Məhkəmə qərarları › İş №1(012)-269/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-269/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-269/2022 29.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi R.Behbudov küçəsi 54 nömrəli evin zərzəmisinə yəni saxlanc yerinə nəfəslikdən qanunsuz daxil olaraq, zirzəmidən hər biri 150 manat olmaqla ümumi 300 manat dəyərində 2 ədəd «Bosch» firmasına aid drelini, 40 manat dəyərində bir ədəd əl drelini, 60 manat dəyərində bir ədəd plastik ütünü, hər biri 20 manat olmaqla ümumi 40 manat dəyərində iki ədəd xüsusi açarı, hər biri 25 qəpik olmaqla 25 manat dəyərində 100 ədəd plastik muftanı, hər biri 3 manat olan ümumi 12 manat dəyərində dörd ədəd su kranını, hər biri 3 manat olan ümumi 18 manat dəyərində altı ədəd drel ucluğunu, 60 manat dəyərində bir ədəd böyük laqondanı, 30 manat dəyərində bir ədəd balaca laqondanı və 300 manat dəyərində bir ədəd su qızdırıcını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 cəmi 885 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı Mahmudov Ramil Hicran oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin həyətinə hasardan keçmə yolu ilə daxil olaraq, Ramil Mahmudov evin pəncərəsinin dəmir barmaqlığı qabaqcadan özləri ilə götürdüyü avtomobil qaldırıcı qurğu, yəni danqrat ilə sındırıb, pəncərəni açıb evə qanunsuz daxil olaraq, qonaq otağından bir ədəd 1200 manat dəyərində televizoru, yataq otağından bir ədəd 850 manat dəyərində «SAMSUNG-A70» markalı mobil telefonu, bir ədəd 200 manat dəyərində qızıl boyunbağını, bir ədəd 60 manat dəyərində qızıl sırğanı və 4 ədəd hər biri 50 manat olmaqla ümumi 200 manat dəyərində adi metaldan olan qolbağını, 2 ədəd hər biri 100 manat olan ümumi 200 manat dəyərində saat formalı bilərziyi, 40 manat dəyərində bir ədəd qara rəngli qadın idman ayaqqabısını və bir cüt qara rəngli qaşı olan 600 manat dəyərində qızıl sırğanı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs3 cəmi 3350 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixədə saat 03 radələrində tamah niyyəti ilə özgənin əmlakını təkrarən talama məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 4-cü küçə 25 nömrəli Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinə pəncərədən qanunsuz daxil olub oradan 1 ədəd 600 manat dəyərində Samsunq markalı televizoru, 1 ədəd Starsat markalı 200 manat dəyərində televizoru, 1 ədəd Çin istehsalı olan 500 manat dəyərində televizoru, 1 ədəd HP markalı Probook 4540 s modelli 450 manat dəyərində noutbuku, 1 ədəd HP markalı Combaq nx9030 modelli 80 manat dəyərində noutbuku, 1 ədəd Compaq markalı CQ58 modelli 200 manat dəyərində noutbuku, 1 ədəd 20 manat dəyərində Huawei markalı modemi, 2 ədəd hər birinin dəyəri 60 manat, ümumi dəyəri 120 manat olan Connekt TV aparatını, 1 ədəd 70 manat dəyərində mobil telefonu, 1 ədəd 150 manat dəyərində təzyiqölçən aparatı, 1 ədəd dəyəri olmayan Zərərçəkmiş şəxs1 Zauroviçə aid Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illik yubileyi əlaqədar medalı, 1 ədəd 10 manat nominal dəyəri "xxxx" ASC bankına aid təqaüd kartını, 1 ədəd 10 manat nominal dəyəri "xxxx" ASC bankına aid təqaüd kartını, 1 ədəd 12 manat dəyərində bazarlıq üçün nəzərdə tutulmuş təkərli arabanı, 1 ədəd “Bosch” markalı 50 manat dəyərində laqondanı, 1 ədəd 25 manat dəyərində kiçik laqondanı, 3 ədəd hər birinin dəyəri 50 manat olan, ümumi dəyəri 150 manat dəyərində laqondaları, 1 ədəd 27 manat dəyərində kraska pulvelizatoru, 2 ədəd hər birinin dəyəri 50 manat olan, ümumi dəyəri 100 manat olan drelləri, 1 ədəd narıncıl rəngli 15 manat dəyərində dreli, 1 ədəd 25 manat dəyərində lobziki, 1 ədəd 50 manat dəyərində toster aparatını, 5 ədəd hər birinin dəyəri 50 manat, ümumi dəyəri 250 manat olan kişi ətirlərini, 3 ədəd hər birini dəyəri 50 manat, ümumi dəyəri 150 manat olan qadın ətirləri, 1 ədəd 20 manat dəyərində saçqırxan aparatı, 1 ədəd 200 manat dəyərində kişi qol saatını, 1 qutu dəyəri 200 manat olan usta ləvazimatlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 3684 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində əllilərin binasından zirzəmidən oğurluğu özü etmişdir. Həmin oğurluq hadisəsi ilə əlaqədar özü qabaqcadan Quşçuluq yaşayış massivində əlillər binasında zirzəminin giriş qapısına kilid vurulsada, lakin həmin zirzəminin hava çəkən pəncərələri açıq olduğunu və oradan sərbəst şəkildə həmin zirzəmiyə daxil olmaq mümkün olduğunu görmüşdür. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən əlillər binası deyilən yerə gələrək, həmin əlillər binasının birinci mərtəbəsində olan zirzəmiyə künc tərəfdə açıq olan nəfəslikdən daxil olmuşdur. Həmin zirzəmidən bir ədəd su qızdırıcısını, bir ədəd dreli, bir ədəd xüsusi boru açarını, 6 ədəd drel başlıqlarını oğurlamışdır. Həmin oğurladığı əşyalardan bir ədəd su qızdırıcını və boru açarını şəxsiyyət vəsiqəsi ilə birlikdə Abşeron rayonu 120 deyilən ərazidə tanımadığım avtomobillə hərəkət edən metal qəbul edən şəxslərə 25 manata satmışdır. Lakin drel başlıqlarını Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində S.Bəhlulzadə küçəsində yerləşən tikinti materialları mağazasında işləyən Cavid adlı şəxsə satmışdır. Cavid həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa Abşeron rayonu, Xırdalan şəhər sakini Mahmudov Ramil Hicran oğlunu təxminən 2 ildən artıq müddətdir ki, tanımış, Ramil Mahmudov onunla bir məhlədə yaşamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Ramil Mahmudov ona Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində bir sahibsiz ev olduğunu, həmin evə girib oğurluq etmək lazım olduğunu bildirmişdir. O da Ramillə razılaşmışdır. O və Ramil həmin günü, yəni xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə keçən gecə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nizami küçəsində yerləşən bir evin həyətinə hasardan keçmə yolu ilə daxil olmuşlar. Ramil ona qabaqcadan həmin evdə heç kimin, yəni ev sahiblərinin evdə olmadığını demişdir. Bu səbəbdən də hasardan keçəndən sonra, Ramil qabaqcadan özü ilə götürdüyü avtomobil qaldırıcısını yəni danqratı həmin evin pəncərəsinin dəmir barmaqlıqlarına qoyub, pəncərənin qarşısında olan dəmir barmaqlığı qırmış, sonra isə həmin yerdən evə daxil olmuşdur. O isə çöldə dayanmışdır. Ramil təxminən 15 dəqiqə içəridə qalmış, təxminən 15 dəqiqədən sonra Ramil evdən daxil olduğu yerdən çıxmış və ona evdən bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir neçə isə adi materialdan olan qol bilərziyi oğurladığını bildirmişdir. O və Ramil həmin oğurladığı əşyaları, yəni bir ədəd qızıl boynubağını dartıb ortadan bölmüşlər, bir cüt sırğanın bir tayı Ramilə, bir tayı ona düşmüş, qalan adi materialdan olan bilərzikləridə yarı bölmüşlər, yəni hərəsinə iki ədəd bilərzik düşmüşdür. Bundan sonra onlar gəldikləri kimi çıxıb getmişlər. O həmin oğurladıqları və payına düşən həmin əşyaların hamısını satmaq üçün Xırdalan şəhərində Vasif adlı oğlana vermişdir. Vasifə bildirmişdir ki, həmin əşyalar özünə aiddir. Vasif ondan əşyaları götürmüşdür ki, yoxlatdırıb satıb ona pulunu verəcəkdir. Vasif adlı şəxsin mən anket məlumatlarını və mobil telefonunu dəqiq bilməmişdir. Hal hazırda əşyalar ondadır. Vasif həmin əşyaların oğurluq olmasını bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 təxminən 2 il olarki bir qonşu kimi tanımışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 4-cü küçədə onun yaşadığı evin yaxınlığında arvadı ilə birlikdə yaşamışdır. 17 oktyabr 2021-ci il tarixdə maddi vəziyyəti çətin olduğu üçün pula ehtiyacı olmuşdur. Buna görə oğurluq etmək qərarına gəlmişdir. 17 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evdən çıxıb bir qədər gəzmişdir. 18 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində yaşadığı küçədə olduğu zaman qonşusu Zaur kişinin evinin işıqları yanmadığını görmüşdür. Ona görə həmin evdən oğurluq etmək mümkün olduğunu, Zaur kişi və arvadının evində olmadığını düşünmüşdür. Ona görə həmin evin yaxınlığında işıq dirəyinə, oradan evin hasarına, daha sonra evin həyətinə düşmüşdür. Həyətdən evin divarında olan kiçik plastik pəncərəni əllə itələyib, içəriyə açıb, həmin kiçik pəncərədən Zaur kişinin yaşadığı evə daxil olmuşdur. Evə daxil olandan sonra evdən mümkün olan qiymətli əşyaları axtarmışdır. Evi axtaranda yataq otağından stolun yanından açar tapmışdır. Həmin açarı evin qapısına daxil edəndə evin giriş qapısının və giriş darvazasının ehtiyyat açarları olduğunu görmüşdür. Həmin açarla evin giriş qapısını açmışdır. Daha sonra evdən 1 ədəd Samsunq markalı televizoru, 1 ədəd Starsat markalı televizoru, 1 ədəd Çin istehsalı olan televizoru, 1 ədəd HP markalı noutbuku, 2 ədəd noutbuku, 1 ədəd modemi, 2 ədəd Connekt TV aparatını, 1 ədəd İphone markalı mobil telefonu, 1 ədəd təhziqölçən aparatı, 1 ədəd Vergilər Nazirliyinin 10 illik yubileyi əlaqədar medalını, 1 ədəd Kapital bank bankına aid təqauüd kartını, 1 ədəd Kapital bank bankına aid təqauüd kartını, 1 ədəd bazarlıq üçün nəzərdə tutulmuş təkərli arabanı, 1 ədəd böyük ölçülü laqondanı, 1 ədəd kiçik ölçülü laqondanı, 1 ədəd kraska pulvelizatorunu, 3 ədəd dreli, 1 ədəd lobziki, 1 qutu usta ləvazimatlarını oğurlayıb həyətə yığmışdır. Daha sonra həyətdən həmin əşyaları darvazanı ehtiyyat açarla açıb küçəyə çıxartmış və yavaş yavaş 200 metr aralıda yerləşən yaşadığı evin həyətindəki yarımtikili otağa yığmışdır. Həmin vaxtı gecə saat 05 radələri olduğundan evdə yaşadığı anası və bacısı yatmışlar. Onun həmin əşyaları evə yığmağı barədə anası və bacısının heç bir məlumatları olmamışdır. Sonrakı günlərdə anası və bacısı həmin əşyaları görəndə o onlara bir şəxsin evində işlədiyini, həmin şəxsin bu əşyaları ona zəhmət haqqı əvəzinə verdiklərini bildirmişdir. Bir neçə gün sonra 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadında deyil oğurdadığı əşyalardan 1 ədəd Samsunq markalı televizoru 80 manata, 1 ədəd pulvelizatoru 20 manata və 1 ədəd noutbuku 60 manata yaşadığı evin yaxınlığında yaşayan Fuad adlı şəxsə satmış, 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadında deyil 1 ədəd Starsat markalı televizoru 88 manata tanışı Rəşad adlı şəxsə satmış, 1 ədəd bazarlıq üçün nəzərdə tutulmuş təkərli arabanı isə həmin Rəşada hədiyyə vermişdir. 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadımda deyil 1 ədəd Çin istehsalı olan televizoru tanışı İlham adlı şəxsə 80 manata satmışdır. 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadında deyil 2 ədəd Connekt TV aparatını isə işləmədiyi üçün onlar ona lazım olmamış və onları zibil qutusuna tullamışdır. Daha sonra 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadımda deyil həmin evdən oğurladığı 1 ədəd təhziqölçən aparatını Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 120 nömrəli marşrut avtobusun son dayanacığnda tanımadığı şəxsə 20 manata satmışdır. 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadımda deyil 1 ədəd böyük ölçülü laqondanı, 1 ədəd kiçik ölçülü laqondanı, 3 ədəd dreli, 1 ədəd lobziki Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 120 nömrəli marşrut avtobusun son dayanacağında mağazada lavazimatlar satan Cavid adlı şəxsə bir neçə gün ərzində ümumi 120 manata satmışdır. 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadımda deyil 1 ədəd Vergilər Nazirliyinin 10 illik yubileyi əlaqədar medalını, 1 ədəd Kapital bank bankına aid təqaüd kartını, 1 ədəd Kapital bank bankına aid təqauüd kartını özünə aid çantamın içinə qoymuşdur. Çanta ilə birlikdə dostu Vüsal gilə gedəndə həmin çantanı Vüsal gildə unutmuş, medal, 2 ədəd kartın həmin Vüsalın yaşadığı evdə qalmasını güman etmişdir. 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadında deyil 1 ədəd HP markalı noutbuku və digər noutbuku 80 manata 20 yanvar metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsə dostu Vüsalla və Vüsalın dostu birlikdə gedib satmışdır. Vüsal və onun anket məlumatlarını bilmədiyi dostu həmin əşyaların oğurluq olmasını bilməmişdir. Əşyaları satmağa gedəndə Vüsala noutbukların onun özünə məxsus olduğunu bildirmişdir. Oğurladığı ləvazimatları müştəri tapmadığı üçün onları küçədə zibil qutusuna atmışdır. 1 ədəd modemi, 1 ədəd İphone markalı mobil telefonu isə yaşadığı evdə saxlamışdır. Fuad, Rəşad, Cavid, 20 yanvar metrostansyasının yaxınlığındakı şəxs həmin aldıqları əşyaların oğurluq olmasını bilməmişlər. Zaur kişinin evindən oğurluq hadisəsini tək törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə naməlum şəxs onun yaşadığı evin zirzəmisinə nəfəslikdən daxıl olaraq oradan iki ədəd hər biri 150 manat olan 300 manat dəyərində «Bosch» firmasının dreli, bir ədəd 40 manat dəyərində olan əl drelini, bir ədəd 60 manat dəyərində olan plastik ütünü, iki ədəd hər biri 20 manat olan, 40 manat dəyərində xüsusi açarı, 100 ədəd hər biri 25 qəpik olmaqla 25 manat dəyərində plastik muftanı, dörd ədəd hər biri 3 manat olan ümumi dəyəri 12 manat olan su kranını, altı ədəd hər biri 3 manat olan 18 manat dəyərində drel ucluğunu, bir ədəd 60 manat dəyərində böyük laqondanı, bir ədəd 30 manat dəyərində balaca laqondanı və 300 manat dəyərində bir ədəd su qızdırıcını oğurlamaqla, ona ümumilikdə 865 manat dəyərində maddi ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Neftçala rayonunda qohumu vəfat etdiyinə görə ailəlikcə həmin qohumun yas mərasiminə getmişdir. 2 gün Neftçala rayonunda, yəni həmin yas mərəsimində qalandan sonra, xx.xx.2021-ci il tarixdə səhər saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Nizami küçəsində yerləşən evinə gəlmişdir. O həyət darvazasını açıb həyətə daxil olanda evə oğru girdiyini müəyyən etmişdir. Evin qarşısında pəncərinin üzərində olan dəmir barmaqlıqlar sındırılmış, evdə olan əşyalardan bir neçəsi həyətə tökülmüşdür. O evə daxil olmadan bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə evə daxil olanda, qonaq otağından bir ədəd 1200 manata aldığı televizorun, yataq otağından bir ədəd 850 manata aldığım SAMSUNG A70 markalı mobil telefonunun, 200 manata aldığım bir ədəd qızıl boyunbağının, 1 ədəd qızıldan hazırlanmış 60 manat dəyərində sırqanın və 4 ədəd hər biri 50 manat olmaqla ümumi dəyəri 200 manat olan adi materialdan olan qolbağın, 2 ədəd hər biri 100 manat olan ümumi dəyəri 200 manat olan saat formalı biləhzikin, 40 manat dəyərində bir ədəd qadın krasofkasının, bir cüt qara rəngli daşdan olan 600 manat dəyərində qızıl sırqanın oğurlandığını görmüşdür. Həmçinin evdə olan bütün paltarlar yerə tökülmüş və bütün ev axtarılmışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 3350 manat dəyərində maddi ziyan dəymişdir. Onun həmin oğurluqla əlaqədar şübhələndiyi şəxs yoxdur. Oğurlanan 60 manat dəyərində sırqanın 1 ədədi azyaşlı qızı Aydanın qulağında olmuş, oğru tərəfindən sırqanın yuxarıda qeyd etdiyi kimi 1 ədədi oğurlanmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 4-cü küçə 25 nömrəli evdə arvadı ilə birlikdə yaşamışdır. 02 oktyabr 2021-ci il tarixdə o arvadı X2 ilə Rusiya Federasiyası Moskva şəhərinə oğlu Zaurun yanına getmişlər. Evdən gedəndə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 4-cü küçə 25 nömrəli evin qapısını açarla bağlayıb getmişlər. 06 noyabr 2021-ci il tarixdə Moskva şəhərindən Bakı şəhərinə öz yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 4-cü küçə 25 nömrəli evə gəlib evin həyət darvazasını daha sonra evin qapısını açıb evə daxil olmuşdur. Evə daxil olanda evin pərakəndə şəklində olduğunu, evdə bütün əşyalar və paltarlar yerə dağıldığını görmüşdür. Baxanda evdən oğurluq hadisəsinin baş verdiyini, evin hamam otağının plastik pəncərəsi sındırıldığını, kiçik yataq otağınında plastik pəncərəsi açıq vəziyyət olduğunu, amma pəncərənin üzərində olan dəmir barmaqlıqğın sağ salamat vəziyyətdə olduğunu görmüşdür. Evə baxanda evdən aşağıdakı əşyaların oğurlanmasını aşkar etmişdir. Evdən 1 ədəd 800 manat dəyərində Samsunq markalı televizor, 1 ədəd Starsat markalı 400 manat dəyərində televizor, 1 ədəd Çin istehsalı olan 500 manat dəyərində televizor, 1 ədəd HP markalı 200 manat dəyərində noutbuk, 1 ədəd Toshiba markalı 300 manat dəyərində noutbuk, 1 ədəd 300 manat dəyərində noutbuk, 1 ədəd 30 manat dəyərində modemi, 2 ədəd hər birinin dəyəri 60 manat, ümumi dəyəri 120 manat olan Connekt TV aparatı, 1 ədəd 50 manat dəyərində mobil telefon, 1 ədəd 150 manat dəyərində təhziqölçən apparat, 1 ədəd dəyəri olmayan oğlu Zərərçəkmiş şəxs1 Zauroviçə aid Vergilər Nazirliyinin 10 illik yubileyi əlaqədar medal, 1 ədəd 10 manat nominal dəyəri Kapital bank bankına aid təqaüd kartı, 1 ədəd 10 manat nominal dəyəri Kapital bank bankına aid təqaüd kartı, 1 ədəd 20 manat dəyərində bazarlıq üçün nəzərdə tutulmuş təkərli araba, 1 ədəd Bosch markalı 50 manat dəyərində laqonda, 1 ədəd 30 manat dəyərində kiçik daqonda, 3 ədəd hər birinin dəyəri 50 manat olan, ümumi dəyəri 150 manat olan laqondalar, 1 ədəd 27 manat dəyərində kraska pulvelizator, 3 ədəd hər birinin dəyəri 50 manat olan, ümumi dəyəri 150 manat olan drellər, 1 ədəd 50 manat dəyərində lobzik, 1 ədəd 50 manat dəyərində toster aparatı, 5 ədəd hər birinin dəyəri 50 manat, ümumi dəyəri 250 manat olan kişi ətirləri, 3 ədəd hər birini dəyəri 50 manat, ümumi dəyəri 150 manat olan qadın ətirləri, 1 ədəd 20 manat dəyərində saçqırxan aparat, 1 ədəd 200 manat dəyərində kişi qol saatı, 1 ədəd dəyəri olmayan “AO AİST” şirkətinə aid möhür, 1 qutu dəyəri 200 manat olan usta ləvazimatları naməlum şəxs tərəfindən oğurlanmışdır. Başqa evdən heçnə oğurlanmamışdır. İzahatında və ərizəsində 1 ədəd Arita markalı lazer aparatının oğurlanmasını göstərsəmdə, sonradan həmin aparatı tapmışdır. 2 ədəd modemin oğurlanmasını göstərsəmdə, bu anlaşılmamazlıq olmuşdur, mənim evimdən 1 ədəd modem oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona 4167 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi S. Bəhlulzadə küçəsi tikinti materialları satışı mağazasında təmir tikinti materialları satır. Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayından etibarən tanımışdır. Mağazamın yaxınlığında çayxana həmin şəxsi təsadüfən görmüş və tanımışdır. 2021-ci ilin noyabr tarixi dəqiq yadında deyil Təqsirləndirilən şəxs onun işlədiyi tikinti materialları satışı mağazasına gəlib ona satılıq 1 ədəd böyük ölçülü laqonda və 1 ədəd lobzik olduğunu, özü usta işlədiyini, hal hazır dayısı vəfat etdiyi üçün ustalıq edə bilmədiyini və həmin özünə aid 1 ədəd böyük ölçülü laqondanı və 1 ədəd lobziki satdığını bildirmişdir. Həmin əşyaları ona Emin təqdim etmiş, o da əşyalara baxıb bəyənmiş və hər ikisinə 80 manat pul verə biləcəyimi söyləmişdir. Təqsirləndirilən şəxs həmin laqondanı və lobziki ona 80 manat satmağa razılıq vermişdir. O 80 manat pul verib Emindən həmin 1 ədəd böyük ölçülü laqondanı və 1 ədəd lobziki almışdır. Bir neçə gün sonra Emin yenə onun işlədiyi tikinti materialları satışı mağazasına gəlib ona 1 ədəd kiçik ölçülü laqonda, 3 ədəd drel satdığını bildirmiş və əşyaları ona təqdim etmişdir. O yenə həmin 1 ədəd laqondaya və 3 ədəd drelə baxıb bəyənmiş və onları 40 manata almağa razılıq vermişdir. Emin həmin əşyaların yenə özünə aid olduğunu və ehtiyacı olduğu üçün satdığını söyləmişdir. O Eminə 40 manat pul verib ondan 1 ədəd laqonda və 3 ədəd drel almışdır. Bundan bir neçə gün sonra isə 2 ədəd dreli, 1 ədəd böyük ölçülü laqondanı isə tanımadığı və anket məlumatlarını bilmədiyim müştəriyə müxtəlif qiymətlərə satmışdır. Eminin ona satdığı əşyalardan mağazasında 1 ədəd narınçıl rəngli drel, 1 ədəd qara rəngli laqonda və 1 ədəd lobzik qalmışdır. Onları istintaqa təqdim etmişdir. O həmin əşyaların oğurluq olmasını bilməmiş, çünki Emin ona həmin əşyaları satanda həmin əşyaların özünə aid olmasını və oğurluq olmamısını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının ortalarından etibarən tanımışdır. Onun yaşadığı evin yaxınlığında ona məxsus 1 otaqlı tikili olmuş, həmin tikilini o Vüsal adlı şəxsə 100 manatlıq aylıq kirayə vermişdir. Emin həmin Vüsalın yanına gələn zaman o Vüsalı təsadüfən tanımışdır. Təxminən 2021-ci ilin oktyabr ayının 20-də o kirayə qalan Vüsala baş çəkən zaman orada təsadüfən Təqsirləndirilən şəxs görmüşdür. Bu zaman Emin ona evdə özünə aid satılıq ucuz televizor olduğunu, həmin televizoru 100 manata satdığını bildirmişdir. O da 100 manat pul götürüb Eminlə həmin televizora baxmaq üçün onun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivindəki evinə getmişdir. Orada Emin ona bir Star markalı televizoru təqdim etmişdir. O da həmin televizoru baxıb bəyənmişdir. Lakin televizoru 88 manata ala biləcəyini söyləmişdir. Emin razılaşmış və o həmin televizoru 88 manata ondan almışdır. Həmin aldığı 1 ədəd Star markalı televizoru yaşadığı evə aparmışdır. Həmin televizor onun evidə olmuş, onu istintaqa təqdim etmişdir. 22 oktyabr 2021-ci il tarixdə isə o yenə Vüsala baş çəkən zaman, Emini orada görmüşdür. Həmin vaxtı Emin Vüsalın kirayə yaşadığı evə 1 ədəd təkərli alış veriş arabası gətirmişdir. Həmin arabanı o görüb Emindən soruşanda, Emin ona həmin arabanı hədiyyə vermişdir. Həmin arabada onun yaşadığı evdə olmuş, onu da istintaqa təqdim etmişdir. Eminin həmin televizoru və arabanı haradan əldə etməsini o bilməmişdir. Amma Emin ona həmin televizoru və arabanı özünə məxsus bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 6 ay olarki qonşuluqda yaşayan şəxs kimi tanımışdır. 2021-ci ilin oktyabr ayının axırında tarixi dəqiq yadında deyil Təqsirləndirilən şəxs küçədə onu görən zaman ona öz yaşadığı evdə 1 ədəd Samsunq markalı televizorun və 1 ədəd HP markalı noutbukun olduğunu, onları ucuz satdığını bildirmişdir. Emin ona 1 ədəd Samsunq markalı televizoru 100 manata və 1 ədəd HP markalı noutbuku 60 manata satdığını bildirmişdir. Özü Eminə həmin əşyalara baxmaq istədiyini bildirmişdir. Eminlə birlikdə onun yaşadığı evə getmiş və evdə 1 ədəd Samsunq markalı televizor və 1 ədəd HP markalı noutbuku baxıb bəyənmişdir. Bu zaman onun yaşadığı evdə anası və bacısı olmuşdur. Onlara əşyalar barədə sual verəndə onlarda ona həmin əşyaların özlərinə məxsus olduğunu bildirmişdir. Orada Eminə 160 manat pul verib həmin 1 ədəd Samsunq markalı televizoru və 1 ədəd HP markalı noutbuku almış və öz yaşadığı evə aparmışdır. Hal hazırda həmin televizor və noutbuk onun evindədir, onu istintaqa təqdim etmişdir. Eminin həmin televizoru və noutbuku haradan əldə etməsini o bilməmişdir. Amma Emin ona həmin televizoru və noutbuku özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının əvvəllərindən etibarən tanımışdır. Emin onun tanışıdır, Eminlə dostluq etmişdir. 2021-ci ilin oktyabr ayının axırlarında tarixi dəqiq yadında qalmamış Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, bu zaman Emin yaşadığı evdən ona 1 ədəd televizor təqdim etmiş, televizorun özünə aid olduğunu söyləyərək həmin televizoru 80 manata satdığını bildirmişdir. O televizora baxıb bəyənmişdir. Həmin televizora 80 manat pul verib almışdır. Bir neçə gün sonra həmin televizoru lalafo saytına elan yerləşdirib tanımadığı müştəriyə həmin televizoru satmışdır. Hal hazırda həmin televizor onda qalmamışdır. Ona görə televizoru istintaqa təqdim edə bilməmişdir. Satdığım müştərinində mobil telefonu və anket məlumatları onda qalmamışdır. Emindən aldığı televizorun oğurluq olmasını nə o, nə də satdığı müştəri bilməmişdir. Həmin televizoru Emin ona özünə aid televizor kimi təqdim etmişdir. Televizorun Eminin hardan əldə etməsini o bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 46 ünvanında yerləşən binanın altında L telekom mobil telefonların və kompyuterlərin alışı və satışı dükanını işlədir. 2021-ci ilin noyabr 05-də onun işlədiyi dükana 3 nəfər tanımadığı şəxslər gəlmişlər. Həmin şəxslərdən biri ona 1 ədəd HP markalı və 1 ədəd Compaq markalı noutbukları təqdim edib hər ikisini 80 manata satdığını bildirmişdir. O həmin noutbukları baxıb bəyənmiş və onları 80 manata almağı razılaşmışdır. Həmin 3 nəfər şəxsdən noutbukların oğurluq olub olmadığı barədə soruşmuş, həmin şəxslər noutbukların oğurluq olmadığını bildirmişlər. Həmin 3 nəfər şəxsdən biri ona bildirmişdir ki, həmin noutbuklar özünə məxsusdur. 3 nəfər şəxsdən birinə 80 manat pul verib 2 ədəd noutbuku həmin şəxsdən almışdır. Ona noutbukları satan şəxsdən şəxsiyyət vəsiqəsini istəyəndə həmin şəxs onun şəxsiyyət vəsiqəsinin olmadığını, lakin onun yanında olan şəxs kağızda öz şəxsiyyət vəsiqəsinin sürətini təqdim etmiş və üzərinə yazmışdır ki, ona aid olan 2 ədəd köhnə model olan HP və Compaq markalı komyuterləri özü satmış və girov deyil və bunu öz imzamla təsdiq edirəm. Həmin şəxs Dadaşov Samir olmuşdur. Noutbukları satan şəxs 80 manat pulu götürüb getmişdir. Aldığı HP və Compaq markalı noutuklar ondadır, onları istintaqa təqdim etmişdir. Həmin noutbukların o oğurluq olmasını bilməmiş, həmin şəxslərində onları haradan əldə etdikləri barədə də onun heç bir məlumatım olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8183 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən 1 ədəd “Samsunq” markalı, “UE40J555AU” modeli televizor -600.00; 1 ədəd üzərində HP markalı, Compaq nx9030 modelli noutbok – 80,00; 1 ədəd HP markalı, Probook 4540 s modelli noutbok – 450,00; 1 ədəd Compaq markalı CQ58 modelli noutbook – 200,00; 1 ədəd Apple markalı “İPhone 5” modelli mobil telefon – 70,00; 1 ədəd Huavei markalı modem – 20,00; 1 ədəd narıncıl rəngli drel – 15,0; 1 ədəd qara rəngli “PİT” markalı “PVS125-D3” modelli laqonda – 25,00; 1 ədəd Euromax markalı “GS65C” modelli lobzik – 25,00; Təqdim edilmiş medal satışda olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8032 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr-noyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur; 1 ədəd qara rəngli “Starsat” markalı “32led8s” markalı televizor – 200.00 manat; 1 ədəd qəhvəyi rəngli təkərli alış veriş arabası – 12,00 manat; Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1857 №li rəyindən görünür ki, ********* №-li cinayət işi ilə əlaqədar televizorun alt hissəsindən götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki ovuc izi, honor telefon qutusu hissəsindən götürülüb tədqiqata təqdim edilmiş 4 saylı daktilolentin səthindəki 2a” əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. 210271033 №li cinayət işi ilə əlaqədar televizorun alt hissəsindən götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl barmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol əlinin böyük barmağından, sol əlinin ovucundan qalmışdır. Tədqiqata təqdim edilmiş 4 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 4 saylı daktilolentin səthindəki papmlyar naxış izləri, 6-12 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Mahmudov Ramil Hicran oğlunun yeri müəyyən edilmədiyindən ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan Mahmudov Ramil Hicran oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri 4-cü küçə 14 nömrəli yaşayış evinə baxış zamanı oradan götürülmüş 1 ədəd İphone markalı mobil telefon, 1 ədəd modem və 1 ədəd medal, Şahid4 təqdim etdiyi 1 ədəd Starsat markalı televizor və 1 ədəd təkərli alış veriş arabası, Şahid3 təqdim etdiyi 1 ədəd Samsunq markalı televizor, 1 ədəd HP markalı noutbuk, Şahid1 təqdim etdiyi 1 ədəd narıncıl rəngli drel, 1 ədəd qara rəngli laqonda, 1 ədəd Euromax markalı lobzik, Şahid5 təqdim etdiyi 1 ədəd HP markalı və 1 ədəd Compaq markalı noutbuk 05 mart 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı evin zirzəmisindən bir ədəd su qızdırıcısını, bir ədəd dreli, bir ədəd xüsusi boru açarını, 6 ədəd drel başlıqlarını oğurladığını başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs3 yaşadığı evdən bir ədəd qızıl boyunbağını, bir cüt qızıl sırğanı, bir neçə isə adi materialdan olan qol bilərziyi oğurladığını başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs1 yaşadığı evdən 1 ədəd Samsunq markalı televizoru, 1 ədəd Starsat markalı televizoru, Zərərçəkmiş şəxs1 yaşadığı evdən 1 ədəd Çin istehsalı olan televizoru, 1 ədəd HP markalı noutbuku, 2 ədəd noutbuku, 1 ədəd modemi, 2 ədəd Connekt TV aparatını, 1 ədəd İphone markalı mobil telefonu, 1 ədəd təhziqölçən aparatı, 1 ədəd Vergilər Nazirliyinin 10 illik yubileyi əlaqədar medalını, 1 ədəd Kapital bank bankına aid təqauüd kartını, 1 ədəd Kapital bank bankına aid təqauüd kartını, 1 ədəd bazarlıq üçün nəzərdə tutulmuş təkərli arabanı, 1 ədəd böyük ölçülü laqondanı, 1 ədəd kiçik ölçülü laqondanı, 1 ədəd kraska pulvelizatorunu, 3 ədəd dreli, 1 ədəd lobziki, 1 qutu usta ləvazimatlarını oğurladığını başqa heç bir əşya oğurlamadığını bildirsə də iş üzrə təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1857 №li rəyi ilə təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd İphone markalı mobil telefon, 1 ədəd modem və 1 ədəd medal, Şahid4 təqdim etdiyi 1 ədəd Starsat markalı televizor və 1 ədəd təkərli alış veriş arabası, Şahid3 təqdim etdiyi 1 ədəd Samsunq markalı televizor, 1 ədəd HP markalı noutbuk, Şahid1 təqdim etdiyi 1 ədəd narıncıl rəngli drel, 1 ədəd qara rəngli laqonda, 1 ədəd Euromax markalı lobzik, Şahid5 təqdim etdiyi 1 ədəd HP markalı və 1 ədəd Compaq markalı noutbuk ibtidai istintaq zamanı saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 316 manat 09 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 316 manat 09 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd İphone markalı mobil telefon, 1 ədəd modem və 1 ədəd medal, Şahid4 təqdim etdiyi 1 ədəd Starsat markalı televizor və 1 ədəd təkərli alış veriş arabası, Şahid3 təqdim etdiyi 1 ədəd Samsunq markalı televizor, 1 ədəd HP markalı noutbuk, Şahid1 təqdim etdiyi 1 ədəd narıncıl rəngli drel, 1 ədəd qara rəngli laqonda, 1 ədəd Euromax markalı lobzik, Şahid5 təqdim etdiyi 1 ədəd HP markalı və 1 ədəd Compaq markalı noutbuk ibtidai istintaq zamanı saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar