Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-267/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə 19.06.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 21.02.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək sonuncuya pensiya düzəlməsində köməklik göstərəcəyini vəd verib aldadaraq bu məqsədlə 05 may 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 ilə Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt yolunun sol kənarında yerləşən “Riyad’' Ticarət Mərkəzinin qarşısında görüşüb sonuncunun 5200 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 5200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək sonuncunun atası Şahid1 pensiya düzəltməkdə köməklik göstərəcəyini vəd verib aldadaraq bu məqsədlə 01 iyun 2020-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs1 ilə Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt yolunun sol kənarında yerləşən “Riyad” Ticarət Mərkəzinin qarşısında görüşüb sonuncunun 8200 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 8200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. 2004-cü ildən DİNda polis nəfəri kimi fəaliyyət göstərmiş, sonuncu iş yeri DİN-in BMİ-in Nərimanov rayon mühafizə polis idarəsi olmuş və həmin idarədən 2020-ci ilin oktyabr ayından təqaüdə çıxmışdır. Flazırda 542 manat təqaüd alır. Zərərçəkmiş şəxs2 2020-ci ilin aparel ayından tanıyır. Səidlə münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilk və ədavət olmamışdır. Zərərçəkmiş şəxs2 ilə görüşən zaman söhbət əsnasında Səiddən harada işləməsini soruşduqda Səid ona bildirmişdir ki, “əvvəllər daxili işlər orqanlarında işləmiş, sonra öz ərizə ilə işdən azad olunmuşdur”. Səidə daxili işlər orqanlarından təqaüdə çıxması məsələsində kömək edə biləcəyini və bu işdə Səiddən 5200 manat pul alacağını demişdir. Səid onunla razılaşmış və onlar 05 may 2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt yolunun sol kənarında, yerləşən “Riyad” Ticarət mərkəzinin qarşısında Səidlə görüşüb Səiddən 5200 manat pul almış və Səidə demişdir ki, “təxminən 4-5 aya pensiya kartını əlinə* alacaqsan”.; Səid də ona inanmışdır. Həmin vaxt Səidin yanında Hacı adlı şəxs də olmuşdur. Sonra Səidin pensiya məsələni düzəldə bilməmiş və Səidin verdiyi 5200 manat tpulu öz ehtiyaclarına xərcləmişdir. Bildirmişdir ki, onun niyyəti Səidə pensiya düzəltmək olmamış və Səidin pulunu ələ keçirmək olmuşdur. Bu günə kimi Səiddən aldığı 5200 manat pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs1 o, keçmiş iş yoldaşı X2 vasitəçiliyi ilə tanımışdır. Sərxanın atası Şahid1 DİO-da xidmət etdiyi vaxtda Nərimana pensiya düzəltmək lazım olmuşdur. Bununla əlaqədar maraqlanmış və 01.06.2020-ci il tarixdə Sərxana bununla əlaqədar 8200 manat pul lazım olduğunu demişdir. Sərxan da ona həmin günün günoıta vaxtlarında 8200 manat pulu vermişdir ki, atasının pensiyasını düzəlsin. Lakin sonradan pensiya Sərxanın atasına düşmədiyi üçün o, 2021-ci ilin aprel ayında 7700 manat pulu Sərxana Bakı şəhəri Nərimanov rayonunda yerləşən Ayna Sultanova heykəlinin yanında qaytarmışdır. Sonradan 2021-ci ilin oktyabr ayında 500 manat pulu Sərxanın kartına ödəmişdir. Lakin Sərxan ondan əlavə olaraq 5000 manat istəmişdir ki, “həmin pulu mən faizlə götürmüşəm”. Ona görə də Sərxan ondan şikayət etmişdir. Sərxandan pulu alarkən polisdə işləməmişdir. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2004-cü ildən 2010-cu il tarixədək olan müddət ərzində o, DİN-da xidmət etmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Yasamal rayon polis idarəsinin 29-cu polis bölməsində əməliyyat müvəkkili vəzifəsi olmuşdur. Bundan sonra o, öz xahişi ilə DİO-dan xidmətdən xaric olunmuşdur. O, DİO-dan xidmətdən xaric olunduqdan sonra özü fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. X3 o, 2020-ci ilin aparel ayından tanıyır. Vüqarla münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilk və ədavət olmamışdır. Təqsirləndirilən şəxs ona deməsinə görə o da DİOdan xidmət etmiş və təqaüdə çıxmışdır. Bununla əlaqədar Vüqarla söhbət edən zaman Vüqar onun DİO-da xidmət etməsini bildikdən sonra ona bildirmişdir ki, ona təqaüd düzəldə bilər. O da Vüqarın danışıqlarına inanmış və bununla əlaqədar maraqlanmasını demişdir. Bundan sonra Vüqar ona demişdir ki, “onun pensiya məsələsini həll edə bilər sadəcə olaraq 5200 manat pul lazımdır ki, rüsum ödəniləcəkdir”. O da Vüqara inanmış və 05 may 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun sol kənarında yerləşən “Riyad” Ticarət mərkəzinin qarşısında 5200 manat pulu Vüqara vermişdir. Pulu Vüqar aldıqdan sonra demişdir ki, 04 ay ərzində pensiyanı düzəldəcək və o, təqaüd kartını alacaqdır. Lakin buna baxmayaraq 04 ay keçdikdən sonra o, Vüqarla danışaraq pensiyanın düzəlib-düzəlməməsini soruşmuş, Vüqar da onu müxtəlif bəhanələrlə aladaraq nə pulunu qaytarmış nə dəki, pensiyası düzəltmişdir. Bundan sonra o da hadisə barədə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, o, Vüqara pulu verərkən yanında dostum Şahid4 olmuşdur. Hazırda təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Göyəlli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Surxanaı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin fəhlə işləyir. Atası Şahid1 1992-ci ildə 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Həmin vaxtı döyşlərdə yaralandığı üçün o, istəmişdir ki, atasına pensiya düzəltdirsin.Bununla bağlı o, əmisi oğlu Şahid2 müraciət etmişdir. Arif də ona məsləhət görmüşdür ki, ünvan 5 ünvanında yaşayan Ülfət adlı şəxslə bu barədə danışsın. O da 2020-ci ilin fevral aylarında Bakı şəhərində Ülfətlə görüşmüşdür. Ülfət atasının adına Daxili İşlər Nazirlinə sorğu ünvanlamış, sonradan isə Gədəbəy rayon polis şöbəsindən bununla əlaqədar 12.02.2020-ci il tarixdə 198-2031-1220 nömrəli məktub gəlmişdir. Bundan sonra Ülfət ona məsləhət görmüşdür ki, “keçmiş polis əməkdaşı Vüqar Farzalıyev bu işlə məşğuldu və mənim atam Mehmana pensiya düzəldə bilər”. O da Vüqarla görüşdükdən sonra Vüqar ona demişdir ki, “atasına pensiya düzəldə bilər və Daxili İşlər Nazirlinə 8200 manat pul köçürmək lazımdır”. O da bundan sonra Gədəbəy rayonuna gedib özünə məxsus olan təxminən 30 baş qoyunu və 3000 manat pul borc alaraq 01 iyun 2020-ci il tarixdə təxminən saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” Ticarət mərkəzinin qarşısında Vüqarla görüşərək Vüqara 8200 manat pulu vermişdir. Vüqar pulu aldıqdan sonra atasının pensiyasını 3 ay müddətinə düzəldəcəyini desədə lakin 3 aydan sonra o, Vüqarla əlaqə saxlasa da Vüqar müxtəlif bəhanələr etmiş, o da Vüqarın onu aldatdığını görüb pulu geri tələb etmişdir. Vüqar ondan müxtəlif vaxtlarda pulu qaytaracağı barədə müddət alsada lakin sonradan pulunu qaytarmadığı üçün 20.12.2021ci il tarixdə hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Onu da qeyd etmişdir ki, Vüqar həmin puldan 490 manat pulu ona qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin fərdi olaraq ev təmiri ustası işləyir. Zərərçəkmiş şəxs1 onun əmisioğludur. Sərxanla münasibətləri bir qohum kimi həmişə normal olmuşdur. Sərxanın atası Mehman əvəllər DİO-da xidmət etmişdir lakin pensiya almamışdır. O da Sərxanla Abşeron rayonu, Məmmədli kəndində işləyən zaman Sərxan ona demişdir ki, “atası Mehmana pensiya düzəltəmək istəyir”. Sərxan da ona pensiya düzəltmək üçün onunla birlikdə işləyən Rüfətlə danışmasını demişdir. Bundan sonra o, Sərxana Rüfətin nömrəsini vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, X8 adlı keçmiş polis əməkdaşı ilə tanış etmişdir. Lakin Vüqarın ondan pul almasına baxmayaraq Vüqar Sərxanın işini düzəltməmişdir. Bundan sonra Sərxan ona demişdir ki, “01 iyun 2020-ci il tarixdə Vüqara atasına pensiya düzəltmək üçün 8200 manat pul vermiş, lakin Vüqar pensiyanı düzəltməyib onu aldadaraq pulunuda qaytarmır”. Bildirmişdir ki, o, ümumiyyətlə Vüqarı tanımır, Vüqarla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əslən Gədəbəy rayonundan olan Arif adlı şəxsin yanında 2019-2020-ci il tarixdə usta kimi işləmişdir. Arif o, işlədiyi Məhəmmədli qəsəbəsində yerləşən anbarda briqadir işləmişdir. O, əvəllər DİN-in BMİ-in Neft Yanacaq İdarəsində polis nəfəri vəzifəsində işləmiş, oradan təqaüdə çıxaraq hazırda aylıq 317 manat təqaüd alır.Vüqar Fərzalıyevlə birlikdə həmin idarədə işləmişlər. Vüqar da polis nəfəri olmuşdur. 2020-ci ildə yanvar ayında o, Vüqarla Bakı şəhərində görüşmüşdür. Vüqar ona demişdir ki, “sən nə qədər pensiya alırsan”. O da Vüqara demişdir ki, “317 manat pensiya alıram”. Bundan sonra Vüqar ona demişdir ki, “Dövlət Qulluqçuların sosial müdafiə fonduna ərizə ilə müraciət et sənin pensiyan aıtsın”. O da müraciət etmiş, bundan sonra görmüşdür ki, təqaüdündə 70 manat artım olmuçdur. Bundan sonra o, işdən icazə alıb gedərkən Arifə bu barədə demişdir. Təxminən 2020-ci ilin fevral ayında Arif ondan soruşmuşdur ki, “sənin pensiya məsələn düzəldimi”. O da Arifə pensiyanın artdığını demişdir. Arif də demişdir ki, “mənim bir yaxın qohumum Mehman adlı şəxs var onunda polisdən çıxamasına baxmayaraq pensiya almır”. Arif ondan xahiş etmişdir ki, ona köməklik göstərən keçmiş iş yoldaşım Vüqarın nömrəsini Arifə versin. O da həmin vaxtı Vüqar zəng vuraraq demişdir ki, “Mehman adlı keçmiş polis əməkdaşının oğlu Sərxan var o, da atası Mehmana pensiya düzəltmək istəyir”. Vüqar da demişdir ki, “onun nömrəsini Arifə verim”. Arifə vüqarın nömrəsini verdikdən sonra Arifdən bu məsələnin düzəlib-düzəlmədiyini soruşmuşdur. Arif demişdir ki, “Vüqarla danışıb görüşüblər hər şey yaxşı olacaq”. Sonradan o, xəstələnmiş işə getməmişdir. Bundan sonra təxminən 1 il Arif və Vüqarla əlaqəsi kəsilmiş və o, Quba rayonunun Şudux kəndinə getmişdir. 2021-ci ilin avqust ayında Sərxan ona zəng vuraraq demişdir ki, “siz Arifə nömrə verdiyiniz Vüqar adlı şəxs ondan 8200 manat pul alaraq dələduzluq etmişdir”. O da demişdir ki, “bu dəqiqə Vüqara zəng vuraram”. Vüqara zəng vuraraq nə məsələ olduğunu demiş, nəyə görə Sərxandan 8200 manat pul aldığını söyləmişdir. Vüqar da ona demişdir ki, “Sərxana 8200 manat pulu borc kimi almışam. Müəyyən məbləği qaytarmışam. Qalan pulu da hissə-hissə qaytaracam”. Bundan sonra bir neçə dəfə Sərxan ona zəng vuraraq Vüqardan pulunun alınmasında ona köməklik göstərməsini xahiş etmişdir. O da Vüqara zəng vuraraq xahiş etmişdir ki, “Sərxanın pulunun qaytarsın”. Təxminən 2-3 ay keçməsinə baxmayaraq Sərxan yenidən ona zəng vurub demişdir ki, “Vüqar onun pulunu qaytarmaq istəmir”. O da Sərxana məsləht görmüşdür ki, “getsin versin polisə”. Sərxan da 20.12.2021-ci il tarixdə hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənildiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənildiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron RPİ-in 17.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə 21.02.2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 21.02.2022-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq, Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21.02.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.02.2022-ci il tarixdən 05.05.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 14 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.02.2022-ci il tarixdən 05.05.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 14 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-267/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-267/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver