Məhkəmə qərarları › İş №1(012)-267/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-267/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-267/2021 09.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1980-cı-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, evli, fərdi əməklə məşğul olan, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan tullanmaq yolu ilə qanunsuz olaraq daxil olub evin həyətindən 700 manat dəyərində olan samovarı Zərərçəkmiş şəxs və azyaşlı oğlu Şahid Müşviq oğlunun gözləri qarşısında götürərək açıq formada talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, fəhləlik edib ailəsini saxlayır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Aşağı Güzdək qəsəbəsində yeni məhəllə ilə evinə gedərkən yolun kənarında olan bir fərdi yaşayış evinin həyətinin dəmir qapısının açıq olduğunu görmüş, həmin qapıya yaxınlaşıb həyətə baxmış və həyətdə gümüşü rəngdə samovar olduğunu görmüşdür. O, samovarı oğurlamaq fikrinə düşmüş, həyətdə 9-10 yaşında uşaq olduğunu görüb həmin uşaqdan su istəmiş, uşaq ona su gətirmiş, suyu içdikdən sonra çıxıb getmişdir. Təxminən 20-25 dəqiqədən sonra yenidən həyətdəki samovarı oğurlamaq üçün həmin ünvana gəlmiş və qapının bağlı olduğunu görüb hasardan tullanaraq evin həyətinə daxil olmuş və həyətdə olan bir ədəd samovarı götürmüş və darvazanı içəridən açıb çıxıb getmişdir. Samovarı oğurladıqdan sonra dərhal qəsəbədən yola çıxmış, 511 nömrəli maşuruta minib son dayanacağında, yəni Bakı şəhəri Beynəlxalq avtovağzalın yaxınlığında düşmüş, oradan da başqa maşuruta minib 3-cü mikrorayon bazarına getmişdir. O, bazara çatdıqda həmin samovarı orada bir neçə yerə göstərmiş, ondan sənəd istəmişlər, o, isə sənəd vermədiyi üçün samovarı ondan almamışlar. Sonra isə orta yaşlı tanımadığı bir kişi ona yaxınlaşıb samovarı satıbsatmadığını soruşmuş, o, da ona samavarı 50 manata satdığını demişdir. Həmin kişi isə samovara 45 manat verə biləcəyini demiş, o, da razılaşıb samovarı 45 manata kişiyə satmışdır. Aldığı 45 manat pulun 25 manatına öz ailəsinə həmin bazardan bazarlıq etmiş, 5 manatını evinin qazına, 5 manatını elektrik enerjisinə ödəmiş, yerdə qalan 10 manata özünə siqaret alıb evinə getmişdir. Əlavə olaraq bildirmişdir ki, samovardan başqa heç bir yerdən oğurluq etməmiş, hazırda əməlindən peşmandır, oğurluq hadisəsini tək etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində özünə fərdi yaşayış evi tikdirmiş, orada ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində həyət darvazası döyüldüyünü eşitmiş, sonradan tanımadığı şəxs qapıdan içəri girərək özünü pis hiss etdiyini deyib su istəmiş, o da etiraz etməyib 2009-cu il təvəllüdlü oğlu Rəsula həmin şəxsə su gətirib verməsini tapşırmışdır. Oğlu Rəsul həmin şəxsə su gətirib vermiş, bu zaman həmin şəxsin onun yaşadığı evə şübhəli baxdığını görmüşdür. Sonradan oğluna həmin evə gələn tanımadığı şəxsin avtomobillə gəlib-gəlməməsini soruşduqda oğlu onun arxasınca çıxıb baxdıqda piyada getdiyini demişdir. Təxminən 10 dəqiqədən sonra evdə olan zaman su içməyə gələn tanımadığı həmin şəxsin evin hasarından həyətə tullandığını, həyətdə stolun üstünə qoyduğu 700 manat dəyərində gümüşü rəngli qədim samovarı oğurladığını gördükdə o, evdə qışqırıb həyətə çıxmış, o, dəfələrlə onun dalınca «samavarı qoy yerə mənim anamdan mənə yadigardı»-deyərək qışqırsa da, həmin şəxs onun sözlərinə məhəl qoymayaraq samovarı götürüb qaçmış və gözdən itirmişdir. Oğurlanmış samovarı qədimi samavar olmaqla istifadə olunsada saz vəziyyətdə olmuşdur qiyməti təzə vəziyyətdə 700 manat, istifadə olunmuş vəziyyətdə isə təxminən 300 manat dəyərindədir. Samavar özü 7 litr su tutumuna malikdir, O, xx.xx.2020-ci il tarixdə Qobu PB-yə bu barədə ərizə ilə müraciət etmişdir. O, sonradan həmin şəxsin qəsəbədə Ramiz kimi tanınsa da, əsl adının Qürbət olduğunu bilmişdir. Sonda o, dəymiş maddi ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. İbtidai istintaq zamanı qanuni nümayəndə Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşma çatmayan Şahid Müşviq oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun anasıdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində anası Fatma həyət darvazasının döyüldüyünü eşitmişdir. Sonradan tanımadığı şəxs qapıdan içəri girərək su istəmişdir. Anası Fatma da etiraz etməyib ona həmin şəxsə su gətirib verməsini demişdir. O, həmin şəxsə su gətirib vermişdir. Sonra həmin şəxsin yaşadığı evə şübhəli baxdığını görmüşdür. Sonradan o, evə gələn tanımadığı şəxsin avtomobillə gəlib-gəlməməsini bilmək üçün onun arxasınca çıxıb çölə baxmışdır. Lakin o, həmin şəxsin piyada getdiyini görmüş, bundan sonra anasına da gəlib demişdir. Təxminən 10 dəqiqədən sonra evdə olan zaman su içməyə gələn tanımadığı həmin şəxsin evin hasarından həyətə tullandığını, anasının həyətdə stolun üstünə qoyduğu gümüşü rəngli qədim samovarı həmin şəxsin oğurladığını görmüşdür. Həmin vaxtı həmin hadisəni onun bərabər anası da görmüşdür. Bundan sonra anası evdə qışqırmağa başlamış və həyətə çıxmışdır ki, görsün həmin şəxs hara getdi. Həmin şəxsin samovarı oğurlayan zaman görsə də onun ardınca düşüb ondan samavarı yerə qoyub getməsini desə də həmin şəxs sözlərinə məhəl qoymayıb çıxıb getmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-ci maddəsi ilə təqsirli bilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X10 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X10 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 01 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayonu məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 06 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbədə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Abşeron RİH-i Başçısının Aşağı Güzdək qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində arvadi- X1, qızıxx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində residivin olması onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai rayonu məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilməklə həmin qərarla vaxtından əvvəl şərti azad olunmuş cəzanın 6 ay 17 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə uyğun hökmlərin məcmusu üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 57 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 342 (üç yüz qırx iki) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai rayonu məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilsin və həmin qərarla vaxtından əvvəl şərti azad olunmuş cəzanın 6 ay 17 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 57 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 342 (üç yüz qırx iki) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar