Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-27/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, "xxxx" Mənzil Tikinti Kooperativinin icraçı direktorunun müavini vəzifəsində işləmiş, hazırda işləməyən, Beyləqan şəhəri, M.Hüseyn küçəsi, ev 25-də qeydiyyatda olmaqla ünvan 12-də faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi olan, kooperativ üzvlərinin və Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil tələbatının ödənilməsi sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" Mənzil Tikinti Kooperativinin sədrinin 18 iyul 2019-cu il tarixli 19/K nömrəli əmri ilə kooperativin icraçı direktorunun müavini vəzifəsinə təyin edilməklə qeyd olunan tarixdən 14 aprel 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 “müəssisə direktoru” vəzifəsinin tələblərinə və "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli Nizamnaməsinə əsasən, direktor olmadıqda onu əvəz edərək müəssisəyə rəhbərlik etmək, müəssisənin siyasət və planını müəyyənləşdirmək və formalaşdırmaq, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, istehsalat vahidləri, sex və başqa struktur bölmələrinin işini və bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmək, istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyəti istiqamətləndirmək, müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, əmək funksiyalarının icra edilməsi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını təmin etmək, müəssisəni digər müəssisələrlə və dövlət orqanları ilə müqavilə bağlanmasında təmsil etmək və digər səlahiyyətləri icra edərək qərarlar qəbul etmək, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik olmaqla kommersiya təşkilatının işçisi kimi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə icraçı direktorun müavini olduğu "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 9cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət 69 nömrəli mənzilin 01 aprel 2014-cü il tarixli "xxxx" müqaviləyə əsasən, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 49.450 (qırx doqquz min dörd yüz əlli) manata satılmasından və mənzilin sonuncunun adına rəsmiləşdirilməsindən məlumatlı olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildiyi halda, göstərilən halı mənzil almaq üçün 2019-cu ilin iyul ayında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 gizlətməklə, həmçinin özünü "xxxx" MTK-nın sədri kimi təqdim etməklə sonuncuda kooperativin fəaliyyət istiqamətlərinə uyğun olaraq müstəqil surətdə qərar qəbul etmək üçün real imkanlarının mövcudluğuna dair yalançı təəssürat və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna əminlik yaradıb Zərərçəkmiş şəxs1 həmin mənzilin 46.000 manat müqabilində satılmasını bildirməsindən sonra sonuncu ilə mənzilə görə ilkin ödəniş qismində 34.000 manat, qalan 12.000 manatı isə növbəti bir il ərzində hissə-hissə ödəyəcəyini razılaşdırıb, həmin niyyətlə Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən kooperativ binanın 1-ci giriş, 2-ci mərtəbəsindəki ofisində ilkin ödəniş olaraq 34.000 manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə mənzilin satılmasına dair qanuni görüntü yaratmaq məqsədilə, tamah niyyəti ilə bilə-bilə yalan, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət 69 nömrəli mənzilin guya ümumi sahəsi 91,5 m2 olmaqla "xxxx" nömrəli yaşayış sahəsi kimi Zərərçəkmiş şəxs1 46.000 manat müqabilində satılması haqqında köhnə, yəni xx.xx.2019-cu il tarixli, gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən "xxxx" müqavilə və mənzilin pay dəyərinin tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışına məlumatları daxil edib hazırladıqdan sonra müvafiq saxta sənədlərdə "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs” sözünün qarşısındakı qrafada özü imzalayaraq özündə saxladığı MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs1 təqdim etdikdən sonra, sonuncudan vahid niyyətlə həmin mənzil üçün ödəniş qismində pul vəsaitlərini, o cümlədən 29 avqust 2019-cu il tarixdə "xxxx" MMC-nin Şəki Müştəriyə xidmət şöbəsi vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 27 sentyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 28 oktyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 27 noyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 27 dekabr 2019cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 28 yanvar 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 28 fevral 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 29 mart 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 31 may 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 30 iyun 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat, 31 avqust 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə öz adına göndərilmiş 1.000 (bir min) manat məbləğində pul vəsaitlərini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən poçt və bank filiallarından nağdlaşdırmaqla, həmçinin 2020ci ilin sentyabr ayında "xxxx" QSC-nin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan və Rüstəm Əliyev küçələrinin kəsişməsində yerləşən “Memar Əcəmi” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 nağd şəkildə 1.000 (bir min) manat olmaqla cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaitini şəxsən alıb, əldə etdiyi ümumilikdə 46.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 46.000 (qırx altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə mənzilin qanuni əsaslarla satıldığı Zərərçəkmiş şəxs2 mülkiyyət hüququna, o cümlədən əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının başqa şəxslər tərəfindən məhdudlaşdırılmasının yolverilməzliyi və mülkiyyətin toxunulmazlığı ilə bağlı qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Zərərçəkmiş şəxs1 "xxxx" MTK tərəfindən inşa edilən kooperativ binanın 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət “69” nömrəli yaşayış sahəsinin başqa şəxsə məxsus olduğunu öyrənməsindən sonra həmin problemin həll edilməsində köməklik göstərilməsi ilə əlaqədar sonuncunun 2021-ci ilin iyun ayında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında özünə müraciətindən sonra, həmin ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzilin 22 dekabr 2017-ci il tarixli "xxxx" müqaviləyə əsasən, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs3 62.500 (altmış iki min beş yüz) manata satılmasından və mənzilin sonuncunun adına rəsmiləşdirilməsindən məlumatlı olmasına baxmayaraq, əvvəllər törətdiyi cinayət əməllərini ört-basdır etmək, habelə kooperativ binada mənzil satmaq niyyətinin və səlahiyyətinin olmadığını pərdələməkdən ötrü Zərərçəkmiş şəxs1 əvəzləşdirmə qaydasında sözügedən yaşayış sahəsini təhvil vermək istədiyini aldatmaqla bildirib qarşı tərəfin razılığını almaqla sövdələşərək, həmin niyyətlə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən kooperativ binanın 1-ci giriş, 2-ci mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs1 inandırmaq və qanuni görüntü yaratmaq məqsədilə, tamah niyyəti ilə bilə-bilə yalan, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzilin guya ümumi sahəsi 91,5 m2 olan yaşayış sahəsi kimi Zərərçəkmiş şəxs1 46.000 manat müqabilində satılması barədə köhnə, yəni 25 iyul 2019-cu il tarixli, gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən "xxxx" müqavilə və mənzilin pay dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışına məlumatları daxil edib hazırladıqdan sonra müvafiq saxta sənədlərdə skaner üsulu ilə köçürülmüş öz imzası və hüquqi şəxsin dairəvi möhürü ilə təsdiq edilmiş bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs1 təqdim etməklə, mənzilin qanuni əsaslarla satıldığı Zərərçəkmiş şəxs3 mülkiyyət hüququna, o cümlədən əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının başqa şəxslər tərəfindən məhdudlaşdırılmasının yolverilməzliyi və mülkiyyətin toxunulmazlığı ilə bağlı qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-2022-ci illərdə "xxxx" MTK-nın direktorunun, yəni sədrinin müavini vəzifəsində işləmişdir. Həmin dövrdə MTK-nın direktoru Şahid3 olmuşdur. Direktor müavini kimi əmək funksiyaları binada aparılan tikintiquraşdırma işlərinin tamamlanmasına nəzarət etməkdən ibarət olmuşdur. 2019-cu ilin iyul ayında əvvəllər tanımadığı Şəki rayon sakini Zərərçəkmiş şəxs1 arvadı Şahid1 ilə birlikdə "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən kooperativ binanın 1-ci giriş, 2-ci mərtəbəsindəki ofisinə yaxınlaşıb binadan mənzil almaq istədiyini demiş, o, Zərərçəkmiş şəxs1 özünü MTK-nın sədri kimi təqdim edib mənzillərin alqı-satqısı ilə bilavasitə məşğul olduğunu və binada boş mənzil olduğunu bildirmişdir. O, Əhmədə MTK-nın sədri olduğunu deyərkən özünü səlahiyyətli şəxs kimi göstərib sonuncuya qarşı dələduzluq etmək niyyətində olmamış, sadəcə, Əhmədin onun mənzil satmaq imkanının olmasından şübhələnməməsi üçün sözügedən formada təqdimata yol vermişdir. O, qeyd olunan xidməti ofisdə binanın komendantı Şahid2la birgə işləmiş, MTK-nın direktorunun isə binanın həyətində başqa ofisi olmuşdur. O, Əhməd və arvadı ilə mənzil alqı-satqısı barədə söhbət edərkən ofisdə tək olmuşdur. O, Əhmədə binada boş mənzil olduğunu deyəndə binanın şərti olaraq 1-ci (digər tərəfdən saydıqda 3cü) giriş, 9-cu yaşayış mərtəbəsində (liftlə 10-cu mərtəbədə) yerləşən, ümumi sahəsi 91,5 m2 olan 2 otaqlı mənzili nəzərdə tutmuşdur. Həmin mənzilin 2014-cü ildə MTK-nın sabiq direktoru Şahid4 tərəfindən Zərərçəkmiş şəxs2 satıldığını, mənzilin sahibinin Zərərçəkmiş şəxs2 olduğunu bilmiş, sonuncunu şəxsən tanımışdır. Lakin Əhməd ona ev almaq üçün müraciət etməzdən bir müddət əvvəl Nəbi özünə məxsus qeyd olunan evi 46.000 (qırx altı min) manata satmaq istədiyini ona bildirərək, mənzillə maraqlanan müştəri olanda özünə məlumat verməyini xahiş etmiş, o, razılaşmış, hətta Nəbiyə qabaqcadan beh qismində 500 (beş yüz) manat pul vermişdir ki, mənzili başqa şəxslərin vasitəçiliyi ilə satmağa cəhd etməsin. Çünki o, Nəbinin mənzilini satıb satışdan əldə olunan pulu özünə vermək öhdəliyi götürmüşdür. Onun Nəbinin mülkiyyət hüququnun toxunulmazlığına qəsd etmək, habelə başqa şəxslərə, o cümlədən də, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti törətmək niyyəti olmamış, Nəbinin mənzili satmaq istədiyini biləndə vasitəçilik təklifini qəbul edib qabaqcadan beh verməkdə marağı satışı özü həyata keçirib vasitəçi haqqı kimi maddi qazanc əldə etməkdən ibarət olmuşdur. O, Nəbiyə beh versə də, Nəbi öz mənzilini ona satmamış, mənzilindən onun xeyrinə imtina etməmiş və ya mənzilini digər formada ona və qeyrilərinə güzəştə getməmişdir. Nəbi ilə aralarındakı razılığa əsasən, o, Nəbinin mənzilini müvafiq qiymətə satıb əldə olunan vəsaiti özünə verdikdən sonra Nəbi yazılı qaydada MTK-a müraciət edərək mənzildən yeni alıcının xeyrinə imtina etməli, yəni mənzilin yeni alıcının adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirməli olmuşdur. Beləliklə, o, Nəbinin öz mənzilini satmaq istədiyini bildiyi üçün Əhmədə qeyd olunan mənzilin boş olduğunu deyib oranı göstərmək qərarına gəlmişdir. Nəbi ilə MTK arasında 2014-cü ildə bağlanmış müqavilədə həmin mənzilin sahəsi 85 m2 kimi göstərilsə də, o, MTK-nın rəhbərlərindən şifahi formada müvafiq blokdakı bütün mənzillərin faktiki olaraq 91,5 m2 olduğunu eşitmiş, ona görə də, Əhmədə sözügedən mənzilin 91,5 m2 olması barədə məlumat vermişdir. Beləliklə, o, Əhmədə mənzilin sahəsini 91,5 m2 kimi göstərərkən Əhmədi aldatmaq məqsədi güdməmişdir. Əhmədgil mənzilə baxmaq istədiyi üçün o, birinciləri mənzilə aparmışdır. Həmin mənzil binanın yaşayış sahəsinin 9-cu mərtəbəsində, ümumi götürdükdə isə 11-ci mərtəbədə yerləşmişdir. Belə ki, o vaxt binanın ilk 2 mərtəbəsi qeyri-yaşayış sahələrindən ibarət olmuş, lakin 2 mərtəbədən ibarət qeyri-yaşayış sahələri 1 mərtəbə kimi qəbul olunmuş, qeyri-yaşayış sahələrindən aşağı hissədə qaraj yerləşmişdir. Qeyri-yaşayış sahələrinin bir mərtəbəsinə lift işləmişdir. Nəticə etibarilə liftlə 10-cu mərtəbə 9-cu yaşayış mərtəbəsi sayılmış, lakin lifti nəzərə almadan hər iki qeyriyaşayış mərtəbələrini də hesaba aldıqda 11-ci mərtəbə hesab edilmişdir. Sonradan, 2020- 2021-ci illərdə qeyri-yaşayış sahələri də yaşayış sahəsinə çevrilmiş, ona görə də, yaşayış və qeyri-yaşayış mərtəbələri arasında izah etdiyi fərqlər aradan qaldırılmışdır. Onlar üçü birlikdə liftlə 10-cu mərtəbəyə qalxıb sağ tərəfdəki mənzilə daxil olmuşlar. Mənzilin seyf qapısı mövcud olmaqla açarı onda olmuşdur, çünki müştəri olanda mənzili göstərə bilməsi üçün Nəbi özü əvvəlcədən açarları ona vermişdir. 2 otaqdan ibarət, tam təmirsiz vəziyyətdə olan mənzilin yalnız qapısı, plastik pəncərələri və otaqlar arasında arakəsmələri olmuş, işıq, su və təbii qaz sayğacları quraşdırılmamışdır. Əhmədlə arvadı mənzilə baxıb bəyəndikləri üçün qiymət barədə müzakirə apararaq sonda işıq, su və təbii qaz sayğaclarının MTK-nın hesabına quraşdırılması şərti ilə onun dediyi məbləğə, yəni 46.000 (qırx altı min) manata oranı almağa razılaşıb tələb olunan pulu düzəltmək üçün Şəki rayonuna qayıtmalı olduqlarını bildirmişlər. O, mənzilin Nəbiyə məxsus olması barədə Əhmədə heç nə deməmiş, çünki mənzili 46.000 manata Əhmədə satıb pulu Nəbiyə verməyi planlaşdırmış, ona görə də, Əhmədin mənzilin başqa sahibinin olduğunu bilməsinin əhəmiyyətli olmadığını düşünmüşdür. Əhməd Şəkidə olarkən o, birinciyə zəng edib alqı-satqı etmək üçün Bakıya qayıdana qədər sənədləri hazırlamaqdan ötrü şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini istəmiş, Əhməd öz növbəsində “WhatsApp Messenger” tətbiqetməsi vasitəsilə vəsiqəsinin şəkilini ona göndərmişdir. O, alqı-satqıdan əvvəl Nəbiyə məlumat verib mənzilinə müştəri çıxdığını, oranı 46.000 manata həmin müştəriyə satmaq barədə razılaşdığını demiş, lakin Nəbi fikrini dəyişdiyini, mənzili ucuz qiymətə satmaq istəmədiyini, oranı ən azı 55.000 (əlli beş min) manata satmaq niyyətində olduğunu demiş, ona görə də, müştəri ilə olan razılaşmanı pozmağını, evi satmamağını tələb etmiş və verdiyi 500 manat behi geri qaytarmışdır. Lakin o, Əhmədlə artıq danışıb razılaşdığı üçün Nəbinin tələbini yerinə yetirməmiş, mənzili Əhmədə satıb pulu aldıqdan sonra Nəbini razı sala biləcəyini və pulu sonuncuya verəcəyini düşünmüşdür. Nəbi açarların yenə də onda qalmasını, 55.000 manata mənzili almaq istəyən müştəri olanda göstərə biləcəyini demişdir. xx.xx.2019-cu il tarixədək Əhməd ona zəng edib 34.000 manat pul düzəltdiyini demiş, həmin vəsaiti ilkin ödəniş kimi verib qalan 12.000 manatı növbəti 1 il ərzində ödəməyi təklif etmiş, o razılaşdığı üçün Əhməd alqı-satqı etmək məqsədilə arvadı ilə birlikdə Bakıya gələcəyini demişdir. Əhmədgil Bakıya gələnədək, xx.xx.2019-cu il tarixdə o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən kooperativ binanın 1-ci giriş, 2-ci mərtəbəsindəki ofisində istifadəsində olan dizüstü kompüter vasitəsilə MTK-nın nümunəvi blankında Zərərçəkmiş şəxs1la MTK arasında bağlanan xx.xx.2019-cu il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” və mənzilin pay dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı tərtib etmiş, müqavilədə özünü MTK-nın sədri kimi qeyd etmişdir. Müqavilədə özünü MTK sədri kimi qeyd etməsi Əhmədə əvvəlcədən MTK sədri olduğunu bildirməsi ilə əlaqədar olmuşdur. xx.xx.2019-cu il tarixdə tərtib etdiyi müqavilənin tarixini xx.xx.2019-cu il kimi göstərməsi isə Əhmədin həmin ərəfələrdə mənzilə baxıb almaq barədə razılığını ifadə etməsi ilə bağlı olmuşdur. Əhmədə satdığı mənzilin MTK tərəfindən müəyyənləşdirilmiş şərti nömrəsi 69 olmasına baxmayaraq, o, həmin gün tərtib etdiyi müqavilədə texniki səhvə yol verərək, mənzilin nömrəsini 96 kimi yazmış, lakin maliyyə arayışında səhv etmədən 69 nömrəli mənzilin pay dəyərinin ödənildiyini göstərmişdir. Əhmədlə mənzilin pay dəyərinin hissəhissə ödənilməsi barədə razılıq əldə etsələr də, müqavilədə və maliyyə arayışında ümumi dəyərin tam həcmdə ödənilməsi, Əhmədin MTK-ya borcunun qalmaması məzmununda qeydiyyat aparmış, bundakı məqsədi sənədləşdirmə prosedurunu sadələşdirmək və pay dəyəri üzrə hissə-hissə ödəniş edildikdə hər dəfə maliyyə arayışı tərtib etməmək və ya digər formada əlavə sənədləşdirmə aparmamaqdan ibarət olmuşdur. O, müqavilə və maliyyə arayışını kompüterdə tərtib etdikdən sonra axınlı printerdə çap edib hər iki sənədi aşağı sol küncdəki "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs” qrafasının qarşısında birbaşa imzalayıb MTK-a məxsus möhürlə birbaşa təsdiq etmişdir. Həmin dövrdə MTK-nın 1 (bir) ədəd möhürü olmuş, möhür onun ofisində açıq dolabda saxlanılmış, yəni möhür direktorun ofisində olmamış, lakin o, möhürün öz ofisində saxlanılmasının səbəbini bilməmiş, MTK-da işə başlayandan qaydanın belə olduğunu görmüşdür. Şahid3 MTK-nın direktoru təyin olunduqdan bir müddət sonra möhürü ondan alıb öz ofisinə qoymuşdur. xx.xx.2019-cu il tarixdə Əhmədlə arvadı Bakıya gəldikdə onlar üçü birlikdə 69 №-li mənzilə qalxmışlar. Əhməd 34.000 manat pulu mənzildə arvadının yanında sayıb ona vermiş, o, mənzilin 4 ədəd açarını xx.xx.2019-cu il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” və eyni tarixli maliyyə arayışının 1 nüsxəsi ilə birlikdə birinciyə təqdim etmişdir. Əvvəlcədən tərəfindən imzalanıb MTK-nın möhürü ilə təsdiq edilmiş müqaviləni aşağı sağ küncdən “Payçı Zərərçəkmiş şəxs1” qrafasının qarşısında Əhməd imzalayıb götürmüş, müqavilə və maliyyə arayışının 2-ci nüsxəsi MTK-nın ofisində qalmışdır. Bundan sonra elə həmin gün barışıq razılaşması bağlamaq üçün notariusa getmişlər, orada Əhməd ona borclu olduğu 12.000 manatı xx.xx.2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. O, Əhmədin Şəki rayonunda yaşadığını əsas gətirib, Əhmədə verdiyi mənzilin açarlarından birini sayğacların quraşdırılması və digər işlərin görülməsi zamanı mənzilə daxil ola bilmək üçün ehtiyat kimi geri alıb öz ofisində ehtiyat açarların saxlanılması üçün divarda quraşdırılmış taxta lövhənin içərisinə qoymuşdur. Əhməd arvadı ilə birlikdə Şəki rayonuna qayıtmışdır. Əhməd barışıq razılaşması ilə üzərinə götürdüyü öhdəliyi tam icra edərək, hər ay bank vasitəsilə ona 1.000 manat pul göndərmişdir. Belə ki, Əhməd onun adına 27 sentyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 28 oktyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 27 noyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 27 dekabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 28 yanvar 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 28 fevral 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 29 mart 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 31 may 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 30 iyun 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 31 avqust 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat məbləğində pul vəsaitləri göndərmiş, o, qeyd olunan vəsaitləri Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən poçt və bank filiallarından nağdlaşdırmış, Əhməd 2020-ci ilin aprel ayı üzrə 1.000 manat ödənişi sentyabr ayının sonlarında Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında onunla təklikdə görüşüb nağd formada vermişdir. 46.000 manat pulu Əhməddən tam həcmdə aldıqdan sonra Nəbiyə vermək niyyətində olsa da, pandemiya şəraiti ilə əlaqədar maliyyə çətinlikləri olduğundan pulu Nəbiyə verə bilməmiş, vəsaitin hamısını öz şəxsi ehtiyaclarına sərf etmiş, ona görə də, mənzili Əhmədə satdığını Nəbiyə deməmiş, lakin pulu Nəbiyə vermək üçün düzəldən kimi satış barədə dərhal məlumat verməyi planlaşdırmışdır. Təxminən 2021-ci ilin iyun ayında dəqiq xatırlamadığı tarixdə Əhməd ona zəng edib mənzilə baxarkən problemli halla qarşılaşdığını, belə ki, mənzilin qapısının zəncirbəndinin dəyişdirildiyini, özündə olan açarla qapının açılmadığını, qapının kənarlarındakı boş yerlərdən içəri baxdıqda mənzildə təmir işlərinin aparıldığını gördüyünü demiş, o isə belə bir halın mümkün olmadığını, məsələni araşdıracağını bildirmişdir. Nəbinin həmin mənzili başqa şəxsə satması ehtimalı ağlına gəldiyindən bu barədə binanın komendantı Qədirdən soruşmuş, Qədir onun ehtimalını təsdiq edərək mənzilin satıldığını, yeni alıcının təmir işlərinə başladığını bildirmiş, lakin bu barədə nə Nəbidən, nə də tanımadığı yeni alıcıdan soruşmuş, artıq ona sonrakı alıcının mənzilin qapısının zəncirbəndini dəyişdirərək təmirə başladığı aydın olmuşdur. Bundan sonra eyni blokun 12-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 96 nömrəli mənzili 69 nömrəli mənzilin əvəzinə eyni şərtlərlə Əhmədə verməyi, mənzilin sahibi Zərərçəkmiş şəxs3 ilə danışıb 46.000 manat pulu Elçinə özü ödəməyi planlaşdırmışdır. Çünki həmin vaxt 96 nömrəli mənzilin Zərərçəkmiş şəxs3 məxsus olduğunu bilmiş, lakin hazırda xatırlamadığı bina sakinlərindən Elçinin təqribən eyni şərtlərlə, yəni 45-46 min manata öz mənzilini satmaq istədiyini eşitmiş, lakin Elçinlə görüşməmiş və bu barədə hər hansı danışıq aparmamışdır. Odur ki, Əhmədə elə əvvəlcədən 96 №-li mənzili vermək istədiyini, oranın həyətə baxan mənzərəsinin daha yaxşı olduğunu bildirmiş, Əhməd razılaşıb arvadı ilə birgə onun iştirakı ilə həmin mənzilə baxmışdır. Baxışda üçündən başqa heç kəs iştirak etməmişdir. Elçinə məxsus mənzilin qapısı olmamış, ona görə də, Elçini qabaqcadan məlumatlandırmadan oranı asanlıqla Əhmədə göstərmiş, qapını özü qoyduracağını demiş, Əhməd mənzili götürməyə razılaşmış, həmin gün o, öz ofisində kompüter vasitəsilə sözügedən mənzillə bağlı xx.xx.2019-cu il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” və eyni tarixli maliyyə arayışı tərtib etmiş, həmin dövrdə artıq MTK-nın möhürü onda olmadığına, direktor Şahid3 tərəfindən götürülüb özündə saxlanıldığına görə müqavilə və maliyyə arayışına möhürü başqa sənədlərdən köçürmək, möhürlə imzanın vizual olaraq fərqlənməməsi üçün öz imzasını da eyni üsulla icra etmək qərarına gəlmiş, lakin başqa sənədlərdəki imza və möhürün “Microsoft Word” faylına köçürülməsini bacarmadığı üçün bunu makler tanışı Anar adlı şəxsdən xahiş etmiş, Anar isə öz növbəsində müvafiq məsələni adını çəkmədiyi tanışı vasitəsilə həll edə biləcəyini demiş, o razılaşıb müqavilə və maliyyə arayışının elektron nüsxəsini və üzərində onun imzası və MTK-nın möhürü olan sərbəst sənədləri Anara vermiş, ertəsi gün Anar müqavilə və maliyyə arayışının hazırlanmasını tamamlayaraq çap edilmiş formada ona təqdim etmiş, o, sənədləri Əhmədə vermiş, Əhməd müqaviləni aşağı sağ küncdən “Payçı Zərərçəkmiş şəxs1” qrafasının qarşısında imzalayıb götürmüşdür. Həmin müqavilə və maliyyə arayışı bir nüsxədə tərtib edildiyindən ofisdə hər hansı nüsxəsi qalmamışdır. Soyadını, ata adını və digər anket məlumatlarını bilmədiyi Anar adlı şəxs bir müddət əvvəl koronavirus infeksiyasına yoluxaraq vəfat etmişdir. Bütün prosesi yekunlaşdırdıqdan sonra Elçinlə bu barədə danışıb razılaşdırmaq istəsə də, sonradan bina sakinlərindən Elçinin evi satmaq fikrindən imtina etdiyini öyrənmiş, ona görə də, baş verənlər barədə Elçinə heç nə deməmişdir. O, həmin dövrdə Elçini şəxsən tanımamış, sadəcə, mənzilə dair müqavilənin Elçinin adına olduğunu bilmişdir. Təxminən 1 ay sonra Əhməd ona müraciət edib mənzildə təmir işlərinin aparılmasına başlamaq istədiyini demiş, o, birinciyə bundan ötrü MTK-dan rəsmi icazə almalı olduğunu, lakin ondan qabaq müraciət edən başqa sakinlərə icazə verilməli olduğunu, Əhmədə təmir üçün icazənin növbəlilik əsasında sentyabr ayında veriləcəyini bildirmişdir. Əhmədə belə deməkdə məqsədi bir müddət Əhmədin narazılığının qarşısını almaq və vaxt qazanaraq ona verdiyi 46.000 manatı düzəldib geri qaytarmaq olmuşdur. Lakin 2022-ci ildə MTK-dan işdən çıxdığına, bundan sonra heç bir yerdə işləmədiyinə görə problemi həll edə bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, onunla eyni ofisdə işləyən komendant Şahid2 cari proseslərdə iştirak etməmiş, Əhməddən aldığı puldan Şahid2 hər hansı məbləğdə vəsait verməmişdir.İşin məhkəmə gedişində zərərçəkən Zərərçəkmiş şəxs1 dəyən ziyanı tam həcmdə ödəməsini və əməlindən peşiman olmasını, xəstə olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2019-cu ildə Bakı şəhərində mənzil almaq qərarına gəlib bu barədə tanışlarla maraqlanarkən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binada boş mənzillər olduğunu öyrənmiş, bunu dəqiqləşdirmək üçün 2019-cu ilin iyul ayında arvadı Şahid1 ilə birlikdə Şəki rayonundan Bakı şəhərinə gəlib MTK-nın göstərilən ünvanda yerləşən ofisinə yaxınlaşmış, orada özünü MTK-nın sədri kimi təqdim edən Təqsirləndirilən şəxs onları qarşılamış, mənzillə maraqlandıqlarını bildirdikdə onlara binanın 1-ci giriş, 9-cu yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 91,5 m2 olan 2 otaqlı mənzilin boş olduğunu demiş, onlar mənzilə baxmaq istədikləri üçün Etibar onları qeyd olunan mənzilə aparmışdır. Həmin mənzil binanın yaşayış sahəsinin 9-cu mərtəbəsində, ümumi götürdükdə isə 11-ci mərtəbədə yerləşmişdir. Belə ki, binanın ilk 2 mərtəbəsi qeyri-yaşayış sahələrindən ibarət olmuş, lakin 2 mərtəbədən ibarət qeyri-yaşayış sahələri 1 mərtəbə kimi qəbul olumuş, qeyri-yaşayış sahələrindən aşağı hissədə qaraj yerləşmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında “ünvan 7şi mövcud olmuşdur. Ona görə də, binaların girişlərinin sıralanması da şərti xarakter daşımış, belə ki, bir tərəfdən saydıqda 1ci giriş kimi qəbul olunan hissə digər tərəfdən saydıqda 3-cü giriş kimi qəbul olunmuşdur. Onlar üçü birlikdə liftlə 10-cu mərtəbəyə qalxıb sağ tərəfdəki mənzilə daxil olmuşlar. Mənzilin seyf qapısı mövcud olmaqla açarı Etibarda olmuş, Etibar qapıları açdıqdan sonra 2 otaqdan ibarət, tam təmirsiz vəziyyətdə olan mənzilin yalnız qapısı, plastik pəncərələri və otaqlar arasında arakəsmələrinin olduğu, işıq, su və təbii qaz sayğaclarının quraşdırılmadığı məlum olmuşdur. Onlar mənzilə baxıb bəyəndikləri üçün Etibarla qiymət barədə müzakirə apararaq sonda işıq, su və təbii qaz sayğaclarının MTK-nın hesabına quraşdırılması şərti ilə 46.000 (qırx altı min) manata oranı almağa razılaşıb tələb olunan pulu düzəltmək üçün Şəki rayonunda qayıtmışlar. Şəkidə olarkən Etibar ona zəng edib alqı-satqı etmək üçün Bakıya qayıdana qədər sənədləri hazırlamaqdan ötrü şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini istəmiş, o da öz növbəsində “WhatsApp Messenger” tətbiqetməsi vasitəsilə vəsiqəsinin şəkilini Etibara göndərmişdir. xx.xx.2019-cu il tarixədək 34.000 manat pul düzəldib bu barədə Etibarla danışmış, həmin vəsaiti ilkin ödəniş kimi verib qalan 12.000 manatı növbəti 1 il ərzində ödəməyi təklif etmiş, Etibar razılaşdığı üçün o, alqı-satqı etmək məqsədilə arvadı ilə birlikdə Bakıya gəlmiş, onlar üçü, yəni o, arvadı və Etibar birlikdə həmin mənzilə qalxmışlar, o, özünə məxsus olan 34.000 manat pulu mənzildə arvadının yanında sayıb Etibara vermiş, Etibar mənzilin 4 ədəd açarını xx.xx.2019-cu il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” və eyni tarixli maliyyə arayışı ilə birlikdə ona təqdim etmişdir. Müqavilə və maliyyə arayışı MTK-nın sədri kimi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, MTK-nın möhürü ilə təsdiq edilmiş vəziyyətdə olmuş, yəni Etibar həmin sənədləri onların yanında imzalayıb möhürləməmiş, əvvəlcədən hazırladığını bildirmiş, sadəcə, o özü müqavilədə öz adının qarşısında qol çəkib götürmüşdür. Müqavilədə mənzilin nömrəsinin "xxxx", maliyyə arayışında isə “69” kimi yazılmasına həmin vaxt diqqət yetirməmişdir. Bundan sonra barışıq razılaşması bağlamaq üçün notariusa getmişlər, o, Etibara borclu olduğu 12.000 manatı xx.xx.2020-ci il tarixədək ödəməyi notarial qaydada öz öhdəsinə götürmüşdür. Etibar onun Şəki rayonunda yaşadığını əsas gətirib, ona verdiyi mənzilin açarlarından birini sayğacların quraşdırılması zamanı mənzilə daxil ola bilmək üçün geri almış, o, arvadı ilə birlikdə Şəki rayonuna qayıtmıdşır. Barışıq razılaşması ilə üzərinə götürdüyü öhdəliyi tam icra edərək, hər ay bank vasitəsilə Etibara 1.000 manat pul göndərmişdir. Müvafiq ödəniş qəbzlərini istintaqa təqdim etmişdir. 2020-ci ildə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar maliyyə çətinliyi olduğundan həmin ilin aprel ayı üzrə 1.000 manat ödənişi sentyabr ayının sonlarında Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Etibarla təklikdə görüşüb sonuncuya nağd formada vermişdir. Həmin dövrdə bina istismara verilmədiyinə görə daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq mümkün olmamışdır. O, 2021-ci ilin iyun ayınadək vaxtaşırı arvadı ilə Bakıya gəldikdə mənzilə baxmış, orada hər hansı problemli hal müşahidə etməmişdir. Lakin 2021-ci ilin iyun ayında bir gün arvadı ilə birgə mənzilə getdikdə qapının zəncirbəndinin dəyişdirildiyini, onlarda olan açarla qapının açılmadığını, qapının kənarlarındakı boş yerlərdən içəri baxdıqda mənzildə təmir işlərinin aparıldığını görüb bu barədə Etibara bildirmiş, Etibar isə əslində onlara 12-ci mərtəbədə yerləşən 96 nömrəli mənzilin satılmalı olduğunu, 2019-cu ildə yanlışlıqla 9-cu mərtəbədəki 69 nömrəli mənzilin verildiyini demiş və eyni şərtlərlə həmin girişin 12-ci yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 91,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzili götürməyi təklif etmiş, o, arvadı ilə birgə Etibarın iştirakı ilə həmin mənzilə baxmış, göstərilən mənzilin əvvəlki mənzildən fərqli olaraq qapısı olmamış, Etibar qapını özü qoyduracağını demiş, onlar razılaşıb əlavə vəsait ödəmədən həmin mənzili götürmüşlər, ertəsi gün Etibar ona mənzillə bağlı xx.xx.2019-cu il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” və eyni tarixli maliyyə arayışı təqdim etmiş, lakin ilk dəfə verdiyi müqavilə və maliyyə arayışını da ondan geri almamışdır. İkinci dəfə təqdim olunan müqavilə və maliyyə arayışı da əvvəlki qaydada qabaqcadan Etibar tərəfindən ona məlum olmayan şəraitdə hazırlanaraq imzalı və möhürlü vəziyyətdə ona verilmiş, o, müqavilədə öz adının qarşısında qol çəkmişdir. Hər iki müqaviləni və maliyyə arayışını istintaqa təqdim etmişdir. Təxminən 1 ay sonra mənzildə təmir işlərinin aparılmasına başlamaq istəmiş, Etibar ona bundan ötrü MTK-dan rəsmi icazə almalı olduğunu, lakin ondan qabaq müraciət edən başqa sakinlərə icazə verilməli olduğunu, ona təmir üçün icazənin növbəlilik əsasında sentyabr ayında veriləcəyini demişdir. Ona görə də, o, Şəki rayonuna qayıdıb sentyabr ayında yenidən Bakı şəhərinə komendant Qədirin yanına getmiş, təmirə başlamaq üçün icazə verilməli olduğunu xatırlatmış, Qədir isə Etibarın MTK-da icraçı direktor olduğunu, lakin faktiki olaraq başqa yerdə işlədiyini, MTK-a gəlmədiyini bildirmiş, bundan sonra o, dəfələrlə Etibarla telefon əlaqəsi saxlamağına və Bakı şəhəri ərazisində görüşməyinə baxmayaraq, Etibar ona qaneedici cavablar verməmiş, təmirə başlamağı müvəqqəti təxirə salmağını, icazə kağızının verilməsinin bir qədər vaxt tələb etdiyini bildirmiş, bu qaydada onu bir neçə ay yubatmışdır. 2022-ci ilin yay aylarında cari problemi Etibarla həll edə bilmədiyini görüb MTK-a yaxınlaşdıqda komendant Qədir sonradan verilən mənzilin də ona məxsus olmadığını, həm 69, həm də 96 saylı mənzillərin əvvəlcədən başqa şəxslərə satıldığını bildirmişdir. Qeyd olunan mənzillərə dair əvvəlki illərdə verilmiş müqavilə və maliyyə arayışlarının olduğunu öyrənsə də, həmin müqavilələrin və maliyyə arayışlarının kimlərin adına verildiyini bilməmiş, mənzillərin sahibləri ilə görüşməmiş və digər formada ünsiyyət yaratmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona 46.000 manat maddi ziyan vurulmuşdur. İşin məhkəmə baxıçında təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam həcmdə ödənilmişdir.Təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. Cinayət işi üzrə zərərçəkən Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə vurulmuş 46000 manat maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayəti olmadığını nəzərə alaraq onun həbsdən azad olunmasına etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə cinayət işinə xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 zərərçəkən Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə vermişdi. İbtidai istintaqda zərərçəkən qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət 69 №-li mənzili xx.xx.2014-cü il tarixdə tam təmirsiz vəziyyətdə 49.450 manata MTK-nın o vaxtkı direktoru Şahid4 almış, bununla bağlı MTK tərəfindən ona xx.xx.2014-cü il tarixli "xxxx" müqavilə təqdim edilmişdir. Mənzilin pay dəyəri kimi müəyyən edilmiş vəsaitin bir hissəsini ilkin ödəniş qismində verərək, qalan hissəsini 2015-ci il ərzində ödəmiş, ödənişi tamamladıqdan sonra ona pay dəyərinin tam ödənilməsi haqqında maliyyə arayışı verilmişdir. Mənzili aldıqdan sonra təmir etdirməmiş, 2019-cu ildə oranı 55.000 (əlli beş min) manata satmaq qərarına gəlmiş, ona görə də, mənzili satmaq istədiyini MTK-nın direktor müavini kimi tanıdığı Təqsirləndirilən şəxs bildirmişdir. O, mənzili xx.xx.2014-cü il tarixdə tam təmirsiz vəziyyətdə 49.450 manata aldığına və sonradan əlavə pul xərcləyib seyf qapı qoydurduğuna görə oranı 50.000 manatdan aşağı qiymətə, o cümlədən 46.000 manata satmaq fikrində olmamış, ona görə də, Etibara mənzili ilk dəfədən 55.000 manata satmaq istədiyini demiş, Etibar isə ona mənzili tələb olunan qiymətə satacağını, müştəri çıxan kimi ona məlumat verəcəyini bildirmiş və mənzili satdırmaq üçün başqa şəxslərə, maklerlərə, həmçinin MTK-nın səlahiyyətli nümayəndələrinə müraciət etməməyini tapşırmış, mənzili özünün satacağına əminlik yaratmaqdan ötrü ona 500 (beş yüz) manat beh vermişdir. Etibar ona beh verərkən o, öz mənzilini birinciyə satmamış, Etibarın xeyrinə mənzildən imtina etməmiş, habelə Etibar ona mənzili almaq istəyən müştəri olması barədə heç nə deməmiş, başqa sözlə, Etibar ona 500 manat beh verərkən və o, həmin behi qəbul edərkən məqsədləri ona məxsus mənzilin Etibara satılması və ya başqa formada güzəşt edilməsinə deyil, sadəcə, mənzilin alqı-satqısına başqa vasitəçilərin cəlb edilməməsinə dair razılıq əldə edilməsinə yönəlmişdir. O, pulu qəbul edərək mənzilin açarlarını Etibara verib baxmaq istəyən müştəri olanda asanlıqla göstərə biləcəyini demişdir. Lakin Etibarla aralarındakı sövdələşmədən bir neçə ay keçməsinə baxmayaraq, birincinin mənzili satmaq üçün heç bir əməli tədbir görmədiyini, ona mənzili almaq istəyən müştərilərin olub-olmaması barədə məlumat vermədiyini, beləliklə, mənzili satmaq üçün vaxt itirdiyini görüb Etibarın pulunu özünə qaytarmaq və mənzili başqa maklerlər vasitəsilə satmaq qərarına gəlmiş, ona görə də, öz təşəbbüsü ilə Etibarın 500 manatını qaytarıb mənzili satmaq niyyətindən imtina etdiyini bildirmişdir. Bundan sonra mənzili satmaq üçün şəhər ərazisində vasitəçilik xidmətləri göstərən, tanımadığı maklerlərə müraciət etmiş, lakin həmin dövrdə ölkə ərazisində pandemiya şəraiti ilə əlaqədar alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan mənzili uzun müddət sata bilməmiş, yalnız 2021-ci ildə mənzili 51.000 manata MTK-a satmış, pay dəyərini hissə-hissə MTK-dan aldıqdan sonra 2021-ci ilin sentyabr ayında MTK-a ərizə ilə müraciət edərək, pulun tam həcmdə ödənildiyini və mənzilə qarşı heç bir iddiasının qalmadığını bildirmişdir. Sonradan həmin mənzilin MTK tərəfindən başqa şəxsə satılması barədə məlumatı olmamış, mənzilin yeni sahibini tanımamışdır. Bir müddət əvvəl ona məxsus olan sözügedən mənzilin 2019-cu ildə Etibar tərəfindən aldatma yolu ilə Əhməd adlı başqa şəxsə satıldığını öyrənmişdir. Lakin Etibar ona bu barədə heç bir məlumat verməmiş, mənzili Əhmədə satdığını deməmiş, o, mənzilin 46.000 manata satılması, Əhmədin Etibara 34.000 manat ilkin ödəniş verib pay dəyərinin qalan 12.000 manatını hissə-hissə ödəməsi haqqında istintaq zamanı ifadə verərkən öyrənmişdir. Etibar həmin dövrdə ona mənzili 46.000 manata satmaq istədiyini, həmin qiymətə almaq şərtilə müştəri çıxdığını deməmiş, ümumiyyətlə, onların razılaşmaları əvvəlcədən 55.000 manatla bağlı olmuş, lakin sonradan Etibarın real alqı-satqı həyata keçirmək niyyətinin olmadığını başa düşmüşdür. Sonradan Etibarla sövdələşməsini pozarkən Etibara verdiyi açarları geri tələb etdikdə Etibar açarların ofisdə olduğunu, daha sonra ona qaytaracağını demiş, lakin sonradan açarlar ona qaytarılmamış, onda isə açarların ehtiyat məqsədilə əvvəlcədən surətini çıxardığı nüsxələri olduğuna görə Etibara verdiyi açarların geri qaytarılması ilə maraqlanmamışdır. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, sahəsi 82,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzili tam təmirsiz vəziyyətdə MTK-nın sədri Şahid4 almış və mənzilin pay dəyəri kimi razılaşdırılmış 62.500 manat pulu Şahid4 özünə bir dəfəyə nağd formada ödəmişdir. Mənzilin pay dəyərini ödədikdən sonra MTK-nın sədri tərəfindən ona xx.xx.2017-ci il tarixli "xxxx" müqavilə və maliyyə arayışı verilmişdir. O, mənzili alarkən qapısı olmamış, yalnız otaqlar arasında arakəsmələr və pəncərələr qoyulmuşdur. Mənzili 2017-ci ildə alsa da, hazırkı dövrədək təmir etdirməmiş, içərisində yaşayış olmamışdır. Binada təbii qaz, su və elektrik enerjisi mövcud olsa da, onun mənzilinə müvafiq sayğaclar quraşdırılmamışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzindən mənzilə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Mənzilin Təqsirləndirilən şəxs tərəfindən saxta müqavilə əsasında Şəki rayon sakini Zərərçəkmiş şəxs1 satıldığını 2023-cü ilin əvvəllərində öyrənsə də, Etibarı və Əhmədi tanımamış, adı çəkilən şəxslərlə görüşməmiş və digər formada əlaqə saxlamamışdır. Hal-hazırda da qeyd olunan mənzil faktiki olaraq onun sahibliyindədir, vaxtaşırı mənzilə gedib nəzarət edir. O, özünə məxsus olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, sahəsi 82,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzili heç vaxt satmaq niyyətində olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 şəxsən tanımır, yalnız barələrində eşitmişdir. Əgər Təqsirləndirilən şəxs doğrudan da Şəki rayon sakini Zərərçəkmiş şəxs1 "xxxx" müqavilə və maliyyə arayışı təqdim etdiyi ərəfədə bina sakinlərindən onun öz mənzilini satdığını eşitmişdirsə, belə olan təqdirdə dərhal onunla əlaqə saxlamalı, mənzilin satış şərtlərini dəqiqləşdirməli və yalnız onunla razılıq əldə etdikdən sonra mənzilə dair başqa şəxsə müqavilə və maliyyə arayışı təqdim etməli idi. Halbuki onun baş verən proseslərdən məlumatı olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində onun qanunla qorunan mülkiyyət hüquqlarına zərər vurulmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2010-cu ildən xx.xx.2019-cu il tarixədək "xxxx" MTK-nın direktoru vəzifəsində işləmiş, xx.xx.2019-cu ildə Ümumi yığıncağın qərarı ilə Şahid3 direktor təyin olunmuşdur. MTK-nın direktoru olduğu müddətdə xx.xx.2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət 69 №-li mənzili tam təmirsiz vəziyyətdə 49.450 manata Zərərçəkmiş şəxs2, xx.xx.2017-ci il tarixdə isə binanın 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, sahəsi 82,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzili tam təmirsiz vəziyyətdə 62.500 manata Zərərçəkmiş şəxs3 satmışdır. 69 və 96 nömrəli mənzillərin sahibi Zərərçəkmiş şəxs1 olmamış, müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 olmuşdur. Həmin mənzillərə dair 2019-2021-ci illərdə MTK-nın direktor müavini Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 saxta müqavilə və maliyyə arayışlarının təqdim edildiyi dövrdə o, MTK sədrliyində olmamış, həmin dövrdə MTK-nın direktoru Şahid3 olmuşdur. O, MTK-nın direktoru olduğu dövrdə kooperativə məxsus olan yeganə möhürün onun ofisində deyil, komendant Şahid2 ofisində saxlanılması onun təşkilati işlərlə əlaqədar tez-tez ofisdən kənarda olması ilə əlaqədar möhürün Qədirin ofisində nəzarət altında qalması zərurətindən irəli gəlmişdir. Əbilfət direktor təyin olunduqdan sonra Təqsirləndirilən şəxs özünə müavin təyin etmiş, Etibar da Qədirlə eyni ofisdə, yəni möhürün saxlanıldığı ofisdə oturmuşdur. 2019-2021-ci illərdə MTK-nın direktor müavini Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 saxta müqavilə və maliyyə arayışlarının təqdim edilməsindən sonradan ümumi məzmunda xəbər tutmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, "xxxx" MTK-nın təsisçilərinin xx.xx.2019-cu il tarixli 03 saylı iclas protokoluna əsasən, MTK-nın sədri, yəni direktoru vəzifəsinə təyin edilmişdir, hazırkı vaxtadək qeyd olunan vəzifədə işləyir. MTK-nın sədri təyin edildikdən sonra imzaladığı xx.xx.2019-cu il tarixli 19/K №-li əmrlə Təqsirləndirilən şəxs MTK-nın direktor müavini vəzifəsinə təyin etmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək qeyd olunan vəzifədə işləmişdir. Direktor müavini kimi Təqsirləndirilən şəxs yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısını, icarəsini və s. həyata keçirmək, MTK-nın adından müqavilə bağlamaq səlahiyyətləri olmamış, Təqsirləndirilən şəxs xidməti vəzifəsi binada tikintiquraşdırma işlərinin tamamlanmasına nəzarət etməkdən ibarət olmuşdur. 2022-ci ildə ona Təqsirləndirilən şəxs direktor müavini vəzifəsində işlədiyi dövrdə, yəni 2019-cu ilin iyul ayında xx.xx.2014-cü il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs2 satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət 69 №-li mənzili 91,5 m2 kimi təqdim etməklə Şəki rayon sakini Zərərçəkmiş şəxs1 satmaq adı ilə sonuncuya məxsus olan 46.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi, Zərərçəkmiş şəxs1 inandırmaq üçün öz imzası və MTKnın möhürü ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli "xxxx" müqavilə və pay dəyərinin ödənilməsi barədə maliyyə arayışı təqdim etdiyi məlum olmuşdur. Etibarın müvafiq sənədlərin təsdiqlənməsi üçün istifadə etdiyi MTK-nın möhürü əvvəlki direktorun dövründə mühafizə məqsədilə Etibarla Qədirin əyləşdiyi ofisdə saxlanılmış, o, direktor təyin olunduğu ilk vaxtlarda da bu qaydanın tətbiqi davam etdirilmiş, ona görə də, Etibar MTK rəhbərliyinin məlumatı və icazəsi olmadan, satış barədə MTK-nın səlahiyyətli şəxslərini xəbərdar etmədən, pay dəyəri kimi aldığı pulu MTK-nın xəzinəsinə mədaxil etmədən MTKnın möhürünü sərbəst formada götürüb sənədlərə vurmuşdur. O, direktor təyin olunduqdan bir müddət sonra möhürü Etibargilin ofisindən götürüb öz ofisinə qoymuşdur, hal-hazırda da möhürü öz ofisində saxlayır. Sonradan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs aldığı mənzilin başqa şəxsə məxsus olduğunu öyrəndiyindən Etibardan bu məsələyə aydınlıq gətirməsini tələb etdikdə Etibar törətdiyi qanunsuz əməlləri ört-basdır etməkdən ötrü xx.xx.2017-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs3 satılmış, binanın 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, sahəsi 82,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzili 91,5 m2 kimi təqdim etməklə keçmiş dövrə, yəni xx.xx.2019-cu il tarixə tərtib etdiyi "xxxx" müqavilə əsasında həmin mənzili guya əvəzləşdirmə qaydasında Zərərçəkmiş şəxs1 vermişdir. İkinci müqavilənin tərtib edildiyi dövrdə artıq MTK-nın möhürü Etibarda olmadığına, onun öz ofisində saxlanıldığına görə Etibar qeyd olunan möhürdən istifadə edə bilməmiş, ona görə də, möhürü texniki yolla saxtalaşdıraraq, Əhmədə təqdim etdiyi müqavilə və maliyyə arayışının təsdiqlənməsi üçün istifadə etmişdir. O, bu məsələdən xəbər tutduqdan dərhal sonra xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-ə müraciət edib məlumat vermiş, lakin araşdırmanın yekununda xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 5 ildir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş kooperativ binanın komendantı vəzifəsində işləyir. Komendant kimi əmək funksiyaları binada kommunal xidmətin həyata keçirilməsini təşkil etmək, icrasına nəzarət etmək və bina sakinlərinin digər problemlərinin həll edilməsi istiqamətində zəruri tədbirlər görməkdən ibarətdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, sonuncunu cari məsələ ilə əlaqədar tanımışdır. Belə ki, 2021-ci ilin iyun ayında dəqiq xatırlamadığı tarixdə Əhməd onun kooperativ binada yerləşən ofisinə gələrək binanın 1-ci giriş, 9-cu yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 91,5 m2 olan 2 otaqlı 69 №-li mənzilin 2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən 46.000 manata özünə satıldığını, həmin mənzili təmir etdirmək istədiyini demiş, lakin o, müqaviləyə baxıb qeyd olunan mənzilin Əhmədə aid olmadığını, Əhməddən əvvəl başqa şəxsə satıldığını, ona görə də, həmin mənzili təmir etdirə bilməyəcəyini bildirmiş və məsələni Etibarla aydınlaşdırmasını tövsiyə etmişdir. Çünki o, qeyd olunan mənzilin sahibinin Zərərçəkmiş şəxs2 olduğunu bilmişdir. Həmin gün Əhmədi ilk dəfə görüb tanış olmuşdur. Təxminən 1-2 gün sonra Əhməd yenidən onun yanına gəlib Etibarla danışaraq razılıq əldə etdiyini, əvvəlki mənzilin əvəzinə Etibarın özünə 12-ci yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 91,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzili verdiyini demiş, o isə Etibarın mənzili hansı şərtlərlə verdiyini soruşduqda Əhməd təfərrüatlara girmədən Etibarla razılaşdığını əlavə etmişdir. O, həmin vaxt 12-ci yaşayış mərtəbəsində yerləşən 2 otaqdan ibarət 96 nömrəli mənzilin ilkin sahibinin Zərərçəkmiş şəxs3 olduğunu bilmiş, lakin Əhməd Etibarla razılaşdığını deyəndə o, Etibarla mənzilin ilk sahibi arasında yaşayış sahəsinin Əhmədə satılması haqqında hansısa formada razılıq əldə edildiyini, mənzilin pay dəyərinin mənzilin həqiqi sahibi Zərərçəkmiş şəxs3 ödəniləcəyini düşünmüşdür. Həmin vaxt o, Etibarın MTK-da icraçı direktorun müavini vəzifəsində işlədiyini, Etibarın mənzil satmaq və müqavilə bağlamaq səlahiyyətinin olmadığını bilmiş, ona görə də, Etibarın yalnız mənzilin ilkin sahibi ilə razılaşma əldə etməklə həmin mənzilin Əhmədə satılmasında vasitəçilik edə biləcəyini düşünmüşdür. Bundan sonra Əhməd yenidən bir neçə dəfə onun ofisinə gəlib 96 №-li mənzili təmir etdirmək istədiyini demiş, o isə həmin mənzili təmir etdirə bilməyəcəyini, çünki mənzilin başqa qanuni sahibinin olduğunu, Etibarın MTK-da icraçı direktorun müavini vəzifəsində işlədiyini, mənzil satmaq səlahiyyətinin olmadığını bildirmiş və problemi Etibarla həll etməsini tövsiyə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" xx.xx.2014-cü il tarixli müqaviləyə və xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən, "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət 69 nömrəli mənzil 1 aprel 2014-cü il tarixdə "xxxx" MTK-nın sədri Şahid4 tərəfindən 49.450 (qırx doqquz min dörd yüz əlli) manata Zərərçəkmiş şəxs2 satılmış və mənzilin pay dəyəri tam həcmdə ödənilmişdir. "xxxx" xx.xx.2017-ci il tarixli müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən, "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzil 22 dekabr 2017ci il tarixdə MTK-nın sədri Şahid4 tərəfindən 62.500 (altmış iki min beş yüz) manata Zərərçəkmiş şəxs3 satılmış və mənzilin pay dəyəri tam həcmdə ödənilmişdir. "xxxx" xx.xx.2019-cu il tarixli müqaviləyə və eyni tarixli maliyyə arayışına (Zərərçəkmiş şəxs2 məxsus 69 №-li mənzilə dair) əsasən, "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət 69 nömrəli mənzil guya ümumi sahəsi 91,5 m2 olmaqla "xxxx" nömrəli yaşayış sahəsi kimi MTK-nın icraçı direktoru Təqsirləndirilən şəxs tərəfindən 46.000 (qırx altı min) manat müqabilində Zərərçəkmiş şəxs1 satılmışdır. "xxxx" xx.xx.2019-cu il tarixli müqaviləyə və eyni tarixli maliyyə arayışına (Zərərçəkmiş şəxs3 məxsus 96 №-li mənzilə dair) əsasən, "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,5 m2 olan 2 otaqdan ibarət 96 nömrəli mənzil guya ümumi sahəsi 91,5 m2 olan yaşayış sahəsi kimi MTK-nın icraçı direktoru Təqsirləndirilən şəxs tərəfindən 46.000 (qırx altı min) manat müqabilində Zərərçəkmiş şəxs1 satılmışdır. Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 4/876 – 5/710 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli "xxxx" müqavilədə və maliyyə arayışında (1-ci giriş, 11-ci mərtəbə, 96 №-li mənzilə dair) “Sədr: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar və xx.xx.2019-cu il tarixli "xxxx" müqavilədə və maliyyə arayışında (3-cü giriş, 12-ci mərtəbə, 96 №-li mənzilə dair) “Sədr: Təqsirləndirilən şəxs” qrafalarında əks olunmuş imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli "xxxx" müqavilədə və maliyyə arayışında (1-ci giriş, 11-ci mərtəbə, 96 №-li mənzilə dair) “Sədr: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalarda və xx.xx.2019-cu il tarixli "xxxx" müqavilədə və maliyyə arayışında (3-cü giriş, 12-ci mərtəbə, 96 №-li mənzilə dair) “Sədr: Təqsirləndirilən şəxs” qrafalarında əks olunmuş imzalarda – imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" müqavilədə və maliyyə arayışında (3-cü giriş, 12-ci mərtəbə, 96 №-li mənzilə dair) olan möhür əksləri və üzərindəki imzalar axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" müqavilədə və maliyyə arayışında (1-ci giriş, 11-ci mərtəbə, 96 №-li mənzilə dair) olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" müqavilədə və maliyyə arayışında (3-cü giriş, 12-ci mərtəbə, 96 №-li mənzilə dair), xx.xx.2019-cu il tarixli "xxxx" müqavilədə və maliyyə arayışında (1-ci giriş, 11-ci mərtəbə, 96 №-li mənzilə dair) olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MTK-nın möhürünün eksperimental və sərbəst nümunələri ilə eynilik təşkil edir. xx.xx.2019-cu il tarixli notarial barışıq razılaşmasına əsasən, Zərərçəkmiş şəxs1 "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 91,5 m2 olan 69 saylı mənzilin onun adına rəsmiləşdirildiyi tarixdə Təqsirləndirilən şəxs ödədiyi 34.000 (otuz dörd min) manat puldan əlavə, xx.xx.2020-ci il tarixə kimi 12.000 (on iki min) manat pulu Təqsirləndirilən şəxs ödəməyi öhdəsinə götürmüşdür. Kassa mədaxil qəbzlərinə əsasən, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs adına 29 avqust 2019-cu il tarixdə "xxxx" MMC-nin Şəki Müştəriyə xidmət şöbəsi vasitəsilə 1.000 (bir min) manat, 27 sentyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 28 oktyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 27 noyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 27 dekabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 28 yanvar 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 28 fevral 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 29 mart 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 31 may 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat, 30 iyun 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat və 31 avqust 2020-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialı vasitəsilə 1.000 (bir min) manat olmaqla poçt və bank filialları vasitəsilə komissiya haqları nəzərə alınmadan ümumilikdə 11.000 (on bir min) manat məbləğində pul vəsaitləri göndərilmişdir. xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, Zərərçəkmiş şəxs2 "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 85 m2 olan 2 otaqdan ibarət 69 nömrəli mənzili MTK-a sataraq mənzilin dəyərini tam həcmdə MTK-dan aldığına görə həmin mənzil üzərindəki bütün hüquqlarından imtina etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin dövlət qeydiyyat sənədlərinə və xx.xx.2017-ci il tarixli Nizamnaməsinə əsasən, kooperativ xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev qəsəbəsi olmaqla kooperativ üzvlərinin və Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil tələbatının ödənilməsi sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsdir. "xxxx" Mənzil Tikinti Kooperativinin sədrinin 18 iyul 2019-cu il tarixli 19/K və 14 aprel 2022-ci il tarixli 07/K nömrəli əmrlərinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə "xxxx" MTK-nın icraçı direktorunun müavini vəzifəsinə təyin olunaraq xx.xx.2022-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. "xxxx" MTK-dan daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MTK-nın icraçı direktorunun müavini vəzifəsində işləmiş, onun vəzifə səlahiyyətlərinə vətəndaşlarla müqavilə bağlamaqla onlara mənzil satılması aid olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs heç vaxt "xxxx" MTK-nın sədri vəzifəsində işləməmiş və bu vəzifəni müvəqqəti icra etməsi ona həvalə olunmamışdır. "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli Nizamnaməsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 “müəssisə direktoru” vəzifəsinin tələblərinə əsasən, direktorun müavini direktor olmadıqda onu əvəz edərək müəssisəyə rəhbərlik etmək, müəssisənin siyasət və planını müəyyənləşdirmək və formalaşdırmaq, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, istehsalat vahidləri, sex və başqa struktur bölmələrinin işini və bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmək, istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyəti istiqamətləndirmək, müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, əmək funksiyalarının icra edilməsi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını təmin etmək, müəssisəni digər müəssisələrlə və dövlət orqanları ilə müqavilə bağlanmasında təmsil etmək və digər səlahiyyətləri icra edərək qərarlar qəbul etmək, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik olmaqla kommersiya təşkilatının işçisi kimi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxsdir. Beyləqan RİHB-in Beyləqan şəhər İƏDN-dən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməyə əsasən, Ağayev X3 şəhəri, M.Hüseyn küçəsi, ev 25-də qeydiyyatda olmaqla uzun müddətdir ki, Bakı şəhərində yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. AZE 10838551 №-li şəxsiyyət vəsiqəsinin və AZİV 635673 №-li doğum haqqında şəhadətnamənin surətinə əsasən, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Rüqəyya Ağayeva və xx.xx.2021-ci il təvəllüdlü Ömər Ağayev adlı iki azyaşlı övladı var. “Beyləqan rayon mərkəzi xəstəxanası” PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il şərti sınaq müddəti ilə 6 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Odur ki, Azərbaycan Respublikası CM-in 83.3.1 və 83.6-cı maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. 21 iyun 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 ilə "xxxx" MTK arasında bağlanmış "xxxx" xx.xx.2014-cü il tarixli müqavilə və MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs3 ilə "xxxx" MTK arasında bağlanmış "xxxx" xx.xx.2017-ci il tarixli müqavilə və MTK tərəfindən verilmiş eyni tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs1 ilə "xxxx" MTK arasında bağlanmış "xxxx" xx.xx.2019-cu il tarixli müqavilə və MTK tərəfindən verilmiş eyni tarixli maliyyə arayışı (Zərərçəkmiş şəxs2 məxsus 69 №-li mənzilə dair), Zərərçəkmiş şəxs1 ilə "xxxx" MTK arasında bağlanmış "xxxx" xx.xx.2019-cu il tarixli müqavilə və MTK tərəfindən verilmiş eyni tarixli maliyyə arayışı (Zərərçəkmiş şəxs3 məxsus 96 №-li mənzilə dair), Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli notarial barışıq razılaşması, "xxxx" MMC-nin Şəki Müştəriyə xidmət şöbəsinə məxsus 29 avqust 2019-cu il tarixli, "xxxx" ASC-nin Şəki filialına məxsus 27 sentyabr 2019-cu il tarixli, 28 oktyabr 2019cu il tarixli, 27 noyabr 2019-cu il tarixli, 27 dekabr 2019-cu il tarixli, 28 yanvar 2020-ci il tarixli, "xxxx" ASC-nin Şəki filialına məxsus 28 fevral 2020-ci il tarixli, "xxxx" ASC-nin Şəki filialına məxsus 29 mart 2020-ci il tarixli, 31 may 2020-ci il tarixli, 30 iyun 2020-ci il tarixli və 31 avqust 2020-ci il tarixli kassa mədaxil qəbzləri maddi sübut qismində tanınıb cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsi, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməsi iş üzrə toplanmış kifayət qədər mötəbər sübutlarla- təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə sübutdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilməsi, "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət 69 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması barədə sonuncu ilə sövdələşərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək, habelə mənzil mülkiyyətçiləri olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əmlak hüquqlarını pozmaq niyyətində olmadığını qeyd etsə də, "xxxx" MTK-nın icraçı direktorunun müavini olduğu halda, Zərərçəkmiş şəxs1 özünü MTK-nın sədri kimi təqdim etməsi, 2019-cu ildə Zərərçəkmiş şəxs1 satdığı 69 nömrəli mənzilin Zərərçəkmiş şəxs2 məxsus olması barədə sonuncuya heç bir məlumat verməməsi, ümumi sahəsi 85 m2 olan 69 nömrəli mənzili Zərərçəkmiş şəxs1 91,5 m2 ölçülü yaşayış sahəsi kimi təqdim etməsi, mənzilin satılmasında vasitəçilik xidmətləri göstərməyi özündən xahiş etmiş Nəbi Əİiyevin sonradan fikrini dəyişdirərək mənzili satmaq istəmədiyini bildirməsinə baxmayaraq, yaşayış sahəsini mülkiyyətçinin razılığı olmadan Zərərçəkmiş şəxs1 satması, alqı-satqı prosesi barədə Zərərçəkmiş şəxs2 məlumatlandırmaması, mənzilin pay dəyəri kimi Zərərçəkmiş şəxs1 aldığı 46.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 verməyi planlaşdırdığını bildirsə də, həmin vəsaiti kifayət qədər uzun müddət hesab olunan 2 il ərzində Zərərçəkmiş şəxs2 təqdim etməməsi, 2021-ci ildə Zərərçəkmiş şəxs1 69 nömrəli yaşayış sahəsinin başqa şəxsə məxsus olduğunu öyrənməsindən sonra əvvəl törətdiyi cinayəti ört-basdır etmək məqsədilə Zərərçəkmiş şəxs1 aldatmağa davam edərək, qeyri-səmimiyyət nümayiş etdirib sonuncuya 2019-cu ildə, əslində, binanın 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 96 nömrəli mənzili satmaq əvəzinə səhvən 69 nömrəli mənzili satdığını bildirməklə əvəzləşdirmə qaydasında 96 nömrəli mənzili təklif etməsi, istintaq zamanı verdiyi ifadəsində cinayətkar niyyətini pərdələməkdən ötrü həmin dövrdə bina sakinlərindən 96 nömrəli mənzilin sahibi Zərərçəkmiş şəxs3 oranı satmaq istədiyini bildirməsinə baxmayaraq, sonuncu ilə görüşüb bu barədə hər hansı müzakirə aparmadığını qeyd etməsi, bununla da, başqa şəxsə məxsus olan yaşayış sahəsini əvəzləşdirmə qaydasında Zərərçəkmiş şəxs1 təqdim etməsini ağlabatan arqumentlərlə izah edə bilməməsi, habelə Zərərçəkmiş şəxs3 öz mənzilini satmaq niyyətində olması barədə məlumatı əldə etdiyi mənbəni açıqlamaması, bundan başqa, zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bəhs edilən dövrdə öz mənzilini satmaq fikrində olmadığını göstərməsi və ibtidai araşdırma zamanı müəyyən edilmiş digər halların məcmusu Təqsirləndirilən şəxs istinad edilən ictimai təhlükəli əməllərin onun tərəfindən təqsirli olaraq törədilməsinə dəlalət edir.Ona görə də, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli dəlillər hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin qeyd edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübutdur, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in digər maddələrinə münasibətdə cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, o Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 308.1-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddələr üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması (xx.xx.2011-ci il təvəllüdlü Rüqəyya Ağayeva və xx.xx.2021-ci il təvəllüdlü Ömər Ağayev) və Zərərçəkmiş şəxs1 cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsi və təkrarən vəzifə saxtakarlığı törətməsi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini və cəzanın məhkumu islah etməsini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2ci maddəsinə əsasən maddi və məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri və Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə tutularaq Abşeron RPİnin MSY-ə təhvil verilmişdir. Odur ki, onun həbsdə saxlanıldığı 07 gün müddət 14 günə bərabər hesab edilməli və ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 14 gün müddət çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan ünvan 12 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə 226 (iki yüz iyirmi altı) manat məhkəmə ekspertizası xərci tutulmalıdır. İş üzrə mülki iddia və əmlak müsadirəsi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 06 (altı) ay müddətinə maddi, məsul və rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən birləşdirilsin, ona qəti olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 06 (altı) ay müddətinə maddi, məsul və rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbslə əlaqədar tutulduğu 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə cəmi 14 gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 06 (altı) ay müddətinə maddi, məsul və rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 12 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməməklə, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs iş üzrə 226 (iki yüz iyirmi altı) manat məhkəmə ekspertizası xərci tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-27/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-27/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver