Məhkəmə qərarları › İş №1(012)-268/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-268/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-268/2023 09.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 оğlunun, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndаşı, orta təhsilli, subay, əvvələr məhkum olunmuş, işləməyən, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yаşаmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən təmirsiz fərdi yaşayış evinin plastik pəncərəsini sıxıb açmaqla qanunsuz içəri daxil olaraq oradan sonuncuya məxsus 01 ədəd 120 manat dəyərində laqondam, 01 ədəd 160 manat dəyərində avtomatik deşici aləti, 01 ədəd 30 manat dəyərində dreli və 01 ədəd 30 manat dəyərində elektrik uzadıcısmı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 340 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 18 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən evin həyətinin küçə darvazasının qarşısında olan 1 ədəd 700 manat dəyərində perferatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 2022-ci ilin aprel ayının ortalarında, saat 04 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən evin yan pəncərəsinin dəmir barmaqlığını yerindən çıxarıb, pəncərəni açmaqla qanunsuz içəri daxil olaraq, oradan 1 ədəd televizor, qab-qacaq dəstləri, 1 ədəd tozsoran və kombi istilik aparatının içindəki detalları gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 1050 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 08 may 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Novxanı kəndindəki bağ evinin hasarın üstündən keçməklə qanunsuz həyətinə daxil olaraq divarına quraşdırılmış 700 manat dəyərində olan 1 ədəd “Samsung” markalı kondisioneri gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 41 nömrəli evin hasarından aşmaqla həyətinə, sonra isə yan tərəf pəncərəsinin şüşəsini sındırmaqla evə qanunsuz daxil olaraq dəhlizdə sökülmüş vəziyyətdə saxladığı 1 ədəd 1500 manat dəyərində olan “Mitsubishi” markalı kondisioneri və evin həyətindən 1 ədəd 100 manat dəyərindəki işlək vəziyyətdə olan su motorunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 11 iyul 2022-ci il tarixdə, saat 04 radələrində Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evin həyətinə qanunsuz daxil olaraq həyətdə saxlanc yeri olan dəmir konteynerin qapısını açıb oradan inşaat materialların və tikinti alətlərin gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa,o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 28 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Abşeron rayonu, Novxanı kəndi, M.İbrahimov küçəsində yerləşən evin həyətinə giriş qapıdan qanunsuz daxil olub, evin həyətində olan bir ədəd 150 manat dəyərində samovarı, bir ədəd 250 manat dəyərində velosipedi və bir jüt 40 manat dəyərində ayaqqabını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 440 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının 10-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində 30 manata istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 1,043 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq Abşeron rayonu Novxanı kəndinə daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Novxanı kəndində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 1,043 qram çəkidə narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saatlarında oğurluq etmək üçün Saray qəsəbəsi, yeni məhəllədə ev axtarmışdır. Həmin vaxtı saat 01 radələrində orada yarı təmirli bir ev olduğunu görmüş və hasardan həyətə daxil olmuşdur. Evin dəmir qapısı bağlı olduğu üçün o, evin plastik pəncərəsini əli ilə sıxıb açmış və pəncərədən evə daxil olmuşdur. Evin giriş qapısını içəridən bağlamış və dəhlizdə olan laqondanı, avtomatik deşici preparatoru, dreli və bir topa elektrik naqilini götürüb pəncərədən çıxarıb özü ilə aparmışdır. Oğurladığı alətləri yaşadığı küçədə gizlətmiş və səhərt tezdən həmin alətləri götürüb Sumqayıt şəhərinə aparmışdır. Sumqayıt şəhərində bazarın qarşısında həmin əşyaları 100 manata tanımadığı bir nəfər şəxsə satmış və əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. 2021-ci ilin dekabr ayının 18-də saat 19 radələrində yaşadığı Abşeron rayonu, Novxanı kəndində gecə vaxtı oğurluq etmək üçün münasib ev axtardığı vaxt, yolun kənarında olan həmkəndlisi Zərərçəkmiş şəxs4 evinin həyət qapısının yaxınlığında, küçədə qoyulmuş, 1 ədəd perferator olduğunu görmüşdür. O, həmin aləti ora kimsə qoyduğunu və gəlib aparacağını bilirmiş buna görə də, tez oradan götürüb uzaqlaşmışdır. Onu heç kim görməmişdir. Oğurladığı həmin aləti sabahısı gün, yəni 19 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu Saray qəsəbəsinə işlənmiş əşyaları almağa avtomaşınla gəlmiş tanımadığı bir kişiyə 120 manata satmışdır. Həmin kişiyə özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əldə etdiyi həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Uzun müddətdir tanımadığı şəxslərdən narkotik vasitələr alıb qəbul edir. Son vaxtlar özünə qəbul etmək üçün narkotik vasitə almağa pulu olmadığına görə, oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. Buna görə də, 2022ci ilin aprel ayının ortalarında saat 04 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində gəzib oğurluq etmək üçün münasib ev axtardığı vaxt, evlərin birində işıq yanmadığını görmüş, həmin evə yaxınlaşıb və evdə adam olmadığına əmin olduqdan sonra evin yan pəncərəsinin dəmir barmaqlığını yerindən çıxartmış, bundan sonra pəncərəni əli ilə sıxaraq açmış və pəncərədən evə daxil olmuşdur. Evdə gördüyü markasını xatırlamadığı 1 ədəd televizor, 1 ədəd qab-qacaq dəsti, 1 ədəd tozsoan və kombi istilik aparatının içindəki detalları oradan oğurlamış və evdən daxil olduğu yerdən çıxmışdır. Həmin kombi aparatını yerindən çıxarda bilmədiyinə görə içindəki detalları oğurlamışdır. Oğurladığı həmin əşyaları həmin tarixdə saat 11 radələrində Saray qəsəbəsinə işlənmiş əşyaları almağa avtomaşınla gəlmiş tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 08 may 2022-ci il tarixdə həftənin bazar günü xərcləməyə pulu olmadığına görə yaşadığı kəndin yeni inşa edilən bağ evlərindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə saat 14 radələrində yaşadığı evdən çıxıb, “Gədi yolu” adlanan əraziyə yollanmışdır. Oğurluq etmək üçün münasib ev axtardığı vaxt hasara alınmış torpaq sahəsinin içərisində olan iki mərtəbəli bağ evində heç kimin olmadığını hiss edib, həmin evin həyət darvazasının yan tərəfindəki hasardan aşaraq həyətə keçmiş və orada bir başa evə tərəf getmişdir. Evə daxil olmaq üçün münasib yer axtarsa da tapa bilməmiş və evin divarına quraşdırılmış kondisioneri söküb oğurlamaq və sonra içərisindəki mis detallarını satmaq qərarına gəlmişdir. Buna görə də həyətdə olan taxta nərdivanı götürüb evin divarına söykəyib kondisioneri sökmüşdür. Sonra həmin kondisioneri özü ilə götürüb hasardan küçəyə tullayıb, özü də hasardan aşıb həmin kondisioneri götürüb yaşadığı evin həyətinə aparıb orada heç kimin görmədiyi yerdə gizləyib evə getmişdir. Ertəsi günü küçədə lazımsız metal qırıntıları toplayan Qaz 31 markalı avtomobilin qışqıraraq metal almasını elan verdiyini eşidib, tez həmin maşının tanımadığı sürücüsünə yaxınlaşıb, satmaq istədiyi köhnə kondisionerin olduğunu söyləmişdir. Həmin adam da alacağını dedikdən sonra o, tez həyətlərində gedib bir gün əvvəl oğurlayıb orada gizlətdiyi kondisioneri gətirib həmin metal yığan sürücüyə vermişdir. Həmin metalalan şəxsdə ona həmin kondisionerə görə 20 manat pul vermişdir. O, həmin məbləğdə pulu alıb elə həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 onun dayısıdır. O, son zamanlar heç bir yerdə işləmədiyinə görə və maddi sıxıntıları olduğuna görə, həmçinin dayısı Taleh də ailəsi ilə birlikdə xeyli müddətdir ki, Novxanı kəndində yerləşən evində yaşamadıqlarına görə o, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində Talehin evinin həyətinə hasardan daxil olmuş, sonra evin yan tərəf pəncərəsinin şüşəsini sındırmaqla evə daxil olmuşdur. O, otaqlara nəzər yetirdikdən sonra evin dəhlizində yerdə olan 1 ədəd “Mitsubushi” markalı kondisioneri görüb evin həyətinə çıxartmışdır. Daha sonra isə evin həyətində olan su motorunu həyətdən küçə qapısının qarşısına çıxartmışdır. Sonra isə evdən aralaşaraq taksi saxlayıb həmin evə tərəf qayıtmışdır. O, həmin kondisioneri taksiyə qoymaq istəyərkən çox ağır olduğuna və gücü çatmadığına görə həmin vaxt küçədən keçən Fuad adlı şəxs kondisioneri maşına qoymaqda ona kömək etmişdir. Bundan sonra o, həmin kondisioneri Sumqayıt şəhərinə aparıb “Asan xidmət” mərkəzinin yaxınlığında yerləşən işlənmiş kondisionerlərin təmiri və satışı məntəqəsində 130 manata satmışdır. Həmçinin oğurladığı su motorunu da həmin gün Sumqayıt şəhərində yerləşən əşya bazarının yaxınlığında Qaz 24 markalı avtomobil ilə küçələrdən əlvan metal yığan tanımadığı şəxsə 5 manata satmışdır. Uzun müddətdir ki, özünə narkotik vasitələr alıb qəbul edir. Son vaxtlar heç bir yerdə işləmədiyinə və qəbul etməyə narkotik vasitə almaq üçün pulu olmadığına görə, oğurluq edib narkotik vasitə almaq qərarına gəlmişdir. Buna görə də, Abşeron rayonu Novxanı bağları ərazisində 11 iyul 2022-ci il tarixdə saat 04 radələrində oğurluq etmək üçün münasib ev axtardığı vaxtı yarım tikili olan həyətdə işıq yanmadığını görüb və ətrafda adam olmadığına əmin olduqdan sonra həmin həyətin qapısını açıb, həyətə daxil olmuşdur. Həyətdəki binanın təmiri ilə əlaqədar təmir tikinti materialların olduğunu görmüşdür. Armaturdan olan inşaat materialları üçün hissələri və tikinti alətlərin oradan götürdüyü əl arabasına yükləyib oğurlamışdır. Oğurladığı həmin tikinti materialların və alətlərin həmin gün saat 12 radələrində Abşeron rayonu Saray qəsəbəsində avtomaşınla metal almağa gəlmiş tanımadığı bir kişiyə xatırlamadığı qiymətə satmışdır. Həmin kişiyə satdığı əşyaların özünə məxsus olduğunu satdığını demişdir. 28 avqust 2022-ci il tarixdə təxminən saat 17 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində küçədə gəzən zaman bir evin giriş qapısının açıq olduğunu və ətrafda heç kimin olmadığını görüb həmin evin həyətinə girib həyətdə olan bir ədəd velosipedi, bir cüt kişi ayaqqablarını və bir ədəd samovarı götürüb oradan uzaqlaşmışdır. Həmin günün səhəri həmin velosipedi 40 manata, samovarı isə 17 manata səyyar şəkildə metal qəbul edən şəxslərə satmışdır. Həmin əşyaları ondan alan şəxs onların oğurluq olduğunu bilməmişdir. Həmin evdən oğurladığı ayaqqabını da hazırda xatırlamadığı zibilliyə atmışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik almaq üçün 10 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsinə getmiş və orada tanımadığı şəxsdən 30 manata heroin almışdır. Həmin bükümü alan kimi oradan uzaqlaşmış və yaşadığı Abşeron rayonu Novxanı kəndinə gəlmişdir. Həmin günün axşamı yəni 10 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində evinin yaxınlığnda olanda yanma özlərini polis əməkdaşları kimi təqdim edən iki nəfər şəxs yaxınlaşmış, ondan şübhələndiklərini bildirib onu polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərində geyri qanuni nə varsa təqdim etməyi təklif olunmuşdur. O, əynindəki şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd bükümü polislərə təqdim etmişdir. Sonra sənədləşmə aparılmış və həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 3 il əvvəl Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə fərdi yaşayış evi tikdirmiş, lakin evin daxilini təmir etdirməmişdir. Evi təmir etdirmək üçün xx.xx.2021-ci il tarixdə saat 17 radələrində 01 ədəd laqonda, 01 ədəd perferator, 01 ədəd drel və 01 top mis elektrik naqilini alıb həmin evin dəhlizinə yığmış, qapını bağlayıb getmişdir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Saray qəsəbəsində həmin evə getmiş və qapını aça bilməmişdir. Evin sol plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evdə dəhlizə yığdığı 01 ədəd 120 manat dəyərində laqondanın, 01 ədəd 160 manat dəyərində avtomatik deşici perferatorun, 01 ədəd 30 manat dəyərində drelin və 01 top 30 manat dəyərində mis elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Ziyan ödənilməsə də şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, yaşadığı ünvan 3 ünvanında təmir işləri görmək üçün 15 dekabr 2021-ci il tarixdə perferator icarəyə götürmüşdür. İcarəyə götürdüyü həmin alətlə evdə müəyyən işlər gördükdən sonra 18 dekabr 2021-ci il tarixdə həmin aləti qaytarmaq üçün evdən götürüb küçə qapılarının yanında qoymuşdur. O, həmin vaxtı digər əşyaları avtomaşına yükləmiş, lakin həmin alət isə yadından çıxdığına görə orada qalmışdır. Bir neçə saatdan sonra geri qayıtmış, lakin 700 manat dəyərində olan həmin aləti orada görməmiş və həmin alətin oğurlandığını bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs5 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində özünə məxsus fərdi yaşayış evi var. Lakin həmin evdə heç kim yaşamır. Müxtəlif vaxtlarda həmin evə nəzarət etmək üçün gedib baxır. 10 aprel 2022-ci il tarixdə həmin evə gedib baxdıqda hər şeyin yerində olduğunu görmüşdür. Bundan sonra 16 aprel 2022-ci il tarixdə yenidən həmin evə nəzarət etmək üçün gedib baxdıqda, evin ön hissəsində yerləşən dəmir barmaqlığın sındırıldığını və evə gələn elektrik xəttinin kəsildiyini görmüşdür. Evdəki əşyalarını yoxladıqda evdəki kombi istilik aparatın yararsız vəziyyətə salındığını, markasını bilmədiyi televizor və bir neçə məişət əşyaların oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs6 elan olumuş ifadəsindən görünür ki, bir neçə il olar ki, Abşeron rayonu Novxanı kənd bağlar massivində üç mərtəbəli bağ evi vardır. Həmin ev tam təmirli olsada həmin evdə yaşamır. Buna baxmayaraq o, mütamadi olaraq həmin evə baş çəkməyə gedir. Sonuncu dəfə 05 may 2022-ci il tarixdə o, həmin evdə olarkən hər şeyin yerində olduğunu görüb, qapı pəncərəni və həyət darvazasını bağlayıb Bakı şəhərindəki evlərinə getmişdir. 15 may 2022-ci il tarixdə günorta vaxtı həmin evə baş çəkməyə gəldiyi vaxtı evindəki “Samsung” markalı kondisionerin çöl tərəfdən evin divarına quraşdırılmış mühərrik hissəsinin yerində olmadığını görüb oğurlandığını yəqin etmiş və dərhal bu barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəхs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda ailəsi ilə yaşayır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə o, ailəsilə yaşadığı evdə olmamışdır. xx.xx.2022ci il tarixdə saat 10 radələrində yaşadığı evə gələrkən həyət darvazasının açıq vəziyyətdə olduğunu, eləcə də evin yan pəncərəsinin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, evə daxil olub baxdıqda evin əşyalarının dağınıq vəziyyətdə olduğunu, evdə axtarış aparıldığını, evin dəhlizində sökülmüş vəziyyətdə saxladığı 1 ədəd 75 kv.metrlik “Mitsubishi” markalı kondisionerin və evin həyətindən 1 ədəd işlək vəziyyətdə olan su motorun yerində olmadığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, evdə olmadıqları müddətdə naməlum şəxs və ya şəxslər evinə daxil olaraq yuxarıda sadaladığı həmin əşyalarını oğurlamışlar. O, evin otaqlarına diqqətlə baxdıqda yataq otağında içərisində bacısı oğlu Təqsirləndirilən şəxs şəxsiyyət və sürücülük vəsiqələri olan portmanatın yerdə olduğunu görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, evindən bacısı oğlu Mahir oğurluq etmişdir. Ziyan ödənilməsə də şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu Novxanı bağları ərazisində yerləşən yarım tikili evinə nəzarət etdikdən sonra, konteynerdəki əşyalarının yerində olduğunu görmüş, konteynerin qapısını bağlamış və oradan yaşadığı Bakı şəhərindəki evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Abşeron rayonu Novxanı bağlar ərazisində yerləşən yarım tikili evinə gəlmiş və evin ön giriş hissəsindən içəri daxil olmuşdur. İçəridə olan dəmir konteynerin qapısının açıq olduğunu görmüşdür. Konteynerin içindəki əşyalarını yoxladıqda orada olan inşaat materialların və tikinti alətlərin yerində olmadığını gördükdə, onların oğurlandığını başa düşmüşdür. Bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.İbrahimov küçəsində yerləşən evinin həyətinə düşəndə həyətdə yerdə olan 8 litr tutumlu gümüşü rəngli samovar, evin girişində həyat yoldaşının bir cüt qara rəngli ayaqqabısı və hasara söykənmiş vəziyyətdə olan ağ və boz rəngli “Kuban” markalı 28-lik velosipedin olmadığını görmüşdür.Həyətin giriş qapısına baxanda giriş qapının gecə içəridən bağladıqları halda qapı açıq olduğunu görmüşdür. Məlum olmuşdur ki, naməlum şəxs hasardan həyətə girib həyətdən çıxanda isə qapını içəridən açaraq getmişdir. Oğurlanmış samovarın dəyəri 150 manat, bir ədəd velosipedin 250 manat, bir cüt ayaqqabini isə 40 manat olmuşdur. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, 30 il olar ki, Sumqayıt şəhəri, 15-ci məhəllədə, Asan Xidmət mərkəzinin yaxınlığında yerləşən ona məxsus obyektdə işlənmiş kondisionerlərin alqı-satqısı və təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində tanımadığı bir nəfər şəxs həmin obyektə gələrək bir ədəd Mitsubishi markalı kondisioneri satmaq istədiyini demişdir. O, həmin şəxsdən həmin kondisioneri nə üçün satdığını soruşduqda, həmin şəxs kondisioneri yaşadıqları evdə istifadə etmədiklərinə görə satmaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin şəxslə razılaşaraq kondisioneri 130 manata almışdır. Həmin şəxsdən 130 manata aldığı kondisionerin oğurluq yolla əldə etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin saray PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə Saray PB-nin polis sahə nəfəri polis serjantı Mirhadi Seyidovla birlikdə Abşeron rayonu Novxanı kəndində olan zaman bir nəfərin özünü şübhəli apardığını görüb adını sonradan bildikləri Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Hərəkətləri şübhə doğurduğu üçün onu PB-nə aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükülü içində narkotik vasitə olan heroini təqdim edib, özünə məxsus olduğunu və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Narkotik vasitə olan heroinə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış və üzərinə “Zərflər üçün”möhürlənmişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı Abşeron rayonu, Saray qəsbəsi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs3 evin necə daxil olub oğurluq etdiyini bir daha hadisə yerindən göstərmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5084 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi və “...Əzimov M-imza, iştirakçılar- üç imza, ... Təhqiqatçı: Bəşirli Bəşir - imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 1,043 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq çəkisi 0,993 – 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Məhkəmə-narkoloji ekspertizasının 08 oktyabr 2022-ci il tarixli, 5888 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,993 narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükülü içində narkotik vasitə olan heroini təqdim edərək, özünə məxsus olduğunu və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci mаddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ziyan ödənilməsə də ərizə verməklə Təqsirləndirilən şəxs qarşı şikayətlərinin olmamasını bildirmişlər. Məhkəmə ziyanı ödəməsə də zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Əzimov X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 92 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan X2 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,993 narkotik vasitə heroin məhv edilməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 92 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan X2 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,993 narkotik vasitə heroin məhv edilsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar