Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-267/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxx 1978-ci ildə Abşeron rayonu Hökməli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus olan və Abşeron rayon, Masazır qəsəbəsi, Çingiz Mustafayev küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin həyətinə, oradan da pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq, həmin evin ikinci mərtəbəsinin yataq otağındakı mebelin siyirmələrindən birinin içərisində olan mücrüdən 01 ədəd 4000 manat dəyərində 585 əyarlı brilyant qaşlı qızıl qadın boyunbağını, 01 ədəd 2000 manat dəyərində 01 cüt brilyant qaşlı qızıl sırğa və 01 ədəd brilyant qaşlı qızıl üzükdən ibarət 585 əyarlı qadın komplektini, 01 ədəd 1000 manat dəyərində üç brilyant qaşlı 585 əyarlı qızıl qadın üzüyünü, 01 ədəd 300 manat dəyərində qaşsız 585 əyarlı qızıl kişi üzüyünü, 01 ədəd 1200 manat dəyərində üzərində üç yarpaq naxış olan brilyant qaşlı, 585 əyarlı qızıl qadın üzüyünü, 01 ədəd 500 manat dəyərində yaqut qaşlı 585 əyarlı qızıl qadın üzüyünü, 01 ədəd 2000 manat dəyərində brilyant qaşlı 750 əyarlı qızıl qadın üzüyünü, 01 ədəd 1000 manat dəyərində 585 əyarlı zəncirvari qızıl qadın boyunbağısını, 01 ədəd 600 manat dəyərində 585 əyarlı zəncirvari qızıl qadın boyunbağısını, 01 ədəd 500 manat dəyərində 585 əyarlı zəncirvari qızıl qadın boyunbağısını, 01 ədəd 700 manat dəyərində 585 əyarlı zəncirvari qızıl kişi qolbağını, 01 ədəd 900 manat dəyərində 585 əyarlı zəncirvari qızıl kişi qolbağını, 01 ədəd 600 manat dəyərində 585 əyarlı zəncirvari formada olan və üzərində “Mələk” yazısı həkk edilmiş, uşaq üçün nəzərdə tutulmuş qızıl qadın qolbağını, 01 ədəd 1000 manat dəyərində 585 əyarlı yolka naxışlı qızıl qadın qolbağını, 01 cüt 1300 manat dəyərində 585 əyarlı “40 düymə” naxışlı qızıl qadın sırğasını, 01 cüt 700 manat dəyərində 585 əyarlı hər birində 3 brilyant qaş olan qızıl qadın sırğasını, 500 manat dəyərində birləşdiriciləri 585 əyarlı qızıldan olan 01 ədəd mirvari qolbağ və 01 ədəd mirvari boyunbağından ibarət qadın komplektini, 01 ədəd 1500 manat dəyərində üzərində qadın şəkli olan 585 əyarlı qızıl klonu və 01 ədəd 500 manat dəyərində brilyant qaşlı 585 əyarlı qızıl klonugizli olaraq talayıb Zərərçəkmiş şəxs 20800(iyirmi min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə oğurluq və qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma və saxlama cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 dekabr 2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 il 8 ay 05 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Həmin vaxtdan heç bir yerdə işləmir. İş olduqda günəmuzd fəhləlik edir. Qalan vaxtlarda işsiz olur. Zərərçəkmiş şəxs ilə tanışlığı yoxdur. xx.xx.2024-cü il tarixdə gecə saatlarında 02 radələrində Abşeron rayon, Masazır qəsəbəsi, Çingiz Mustafayev küçəsində olan zaman orada olan evlərdən birindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin vaxt maddi cəhətdən problemləri olduğundan düşünmüşdür ki, oğurluq edərək əldə etdiyi dəyərli əşyaları daha sonra satıb qazanc əldə edər. Bu məqsədlə də 22 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixə keçən gecə saat 02 radələrində əvvəllər sahibini tanımadığı, istintaq dövründə adının Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi fərdi yaşayış evinin həyətini əhatə edən hasardan baxıb evin elektrik işıqlarının yanmadığını görmüşdür. Buna baxmayaraq yenə də ətrafı müşahidə edib ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra küçə tərəfdən hasarın həyətinə düşmüşdür. Evin arxa tərəfinə keçib özü ilə apardığı dəmir parçası ilə pəncərə qarşısına quraşdırılmış dəmir barmaqlığı bərkidildiyi yerdən aralayıb özünə yer açmışdır. Bundan sonra həmin dəmir parçası ilə palstik pəncərini açıb evdə daxil olmuşdur. Evin birinci mərtəbəsində diqqətini cəlb edə biləcək əşya olmadığı üçün evin ikinci mərtəbəsinə qalxmışdır. Evin ikinci mərtəbəsində olan yataq otağına gedərək çəkməcədə mücrünü tapmışdır. Həmin mücrünün içərisində olan 01 ədəd qızıl briliyant qaşlı boyunbağını, 01 ədəd briliyant qaşlı qızıl üzük-sırğadan ibarət komplekti, 05 ədəd müxtəlif ölçülü qızıl üzüyü, 03 ədəd qızıl boyunbağını, 04 ədəd qızıl qolbağı, 02 cüt qızıl sırğanı, 01 ədəd mirvari qolbağı, boyunbağı dəstini və 02 ədəd qızıl klonları götürüb ciblərinə qoyaraq gəldiyi yerlərlə geri qayıdıb Abşeron rayonu, Hökməli qəsəbə İƏD, Hökməli qəsəbəsi, A.Əhmədov küçəsi, ev-9-da yerləşən evinə getmişdir. 23 mart 2024-cü il tarixdə isə həmin qızıl-zinət əşyalarını qohumu Müşviq adlı şəxs vasitəsi ilə satmağa göndərmişdir. Müşviq də həmin qızılları 6400 manata satdığını deyib həmin pulu almışdır. O da həmin qızıldan Müşviqə 50 (əlli) manat pul vermişdir. Oğurluq hadisəsini təkbaşına törətmiş, hadisəni törətməzdən əvvəl və törətdikdən sonra bu barədə heç kimə məlumat verməmiş, heç kimin köməyindən istifadə etməmişdir. Onun Zərərçəkmiş şəxs məxsus olan və ünvan 3 ünvanında yerləşən evindən qızıl-zinət əşyalarını oğurlamağına səbəb maddi imkansızlıq olmuşdur. 23 mart 2024-cü il tarixdə isə həmin qızıl-zinət əşyalarını qohumu Müşviq adlı şəxs vasitəsi ilə satmağa göndərmişdir. Müşviq də həmin qızılları 6400 manat satdığını deyib həmin pulu ona vermişdir. O da həmin qızılın pulundan 50 manat ona pul vermişdir. Qeyd olunan oğurluq hadisəsindən sonra başqa heç bir cinayət törətməmişdir. 23 mart 2024-cü il tarixdə satmaq üçün Müşviq adlı şəxsə verdiyi qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə edildiyini Müşviq adlı şəxsə bildrməmişdir. Müşviqə həmin əşyaları ona borclu olan şəxsin pul borcu yerinə verdiyini demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ailəsi ilə birlikdə o, Sabirabad rayonuna getmiş və xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində yaşadığı ünvana qayıtmışdır. O, evə daxil olduqda evin birinci mərtəbəsində yerləşən yataq otağının pəncərəsinin açıq olduğunu və pəncərədə olan dəmir barmaqlıqların sındırıldığını görmüşdür. Həmin an ona məlum olmuşdur ki, o, evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər evə daxil olmuşdur. Daha sonra o, evin ikinci mərtəbəsində yerləşən yataq otağına gedərək çəkməcədə mücrünün içərisində saxladığı özünə məxsus olan qızıllara baxdıqda 01 ədəd 4000 manat dəyərində 585 əyarlı brilyant qaşlı qızıl qadın boyunbağının, 01 ədəd 2000 manat dəyərində 01 cüt brilyant qaşlı qızıl sırğa və 01 ədəd brilyant qaşlı qızıl üzükdən ibarət 585 əyarlı qadın komplektin, 01 ədəd 1000 manat dəyərində üç brilyant qaşlı 585 əyarlı qızıl qadın üzüyünün, 01 ədəd 300 manat dəyərində qaşsız 585 əyarlı qızıl kişi üzüyünün, 01 ədəd 1200 manat dəyərində üzərində üç yarpaq naxış olan brilyant qaşı 585 əyarlı qızıl qadın üzüyünün, 01 ədəd 500 manat dəyərində yaqut qaşlı 585 əyarlı qızıl qadın üzüyünün, 01 ədəd 2000 manat dəyərində brilyant qaşlı 750 əyarlı qızıl qadın üzüyünün, 01 ədəd 1000 manat dəyərində 585 əyarlı zəncirvari qızıl qadın boyunbağının, 01 ədəd 600 manat dəyərində 585 əyarlı zəncirvari qızıl qadın boyunbağınln, 01 ədəd 500 manat dəyərində 585 əyarlı zəncirvari qızıl qadın boyunbağının, 01 ədəd 700 manat dəyərində 585 əyarlı zəncirvari qızıl kişi qolbağının, 01 ədəd 900 manat dəyərində 585 əyarlı zəncirvari qızıl kişi qolbağının, 01 ədəd 600 manat dəyərində 585 əyarlı zəncirvari formada olan və üzərində Mələk yazısı həkk edilmiş, uşaq üçün nəzərdə tutulmuş qızıl qadın qolbağının, 01 ədəd 1000 manat dəyərində 585 əyarlı yolka naxışlı qızıl qadın qolbağın, 01 cüt 1300 manat dəyərində 585 əyarlı “40 düymə” naxışlı qızıl qadın sırğasının, 01 cüt 700 manat dəyərində 585 əyarlı hər birində 3 brilyant qaş olan qızıl qadın sırğasının, 01 ədəd 500 manat dəyərində birləşdiriciləri 585 əyarlı qızıldan olan 01 ədəd mirvari qolbağ və 01 ədəd mirvari boyunbağından ibarət qadın komplektinin, 01 ədəd 1500 manat dəyərində üzərində qadın şəkli olan 585 əyarlı qızıl klonun və 01 ədəd 500 manat dəyərində brilyant qaşlı 585 əyarlı qızıl klonun oğurlandığını aşkar etmişdir. Təxmini olaraq evindən oğurlanan qızılların ümumi dəyəri 20800 manatdır. O, həmin vaxt həyacanlı olduğu üçün qızılların tam sayını və məbləğini xatırlamadığı üçün maddi ziyanın 15000 olduğunu bildirmişdir. Sözügedən oğurluq hadisəsinin törədilməsində əvvəllər evində usta kimi fəaliyyət göstərən Məhəmməd adlı şəxsdən şübhələnmişdir. Belə ki, Məhəmmədi evdə təmir işləri aparması üçün çağırdıqda Məhəmməd daimi olaraq gəlmişdir. Sonuncu dəfə isə Məhəmməd oğurluq hadisəsindən təxminən iki həftə öncə gələrək kombini təmir etmiş, lakin oğurluq hadisəsindən sonra iki dəfə Məhəmmədi evdə təmir işi görmək üçün dəvət etsələr də, Məhəmməd fərqli bəhanələr gətirərək gəlməmişdir. Bu səbəbdən o, oğurluqda Məhəmməd adlı şəxsdən şübhələnmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi X2 əridir. Rəsul ilə onun münasibəti normaldır və hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. Rəsul hərdənbir bibisini və uşaqlarını hər hansı bir yerə aparıb gətirmək üçün ondan xahiş etmiş və yanacaq pulu üçün 5-10 manat pul vermişdir. 23 mart 2024-cü il tarixdə Rəsul təxminən 08 radələrində ona zəng edərək gəlməyini xahiş etmişdir. O, Rəsulla münasibəti yaxşı olduğu üçün yaşdığı Bakı şəhəri, Binəqədi rayonu DSK yolu adlanan ərazidə yerləşən evinə getmişdir. Evlərində Rəsulla təxminən 20 dəqiqə oturub çay içmişlər. Söhbət əsnasında Rəsul ona özünə məxsus olan avtomobili yudurdaraq ustaya verəcəyini bildirmiş və Abşeron rayonu, Çiçək qəsəbəsində yerləşən avto yuma məntəqəsinə getməli olduğunu bildirib geri gətirmək üçün arxası ilə getməyini xahiş etmişdir. Müşfiq də etiraz etməyib Rəsulun arxası ilə Çiçək qəsəbəsində yerləşən avto yuma məntəqəsinə getmişdir. Həmin avtoyuma bağlı olduğu üçün təxminən onlar 15-20 dəqiqə gözləmiş və oranın açılmadığını gördükdə Rəsul yaşadığı evə qayıtmaqlarını, yemək yedikdən sora oraya qaytmağı xahiş etmişdir. Rəsul yaxınlıqda bir yerdə avtomobilini saxlayıb ona məxsus olan avtomobilə əyləşib yaşadığı evə qayıtmışdır. O da Rəsulla birlikdə 15-20 dəqiqə evlərində qaldıqdan sonra Rəsul ondan Abşeron rayonu, Hökməli qəsəbəsinə aparmağını istəmişdir. Rəsul onun idarə etdiyi avtomobil ilə Hökməli qəsəbəsinə getmişlər və orada Rəsul bir neçə yarımtikili olan evlərə baxdıqdan sonra Çiçək qəsəbəsinə qayıtmışlar. Rəsul avtomobilini Çiçək qəsəbəsində avtoyumaya təhvil verdikdən sonra ondan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən gül mağazasına aparmağını xahiş etmişdir. O da Rəsulu həmin adını bilmədiyi gül mağazasına aparmışdır. Gül dükanının qarşısında Rəsul avtomobildən düşərək həmin gül mağazasına girmiş, o isə avtomobildə qalmışdır. Təxminən bir saat sonra həmin mağazada işləyən, adını bilmədiyi şəxslə söhbət etmişdir. Daha sonra Rəsulun yanına bir nəfər şəxs gəlmişdir. Həmin şəxs gəldikdən sonra Rəsul onu mağazaya çağırıb bir ədəd rəngli selofan torba verərək həmin şəxsin görüşəcəyi adamlar olduğunu deyib istədiyi yerə aparıb-gətirməyini xahiş etmişdir. O, selofan torbaya baxdıqda içərisində qızıllar olduğunu görmüşdür. Rəsuldan haraya gedəcəyini sorusduqda Rəsul həmin şəxsin tanışları olduğunu, görüşəcəyini və problemli məsələ olmadığını bildirmişdir. O sonradan mağazaya gələn həmin şəxsi götürərək təxminən 200-300 metr getdikdən sonra həmin şəxsin istəyi ilə başqa bir nəfər şəxs gəlmiş və avtomobildən bir qədər aralıda söhbət etməyə başlamışlar. Bundan təxminən 10 dəqiqə sonra dövlət qeydiyyat nişanını xatırlamadığı “Chevrolit Curuz” markalı avtomobillə daha bir nəfər şəxs də gəlmişdir. O və adlarını bilmədiyi iki nəfər şəxs birlikdə “Chevrolit Curuz” markalı avtomobilə əyləşmişlər. Gül mağazasında gördüyü şəxs ondakı selofan torbanı sonradan görüşdükləri iki nəfərə vermişdir. Açıb qızıllara baxdıqdan sonra həmin qızılları özləri ilə gətirdikləri elektron tərəzi ilə çəkib qiymət qoymuşlar. Aralarında olan razılığa əsasən qızılları 6400 manata razılaşmışlar. “Chevrolit Curuz” markalı avtomobillə gələn şəxs onun yanında təxminən 4000 manat civarında pulu gül dükanında gördüyü şəxsə verib pulun qalanını da “Gəncklik” metro stansiyası yaxınlığında verəcəyini demişdir. Onlar dördü birlikdə “Chevrolit Curuz” markalı avtomobillə Gənclik metro stansiyası yaxınlığına getmişlər. Həmin şəxs onlara gözləmələrini bildirmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs avtomobilə qayıtmış və qalan pulu onunla gedən adını bilmədiyi şəxsə vermişdir. Həmin şəxs pulu sayaraq götürmüşdür. Daha sonra onlar Biləcəri qəsəbəsində yerləşən gül mağazasına qayıtmış və onunla gedən şəxs pulu sayaraq Rəsula təhvil vermişdir. O və Rəsul onun avtomobili ilə Rəsulun yaşadığı Biləcəri qəsəbəsində yerləşən evinə qayıtmışdır. O, Rəsulu, arvadını və uşaqlarını götürərək yaşadığı ünvan 5 ünvanına aparmışdır. Daha sonra o, şəxsi işlərlə əlaqədar evdən çıxmış və qayıtdıqda Rəsulun evdə olmadığını görmüşdür. Təqsirləndirilən şəxs onunla göndərdiyi qızıl-zinət əşyalarını haradan və hansı yol ilə əldə etdiyini bilməmişdir. Rəsulun deməsinə görə Abşeron rayonu Hökməli qəsəbəsində tikib-satdığı evin pulunun yerinə həmin qızılları vermişlər. Təqsirləndirilən şəxs dediklərini etdiyi üçün taksi pulu olaraq ona 50 (əlli) manat pul vermişdir. İfadəsində göstərdiyi şəxslərdən təkcə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən gül mağazasını işlədən şəxsin adının Emin olduğunu bilmişdir. Digər dörd nəfərin anket məlumatları, ünvanları və əlaqə vasitələri barədə heç nə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müştərisi kimi tanımışdır. Belə ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev-80/1-də yerləşən “Monte Karlo” gül salonunu işlədir. Fiziki şəxs kimi xırda sahibkarlıqla məşğul olur. Təqsirləndirilən şəxs əvvəl bir neçə dəfə müştəri kimi yanına gəlib, sonradan aralarında münasibət yaranmış, o, işlədiyi obyektin yaxınlıqda qohumları yaşadığı üçün bəzən Rəsul ilə görüşüb söhbət etmişlər. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs yanına gəlmişdir. İşlədiyi obyektə gətirən taksi sürücüsü isə Rəsulu küçədə gözləmişdir. Söhbət zamanı Rəsul Abşeron rayonu Hökməli qəsəbəsində ev tikintisi ilə məşğul olduğunu, ev satdığı şəxslərdən birinin pul əvəzinə qızıl-zinət əşyaları verdiyini, tikinti üçün aldığı materialların pulunu verə bilmədiyini və həmin qızılı mütləq satmalı olduğunu demişdir. Bunun üçün də onun qızıl-zinət əşyalarını sata biləcək tanışı olan Ruslan adlı şəxsin köməyinə ehtiyacı olduğunu demişdir. Bunun üçün də Ruslanı yanlarına çağırmağını xahiş etmişdir. O da Rəsulun xahişi ilə Ruslanı yanına çağırmışdır. Təxminən 40-45 dəqiqə ərzində Ruslan yanına gəlmişdir. Bundan sonra Ruslan və Rəsul öz aralarında danışıb razılaşdıqdan sonra Ruslan qızılı sata biləcəyi şəxslə danışmışdır. Görüş yerini danışdıqdan sonra Rəsul özündə olan selofan torbada saxladığı qızıl-zinət əşyalarını alıcıya aparması üçün Ruslana vermişdir. Ruslan təxminən 2 saat ərzində gedib Rəsulu həyətdə gözləyən taksi sürücüsü ilə bir yerdə qayıtmışdır. Onun yanında 6400 manat məbləğində pulu Rəsula vermişdir. Rəsul da qızılları ucuz qiymətə satılmasına görə narazıçılıq ifadə etmiş və kiməsə borclarını qaytaracağını deyib gəldiyi taksi ilə çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs onun işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev-80/1-də yerləşən “Monte Karlo” gül salonunda satışını təşkil etdiyi qızıl-zinət əşyalarını haradan və hansı yol ilə əldə etdiyini bilməmişdir. Deməsinə görə Abşeron rayonu Hökməli qəsəbəsində tikib-satdığı evin pulunun yerinə həmin qızılları vermişlər. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını hansı səbəbdən özü aparıb satmadığını, məhz Ruslanla göndərdiyini qızıl alan adamların özünü tanımaması ilə əlaqələndirmişdir istəmədiyini bildirdi. Təqsirləndirilən şəxs həmin qızılların satışına görə ona pul verməmişdir. Ruslanla onun arasında dostluq münasibətləri olmuş, hərdənbir onun yanına gəlib söhbət etmişlər. Fiziki işlərdə ona köməklik etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev-80/1-də yerləşən “Monte Karlo” gül salonunu işlədir. Təqsirləndirilən şəxs yanında müştər kimi gəlib, o da Rəsulu Eminin yanında görmüşdür. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Emin ona istifadəsində olan mobil telefon nömrəsi ilə zəng edib işlədiyi gül dükanına çağırmışdır. O, təxminən 1 saat sonra ora getdikdə Rəsulun da orada olduğunu görmüşdür. Həmin yerdə Rəsul ilə də görüşüb söhbət etmişlər. Söhbət zamanı Rəsul Abşeron rayonu Hökməli qəsəbəsində ev tikintisi ilə məşğul olduğunu, ev satdığı şəxslərdən birinin pul əvəzinə qızıl-zinət əşyaları verdiyini, tikinti üçün aldığı materialların pulunu verə bilmədiyini və həmin qızılı mütləq satmalı olduğunu deyib, qızıl-zinət əşyalarını sata biləcək tanışlarının olub-olmadığını soruşmuşdur. O da belə bir tanışının olduğunu dedikdə Rəsul özündə olan qızılları həmin şəxsə satmağını xahiş etmişdir. O da qızıl alqı-satqısı ilə məşğul olan Cəlal adlı tanışına zəng edib bu barədə dedikdə Cəlal onunla görüşməyə razılaşmışdır. Bundan sonra Rəsul özündə olan selofan torbada saxladığı qızıl-zinət əşyalarını alıcıya aparmağı üçün onunla göndərəcəyini demiş və gül dükanının qarşısında dayanmış Müşfiq adlı şəxsi mağazaya çağırıb həmin bir ədəd rəngli selofan torbanı verərək onun görüşəcəyi adamlar olduğunu deyib lazımi yerə aparıb-gətirməyini xahiş etmişdir. O, Müşfiqlə birlikdə mağazadan çıxıb Müşfiqin idarə etdiyi avtomobil ilə təxminən 200-300 metr getdikdən sonra Binəqədi rayonu ərazisində Biləcəri dairəsi adlanan yerdə dayanmış və Cəlal da onların yanına gəlmişdir. Müşfiqlə Cəlal ilə söhbət edərkən pulun başqa bir şəxsdə olduğunu, həmin şəxsin gəlib qızıllara baxıb qiymətləndirəcəyini demişdir. Bundan təxminən 10 dəqiqə sonra dövlət qeydiyyat nişanını xatırlamadığı “Chevrolit Cruze” markalı avtomobillə daha bir nəfər şəxs də gəlmişdir. O, Müşfiq və Cəlal həmin “Chevrolit Cruze” markalı avtomobilə əyləşmişlər. Müşfiq də özündə olan qızılları Cəlalın yanındakı şəxsə göstərmişdir. Həmin şəxs də qızıllara baxıb özü ilə gətirdiyi elektron tərəzi ilə çəkib hamısına 6400 manat pul verə biləcəyini dedikdə Müşfiq razılaşmışdır. “Chevrolit Cruze” markalı avtomobillə gələn şəxs onun yanında təxminən 4000 manat civarında pulu Müşfiqə verib pulun qalanını da “Gənclik” metro stansiyası yaxınlığında verəcəyini demişdir. Onlar dördü birlikdə “Chevrolit Cruze” markalı avtomobillə Gənclik metro stansiyası yaxınlığına getmişlər. Həmin şəxs onlara gözləməyini bildirmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs avtomobilə qayıtmış və qalan pulu Müşfiq adlı şəxsə vermişdir. Müşfiq də pulu sayaraq götürmüşdür. Daha sonra onlar Biləcəri qəsəbəsində yerləşən gül mağazasına qayıtmış və Müşfiq pulu sayaraq Rəsula təhvil vermişdir. Rəsul Müşfiqə qızılları ucuz satdığını deyərək irad bildirmişdir. Bundan qısa müddət sonra o, sağollaşıb yanından getmişdir. O, Təqsirləndirilən şəxs satması üçün onunla göndərdiyi qızıl-zinət əşyalarını haradan və hansı yol ilə əldə etdiyini bilməmişdir. Deməsinə görə Abşeron rayonu Hökməli qəsəbəsində tikib-satdığı evin pulunun yerinə həmin qızılları vermişlər. Bu barədə söhbət olduqda Təqsirləndirilən şəxs qızılı dəyərindən ucuz qiymətə aldıqları üçün münasib pul verən adamlara satmaq istədiyini, ona görə də tanış adam axtardığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin qızılların satışına görə ona pul verməmişdir. O, Cəlalı ortaq dostları vasitəsi ilə tanımışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə 01 il 08 ay 05 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 08 ay 05 gün vaxtından əvvəl şərti azad edildiyi müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələblərinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Şübhəli şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsrin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «…CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ...Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmişdir, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-267/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-267/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver