Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-268/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğlunun və onun müdafəiçisi – Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 13 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «H.Əliyev» adına parkın arxa giriş hissəsində Zərərçəkmiş şəxs ilə tanışı Təqsirləndirilən şəxs arasında, sonuncunun zərərçəkmişdən borcunu tələb etməsi zamanı mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq və sillə zərbələri ilə şikayətçinin başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurmaqla ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sol göz almasının kontuziyası( əziyi) ilə nəticələnən sol göz ətrafı yumşaq toxumaların- sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyyədə əhatə olunmaqla qançır şişkinliyi, sağ üst və alt göz qapaqlarının qançırlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Zərərçəkmiş şəxs satıcı işlədiyi dükandan mütəmadi alış-veriş etmiş və həmin vaxtdan onlar arasında yoldaşlıq münasibətləri yaranmışdır. Bu müddət ərzində onlar arasında hər hansı bir narazılıq, yaxud ədavət olmamışdır. Son bir il ərzində Vüqar ayrı-ayrı vaxtlarda və məbəlğlərdə ondan borc almış və Vüqarın ona olan borcu 1500 (min beş yüz) manata çatmışdır. xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində o, Vüqara zəng edərək görüşmək istədiyini bildirmiş, Vüqar isə etiraz etməmişdir. Həmin gün onlar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «H.Əliyev» adına parkın arxa giriş hissəsində görüşmüşlər və o, Vüqardan borcunu qaytarmasını xahiş etmiş, Vüqar isə öz növbəsində hazırda maddi imkanı olmadığını deyərək pulu olan zaman borcunu qaytaracağını kobud tərzdə ona bildirərkən aralarında mübahisə yaranmış, mübahisə zamanı o, Vüqarın sifət nahiyəsinə bir neçə dəfə sillə, təpik zərbələri vuraraq sonuncunu döymüş və məsələnin daha da dərinləşməməsi üçün oradan çıxıb getmişdir. O, əlavə olaraq sözügedən mübahisənin təxminən 3-4 dəqiqə ərzində davam etdiyini, həmin vaxt ətrafda başqa şəxslərin olmadığını bildirmiş, həmçinin məlum mübahisə zamanı Vüqarın ona müqavimət göstərmədiyini qeyd etmişdir. Sonda o, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və sonuncunun ona qarşı hər hansı şikayət və tələbi olmadığını bildirərək, məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizəsini təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər işlədiyi mağazadan tanımış və onlar arasında artıq üç ildir ki, yoldaşlıq münasibətləri vardır. Bu müddət ərzində hər hansı bir narazılıq və ədavətləri olmamışdır. Son bir il ərzində isə o, Cabiddən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul almış və beləliklə Cabidə 500 (beş yüz) manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində Cabid ona zəng edərək görüşmək istədiyini bildirmiş, o isə etiraz etməmişdir. Bundan sonra onlar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «H.Əliyev» adına parkın arxa giriş hissəsində görüşmüşlər və söhbət zamanı Cabid ondan borcunu qaytarmasını istəmiş, o isə hazırda buna imkanı olmadığını deyərək bir ay ərzində borcunu qaytaracağını dedikdə Cabid buna etiraz edərək təhqiramiz ifadələrlə ondan borcunu qaytarmasını tələb etmişdir. Bu səbəbdən onlar arasında sözlə mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Cabid üzərinə hüum çəkərək yumruqla onun sifət nahiyəsinə bir neçə dəfə zərbələr vuraraq onu yerə yıxmış və yerdə olan zaman da sifət, baş və bədəninin digər nahiyələrinə zərbələr vuraraq onu döyməyə davam etmişdir. Həmin vaxt Cabid onun halının pisləşdiyini görüb oradan çıxıb getmiş, o isə öz növbəsində yaşadığı evə qayıdaraq baş vermiş hadisə barədə DİN-in «102» xidməti-zəng mərkəzinə məlumat vermişdir. O, əlavə olaraq məlum hadisənin 3-4 dəqiqə ərzində davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını bildirmiş, həmçinin Cabidə hər hansı bir formada müqavimət göstərə bilmədiyini qeyd etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı gələcəkdə hər hansı bir şikayətinin və tələbinin olmayacağını göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 366 nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sol göz almasının kontuziyası( əziyi) ilə nəticələnən sol göz ətrafı yumşaq toxumaların- sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyyədə əhatə olunmaqla qançır şişkinliyi, sağ üst və alt göz qapaqlarının qançırları bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitində yəni, xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyləri və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs oğlu ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və hər hansı əsasla cinayət məsuliyyətindən də azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-268/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-268/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver