsi Zərərçəkmiş şəxs6 işini düzəltmək üçün aldığı 1200 manat pulu müalicəsi üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs8 tanıyır. Zərərçəkmiş şəxs8 Tərtər şəhəri Ə.Paşayev küçəsində yerləşən çayxananın sahibi kimi tanımış və aralarında münasibətlər yaranmağa başlamışdır. Aralarında yaranan xoş münasibətlərdən sonra Zərərçəkmiş şəxs8 1000 manat faizə pul isdəmişdir. Elçin də həmin pulu ona təqdim etmişdir. O, aldığı pulu müalicəsi üçün istifadə etmişdir. Bərdə rayonu Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs4 da 2500 manat pul almışdır. Həmin pulu onun anasının təqaüdünü bərpa etdirmək adı ilə almış, ancaq aldığı pulu heç kimə verməmiş, sonuncuya verdiyi vədlə bağlı hər hansı bir iş görməmişdir. Həmin pulu müalicəsinə xərcləmişdir. Zərərçəkmiş şəxs10 hissə-hissə olmaqla ümumilikdə müxtəlif vaxtlarda 5200-5300 manat pul almışdır. Həmin pulu Zərərçəkmiş şəxs10 müharibə veteranı kimi ayda 80 manat təqaüd və əlillik dərəcəsi düzəltmək adı ilə almış, aldığı həmin pulları müalicəsinə xərcləmişdir. Cəmaləddindən hər hansı bir başqa işin düzəldilməsi müqabilində başqa məbləğdə pul almamış, onun barəsində dedikləri yalandır. X7 hissə-hissə 4000 manat pul almışdır. Belə ki, həmin şəxs ***-***-**-** nömrəli mobl telefon nömrəsinə zəng edərək ondan xahiş etmişdir ki, pensiyasını vermirlər, peniyanın bərpa olunmasına köməkli etsin. O da sonuncuya yalandan demişdir ki, köməklik edə bilər. Müalicəsi üçün həmin şəxsdən müxtəlif vaxtlarda onun kart hesabına göndərmiş olduğu pullar vasitəsi ilə cəmi 4000 manat pul almışdır. Ondan aldığı pulları da öz müalicəsi üçün xərcləmiş, etmiş olduğu əməllərdən peşmandır. 2020-ci ildə Vətən müharibəsində iştirak etdiyi zaman təxminən 2020-ci ilin oktyabr ayının axırı noyabr ayının əvvəllərində yaralanaraq Bakı şəhərində Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müalicə olunmuş, həmin vaxtı müharibədə yaralanaraq həmin hospitalda müalicə olunan Balakən rayonu İtitala kənd sakini X15 ilə tanış olmuşdur. 2021-ci ilin təxminən iyul ayında Raul Əliyevin dəvəti ilə onunda birlikdə Balakən rayonu İtitala kəndinə Raulun atası evinə qonaq gəlmiş, qonaq gəldiyi müddət ərzində Raulun bacısının əri olan Elşən adlı şəxslə telefon vasitəsi ilə tanış olmuşdur. Telefonla əlaqə saxladığı zaman Elşənin harada işlədiyini və həmin vaxtı harada olduğunu bilməmişdir. Elşən ona dövlət işində işlədiyini, lakin dövlətdə hansı işdə işlədiyini deməmişdir. O da sonuncudan bu barədə soruşmamış, sonradan Raulgildən getdikdən sonra da Elşənlə telefonla olan tanışlığını davam etdirmişdir. Elşənlə 051 *** ** ** mobil telefon vasitəsi ilə əlaqə saxlamış, “Vatsap” internet proqramı vasitəsi ilə Elşənlə görüntülü də danışmışdır. Bir müddət sonra, yəni 2021-ci ilin yayında Elşəndən müalicə olunmağı üçün 3000 (üç min) manat borc pul istəmiş, Elşəndən ona həmin pulu bank hesabına köçürməyini xahiş etmişdir. Bir neçə gün sonra Elşən onun bank hesabına 3000 (üç min) manat pul köçürmüşdür. Elşənə təxminən 3-4 ay sonra pulu qaytaracağını demiş, lakin xəstələnib xəstəxanalarda yatdığına görə pulu qaytarmağa maddi imkanı olmamışdır. Raulgilə qonaq gəldiyi zaman Raulun xalası Muslimat ilə də tanış olmuşdur. Həmin vaxtı həm Zərərçəkmiş şəxs2 həm də Elşənin həyat yoldaşı olan Raulun bacısı İradə ilə də tanış olub danışmışdır. Danışdığı zaman Muslimat ona öz mobil telefon nömrəsini də vermişdir. Muslimat, o və İradə Raul barədə söhbət etmiş, ordanburdan ümumi danışmışdır. Sonradan Zərərçəkmiş şəxs2 ona zəng edib ümumi hal-əhval tutub söhbət etmiş, həmin söhbətlərin birində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 sələmə pul verir. Xəstəliyi ilə əlaqədar olaraq müalicəsinə pul lazım olduğuna görə Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 ona verdiyi bank hesabına 2021-ci ilin yayında təxminən 2000 manat pul köçürmüş, Zərərçəkmiş şəxs2 bank hesabına dəqiq nə qədər pul köçürdüyünü xatırlamır. Muslmat Musayeva 2021-ci ilin yanyında bir neçə dəfə yenə onun bank hesabına pul köçürüb. Pulun köçürüldüyü tarixləri dəqiq xatırlamır. Ümumilikdə Zərərçəkmiş şəxs2 onun bank hesabına təxminən 3000 (üç min) manat pul köçürüb. Zərərçəkmiş şəxs2 ona verdiyi pula görə sələm kimi ona hər ay 300 manat pul göndərməli olmuş, imkanı olmadığına görə Zərərçəkmiş şəxs2 pul göndərməmiş, hazıra qədər imkanı olmadığına görə Elşəndən və Zərərçəkmiş şəxs2 götürdüyu pulu qaytara bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs7 vasitəsi ilə tanımışdır. X12 onun həyat yoldaşıdır. Mətanət 2ci qrup əlildir və əliliyinə görə 260 manat təqaüd almışdır. Mətanətin təqaüdü 2021-ci ildə kəsilmişdir. Həmçinin qızı Sevinc Mamedova da 2-ci qrup əlildir. Sevincin təqaüdü kəsilən zaman Təqsirləndirilən şəxs ona köməklik edib pensiyanı bərpa etmişdir. O, həyat yoldaşı Mətanət Mamedovun pensiyasını kəsildiyi üçün Təqsirləndirilən şəxs müraciət etmiş, ilkin olaraq Kamran ondan sənədlərin toplanması üçün 30 oktyabr 2021-ci il tarixdə 2500 manat pul istəmişdir. O da həmin pulu Kamranla Tərtər şəhəri Ə.Paşayev küçəsində yerləşən" Vergilər idarəsinin" qarşısında görüşüb ona təqdim etmişdir. Həmin pulu Təqsirləndirilən şəxs verərkən sonradan adını bildiyi Yaşar adlı taksi sürücüsü olmuş, həmin pulu Kamran alıb Yaşarla birlikdə çıxıb getmişdir. Təxminən 1 həftədən sonra Kamran ona zəng edərək bildirmişdir ki, sənədlərin təsdiq olunması üçün 1000 manat pul lazımdır. O, Kamranla razılaşmış və xx.xx.2021-ci il tarixdə Tərtər şəhəri Ə.Paşayev küçəsində yerləşən "Vergilər idarəsinin" qarşısında Kamranın göndərdiyi Yaşar adlı taksi sürücüsünə təqdim etmişdir. Yaşar həmin pulu götürüb çıxıb getimiş, o da bu barədə Kamrana zang edib məlumat vermişdir. Sonuncu isə ona pulun çatdığını təsdiq etmişdir. xx.xx.2021-ci il tarixdə Kamran ona zəng edərək bildirmişdir ki, sənəd var onu düzəltmək üçün 500 manat pul lazımdır. O da Bakı şəhərində olduğu üçün qonşusu Fəxrəddinə zəng edib həmin pulu Kamrana verməsini bildirmişdir. Fəxrəddin həmin pulu həyat yoldaşından alıb Yaşar adlı taksi sürücüsünə vermişdir. O, bundan sonra Kamranla əlaqə saxlayıb iş barədə məlumat aldıqda bu gün, sabah deyərək vaxtı uzatmışdır. xx.xx.2022-ci il tarixdə Kamran ona zəng edib bildirmişdir ki, övladı Sevincin pensiyasını ömürlük etmək üçün 500 manat pul lazımdır. O da Kamranla yenidən razılaşıb Tərtər şəhəri H.Əliyev prospektində yerləşən univermağın qarşısında pulu Kamrana vermişdir. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib aldadaraq ondan ümumilikdə 4500 manat məbləğində pensiya düzəltmək adı ilə pul alıb dələduzluq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təqribən 08 il bundan əvvəl Ukraniya Respublikasında yaşayarkən qəssab işlədiyi müddətdə bıçaqla ehtiyatsızlıqdan sağ ayağına xəsarət yetirmişmişdir. Orada müalicə olunduqdan sonra yenidən vətəninə geri dönmüşdür. Burada yaşadığı müddətdə xəsarəti ilə bağlı Tərtər RMX-nə əlillik pensiyası almaq üçün müraciət etmiş və sənədlərini təqdim etdikdən 06 ay sonra 130 manat məbləğində pensiya almağa başlamışdır. 2020-ci ilə qədər davamlı olaraq vaxtı vaxtında istifadəsində olan kart vasitəsi ilə öz məvacibin almışdır. Daha sonra 2020-ci il tarixdə baş verən Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən vətəndaşlara verilən pensiyaların əksəriyyəti bir çox əsaslı səbəblərdən kəsilmişdir. Həmin vaxt onun da pensiyası kəsildiyi üçün Tərtər RMX-ya pensiyasının yenidən bərpası üçün müraciət etmiş və sənədlərini xəstəxanaya təqdim etmişdir. Lakin 01 ay keçdikdən sonra ona verilən pensiyanın bərpasının mümkün olmaması barədə cavab gəlmişdir. Bir müddət sonra, yəni 2021-ci ilin noyabr ayında qonşusu Zərərçəkmiş şəxs7 tanımadığı bir nəfər şəxs vasitəsi ilə özünün əvvəllar aldığı pensiyasını bərpa etdiyini eşitmişdir. Bu səbəbdən Fəxrəddinlə əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 görüş zamanı onun pensiyasını Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltdiyini və sənədləri təqdim etdikdən 09 ay sonra pensiyasını aldığını bildirmişdir. Qonşusu Fəxrəddinə pensiyasının bərpa edilməsində ona yardımçı olmasını və onu Kamran adlı şəxslə tanış etməsini xahiş etmişdir. Bundan sonra Fəxrəddin onun nömrəsini adını sonradan bildiyi Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gün sonra, yəni 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək nömrəsini qonşusu Fəxrəddindən aldığını, pensiyasnın bərpasında ona kömək edəcəyini bildirmişdir. Daha sonra onlar danışaraq Bərdə şəhərində yerləşən "Bolmart" marketinin qarşısında görüşmüşlər. Görüş zamanı Kamran ona stajının olmadığını, buna görə də əlillik pensiyasının 5 il müddətinə barpası üçün 1500 manat məbləğində pul lazım olduğunu və iş alındıqdan sonra ayda 130 manat məbləğində pensiya alacağın bildirmişdir. O, aralarında olan razılaşmaya əsasən sonuncuya Bərdə şahərində yerləşən "Bolmart" marketinin qarşısında gəldiyi ağ rəngli VAZ-2107 markalı avtomaşının yanında 15 ədəd 100-lük əskinaslardan ibarət 1500 manat pulu ona təqdim etmişdir. Həmin vaxt adını bilmədiyi avtomaşının sürücüsü ona təqdim elədiyi 1500 manat məbləğində pulu görmüş, həmin şəxs taksi fəaliyyəti ilə məşğul olmuş, daha sonra onunla sağollaşıb yenidən yaşadığı ünvana geri dönmüşdür. Təqribən 1 həftə sonra Təqsirləndirilən şəxs ona zəng edərək əlavə 500 manat verəcəyi təqdirdə pensiyasını ömürlük edəcəyini bildirmişdir. O, sonuncu ilə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs görüş üçün Tərtər şəhəri H.Əliyev prospektində yerləşən "Saatın kruqu" deyilən əraziyə gəlmiş, axşam saatlarında onlar görüşdükdən sonra o, 05 ədəd 100-lük əskinaslardan ibarət 500 manat pulu ona vermişdir. Həmin vaxt Kamran görüşə modelin və dövlət qeydiyyat nişanın xatırlamadığı bir maşınla gəlmiş və maşını başqa bir şəxs idarə etmişdir. Bundan sonra o, tez-tez sonuncu ilə əlaqə saxlayaraq işin alınıb alınmaması barədə malumat almaq istədikdə, ona səbrli olmağı, qısa vaxt ərzində işləri qaydasına salacağın bildirmişdir. Lakin bu söhbətdən təqribən 15 gün sonra, yəni 2021-ci ilin dekabr ayının əvvəllərində Kamran onunda əlaqə saxlayıb 1000 manat verəcəyi təqdirdə ona əlavə staj yazdıracağın və ayda 260 manat pensiya alacağın bildirmişdir. O, Kamranın bu cür yalanlarına aldanaraq borc xərc edib 1000 manat pulu düzəltdikdən sonra onunla əlaqə saxlayıb pulun hazır olduğunu bildirmişdir. Yenidən sonuncu ilə Tərtər şəhəri H.Əliyev prospektində yerləşən “Köhnə Avtovağzal" deyilən ərazidə görüşərək 1000 manat pulu ona vermişdir. Kamran görüşə yenə də ağ rəngli VAZ-2107 markalı avtomaşının sürücüsü ilə birlikdə gəlmişdir. O, görüş zamanı sonuncuya gedib bir yerdə oturub məsələni müzakirə etməyi təklif etdikdə ona sənədlərə görə işlərinin çox olduğunu, bu səbəbdan tələsdiyini və başqa vaxt görüşəcəklərin bildirmişdir. Bir müddət sonra Kamran yenidən onunla əlaqə saxlayıb yığılan sənədlərdə problem olduğunu, bu səbəbdən Bakı şəhərində yerləşən Mərkəzi Klinikada yatmalı olacağını bildirmişdir. O, bunun daha asan bir yolunun olub-olmamasını ondan soruşduqda Kamran ona tanışlıq vasitəsi ilə bu işi 800 manat pul qarşılığında həll edə biləcəyini bildirmişdir. Onlar yenidən Bərdə şəhərində yerləşən “Bolmart” marketinin qarşısında görüşmüş və sonuncunun gəldiyi ağ rəngli VAZ-2107 markalı avtomaşının yanında 800 manat pulu ona vermişdir. Yenə də bütün olanlar taksi sürücüsünün gözləri qarşısında baş vermişdir. Daha sonra yenidən ayrı-ayrı vaxtlarda iki dəfə Bərdə şəhərində yerləşən "Bolmart" marketinin qarşısında ona ilk öncə 500, daha sonra isə 300 manat məbləğində pul vermişdir. O, Kamrandan bu pulları nə məqsədlə istədiyini soruşduqda sonuncu ona sənədlərdə yaranan problemlər səbəbindən lazım olduğunu bildirmişdir. Bu hadisələrdən uzun müddət keçdikdən sonra, yəni 2022-ci ilin yay aylarında Kamran onunla əlaqə saxlayıb işlərin artıq yekunlaşdığinı, lakin "Forma 88” üçün lazım olan bildirişin göndərilməsi üçün əlavə 200 manat lazım olduğunu bildirmişdir. O, danışıq zamanı ona pulunun olmadığını, ona görə də ona verdiyi pulları geri qaytarmasını bildirmişdir. Bir qədər sonra Kamran onunla yenidən əlaqə saxlayıb 100 manat verəcəyi təqdirdə məsələni həll edəcəyini demiş, o, razılaşdıqdan sonra Kamran pulun götürülməsi üçün hər dəfə görüşə onun yanına gəldiyi ağ rəngli VAZ-2107 markalı taksi sürücüsünü göndərmişdir. O adını və soyadını bilmədiyi taksi sürücüsü ilə Tərtər şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi bazarın qarşısında görüşərək 100 manat pulu vermiş, sonra sonuncu sağollaşaraq çıxıb getmişdir. Bu minvalla Təqsirləndirilən şəxs onun etibarımdan sui-istifadə edib aldadaraq ondan ümumilikdə 4700 manat mabləğində pensiya düzəltmək adı ilə pul alıb onu aldatmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Tərtər rayon Mamırlı kənd sakini, eyni zamanda sabiq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Tərtər rayon Qarağacı kənd ərazisində yerləşən artilleria divizionunda MAHHXHQ kimi onunla xidmət edən şəxs kimi tanıyır. Vətən müharibəsində iştirak etmiş, qazidir, Cəsur döyüşcü" və "Suqovuşanın azad olunmasına görə meddalları ilə təltif olunmuşdur. Müharibə vaxtı sağ gözunü itirmiş, bu səbəbdəndə də ona 3-cü qrup Qarabağ əlili statusu verilmişdir. Lakin o özünü 3-cü deyil, 2-ci qrup Qarabağ əlili statusuna layiq olduğunu düşünüb bu istiqamətdə ona kömək edəcək şəxslər axtarmışdır. Qaynatası Zərərçəkmiş şəxs7 da ona bu istiqamətdə Tərtər rayon Mamırlı kənd sakini Təqsirləndirilən şəxs kömək edə biləcəyini bildirmişdir. O da öz növbəsində onunla daha öncədən tanış olduğun nəzərə alıb telefonla əlaqə saxlayıb görüşmüşdür. Sonuncuya bu istiqamətdə ona köməklik göstərəcəyi barədə sual verərkən ona köməklik göstərə biləcəyini bildirib bunun müqabilində ondan 5000 manat miqdarında pul vəsaiti tələb etmişdir. O da sonuncu ilə 3000 manata razılaşmış və 2022-ci ilin fevral ayında Tərtər şəhər H.Əliyev prospektidı yerləşən " AL market" -in qarşısında qayınatasının İştirakı ilə 30 ədəd 100 manatlıq pul əskinazları (3000 manat) Təqsirləndirilən şəxs vermişdir. Sonra isə o, Təqsirləndirilən şəxs işi barədə soruşduqda ona, bu gün-sabah deyərək vaxtı uzatmışdır. Sonra isə ona zəng edərək 1200 manat pul isdəmişdir. O da razılaşmış və Təqsirləndirilən şəxs 1200 manat Tərtər şəhər H.Əliyev prospektində yerləşən " AL market" -in qarşısında sonuncunun göndərdiyi sonradan adını bildiyi Yaşar adlı taksi sürücüsünə vermişdir. Sonra isə onu aldatdığını fikirləşmiş və onun barəsində Tərtər RPŞ-nə müraciət etmişdir. Müraciətdən sonra ona 1000 manat pulunu geri qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 taniyır. Sonuncu onun həm qonşusu, həm də uzaq qohumudur. Onunla arasında har hansı düşmənçilik va ədavətimiz olmamışdır. 2021-ci ilin noyabr ayında qonşusu Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 görüş zamanı ona kəsilmiş pensiyasını bərpa etmək istədiyini və bu səbəbdən ona kömək etməyi xahiş etmişdir. O sonuncuya bu işdə kömək edə biləcək bir adam tanıdığını, lakin həmin şəxsin kimliyi barədə ətraflı məlumatının olmadığını, yalnız adını bildiyini demişdir. Həmçinin onun kəsilən pensiyasının sənədlərini təqdim etdikdən təqribən 09 ay sonra bərpa etdiyini demişdir. Daha sonra qonşusu Zərərçəkmiş şəxs5 pensiyasının bərpa edilməsində ona yardımçı olmağı və onu Kamran adlı şəxslə tanış etməyi xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 nömrəsini adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə vermişdir. Belə ki, sonuncu ilk dəfə ona özünü Kənan adı ilə təqdim edib Naftalan şəhərində yaşadığını, bir dəfə ailə hayatı qurub boşandığını, nikahlarindan bir oğlan övladının olduğunu bildirmişdir, lakin məlum hadisələrdən sonra ona bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Mamırlı kəndində anası və yaşlı babası ilə birlikdə yaşayır və sonuncunun Naftalan şəhərində evi yoxdur. Daha sonra olanlar barədə məlumatı olmamışdır. Bir müddət sonra qonşusu Zərərçəkmiş şəxs5la yaşadığı ünvanda görüşən zaman Təqsirləndirilən şəxs onu aldadaraq pulunu aldığını demişdir. O 2-ci qrup əlil olduğu üçün bir neçə il əvvəl Təqsirləndirilən şəxs vasitəsi ilə əlillik pensiyasını bərpa etmişdir. Daha sonra oğlu Əsədzadə Kənanın psixoloji problemləri olduğu üçün hərbi komissiyanın rəyi əsasında müddətli həqiqi hərbi xidmətdən azad edilmişdir. Təqsirləndirilən şəxs bu barədə məlumatı olan kimi dərhal onunla əlaqə saxlayaraq oğluna pensiya almasında köməklik edə biləcəyini bildirmiş və ondan bunun qarşılığında 1200 manat pul istəmişdir. O ilk öncə pulunun olmadığını bildirsə də, sonuncunun təkidi ilə razılaşmalı olmuş və ona 1200 manat verə biləcəyini bildirmişdir. Təqribən 2022-ci ilin fevral ayının əvvəllərində onunla danışıb pulun hazır olduğunu demiş, danışıq zamanı taksi sürücüsü olan Yaşar adlı tanışının gəlib pulu ondan götürəcəyini demişdir. O, razılaşdıqdan sonra 2022-ci ilin fevral ayının əvvəllərində axşamçağı Yaşar adlı taksi sürücüsü ağ rəngli VAZ-2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun yaşadığı küçəyə gəlmişdir. Həmin vaxt onlar küçədə tək olmuş və ətrafda heç kim olmamışdır. O, 1200 manat pulu Yaşara verdikdə, Yaşar ona pulu Kamrana çatdıracağını bildirmişdir. O, bundan sonra Yaşarın yanında Kamranla əlaqə saxlayıb pulu ona verdiyini bildirdikdə, Kamran ona narahat olmamağı, Yaşarın pulu ona çatdıracağını demişdir. Təqribən bir ay müddət keçdikdən sonra Kamran onunla yenidən əlaqə saxlayıb sənədlərdə problem yarandığını, əlavə 1000 manat pul ehtiyac olduğunu, lakin onunla münasibəti olduğu üçün hörmət əlaməti olaraq 500 manat verəcəyi təqdirdə, bu məsələni həll edə biləcəyini və bir həftə içərisində işlərin yekunlaşacağını bildirmişdir. O da pulun bir hissəsini verdiyi üçün məcbur qalıb onunla razılaşmış və yenə eyni qaydada Yaşar adlı taksi sürücüsü vasitəsi ilə Tərtər şəhəri 0.Paşayev küçəsində 500 manat pulu və oğlu Kənan Əsədzadəyə aid şəxsiyyət vəsiqəsi və hərbi biletinin əslini təqdim etmişdir. Sonuncu həmin sənədləri və pulu götürdükdən sonra gəldiyi avtomaşına əyləşib uzaqlaşmış, bir müddət keçməsinə baxmayaraq, Kamrandan bir xəbər çıxmadığını görüb onunla tez-tez telefon vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə telefonlara cavab verməyərək "Whatsapp" tətbiqi vasitəsi ilə ona məşğul olduğunu və bir neçə saat sonra yığacağını bildirmiş, lakin heç vaxt ona geri dönüş etməmişdir. Bu minvalla Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib ümumilikdə 1700 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Tərtər şəhəri Ə.Paşayev küçəsində yerləşən çayxanada işləyir. Təqsirləndirilən şəxslə aralarında münasibət sonuncunun çayxanaya gəlib getdiyinə görə yaranmışdır. Onun böyük övladı Əli Sadıqzadə səhhətinə görə pensiya almış, 18 yaşı tamam olduğu üçün pensiyası kəsilmişdir. O da övladına pensiya düzəltmək üçün Tərtər rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayında çayxanada söhbət edərkən ona bildirmişdir ki, pensiya düzəldə bilir. O da Kamrana övladı Əli barəsində məlumat vermişdir. Sonuncu da ona bildirmişdir ki, onun övladının pensiyasını düzəldə bilər. Ancaq işin müqabilində ilkin olaraq ondan 1000 manat pul istəmişdir. O da Kamranla razılaşmış, sonuncu övladına aid sənədləri götürərək Bakı şəhərinə gedəcəyini bildirmişdir. Pulu olmadığı üçün qardaşı Şahinə zəng edib ona Əlinin işi üçün 1000 manat borc pul lazım olduğunu bildirmiş, qardaşı Şahin onunla razılaşmışdır. O, Kamranın ona göndərdiyi Beynəlxalq banka aid olan plastik kartı Şahinə göndərmiş, sonra qardaşı Şahin Kamrana 1000 manat pulu Bakı şəhərində sonuncuya məxsus plastik karta göndərmiş və çeki də ona məxsus mobil nömrəyə göndərmişdir. O, bundan sonra Kamrana zəng edib pulun çatıb-çatmadığı barədə soruşmuş, Kamran da ona bildirmişdir ki, “pul mənə çatıb, sən narahat olma işini həll edəcəm”. Təxminən 10 gündən sonra Kamran ona zəng edərək 500 manat pul da lazım olduğunu bildirmiş, o, razılaşıb Kamrana məxsus plastik karta Tərtər şəhəri ərazisində 500 manat pul vurmuş və bu barədə Kamrana zəng edib məlumat vermişdir. Pulu ödədikdən sonra Kamranla əlaqə saxlayıb işin nə vaxt həll olunacağını soruşmuşdur. Sonuncu isə ona işin 40-45 günə həll olunacağını bildirmişdir. O da Kamrana inanıb onu gözləməyə başlamış, 2022-ci ilin noyabr ayında Kamran ona zəng edib 600 manat pul lazım olduğunu bildirmişdir. Pulu olmadığı üçün qardaşı Şahinə zəng edib 600 manat borc pul lazım olduğunu bildirmişdir. Qardaşı Şahin onunla razılaşmış və Kamrana məxsus plastik karta 600 manat pul ödəmiş və çeki də ona məxsus mobil nömrəyə göndərmişdir. Bundan sonra Kamrandan pulun çatıb-çatmadığı barədə soruşmuş, sonuncu da pulun çatidığını və 10 günə işini həll edəcəyin bildirmişdir. Sonradan Kamran onu aldadıb işini həll etməmiş və bu barədə o, Tərtər RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və aralarında düşmənçilik və ədavəti yoxdur. Təxminən 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs onun işlədiyi foto studiyaya gələrək şəkil götürüb studiyanı tərk edib getmiş, Təqsirləndirilən şəxs gedib gəldikcə aralarında münasibət yaranmağa başlamış, münasibət yarandıqdan sonra o Təqsirləndirilən şəxs anası Məmmədova Şəhlaya verilən pensiyanın kəsildiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, anasının pensiyasını bərpa etdirə bilər. O, Kamranla razılaşmış, sonuncu ondan ilkin olaraq sənədləri düzəltmək üçün 1000 manat pul istəmiş, o da 1000 manat pulu təxminən 2 gün sonra Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Foto aləmi” adlanan studiyada təqdim etmişdir. Həmin pulu verərkən yanında bibisi oğlu Mirzəyev Ramin olmuş, pulu verdikdən sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «2-3 aydan sonra sənin ananın pensiyası bərpa olunacaq». O da Təqsirləndirilən şəxs inanıb razılaşmış və ondan anasına məxsus şəxsiyyət vəsiqəsinin sürətini istəmişdir. O da anası Şəhlaya məxsus şəxsiyyət vəsiqəsinin sürətini Təqsirləndirilən şəxs təqdim etmiş, 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayına qədər Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ondan ümumilikdə 400 manat pulu anasının pensiyasını bərpa etdirmək adı ilə almış, bundan sonra Təqsirləndirilən şəxs zəng edib pulumu tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək ona aldatmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsi iştirakçısıdır və həmin dövrdə xəstəlik ilə müalicə də olunmuşdur. Lakin onun veteranlıq və əlilliklə bağlı heç bir qeydiyyatı olmamışdır. O, ümumilikdə 5 il müddətində birinici Qarabağ müharibəsində iştirak etmiş, onunla birlikdə xidmət edən şəxslərin hamısı veteranlıq təqaüdü almağına baxmayaraq o, heç bir müavinət almamışdır. 2022-ci ilin avqust ayında Tovuz rayonunda kartof satmağa gedərkən müştəri kimi ona yaxınlaşan tanımadığı bir şəxsə birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, lakin veteranlıq statusu ala bilmədiyini bildirmişdir. Həmin şəxs isə ona ***-***-**-** saylı mobil nömrəsini verərək, həmin şəxsin ona veteranlıq vəsiqəsi düzəldəcəyini və bu işlə məşğul olduğunu bildirmişdir. O da xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış va telefonda özünü Kamran olaraq təqdim etdiyi şəxslə tanış olmuş, Kamran onun problemlərini dinlədikdən sonra sənədlərini və 2000 manat miqdarında pul gətirməyi istəmişdir. Telefon danışığı zamanı Kamran ona Goranboy rayonunda görüş təyin etmişdir. O da xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Goranboy rayonunda Naftalan şəhərinə dönən yolun başlanğıcında Kamran adlı şəxslə görüşərək 2000 manat pul və sənədlərini vermiş, Goranboy rayonuna qonşusu Vidadi adlı şəxsin taksisi ilə gəlmişdir. Kamran isə görüşdükləri yerə qara rəngli "Mercedes” markalı, 99-??-059 dövlət qeydiyyat nömrəli avtomobil ilə gəlmişdir. Kamran bir neçə gün sonra onunla telefon əlaqəsi saxlayaraq onun nazirlikdə çoxlu sayda şikayət və ərizəsi olduğunu, eyni zamanda adının qara siyahıda olduğunu və həmin söhbəti həll etmək məqsədilə təkrar 1500 manat pul istəmişdir. O, tələb olunan 1500 manat pulu xx.xx.2022-ci il tarixdə Tovuz rayon Qovlar şəhərində yerləşən terminaldan telefon danışığı zamanı söylədiyi hesab nömrəsinə göndərmiş, sonra Kamran ona zəng edərək dövlət tərəfindan ona 20000 manatlıq avtomobil verilə biləcəyini bildirmişdir. Eyni zamanda bunun qarşılığında ondan 2000 manat pul istəmişdir. O da razılaşaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşayan qardaşının kürəkəni Şahid5 vasitəsilə 2000 manat pul göndərmişdir. Həmin pulu Kamal Bakı şəhəri "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən "Kontakt Home" mağazasının qarşında Kamran ilə görüşərək ona vermişdir. xx.xx.2022-ci il tarixdə isa Kamran ondan sanadlərin düzəldilməsi üçün təcili 500 manat pul lazım olduğunu bildirmiş, həmin pulu Tovuz rayonunda yerləşən terminallardan X11 adına olan kart hesabına 502 manat pul köçürmüşdür. Daha sonra Kamran onun adına dövlət tərəfindən torpaq sahəsi veriləcəyini bildirib ondan 4000 manat pul istəmiş, o da razılaşaraq Kamrana 4000 manat deyil, 3500 manat göndərəcəyini bildirmişdir. Telefon danışığından sonra Bakı şəhərində yaşayan Lətif adlı dostuna 3500 manat pul yollamışdır. Həmin pulu Latifin oğlu Sübhan Bakı şəhərində Kamran ilə görüşərək ona vermişdir. Daha sonra 2022-ci ilin avqust ayının sonlarında Kamran ona zəng edərək guya 205 vərəqdən ibarət olan onun sənədlərinin surətlərini notarial qaydada təsdiq etmək məqsədilə hər vərəqəyə 5 manat pul lazım olduğunu deyərək ümumilikdə ondan 2500 manat pul istəmişdir. Həmin qonşusu Ramizin taksisi ilə Tərtər rayonuna gedərək rayonun girişində yerləşən “Dağlar" adlı restoranda görüşərək Kamrana vermiş, belə ki, qonşusu Ramiz ilə restorana daxil olduqda həmin vaxt Kamran tanımadığı bir nəfər şəxslə yemək yemişdir. Restoranda Kamranın təkidi ilə oturaraq yemek yemişlər. Oturan zaman Kamranın yanındakı şəxsin adını bilməmiş, yemək yedikdən sonra restoranın çıxışında 2500 manat pulu Kamrana vermişdir. Həmin vaxt qonşusu Ramiz də yanlarında olmuş, lakin Kamranın yanındakı şəxs isə bizdən bir qədər aralıda olmuşdur. Ondan sonra xx.xx.2022-ci il tarixdə Kamran təkrar istifadəsində olan mobil nömrəsi ilə onunla əlaqə saxlayaraq 300 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulu Tovuz rayon İbrahimhacılı kəndində yerləşən “Ali market"-də yerləşən terminaldan Kamranın şəxsi kart hesabına vurmuşdur. xx.xx.2022-ci il tarixdə Kamran təkrar yenə sənədlərin düzəldilməsinə 1000 manat pul lazım olduğunu bildirmiş, o da həmin pulu Tovuz rayon İbrahimhacılı kəndində yerləşən "Ali market"-də yerləşən terminaldan Kamaranın şaxsi kart hesabına vurmuşdur. xx.xx.2022-ci il tarixdə Kamran təkrar yenə sənədlərin düzəldilməsinə 1040 manat pul lazım olduğunu bildirmiş, o da həmin pulu Tovuz şəhərində yerləşən "Sultan market"-da yerləşən terminaldan Kamranın şəxsi kart hesabına vurmuşdur. Bir neçə gün sonra Kamran ilə telefon əlaqəsi saxlayan zaman Kamrana müharibə zamanı xəstəxanada böyrək soyuqlaması diaqnozu ilə yatdığını demişdir. Kamran onun bu sözündən sonra guya arxivdən müalicə sənədlərini tapdığinı və ona əlillik təqaüdü düzəldəcəyini, həmçinin guya ona dövlət tərəfindən ev veriləcəyini bildirmişdir. Kamran bunun qarşılığında ondan 6000 manat pul tələb etmiş, 6000 manat pulu 2022-ci ilin sentyabr ayının 10-da Goranboy rayonunun Borsunlu kəndində Kamran ilə görüşərək ona vermişdir. Kamran hər dəfə onunla görüşə tək gəlmiş, Goranboy rayonuna qonşusu Şahid6 taksisi ilə getmişdir. 6000 manat pulu qonşusu Fərmanın avtomobilində sayaraq, avtomobildən düşüb Kamranın avtomobilində ona vermişdir. Həmin vaxt qonşusu Fərman öz avtomobilində olmuş, sonuncu dəfə isə Kamran ondan 500 manat pul istəmiş, həmin pulu isə xx.xx.2022-ci il tarixdə Tovuz rayon İbrahimhacılı kəndində yerləşən terminaldan Bakı şəhərində yaşayan dostu Lətifə yollamış, eyni zamanda Kamranın ona verdiyi ***-***-**-** saylı mobil nömrəni də Lətifə göndərmiş ki, həmin nömrənin sahibi ila əlaqə saxlayıb ona versin. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsi iştirakçısıdır və həmin dövrdə xəstəlik ilə müalicədə olunmuşdur. 1993-cü il tarixdən 2021-ci ilin mart ayının 11-dək İİ qrup əlilliyə görə dövlət tərəfindən müavinat almışdır. 2021-ci ilin mart ayının 11-dən isə təqaüdü dayandırılmışdır. Bununla əlaqədar özünə təkrar əlillik təqaüdü düzəltdirmək istəmişdir. Təqsirləndirilən şəxs mobil telefonunu iki əvvəl təxminən meyvə-tərəvəz alış-verişi edərkən adını bilmədiyi Bərdə rayon sakinindən almış, həmin vaxtdan Kamrana məxsus olan ***-***-**-** saylı mobil nömrəsi onda olmuşdur. Lakin bu müddət ərzində Kamran ilə əlaqə saxlamamışdir. İlk dəfə xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindan vuraraq əlaqə saxlamışdır. Telefon danışığı zamanı Kamrana əlillik təqaüdünün bərpa edilməsində köməklik göstərməsini ondan xahiş etmişdir. Kamran da ona 6000 manat məbləğində pul qarşılığında ona köməklik edə biləcəyini bildirmişdir. Həmin məbləğin yarısını, yəni 3000 manat pulu əvvəldən, yarısını isə sonra verəcəyini bildirmişdir. O, Kamran ilə telefon əlaqəsi saxladıqda həmin vaxt Bakı şəhərində olmuş, Kamran ilə razılaşaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı çayxanada görüşmüşdür. Kamranın yanına oğlu Şahid3 və yeznəsi Şahid2 ilə birlikdə getmişdir. Lakin Kamran isə görüşə tək gəlmişdir. Həmin adını bilmədiyi çayxanada Kamrana ilkin olaraq 3000 manat pul vermiş, həmin vaxt oğlu Ayxan və yeznəsi Fazil də yanında olmuş, pulu Kamrana verəndən iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Tovuz rayonuna yaşadığı Yanıqlı kəndinə gəlmişdir. Rayonda olan zaman Kamran ona zəng edərək epikriz sənədləri üçün pul lazım olduğunu demiş və ondan 2000 manat pul istəmişdir. O da xx.xx.2022-ci il tarixdə Tovuz rayon Qovlar şəhərində yerləşən ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus bank kartına 1500 manat pul göndərmişdir. Həmin pulu Kamranın özünə məxsus olan “Azərbaycan Beynəlxalq Banki"-na aid 4127-2081-1186- 8690 nömrəli kartın şəklini ona telefon vasitəsilə göndərmişdir. Pulu həmin karta vurmuş, xx.xx.2022-ci il tarixdə isə oğlu Şahid3 500 manat pulu Kamranın kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə Kamran istifadəsində olan mobil nömrə ilə təkrar ona zəng edərək telefon danışığı zamanı artıq onun adının sistemə vurulduğunu və qalıq qalan 2000 manat pulu da göndərməyin istəmişdir. O da xx.xx.2022-ci il tarixdə Tovuz şəhər, Qovlar kəndində yerləşən "Pashapay" ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus hesab kartına 2000 manat pul göndərmişdir. O,ümumilikdə Kamrana 7000 manat pul göndərmiş, sonuncu pulu göndərdikdən sonra Kamran bir neçə dəfə ona yalan vədlər verərək guya işini düzəldəcəyini desə də, lakin vədinə əməl etməmiş və onu aldatmışdır. xx.xx.2022-ci il tarixdən isə Kamran daha zənglərinə cavab verməmiş, bu səbəbdən də xx.xx.2022 ci il tarixdə Kamranın ona qarşı dələduzluq etməyi barədə rəsmi ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ildə Balakən rayon İtitala kənd sakini Şahid8 ilə ailə həyatı qurmuşdur., həyat yoldaşı hal-hazırda Cəbrayıl şəhəri ərazisində yerləşən hərbi hissədə gizir işləyir. X4 müharibədə yaralanmış, müharibə başladıqda övladları ilə birlikdə Balakən rayonu İtitala kəndinə gəlmiş, həmin dövrdə qardaşı Raulun müharibədə yaralandığı üçün hərbi hospitalda müalicə aldığı vaxt Tərtər rayonu Mamırlı kənd sakini Təqsirləndirilən şəxs ilə tanlış olmuşdur. Onunla birlikdə Balakən rayonuna gəlmiş, qardaşı ilə Kamran onun evində olan vaxtı Kamranın ona Elşənin xidmət yerini Bakı şəhərinə dəyişəcəyini demiş, bir neçə gün sonra Kamran zəng edərək ona göndərdiyi kart hesaba Elşənin xidmət yerinin dəyişdirilməsi müqabilində 3000 manat pul göndərməyi bildirmişdir. O, 3000 manat pul vəsaitini Balakən şəhəri ərazisində “Million” ödəmə terminalında Kamranın ona göndərdiyi kart hesaba köçürmüş, həmin vaxtdan 1 ay sonra Kamran yenidən ona zəng edib əlavə olaraq da 300 manat kart hesabına pul köçürməyini istəmiş, eyni qaydada ödəmə terminalı vasitəsilə Kamranın kart hesabına 3000 manatdan əlavə 300 manat da pul vəsaitini köçürməsinə baxmayaraq sonuncu bunun əvəzində heç bir iş görməyib onu aldatmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2011-ci ildə həyat yoldaşı X6 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır Həmin vaxtdan etibarən həyat yoldaşı hər ay pensiya almış, 2021-ci ildə Hüseyinin pensiyasının verilməsi dayandırılmışdır. Həmin ildə bacısı oğlu Raul müharibədə yaralanmış, müharibədən sonra Raul Bakı şəhərində yerləşən hərbi hospitalda qalan vaxtı orada Tərtər rayon Mamırlı kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Raul Balakən rayon İtitala kəndinə Kamranls birlikdə gəlmişdir. Raul kəndə gələn zaman onun yanında Kamranı görüb onunla söhbət etmiş, Kamrana həyat yoldaşının pensiyasının verilməsinin dayanmasını dedikdə, Kamranın ona Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyində tanışının olduğunu pul müqabilində pensiyanın verilməsinin təmin edəcəyini bildirmişdir. Kamrandan işin düzəlməsi müqabilində nə qədər pul lazım olduğunu soruçduqda sonuncu ondan 3100 manat pul istəmiş, bundan əlavə orada söhbət gedən vaxtı Kamrana Zəngilan rayonunda yerləşən hərbi hissədə gizir işləyən bacısının kürəkəni Elşənin Bakı şəhərinə xidmət yerinin dəyişdirilməsi üçün də köməklik göstərilməsini xahiş etmişdir. Kamranın ona işin müqabilində 3300 manat pul istəmiş, Kamran ilə hər iki iş üzrə razılaşmış, Kamranın ona göndərdiyi kart hesaba ayrı-ayrı vaxtlarda Balakən şəhəri ərazisində yerləşən ərzaq mağazasında olan ödəmə terminalı vasitəsilə həyat yoldaşına pensiya düzəltməsi üçün ümumi olaraq 3025 manat pul vəsaiti göndərmiş, həmin ərəfələrdə Elşənin həyat yoldaşı İradənin Kamranın ona göndərdiyi kart hesaba Elşənin xidmət yerinin dəyişdirilməsi üçün 3300 manat pul göndərməsi də ona məlum olmuş, həmin vaxtdan artıq 1 ildən çox vaxt keçməsinə baxmayaraq Kamran vədinə əməl etməyib hər hansı iş görməmiş, həmçinin əldə etdiyi pul vəsaitlərini qaytarmayıb onu aldatmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 həmkəndlisidir, eyni zamanda qonşusudur. Münasibəti normaldır, aralarında heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cəmaləddin 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və beş il müharibədə iştirak etmişdir. Lakin Qarabağ müharibəsi iştirakçısı olmağına baxmayaraq dövlət tərəfindən heç bir müavinat almamışdır. Bununla bağlı Cəmaləddin özünə əlillik təqaüdü düzəltmək istəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəmaləddin həmin işi Tərtər rayon Mamırlı kənd sakini Təqsirləndirilən şəxs vasitəsilə düzəldir. 2022-ci ilin avqust ayının sonlarında qonşusu Cəmaləddin onunla Tərtər rayonuna getməyi və orada Kamran adlı şəxslə görüşəcəyini və ona sənədlərinin düzəldilməsi məqsədilə 2500 manat pul verəcəyini bildirmişdir. Onlar Tərtər rayonunun girəcəyində yerləşən "Dağlar" restoranında Kamran adlı şəxslə görüşmüş, həmin vaxt Kamran tanımadığı və adını bilmədiyi bir nəfər şəxslə oturmuşdur. Daha sonra Cəmaləddin ilə həmin stolda əyləşmiş, yemək yeyib qurtardıqdan sonra restorandan bayıra çıxmış, bayıra çıxan zaman Cəmaləddin onun yanında cibindən pul çıxardaraq 2500 manat pul sayıb Kamrana vermişdir. Həmin vaxt Kamranın yanında olan adını bilmədiyi şəxs isə onlardan bir qədər irəlidə olmuş, pulu verdikdən sonra onlar təkrar Tovuz rayonuna qayıtmışlar, Cəmaləddin həmin pulu Kamrana özünə əlillik təqaüdü düzəltdirmək məqsədilə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun qaynıdır. Qaynı 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, münasibəti normaldır, aralarında heç bir ədavəti və düşmənçiliyi yoxdur. Dilqam 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün 1993-cü ildən dövlət tərəfindən İİ qrup əlil olduğu üçün əlillik təqaüdü almışdır. 2021-ci ilin mart ayından isə dövlət tərəfindən həmin təqaüdün verilməsi dayandırılmışdır. Dilqam özünə təkrar olaraq əlillik təqaüdü düzəltmək istəmiş, sonradan ona məlum olmuşdur ki, Dilqam həmin işi Tərtər rayon Mamırlı kənd sakini Təqsirləndirilən şəxs vasitəsilə düzəldir. xx.xx.2022-ci il tarixdə qaynı Dilqam işini düzəltmək məqsədilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdə onun yaşadığı ünvanda qalmışdır. xx.xx.2022-ci il tarixdə qaynı Dilqam mobil telefon vasitəsilə Kamran adlı şəxslə əlaqə saxlamış, Kamran isə telefonda həmin təqaüd işini düzəltmək üçün 7000 manat pul istəmiş, eyni zamanda 3000 manatını ilkin olaraq istəmişdir. Dilqam isə Kamran ilə razılaşmış, sonra xx.xx.2022-ci il tarixdə Dilqam, o və oğlu Şahid3 ilə birlikdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığına Kamran adlı şəxslə görüşməyə getmişlər. Onlar metrostansiyanın yaxınlığında Kamran ilə görüşüb, tanımadığı bir çayxanaya gedib orada oturub çay içmiş, həmin vaxt Kamran olmuş, onlar çayxanada çay içən zaman Dilqam cibindən 3000 manat pul çıxardaraq sayıb Kamrana vermişdir. Həmin vaxt qaynının oğlu Ayxan da orada olmuş, Dilqəm pulu Kamrana verdikdən sonra Kamran onlara həmin işin 35 gün ərzində düzələcəyini bildirmiş və daha sonra isə çayxanadan çıxıb yaşadığı evə gəlmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 onun həmkəndlisidir, eyni zamanda qonşusudur. Münasibəti normaldır, aralarında heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cəmaləddin 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və beş il müharibədə iştirak etmişdir. Lakin Qarabağ müharibəsi iştirakçısı olmağına baxmayaraq dövlət tərəfindən heç müavinat almamışdır. Bununla bağlı Cəmaləddin özünə əlillik təqaüdü düzəltmək istəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəmaləddin həmin işi Tərtər rayon Mamırlı kənd sakini Təqsirləndirilən şəxs vasitəsilə düzəldir. 2022-ci ilin sentyabr ayının birinci 10 günlüyündə qonşusu Cəmaləddin ona sonuncu ilə Goranboy rayonu Borsunlu kəndinə getməyi və orada Kamran adlı şəxslə görüşəcəyini və ona sənədlərinin düzəldilməsi məqsədilə 6000 manat pul verəcəyini bildirmişdir. Onlar Goranboy rayonunun Borsunlu kəndinin çıxacağında magistral yolda Kamran adlı şəxslə görüşmüşlər. Həmin vaxt Kamran ora qara rangli xarici maşın ilə gəlmiş və maşının qeydiyyat nömrəsinin sonuncu rəqəmi 059 olduğunu xatırlayır. Onlar yolda gedərkən onun idarə etdiyi avtomobildə Cəmaləddin ilə birlikdə 6000 manat pulu sayaraq avtomobilində olan dəftər vərəqinə bükmüşlər. Kamran ilə görüşərkən o avtomobilində gözləmiş, Cəmaləddin isə maşından düşərək, Kamranın avtomobilinə əyləşmişdir. Təxminən üç dəqiqədən sonra Cəmaləddin təkrar maşına yaxınlaşıb əyləşmiş, avtomobilə əyləşdikdən sonra həmin 6000 manat pulu Kamrana verdiyini bildirmişdir. Cəmaləddin həmin pulu Kamrana özünə əlillik təqaüdü düzəltdirmək məqsədilə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Atası 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün 1993-cü ildən dövlət tərəfindən İİ qrup əlil olduğu üçün əlillik təqaüdü almışdır. 2021-ci ilin mart ayından isə dövlət tərəfindən həmin təqüdün verilməsi dayandırılmışdır. Atası özünə təkrar olaraq əlillik təqaüdü düzəltmək istəmiş, sonradan ona məlum olmuşdur ki, atası həmin işi Tərtər rayon Mamırlı kənd sakini Təqsirləndirilən şəxs vasitəsilə düzəldir. xx.xx.2022-ci il tarixdə o və atası Dilqam işini düzəltmək məqsədilə Bakı şəhərinə gəlmiş, onlar Bakı şəhərinə gəldikdə bibisinin yaşadığı ünvanda qalmışlar. Həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə atası Dilqam mobil telefon vasitəsilə Kamran adlı şəxslə əlaqə saxlamış, Kamran isə telefonda həmin təqaüd işini düzəltmək üçün atasından 7000 manat pul istəmişdir. Eyni zamanda 3000 manatını ilkin olaraq istəmiş, atası isə Kamran ilə razılaşmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə atası, o və bibisinin əri Şahid2 ilə birlikdə Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığına Kamran adlı şəxslə görüşməyə getmişlər. Onlar metrostansiyanın yaxınlığında Kamran ilə görüşüb, tanımadığı bir çayxanaya gedib orada oturub çay içmişlər. Həmin vaxt Kamran olmuş, onlar çayxanada çay içən zaman atası cibindən 3000 manat pul çıxardaraq sayıb Kamrana vermişdir. Həmin vaxt bibisinin əri də orada olmuş, atası pulu Kamrana verdikdən sonra Kamran onlara həmin işin 35 gün ərzində düzələcəyini bildirmiş və daha sonra isə çayxanadan çıxıb yaşadığı evə gəlmişlər. Daha sonra atası Dilqam Bakı şəhərindən çıxaraq Tovuz rayonuna yaşadığı evə getmiş, o isə Baki şəhərində bibisigildə qalmışdır. xx.xx.2022-ci il tarixdə isə bibisi evində olan zaman atası Dilqam ona zəng edərək Kamrana 500 manat pul vermək lazım olduğunu bildirmişdir. O da atasına üzərində 500 manat olduğunu bildirmiş, sonra isə həmin 500 manat pulu Kamranın "Vhatsapp" sosial şəbəkə vəsitəsilə ona göndərdiyi kart hesabına vurmuşdur. Göstərmişdir ki, atası ilk 3000 manat pulu Kamran adlı şəxsə verdikdə yanında olmuş, ikinci dəfə isə Kamrana 500 manat yollamış, sonradan ona məlumdur ki, atası Kamran adlı şəxsə ümumilikdə 7000 manat pul göndərmiş, lakin Kamran adlı şəxs atasının işini düzəltməmiş və atasına qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Camaləddin Məmmədov arvadının əmisidir, eyni zamanda 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və beş il müharibədə iştirak etmişdir. Lakin Qarabağ müharibəsi iştirakçısı olmağına baxmayaraq dövlət tərəfindən heç müavinət almamışdır. Camaləddin özünə əlillik təqaüdü düzəltmək istəmiş, sonradan ona məlum olmuşdur ki, Camaləddin həmin işi Tərtər rayon Mamırlı kənd sakini Təqsirləndirilən şəxs vasitəsilə düzəldir. Hal-hazırda Bakı şəhərində yaşadığı üçün Camaləddin xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Kamran adlı şəxsə 2000 manat pul çatmasını bildirmişdir. O da həmin vaxt Bakı şəhərində olduğu üçün Caməllədinə həmin pulu onun hesab kartına vurmasını bildirmişdir. Camaləddin daha sonra 2000 manat pulu onun adına olan hesab kartına göndərmişdir. Eyni zamanda Camaləddin ona Kamranın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vermişdir ki, həmin şəxslə əlaqə saxlasın və həmin 2000 manat pulu ona versin. O, həmin gün, yəni xx.xx.2022-ci il tarixdɔ pulu özünə məxsus kartdan çıxartdıqdan sonra Kamran adlı şəxslə telefon əlaqəsi saxlamış, telefon danışığı zamanı Kamran görüş yeri kimi ona 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Kontakt Home" mağazalar şəbəkəsinin yaxınlığına gəlməyi bildirmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində Kamranın dediyi ünvana gəlmiş, həmin vaxt Kamran ilə görüşməyə tək getmiş, həmçinin Kamran ilə görüşdükdə onun tək olduğunu görmüş, sonuncu ilə görüşüb pulu ona verərək həmin, yəni 2000 manat pulu Camaləddinin göndərdiyini bildirmiş və sonra Kamran ondan uzaqlaşaraq çıxıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 tanımır. Lakin Təqsirləndirilən şəxs təxmini bir ilə yaxın olar ki, tanıyır. Belə ki, Kamranı taksi sürücüsü işləyərkən daimi müştərisi olduğu üçün tanımışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu ünvanda olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, o isə Kamrana Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən "Kontakt Home" mağazasının qarşısında olduğunu bildirmişdir. Daha sonra isə Kamran ona bir nəfər şəxsin gətirib 500 manat pul verəcəyini və həmin pulu götürməyi, daha sonra isə həmin pulu ondan götürəcəyini bildirmişdir. O, isə Kamran ilə razılaşmış, təxminən 15 dəqiqə sonra bir nəfər tanımadığı şəxs ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş və ona 500 manat pul verəcəyini, eyni zamanda həmin pulun Kamrana çatacağını bildirmişdir. O, isə həmin adını bilmədiyi şəxsə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən "Kontakt Home" mağazalar şəbəsinin yanında olduğunu bildirmiş, təxminən 10 dəqiqə sonra həmin şəxs onun yanına yaxınlaşmış və özünü ona təqdim etməmiş, həmin vaxt adını bilmədiyi şəxs tək gəlmiş və onun yanından Kamrana mobil telefon vasitəsilə zəng edərək pulu ona verdiyini bildirmiş, Kamran isə ona razılıq vermiş ki, 500 manat pulu ona versin. Daha sonra adını sonradan bildiyi Şahid7 500 manat pulu ona vermiş, Lətif pulu ona verdikdən sonra ondan bu işdən məlumatı olub-olmadığını soruşmuş, o, isə Lətifə bu işdən məlumatı olmadığını və eyni zamanda Lətifə Kamranın 2- 3 saata gələcəyini bildirmiş və əgər nə sualı olarsa, Kamrana verməsini, eyni zamanda pulu da Kamrana özü verməsini bildirmişdir. Lətif isə ona heç bir problem olmadığını və pulu götürməyini istəmiş, o da həmin 500 manat pulu Lətifdən götürmüş, Lətif isə ondan uzaqlaşaraq çıxıb getmişdir. Təxminən 2-3 saatdan sonra Kamran onun yanına gəlmiş, Kamran onun yanına gəlib 500 manat pulu ondan götürmüş və heç bir söz soruşmadan çıxıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 onun ailəvi dostudur, eyni zamanda 1-ci Qarabağ müharibəsində bir yerdə xidmət aparmışlar. Cəmaləddin onunla birlikdə 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və beş il müharibədə iştirak etmişdir. Lakin Qarabağ müharibəsi iştirakçısı olmağına baxmayaraq dövlət tərəfindən heç müavinət almamışdır. Lakin o isə veteranlığı ilə bağlı uzun müddətdir ki, veteran olduğu üçün dövlət tərəfindən müavinət alır. Camaləddin özünə əlillik təqaüdü düzəltmək istəmiş, sonradan ona məlum olmuşdur ki, Cəmaləddin həmin işi Tərtər rayon Mamırlı kənd sakini Təqsirləndirilən şəxs vasitəsilə düzəldir. Hal-hazırda Bakı şəhərində yaşadığı üçün yaxın dostu Cəmaləddin xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəsinə zəng edərək Kamran adlı şaxsə 500 manat pul çatmasını bildirmişdir. O da həmin vaxt Bakı şəhərində olduğu üçün Cəmaləddinə həmin pulu onun hesab kartına vurmasını bildirmişdir. Cəmaləddin daha sonra 500 manat pulu onun adına olan hesab kartına göndərmişdir. Eyni zamanda Cəmaləddin ona ***-***-**-** saylı mobil nömrə vermiş ki, həmin şəxslə əlaqə saxlasın və həmin 500 manat pulu ona versin. O, hamin gün 500 manat pulu kartdan çıxartdıqdan sonra həmin mobil nömrə ilə əlaqə saxlamış və adını bilmədiyi şəxs ona 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən "Kontakt Home" mağazalar şəbəsinin yaxınlığında görüş təyin etmişdir. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində deyilən ünvana, şəxslə görüşməyə tək getmişdir. O adını bilmədiyi şəxslə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən "Kontakt Home" mağazalar şəbəsinin yaxınlığında görüşmüş və həmin 500 manat pulu ona vermişdir. Həmin şəxlə görüş zamanı o, adını bilmədiyi şəxsdən bu işlərin sonu necə olacağını soruşduqda, həmin şəxs ona heç nə bilmədiyini və həmin pulu Kamrana çatdıracağını bildirmişdir. Cəmaləddin ona bir dəfə pul yollamış ki, Kamrana çatdırsın, yəni o Cəmaləddinin işinə görə 500 manat pul vermişdir. Lakin oğlu Sübhan isə o dənizdə işdə olan zaman Kamran adlı şəxsə çatması üçün iki dəfə pul aparıb vermiş, amma həmin pulları Sübhanın kimə verdiyindən məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli h/h-nin 1-ci CHT-nin 1-ci CHB-nin manqa komandiri vəzifəsində işləmiş, 2020-ci ildə 2-ci Qarabağ müharibasi başlamazdan taxminən ay yarım əvvəl hayat yoldaşını azyaşlı uşağı ilə birlikdə Balakən rayonu İtitala kəndinə göndərmişdir. Müharibə dövründən sonra da vəziyyətlə əlaqədar olaraq ailəsini xidmət etdiyi yerlərə apara bilməmişdir. Bununla bağlı ailədə müəyyən problemlər yaranmışdır. Təxminən 2021-ci ilin iyun ayında həyat yoldaşı Zərərçəkmiş şəxs1 ona zəng edərək qaynı Raulla birlikdə hərbi qospitalda tanış olduğu Təqsirləndirilən şəxs adlı şəxsin qaynatasıgilə qonaq gəldiyini və həmin şəxsin 3000 (üç min) manat pul müqabilində onun xidmət yerini Bakı şəhərinə dəyişdirə biləcəyini onlara dediyini bildirmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı, qaynı və qaynatası çox inandırıcı danışaraq onlara onun xidməti yerini Bakıya dəyişdirə bilacəyini demişdir. Onun özünün xidmət yeri ilə və ya xidmət aparmağı ilə bağlı heç bir probleminin olmamasına baxmayaraq, ailə vəziyyətinə görə yoldaşına Təqsirləndirilən şəxs adlı həmin şəxsə xidmət yerini dəyişdirmək üçün pul verməyə razı olduğunu bildirmişdir. Həmin vaxtı pulları olmadığına görə həyat yoldaşı Zərərçəkmiş şəxs1 "Finca bank”dan 3000 (üç min) manat pulu kredit götürüb 2021-ci ilin iyul ayında Balakən şəhərində İtitala kəndinə gedən taksilərin dayanacağında yerləşən mağazadan "Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs bank hesabına 3000 (üç min) manat pul köçürmüşdür. Pulu Kamranın hesabına köçürən günü və ya günortası günü istifadəsində olan nömrələrisini bloka atmış və onunla tamamilə əlaqəni kəsmişdir. Hayat yoldaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bank hesabına "Milliön” terminalı vasitasilə pul köçürməsi haqqında olan qəbzləri itirdiyinə görə onları təqdim edə bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cərimə tam ödənilmişdir. Tərtər RPŞ-in xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Tərtər RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Balakən rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Balakən rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 31 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu müddət, yəni 01 (bir) gün ona təyin edilmiş cəza müddətinə hesablanaraq üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək artırılmış, CM-nin 69.3-cü maddəsinə əsasən onun 31 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu müddət, yəni 01 (bir) gün ona təyin edilən cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023- cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ayadək endirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Lakin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 dair verilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti 2021-ci ilin avqust ayında, X5 qarşı dələduzluq cinayəti 29 sentyabr 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq cinayəti 2021-ci il in noyabr ayından 2022-ci ilin may ayınadək, Zərərçəkmiş şəxs5 qarşı dələduzluq cinayəti 2018-ci ilin fevral ayında, X14 qarşı dələduzluq cinayəti 2021-ci ilin noyabr ayından həmin ilin dekabr ayınadək, Zərərçəkmiş şəxs6 qarşı dələduzluq cinayəti 2022-ci ilin fevral ayında və Zərərçəkmiş şəxs7 qarşı dələduzluq cinayəti 2022-ci ilin fevral ayında törədilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs dələduzluq etməsinə dair həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, onun bu epizodlar üzrə əməli təkrarlıq əlaməti üzrə tövsif edilə bilməz, ona görə cinayət işi üzrə icraata həmin epizodlara dair hissədə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda qeyd olunan normaları hazırkı iş üzrə tətbiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, yəni sonuncunun ittiham olunduğu əməldə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 dair verilmiş epizodlar həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən iki il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cinayət işinin icraatına həmin epizodlar üzrə xitam verilməsi təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ümumi tövsifinə təsir etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023-cü il tarixli qərarındən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 01 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 qarşı dələduzluq etməsinə dair verilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 01 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət olmaqla ümumilikdə 05 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar