Məhkəmə qərarları › İş №1(012)-266/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-266/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-266/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçiiştirakı ilə, xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatəhsilli,evli, «xxxxxxxxxxxxxxxx» MMC-də sürücü işləyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektiev 60 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 99-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikas ıCM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 dekabr2019-cu il tarixdə saat 19 radələrində «xxxxxxxxxxxxxxxx» MMC-yə məxsus olan yol vərəqi əsasında idarə etdiyi «London TaxiTX4» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı minikavtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsinə gedən yeni avtomobil yolu ilə Bakı Mühəndislik Universiteti istiqamətindəsaatda 70 kmsürətləhərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinintələblərinəəsasən sürücühərəkətüçüntəhlükəyarandığınıgördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun tələblərinə riayət etməyərək yolu soldan sağa doğru keçən piyada 1994-cü il təvəllüdlü X2 avtomobilin qabaq hissəsi ilə vuraraq nəticədə ehtiyatsızlıqdan sonuncuya baş beyin toxumasına, baş beyin maddəsinə və beyinciyə qansızmalar, daxili qanaxma ilə müşayiət olunan solağciyərinkökünün, dalağıncırılması, onurğa sütununun onurğa beyinin zədələnməsi ilə müşayiət olunan boyun şöbəsinin 1-2-ci boyun fəqərələrinin, soltərəfli 4-5- 6-7-ci qabırğaların qapalı yerinidəyişmiş sınıqları, hər iki baldır sümüklərinin açıq, yerinidəyişən sınıqları, alın nahiyyəsinin sol hissəsinin sol qaş və sol gözün üst qapağını əhatə edən və hər iki baldır nahiyyəsinin aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alın, burun, solyanaq, sağalmacıq, sağqalçaqanadı, soləlinüstsəthinin, sağbaldır, soldizoynağınahiyyələrininsıyrıqlarıkimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilmiş, sonuncu aldığı daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin kökünün, dalağın cırılması, sol tərəfli 4-5-6-7-ci qabırğaların sınıqları fonunda baş beyin toxumasına, baş beyin maddəsinə və beyin ciyə qansızmalar, onurğa beyinin zədələnməsi ilə müşayiət olunan onurğa sütunun boyun şöbəsinin 1-2-ci boyun fəqərələrinin qapalı yerinidəyişən sınıqları nəticəsində hadisə yerində ölmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1980-ci ildən nəqliyyat vasitəsi idarə edir. Nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. 2010-cu ildən “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus “London Taxi TX4” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili cəmiyyətin verdiyi yol vərəqəsi əsasında idarə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Sumqayıt şəhərinə müştəri aparıb düşürdükdən sonra oradan Saray qəsəbəsi ilə yaşadığı Xırdalan şəhəri istiqamətində hərəkətetmişdir. Saat təxminən 19 radələrində Saray qəsəbəsinə çəkilmiş yeni avtomobil yolu ilə saatdə təxminən 70 km sürətlə Xırdalan şəhəri istiqamətində hərəkətdə olarkən qəfil yolun sol tərəfindən qaraltının hərəkət yoluna çıxmasını görüb avtomobili sol istiqamətləndirib tormozu işə salmışdır. Həmin vaxt yolu keçən piyada sağhərəkətzolağındasəkidən 4 metrməsafədə avtomobilinin qabaq hissəsinə dəyib təxminən 10-15 metr qarşıda yolun sağ kənarında səkiyə yaxın asfaltın üzərinə düşmüşdür. Piyadanın baş nahiyyəsi alın şüşəsinə dəyməsi nəticəsində avtomobilin alın şüşəsi tamamilə yararsız hala düşmüşdür. Dərhal maşını saxlayıb piyadanın yıxıldığı yerə gəlib nəbzini yoxlamış, lakin nəbzi vurmamışdır. Vurduğu şəxsin baş nahiyyəsindən xəsarət almasını görüb orada olan şəxslərdən xahiş etmişdir ki, təcili yardıma zəng vursunlar. Həmin vaxt özünü itirmiş, hadisə yerində olan tanımadığı şəxsdən polisə də məlumat verməsinixahişetmişdir. Təxminən 5 dəqiqə sonra ərazidə xidmət aparan polis əməkdaşları hadisə yerinə gəlmişlər. Təxminən 10 dəqiqə sonra isə təcili yardım maşını gəlib vurduğu şəxsi müayinə etmiş, həmin şəxsin artıq keçindiyiməlumolmuşdur. Hadisə yerinə gələn prokurorluq və polis əməkdaşları onun və orada olan iki nəfər hal şahidi kimi dəvət edilmiş şəxslərin iştirakı ilə piyadanı vurduğu yerə baxış keçirmiş, sonra isə piyadanın meyiti avtomobillə morqa aparılmış, onu isə Bakı şəhərində yerləşən ekspertiza şöbəsinə aparıb sərxoşluq müyayinəsindən keçirmişlər. Polis idarəsinə gələndən sonra avtomobili ilə vurduğu şəxsin 1994-cü il təvəllüdlü Abşeron rayonu Saray qəsbəsində yaşayan X3 olduğuona məlumolmuşdur. Hüseyn İsmayılovu və sonuncunun yaxınlarını tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Hadisə ərəfəsində avtomobilimlə Xırdalan şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobildə kənar şəxs olmamışdır. Hərəkətdə olarkən yol qaranlıq olması səbəbindən qarşı tərfdə yolu keçən piyadanı görməmiş, təxminən 10 metr qalmış sol tərəfdən hərəkət hissəsinə qaraltı daxil olmasını görüb maşını sola istiqamətləndirərək əyləci işə salmışdır. Avtomobili tormozda sürüşüb yolu keçən piyadaya dəyməsi səbəbindən hadisə baş vermişdir. Avtomobili həmin vaxt saatda 70 km sürətlə idarə etmişdir. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Yas mərasimində dəfələrlə iştirak etmiş, gücü çatan yardımı etməyə çalışsa da mərhumun ailə üzvləri qəbul etməmişlər. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum oğlu Hüseyn İsmayılov ailəsi ilə Abşeron rayonu, Saray qəsəbəsində onlarla birlikdə yaşamışdır. Hüseynin 1 övladı olmuşdur. Hüseyn 2019-cu ilin noyabr ayının sonlarında şirkətdə sürücü kimi işə düzəlmiş, səhər saat 09-dan axşam saat 19-dək işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə evdə olarkən saat təxminən 20 radələrində bacısı qızının həyat yoldaşı Teymur ona zəng vurub,Hüseyni maşın vurduğunu və Respublika xəstəxanasına aparıldığını demişdir. Xəstəxanaya gələndə ona məlum olmuşdur ki, Hüseynin saat 19 radələrində işdən evə gələrkən Saray qəsəbəsinə çəkilən yeni yolda taksidən düşüb yolu keçəndə həmin yolda hərəkətdə olan taksi xidməti göstərən “LondonTaxi” markalı avtomobilinsürücüsüoğlunuavtomobilləvurmuş, hadisəyerinətəciliyardımgəlməsinəbaxmayaraqoğlualdığıxəsarətlərnəticəsindəhadisəyerin dəölmüşdür. Onahadisəbarədəməlumatverilərkənilkinolaraqoğlununölməsinideməmişlər. Həmin vaxt oğlunu vuran avtomobili idarə edən şəxsin Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs tanımamış və aralarında heç bir münasibət və ədavət olmamışdır. Hadisədən sonra sürücünün polis idarəsinə aparıldığı məlum olmuşdur. Oğlunun meyiti məhkəmə tibbi ekspertizası tərəfindən müayinə edildikdən sonra onu xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Təqsirləndirilən şəxs şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində Bakı şəhəri 20 yanvar dairəsindən Saray qəsəbəsinə gedən markası yadında qalmayan taksiyə əyləşmişdir. Ondan başqa həmin taksidə bir nəfər tanımadığı müştəri olmuşdur. Onlar Xırdalan şəhəri istiqamətində hərəkət etmişlər. Xırdalan dairəsində taksi sürücüsü bir nəfər oğlanı da müştəri kimi maşına götürmüşdür. Həmin şəxs Saray qəsəbəsinə getdiyini demişdir. Onlar Bakı-Sumqayıt yolu ilə hərəkət edib Saray qəsəbəsinə gedən yeni yola daxil olmuşlar. Oradan bir qədər Saray qəsəbəsi istiqamətində hərəkət etdikdən sonra arxada əyləşən oğlan taksi sürücüsünə maşını saxlamasını demişdir. Həmin müştəri taksinin pulunu verib maşından düşdükdən sonra onlar hərəkətə davam edəndə qəfil tappıltı səsi eşitmişlər. Bu vaxt onun oldğu taksinin sürücüsü bir az əvvəl taksidən düşən oğlanı maşın vurduğunu deyib maşını saxlamış, onlar dərhal maşından düşüb yolun digər tərəfinə qaçdıqda “LondonTaxsi” markalı maşının sürücüsünün maşını saxlayıb yolun kənarında uzanmış şəxsə tərəf gəldiyini görmüşlər.Həmin sürücü yerə uzanan şəxsin nəbzini yoxlamış, lakin nəbzi vurmadığını demişdir. Onlar bir az əvvəl onlarla birlikdə gələn sərnişin oğlanın xəsarət aldığını və hərəkətsiz olduğunu görmüşlər. Onu vuran taksi maşınının sürücüsü də həyacan içində olmuş və özünü itirmişdir. Onlar dərhal təcili yardıma zəng vurmuşlar. Sonra orada olan tanımadağı şəxs polisə zəng vurub məlumat vermişdir. Təcili yardım təxminən 5 dəqiqə sonra hadisə yerinə gəlmişdir. Həkimlər vurulmuş şəxsi müayinə edib,aldığı xəsarətlər nəticəsində dünyasını dəyişdiyini demişlər. Onun gəldiyi taksinin sürücüsü və maşında olan digər sərnişin tələsdikləri üçün getmişlər. Polis əməkdaşları hadisə yerinə gəlib hadisəilə bağlı maraqlandıqda, gördükləri barədə onlara bildirmişdir. Ölən şəxsin üzərində olan sənədlər əsasında X3 olduğu məlum olmuşdur. Hüseyni əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Təsadüfən eyni taksidə gəlmişdir. Yolda Hüseynə zəng gəlmiş və onun danışığından harasa məclisə tələsdiyi məlum olmuşdur. Hüseyn maşından düşəndən sonra yolu keçməsinə fikir vermədiyi üçün avtomobilin onu vurmasını görməmiş, yalnız səsi eşidib baxanda taksi sürücüsü Hüseyni maşın vurduğunu bildirmişdir. Hüseyni vuran maşının qabaq hissəsi əzilərək deformasiyaya uğramışdır. Hüseyn əsasən baş və ayaq nahiyyələrindən xəsarət almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 19 radələrində özünə məxsus “Toyota Prado” markalı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsindən yeni çəkilmiş avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ hərəkət zolağında yol nəqliyyat hadisəsi baş verdiyini və orada bir neçə şəxsin yığışdığını görüb maşının sürətini azaltmış və həmin yerə yaxınlaşanda yolun sağ səkisinin yanında bir nəfərin yerə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Maşını saxlayıb onlara yaxınlaşmış, həmin şəxsin baş və ayaq nahiyyələrindən xəsarət aldığını görmüşdür. Orada olan şəxslər isə onun arxası tərəfə çevirmişlər. Xəsarət almış şəxsin nəbzini yoxlamış, lakin nəbzinin vurmadığını bilmişdir. Orada olarkən təcili tibbi yardım maşını gəlmiş və həkimlər həmin şəxsi müayinə edib öldüyünü bildirmişlər. Həmin vaxt DİN-in 102 xidmətinə zəng vurub Saray qəsəbəsinə gedən yeni yolda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Bundan sonra tələsdiyi üçün hadisə yerini tərk edib getmişdir. Həmin piyadanı vuran avtomobil “LondonTaksi” markalı avtomobil olmuş, avtomobilin sürücüsü həmin vaxt vurduğu piyadanın yanında ona yardım göstərməyə çalışmışdır. Avtomobil isə hadisə yerindən 15 metr qarşıda yolun kənarında dayanmışdır. Sürücünün deməsinə görə piyada yolu qaçaraq sağ tərəfə keçmək istəyərkən qəfil qarşısına çıxmış, yol qaranlıq olduğu üçün piyadanı görməmiş, avtomobili sola istiqamətləndirsə də piyadanı avtomobilin qabaq tərəfi ilə vurmuşdur. “LondonTaxsi” markalı avtomobilin piyadanı vurduğuanı görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ciiltarixli, 114 №-li rəyindən görünür ki, mərhum X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin toxumasına, baş beyin maddəsinə və beyinciyə qansızmalar, daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin kökünün, dalağın cırılması, onurğa sütununun onurğa beyinin zədələnməsi ilə müşayiət olunan boyun şöbəsinin 1-2-ci boyun fəqərələrinin, sol tərəfli 4-5-6-7-ci qabırğaların qapalı yerinidəyişmiş sınıqları, hər iki baldır sümüklərinin açıq, yerini dəyişən sınıqları, alın nahiyəsinin sol hissəsinin sol qaş və sol gözün üst qapağını əhatə edən və hər iki baldır nahiyəsinin aşağı 1/3-ninəzilmişcırılmışyaraları, alın, burun, sol yanaq, sağ almacıq, sağ qalçaqanadı, sol əlin üst səthinin, sağ baldır, sol diz oynağı nahiyələrinin sıyrıqları. Bu xəsarətlər ümumilikdə həyatidirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. 1.Mərhum X1 ölümünə səbəb- daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin kökünün, dalağın cırılması, sol tərəfli 4-5-6-7-ci qabırğaların sınıqları fonunda baş beyin toxumasına, baş beyin maddəsinə və beyinciyə qansızmalar, onurğa beyinin zədələnməsi ilə müşayiət olunan onurğa sütunun boyun şöbəsinin 1-2-ci boyun fəqərələrinin qapalı yerinidəyişən sınıqları olmuşdur. 2.İlkinmeyitəlamətlərinəəsasəndeməkolarki, İsmayılovHüseynMehraboğlununölümüonunmeyitininmeyitxanadamüayinəsikeçirilənvaxtd an (xx.xx.2019-cuiltarixdəsaat 22:30-da) təxminən 2-4 saatəvvəlbaşvermişdir.

3. Mərhum X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 fevral2020-ci iltarixli, 3017saylı rəyinə əsasən “LondonTaxi”markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli, 2/10649 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 21:00-də müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Sürücülük vəsiqəsininin surətindən görünür ki, Təqsirləndirilən şəxs AC 073201 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2026-cı il tarixədək ehtibarlıdır. Bakı Taksi MMC-in minik avtomobili üçün yol vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs «xxxxxxxxxxxxxxxx» MMC-yəməxsus «LondonTaxiTX4» markalı, **- TH-***dövlət qeydiyyat nişanlı minikavtomobiliniyolvərəqiəsasında idarə etmişdir. BDYPİ-nin xx.xx.2020-ciiltarixli, 6558-1220 saylıməktubundansaylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs AC 073201 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Bakı Taksi MMC-in xx.xx.2019-cu il tarixli, 123-05/714 saylı xidməti xasiyyətnaməsindəngörünürki, Təqsirləndirilən şəxsmüsbətxarakterizəolunur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Onun hərəkətləri nəticəsində İsmayılovHüseynMehraboğlu aldığı xəsarətlərdən vəfat etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, yaşını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili MəmmədbəyliElşənElbrusoğlunun göstərdiyi 22 saat hüquqi yardıma görə 132 (yüz otuz iki) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın.. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili MəmmədbəyliElşənElbrusoğlunun göstərdiyi 22 saat hüquqi yardıma görə 132 (yüz otuz iki) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar