Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-27/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbayıl rayonu, Bibiheəbət qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ məqsədlə Zərərçəkmiş şəxs özünü 1 saylı vəkillər bürosunun vəkili kimi təqdim edərək Abşeron Rayan Məhkəməsinin icraatında olan qardaşı oğlu X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirləndirilməsi barədə olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisini yaxşı tanıdığını və ona 3000 manat məbləğində, özünə isə 1000 manat məbləğində pul verilməsi şərti ilə ondan Namaz Namazlıya qarşı şikayət və tələbinin olmaması barədə barışıq ərizəsi alacağı adı ilə aldadaraq, 09.12.2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 1 ünvanında üzərində «mən zərərçəkmiş şəxs X3 yazaraq bildirirəm ki, zərər vurmuş şəxs X9 ilə barışmışam və X6 qarşı şikayətim iddia və tələbim yoxdur» və «Vəliyeva Aybənizə 3000 manat pul nəğd şəkildə verilmişdir» sözləri yazılmış ərizələri axınlı printer vasitəsi ilə çap edərək, üzərinə surətçıxaran apparat vasitəsi ilə çıxarılmış, kseromontaj yolu ilə həmin sənədlərin üzərlərinə möhür yerləşdirmiş, ərizənin üzərində «Ərizə mənim sözlərimlə yazılıb heç bir iddia və tələbim yoxdur, razıym. X3. Ərizə mənim sözlərimlə yazılıb heç bir iddia və tələbim yoxdur, razıyam. X3 mənə dəymiş zərəri barışdıqdan sonra vəkil Rövşən İsmayılovun vasitəsi ilə zərər vurmuş şəxs X5 əmisi Namazlı Aydın tərəfindən 3000 (üç min) manat nağd pul şəklində ödənilmişdir» yazılar və «Aybəniz», «Vəliyeva» yazıları qarşısındakı və «Notariat müvəkkil» yazılarındakı imzaları özü saxta imza edərək saxta rəsmi ərizəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, 10.12.2018-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron Rayon Məhkəməsinin yaxınlığında yerləşən çayxanada həmin ərizələri Aydın Namazava təqdim edərək sonuncunun həmin dövrün məzənnəsi ilə 4000 manat təşkil edən 2360 ABŞ dollar pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə qarşı dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 29 noyabr 2018-ci il tarixdə məhkəmənin qarşısında dayandığı zaman orada əvvəllər tanımadığı, lakin sonradan adının Aydın olduğunu bildiyi şəxslə tanış olmuş, Aydınla söhbət zamanı ona məlum olmuşdur ki, Aydının qardaşı oğlunun Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətədiyinə görə barəsində Abşeron rayon məhkməsində cinayət işinin istintaqı aparılır. Aydın həmin zaman ona zərərçəkmiş tərəflə barışa bilmədiyini bildirmiş, sonuncudan zərərçəkmiş tərəf barəsində müəyyən məlumatları aldıqdan sonra həmin şəxsləri guya yaxşı tanıdğını və yalandan onları barışdıra biləcəyini bildirmiş, sonra Aydından ayırılmış və təxminən bir neçə gün sonra onlar yenidən görüşmüşlər. O, Aydına qarşı dələduzluq edib pulunu ələ keçirmək məqsədi ilə onunla yenidən görüşmüş, həmin zaman Aydına yalandan guya zərərçəkmiş tərəfə 3000 manat və ona isə zəhmət haqqı olaraq 1000 manat pul vermək lazım olduğunu bildirmiş, Aydın onunla razılaşmış və bildirmişdir ki, barışıq ərizələrini verən kimi həmin pulu verəcəkdir. O, Aydını inanadırmaq üçün özü Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 1 ünvanında X2 adından ərizə yazmış və həmin ərizələri inandırıcı olsun deyə özünə məxsus surətçıxartma cihazından istifadə etməklə başqa bir natarius tərəfindən təstiqlənmiş ərizənin möhür hissəsininin surətini çıxarmış, sonra həmin möhürü özü yazdığı ərizə ilə birləşdirmiş, həmin ərizənin surətini çıxarmışdır. Bu yolla iki ərizə tərtib etmiş və həmin ərizələrin yenidən surətini çıxartmış, 10 dekabr 2018-ci il tarixdə həmin ərizələri Aydına vermiş və həmin günü saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Rayon Məhkəməsinin yaxınlığında 4000 manat pul müqabilində 2360 ABŞ dollar pulu Aydından almışdır. O, Aydından pulu aldıqdan sonra ondan ayrılmış, həmin günü Aydın ona zəng vurmağa başlamış və o, bir dəfə Aydınla danışmış, o, Aydına yalandan gələcəyini bildirmiş və başa düşmüşdür ki, Aydın artıq aldadıldığını dərk etmişdir. Bu səbəbdən bir daha Aıydınla əlaqə saxlamamış, Aydından dələduzluq yolu ilə əldə etdiyi 2360 ABŞ dolları isə şəxsi təlabatını ödəmək üçün xərcləmişdir. Əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs ona 2360 ABŞ dollar pul vermiş və həmin pulu ondan məkəmə işlərində zərərçəkən tərəflə barışdıracağına yalan vədd verib almış, Aydını aldadıb pulunu ələ keçirmiş, saxta ərizəni hazırladığı surətçıxartma aparatını maddi vəziyyəti pis olduğundan «lalafo» internet saytı vaitəsi ilə tanımadığı şəxsə satmışdır. Törətdiyi əməldən peşmançılıq çəkir, şəhid ailəsindən olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı oğlu Namazlı Namaz 4-5 ay bundan öncə, Abşeron rayonu ərazisində yolnəqliyyat qəzası törətməsi nəticəsində, bir nəfər şəxs ölmüşdur. Abşeron Rayon Məhkəməsində cinayət prossesi getdiyi ərəfədə mərhumun qohumları onlara barışıq ərizəsi vermədiyindən, qardaşı oğlu Namaz Namazlı barəsində Abşeron rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 29.11.2018-ci il tarixdə saat təxminən 15 radələrində Namazlı Namazın növbəti Məhkəmə iclası çağırılmış, o da bu səbəbdən Abşeron rayonu Məhkəməsinin inzibati binasının qarşısında olmuş, bu zaman ona bir nəfər şəxs özünü 1 saylı vəkillər bürosunun vəkili kimi təqdim etmiş, sonuncu adının Rövşən və soyadının isə İsmayılov olduğunu bildirmiş, Rövşən ondan hansı səbəbdən Məhkəmə qarşısında durduğunu soruşduqda, o, məhkəməyə gəlməsinin səbəbini izah etmişdir. Rövşən adlı şəxs, onlara vəkil lazım olduğunu soruşmuş, o da bildirmişdir ki, «bizə vəkil lazım deyil, sadəcə qarşı tərəfdən barışıq əldə etmək lazımdır» demişdir. Bundan sonra Rövşən adlı şəxs ona bildirmişdir ki, maraqlanıb onlara bir söz deyəcəkdir. Səhəri günü, yəni 30.10.2018-ci il tarixdə Rövşən ona 055 *** ** ** nömrəsindən zəng vuraraq bildirmişdir ki, qarşı tərəf, yəni yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişlər barəsində məlumat əldə etmişdir və onlara bu işdə köməklik göstərə biləcəkdir. Daha sonra 06.12.2018-ci il tarixdə, 20 yanvar metrostansiyasnın yaxınlığında yerləşən çayxanaların birinidə Rövşən adlı şəxslə görüşmüş, orada Rövşən adlı şəxs ona bildirmişdir ki, zərəçəkmişlərlə demək olar ki, razılığa gəlmişdir və əgər onlardan razılıq ərizəsi ala bilərsə, bünun müqabilində ondan 1000 manat özünə pul götürəcəkdir. O, Rövənlə razılaşmış və bundan sonra 09.12.2018-ci il tarixdə Rövşən adlı şəxs ona 20 yanvar metrostanisyasının yaxınlığında yerləşən çayxanda, 2 ərizənin sürətlərini göstərmişdir, həmin ərizələrin birində notarial qaydada yazılmışdı ki, «mən zərərçəkmiş şəxs X3 yazaraq bildirirəm ki, zərər vurmuş şəxs X9 ilə barışmışam və X6 qarşı şikayətim iddia və tələbim yoxdur». İkinci ərizədə isə yazılmışdır ki, Vəliyeva Aybənizə 3000 manat pul nəğd şəkildə verilmişdir. Rövşən həmin ərizələrin surətlərini ona vermiş ki, səhəri günü onları Abşeron rayon Məhkəmsində göstərsin, əgər həmin ərizələr düzgün yazılmışsa, onların əslini də ona verəcəkdir. Səhəri günü, yəni 10.12.2018-ci il tarixdə Rövşənlə görüşüb Abşeron rayon Məhkəməsinə getmiş, orada hakimə həmin ərizələrin surətlərini göstərmiş və hakim ona bildirmişdir ki, əgər bu ərizələrin əsli olsa, Namazlı Namazın işi yüngülləşəcəkdir. O, hakimin yanna çıxan zaman, Rövşən adlı şəxs həyətdə durmuş, o, sevinmiş və dərhal Rövşənin yanına həyətə düşmüşdür, Orada Rövşən adlı şəxs ona bildirmişdir ki, keçək yaxında yerləşən çayxanaya, həmin çayxanada Rövşənə bildirmişdir ki, danışdıqları kimi, 3000 manat zərəçəkmişin pulu və 1000 manat ona bu işi düzüb qoşduğuna görə pul verəcəkdir, ümumilikdə ona 4000 manat pul verməlidir, əgər o ərizələrin əslini mənə verərsə. Rövşən adlı şəxs ona həmin ərizələrin əslini vermiş, bundan sonra Rövşənə bildirmişdir ki, onda ABŞ dollarıdır, Rövşən adlı şəxsdə ona həmin 4000 manat pul məbləğini ona ABŞ dollarının 1,7 manat məzənnəsi ilə də verə biləcəyini bildirmişdir. Rövşən cibindən kalkulyator çıxarıb, 4000 manatın 2360 ABŞ dolları edəcəyini bildirmiş, o da 10.12.2018-ci il tarixdə saat 12 radələrində Abşeron rayon Məhkəməsinin yaxınlığında yerləşən çayxanada Rövşən adlı şəxsə 2360 ABŞ dollarını vermiş, sonra həmin ərizələrin əslini hakimə təqdim etmiş, hakim də ona həmin ərizələrin saxta olduğunu bildirmiş, çünki ərizənin üstündə möhürün surəti olmuş, o da buna fikir verməmiş, çünki həmin vaxtı həyacanlı olmudur. Bundan sonra dərhal həyətə düşüb Rövşənin mobil nömrəsinə zəng vurmuş, Rövşənə demişdir ki, onu gözləsin və görüşdükləri yerə gələcəkdir. O, həmin yerə gəlmiş, lakin Rövşən orada olmamış, bundan sonra sonuncunun mobil nömrəsinə nə qədər zəng vursa da cavab verməmi, bundan sonra başa düşmüşdür ki, Rövşən İsmayılov kimi özünü təqdim etmiş şəxs Təqsirləndirilən şəxsdur və həmin şəxs onu aldatmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə sənədlərin texniki ekspertizasının 29.11.2019-cu il tarixli, 29120 nömrəli rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş «X2 adına olan 09.12.2018-ci il tarixli 02 ədəd Ərizə»nin üzərlərində olan möhür əksləri kserosurət olub, surətçıxaran apparat vasitəsi ilə çıxarılmış, kseromontaj yolu ilə həmin sənədlərin üzərlərinə yerləşdirilmişdirlər. Tədqiqata təqdim edilmiş «X2 adına olan 09.12.2018-ci il tarixli 02 ədəd Ərizə»nin üzərlərində olan möhür əkslərinin kserosurətlərinin üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi» Abşeron rayonu NOTARİUS İSLAMOV BAHADUR SABİR oğlu* şəhadətnamə №132 məzmunda mətnlər vardır. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 04.12.2019-cu il tarixli, 29121 nömrəli rəylə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 09 dekabr 2018-ci il tarixli ərizələrdəki «Ərizə mənim sözlərimlə yazılıb heç bir iddia və tələbim yoxdur, razıym. X3. Ərizə mənim sözlərimlə yazılıb heç bir iddia və tələbim yoxdur, razıyam. X3 mənə dəymiş zərəri barışdıqdan sonra vəkil Rövşən İsmayılovun vasitəsi ilə zərər vurmuş şəxs X5 əmisi Namazlı Aydın tərəfindən 3000 (üç min) manat nağd pul şəklində ödənilmişdir» yazılar və «Aybəniz», «Vəliyeva» yazıları qarşısındakı imzalar və «Notariat müvəkkil» yazılarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23.09.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbayıl Rayon Məhkəməsinin 28.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1 maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 1 il 1 ay 24 gün islah işləri qazancından 15% tutulmaqla cəza təyin edilmiş, 24.01.2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 1 il şərti sınaq müddəti ilə təyin edilmiş, 24.01.2018-ci ildə cəza müddəti başa çatmışdır 06.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 178.1.və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan qəsdən yayındığından barəsində həmin tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 12.12.2019-cu il tarixli tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.12.2019-cu il tarixdə tutulmuşdur. 12.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edildiyindən həmin tarixdə iş üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. 12.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12.12.2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 06.08.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 25.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Abşeron RPİ-yə gəririlib MSY-nə təhvil verilib. 25.11.2020-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. 17 may 2021-ci il tarixli № 375 saylı arayışdan görünürki, Xocavənd rayon Əmirallar kənd sakini, məcburi köçkün Təqsirləndirilən şəxs ondan ötrü ki, həqiqətən onun qardaşı X4 20 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldur birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında Əmirallar kəndinin müdafiəsi zamanı şəhis olmuşdur. Təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.1, 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-cü maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması bir günü islah işləri cəzasının iki gününə barəbar tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.12.2019-cu il tarixdən 12.12.2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 gün, 18.11.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsi həvalə olunsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 68.3.1-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.12.2019-cu il tarixdən 12.12.2019-cu il tarixədək saxlanıldığı 01 gün, 18.11.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 01 il 04 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsi həvalə olunsun. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-27/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-27/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver