Məhkəmə qərarları › İş №1(012)-27/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-27/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-27/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs16, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi döngə 3-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Grand Mart” marketin arxa hissəsində yerləşən Zərərçəkmiş şəxs4 kirayə yaşadığı nömrəsiz fərdi evə qapının açıq olmasından istifadə edərək qanunsuz olaraq daxil olub mənzildən sonuncuya məxsus 01 ədəd 645 manat dəyərində “Redmi Note 10” markalı mobil telefonu gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 645 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yerləşən zirzəminin qapısının qıfılını qırmaqla zirzəmiyə daxil olaraq, sonuncunun zirzəmidə saxladığı 02 ədəd olmaqla hər biri 2000 manat dəyərində olan “Ariston” markalı kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, T.İsmayılov küçəsi, 4-cü küçə, döngə 2-də kirayədə yaşadığı evə plastik materialdan olan pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədəd 700 manat dəyərində “Noutbook” kompüteri, çantadan 20 manat pul və bankada olan təxminən 400 manat civarındakı qəpikləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixədə saat 21 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə evin hasarından aşmaq yolu ilə qanunsuz daxil olaraq evin həyətində yerləşən köməkçi tikilidən 1 ədəd 1871-ci il istehsalı olan 5 litr həcmli mis materialdan olan samovarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 5000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “ünvan 5 ünvanındakı mənzilinin qarşısında olan plastikdən hazırlanmış saxlanc yerinin qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd 1460 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2482 manat) dəyərində optik məsafə ölçən aparatı, 1 ədəd 100 manat dəyərində yer deşən dreli, 1 ədəd 80 manat dəyərində laqondanı, 1 ədəd 150 manat dəyərində samovarı, 1 ədəd 150 manat dəyərində qazan dəstini, 2 ədəd ümumi 50 manat dəyərində ləyənləri və ümumi 150 manat dəyərində 3 dəst ayaqqabıları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 3162 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs6 məxsus Xırdalan şəhəri, Yüngül-Kanstruksiya zavodunun daxilində yerləşən anbara qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 300 manat olan 145 metr uzunluğunda elektrik naqilini, dəyəri 150 manat olan aliminium pilləkanı, dəyəri 280 manat olan su motorunu, dəyəri 50 manat olan samovarı, dəyəri 30 manat olan elektrik çaynikini, birinin dəyəri 45 manat olmaqla ümumilikdə dəyəri 135 manat olan 3 ədəd “Mercedes” markalı avtomobilin ehtiyat hissəsi hesab edilən amortizator, dəyəri 450 manat olan ötürücü qutusunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 1395 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yeni inşa edilmiş "xxxx" Group MTK-nın 1 saylı binanın, 5-ci mənzilinin eyvanında olan plastik qapını əli ilə açıb evə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs16 məxsus 5 ədəd elektrik naqillərini, 3 ədəd elektrik avtomatlarını və 1 ədəd kombi kollektorunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs16 ümumilikdə 540 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi 1-ci küçədə yerləşən 7-ci binanın zirzəmisindəki qeyri-yaşayış sahəsinə pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan hər biri 70 manat dəyərində olan 3 bağlama elektrik naqilini, 120 manat dəyərində olan su nasosunu, 40 manat dəyərində 1 ədəd direli, 70 manat dəyərində 1 ədəd perefaratoru, 7 manat dəyərində 1 ədəd mismarçıxardanı və 3 manat dəyərində 1 ədəd kəlbətini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdən 450 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 20/4 ünvanında yerləşən Zərərçəkmiş şəxs9 məxsus olan "xxxx" MMC-nin qazanxanasında 700 manat dəyərində bir ədəd su mühərrikinin nasosunu, bir ədəd 300 manat dəyərində elektrik şinində cəriyan birləşdirici avtomatını və 2500 manat dəyərində qaz nasosunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 may 2022-ci il tarixdə saat 03 radələrində ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 yaşadığı binanın 1-ci mərtəbəsindəki dəhlizində saxladığı 1 ədəd 660 manat dəyərində sarı rəngli “Saft” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində X2 məxsus Abşeron rayonu, Xırdalan şəhərində 119 nömrəli marşrut xəttinin son dayanacağında yerləşən fərdi yaşayış evinin həyətinin küçə tərəf hissəsində olan hər biri 50 manat olmaqla 2 ədəd 100 manat dəyərində xrustal meyvə qabları, hər biri 20 manat olmaqla 2 ədəd 40 manat dəyərində qənd qabları, hər biri 10 manat olmaqla 6 ədəd 60 manat dəyərində qazanlar, hər biri 5 manat olmaqla 40 ədəd 200 manat dəyərində boşqablar, hər biri 5 manat olmaqla 6 ədəd 30 manat dəyərində kasalar, hər biri 15 manat olmaqla 2 ədəd 30 manat dəyərində çayniklər, 1 ədəd 10 manat dəyərində dəm çayniki, hər biri 30 manat olmaqla 3 ədəd 90 manat dəyərində döşəklər, 1 ədəd 20 manat dəyərində sintifon yorğan, hər biri 10 manat olmaqla 3 ədəd 30 manat dəyərində adyallar, hər biri 15 manat olmaqla 6 ədəd 90 manat dəyərində balışlar, hər biri 50 manat olmaqla 2 ədəd 100 manat dəyərində pərdələr, 1 ədəd 200 manat dəyərində xalça, 1 ədəd 30 manat dəyərində kiçik ölçüdə xalça, hər biri 6 manat olmaqla 5 ədəd 30 manat dəyərində süfrələr, 1 ədəd 250 manat dəyərində göy rəngli plaş, hər biri 20 manat olmaqla 2 cüt 40 manat dəyərində zamuj materialdan qış ayaqqabıları, 1 ədəd 40 manat dəyərində qara rəngli üzərində zərləri olan don, hər biri 30 manat olmaqla 5 ədəd 150 manat dəyərində donlar, hər biri 20 manat olmaqla 10 ədəd 200 manat dəyərində koftaları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs13ya ümumilikdə 1740 manat ziyan vurmaqla cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə daxil olaraq oradan sonuncuya məxsus 1400 manat dəyərində 29 ölçülü velosipedi gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 1400 manat ziyan vurmaqla cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 8 ünvanında yerləşən Vət. Zərərçəkmiş şəxs14 məxsus olan evə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evdən 1800 manat dəyərində 1 ədəd “Samsung” markalı televizoru və 500 manat dəyərində 1 ədəd qızıl üzüyü gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs14 ümumilikdə 2300 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs11 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, S.Bəhlulzadə küçəsində yerləşən yarım tikili evinə açıq vəziyyətdə olan qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan hər biri 300 manat dəyərində olan 3 ədəd seyf (dəmir) qapıları, hər biri 130 manat dəyərində olan 4 ədəd plastik qapıları, hər biri 150 manat dəyərində olan 10 ədəd istilik radiatorlarını (10 seksiyalı) və 1 ədəd 1000 manat dəyərində olan kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 3920 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyun 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 2 mərtəbəli evin həyətinə hasarı aşma yolu ilə, daha sonra plastik pəncərəni sıxıb açmaqla evin 1-ci mərtəbəsinə daxil olaraq oradan 01 ədəd, 200 manat dəyərində “Sport” markalı 26-lıq velosipedi, 01 ədəd, 600 manat dəyərində “Mitsubishi” markalı avtomobilə aid starteri, “Ford” markalı avtomobilə aid 450 manat dəyərində 01 ədəd beyini, 250 manat dəyərində 01 ədəd su radiatorunu, 360 manat dəyərində 04 ədəd əl əyləcinin qablarını, 320 manat dəyərində 04 ədəd resorları, 360 manat dəyərində 04 ədəd gilizləri, 480 manat dəyərində 01 ədəd raspidvalı, 400 manat dəyərində 02 ədəd dinamonu, 90 manat dəyərində 06 ədəd resorun butulkalarını, 520 manat dəyərində 04 ədəd sürətlər qutusunun suirxanzatorlarını, 220 manat dəyərində 02 ədəd qabaq resorları, 330 manat dəyərində 02 ədəd sürətlər qutusunun vilkasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs15 ümumilikdə 4580 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 iyul 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Xirdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Vəkil Bürosunun yaxınlığından 700 manat dəyərində “Stark” markalı velosipedi oturub sürməklə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 ümumilikdə 700 manat ziyan vurmaqla cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi döngə 3 ünvanında nömrəsiz evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2014-cü ildə CMin 177.1-ci maddəsi ilə məhkum olunmuşdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2021-ci il tarixdə təxminən saat 03 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Xırdalan şəhəri ərazisində oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Abşeron rayonu, Xırdalan şəhəri “Grand Mart” marketin arxa hissəsində yerləşən həyət evləri olan küçədə gəzən zaman bir evin qapısının küçəyə açıldığı və qapının açıq vəziyyətdə olduğu onun diqqətini çəkmiş, o, qapıdan içəri baxdıqda evdə heç bir işıq yanmadığını və tam sakitlik olduğunu görmüşdür. O, mobil telefonunun işığını yandırıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda yataq otağında bir nəfər kişi cinsində olan şəxsin yatdığını görmüşdür. O, dərhal mənzildən çıxıb qaçmağı qərara almışdır. Həmin şəxsin oyanmasından və onu görməsindən qorxmuş, o, mənzildən çıxarkən stolun üzərində olan “Redmi not 10” markalı mobil telefonu görmüş və həmin mobil telefonu da götürüb getməyi qərara almışdır. O, həmin telefonu da götürüb və mənzili tərk etmişdir. Həmin vaxtı yatan şəxs yatmaqda davam edirdi və onun mənzilə girməyindən mobil telefonu götürməyindən və getməyindən xəbəri olmamış, o, həmin evdən çıxıb yaşadığı evə getmişdir. Bundan sonra, həmin mobil telefonu yaşadığı evdə saxlamışdır ki, bir müddətdən sonra həmin mobil telefonu satsın. Təxminən 1 ay sonra o, həmin telefonu satmaq üçün axtarsa da mobil telefonu itirdiyi üçün tapa bilməmişdir. Bundan başqa o, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etməyə qərar verdiyi üçün 11 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, R.Mehdiyev küçəsində gəzişirdi. Həmin vaxt onun gözü orada bir evə sataşmış, həmin evi bir qədər müşahidə etdikdən sonra evdə hər hansı işığ yanmadığını görmüşdür. Bununla da əmin oldu ki, orada yaşayan adam yoxdur. Bu vaxt onun maddi imkanı zəif olduğundan qərara gəldi ki, evə daxil olub dəyərli hər hansı əşyanı oğurlayaraq satıb qazanc əldə etsin. Bu məqsədlə o, həmin fərdi yaşayış sahəsinin hasarına yaxınlaşaraq ətrafda hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra hasarı aşıb həyətə daxil olmuşdur. Bundan sonra o, həmin tikilinin zirzəmisi olduğunu görmüş və onda olan dəmirlə zirzəminin qıfılını sındırıb içri daxil olmuşdur. O, içəridə iki ədəd kombi aparatının olduğunu görmüş, bundan sonra dərhal həmin kombi aparatlarını çıxararaq zirzəmidən çıxartmış və hasarın yaxınlığına gəlmişdir. Həmin kombilər böyük olduğundan o, onları tək-tək evin həyətindən hasarı aşaraq çölə çıxartmışdır. Daha sonra həmin iki ədəd kombi aparatlarını Abşeron rayonu, 120 adlanan ərazidə adını bilmədiyi və dəqiq ünvanını xatırlamadığı dəmirçiyə biri 100 manatdan olmaqla ümumilikdə 200 manata satmışdır. Daha sonra isə həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində oğurluq etmək üçün münasib bir yer axtaran zaman həmin ərazidə T.İsmayılov küçəsində yerləşən bir evin işıqlarının yanmadığını görmüş, bundan sonra o, həmin evin yan tərəfində yerləşən plastik materialdan olan pəncərəsini sıxıb açmaqla içəri daxil olmuş və əvvəlcə otaqlara nəzər yetirmişdir. O, həmin evdə bir qədər axtarış apardıqdan sonra evdən 1 ədəd “Noutbook” kompüteri, qadın çantasından 20 manat pulu və bankada olan təxminən 400 manat civarındakı qəpikləri oğurlayıb həmin yerdən uzaqlaşıb getmişdir. O, oğurladığı həmin Noutbook kompüteri ertəsi gün Xırdalan şəhərində yerləşən təzə bazarda tanımadığı şəxsə 150 manata satmış və ümumilikdə əldə etdiyi 570 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də o, 27 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində ünvan 10 ünvanının qarşısına gəlmişdir. Bu zaman həmin evin qapısını döymüş, heç kimin gəlmədiyini görüb evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətə düşmüşdür. Həyətdə olan yarımçıq tikiliyə daxil olmuşdur. Bu zaman həmin yerdə bir ədəd samovar olduğunu görmüşdür. O, həmin samovarı götürüb özü ilə bayıra çıxardaraq yaxınlıqda bir yerdə gizlətmişdir. Həmin günün səhəri həmin samovarı Xırdalan şəhəri, Quşçuluq yaşayış massvində yerləşən Elnurun işlədyi yerə apararaq orada 15 manata satıb pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxtı Elnura samovarın onun özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa, 18 dekabr 2021-ci il tarixdə saat təxminən 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Abşeron City” yaşayış kompleksinin binalarının birinin blokuna daxil olub orada mənzillərinin birinin qarşısında olan plastikdən hazırlanmış saxlanc yerinin qapısını əli ilə sıxıb açaraq həmin yerə daxil olmuşdur. Oradan 1 ədəd məsafə ölçən aparatı, 1 ədəd prefaratoru, 1 ədəd laqondanı, 1 ədəd samovarı, 1 ədəd qazan dəstini, 2 ədəd ləyənləri özü ilə götürüb blokda bir küncə yığmışdır ki, kənar şəxslərin diqqətini çəkməsin. Sonra binadan çıxıb yoldan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə həmin yerə gəlib oğurladığı əşyaları taksiyə yığıb oradan uzaqlaşmışdır. O, həmin taksi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gəlmiş, taksini yola salandan sonra həmin oğurladığı əşyaları adam az olan yerdə gizlətmiş, sabahısı günü, yəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində oğurladığı əşyaları Xırdalan şəhərində yerləşən təzə bazarda tanımadığı şəxsə satmış və ümumilikdə əldə etdiyi 600 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 04 radələrində Xırdalan şəhəri ərazisində piyada gəzən zaman pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt gözü Xırdalan şəhəri, Yüngül-Konstruksiya zavodunda olan anbara sataşmışdır. Qeyd olunan anbarda satmaq üçün dəyərli bir əşya tapacağını fikirləşdiyi üçün zavodun həyətinə hasardan daxil olub, anbara yaxınlaşmış, yerdən götürdüyü dəmir parçası ilə qıfılı sındırmış və içəri daxil olmuşdur. İçəridə hansı əşyaların olduğunu dəqiqləşdirmək üçün alışqanın fanarı ilə işıq salaraq sata biləcəyi əşyaları çıxartmış və zavodun kənarında yol tərəfə yığmağa başlamışdır. Həmin əşyaları qaranlıq yerə yığmaqda məqsədi heç kəsin diqqətini cəlb etməməsi olmuşdur. Həmin yerdən elektrik naqili, aliminium pilləkan, su motoru, samovar, çaynik, maşın ehtiyat hissələri və ötürücü qutunu götürüb həyətə yığmışdır. Sonra markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə həmin əşyaları Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində adam az olan yerdə gizlətmişdir. Bir gün sonra həmin əşyaları 300 manat müqabilində səyyar şəkildə dəmir məmulatları yığan şəxsə satmışdır. Həmin şəxs “Vaz 21011” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə dəmir məmulatları yığırdı. Ona həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyac olduğu üçün satdığını demişdir. Bundan başqa, son vaxtlar işləmədiyi üçün dolana bilmirdi. Ona görə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02:30 radələrində Abşeron rayon Xırdalan şəhəri ərazisində yerləşən "xxxx" MTK-ya məxsus binanın həyətində heç bir nəzarətçi olmadığını dəqiqləşdirmişdir. Ona görə də, binanın arxa hissəsindən birinci mərtəbədə yerləşən mənzilin çölə baxan eyvanına qalxıb eyvanda olan plastik qapını əli ilə dartıb açdıqdan sonra içəriyə daxil olmuş, içəriyə daxil olduqda mənzilin bir otaqdan ibarət olduğunu və otaqda 5 top elektrik naqillərini və divara bərkidilmiş 3 ədəd elektrik avtomatlarını çıxardıb yenidən eyvana çıxıb oradan uzaqlaşmışdır. Həmin oğurladığı naqilləri və avtomatları yerini xatırlamadığı hansısa metal qəbul edilən məntəqələrin birində 240 manata satmışdır. Bundan başqa, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, ilaxır çərşənbə günü xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksində oğurluq etməyi üçün münasib bir yer axtaran zaman həmin kompleksdə 7-ci binanın zirzəmisinin küçəyə açılan plastik pəncərəsindən içəriyə baxıb orada bəzi tikinti materiallarının və təmir alətlərinin olduğunu görüb həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra ətrafa nəzər salıb həmin pəncərəyə yaxınlaşıb özü ilə götürdüyü vintaçanla pəncərəni sıxıb açmış və oradan içəriyə daxil olub həmin zirzəmidən 3 bağlama elektrik naqilini, işlənmiş bir ədəd su nasosunu, bir ədəd direli, bir ədəd perefaratoru, bir ədəd mismar çıxardanı və bir ədəd kəlbətini həmin yerdən götürdüyü boş kisələrə doldurub, zirzəmiyə girdiyi pəncərədən çölə çıxarıb özü ilə götürüb oradan yaşadığı ünvana aparmışdır. Oğurladığı həmin naqillərin üz qabığını ertəsi günü sökub içərisinin mis məftilini oğurladığı həmin su nasosu ilə birlikdə Xırdalan şəhərində “120” adlanan məhəllədəki metal qəbulu məntəqəsinə hazırda xatırlamadığı qiymətə satmışdır. Oğurladığı təmir alətlərini də elə həmin günü Xırdalan şəhər bazarında tanımadığı şəxslərə hazırda xatırlamadığı qiymətə satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, son zamanlar heç bir yerdə işləmədiyi üçün o, qərara gəlmişdir ki, oğurluq etsin. Bu məqsəldə o, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 20/4 ünvanında yerləşən sexin qarşısında yerləşən qazanxananı görüb qarşısından keçərkən həmin yerə girib oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, 05 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixə keçən gün saat təxminən səhər 05 radələrində həmin qazanxanaya arxa pəncərədən daxil olmuşdur. Əvvəlcə qazanxananın cərəyan sistemini yoxlamış və işləmədiyinə əmin olmuşdur. İçəridə su mühərikkinin nasosunu və elektirik şinində cərəyan birləşdirici avtomatını və orada qaz nasosunu yerindən çıxararaq həmin əşyaları qazanxanaya daxil oduğu pəncərədən çölə çıxartmışdır. Həmin günün axşamı Abşeron rayonu Xırdalan şəhəri 120 nömrəli sərnişin dayanacağının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq dəmir şəklində 120 manata satmışdır. Həmin pulu isə öz şəxsi ehyiyaclarına xərcləmişdir. Bundan başqa, 14 may 2022-ci il tarixdə narkotik vasitə almaq qərarına gəlmiş, lakin narkotik almaq üçün pulu olmamışdır. Buna görə də, oğurluq etmək qərarına gəlmişdir. Həmin tarixdə təxminən saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin həyətində gəzişərək orada oğurluq etmək üçün əşya axtarmışdır. Təsadüfən 3 nömrəli binanın giriş hissəsinin qarşısından keçən zaman qapının açıq vəziyyətdə olmasını görmüş, dəhlizdə çoxlu velosipedlərin saxlanıldığını görmüş, ona görə də, ora daxil olub velosipedlərdən birini oğurlamaq qərarına gəlmişdir. Oradan 1 ədəd sarı rəngli markasını xatırlamadığı velosipedin bağlandığı qıfılı qırıb velosipedi götürmüşdür. Həmin velosipedi evə gətirib həyətdə gizlətmiş, həmin günün səhəri Xırdalan şəhəri təzə bazar adlanan yerdə tanımadığı şəxsə 70 manata satmışdır. Bundan başqa, son zamanlar heç bir yerdə işləmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində evdən çıxıb Abşeron rayonu, Xırdalan şəhəri ərazisində oğurluq etmək üçün boş ev axtarmağa başlamışdır. Bir qədər gəzdikdən sonra Xırdalan şəhərində 119 nömrəli marşrut xəttinin son dayanacağının yaxınlığında qapısı bağlı bir mərtəbəli ev görmüşdür. Həmin evin qarşısında küçə tərəfdə dəmir barmaqlıqlardan hazırlanmış saxlanc yerində müxtəlif paltar, qab-qacaq və sair əşyaların yığıldığını görmüşdür. Həmin evin hasarından boylanıb evdə heç kimin olmadığından əmin olmuşdur. Bundan sonra oğurluq etmək üçün həmin yerə girmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığını görüb evin giriş hissəsində küçədə olan dəmir barmaqlıqlardan hazırlanmış yerin qıfılını yerdən götürdüyü dəmir parçası ilə sındırıb açmış, bundan sonra içəri daxil olmuşdur. Orada yerdə yığılmış 2 ədəd xrustal meyvə qabları, 2 ədəd qənd qabları, 6 ədəd qazanlar, təxminən 40 ədəd boşqablar, 6 ədəd kasalar, 2 ədəd çayniklər, 1 ədəd dəm çayniki, 3 ədəd döşəklər, 1 ədəd sintifon yorğan, 3 ədəd ədyallar, 6 ədəd balışlar, 2 ədəd pərdələr, 1 ədəd xalça, 1 ədəd kiçik ölçüdə xalça, 5 ədəd süfrələr, 1 ədəd göy rəngli plaş, 2 cüt zamuj materialdan qış ayaqqabıları, 6 ədəd donlar, 10 ədəd koftaları götürüb küçəyə yığmışdır. Həmin əşyalar istifadə olunmuş və köhnəlmiş idi. Bundan sonra həmin əşyaları özü ilə gətirdiyi əl arabasına yığıb yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evin yaxınlığında boş sahədə bir yerə yığmış, sonra isə evə getmişdir. Səhəri gün günorta saatlarında həmin əşyaları Xırdalan şəhərində bentonit yolu deyilən ərazidə tanımadığı şəxsə ümumilikdə 70 manat müqabilində satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində oğurluq etmək üçün Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi yeni məhəllədə ev axtaran zaman həmin vaxtı orada yerləşən bir evin həyətinə hasardan boylanmış və həyətdə velosiped olduğunu görmüşdür. Hasardan həyətə keçmiş və velosipedi hasardan küçəyə çıxartmışdır. Həmin gecə velosipedi sürərək Bakı avtovağzalına aparmış, avtovağzalda velosipedi tanımadığı bir nəfər şəxsə 150 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa o, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 18 ünvanında yerləşən evin qarşısından 12 iyun 2022-ci il tarixdə saat təxminən 22 radələrində keçərkən görmüşdür ki, həmin evin işıqları sönülüdür. Ona görə də qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. Bu məqsədlə evin sol kənarından pəncərəni sıxıb açaraq evə daxil olmuşdur. Evi axtarmış və yataq otağından 1 ədəd qızıl üzük tapmış, sonra isə evdə başqa heç nə olmadığı üçün evin qonaq otağında olan “Samsung” markalı televizoru yerindən çıxararaq özü ilə götürmüşdür. Həmin televizoru o, özü ilə yaşadığı evin yaxınlığına aparmış və həyətə qoyaraq evinə getmişdir. Həmin günün səhəri həmin televizoru qonşusu Aydına 110 manata satmışdır. Üzüyü isə qonşusu Vüsala vermişdir ki, saxlasın. Həmin 110 manat pulu isə öz şəxsi ehyiyaclarına xərcləmişdir. Bundan başqa, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində oğurluq etməyi üçün münasib bir yer axtaran zaman həmin ərazidə yarım tikili bir ev olduğunu və tikintinin qapı yerlərindən içəri daxil olmaq üçün münasib şərait olduğunu görmüşdür. O, həmin yarım tikili evin açıq vəziyyətdə olan qapılarının birindən içəri daxil olduqdan sonra əvvəlcə otaqlara nəzər yetirmiş, daha sonra isə 3 ədəd seyf (dəmir) qapıları, 4 ədəd plastik qapıları, 10 ədəd istilik radiatorlarını (10 seksiyalı) və 1 ədəd kombi aparatını oğurlamışdır. Belə ki, o, oğurladığı həmin əşyaları oradan hissə-hissə çıxarıb aparmışdır. O, oğurladığı həmin seyf qapılardan 2 ədədini həmin ərazinin yaxınlığında olan metal qəbulu məntəqəsinə hər birini 20 manat olmaqla ümumilikdə 40 manata satmışdır. Oğurladığı digər əşyaları da tanımadığı bir taksi ilə Bakı şəhərində yerləşən Dərnəgül bazarına apararaq orada tanımadığı şəxsə ümumilikdə 350 manata satmışdır. Əldə etdiyi həmin 390 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 21 iyun 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 2 mərtəbəli həyət evinin işıqlarının sönülü olduğunu görmüşdür. Əvvəlcə çöl qapını döymüş və açan olmadıqda evdə kimsənin olmadığına əmin olmuşdur. Hasarı aşaraq həyətə daxil olmuş. Evin plastik pəncərəsini burğaçla sıxaraq açıb içəri daxil olmuşdur. Evin 1-ci mərtəbəsindən 01 ədəd “Sport” markalı 26-lıq velosipedi, 01 ədəd “Mitsubishi” markalı avtomobilə aid starteri, “Ford” markalı avtomobilə aid 01 ədəd beyini, 01 ədəd su radiatorunu, 04 ədəd əl əyləcinin qablarını, 04 ədəd resorları, 04 ədəd gilizləri, 01 ədəd raspidvalı, 02 ədəd dinamonu, 06 ədəd resorun butulkalarını, 04 ədəd sürətlər qutusunun suirxanzatorlarını, 02 ədəd qabaq resorları, 02 ədəd sürətlər qutusunun vilkasını gizli olaraq talayıb əvvəlcə həmin evin həyətinə yığmış daha sonra həmin ehtiyat hissələrini hissə hissə daşıyaraq aparmışdır. Oğurladığı 01 ədəd “Sport” markalı 26-lıq velosipedi 22 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində tanımadığı şəxsə 100 manata satmış, oğurladığı 01 ədəd “Mitsubishi” markalı avtomobilə aid starteri, “Ford” markalı avtomobilə aid 01 ədəd beyini, 01 ədəd su radiatorunu, 04 ədəd əl əyləcinin qablarını, 04 ədəd resorları, 04 ədəd gilizləri, 01 ədəd raspidvalı, 02 ədəd dinamonu, 06 ədəd resorun butulkalarını, 04 ədəd sürətlər qutusunun suirxanzatorlarını, 02 ədəd qabaq resorları, 02 ədəd sürətlər qutusunun vilkasını isə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində səyyar formada fəaliyyət göstərən və metal qəbulu ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Qaz 21024” markalı avtomobilin sürücüsünə 400 manat qarşılığında satmışdır. Bundan başqa, son vaxtlar heç yerdə işləmədiyi üçün, oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. Bu məqsədlə 28 iyul 2022-ci il tarixdə saat 19 radələrində Xırdalan şəhərində gəzib, oğurluq etmək üçün münasib yer axtardığı vaxt Qalubiyyə küçəsində yerləşən, Vəkil Bürosu yaxınlığında, yolun kənarında, “Stark” markalı velosipedin saxlandığını və yanında heç kimin olmadığını görmüşdür. Velosipedə yaxınlaşmış və tez oturub, sürərək oradan uzaqlaşmaqla oğurlamışdır. Velosipedi oradan sürərək yaşadığı evin yaxınlığına gəlmiş və orada yoldan keçən tanımadığı bir cavan oğlana velosipedi 50 manata satmışdır. Velosepedi satdığı şəxsə, yalandan onun özünə məxsus olduğunu, təcili pula ehtiyacım olduğu üçün satdığını demişdir. Həmin şəxsdə ona inanmış və velosipedi 50 manata ondan almışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının 24-də Abşeron rayonu, Xırdalan şəhərində tikilmiş "xxxx" MTK-dan 1 otaqlı 61,2 kv metr ölçüdə kv.metr ölçüdə mənzil almışdır. Həmin mənzil binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin binanın arxa tərəfinə düşən hissəsinə 2 pəncərəsi baxır. xx.xx.2022-ci il tarixdə o, evinə santexnik materiallarını alıb aparıb evə yığmışdır. Həmin vaxtı evində hər şey qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında evinə gedib görmüşdür ki, evinin arxa tərəfinə baxan eyvanın plastik qapısı açıq vəziyyətdədir. Sonra evə baxdıqdan sonra evinə çəkdirdiyi elektrik kabellərinin kəsilərək oğurlanmasını görmüşdür. Bundan başqa evinin giriş hissəsində olan 3 ədəd elektrik avtomatları və santexnik materialları oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun ünvan 13 ünvanında həyət evi vardır. Bundan başqa, onun Bakı şəhəri, Nizami rayonunda da evi vardır və o, həmin evdə yaşayır. Xırdalan şəhərindəki evə isə arada bir baş çəkir. Sonuncu dəfə 09 oktyabr 2021-ci il tarixdə o, həmin evə getmişdir. Evdə hər şey normal vəziyyətdə olmuşdur. Təxminən 5-6 gün sonra yəni ki, 15 oktyabr 2021-ci il tarixdə o, həmin evə getmiş, həyətə girəndə zirzəminin qıfılının qırıq olduğunu görmüşdür. Zirzəmiyə girəndə görmüşdür ki, zirzəmidə saxladığı hər birinin dəyəri 2000 manat olan 2 ədəd 4000 manat dəyərində yeni işlənməmiş olan “Ariston” markalı kombi aparatı yerində yoxdur. Bundan sonra evi gəzmiş, lakin evdən başqa heç nə oğurlanmamışdır. O, bir neçə gün oğrunu özü axtarıb çalışsa da, bir nəticə əldə etməmişdir. Bundan sonra bu barədə polisə ərizə yazmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə naməlum şəxs və ya şəxslər onun evinə daxil olaraq bir ədəd noutbook, 20 manat pul əlavə olaraq 50 qəpiklərdən ibarət olan 400 manat dəyərində pul oğurlamışdır. Evə gecə gəldikdə görmüşdür ki, evi talan olubdur. Ona cəmi 1120 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş X3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayır. Onun azyaşlı nəvəsi X4 bir ədəd 1400 manat dəyərində velosipedi vardır, Elvina həmin velosipedi sürüb, gecələr yaşadıqları evin həyətində saxlayır. xx.xx.2022-ci il tarixdə Elvina velosipedi həyətlərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər yuxudan oyananda velosipedin həyətdə olmadığını aşkar etmişlər. Kimsə velosipedi həyətdən oğurlamışdır. Bundan sonra o, polisə şikayət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, yüngül-Konstruksiya zavodunun inzibati binasında məskunlaşmışlar. Naməlum şəxs və ya şəxslər xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan müddət ərzində ümumi istifadədə olan saxlanc yerinə daxil olaraq, ona məxsus dəyəri 300 manat olan 145 metr uzunluğunda elektrik naqili, dəyəri 150 manat aliminium pilləkan, dəyəri 280 manat olan su motoru, 50 manat dəyərində samovar, 30 manat dəyərində elektrik çaynik, “Mercedes” markalı avtomobilin ehtiyat hissələri olan 3 ədəd hər birinin dəyəri 45 manat olmaqla ümumi dəyəri 135 manat olan amartizator, 450 manat dəyərində otürücü qutunu oğurlamışlar. Hadisə nəticəsində ona ümumilikdə 1395 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Binəqədi rayonunda yaşasa da özünə məxsus Xırdalan şəhəri, Quşçuluq massivində 2 mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə yaşayış olmasada özünə məxsus artıq əşyalarını və özünə məxsus “Ford” markalı yük avtomobilinin ehtiyat hissələrini ora yığıb saxlayır. Mütamadi olaraq evinə nəzarət üçün gəlib gedir. xx.xx.2022-ci il tarixdə gecə saat 03 dən xx.xx.2022-ci il tarixdə gecə saat 23dək olan müddət ərzində naməlum şəxslər onun Xırdalan şəhəri Quşçuluq massivində yerləşən evindən oğurluq etmişlər. Onun evindən 1 ədəd sport markalı 26-lıq 200 manat dəyərində olan velosipedin, 1 ədəd “Ford” markalı yük avtomobilinə aid “Mitsubishi” markalı təzə vəziyyətdə olan 600 manat dəyərində starter, 1 ədəd “Ford” markalı yük avtomobilinin beyni təzə vəziyyətdə 450 manat dəyərində, 1 ədəd “Ford” markalı yük avtomobilinə aid istifadə olunmuş 250 manat dəyərində su radiatoru, hər biri 90 manat dəyərində istifadə olunmuş vəziyyətdə olan “Ford” markalı yük avtomobilinin 4 ədəd əl əyləcinin baçokları ümumi 360 manat dəyərində, 4 ədəd hər biri 80 manat dəyərində olan istifadə olunmuş “Ford” markalı yük avtomobilinin resorları ümumi dəyəri 240 manat, 4 ədəd hər biri 90 manat olan təzə vəziyyətdə “Ford” markalı yük avtomobilinin gilizləri, ümumi dəyəri 360 manat, 1 ədəd raspedval təzə vəziyyətdə olan qiyməti 480 manat dəyərində, 2 ədəd hər biri 200 manat dəyərində olan ümumi dəyəri 400 manat dəyərində istifadə olunmuş dinamo, 6 ədəd resorun putulkaları hər biri 15 manat olmaqla təzə vəziyyətdə ümumi qiyməti 60 manat dəyərində, 4 ədəd sürət qutusunun sirxanizatoru hər biri 130 manat dəyərində olmaqla ümumi 520 manat dəyərində təzə vəziyyətdə, 2 ədəd əsas qabaq resoru təzə vəziyyətdə olmaqla hər biri 110 manat ümumi 220 manat dəyərində, sürət qutusunun 2 ədəd vilkası təzə vəziyyətdə olmaqla hər biri 165 manat ümumi 330 manat dəyərində oğurluq etmişlər. Oğurluq nəticəsində ona 4470 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonunda 7 nömrəli orta məktəbin 10-cu sinifində oxuyur. Yay tətili olduğundan Xirdalan şəhərində yerləşən “Pizolil” restoranında kuryer işləyir, yəni verilmiş yemək sifarişlərini ünvanlara aparıb verir. Kuryer işləmək üçün bir ay əvvəl Xırdalan şəhərində yerləşən “Kontakt Home” mağazasından kredit yolu ilə “Stark” markalı velosiped almışdır. 28 iyul 2022-ci il tarixdə işlədiyi həmin restoranda verilmiş sifariş ilə əlaqədar olaraq verilmiş yemək sifarişini ünvana çatdırmaq üçün Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Vəkil Bürosu”na gəlmişdir. Velosipedi küçədə saxlayıb sifariş verilmiş yeməyi “Vəkil Bürosu”na verib, pulu alıb küçəyə çıxmış və velosipedin saxladığı yerdə olmadığını görmüş, ətrafa baxıb və velosipedi aşkar etməmişdir. Yoldan keçən tanımadığı şəxslərdən velosipedinin əlamətlərini deyib, elə velosiped görübgörmədiklərini soruşduqda, tanımadığı bir kişi həmin əlamətdə olan velosipedin 1 nömrəli məktəbə tərəf aparıldığını bir nəfər tərəfindən gördüyünü demişdir. O, həmin ətrafı axtarmış, lakin velosipedi tapa bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 21 radələrində evdə öz otağında uzanıqlı vəziyyətdə olmuşdur. Anası isə öz otağında olmuşdur. O, həmin vaxt həyətdən dəmir parçasının yerə düşməsinin səsini eşitmiş, evin həyətində kiminsə olmasını düşünüb, çölə çıxmışdır. Evin həyətinə çıxan vaxt bir nəfər şəxsin hasara qalxaraq tullanmasını görmüşdür. O, həmin şəxsi qışqıraraq çağırsa da həmin şəxs ona əhəmiyyət verməyib hasardan tullanaraq o biri tərəfə düşmüşdür. Bu zaman o, darvazanı açıb həmin şəxsin arxası ilə qaçıb tutmaq istəmişdir. O, həmin şəxsin arxası ilə qaçsa da çata bilməmişdir. O, yenidən evə qayıdıb baxanda evin sağ tərəfində olan köməkçi tikilidən samovarın oğurlandığını aşkar etmişdir. Həmin samovar 1871-ci il istehsalı və qiyməti 5000 manat olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdən çıxaraq doğulduğu Tovuz rayonuna getmişdir. Həmin günü saat təxminən 18 radələrində qonşuluqda yaşayan Elşən Yəhyazadə ona zəng vuraraq ona məxsus evin qarşısında binada blokda quraşdırdığı saxlanc yerinin qapısı naməlum şəxs və ya şəxslər tərəfindən sındırılaraq oğurluq olduğunu demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə evə gəlmiş və naməlum şəxs və ya şəxslər ona məxsus saxlanc yerindən 1 ədəd 1460 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2482 manat) dəyərində optik məsafə ölçən aparatı, 1 ədəd 100 manat dəyərində prefaratoru, 1 ədəd 80 manat dəyərində laqondanı, 1 ədəd 150 manat dəyərində samovarı, 1 dəst 150 manat dəyərində qazan naborunu, 2 ədəd 50 manat dəyərində ləyənləri və 150 manat dəyərində 3 dəst ayaqqabıları oğurlayaraq ona 2962 manat maddi ziyan vurmuşlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi küçə-1, bina-7, mənzil 2də yaşayır. 8 il olar ki, yaşadığı binanın zirzəmisində olan 70 kv.metr ölçüdə qeyri yaşayış sahəsini alıb anbar kimi istifadə edir. Beləki, evində istifadə olunmayan əşyalarını, material qalıqlarını və təmir alətlərini həmin yerdə saxlayır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə həmin qeyri-yaşayış sahəsində olduğu vaxtı orada olan əşyalarının yerində olduğunu görsə də 23 mart 2022-ci il tarixdə saat 21 radələrində həmin yerə getdiyi vaxtı zirzəminin həyətə açılan plastik pəncərəsinin açıq olduğunu və həmin qeyri yaşayış sahəsində saxladığı hər biri 70 manat dəyərində olan 3 bağlama elektrik naqilinin, 120 manat dəyərində olan su nasosunun, 40 manat dəyərində olan 1 ədəd direlin, 70 manat dəyərində 1 ədəd perefaratorun, 7 manat dəyərində olan 1 ədəd mismar çıxardanın və 3 manat dəyərində olan 1 ədəd kəlbətinin yerində olmadığını görüb naməlum şəxs tərəfindən oğurlandığını yəqin edib mobil telefonu ilə bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 20/4 ünvanında yerləşən "xxxx" MMC müəssisəsi ona məxsusdur. Hazırda həmin müəssisədə iş fəaliyyəti davam edir. Müəssisədə əsasən atası İslam Hüseynov işçilərin üzərində nəzarət edir. Müəssisənin qazanxanasıda mövcuddur və həmin qazanxana işləyəndə sex də işləyir. 06 aprel 2022-ci il tarixdə o, şəhərdə olan vaxtı ona atası secdə cəryan olmadığını elektrik sistemi işləmədiyini bildirmişdir. Həmin vaxtı atası qazanxanaya baxan vaxtı qazanxanada 700 manat dəyərində mühərrik nasosunun, 300 manat dəyərində elektrik şinində olan avadanlıqlar və buxar qazanın içərisində olan 2500 manat dəyərində olan qaz nasosunun oğurlandığı bildirmişdir. Oğurluq nəticəsində ona 3500 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan əvvəl azyaşlı oğluna 660 manat dəyərində 1 ədəd sarı rəngli “Saft” markalı velosiped almışdır. Həmin velosipedi oğlu bir ilə yaxındır ki, sürürdü. Oğlu həmin velosipedi axşamlar binanın giriş hissəsində pilləkanın yanında dəmirə bağlayırdı. Lakin, binanın giriş qapısı daim açıq qalırdı. Sonuncu dəfə 13 may 2022-ci il tarixdə axsam vaxtı oğlu velosipedi gətirib binanın giriş hissəsində eyni qayda ilə dəmirə bağlayıb saxlamışdır. 14 may 2022-ci il tarixdə isə o, binanın həyətinə düşüb işə gedən zaman velosipedin yerində olmadığını görmüşdür. Ona görə də, həmin tarixdə DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə şikayətlə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 119 nömrəli marşrut xəttinin son dayanacağının yaxınlığında bir mərtəbəli fərdi yaşayış evini maddi sıxıntıları olduğuna görə satmışdır. Həmin vaxt evdə olan əşayalarını aparmağa yer olmamışdır. O, əşyalarını qonşuluqda yaşayan Xalid adlı şəxsdən xahiş edərək onun evinə yığmış və Xaliddən bir neçə günə gəlib əşyalarını aparacağını demişdir. Xalid də heç bir etiraz etməyib əşyalarını evinə yığmışdır. Aradan bir neçə ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, əşyalarını götürmək üçün Xalidin evinə getmişdir. Xaliddən əşyalarını istədikdə Xalid ona onun evinə yığdığı əşyalarını evində yer az olduğu üçün və gec gəldiyi üçün satdığı evin qarşısında olan dəmir barmaqlıqların arasına yığdığını demişdir. Həmin yerə baxsa da, o, özünə məxsus əşyalarını tapa bilməmişdir. Bundan sonra o, Abşeron rayon polis idarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Hökməli qəsəbəsi At-Yalı yaşayış massivində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 8 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Xırdalan şəhərində yerləşən kardon sexində mühafizəçi işləyir. xx.xx.2022-ci il tarixdə ailə üzvüləri ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən qohumlarının evinə qonaq getmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında evə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxlər evinə mətbəxin pəncərəsini açmaq yolu ilə daxil olaraq evdən qonaq otağından 1 ədəd 109 diaqnallı 1800 manat dəyərində “Samsung” markalı televizoru və yataq otağından 1 ədəd 500 manat dəyərində qızıl üzüyü oğurlamışlar. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, S.Bəhlulzadə küçəsində yerləşən yarım tikili evi vardır. Həmin yarım tikili evi kirayə verilməsi üçün nəzərdə tutularaq tlkildiyi üçün otaqlar bir-birinə yanaşı tikilmişdir. Tikinti işləri başa çatmadığı üçün otaqların bəzilərinin giriş qapısı qoyulmamışdır. xx.xx.2022-ci il tarixdə o, həmin evinə gəlib baxan zaman hər şey öz qaydasında olmuşdur. Lakin, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, yenə də həmin evinə baş çəkən zaman naməlum şəxs və ya şəxslərin həmin evimə daxil olduqlarını və oradan 3 ədəd hər biri 300 manat dəyərində olan seyf (dəmir) qapıları, hər biri 130 manat dəyərində olan 4 ədəd plastik qapıları, hər biri 150 manat dəyərində olan 10 ədəd istilik radiatorlarını (10 seksiyalı) və 1 ədəd 1000 manat dəyərində olan kombi aparatını oğurladıqlarını görmüşdür. Ona görə də o, həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,təxminən iki il olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində “120” deyilən yerin yaxınlığında metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, Orxan bir neçə dəfə ona metal gətirib satmışdır. Orxanla münasibəti olmasa da, lakin həmin şəxsi üzdən tanıyır. O, əvvəllər Abşeron rayonu, Quşçuluq massivi, “120” deyilən yerin yaxınlığında yolun sol tərəfində metal qəbulu məntəqəsində işləyirdi. Lakin, həmin obyektin icarə haqqı baha olduğuna görə həmin obyektdən çıxmışlar. Hazırda isə həmin obyektin qarşısında yeni tikilmiş binanın altında icarəyə yer götürüb metal qəbulu kimi işlədir. xx.xx.2021-ci il tarixdə günorta vaxtı Orxan onun əvvəl işlədiyi metal qəbulu məntəqəsinə gələrək samovar satdığını bildirmişdir. Həmin samovar mis samovar olmaqla 5 litrlik samovar olmuşdur. O, həmin samovarı metal kimi 15 manata Orxandan almışdır. Orxan ona həmin samovarın özünə məxsus olmasını, oğurluq olmadığını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O, həmin samovarı Orxandan metal kimi ucuz qiymətə almış və həmin samovarı hazırda əridib metal kimi təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 16 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Orxan onların evinə gələrək 1 ədəd “Samsung” markalı televizorun olduğunu və 110 manata satdığını demişdir. O, və anası Aybəniz televizora baxdıqdan sonra televizorun pultu olmadığı üçün həmin televizoru almamışlar. Bundan sonra Orxan televizoru götürüb aparmış və sonradan həmin televizoru hara satmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxsla münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Orxan onların evlərinə gələrək 1 ədəd “Samsung” markalı televizorun olduğunu və 150 manata satdığını demişdir. O, televizora baxdıqdan sonra evdə televizoru olmadığı üçün qərara gəlmişdir ki, alsın. Həmin vaxtı Orxana 150 manat pul verib televizoru Orxandan almışdır. Həmin televizor həl-hazırda onun evindədir televizoru könüllü olaraq istintaqa təqdim edə bilər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə tək kirayədə yaşayır. Təxminən 3 ay olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən obyektdə əlvan metalların, dəmirin və plasmasın alqı-satqısı ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində işlədiyi həmin obyektdə olduğu zaman bir nəfər şəxs həmin metal qəbulu məntəqəsinə iki ədəd dəmir (seyf) qapılar gətirmişdir. Həmin şəxs ona həmin qapıları evindən söküb çıxartdığını və yenisi ilə əvəzlədiyi üçün həmin qapıları satmaq üçün gətirdiyini demişdir. O, da həmin iki ədəd qapılara baxdıqdan sonra hər birinə 20 manat olmaqla ümumilikdə 40 manata almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/606R saylı rəyində göstərilmişdir ki,

1. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 17 ünvanında vət. Zərərçəkmiş şəxs14 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 01 ədəd ovuc və 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 149 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, maddi sübut kimi götürülmüş 2 ədəd seyf (dəmir) qapıların nəzəri hesablama yolu ilə 14 iyun 2022-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri 260.00 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi bankının xx.xx.2021-ci il tarixə olan AZN məzənnələri siyahısından görünür ki, həmin dövrün məzənnəsi ilə 1 ABŞ dolları 1 manat 70 qəpik təşkil edir. Buna görə də Zərərçəkmiş şəxs5 həmin dövrün məzənnəsi ilə 1460 ABŞ dolları pulu 2482 manat təşkil edilməsi iş üzrə nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs14 məxsus 01 ədəd “Samsung” markalı televizor və Zərərçəkmiş şəxs11 məxsus 02 ədəd seyf (dəmir) qapılar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahiblərinə qaytarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-in 01 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSYnə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs14 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində bir zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, bir zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs14 məxsus 01 ədəd “Samsung” markalı televizorun və Zərərçəkmiş şəxs11 məxsus 02 ədəd seyf (dəmir) qapıların ibtidai istintaq zamanı qanuni sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs14 məxsus 01 ədəd “Samsung” markalı televizorun və Zərərçəkmiş şəxs11 məxsus 02 ədəd seyf (dəmir) qapıların ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxslərə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar