Məhkəmə qərarları › İş №1(012)-269/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-269/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-269/2021 09.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Qubadlı rayonu, Saldaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 19 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 xx xxxx 1971-ci ildə Qubadlı rayonu, Saldaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 19 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs2 ilə qardaşı Təqsirləndirilən şəxs1 arasında şəxsi münasibətlər zəminində yəni, anbara icazəsiz panel listlərin yığılması səbəbindən yaranmış mübahisə dava-dalaşa çevrilmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 mübahisə zamanı əli ilə qardaşı Təqsirləndirilən şəxs1 sifət nahiyəsindən qəsdən vuraraq, sonuncuya burun sümüyünün yerdəyişməyən sınığı, döş qəfəsinin və bel nahiyəsinin qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Həmçinin baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs1 da əlində olan metal boru parçası ilə qardaşı Təqsirləndirilən şəxs2 kürək nahiyəsindən qəsdən vuraraq, sonuncuya soldan 10cu qabırğanın yerdəyişməyən qapalı sınığı, burunun və belin qançırları, eləcədə sol diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs və eyni zamanda zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun böyük qardaşı Dadaş 2010-cu ildən Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən plastik pəncərə sexini, dəmir qapı sexini, meyvə-tərəvəz mağazasını, ev alqı- satqısı olan obyektləri işlətmək üçün qardaşı Təqsirləndirilən şəxs1, orada olan 20 kvadratdan ibarət anbarı isə tikinti materialları yığmaq üçün ona vermişdir. xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən işlətdiyi anbara gəldikdə orada qapının kilidinin dəyişildiyini və anbarın isə açıq olduğunu müəyyən etmişdir. Bunu araşdırdıqda kilidi qardaşı Təqsirləndirilən şəxs1 dəyişdiyini öyrənib, o, plastik pəncərə sexində işləyən Elşən adlı şəxsdən onun anbarına niyə mal yığdıqlarını soruşduqda Elşən ona malları qardaşı Zöhrabın razılığı ilə yığdığını bildirmişdir. Elə həmin vaxt Zöhrab da anbara gəlmiş, orada o, Zöhraba kilidi dəyişməsi və işlətdiyi anbara icazəsiz mal yığıması səbəbindən irad bildirdikdə, qardaşı Zöhrab onu təhqir edib onu anbardan çölə çıxartmış, onlar bir-biri ilə qarşılıqlı əlbəyaxa olmuşlar. Onlar dalaşan zaman onun əli Zöhrabın burnuna dəymiş və Zöhrab xəsarət almışdır. Daha sonra Zöhrab qapının qarşısında olan uzun dəmir boru parçası ilə onun kürəyinə bir dəfə zərbə vurub ona xəsarət yetirərək onu döymüş, həmin vaxt o, yerə yıxılmış, o, yerə yıxıldıqdan sonra Zöhrab onun yanından uzaqlaşmışdır. Onların mübahisəsi təxminən 3-5 dəqiqə davam etmiş və hadisə baş verən zaman ətrafda kiminsə olduğuna fikir verməmişdir. Sonda o, məhkəmədən təqsirinin olmamasını əsas gətirərək məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs və eyni zamanda zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, böyük qardaşı Dadaş 2010-cu ildən Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən plastik pəncərə, dəmir qapı sexini, meyvə-tərəvəz mağazasını, ev alqı-satqısı olan obyektləri ona işlətməyə, orada olan 20 kvadratdan ibarət anbarı isə 6 ay əvvəl o, qardaşı İlhamın xahişi ilə ona tikinti materialları yığmaq üçün vermişdir. xx.xx.2021-ci il tarixdə o, anbarın kilidini dəyişib açarın ikisini Elşənə, birini İlhama vermiş, xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən işlətdiyi obyektlərə gəldikdə orada qardaşı İlhamla rastlaşmış, İlham anbarın açarının dəyişildiyi və anbara plastik pəncərə sexinə aid olan malları yığıldığı üçün qəzəblənib birlikdə istifadə etdikləri 20 kvadratlıq anbardakı ona aid olan malları aşırmaq istəmiş, bu zaman o, İlhamın malları aşırtmağına imkan verməmiş, orada qardaşı İlhamla aralarında mübahisə yaranmış, mübahisə zamanı bir-birinə qarşı xoşagəlməz sözlər işlətmişlər. Sonra onlar anbardan çölə çıxıb, bir-birləri ilə qarşılıqlı əlbəyaxa olmuşlar. Həmin vaxt İlham yumruqla onun sifətinə yəni, burnuna bir zərbə vurub ona xəsarət yetirmişdir. Sonra İlham əlinə dəmir boru parçası götürüb ona vurmaq istəmiş, lakin həmin dəmir boru parçası ona dəyməmişdir. Bu zaman o, yerdən həmin dəmir boru parçasını götürüb İlhamın kürəyinə bir dəfə vurub ona xəsarət yetirmişdir. Bundan sonra o, dəmir boru parçasını kənarda yerə atmış və mübahisənin böyüməməsi üçün qardaşı İlhamın yanından uzaqlaşmışdır. Onların mübahisəsi təxminən beş dəqiqə davam etmiş və həmin vaxt ətrafda kiminsə olduğuna fikir verməmişdir. Sonda o, himayəsində iki azyaşlı uşağının olmasının əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 təxminən bir ilə yaxındırki tanıyır. O, bir il əvvəl Zöhrabdan Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən plastik pəncərə sexini icarəyə götürmüşdür. xx.xx.2021-ci il tarixdə onun sifariş verdiyi panel listlər işlətdiyi sexə gətirilmiş, lakin, sexdə yer olmadığı üçün həmin panel listləri İlhamın işlətdiyi anbara müvəqqəti yığılmasını Zöhrabdan xahiş etmiş, Zöhrab da iki ədəd açarı ona verib, birini İlhama çatdırmağını söyləmiş və listlərin anbara yığılmasına etiraz etməmişdir. O, həmin listləri anbara yığmış, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində o, Sumqayıt şəhərində sifarişdə olan zaman İlham ona zəng edib nə səbəbə onun anbarına panel listləri yığdığını soruşmuş, o, da telefonda İlhama qardaşı Zöhrabdan icazə alıb listləri anbara yığdığını və gəlib boşaldacağını bildirmiş, sonra bu barədə Zöhraba zəng edib məlumat vermiş, Zöhrab da ona telefonda özü anbara gedib İlhamla danışacağını demiş, təxminən bir saat sonra o, sifarişdən sexə qayıtdıqda panel listlərin anbara yığılması səbəbindən İlhamla qardaşı Zöhrab arasında mübahisə yarandığını, mübahisənin qarşılıqlı dava-dalaşa çevrildiyini, onların bir-birlərinə xəsarət yetirdiklərini eşitmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X9 rayon Şöbəsinin “sağlamlığa zərər vurmanın təyininə dair” xx xxxxxx 2021-ci il tarixli, 376 saylı rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər soldan 10-cu qabırğanın yerdəyişməyən qapalı sınığı, burunun və belin qançırları, eləcə də sol diz oynağı nahiyyəsinin sıyrığı bərkküt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq, təpik və metal parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X9 rayon Şöbəsinin “sağlamlığa zərər vurmanın təyininə dair” xx xxxxxx 2021-ci il tarixli, 377 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər burun sümüyünün yerdəyişməyən sınığı, döş qəfəsinin və bel nahiyyəsinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə qeyd olunan nahiyələrə yumruq və təpik ilə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 iş üzrə özünü təqsirli bilməməsi onun qeyri-səmimi olmasından xəbər verməklə yanaşı, özünü müdafiə xarakteri və cinayət məsuliyyətindən azad olunma məqsədi daşıdığını göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsi ilə əlaqədar «X1rşı» işi ilə bağlı xx.xx.1996-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlilikləri sübuta yetirilmiş və onlar törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də onlar təqsirləndirildikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron RİHB Saray qəsəbəsi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanda yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 özünü ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ tərəfindən istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmiş, xx.xx.2013-cü il tarixdə barəsində olan cinayət işinə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. Daha sonra onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron RİHB Saray qəsəbəsi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AZ-İ 551764 saylı nikah haqqında və AZ-İİ 599107, AZ-İİ 885136 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müvafiq olaraq görünür ki, Təqsirləndirilən şəxs1 X2 ilə xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X13 oğlu və xx xxx 2012-ci il təvəllüdlü X7 adlı iki övladları var. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməsini, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 əvvəllər eyni maddə ilə iki dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun şəxsiyyətini mənfi xarakterizə hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Bundan əlavə məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona da təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 hazırki cinayət təqibi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə onun evli və daimi yaşayış yerinin olmasını, həmçinin məhkəmə iclaslarına vaxtı-vaxtında gəlməsini nəzərə alaraq hesab edir ki, barəsində hökm qanuni qüvvəyə minənədək hər hansı qətimkan tədbirinin seçilməsinə lüzum yoxdur. Hökmün icrası Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Həmçinin məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 hazırki cinayət təqibi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə onun evli və daimi yaşayış yerinin olmasını, həmçinin məhkəmə iclaslarına vaxtı-vaxtında gəlməsini nəzərə alaraq hesab edir ki, barəsində hökm qanuni qüvvəyə minənədək hər hansı qətimkan tədbirinin seçilməsinə lüzum yoxdur. Hökmün icrası Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 192 (yüz doxsan iki) manat, məhkəmə hazırlıq iclası zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 192 (yüz doxsan iki) manat, məhkəmə hazırlıq iclası zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan və ya rəsmən təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar