Məhkəmə qərarları › İş №1(012)-266/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-266/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-266/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonu, Sarıyaqub kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə saat 15 radələrində, Sumqayıt şəhəri, “Kolxoz Bazarı” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarına (İ siyahısı) əsasən xeyli miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,512 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və Abşeron Rayonu, Ceyranbatan qəsəbəsinə daşımış, 16 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində X7 əməkdaşları tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Araz” marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılmaqla, X7 inzibati binasına gətirilərək həmin gün saat 20:00-dan 20:10-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,512 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ailəsi ilə birlikdə yaşayır, təxminən 2 il yarım müddət olar ki, narkotik vasitə və psixotrop maddələrdən əsasən də narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini əsasən folqa adlanan kağız üzərində istifadə etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində özünə iş axtarmaq məqsədi ilə Sumqayıt şəhəri, Kolxoz bazarı adlanan əraziyə getmişdir. Həmin bazarda bir nəfər şəxslə söhbət edən zaman onun da narkotik vasitə aludəçisi olduğunu görmüşdür. Daha sonra həmin şəxsə özünün də 2-3 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini demişdir. Həmin danışdığı tanımadığı şəxs ona 10 manat müqabilində bir büküm narkotik vasitə heroin verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs də onunla razılaşaraq həmin şəxsə 10 manat pul vermişdir. Həmin şəxs onun yanından ayrılmış və təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs yanına gəlmişdir. Daha sonra cibindən bir ədəd bükümdə heroini çıxardıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs də bükülünü açaraq içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin olduğunu görmüşdür. Onun verdiyi bir büküm narkotik vasitə heroini isə alıb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra isə həmin şəxsdən uzaqlaşmağa başlamışdır. Bir müddət Kolxoz bazarı ərazisində qaldıqdan sonra özünə iş tapa bilmədiyindən yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə yerləşən evinə gəlmişdir. Növbəti gün xx.xx.2024-cü il tarixdə yenidən Sumqayıt şəhərində yerləşən bazara özünə iş axtarmaq məqsədi ilə getmişdir. Lakin bu dəfə də özünə iş tapa bilmədiyindən geri qayıtmışdır. Həmin tarixdə axşam saat 18:30 radələrində Abşeron Rayonu, Ceyranbatan qəsəbəsində “Araz” marketin qarşısı ilə yaşadığı Ceyranbatan qəsəbəsi BTZ bağlar massivinə piyada şəkildə gedirmiş. Həmin tarixdə saat 18:30 radələrində Abşeron Rayonu, Ceyranbatan qəsəbəsində yerləşən Araz” marketin yaxınlığındakı yolun kənarı ilə yaşadığı mənzilə gedərkən arxadan iki nəfər şəxsin onun arxasınca gəldiyini görmüşdür. Cibində xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, “Kolxoz bazarı” adalanan ərazidə tanımadığı şəxsən aldığı narkotik vasitə heroin olduğundan həmin şəxslərdən uzaqlaşaraq qaçmaq və gizlənmək istəmişdir. Lakin həmin şəxslər çataraq onu saxlamışlar. Daha sonra xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da onların polis əməkdaşları olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları ondan niyə özünü şübhəli apardığını, bu vaxt burada nə üçün getdiyini adını və qaldığı ünvanı soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğundan polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə etdiyini, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşadığını və üzərində narkotik vasitə heroin olduğundan qorxudan onları görən kimi qaçdığını bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Saray PB-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə X9 getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və hal hazırda üzərində qanunsuz olaraq narkotik vasitə heroin olduğunu bildirir. Daha sonra polis bölməsində ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs də təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsində onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra X7 inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngdə, tozşəkilli spesifik qoxuya malik narkotik vsitə olan heroini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofan bükümünə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulmuşdur. O, həmin bükülüdə narkotik vasitə heroin olduğunu demişdir. Həmin narkotik vasitəni hardan və nə vaxt aldığı ondan soruşulmuşdur. O isə həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, “Kolxoz Bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etmiş və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və imzaları ilə təsdiq etmişlər. O, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini xx.xx.2024cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Kolxoz bazarı adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün saxlamışdır. O, heç vaxt kiməsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, və heç vaxt belə bir niyyəti olmadığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, 16 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, “Araz” marketin yaxınlığında saxlanılan və X4 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmişdir. 16 fevral 2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında şahid qismində istintaqda dindirilmiş Abşeron RPİ-nin X7 cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin X7 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı xüsusi rütbəsindədir. 16 fevral 2024-cü il tarixdə X7 cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 ilə birlikdə Abşeron Rayonu, Ceyranbatan qəsəbəsi, “Araz” marketin yaxınlığında rayon ərazisində baş vermiş oğurluqlara qarşı mübarizə apararkən saat 18:30 radələrində Ceyranbatan qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxsin Ceyranbatan qəsəbəssində yerləşən “Araz” marektin yaxınlığı ilə Saray qəsəbəsi istiqamətində getdiyini və özünü şübhəli apardığını görmüşdürlər. Həmin şəxsə yaxınlaşmaq istəyən zaman həmin şəxs onlardan uzaqlaşmağa və gizlənməyə başlamışdır. Dərhal həmin şəxsə çatıb onu saxlamışlar və xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər.Həmin şəxsən adının nə olduğunu və nə üçün burada olduğunu soruşmuşlar. O da adının Təqsirləndirilən şəxs olduğunu və uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini hal hazırda da üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu ona görə də polis əməkdaşlarını görən kimi onlardan qaçıb uzaqlaşmaq istədiyini bildirmişdir. Bundan sonra Saray PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və Saray PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində psixotrop maddə metamfetamin gəzdirməkdə şübhəli olduğunu bildirib, onu X9 dəvət etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs X9 dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla X9 gəlmişdir. Həmin şəxsi təhqiqatçı Murad Bəşirovun otağına aparmışlar. Orada təhqiqatçı Murad Bəşirovun xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ona təklif edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhərində Kolxoz Bazarı adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm narkotik vasitə heroini sonuncunun deməsinə görə Sumqayıt şəhəri, Kolxoz Bazarı adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 müqabilində aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 16 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində saxlanılan və X4 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin X7 cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, X7 Cinayət Axtarış üzrə baş əməliyyat müvakkili vəsifəsində işləyir. Polis mayoru xüsusi rütbəsindədir. 16 fevral 2024-cü il tarixdə X7 cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birlikdə Abşeron Rayonu, Ceyranbatan qəsəbəsi, “Araz” marketin yaxınlığında rayon ərazisində baş vermiş oğurluqlara qarşı mübarizə apararkən saat 18:30 radələrində Ceyranbatan qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxsin Ceyranbatan qəsəbəssində yerləşən “Araz” marektin yaxınlığı ilə Saray qəsəbəsi istiqamətində getdiyini və özünü şübhəli apardığını görmüşdürlər. Həmin şəxsə yaxınlaşmaq istəyən zaman həmin şəxs onlardan uzaqlaşmağa və gizlənməyə başlamışdır. Dərhal həmin şəxsə çatıb onu saxlamışlar və xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər.Həmin şəxsən adının nə olduğunu və nə üçün burada olduğunu soruşmuşlar. O da adının Təqsirləndirilən şəxs olduğunu və uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini hal hazırda da üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu ona görə də polis əməkdaşlarını görən kimi onlardan qaçıb uzaqlaşmaq istədiyini bildirmişdir. Bundan sonra Saray PBnin Cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və Saray PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində psixotrop maddə metamfetamin gəzdirməkdə şübhəli olduğunu bildirib, onu X9 dəvət etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs X9 dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla X9 gəlmişdir. Həmin şəxsi təhqiqatçı Murad Bəşirovun otağına aparmışlar. Orada təhqiqatçı Murad Bəşirovun xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ona təklif edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhərində Kolxoz Bazarı adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümü 2sonuncunun deməsinə görə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən “Kolxoz Bazarı” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində saxlanılan və X4 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 16 fevral 2024-cü iltarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroin olan büküm aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 17 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/964 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 246” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,512 qram, olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-Heroindir. Heroin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi – 0,512 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –0,462 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2024-cü il tarixli 4381№-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli, cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bülkülmüş içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə olan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəzasının əvvəli xx.xx.2008-ci ildir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 05 il 06 aya endirilmişdir. Bundan başqa həmin tələbnamədən və hökmün surətindən görsənir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnisyita qərarına əsasən cəzadan azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,xx.xx.2024cü il tarixli qərarla barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. xx.xx.2024-cü il tarixdə barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin İstintaq Şöbəsinə təqdim edildiyi üçün həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmiş və Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs istintaq müddətində 03 gün tutulmuşdur. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə saxlanılaraq MSY-ə yerləşdirilmişdir.`` Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasından 03 gün çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 31 mart 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,462 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92(doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tutulduğu 03 gün müddət ona təyin edilmiş cəzasından çıxılsın, üzərində 07(yeddi) ay 27(iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 31 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi 0,462 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92(doxsan iki) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərfinə görə ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar